Biçənək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.
Biçənək | |
---|---|
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şahbuz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7112 |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafi mövqeyi
Biçənək Şahbuz rayonunun mərkəzindən 24 kilometr şimal-şərqdə, Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil yolunun kənarında yerləşən kəndin adıdır. Kənd Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı Biçənək aşırımı, Biçənək çayı, Biçənək mineral su bulaqları, Biçənək yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya, Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş, Saat daşı, At taxta, Yanıq taxta, Yuxarı pay, Orta pay, Bənövşəli dərə, Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır.
Tarixi
Tarixi qaynaqlara görə, Biçənək aşırımı qədim və orta əsrlərdə Naxçıvandan Beyləqana və oradan da Bərdəyə gedən yolun üstündə idi. IX əsr ərəb tarixçilərinin məlumatına görə, Azərbaycanın şimal hissələrinə hücum edən ərəb sərkərdəsi Salman ibn Rəbiə öz qoşununu Beyləqana Biçənək aşırımı ilə aparmışdı. Bu aşırım Naxçıvanla Arranı birləşdirən yeganə yol idi.
Qədim mənbələrdən fərqli olaraq, XVII-XVIII əsrlərdə "Biçənək" kənd adına çox az təsadüf edilir. Hətta XVIII əsrə aid mənbədə Dərəşahbuz nahiyəsində bu kənd adı qeydə alınmamışdır. Buna səbəb həmin dövrdə kənd adının "Rencik" variantında işlənməsi olmuşdur. "Rencik" sözü "Peçenek/Beçenek" tayfa adının təhrif olunmuş variantıdır. 1727-1728-ci illərdə Rencik kəndində heç kim yaşamamış, başqa yerdən gəlib kəndin torpaqlarından istifadə edənlərin illik gəlir vergisi 3000 ağça təşkil etmişdir.
Tarixi mənbələr sübut edir ki, XIX əsrin ikinci yarısında Rusiyada baş vermiş ictimai-siyasi hadisələrlə bağlı çarizmin ədalətsiz idarəetmə üsuluna qarşı çıxanlar ailəliklə müxtəlif yerlərə sürgün edilirmiş. Həmin dövrdə çarizmin qəzəbinə tuş gəlmiş malakan ailələrinin bir qismi də Biçənək kəndinə sürgün edilmiş və yerli əhali ilə malakan ailələri arasında yaranmış münaqişəyə görə azərbaycanlı ailələr qonşu Zərnətün və Xınzirək kəndlərinə köçmüş, kənd tamamilə malakanların ixtiyarında qalmışdır. Bundan istifadə edən malakanlar "Biçənək" kənd adını "Karmalinovka" adı ilə əvəz etmiş, kənddəki bəzi ərazilərə "Rus düzü", "Malakan bulağı" kimi adlar vermişlər.
1917-ci ildə Rusiyada baş verən ictimai-siyasi hadisələrlə əlaqədar çarizmin buxovundan azad olan Biçənək kəndindəki malakan ailələrinin əksəriyyəti Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndinə, bir qismi isə Rusiyanın digər ərazilərinə köçmüş, "Karmalinovka" adı XX əsrin 20-ci illərinə qədər mövcud olmuşdur. Bu ad 1903-cü və 1920-ci illərdə Tiflisdə buraxılan xəritələrdə əksini tapmış, D.D.Paqiryevin 1913-cü ildə tərtib etdiyi "Qafqazın beş verstlik xəritəsinin adlar göstəricisi" toplusunda "Biçənək kəndi" və "Biçənək aşırımı" adları ilə bərabər, "Karmalinovka" adı da qeyd olunmuşdur. 1920-ci ildə "Karmalinovka" adı ləğv edilmiş, Biçənək kəndinin tarixi adı bərpa olunmuşdur.
Azərbaycan dilində "Biçənək" adının məna açımı ilə bağlı fikirlər müxtəlifdir. Məsələn, bəzi şifahi söyləmələrə görə, el arasında kəndə həm də "Ağqoşa" deyilirmiş. Kəndin indiki əhalisi "Biçənək" adını "ot biçilən yer" şəklində mənalandırır. Ancaq tədqiqatçıların hamısı bu fikri inkar edir və çox haqlı olaraq adın mənşəyini qədim türk "Peçenek/Beçenek" tayfa adı ilə bağlı açıqlayırlar. Peçenek tayfası M.Kaşğarinin qeyd etdiyi oğuz tayfalarından biridir. Bu fakt türk sultanı Əbülqazi Bahadır xanın "Seçerei-terakime" əsərində də öz əksini tapır. İlk dəfə olaraq akademik Z.Bünyadov "Biçənək" toponimində qədim türk "Peçenek/Beçenek" tayfa adının əks olunduğunu yazmış, ondan sonra tarixçi, dilçi və toponimçi alimlərimiz bu məsələyə eyni mövqedən yanaşmışlar.
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Mənbə
- "Şərq qapısı" qəzeti, 22 avqust 2013-cü il.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bicenek Azerbaycan Respublikasi Naxcivan Muxtar Respublikasinin Sahbuz rayonunda kend Bicenek39 30 10 sm e 45 46 09 s u Olke AzerbaycanMuxtar respublika Naxcivan MRRayon Sahbuz rayonuTarixi ve cografiyasiSaat qursagi UTC 04 00Reqemsal identifikatorlarPoct indeksi AZ 7112Xeriteni goster gizle Bicenek Vikianbarda elaqeli mediafayllarCografi movqeyiBicenek Sahbuz rayonunun merkezinden 24 kilometr simal serqde Zengezur silsilesinin eteyinde Naxcivan Lacin Yevlax avtomobil yolunun kenarinda yerlesen kendin adidir Kend Azerbaycanin qedim yasayis menteqelerinden biridir Rayon erazisinde bu kend adi ile bagli Bicenek asirimi Bicenek cayi Bicenek mineral su bulaqlari Bicenek yolu Bicenek mesesi Bicenek korpusu ve sair kimi cografi obyekt adlari da movcuddur Bicenek kendi kecmis Zernetun ve Xinzirek kendleri ve Azerbaycanin tarixi erazisi olan Zengezur qezasi ile hemserhed erazide yerlesir Meshur Batabat yaylagi Bicenek asirimi Ferhad evi Zorbulaq bu kendin yaxinligindadir Buradaki Eyriqar dagi Ag qaya Qara qaya Balli qaya Sari qaya Gelin qayasi Xezne tepesi Sandiq das Miz das Saat dasi At taxta Yaniq taxta Yuxari pay Orta pay Benovseli dere Qara gol Cilli gol Zorbulaq Soyudlu bulaq Karvansara bulagi Soyuq bulaq Qible bulaq Qizil bulagi Qirxgozlu bulaq Turssu ve sair kimi yer yurd adlari erazinin qedim oguzlara mexsuslugunu tesdiqleyen faktlardir TarixiTarixi qaynaqlara gore Bicenek asirimi qedim ve orta esrlerde Naxcivandan Beyleqana ve oradan da Berdeye geden yolun ustunde idi IX esr ereb tarixcilerinin melumatina gore Azerbaycanin simal hisselerine hucum eden ereb serkerdesi Salman ibn Rebie oz qosununu Beyleqana Bicenek asirimi ile aparmisdi Bu asirim Naxcivanla Arrani birlesdiren yegane yol idi Qedim menbelerden ferqli olaraq XVII XVIII esrlerde Bicenek kend adina cox az tesaduf edilir Hetta XVIII esre aid menbede Deresahbuz nahiyesinde bu kend adi qeyde alinma misdir Buna sebeb hemin dovrde kend adinin Rencik variantinda islenmesi olmusdur Rencik sozu Pecenek Becenek tayfa adinin tehrif olunmus variantidir 1727 1728 ci illerde Rencik kendinde hec kim yasamamis basqa yerden gelib kendin torpaqlarindan istifade edenlerin illik gelir vergisi 3000 agca teskil etmisdir Tarixi menbeler subut edir ki XIX esrin ikinci yarisinda Rusiyada bas vermis ictimai siyasi hadiselerle bagli carizmin edaletsiz idareetme usuluna qarsi cixanlar ailelikle muxtelif yerlere surgun edilirmis Hemin dovrde carizmin qezebine tus gelmis malakan ailelerinin bir qismi de Bicenek kendine surgun edilmis ve yerli ehali ile malakan aileleri arasinda yaranmis munaqiseye gore azerbaycanli aileler qonsu Zernetun ve Xinzirek kendlerine kocmus kend tamamile malakanlarin ixtiyarinda qalmisdir Bundan istifade eden malakanlar Bicenek kend adini Karmalinovka adi ile evez etmis kenddeki bezi erazilere Rus duzu Malakan bulagi kimi adlar vermisler 1917 ci ilde Rusiyada bas veren ictimai siyasi hadiselerle elaqedar carizmin buxovundan azad olan Bicenek kendindeki malakan ailelerinin ekseriyyeti Azerbaycanin Ismayilli rayonunun Ivanovka kendine bir qismi ise Rusiyanin diger erazilerine kocmus Karmalinovka adi XX esrin 20 ci illerine qeder movcud olmusdur Bu ad 1903 cu ve 1920 ci illerde Tiflisde buraxilan xeritelerde eksini tapmis D D Paqiryevin 1913 cu ilde tertib etdiyi Qafqazin bes verstlik xeritesinin adlar gostericisi toplusunda Bicenek kendi ve Bicenek asirimi adlari ile beraber Karmalinovka adi da qeyd olunmusdur 1920 ci ilde Karmalinovka adi legv edilmis Bicenek kendinin tarixi adi berpa olunmusdur Azerbaycan dilinde Bicenek adinin mena acimi ile bagli fikirler muxtelifdir Meselen bezi sifahi soylemelere gore el arasinda kende hem de Agqosa deyilirmis Kendin indiki ehalisi Bicenek adini ot bicilen yer seklinde menalandirir Ancaq tedqiqatcilarin hamisi bu fikri inkar edir ve cox haqli olaraq adin menseyini qedim turk Pecenek Becenek tayfa adi ile bagli aciqlayirlar Pecenek tayfasi M Kasgarinin qeyd etdiyi oguz tayfalarindan biridir Bu fakt turk sultani Ebulqazi Bahadir xanin Secerei terakime eserinde de oz eksini tapir Ilk defe olaraq akademik Z Bunyadov Bicenek toponiminde qedim turk Pecenek Becenek tayfa adinin eks olundugunu yazmis ondan sonra tarixci dilci ve toponimci alimlerimiz bu meseleye eyni movqeden yanasmislar Istinadlar Azerbaycan Respublikasinin inzibati erazi bolgusu Melumat toplusu Baki 2013 488 seh Menbe Serq qapisi qezeti 22 avqust 2013 cu il Xarici kecidlerVikianbarda Bicenek ile elaqeli mediafayllar var Hemcinin bax