Biosenoz (yun. βίος — "həyat" + κοινός — "ümumi") — müəyyən abiotik məkanında (biotop, ekotop) yaşayan və bir-biri ilə müxtəlif əlaqələrdə olan bütün canlıların məcmusudur. Buraya bütün avtotrof orqanizmlər olan bitkilər və heterotrof orqanizmlər olan canlılar (məməlilər, sürünənlər, quşlar, balıqlar, cücülər və s.) aiddirlər. Biotop şəklində yayılmış bütün canlılar – müxtəlif növlər və hər bir növü təşkil edən fərqlər təbii qrupların biosenozlarını əmələ gətirir. İlk dəfə bu termin (alm. Biocönose) elmə 1877-ci ildə Alman alimi Karl Avqust Möbius tərəfindən daxil edilmişdir.
- Biosenoz
-
-
- Biosenoz
- Biosenoz
Biosenoz anlayışı
"Biosenoz" sözü iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir. Yunanca "Bio" - «həyat» və "Koinos" - «ümumi» deməkdir. Bəzən "Koinos" sözünün mənası "nəyisə ümumi şəkildə etmək" sözü kimi tərcümə olunur. Ümumiyyətlə, "Biosenoz" sözünün mənası isə "Ümumi həyat" deməkdir.
Biosenoz - az və ya çox dərəcədə eyni yaşayış mühitinə malik müəyyən ərazidə yaşayan canlıların məcmusudur. Bu məcmuya müxtəlif bitki, heyvan və mikroorqanizmlər daxildir. Biosenoz cansız təbiət amilləri ilə qırılmaz bağlı olub, birlikdə möhkəm sistem əmələ gətirir ki, burada onların komponentləri arasında maddələr dövranı gedir.
Biosenoz növ strukturu, yaxud ona daxil olan hər hansı bir qrupu öyrənərkən növlərin sayı və onların miqdarlarının nisbəti şəklində özünü büruzə verən növmüxtəlifliyinin təsiri mühüm əhəmiyyət kəsb edir. Güclü xarici təsirlərdən növmüxtəlifliyi dəyişə bilər. Biosenozun tamlığının qorunmasında növarası və növdaxili mübarizələrin əhəmiyyəti böyükdür. Bu mübarizələr biosenozda müxtəlif ekoloji oyuqlar əmələ gətirir. Biosenoz inkişaf etdikcə onun biokütləsi, növmüxtəlifliyi artır, qida əlaqələri mürəkkəbləşir. İnsanın heç bir təsiri olmadan formalaşmış biosenozlar (meşə, bataqlıq, çöl) və insan fəaliyyəti nəticəsində formalaşan aqrosenozlar mövcuddur. Biosenozun öyrənilməsi torpaq və su resurslarından səmərəli istifadə olunmasında mühüm rol oynayır. Çünki uzun təkamül prosesləri nəticəsində formalaşmış biosenozda mövcud əlaqələri nəzərə almamaq onların məhvinə səbəb olar.
İlk dəfə Biosenoz (alm. Biocönose) termini elmə 1877-ci ildə Alman alimi, hidrobioloqu, zooloqu və botaniki Karl Avqust Möbius (7 fevral 1825 - 26 aprel 1906) tərəfindən daxil edilmişdir. Karl Möbius 1877-ci ildə birlikdə yaşayan kompleks canlı heyvanların məhz "Biosenoz" termini ilə adlnadırılmasını təklif etmişdir. Hər bir biosenoz yaşayış uğrunda mübarizə, təbii seçmə və digər təkamül amillərinin təsiri altında yaranmışdır. Biosenoza daxil olan bitkilərin məcmusu Fitosenoz, heyvanlarınkı isə Zoosenoz adlanır. Biosenoz müəyyən biokütlə, məhsuldarlıq, öz quruluşunun nizamlı olması ilə xarakterizə olunur.
Biosenoz Qida əlaqələri ilə yanaşı, biosenozda bir canlı digəri üçün substrat rolunu oynaya, onun üçün müəyyən bir mikroiqlim yarada, onun çoxalmasını (məsələn: həşəratların çiçəkli bitkiləri tozlandırması) və yayılmasını təmin edə bilir.
Biosenoz və ekosistem
Ekosistem (yun. "oikos" – ev, yaşayış yeri + "systema" – birlik) — bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. Ekosistemin sərhədləri az-çox aydın, orada gedən proseslərin xarakterinə görə avtonom xarakter daşıya bilər. Ekosistemin öyrənilməsi təbii sərvətlərdən səmərəli istifadə etmək, təbiəti qorumaq nöqteyi-nəzərincə müasir dövrün ən aktual problemlərindəndir. Biosenoz Ekosistemin tərkib hissəsidir.
Biotik qruplaşmalar
Biosenoz – quru və su hövzəsinin müəyyən, nisbətən eyni sahəsini tutan, bir-biri ilə abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan, mikroorqanizmlərin məcmusudur. Bioloji dövranda iştirakına görə biosenozda əsas üç orqanizmlər aiddir:
- Avtotrof orqanizmlər (Produsentlər) – qeyri üzvi maddədən üzvi maddə əmələ gətirir.
- Heterotrof orqanizmlər (Konsumentlər) – hazır üzvi maddələrlə qidalanan orqanizmlərdir. Bura insan və heyvanlar daxildir.
- Redusentlər (Destruktorlar) – orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər aiddir. Bu orqanizmlər öz həyat fəaliyyəti prosesində ölü kütlənin və qismən biokütlənin mürəkkəb üzvi maddələrini sadə birləşmələrə (CO2, N2, O2, H2O) çevirir, minerallaşdırır.
Beləliklə, biosenoz və biotop bir-birinə təsir göstərən iki ayrılmaz element olub, ekosistem adlanan bu və ya digər dərəcədə dayanıqlı sistem əmələ gətirir. Bunu aşağıdakı formuldakı kimi göstərmək olar:
- Ekosistem = biotop + biosenoz.
Bəzi tədqiqatçılara görə ekosistem istənilən uzunluqda və ölçüdə ola bilər. Bu baxımdan ayrılır:
- Mikroekosistemlər - Məsələn meşədəki tək çürümüş kötük, ağac üzərindəki şibyə yastığı;
- Mezoekosistemlər - Məsələn, meşə, çəmən, səhra;
- Makroekosistemlər - Məsələn, okean.
Ekosistem biosferin elementar funksional vahididir. Onun strukturuna adətən üç planda baxılır:
- Komponent (populyasiya ya növ) tərkibi və müxtəlif növ populyasiyalarının həyati formalarının və başqa struktur elementlərin nisbəti;
- Ayrı-ayrı elementlərin ərazidə yayılması; bütün əlaqələrin, ilk növbədə qida zəncirinin, tsikllərin, trofik və digər əlaqələrin məcmusu.
Yucin Odum (1975) ekosistemə və biogeosenoza eyni kateqoriya kimi baxır. (1942) biosenozu Yer səthinin oxşar canlı komponentlərinin (bitki örtüyü, heyvan, mikroorqanizmlər) və təbii şərait geoloji quruluş və s. onların qarşılıqlı əlaqələrinin vahid təbii kompleksini hesab edir. Deməli, biosenozun bağlılıq faktorları – substratın təbiəti, relyef tipi və torpaq sayılır, yəni biogeosenoz Sukaçova görə xoroloji (fiziki-coğrafi) xarakteri daşıyır. Ekosistemlə əsasən ərazicə deyil – trofik mövqeyindən baxılır. Beləliklə, biosenoz və ekosisteminin nisbətini belə təsəvvür etmək olar. Biogeosenoz fitosenozun sərhədi daxilində ekosistemdir. Daha dürüst, ekosistem və biogeosenoz kateqoriyaları bitki qruplaşması səviyyəsində bir-birinə uyğun gəlir, ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. Ekosistemlərin əksərriyyəti uzun təkammül prosesində təşəkkül tapmışdır və növlərin ətraf mühitə uyğunlaşması nəticəsidir. Ekosistemlər özünü nizamlama və müəyyən hədd çərçivəsində ətraf şəraitin dəyişməsinin və populyasiyanın sıxlığını kəskinliyinin qarşısını almaq qabiliyyətinə malikdir.
Biosenozun strukturları
Biosenozda bir neçə struktur ayırd edilir. Biosenozun üç strukturu vardır. Onlar aşağıdakılardır:
- Biosenozun növ strukturu – onda yaşayan canlıların növ tərkibi və ona daxil olan bütün populyasiyaların nisbəti ilə təyin edilir.
- Biosenozun trofik (qida) strukturu – onun əsasını bir-biri ilə kəsişən qida zəncirləri toru təşkil edir.
- Biosenozun fəza strukturu – qanunauyğun olaraq burada yaşayan növlərin bir-birinə nisbətən yerləşməsidir (məsələn: meşədə yarus). Biosenozun bütün strukturlarının bir-biri ilə sıx əlaqəsi olur. Biosenozun strukturu onu təşkil edən komponentlərin qarşılıqlı təsiri sayəsində daim qorunur.
Biosenozun növ strukturu
Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir. Biosenozun strukturu çox planlıdır və onun müxtəlif aspektlərdə öyrənilir.
Biosenozun növ strukturu bir çox faktorlardan asılıdır və növün müxtəlifliyi ilə xarakterizə olunur. Əsas limitləşdirici faktorlar temperatur, rütubətlik və qida maddələrin çatışmazlığı hesab olunur. Kasıb və zəngin növlü biosenozlar ayırırlar. Qütb Arktik səhralarda və şimal Tundrada istiliyin son dərəcədə defisitliyi şəraitində, susuz isti səhralarda, çirkab suları ilə çirklənmiş su hövzələrində bir ya bir neçə mühit faktorunun həyat səviyyəsi üçün orta optimal səviyyədən kənara çıxması ilə əlaqədar qruplaşmalar olduqca kəsadlaşır, çünki belə əlverişli şəraitə uyğunlaşa bilmirlər.
Tez-tez fəlakətli təsirlərə məruz qalan biosenozlarda növ spektri böyük olmur. Əksinə, həyat üçün abiotik mühit şəraiti optimuma yaxınlaşdıqca zəngin növlərə malik olan qruplaşmalar əmələ gəlir. Buna tropik meşələrin çox müxtəlif orqanizmlərlə zəngin olan mərcan rifləri, arid zonada çay vadiləri misal ola bilər. Tropik mehələrin biosenozları çox müxtəlif heyvanat aləmi və bitki növlərinə malik olur, hətta yan yana eyni növdən olan ağaclara rast gəlinmir.
Biosenozların növ tərkibi və məskunlaşdığı yerdə yaşama müddətinə hər biosenozun tarixindən də asılıdır. Təzə formalaşan cavan qruplaşmalar çoxdan formalaşmış, yetişmiş qruplaşmalara nisbətən az növə malik olur. İnsan tərəfindən yaradılan biosenozlar növlərlə kəsad olur.
Hətta ən kəsad biosenozlarda da müxtəlif sistematik və ekoloji qruplara aid olan onlarla orqanizmlərə rast gəlmək olar. Məsələn, taxıl zəmisində və ya üzüm bağında az da olsa alaq otları, həşəratlar, ziyanvericilər, yırtıcılar, torpaq qatında və torpaq üstündə mikroorqanizmlər də rast gəlinir.
Biosenozun növ tərkibinin mürəkkəbliyi məskunlaşdığı yerin mühitinin müxtəlifliyindən də asılıdır. Növlərin ekoloji təsnifatına görə müxtəlif şəraiti olan biotoplarda daha zəngin flora və ya faunaya malik olan biosenozlar formalaşır. Növlərin çoxluğunun məskunlaşmaq şəraiti əlverişli sayılan yer qruplaşmalar arasındakı «ekotop» adlanan keçid zonasıdır, burada növ müxtəlifliyinin artması isə «sərhəd effekti» adlanır. Ekotop növlərlə zəngin olur çünki bura hər iki sərhədyanı qruplaşmadan növlər daxil olur. Bundan başqa ekotop sərhədyanı biosenozlarda rast gəlinməyən özünə məxsus xarakter növlər də olur. Məsələn, Böyük Qafqazın cənub yamacında meşəninn yuxarı sərhədinin subalp çəməni nə keçid zonası orta dağ meşə fıstıq qurşağına nisbətən flora və fauna ilə daha zəngindir. İki qonşu biotoplar bir birindən nə qədər çox fərqlənirsə onların sərhədlərində şərait bir o qədər müxtəlif və sərhəd effekti bir o qədər də güclü olar. Meşə və ot bitkilərinin su və quru biosenozlarının kontaktında növ zənginliyi güclü artır. «Sərhəd effekti» bir birindən kəskin ayrılan təbii zonaların flora və faunası üçün daha səciyyəvidir.
Biosenozda ekoloji sığınacaq çox olduqca onun növ tərkibi zəngin olar. Öz növbəsində qruplaşmanın növ müxtəlifliyi artdıqca ekoloji sığınacaq da çoxalır. Bir biosenozun tərkibində eyni ölçü qrupa aid olan növlər sayına görə kəskin seçilir. Onlardan birinə seyrək rast gəlinir, digəri isə olduqca çox olduğu üçün biosenozun xarici görkəmini təyin edir. Məsələn, yovşan yarımsəhralarında – yovşan, fıstıq meşəsində – fıstıq. Bu qruplaşmalarda müəyyən növlər üstünlük təşkil edir və bütövlükdə biosenozun fəaliyyətini müəyyənləşdirir.
Sayına görə üstünlük təşkil edən dominant növ adlanır, lakin onların arasında elə övlər vardır ki, biosenoz üçün yüksək dərəcədə mühit yarıdır və onlarsız digər növlərin olması mümkün deyildir. Bu növlər qruplaşmanın mikromühitini müəyyənləşdirir və onların aradan götürülməsi biosenozun tam parçalanması təhlükəsini yaradır. Bu növlər edifikatorlar adlanır (lat. – qurucu). Bəzi hallarda heyvanlar da edifikator ola bilər.
Biosenozun tərkibində az miqdarda dominantlarla yanaşı adətən az saylı və nadir növlər daxil olur. Az saylı növlər ikinci dərəcəli növlər də adlanır və onlar növ zənginliyini yaradır, müxtəlifliyini yüksəldir və dominantların yerini doldurmaq və yaxud əvəz etmək üçün ehtiyat vəzifəsini görür.
Biosenozun növ strukturunda ayrı-ayrı növlərin rolunu qiymətləndirmək üçün məxtəlif göstəricilərdən istifadə edilir: növün bolluğu – vahid sahədə növün sayı və həcmi. Rast gəlinməsi – növün biosenozda bərabər və qeyri bərabər yayılmasını səciyyələndirir. Məlumdur ki, biosenozlarda bakteriyalar və digər mikroorqanizmlər üstünlük təşkil edir. Odur ki, müxtəlif ölçülü növləri müqayisə etdikdə saya görə dominantlıq etmək qruplaşmanın xüsusiyyətlərini əks edə bilməz. Müxtəlif ölçülü formalar və növlər müxtəlif əlamətlərinə görə ayrılır: sistematik, ekoloji-morfoloji, ölçüyə görə (torpağın mikro- mezo- və makrofaunası bütövlükdə). Daha kütləvi yayılan növlərin müxtəlif ölçülü qrupların daxilində müxtəlifliyi, say nisbəti, nadir formaların bolluğu, növ strukturun spesifikası haqqında təsəvvür yaradır.
Tropik əlaqələr əsasında xüsusi struktur birliyi – konsorsiumlar mövcuddur. Növün mərkəzi üzvünün xaricində və daxilində yerləşir. Əksər hallarda bir konsorsiumun üzvi və müxtəlif tropik əlaqələrlə bağlıdır. Onlar faktiki olaraq digərinə mühit əmələ gəlmə təsirinə malik olan növün nümayəndəsi ətrafında formalaşır. Beləliklə, biosenoz növlər arasındakı sıx topik və tropik əlaqələr əsasında yaranan konsorsiumlar sisteminlərindən ibarətdir.
Biosenozun ərazi strukturu
Biosenozda növlər müəyyən ərazi strukturu yaradır. Müxtəlif boya malik olan bitkilər bir yerdə olduqda fitosenoz çox vaxt aydın yarusluq quruluşunu alır: assimilyasiya edən bitkinin yerüstü orqanları və yeraltı hissələri bir neçə qatda yerləşərək mühitdən müxtəlif cür istifadə edir və onu dəyişdirir. Yarusluq mülayim qurşağın meşələrində yaxşı görünür. Məsələn, Lənkəranda üst mərtəbədə şabalıdyarpaq palıd üstünlük təşkil edir. Hündürlüyü 28-36 metrə çatır. Ona bəzən vələs azad ağacı Qafqaz xurması qarışır. Orta mərtəbəni dəmir ağac 12-16 metr, alt mərtəbəni isə samşid və bigəvər və başqa kollar tutur 3–7 m. Yaruslar arası bitkilər də mövcuddur bunlara mamırlar və şibyələr çiçəkli efemerlər aiddir və abacların gevdəsində yerləşir. Yerüstü bitiklərə işıq axınından tam istifadə etməyə yarusluq şərait yaradır. Hər bir yarus müəyyən bir kompleks şəraitə uyğunlaşır və fitoiqlimin yaranmasında iştirak edir. Fitosenozların torpaqaltı yarusun bitki köklərinin işlədiyi dərinliklərdən, kök sistemin aktiv hissəsinin yerləşməsindən asılıdır. Meşədə çox vaxt bir neçə torpaq altı yarusu müşahidə edilir.
Heyvanlar bu yaruslarda yerləşir, onlardan bəziləri aşağıdakı qruplara ayrılır: torpaqda məskunlaşanlar – geobiy, yerüstü səth qatında – herpetobiy, mamır yarusundakı – briobiy, ot örtüyündəki – fillobiy, digər yüksəklikdə yaşayan həşəratlar isə – aerobiy adlanır. Quşlar arasında yalnız yerdə yuva quranlar (toyuq kimilər – tetra quşu, tənək quşu), kol arasında yuva quranlar (qar quşu, silviya quşu, oxuyan qara toyuqlar), və ya ağac çətirində yuva quranlar (alacəhra, payızbülbülü, iri yırtıcılar) ayrılır.
Su ekosistemlərində irimiqyaslı şaquli strukturu iki növbədə xarici faktorlar əmələ gətirir. Pellagealda təyin edici faktorlara işıqlama və temperatur qradiyentləri və biogenlərin konsentrasiyası aiddir. Dərinliklərdə hidrostatik təzyiq faktoru, dib biosenozlarında isə faktora qrunt müxtəlifliyi, dib qatlarında suyun hidrodinamikası əlavə olunur. Şaquli strukturun xüsusiyyətlərinin növ tərkibi, dominantlıq edən əvəz olunması, bitkilərin göstəricisi ilə ifadə olunur.
Mozaiklik və yarusluq dinamikası – bir mikroqrup digəri ilə əvəz olunur, onların ölçüləri qısalıb yaxud böyüyə bilər.
Üfüqi istiqamətdə parçalanma - mozaiklik praktiki olaraq bütün fitosenozlar üçün xasdır. Ona görə onların daxilində struktur vahidləri ayırırlar. Bu vahidlərə müxtəlif adlar verilir. Məsələn, mikroqruplar, mikrosenozlar, mikrofitosenozlar. Bu mikroqruplar növ tərkibinə, növlərin say nisbətinə, yaşına, sıxlığına, məhsuldarlığına görə fərqlənir.
Mozaiklik müxtəlif səbəblərdən biotopun xüsusiyyətlərindən, mikrorelyefin, torpağın müxtəlifliyindən, mikroiqlimin təsirindən, bitkilərin mühit əmələ gətirməsindən yaranır. O heyvanların fəaliyyəti güclü küləklər nəticəsində ağacların yıxılması, yanğınlar və s. nəticəsində yaranır.
Biomlar da biosenoz kimi böyük təbii zonalarının ekosistemidir. Yəni, biom Eyni iqlim zonasının ekosisteminin küllüsüdür. Əsasən, 2 cür biom olur:
- Zona coğrafiyasının qanunu (V.V.Dokuçev tərəfindən hazırlanmışdır)
- Sektor qanunu
Bitki örtüyünə görə təsnif olunmuş yerüstü biomlar | ||||
Qütb səhraları Tundra Tayqa Enliyarpaqlı meşələr | Çillər Subtropik rütubətli meşə Aralıq Dənizi biomları Musson meşələri | Arid səhralar Kserofit kolluqlar Cənub çölləri Semiarid səhralar | Savannalar Ağac bitən savannalar (meşə-çöl) Subtropik meşələr Tropik rütubətli meşələr | Alp tundrası Dağ meşələri |
Biosenozda orqanizmlərin əlaqələri
Biosenozların yaranması və mövcudluğunun əsası orqanizmlərin eyni biotopda yerləşərək bir-birilə əlaqəsindən ibarətdir.. Bu əlaqələr növlərin qruplaşmasında əsas yaşama şəraitini, qida əldə etməsini və yeni ərazilər zəpt etməsini müəyyənləşdirir. Trofik əlaqələr – bu növün digər növün fərdinin hesabına qidalanır. İynəcənin digər həşəratı uçan halda tutması, peyin qurdu böcəyinin iri dırnaqlıların peyini ilə qidalanması, bilavasitə trofik əlaqəyi misaldır.
Topik əlaqələr – bir növün həyat fəaliyyəti nəticəsində digər növün yaşayış şəraitinin fiziki və kimyəvi dəyişməsi ilə xarakterizə olunur. Bu əlaqələr olduqca müxtəlifdir. Onlar bir növün digər növ üçün mühit yaratması, substratın formalaşması ilə əlaqədar digər növün bura köçür yaxud da əksinə suyun, havanın hərəkətinin təsiri temperaturun, ətraf sahənin işıqlanmasının dəyişməsi ifrazat məhsulları ilə mühitin forması və s. səbəbdən köçməkdən çəkinir. Milçən sürfələrinin ipək peyinində məskünlaşması, ağacın gövdəsindəki şibyələr, onlar üçün substrat və ya yaşama mühiti sayılan orqanizmlərlə topik əlaqədə olurlar. Digər orqanizmlər üçün mühitin yaratmaq və ya mühitin dəyişməsi bitkilər böyük rol oynayır, bitki örtüyü enerji mübadiləsi xüsusi xüsusiyyətinə görə yer səthində istiliyinin paylanması, mezo- və mikroiqlimin yaranmasında güclü faktor hesab olunur.
Meşə çətiri altında meşəaltı kollar, ot örtüyü və heyvanat aləmi, sabit temperatur və yüksək rütubətlik şəraitində olur. Topik və tropik əlaqələr biosenozda olduqca böyük əhəmiyyət daşıyır. Məs bu əlaqə tipləri müxtəlif növdən olan orqanizmləri bir-birinin yanında saxlayır və onları müxtəlif miqyasda kifayət dərəcədə sabit qruplaşmalarda cəmləşdirir. Forik əlaqələr – bu növün yayılmasında digər növün yayılmasında iştirakı deməkdir. Nəql etmə rolunda heyvanlar çıxış edir. Heyvanlarn bitki toxumlarını, sporlarını, bitki toxumcuqlarını başqa yerə aparılması zooxoriya deyilir, digər daha xırda heyvanları daşıması foreziya adlanır. Daşıma adətən xüsusi və müxtəlif uyğunlaşmalar vasitəsi ilə həyata keçirilir. Heyvanlar bitki toxumlarını – passiv və aktiv üsullarla tutub saxlaya bilər.
Fabrikasiya əlaqələri - biosenotik əlaqələrin belə tipində növ iştirak edərək öz tikintisində ayrılma məhsulları yaxud ölü qalıqlar, yaxud da digər növün canlı fərdlərindən istifadə edir. Məsələn: quşlar yuvasını qurmaq üçün ağacların büdaqlarından, məməlilərin tüklərindən, lələklərdən istifadə edirlər.
Fizioloji optimum – növ üçün bütün abiotik faktorlar birliyi əlverişli olur, böyümə və çoxalmanın daha sürətlə getməsi mümkündür. Sinekoloji optimum – elə biotik əlaqədir ki, növ düşmənləri və rəqibi tərəfindən ən az təzyiqə məruz qalır, bu isə onun artmasına imkan yaradır. Sinekoloji və fizioloji optimumlar çox vaxt uyğun gəlmir. Əgər uyğun biotopda ekoloji sığınacaq olduqca güclü rəqib tərəfindən zəpt olunubsa və yırtıcı və parazitlərin təsiri güclüdürsə, növ orada yaşamır. Biosenozun formalaşdıran növ arası əlaqələr orada məskünlaşan növlərin qanunauyğun münasibətinə onların ekoloji xüsusiyyətlərinə, sayına, məkanda paylanmasına şərait yaradır, başqa sözlə biosenozun müəyyən strukturunu yaradır.
Canlılar arasında olduqca müxtəlif qarşılıqlı əlaqələr mövcuddur. Onlar aşağıdakılardan ibarətdir:
- Yırtıcı - şikar, parazit – sahib əlaqələri qida əlaqəsidir və partnyolardan biri üçün müsbət, digəri üçün mənfi nəticə verir. Digər heyvanlarla qidalanan heyvan yırtıcı adlanır, onlar üçün xüsusi ovlama davranışı səciyyəvidir.
- Parazitlik – növlər arasında qida əlaqə forması olub, partnör orqanizm canlı sahibinin bədənində həm qidalanır həm məskunlaşır. Parazitlər öz sahibindən xeyli kiçik olur.
- Mutualizm – simbioz - Təbiətdə növlərin qeniş yayılan qarşılıqlı faydalı əlaqəsi mutualizm adlanır, mutualistik əlaqələr əvvəlki rarazitizm və ya kommensalizmin əsasında vaş verə vilər. Qarşılıqlı faydalı birgə yaşayışın inkişaf dərəcəsi olduqca müxtəlif ola bilər. Simbiotik əlaqəni klassik misalı kimi şibyəni göstərmək olar.
- Neytralizm – biotik əlaqələrin bir formasıdır iki növ bir ərazidə məskunlaşaraq bir birinə nə müsbət nə də mənfi təsir olmur. Neytralizmdə növlərin bir biri ilə əlaqələri olmur, lakin hər ikisi qruplaşmanın vəziyyətindən asılıdır, məsələn: dələ ilə sığın, fil ilə meymun bir meşədə yaşasalar da, praktiki olaraq bir biri ilə əlaqəsi olmur. Lakin uzun sürən quraqlığın kəsirində meşənin məhv olması, yaxud zərəvericilərin kütləvi çoxalması ağacları çılpaqlaşdırır və hər iki növə təsirini göstərir. Qeytralizm əlaqəsi tipi, xüsusilə ekoloji baxımından müxtəlif üzvlər daxil olan zəngin növlü qruplaşmalarda inkişaf etmişdir.
- Amensalizm – bu biotik əlaqə formasında iki qarşılıqlda təsir göstərən növlərdən birinə birgə yaşamaq mənfi nəticə göstərir, digəri isə ondan nə fayda alır nə də zərər çəkir. Belə qarşılıqlı əlaqə təsirinə əsasən bitkilərdə rast gəlinir. Məsələn: işıq sevən ot növlərini fıstıq meşəsində güclü kölgədə sıxışdırılır, lakin ağaclara belə qonşuluq heç bir təsir göstərmir. Bu əlaqə adətən birbaşa rəqabətə aid edilir və antibioz adlanır. Bu əlaqə forması bitkilərdə yaxşı öyrənilir bunun əsasında resurs uğrunda rəqibə qarşı mübarizə məqsədi ilə müxtəlif zərərli maddələrdən istifadə olunur. Bu hadisə Alellopatiya adlanır.
- Rəqabət – oxşar ekoloji tələbatı olan növlər arasında baş verən qarşılıqlı əlaqə rəqabət adlanır. Y. Oduma görə rəqabət eyni məqsədə can atan iki orqanizmilərin mənfi qarşılıqlı təsiridir. Belə növlər bir yerdə məskunlaşdıqda biri digərini qida ehtiyatının sığınacaq yerini azaldır. Rəqabət – ekoloji əlaqələrin qarşılıqlı təsir göstərdiyi hər iki partnyora mənfi təsir göstərir. Rəqabət qarşılıqlı təsir forması olduqca müxtəlif – birbaşa fiziki mübarizədən sülhv vəziyyətində yaşamağa qədər ola bilər. Bununla belə eyni ekoloji tələbata malik olan iki növ bir qruplaşmada məskunlaşıvsa, əvvəl-axır rəqabətdən biri-digərini sıxışdırıb çıxarmalıdır.
Ədəbiyyat
- Q. Məmmədov, M. Xəlilov – Ekologiya, ətraf mühit və insan. «Elm» nəşriyyatı. 2006.
- Qara Mustafayev – Ekologiya. Bakı «Ozan». 2001.
- Odum Ö. – Gkoloqiə. M. 1986.
- Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, həyat, iqtisadiyyat. B.: El-ALlianse, 2004. -336 s.
- Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. B.: Elm, 2003. -516 s.
- Tischler W., Synökologie der Landtiere, Stuttg., 1955;
- Balogh J.. Lebensgemeinschaften der Landtiere, Bdpst — B., 1958;
- Kormondy Е. J., Readings in ecology, L., 1965;
- Кашкаров Д. Н., Основы экологии животных, 2 изд., Л., 1945;
- Гиляров М. С., Вид, популяция и биоценоз, "Зоологический журнал", 1954, т. 33, в. 4;
- Юджин Одум , Экология, М., 1986.
- Быков Б.А. Экологический словарь. – Алма-Ата : Наука, 1983. – 216 с.
- Дедю И.И. Экологический энциклопедический словарь. – Кишинев, 1990. – 406 с.
- Кашкаров Д. Н. Основы экологии животных / 2 изд. - Л., 1945;
- Беклемишев В. Н. О классификации биоценологических (симфизиологических) связей // Бюлл. Моск. об-ва испытателей природы. – 1951. - Т. 56, вып. 5;
- Гиляров М. С. Вид, популяция и биоценоз // Зоол. журн. – 1954. - Т. 33, в. 4;
- Арнольди К. В., Л. В. О биоценозе. - Там же. – 1963. - Т. 42, в. 2;
- Наумов Н. П., Экология животных / 2 изд. - М., 1963;
- Основы лесной биогеоценологии / Под ред. В. Н. Сукачева и Н. В. Дылиса. - М., 1964;
- Макфедьен Э. Экология животных / Пер. с англ. - М., 1965;
- Дювиньо П., Танг М. Биосфера и место в ней человека. / Пер. с франц. - М., 1968;
- Корсак К.В., Плахотнік О.В. Основи сучасної екології : Навч. посіб. – 4-те вид., перероб. і допов. – К.: МАУП, 2004. – 340 с: іл.
- Кучерявий В.П. Екологія . – Львів: Світ, 2001 – 500 с: іл.
- Мусієнко М.М., Серебряков В.В., Брайон О.В. Екологія: Тлумачний словник. - К.: Либідь, 2004. – 376 с.
İstinadlar
- K. A. Möbius, Die Auster und die Austernwirthschaft 2021-11-30 at the Wayback Machine, 1877
- "Produsent Sovet Ensiklopediyasında". 2021-09-18 tarixində . İstifadə tarixi: 2012-04-17.
- "Parco del delta del Po". 2010-03-03 tarixində . İstifadə tarixi: 2012-04-17.
- . 2011-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-17.
- Un progetto di recupero ambientale[ölü keçid]
- Formazioni coralligene[ölü keçid]
- Kendeigh, S. Charles. 1961. Animal Ecology. Prentice-Hall, Inc., Englewood Cliffs, N.J., 468 p
- . 2006-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-19.
- Ekologiya. ЮНИТИ nəşriyyatı, 2007, 495 s. 2010-12-01 at the Wayback Machine (rus.)
- "Ecologia: Ecossistema e Cadeia Alimentar", no site do Centro de Divulgação Científica e Cultural da Universidade de São Paulo, Brasil 2009-06-03 at the Wayback Machine Yoxlanılıb 4 iyun 2009
Xarici keçidlər
- Ekologiya[ölü keçid] (az.)
- Biosenoz (rus.)
- Biosenoz haqqında (rus.)
- Mikro və Makromira (rus.)
- Biosenoz haqqında tam məlumat[ölü keçid] (rus.)
- Biosenozun strukturu (rus.)
- Biosenoz anlayışı (rus.)
- Biosenozlar (rus.)
- Biosenoz və onun strukturu (rus.)
- Biosenoz təbiətdə 2012-03-09 at the Wayback Machine (rus.)
- Trofik ekologiya (rus.)
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Biosenoz yun bios heyat koinos umumi mueyyen abiotik mekaninda biotop ekotop yasayan ve bir biri ile muxtelif elaqelerde olan butun canlilarin mecmusudur Buraya butun avtotrof orqanizmler olan bitkiler ve heterotrof orqanizmler olan canlilar memeliler surunenler quslar baliqlar cuculer ve s aiddirler Biotop seklinde yayilmis butun canlilar muxtelif novler ve her bir novu teskil eden ferqler tebii qruplarin biosenozlarini emele getirir Ilk defe bu termin alm Bioconose elme 1877 ci ilde Alman alimi Karl Avqust Mobius terefinden daxil edilmisdir Biosenoz Biosenoz Redusentler Produsentler Biosenoz BiosenozBiosenoz anlayisiKarl Avqust Mobius Biosenoz sozu iki yunan sozunun birlesmesinden emele gelmisdir Yunanca Bio heyat ve Koinos umumi demekdir Bezen Koinos sozunun menasi neyise umumi sekilde etmek sozu kimi tercume olunur Umumiyyetle Biosenoz sozunun menasi ise Umumi heyat demekdir Biosenoz az ve ya cox derecede eyni yasayis muhitine malik mueyyen erazide yasayan canlilarin mecmusudur Bu mecmuya muxtelif bitki heyvan ve mikroorqanizmler daxildir Biosenoz cansiz tebiet amilleri ile qirilmaz bagli olub birlikde mohkem sistem emele getirir ki burada onlarin komponentleri arasinda maddeler dovrani gedir Biosenoz nov strukturu yaxud ona daxil olan her hansi bir qrupu oyrenerken novlerin sayi ve onlarin miqdarlarinin nisbeti seklinde ozunu buruze veren novmuxtelifliyinin tesiri muhum ehemiyyet kesb edir Guclu xarici tesirlerden novmuxtelifliyi deyise biler Biosenozun tamliginin qorunmasinda novarasi ve novdaxili mubarizelerin ehemiyyeti boyukdur Bu mubarizeler biosenozda muxtelif ekoloji oyuqlar emele getirir Biosenoz inkisaf etdikce onun biokutlesi novmuxtelifliyi artir qida elaqeleri murekkeblesir Insanin hec bir tesiri olmadan formalasmis biosenozlar mese bataqliq col ve insan fealiyyeti neticesinde formalasan aqrosenozlar movcuddur Biosenozun oyrenilmesi torpaq ve su resurslarindan semereli istifade olunmasinda muhum rol oynayir Cunki uzun tekamul prosesleri neticesinde formalasmis biosenozda movcud elaqeleri nezere almamaq onlarin mehvine sebeb olar Ilk defe Biosenoz alm Bioconose termini elme 1877 ci ilde Alman alimi hidrobioloqu zooloqu ve botaniki Karl Avqust Mobius 7 fevral 1825 26 aprel 1906 terefinden daxil edilmisdir Karl Mobius 1877 ci ilde birlikde yasayan kompleks canli heyvanlarin mehz Biosenoz termini ile adlnadirilmasini teklif etmisdir Her bir biosenoz yasayis ugrunda mubarize tebii secme ve diger tekamul amillerinin tesiri altinda yaranmisdir Biosenoza daxil olan bitkilerin mecmusu Fitosenoz heyvanlarinki ise Zoosenoz adlanir Biosenoz mueyyen biokutle mehsuldarliq oz qurulusunun nizamli olmasi ile xarakterize olunur Biosenoz Qida elaqeleri ile yanasi biosenozda bir canli digeri ucun substrat rolunu oynaya onun ucun mueyyen bir mikroiqlim yarada onun coxalmasini meselen heseratlarin cicekli bitkileri tozlandirmasi ve yayilmasini temin ede bilir Biosenoz ve ekosistemEsas meqale Ekosistem Ekosistem yun oikos ev yasayis yeri systema birlik bir biri ile ve etraf muhitle six qarsiliqli elaqede olan novlerin emele getirdikleri davamli oz ozunu tenzimleyen sistemidir Ekosistemin serhedleri az cox aydin orada geden proseslerin xarakterine gore avtonom xarakter dasiya biler Ekosistemin oyrenilmesi tebii servetlerden semereli istifade etmek tebieti qorumaq noqteyi nezerince muasir dovrun en aktual problemlerindendir Biosenoz Ekosistemin terkib hissesidir Kanar adlarinda yerlesen Boyuk Kanar adasinda sirin su EkosistemiBiotik qruplasmalarBiosenoz quru ve su hovzesinin mueyyen nisbeten eyni sahesini tutan bir biri ile abiotik amillerle mueyyen elaqesi ile seciyyelenen bitki heyvan mikroorqanizmlerin mecmusudur Bioloji dovranda istirakina gore biosenozda esas uc orqanizmler aiddir Avtotrof orqanizmler Produsentler qeyri uzvi maddeden uzvi madde emele getirir Heterotrof orqanizmler Konsumentler hazir uzvi maddelerle qidalanan orqanizmlerdir Bura insan ve heyvanlar daxildir Redusentler Destruktorlar orqanizmin parcalanmis qaliqlari ile qidalanan saprofitler aiddir Bu orqanizmler oz heyat fealiyyeti prosesinde olu kutlenin ve qismen biokutlenin murekkeb uzvi maddelerini sade birlesmelere CO2 N2 O2 H2O cevirir minerallasdirir Belelikle biosenoz ve biotop bir birine tesir gosteren iki ayrilmaz element olub ekosistem adlanan bu ve ya diger derecede dayaniqli sistem emele getirir Bunu asagidaki formuldaki kimi gostermek olar Ekosistem biotop biosenoz Bezi tedqiqatcilara gore ekosistem istenilen uzunluqda ve olcude ola biler Bu baximdan ayrilir Mikroekosistemler Meselen mesedeki tek curumus kotuk agac uzerindeki sibye yastigi Mezoekosistemler Meselen mese cemen sehra Makroekosistemler Meselen okean Ekosistem biosferin elementar funksional vahididir Onun strukturuna adeten uc planda baxilir Komponent populyasiya ya nov terkibi ve muxtelif nov populyasiyalarinin heyati formalarinin ve basqa struktur elementlerin nisbeti Ayri ayri elementlerin erazide yayilmasi butun elaqelerin ilk novbede qida zencirinin tsikllerin trofik ve diger elaqelerin mecmusu Yucin Odum 1975 ekosisteme ve biogeosenoza eyni kateqoriya kimi baxir 1942 biosenozu Yer sethinin oxsar canli komponentlerinin bitki ortuyu heyvan mikroorqanizmler ve tebii serait geoloji qurulus ve s onlarin qarsiliqli elaqelerinin vahid tebii kompleksini hesab edir Demeli biosenozun bagliliq faktorlari substratin tebieti relyef tipi ve torpaq sayilir yeni biogeosenoz Sukacova gore xoroloji fiziki cografi xarakteri dasiyir Ekosistemle esasen erazice deyil trofik movqeyinden baxilir Belelikle biosenoz ve ekosisteminin nisbetini bele tesevvur etmek olar Biogeosenoz fitosenozun serhedi daxilinde ekosistemdir Daha durust ekosistem ve biogeosenoz kateqoriyalari bitki qruplasmasi seviyyesinde bir birine uygun gelir ondan yuxari ve asagi seviyyelerde ise onlar prinsipce ayrilirlar Ekosistemlerin ekserriyyeti uzun tekammul prosesinde tesekkul tapmisdir ve novlerin etraf muhite uygunlasmasi neticesidir Ekosistemler ozunu nizamlama ve mueyyen hedd cercivesinde etraf seraitin deyismesinin ve populyasiyanin sixligini keskinliyinin qarsisini almaq qabiliyyetine malikdir Biosenozun strukturlariBiosenozda bir nece struktur ayird edilir Biosenozun uc strukturu vardir Onlar asagidakilardir Biosenozun nov strukturu onda yasayan canlilarin nov terkibi ve ona daxil olan butun populyasiyalarin nisbeti ile teyin edilir Biosenozun trofik qida strukturu onun esasini bir biri ile kesisen qida zencirleri toru teskil edir Biosenozun feza strukturu qanunauygun olaraq burada yasayan novlerin bir birine nisbeten yerlesmesidir meselen mesede yarus Biosenozun butun strukturlarinin bir biri ile six elaqesi olur Biosenozun strukturu onu teskil eden komponentlerin qarsiliqli tesiri sayesinde daim qorunur Biosenozun nov strukturuBaliqlar biosenozuSualti heyat biosenozu Biosenozun strukturu cox planlidir ve onun muxtelif aspektlerde oyrenilir Biosenozun strukturu cox planlidir ve onun muxtelif aspektlerde oyrenilir Biosenozun nov strukturu bir cox faktorlardan asilidir ve novun muxtelifliyi ile xarakterize olunur Esas limitlesdirici faktorlar temperatur rutubetlik ve qida maddelerin catismazligi hesab olunur Kasib ve zengin novlu biosenozlar ayirirlar Qutb Arktik sehralarda ve simal Tundrada istiliyin son derecede defisitliyi seraitinde susuz isti sehralarda cirkab sulari ile cirklenmis su hovzelerinde bir ya bir nece muhit faktorunun heyat seviyyesi ucun orta optimal seviyyeden kenara cixmasi ile elaqedar qruplasmalar olduqca kesadlasir cunki bele elverisli seraite uygunlasa bilmirler Tez tez felaketli tesirlere meruz qalan biosenozlarda nov spektri boyuk olmur Eksine heyat ucun abiotik muhit seraiti optimuma yaxinlasdiqca zengin novlere malik olan qruplasmalar emele gelir Buna tropik meselerin cox muxtelif orqanizmlerle zengin olan mercan rifleri arid zonada cay vadileri misal ola biler Tropik mehelerin biosenozlari cox muxtelif heyvanat alemi ve bitki novlerine malik olur hetta yan yana eyni novden olan agaclara rast gelinmir Biosenozlarin nov terkibi ve meskunlasdigi yerde yasama muddetine her biosenozun tarixinden de asilidir Teze formalasan cavan qruplasmalar coxdan formalasmis yetismis qruplasmalara nisbeten az nove malik olur Insan terefinden yaradilan biosenozlar novlerle kesad olur Hetta en kesad biosenozlarda da muxtelif sistematik ve ekoloji qruplara aid olan onlarla orqanizmlere rast gelmek olar Meselen taxil zemisinde ve ya uzum baginda az da olsa alaq otlari heseratlar ziyanvericiler yirticilar torpaq qatinda ve torpaq ustunde mikroorqanizmler de rast gelinir Biosenozun nov terkibinin murekkebliyi meskunlasdigi yerin muhitinin muxtelifliyinden de asilidir Novlerin ekoloji tesnifatina gore muxtelif seraiti olan biotoplarda daha zengin flora ve ya faunaya malik olan biosenozlar formalasir Novlerin coxlugunun meskunlasmaq seraiti elverisli sayilan yer qruplasmalar arasindaki ekotop adlanan kecid zonasidir burada nov muxtelifliyinin artmasi ise serhed effekti adlanir Ekotop novlerle zengin olur cunki bura her iki serhedyani qruplasmadan novler daxil olur Bundan basqa ekotop serhedyani biosenozlarda rast gelinmeyen ozune mexsus xarakter novler de olur Meselen Boyuk Qafqazin cenub yamacinda meseninn yuxari serhedinin subalp cemeni ne kecid zonasi orta dag mese fistiq qursagina nisbeten flora ve fauna ile daha zengindir Iki qonsu biotoplar bir birinden ne qeder cox ferqlenirse onlarin serhedlerinde serait bir o qeder muxtelif ve serhed effekti bir o qeder de guclu olar Mese ve ot bitkilerinin su ve quru biosenozlarinin kontaktinda nov zenginliyi guclu artir Serhed effekti bir birinden keskin ayrilan tebii zonalarin flora ve faunasi ucun daha seciyyevidir Biosenozda ekoloji siginacaq cox olduqca onun nov terkibi zengin olar Oz novbesinde qruplasmanin nov muxtelifliyi artdiqca ekoloji siginacaq da coxalir Bir biosenozun terkibinde eyni olcu qrupa aid olan novler sayina gore keskin secilir Onlardan birine seyrek rast gelinir digeri ise olduqca cox oldugu ucun biosenozun xarici gorkemini teyin edir Meselen yovsan yarimsehralarinda yovsan fistiq mesesinde fistiq Bu qruplasmalarda mueyyen novler ustunluk teskil edir ve butovlukde biosenozun fealiyyetini mueyyenlesdirir Sayina gore ustunluk teskil eden dominant nov adlanir lakin onlarin arasinda ele ovler vardir ki biosenoz ucun yuksek derecede muhit yaridir ve onlarsiz diger novlerin olmasi mumkun deyildir Bu novler qruplasmanin mikromuhitini mueyyenlesdirir ve onlarin aradan goturulmesi biosenozun tam parcalanmasi tehlukesini yaradir Bu novler edifikatorlar adlanir lat qurucu Bezi hallarda heyvanlar da edifikator ola biler Biosenozun terkibinde az miqdarda dominantlarla yanasi adeten az sayli ve nadir novler daxil olur Az sayli novler ikinci dereceli novler de adlanir ve onlar nov zenginliyini yaradir muxtelifliyini yukseldir ve dominantlarin yerini doldurmaq ve yaxud evez etmek ucun ehtiyat vezifesini gorur Biosenozun nov strukturunda ayri ayri novlerin rolunu qiymetlendirmek ucun mextelif gostericilerden istifade edilir novun bollugu vahid sahede novun sayi ve hecmi Rast gelinmesi novun biosenozda beraber ve qeyri beraber yayilmasini seciyyelendirir Melumdur ki biosenozlarda bakteriyalar ve diger mikroorqanizmler ustunluk teskil edir Odur ki muxtelif olculu novleri muqayise etdikde saya gore dominantliq etmek qruplasmanin xususiyyetlerini eks ede bilmez Muxtelif olculu formalar ve novler muxtelif elametlerine gore ayrilir sistematik ekoloji morfoloji olcuye gore torpagin mikro mezo ve makrofaunasi butovlukde Daha kutlevi yayilan novlerin muxtelif olculu qruplarin daxilinde muxtelifliyi say nisbeti nadir formalarin bollugu nov strukturun spesifikasi haqqinda tesevvur yaradir Tropik elaqeler esasinda xususi struktur birliyi konsorsiumlar movcuddur Novun merkezi uzvunun xaricinde ve daxilinde yerlesir Ekser hallarda bir konsorsiumun uzvi ve muxtelif tropik elaqelerle baglidir Onlar faktiki olaraq digerine muhit emele gelme tesirine malik olan novun numayendesi etrafinda formalasir Belelikle biosenoz novler arasindaki six topik ve tropik elaqeler esasinda yaranan konsorsiumlar sisteminlerinden ibaretdir Biosenozun erazi strukturuErazi Biosenozu Biosenozda novler mueyyen erazi strukturu yaradir Muxtelif boya malik olan bitkiler bir yerde olduqda fitosenoz cox vaxt aydin yarusluq qurulusunu alir assimilyasiya eden bitkinin yerustu orqanlari ve yeralti hisseleri bir nece qatda yerleserek muhitden muxtelif cur istifade edir ve onu deyisdirir Yarusluq mulayim qursagin meselerinde yaxsi gorunur Meselen Lenkeranda ust mertebede sabalidyarpaq palid ustunluk teskil edir Hundurluyu 28 36 metre catir Ona bezen veles azad agaci Qafqaz xurmasi qarisir Orta mertebeni demir agac 12 16 metr alt mertebeni ise samsid ve bigever ve basqa kollar tutur 3 7 m Yaruslar arasi bitkiler de movcuddur bunlara mamirlar ve sibyeler cicekli efemerler aiddir ve abaclarin gevdesinde yerlesir Yerustu bitiklere isiq axinindan tam istifade etmeye yarusluq serait yaradir Her bir yarus mueyyen bir kompleks seraite uygunlasir ve fitoiqlimin yaranmasinda istirak edir Fitosenozlarin torpaqalti yarusun bitki koklerinin islediyi derinliklerden kok sistemin aktiv hissesinin yerlesmesinden asilidir Mesede cox vaxt bir nece torpaq alti yarusu musahide edilir Heyvanlar bu yaruslarda yerlesir onlardan bezileri asagidaki qruplara ayrilir torpaqda meskunlasanlar geobiy yerustu seth qatinda herpetobiy mamir yarusundaki briobiy ot ortuyundeki fillobiy diger yukseklikde yasayan heseratlar ise aerobiy adlanir Quslar arasinda yalniz yerde yuva quranlar toyuq kimiler tetra qusu tenek qusu kol arasinda yuva quranlar qar qusu silviya qusu oxuyan qara toyuqlar ve ya agac cetirinde yuva quranlar alacehra payizbulbulu iri yirticilar ayrilir Su ekosistemlerinde irimiqyasli saquli strukturu iki novbede xarici faktorlar emele getirir Pellagealda teyin edici faktorlara isiqlama ve temperatur qradiyentleri ve biogenlerin konsentrasiyasi aiddir Derinliklerde hidrostatik tezyiq faktoru dib biosenozlarinda ise faktora qrunt muxtelifliyi dib qatlarinda suyun hidrodinamikasi elave olunur Saquli strukturun xususiyyetlerinin nov terkibi dominantliq eden evez olunmasi bitkilerin gostericisi ile ifade olunur Mozaiklik ve yarusluq dinamikasi bir mikroqrup digeri ile evez olunur onlarin olculeri qisalib yaxud boyuye biler Ufuqi istiqametde parcalanma mozaiklik praktiki olaraq butun fitosenozlar ucun xasdir Ona gore onlarin daxilinde struktur vahidleri ayirirlar Bu vahidlere muxtelif adlar verilir Meselen mikroqruplar mikrosenozlar mikrofitosenozlar Bu mikroqruplar nov terkibine novlerin say nisbetine yasina sixligina mehsuldarligina gore ferqlenir Mozaiklik muxtelif sebeblerden biotopun xususiyyetlerinden mikrorelyefin torpagin muxtelifliyinden mikroiqlimin tesirinden bitkilerin muhit emele getirmesinden yaranir O heyvanlarin fealiyyeti guclu kulekler neticesinde agaclarin yixilmasi yanginlar ve s neticesinde yaranir Biomlar da biosenoz kimi boyuk tebii zonalarinin ekosistemidir Yeni biom Eyni iqlim zonasinin ekosisteminin kullusudur Esasen 2 cur biom olur Zona cografiyasinin qanunu V V Dokucev terefinden hazirlanmisdir Sektor qanunuBitki ortuyune gore tesnif olunmus yerustu biomlar Qutb sehralari Tundra Tayqa Enliyarpaqli meseler Ciller Subtropik rutubetli mese Araliq Denizi biomlari Musson meseleri Arid sehralar Kserofit kolluqlar Cenub colleri Semiarid sehralar Savannalar Agac biten savannalar mese col Subtropik meseler Tropik rutubetli meseler Alp tundrasi Dag meseleriBiosenozda orqanizmlerin elaqeleriBiosenozda orqanizmlerin elaqeleriYunan qozunun Alellopatiyasi Biosenozlarin yaranmasi ve movcudlugunun esasi orqanizmlerin eyni biotopda yerleserek bir birile elaqesinden ibaretdir Bu elaqeler novlerin qruplasmasinda esas yasama seraitini qida elde etmesini ve yeni eraziler zept etmesini mueyyenlesdirir Trofik elaqeler bu novun diger novun ferdinin hesabina qidalanir Iynecenin diger heserati ucan halda tutmasi peyin qurdu boceyinin iri dirnaqlilarin peyini ile qidalanmasi bilavasite trofik elaqeyi misaldir Topik elaqeler bir novun heyat fealiyyeti neticesinde diger novun yasayis seraitinin fiziki ve kimyevi deyismesi ile xarakterize olunur Bu elaqeler olduqca muxtelifdir Onlar bir novun diger nov ucun muhit yaratmasi substratin formalasmasi ile elaqedar diger novun bura kocur yaxud da eksine suyun havanin hereketinin tesiri temperaturun etraf sahenin isiqlanmasinin deyismesi ifrazat mehsullari ile muhitin formasi ve s sebebden kocmekden cekinir Milcen surfelerinin ipek peyininde meskunlasmasi agacin govdesindeki sibyeler onlar ucun substrat ve ya yasama muhiti sayilan orqanizmlerle topik elaqede olurlar Diger orqanizmler ucun muhitin yaratmaq ve ya muhitin deyismesi bitkiler boyuk rol oynayir bitki ortuyu enerji mubadilesi xususi xususiyyetine gore yer sethinde istiliyinin paylanmasi mezo ve mikroiqlimin yaranmasinda guclu faktor hesab olunur Mese cetiri altinda mesealti kollar ot ortuyu ve heyvanat alemi sabit temperatur ve yuksek rutubetlik seraitinde olur Topik ve tropik elaqeler biosenozda olduqca boyuk ehemiyyet dasiyir Mes bu elaqe tipleri muxtelif novden olan orqanizmleri bir birinin yaninda saxlayir ve onlari muxtelif miqyasda kifayet derecede sabit qruplasmalarda cemlesdirir Forik elaqeler bu novun yayilmasinda diger novun yayilmasinda istiraki demekdir Neql etme rolunda heyvanlar cixis edir Heyvanlarn bitki toxumlarini sporlarini bitki toxumcuqlarini basqa yere aparilmasi zooxoriya deyilir diger daha xirda heyvanlari dasimasi foreziya adlanir Dasima adeten xususi ve muxtelif uygunlasmalar vasitesi ile heyata kecirilir Heyvanlar bitki toxumlarini passiv ve aktiv usullarla tutub saxlaya biler Fabrikasiya elaqeleri biosenotik elaqelerin bele tipinde nov istirak ederek oz tikintisinde ayrilma mehsullari yaxud olu qaliqlar yaxud da diger novun canli ferdlerinden istifade edir Meselen quslar yuvasini qurmaq ucun agaclarin budaqlarindan memelilerin tuklerinden leleklerden istifade edirler Fizioloji optimum nov ucun butun abiotik faktorlar birliyi elverisli olur boyume ve coxalmanin daha suretle getmesi mumkundur Sinekoloji optimum ele biotik elaqedir ki nov dusmenleri ve reqibi terefinden en az tezyiqe meruz qalir bu ise onun artmasina imkan yaradir Sinekoloji ve fizioloji optimumlar cox vaxt uygun gelmir Eger uygun biotopda ekoloji siginacaq olduqca guclu reqib terefinden zept olunubsa ve yirtici ve parazitlerin tesiri gucludurse nov orada yasamir Biosenozun formalasdiran nov arasi elaqeler orada meskunlasan novlerin qanunauygun munasibetine onlarin ekoloji xususiyyetlerine sayina mekanda paylanmasina serait yaradir basqa sozle biosenozun mueyyen strukturunu yaradir Canlilar arasinda olduqca muxtelif qarsiliqli elaqeler movcuddur Onlar asagidakilardan ibaretdir Yirtici sikar parazit sahib elaqeleri qida elaqesidir ve partnyolardan biri ucun musbet digeri ucun menfi netice verir Diger heyvanlarla qidalanan heyvan yirtici adlanir onlar ucun xususi ovlama davranisi seciyyevidir Parazitlik novler arasinda qida elaqe formasi olub partnor orqanizm canli sahibinin bedeninde hem qidalanir hem meskunlasir Parazitler oz sahibinden xeyli kicik olur Mutualizm simbioz Tebietde novlerin qenis yayilan qarsiliqli faydali elaqesi mutualizm adlanir mutualistik elaqeler evvelki rarazitizm ve ya kommensalizmin esasinda vas vere viler Qarsiliqli faydali birge yasayisin inkisaf derecesi olduqca muxtelif ola biler Simbiotik elaqeni klassik misali kimi sibyeni gostermek olar Neytralizm biotik elaqelerin bir formasidir iki nov bir erazide meskunlasaraq bir birine ne musbet ne de menfi tesir olmur Neytralizmde novlerin bir biri ile elaqeleri olmur lakin her ikisi qruplasmanin veziyyetinden asilidir meselen dele ile sigin fil ile meymun bir mesede yasasalar da praktiki olaraq bir biri ile elaqesi olmur Lakin uzun suren quraqligin kesirinde mesenin mehv olmasi yaxud zerevericilerin kutlevi coxalmasi agaclari cilpaqlasdirir ve her iki nove tesirini gosterir Qeytralizm elaqesi tipi xususile ekoloji baximindan muxtelif uzvler daxil olan zengin novlu qruplasmalarda inkisaf etmisdir Amensalizm bu biotik elaqe formasinda iki qarsiliqlda tesir gosteren novlerden birine birge yasamaq menfi netice gosterir digeri ise ondan ne fayda alir ne de zerer cekir Bele qarsiliqli elaqe tesirine esasen bitkilerde rast gelinir Meselen isiq seven ot novlerini fistiq mesesinde guclu kolgede sixisdirilir lakin agaclara bele qonsuluq hec bir tesir gostermir Bu elaqe adeten birbasa reqabete aid edilir ve antibioz adlanir Bu elaqe formasi bitkilerde yaxsi oyrenilir bunun esasinda resurs ugrunda reqibe qarsi mubarize meqsedi ile muxtelif zererli maddelerden istifade olunur Bu hadise Alellopatiya adlanir Reqabet oxsar ekoloji telebati olan novler arasinda bas veren qarsiliqli elaqe reqabet adlanir Y Oduma gore reqabet eyni meqsede can atan iki orqanizmilerin menfi qarsiliqli tesiridir Bele novler bir yerde meskunlasdiqda biri digerini qida ehtiyatinin siginacaq yerini azaldir Reqabet ekoloji elaqelerin qarsiliqli tesir gosterdiyi her iki partnyora menfi tesir gosterir Reqabet qarsiliqli tesir formasi olduqca muxtelif birbasa fiziki mubarizeden sulhv veziyyetinde yasamaga qeder ola biler Bununla bele eyni ekoloji telebata malik olan iki nov bir qruplasmada meskunlasivsa evvel axir reqabetden biri digerini sixisdirib cixarmalidir EdebiyyatQ Memmedov M Xelilov Ekologiya etraf muhit ve insan Elm nesriyyati 2006 Qara Mustafayev Ekologiya Baki Ozan 2001 Odum O Gkoloqie M 1986 Yusifov E F Tehmezov B H Etraf muhit heyat iqtisadiyyat B El ALlianse 2004 336 s Memmedov Q S Xelilov M Y Ekoloqlarin melumat kitabi B Elm 2003 516 s Tischler W Synokologie der Landtiere Stuttg 1955 Balogh J Lebensgemeinschaften der Landtiere Bdpst B 1958 Kormondy E J Readings in ecology L 1965 Kashkarov D N Osnovy ekologii zhivotnyh 2 izd L 1945 Gilyarov M S Vid populyaciya i biocenoz Zoologicheskij zhurnal 1954 t 33 v 4 Yudzhin Odum Ekologiya M 1986 Bykov B A Ekologicheskij slovar Alma Ata Nauka 1983 216 s Dedyu I I Ekologicheskij enciklopedicheskij slovar Kishinev 1990 406 s Kashkarov D N Osnovy ekologii zhivotnyh 2 izd L 1945 Beklemishev V N O klassifikacii biocenologicheskih simfiziologicheskih svyazej Byull Mosk ob va ispytatelej prirody 1951 T 56 vyp 5 Gilyarov M S Vid populyaciya i biocenoz Zool zhurn 1954 T 33 v 4 Arnoldi K V L V O biocenoze Tam zhe 1963 T 42 v 2 Naumov N P Ekologiya zhivotnyh 2 izd M 1963 Osnovy lesnoj biogeocenologii Pod red V N Sukacheva i N V Dylisa M 1964 Makfeden E Ekologiya zhivotnyh Per s angl M 1965 Dyuvino P Tang M Biosfera i mesto v nej cheloveka Per s franc M 1968 Korsak K V Plahotnik O V Osnovi suchasnoyi ekologiyi Navch posib 4 te vid pererob i dopov K MAUP 2004 340 s il Kucheryavij V P Ekologiya Lviv Svit 2001 500 s il Musiyenko M M Serebryakov V V Brajon O V Ekologiya Tlumachnij slovnik K Libid 2004 376 s IstinadlarK A Mobius Die Auster und die Austernwirthschaft 2021 11 30 at the Wayback Machine 1877 Produsent Sovet Ensiklopediyasinda 2021 09 18 tarixinde Istifade tarixi 2012 04 17 Parco del delta del Po 2010 03 03 tarixinde Istifade tarixi 2012 04 17 2011 06 28 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 04 17 Un progetto di recupero ambientale olu kecid Formazioni coralligene olu kecid Kendeigh S Charles 1961 Animal Ecology Prentice Hall Inc Englewood Cliffs N J 468 p 2006 11 27 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 04 19 Ekologiya YuNITI nesriyyati 2007 495 s 2010 12 01 at the Wayback Machine ISBN 978 5 238 01204 9 rus Ecologia Ecossistema e Cadeia Alimentar no site do Centro de Divulgacao Cientifica e Cultural da Universidade de Sao Paulo Brasil 2009 06 03 at the Wayback Machine Yoxlanilib 4 iyun 2009Xarici kecidlerEkologiya olu kecid az Biosenoz rus Biosenoz haqqinda rus Mikro ve Makromira rus Biosenoz haqqinda tam melumat olu kecid rus Biosenozun strukturu rus Biosenoz anlayisi rus Biosenozlar rus Biosenoz ve onun strukturu rus Biosenoz tebietde 2012 03 09 at the Wayback Machine rus Trofik ekologiya rus Hemcinin baxEkosistem Biom Biotop Biologiya portali