Sultan Baysunqur — 1490-cı ildən 1492-cü ilə (bəzi mənbələrə görə, 1493) qədər hakimiyyətdə olmuş Ağqoyunlu hökmdarı. O, Sultan Yaqubun (1478-1490) oğlu və vəliəhdi olmuş, hakimiyyəti dövründə əlində az hakimiyyət var idi, hadisələri idarə edən şəxs isə onun atabəyi və sərkərdəsi olan Sufi Xəlil bəy Mosullu olmuşdur. Sufi Xəlil bu mövqeyini 1490-1491-ci illərdə axlamış, 1491-1492-cü illərdə onun yerinə Süleyman bəy Bicanoğlu keçmişdir. Baysunqur ilk öncə qohumu Rüstəm bəy tərəfindən Təbrizdən qovulmuş, sonradan gəlinmiş razılığa əsaəsn Gəncə və Bərdə şəhərlərinin hökmdarı olmuşdur. Lakin buradan iki dəfə taxtını geri qaytarmaq üçün uğursuz cəhdlər etmiş, nəticədə 1493-cü ildə Rüstəm bəy tərəfindən öldürülmüşdür. Ondan sonra hökmdar Rüstəm bəy olmuşdur.
Sultan Baysunqur | |
---|---|
Əbülfəth Sultan Baysunqur | |
| |
1490 – 1492 | |
Əvvəlki | Sultan Yaqub |
Sonrakı | Sultan Rüstəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Bərdə ilə Gəncə arasında |
Atası | Sultan Yaqub |
Anası | Gövhər sultan |
Həyatının erkən dönəmi
Baysunqur Sultan Yaqubun (1478-1490) ən böyük oğlu idi. Anası Şirvanşah Fərrux Yasarın (r1465–1500) qızı Gövhərsultan Xanım idi. Atasının sağlığında Baysunqura müasir İranın cənubunda yerləşən Fars əyalətinin gəlirləri təsis edilmişdi. Bu Ağqoyunlu dövlətində xüsusi ənənə halını almış bir şey idi. Ona nəzarət etmək, onu şahzadə və hökmdar kimi yetişdirmək vəzifəsi Sufi Xəlil bəy Mosulluya tapşırılmışdı. O, hələ 1478-ci ildə Fars əyalətinin hakimi təyin edilmişdir. Ancaq burada Təbrizdəki mərkəzi hökuməti qayğılandıracaq formada müstəqil hərəkət etmə meyilləri göstərməyə başlamışdı. İran körfəzindəki mühüm mərkəzlərdən olan Hörmüz adasına səfər təşkil edib, uuğrsuzluğa məruz qaldıqdan sonra bu vəzifəsindən azad edilmiş və Təbrizə çağırılmışdır. 1486-cı ildən 1490-cı ilə qədər gürcü səfərlərinin komandanlığına təyin edildi. O, 1490-cı ilə qədər davamlı olaraq gürcü torpaqlarına kiçik-böyük yürüşlər keçirən ordunun başında idi və bundan başqa, imperiya topçu qüvvələrinin böyük hissəsinin müfəttişliyi də onun əlində idi. Beləliklə, o, tədricən dövlətin ən güclü sərkərdələrindən birinə çevrilmişdi.239
Baysunqurun atası Yaqub 1490-cı ildə ağır bir şəkildə xəstələndi və Qarabağda vəfat etdi. Dövrün müasiri olan bəzi müəlliflər onun arvadı tərəfindən zəhərləndiyini bildirirlər. Onun ölümü Ağqoyunlu dövlətinin süqutunun başlanğıcı oldu.
Hakimiyyəti
Sufi Xəlilin naibliyi altında
Yaqubun ölümündən sonra Sufi Xəlil özünün Qarabağdakı düşərgədə əlverişli bir vəziyyətdə olduğunun fərqinə vardı. Miranşahi şahzadələrinin və Bayandurları özünə inandıran, düşərgədəki Mosullu tayfasından olan qohumlarının dəstəyini alan Sufi Xəlil Baysunquru hökmdar elan etdi. Hökmdarlığın faktiki hakimi olan Sufi Xəlil Yaqubun baş komandanı Mirzə Əli ibn Sultanxəlili ələ keçirib edam etdirdi. Onun bu addımı Bayandurluların və Miranşahilərin Sufi Xəlildən uzaqlaşmasına və üsyana başlamasına səbəb oldu. Üsyan nəticəsində hökdmar düşərgəsində qanlı döyüş baş verdi və döyüş nəticəsində Bayandurlu şahzadələri, məmurları ortadan qaldırıldı. Öldürülənlər içərisində Yaqubun qardaşı Məsih Mirzə də var idi. Şahzadə Maqsudun oğlu Rüstəm bəy ələ keçirildi və Naxçıvan şəhəri yaxınlığında yerləşən Əlincə qalasında həbsə atıldı. Bu zaman Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin oğlu Mahmud Ərəb İraqına qaçıb oranı əllərində tutan Pörnək tayfasına sığındı. Öz hakimiyyətini gücləndirmək üçün Sufi Xəlil Sultan Yaqubun keçmiş administrasiyasına qarşı da fəaliyyətə başladı. Bu siyahıya güclü bürokratlardan olan Qazi İsa Savəci də daxil idi. Onun vaxtilə keçirdiyi islahatları türk tayfa rəhbərlərinin gəlirlərinin azalmasına səbəb olmuşdu.
Sufi Xəlil Qazi İsanı dinə qarşı gəlmədə ittiham etsə də, sonuncu bunu rədd etdi. Buna baxmayaraq, bir neçə gün sonra, 24 yanvar 1491-ci ildə Sufi Xəlil Qazi İsanı ordu bazarında asaraq edam etdirdi. Qazi İsanın qardaşı Şeyx Əli Savəci qardaşının planladığı islahatları vaxtilə Fars əyalətində həyata keçirmişdi. O da, Fars əyalətinin hakimi Mansur bəy Pörnək tərəfindən ələ keçirilib işğəncələrə məruz qaldı və cərimə edildi. Buradan Təbrizə gedən Şeyx Əli Sufi Xəlil tərəfindən də həbs edildi və bu dəfə edam edildi. Qazi İsanın qardaşının oğlu Nəcm əl-Din Məsud Savəci ilkin mərhələdə qaçmağı bacarsa da, Sufi Xəlil əmri ilə Molla Can tərəfindən zəhərlənərək öldürüldü. Onun atası Mahmud Can Deyləmi Qəzvinə qaçıb canını qurtarmağı bacardı. Dövlətin yeni bürökratiyası Təbrizdən olan köklü ailə Keçəçilərə tapşırıldı. Beləliklə, Sufi Xəlil özünün ən qatı düşmənlərindən qurtulmu, Azərbaycanı öz əlinə keçirmiş, şərqdə Xorasan sərhədində olan qardaşı Bəkr bəyin və qərb sərhədində olan qardaşı oğlu Gülabi bəyin sədaqətini təmin etmişdi.
Hər bir halda, Sufi Xəlilə qarşı müqavimət davam etməkdə idi. Uzun müddət Sultan Yaqubun Ərəb İraqındakı hakimi kimi xidmət etmiş Şahəli bəy Pörnək Həmədan şəhərində digər Ağqoyunlu şahzadəsi Mahmud ibn Uğurlu Məhəmmədi hökmdar elan etdi. Mahmud Təbrizə göndərmiş olduğu məktubda yazırdı:
Mənim atamın qılıncı ilə Həsənəli Qaraqoyunlu öldürülmüş və İraq ələ keçirimişdir Mən onun oğluyam və Sufi Xəlil mənim haqlarımı tanımalıdı. Hər iki tərəf üçün yaxşı olar ki, Diyarbəkir və Azərbaycan Baysunqura, İraq və Fars da mənə qalmış olar.
Sufi Xəlil buna qarşı idi və Mahmuda qarşı müharibə elan etdi. İki ordu Darquzin adlanan yerdə qarşı-qarşıya gəldi və Mahmudla Şahəlinin ordusu darmadağın edildi. Şahəli döyüş meydanında ölərkən, Mahmud əsir kimi ələ keçirildi və edam edildi. Öz tayfadaşı Şahəli Pörnəyi başlanğıcda müdafiə edən Mansur bəy Pörnək daha sonra Sufi Xəlil və Baysunqur tərəfə keçmişdi. O, daha sonra Yəzd şəhərində üsyan qaldırmış Qayıtmış Bayandurun üsyanını yatırdı və başını Təbrizə Sufi Xəlilə göndərdi. Qayıtmış Bayandur Sultan Yaqubun əmisioğlu idi. Bu üsyanın da yatırılması ilə Sufi Xəlilin hakimiyyəti Ərəb İraqına, İran İraqına və Fars əyalətlərinə qədər uzandı.
Süleyman bəyin naibliyi altında
Sufi Xəlil uzun müddət idi ki, Diyarbəkrdə olan Süleyman bəy Bicanoğlu ilə düşmən idi. Süleyman bəy Sufi Xəlilin illərin düşməni olmaqla birlikdə, Sultan Yaqubun mühafizəçisi, keçmiş baş komandanı və qayınatası olmuşdu. O, 1491-ci ildə Diyarbəkrdəki Sufi Xəlilin qohumu Gülabi bəyi məğlub etdi və Sufi Xəlilə tərəf yürüşə başladı. Uzun müddət davam edən toqquşmalardan sonra Sufi Xəlil və adamları Təbrizə geri çəkilməyə başladılar, lakin yolda 29 iyul 1491-ci ildə Süleyman bəyin ordusu tərəfindən məğlub edildilər. Döyüşdə Sufi Xəlil və qardaşı Bəkr bəy öldürüldülər. Lakin Süleyman bəy Baysunqura toxunmadı və onu hökmdar taxtında saxlayaraq özü Sufi Xəlilin mövqeyini götürdü. Baysunqur 1491-ci ildə Süleyman bəy Bicanoğlu ilə birlikdə Təbriz şəhərinə daxil oldu. Onun əmri ilə Xacə Ruhullah Qəzvini maliyyə nazirliyinə, Qara Osman Qorxmaz ibn Qur Məhəmməd Bayandur ordu komandanlığına təyin edildi.
Süleyman bəyin 8 ay davam edəcək faktiki hakimiyyəti dönəmi əvvəlki ilə müqayisədə heç nə ilə fərqlənmirdi, Ağqoyunlu dövləti tədricən süqut etməkdə idi. Qonşu dövlətlər öz namizədlərini başa çıxarmaq üçün planlar qurmaqda idilər. Məsələn, 1492-ci ildə Qahirədəki Məmlük hökmdarı Qayıtbəyə çatan kəşfiyyat materiallarına əsasən Osmanlı Ağqoyunlu taxtına yeni bir hökmdar çıxarmağa hazırlaşmaqda idi. O, bunu önləmək üçün əlindəki Uzun Həsənin nəvəsi, Uğurlu Məhəmmədin oğlu Hüseyn bəydən yararlanmaq qərarına gəldi. Onun planı Hüseyn bəyi Təbriz taxtına oturtmaq idi, lakin bəzi səbəblərə görə o, yürüşə başlaya bilmədi. Hüseyn bəy də bundan 9 ay sonra Hicazda vəfat etmişdir. Süleyman bəyin və Sultan Baysunqurun taxtı içəridə də laxlamaqda idi. Qaynaq dini və hərbi elitanın Qarabağ qətliamından etibarən Əlincə qalasında həbsdə saxlanılan Rüstəm bəyi hakimiyyətə gətirməyi düşündüklərini bildirirlər. Süleymana qarşı ilk üsyan Uzun Həsənin ətrafındakılardan geri qalanların və Bayandur elinin əsas əmrlərinin iştirakı ilə ordunun baş komandanı Qorxmazın (həm də Uzun Həsənin qayını) rəhbərliyi altında Təbrizdə başladıldı. Lakin Süleyman üsyanı yatırdı və Qorxmazı edam etdirdi. Qorxmazın edamı Qarabağ qışlaqlarındakı ağqoyunluları hərəkətə keçirdi. Qorxmazın qardaşının oğlu İbrahim ibn Dana Xəlil (ləqəbi Eybə Sultan) rəhbər seçildi və onun ətrafında rəhbər Ağqoyunlu əmirləri, Səfəvi ordeni tərəfdarları, Pörnək və Qacar tayfaları, həmçinin Mosullu tayfasından sağ qurtulmağı bacaranlar birləşdi və Əlincə qalasındakı Rüstəmi xilas etmək üçün yürüşı başlanıldı. Qalanın komandanı olan Pörmək Sidi Əli bəy üsyançılar tərəfdə keçdi və dustağı buraxdı. Eyni zamanda Süleyman ilə Baysunqurun ordusu dağılmaqda, döyüşçüləri qaçaraq Rüstəm bəyin rəhbərliyindəki orduya birləşməkdə idi. Ordusunun zəif olduğunu görən Baysunqur Şurvana qaçıb ana babası Fərrux Yasara sığındı, Süleyman bəy isə Diyarbəkrə getdi. Rüstəm bəy 1492-ci ilin mayında ordu tərəfindən tərk edilmiş Təbriz şəhərinə daxil oldu.
Öldürülməsi
Ağqoyunlu taxtına iddia edən iki şəxs arasında vasitəçilərin dəstəyi ilə uzlaşma təmin edildi. Gəncə və Bərdə şəhərləri Baysunqura verildi, Rüstəm isə Təbrizdən yerdə qalan əraziləri idarə etməyə başladı. 1493-cü ilin baharında Şirvanşah dövlətinin dəstəyi ilə Baysunqur taxtını geri almağa çalışsa da, Kür çayı sahilində Eybə Sultan tərəfindən məğlub edildi. Bundan bir qədər sonra Baysunqur Qara Yuluq Osman bəyin soyundan gələn İsfahan hakimi Kosa Hacı ibn Şeyx Həsən ilə birlikdə yenidən Təbriz üzərinə yürüşə başladı. Təbrizin şimalında Eybə Sultan yenə də Baysunquru məğlub etdi. Eyni zamanda Pörnək ordusu Kosa Hacı rəhbərliyindəki Əcəm İraqı üsyanını da yatırdı. Köməkçiləri tərəfindən tək buraxılmış Baysunqur ələ keçirdi və 1493-cü ildə ögəy qardaşı Həsən və Kosa Hacı ilə birlikdə Təbrizdə edam edildi.
İstinadlar
- Woods, 1999. səh. 270 (note 32)
- Dunietz, 2015. səh. 24
- Dunietz, 2015. səh. 116
- Langaroodi, Negahban, 2008
- Sale və başqaları, 2017. səh. 115
- Woods, 1999. səh. 151
- Woods, 1999. səh. 151–152
- Minorsky, 1955. səh. 457–458
- Woods, 1999. səh. 152
- Dunietz, 2015. səh. 125
- Dunietz, 2015. səh. 126
- Woods, 1999. səh. 153
- Dunietz, 2015. səh. 155
- Woods, 1999. səh. 153–154
- Woods, 1993. səh. 254
- Woods, 1993. səh. 255
- Quiring-Zoche, 1986. səh. 163–168
- Woods, 1993. səh. 256
Mənbə
- John Swinton George Sale, George Psalmanazar, Archibald Bower, George Shelvocke , John Campbell. An Universal History: From the Earliest Accounts to the Present Time. Isha Books. 2011. ISBN .
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded Edition). University of Utah Press. 1999. ISBN .
- Alexandra Dunietz. The Cosmic Perils of Qadi Ḥusayn Maybudī in Fifteenth-Century Iran. Brill. 2015. ISBN .
- Reza Rezazadeh Langaroodi; Negahban, Farzin. Āq-qūyūnlū. Brill Online. In Madelung, Wilferd; Daftary, Farhad (eds.). 2008. ISBN .
- Christopher Markiewicz. The Crisis of Kingship in Late Medieval Islam: Persian Emigres and the Making of Ottoman Sovereignty. Cambridge University Press. 2019.
- Vladimir Minorsky. The Aq-qoyunlu and Land Reforms. Bulletin of the School of Oriental and African Studies. 17 (3). 1955.
- R. Quiring-Zoche. Āq Qoyunlū. Encyclopædia Iranica. 1986. 163–168.
- John E. Woods. The Aqquyunlu: Clan, Confederation, Empire (Revised and Expanded ed.). University of Utah Press. 1999. ISBN .
- John E. Woods. AKKOYUNLULAR: Aşiret, Konfederasyon, imparatorluk. 15. Yüzyıl Türk-İran Siyaseti Üzerine Bir İnceleme. Milliyet Yayınları. Tərc. Sibel Özbudun
Əlavə yazılar və açıqlamalar: Necdet Sakaoğlu. 1993. ISBN .
Xarici keçidlər
Sultan Baysunqur Doğum: 1481 Vəfat: 5 iyun 1492 | ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Sultan Yaqub | Ağqoyunlular dövləti(آققویونلو) sultanı 1490-1492 | Xələfləri Sultan Rüstəm |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sultan Baysunqur 1490 ci ilden 1492 cu ile bezi menbelere gore 1493 qeder hakimiyyetde olmus Agqoyunlu hokmdari O Sultan Yaqubun 1478 1490 oglu ve veliehdi olmus hakimiyyeti dovrunde elinde az hakimiyyet var idi hadiseleri idare eden sexs ise onun atabeyi ve serkerdesi olan Sufi Xelil bey Mosullu olmusdur Sufi Xelil bu movqeyini 1490 1491 ci illerde axlamis 1491 1492 cu illerde onun yerine Suleyman bey Bicanoglu kecmisdir Baysunqur ilk once qohumu Rustem bey terefinden Tebrizden qovulmus sonradan gelinmis raziliga esaesn Gence ve Berde seherlerinin hokmdari olmusdur Lakin buradan iki defe taxtini geri qaytarmaq ucun ugursuz cehdler etmis neticede 1493 cu ilde Rustem bey terefinden oldurulmusdur Ondan sonra hokmdar Rustem bey olmusdur Sultan BaysunqurEbulfeth Sultan BaysunqurSultan Baysunqur dovrune aid sikkeAgqoyunlu dovletinin IV Sultani1490 1492EvvelkiSultan YaqubSonrakiSultan RustemSexsi melumatlarDogum tarixi 1481Vefat tarixi 5 iyun 1492Vefat yeri Berde ile Gence arasindaAtasi Sultan YaqubAnasi Govher sultanHeyatinin erken donemiBaysunqur Sultan Yaqubun 1478 1490 en boyuk oglu idi Anasi Sirvansah Ferrux Yasarin r1465 1500 qizi Govhersultan Xanim idi Atasinin sagliginda Baysunqura muasir Iranin cenubunda yerlesen Fars eyaletinin gelirleri tesis edilmisdi Bu Agqoyunlu dovletinde xususi enene halini almis bir sey idi Ona nezaret etmek onu sahzade ve hokmdar kimi yetisdirmek vezifesi Sufi Xelil bey Mosulluya tapsirilmisdi O hele 1478 ci ilde Fars eyaletinin hakimi teyin edilmisdir Ancaq burada Tebrizdeki merkezi hokumeti qaygilandiracaq formada musteqil hereket etme meyilleri gostermeye baslamisdi Iran korfezindeki muhum merkezlerden olan Hormuz adasina sefer teskil edib uugrsuzluga meruz qaldiqdan sonra bu vezifesinden azad edilmis ve Tebrize cagirilmisdir 1486 ci ilden 1490 ci ile qeder gurcu seferlerinin komandanligina teyin edildi O 1490 ci ile qeder davamli olaraq gurcu torpaqlarina kicik boyuk yurusler keciren ordunun basinda idi ve bundan basqa imperiya topcu quvvelerinin boyuk hissesinin mufettisliyi de onun elinde idi Belelikle o tedricen dovletin en guclu serkerdelerinden birine cevrilmisdi 239 Baysunqurun atasi Yaqub 1490 ci ilde agir bir sekilde xestelendi ve Qarabagda vefat etdi Dovrun muasiri olan bezi muellifler onun arvadi terefinden zeherlendiyini bildirirler Onun olumu Agqoyunlu dovletinin suqutunun baslangici oldu HakimiyyetiAgqoyunlu mulkunun 1490 ci ildeki erazilerinin xeritesi Sufi Xelilin naibliyi altinda Yaqubun olumunden sonra Sufi Xelil ozunun Qarabagdaki dusergede elverisli bir veziyyetde oldugunun ferqine vardi Miransahi sahzadelerinin ve Bayandurlari ozune inandiran dusergedeki Mosullu tayfasindan olan qohumlarinin desteyini alan Sufi Xelil Baysunquru hokmdar elan etdi Hokmdarligin faktiki hakimi olan Sufi Xelil Yaqubun bas komandani Mirze Eli ibn Sultanxelili ele kecirib edam etdirdi Onun bu addimi Bayandurlularin ve Miransahilerin Sufi Xelilden uzaqlasmasina ve usyana baslamasina sebeb oldu Usyan neticesinde hokdmar dusergesinde qanli doyus bas verdi ve doyus neticesinde Bayandurlu sahzadeleri memurlari ortadan qaldirildi Oldurulenler icerisinde Yaqubun qardasi Mesih Mirze de var idi Sahzade Maqsudun oglu Rustem bey ele kecirildi ve Naxcivan seheri yaxinliginda yerlesen Elince qalasinda hebse atildi Bu zaman Uzun Hesenin oglu Ugurlu Mehemmedin oglu Mahmud Ereb Iraqina qacib orani ellerinde tutan Pornek tayfasina sigindi Oz hakimiyyetini guclendirmek ucun Sufi Xelil Sultan Yaqubun kecmis administrasiyasina qarsi da fealiyyete basladi Bu siyahiya guclu burokratlardan olan Qazi Isa Saveci de daxil idi Onun vaxtile kecirdiyi islahatlari turk tayfa rehberlerinin gelirlerinin azalmasina sebeb olmusdu Sufi Xelil Qazi Isani dine qarsi gelmede ittiham etse de sonuncu bunu redd etdi Buna baxmayaraq bir nece gun sonra 24 yanvar 1491 ci ilde Sufi Xelil Qazi Isani ordu bazarinda asaraq edam etdirdi Qazi Isanin qardasi Seyx Eli Saveci qardasinin planladigi islahatlari vaxtile Fars eyaletinde heyata kecirmisdi O da Fars eyaletinin hakimi Mansur bey Pornek terefinden ele kecirilib isgencelere meruz qaldi ve cerime edildi Buradan Tebrize geden Seyx Eli Sufi Xelil terefinden de hebs edildi ve bu defe edam edildi Qazi Isanin qardasinin oglu Necm el Din Mesud Saveci ilkin merhelede qacmagi bacarsa da Sufi Xelil emri ile Molla Can terefinden zeherlenerek olduruldu Onun atasi Mahmud Can Deylemi Qezvine qacib canini qurtarmagi bacardi Dovletin yeni burokratiyasi Tebrizden olan koklu aile Kececilere tapsirildi Belelikle Sufi Xelil ozunun en qati dusmenlerinden qurtulmu Azerbaycani oz eline kecirmis serqde Xorasan serhedinde olan qardasi Bekr beyin ve qerb serhedinde olan qardasi oglu Gulabi beyin sedaqetini temin etmisdi Her bir halda Sufi Xelile qarsi muqavimet davam etmekde idi Uzun muddet Sultan Yaqubun Ereb Iraqindaki hakimi kimi xidmet etmis Saheli bey Pornek Hemedan seherinde diger Agqoyunlu sahzadesi Mahmud ibn Ugurlu Mehemmedi hokmdar elan etdi Mahmud Tebrize gondermis oldugu mektubda yazirdi Menim atamin qilinci ile Heseneli Qaraqoyunlu oldurulmus ve Iraq ele kecirimisdir Men onun ogluyam ve Sufi Xelil menim haqlarimi tanimalidi Her iki teref ucun yaxsi olar ki Diyarbekir ve Azerbaycan Baysunqura Iraq ve Fars da mene qalmis olar Sufi Xelil buna qarsi idi ve Mahmuda qarsi muharibe elan etdi Iki ordu Darquzin adlanan yerde qarsi qarsiya geldi ve Mahmudla Sahelinin ordusu darmadagin edildi Saheli doyus meydaninda olerken Mahmud esir kimi ele kecirildi ve edam edildi Oz tayfadasi Saheli Porneyi baslangicda mudafie eden Mansur bey Pornek daha sonra Sufi Xelil ve Baysunqur terefe kecmisdi O daha sonra Yezd seherinde usyan qaldirmis Qayitmis Bayandurun usyanini yatirdi ve basini Tebrize Sufi Xelile gonderdi Qayitmis Bayandur Sultan Yaqubun emisioglu idi Bu usyanin da yatirilmasi ile Sufi Xelilin hakimiyyeti Ereb Iraqina Iran Iraqina ve Fars eyaletlerine qeder uzandi Suleyman beyin naibliyi altinda Sufi Xelil uzun muddet idi ki Diyarbekrde olan Suleyman bey Bicanoglu ile dusmen idi Suleyman bey Sufi Xelilin illerin dusmeni olmaqla birlikde Sultan Yaqubun muhafizecisi kecmis bas komandani ve qayinatasi olmusdu O 1491 ci ilde Diyarbekrdeki Sufi Xelilin qohumu Gulabi beyi meglub etdi ve Sufi Xelile teref yuruse basladi Uzun muddet davam eden toqqusmalardan sonra Sufi Xelil ve adamlari Tebrize geri cekilmeye basladilar lakin yolda 29 iyul 1491 ci ilde Suleyman beyin ordusu terefinden meglub edildiler Doyusde Sufi Xelil ve qardasi Bekr bey oldurulduler Lakin Suleyman bey Baysunqura toxunmadi ve onu hokmdar taxtinda saxlayaraq ozu Sufi Xelilin movqeyini goturdu Baysunqur 1491 ci ilde Suleyman bey Bicanoglu ile birlikde Tebriz seherine daxil oldu Onun emri ile Xace Ruhullah Qezvini maliyye nazirliyine Qara Osman Qorxmaz ibn Qur Mehemmed Bayandur ordu komandanligina teyin edildi Suleyman beyin 8 ay davam edecek faktiki hakimiyyeti donemi evvelki ile muqayisede hec ne ile ferqlenmirdi Agqoyunlu dovleti tedricen suqut etmekde idi Qonsu dovletler oz namizedlerini basa cixarmaq ucun planlar qurmaqda idiler Meselen 1492 ci ilde Qahiredeki Memluk hokmdari Qayitbeye catan kesfiyyat materiallarina esasen Osmanli Agqoyunlu taxtina yeni bir hokmdar cixarmaga hazirlasmaqda idi O bunu onlemek ucun elindeki Uzun Hesenin nevesi Ugurlu Mehemmedin oglu Huseyn beyden yararlanmaq qerarina geldi Onun plani Huseyn beyi Tebriz taxtina oturtmaq idi lakin bezi sebeblere gore o yuruse baslaya bilmedi Huseyn bey de bundan 9 ay sonra Hicazda vefat etmisdir Suleyman beyin ve Sultan Baysunqurun taxti iceride de laxlamaqda idi Qaynaq dini ve herbi elitanin Qarabag qetliamindan etibaren Elince qalasinda hebsde saxlanilan Rustem beyi hakimiyyete getirmeyi dusunduklerini bildirirler Suleymana qarsi ilk usyan Uzun Hesenin etrafindakilardan geri qalanlarin ve Bayandur elinin esas emrlerinin istiraki ile ordunun bas komandani Qorxmazin hem de Uzun Hesenin qayini rehberliyi altinda Tebrizde basladildi Lakin Suleyman usyani yatirdi ve Qorxmazi edam etdirdi Qorxmazin edami Qarabag qislaqlarindaki agqoyunlulari herekete kecirdi Qorxmazin qardasinin oglu Ibrahim ibn Dana Xelil leqebi Eybe Sultan rehber secildi ve onun etrafinda rehber Agqoyunlu emirleri Sefevi ordeni terefdarlari Pornek ve Qacar tayfalari hemcinin Mosullu tayfasindan sag qurtulmagi bacaranlar birlesdi ve Elince qalasindaki Rustemi xilas etmek ucun yurusi baslanildi Qalanin komandani olan Pormek Sidi Eli bey usyancilar terefde kecdi ve dustagi buraxdi Eyni zamanda Suleyman ile Baysunqurun ordusu dagilmaqda doyusculeri qacaraq Rustem beyin rehberliyindeki orduya birlesmekde idi Ordusunun zeif oldugunu goren Baysunqur Survana qacib ana babasi Ferrux Yasara sigindi Suleyman bey ise Diyarbekre getdi Rustem bey 1492 ci ilin mayinda ordu terefinden terk edilmis Tebriz seherine daxil oldu OldurulmesiAgqoyunlu taxtina iddia eden iki sexs arasinda vasitecilerin desteyi ile uzlasma temin edildi Gence ve Berde seherleri Baysunqura verildi Rustem ise Tebrizden yerde qalan erazileri idare etmeye basladi 1493 cu ilin baharinda Sirvansah dovletinin desteyi ile Baysunqur taxtini geri almaga calissa da Kur cayi sahilinde Eybe Sultan terefinden meglub edildi Bundan bir qeder sonra Baysunqur Qara Yuluq Osman beyin soyundan gelen Isfahan hakimi Kosa Haci ibn Seyx Hesen ile birlikde yeniden Tebriz uzerine yuruse basladi Tebrizin simalinda Eybe Sultan yene de Baysunquru meglub etdi Eyni zamanda Pornek ordusu Kosa Haci rehberliyindeki Ecem Iraqi usyanini da yatirdi Komekcileri terefinden tek buraxilmis Baysunqur ele kecirdi ve 1493 cu ilde ogey qardasi Hesen ve Kosa Haci ile birlikde Tebrizde edam edildi IstinadlarWoods 1999 seh 270 note 32 Dunietz 2015 seh 24 Dunietz 2015 seh 116 Langaroodi Negahban 2008 Sale ve basqalari 2017 seh 115 Woods 1999 seh 151 Woods 1999 seh 151 152 Minorsky 1955 seh 457 458 Woods 1999 seh 152 Dunietz 2015 seh 125 Dunietz 2015 seh 126 Woods 1999 seh 153 Dunietz 2015 seh 155 Woods 1999 seh 153 154 Woods 1993 seh 254 Woods 1993 seh 255 Quiring Zoche 1986 seh 163 168 Woods 1993 seh 256MenbeJohn Swinton George Sale George Psalmanazar Archibald Bower George Shelvocke John Campbell An Universal History From the Earliest Accounts to the Present Time Isha Books 2011 ISBN 978 9333006064 John E Woods The Aqquyunlu Clan Confederation Empire Revised and Expanded Edition University of Utah Press 1999 ISBN 978 0874805659 Alexandra Dunietz The Cosmic Perils of Qadi Ḥusayn Maybudi in Fifteenth Century Iran Brill 2015 ISBN 978 9004302310 Reza Rezazadeh Langaroodi Negahban Farzin Aq quyunlu Brill Online In Madelung Wilferd Daftary Farhad eds 2008 ISBN 1875 9831 Christopher Markiewicz The Crisis of Kingship in Late Medieval Islam Persian Emigres and the Making of Ottoman Sovereignty Cambridge University Press 2019 Vladimir Minorsky The Aq qoyunlu and Land Reforms Bulletin of the School of Oriental and African Studies 17 3 1955 R Quiring Zoche Aq Qoyunlu Encyclopaedia Iranica 1986 163 168 John E Woods The Aqquyunlu Clan Confederation Empire Revised and Expanded ed University of Utah Press 1999 ISBN 978 0874805659 John E Woods AKKOYUNLULAR Asiret Konfederasyon imparatorluk 15 Yuzyil Turk Iran Siyaseti Uzerine Bir Inceleme Milliyet Yayinlari Terc Sibel Ozbudun Elave yazilar ve aciqlamalar Necdet Sakaoglu 1993 ISBN 975 506 124 x Xarici kecidlerSultan BaysunqurBayandur tayfasi Agqoyunlu sulalesiDogum 1481 Vefat 5 iyun 1492Hakimiyyet titullariSelefleri Sultan Yaqub Agqoyunlular dovleti آق قویونلو sultani 1490 1492 Xelefleri Sultan Rustem