Sufi Xəlil Bektaş (v. 1492 və ya 1491, Təbriz) — Mosullu tayfasından olan, məşhur Ağqoyunlu sərkərdəsi və siyasi xadim. Sufi Xəlil bu tayfanın sərkərdələrindən olan Əmir bəyin qardaşı idi.
Sufi Xəlil | |
---|---|
Vəfat tarixi | 1492 və ya 1491 |
Vəfat yeri |
Həyatı
1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvələr Sufi Xəlilin içərisindən çıxdığı Mosullu və Pörnək tayfaları olmuşdur olmuşdur. Uzun Həsənin Teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində Mosullu Əmir bəy qardaşı və Sufi Xəlil mühüm rol oynamışlar.1467-ci ildə Uzun Həsəinin Bağdada yürüşündə və Həsənəli mirzə ilə Xoy döyüşündə iştirak etmişdir.
1473-cü ildə Ağqoyunlular və Osmanlılar arasında baş vermiş Otluqbeli döyüşündə Sufi Xəlil ordunun sağ cinahına rəhbərlik etmişdir. Döyüşdən əvvəl digər sərkərdələr kimi Sufi Xəlil də döyüşə girməyin yaxşı fikir olmadığını Uzun Həsənə bildirmişdi. Mənbələrdə onun bu sözləri qeydə alınmışdır, "vuruşmaq məsləhət deyildir və qeyblərin ən yaxşı bilicisindən (Allahdan) başqa heç kim vəziyyətin necə olacağını bilmir"
Uzun Həsənin ölümündən sonra Gürcüstanda vəziyyət gərginləşdi. Çünki, Ağqoyunlu hökmdarı Tiflisə təyin etdiyi Sufi Xəlil vasitəsi ilə Gürcüstanı itaət altına almağı bacarmışdı. Lakin 1478-ci il yanvarın 5-də Uzun Həsənin ölümü ilə Ağqoyunlu taxtı uğrunda mübarizə başladı. Bu mübarizəyə qoşulan Sufi Xəlil Gürcüstanı tərk edərək Təbrizə qayıtdı. Ağqoyunlu dövlətində yaranmış vəziyyətdən istifadə edən gürcülər Tiflisdə möhkəmlənməyə çalışdılar.
1478-ci ildə Ağqoyunlu şahzadələri arasındakı başqa bir Xoy döyüşündə Sufi Xəlil Uzun Həsənin böyük oğlu Sultan Xəlilin qoşununun mərkəzinə rəhbərlik edirdi. Avqustun 15-də baş vermiş döyüşdə Sultan Xəlil məğlub olub öldürülsə də, Sultan Yaqub Sufi Xəlili bağışladı.
Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı. Bu xəbər Sultan Yaquba çatdıqda. Bayandur bəy, Süleyman bəy Bicanoğlu və Xəlil bəy Bektaşın başçılığı ilə Urfanın müdafiəsi üçün qoşun göndərdi. Qoşunlar Ruha qalası ətrafında üz-üzə gəldilər. Yaşbəy məğlub oldu və öldürüldü.
Sultan Yaqub bəy bu qələbənin şərəfinə İsfahan əyalətini Bayandur bəyə verdi. Lakin o, bundan daha böyük mükafat gözləyirdi və buna görə də 1482-ci ilin əvvəllərində qiyam qaldırdı. Sultan Yaqub onun üsyanını yatırtmaq üçün Sufi Xəlilin başçılığı ilə qoşun göndərdi. Savə yaxınlığındakı Zahir kəndində baş vermiş döyüşdə Bayandur bəy məğlub edildi və öldürüldü.
Sufi Xəlilin Tiflisi tərk etməsi ilə Ağqoyunlu sərhədi müdafiəsiz qaldı. 1484-cü ildə Sufi Xəlil Şiraza təyin edildi. Orada bir mədrəsə tikdirib Mövlana Şəmsəddin Məhəmmədi o mədrəsənin müdərrisi təyin etdi. Sultan Yaqub ölkədə ciddi qayda yaratdıqdan sonra 1487-ci ildə Sufi Xəlili Şirazdan geri çağıraraq Gürcüstana hakim təyin etdi. Sultan Yaqub Qum qışlağında olan zaman Sufi Xəlil gürcülərə qarşı hücuma keçdi. Kartli çarı III Konstantin qorxudan Tiflisi tərk edərək digər mülklərinə çəkildi. Ağqoyunlularla gürcülər arasında döyüşlər davam etməkdə idi. Bu zaman Sufi Xəlil qışlamaq üçün Qarabağa getdi. Sufi Xəlil yaranmış vəziyyətdən istifadə edərək Tiflisi yenidən ələ keçirmək üçün hazırlıqlara başladı.
1489-cu ildə Tiflis qalası alındıqdan sonra onun yenidən gürcülərin əlinə keçməsinin qarşısını almaq üçün tədbirlər görüldü. Bəzi Ağqoyunlu əmirlərini Tiflisdə saxlayan Sufi Xəlil Ağqoyunlu ordusu ilə Qarabağda Qaraağacda olan Sultan Yaqubun yanına döndü.
1490-cı ildə Sultan Yaqub öldü. Onun öldüyü gecə Sufi Xəlil hakimiyyətə əsas namizəd olan Sultan Xəlilin oğlu Sultanəli Mirzəni öldürdü. Bəzi əmirlər və şahzadələr isə Uzun Həsənin oğlu Məsih bəyi sultan elan etdilər və onlarla Sufi Xəlil arasında döyüş oldu. Məsih bəy öldürüldü, tərəfdarı şahzadə Rüstəm bəy isə tutulub Əlincə qalasında həbsə atıldı. Beləliklə Sultan Baysunqur Sufi Xəlilin əli ilə taxta oturdu. Sufi Xəlil əmir əl-üməra təyin edili. 1491-ci ildə Sufi Xəlilin əmri ilə Qazi İsa Savəci asılaraq edam edildi. Hakimiyyət faktiki olaraq Sufi Xəlilin əlinə keçmişdi.
1492-ci ildə Sufi Xəlilə qarşı narazılıqlar başladı. Bunun səbəbi isə Sufi Xəlilin dikbaşlığı zülmü ilə əlaqədar idi. Əmir və sərkərdələrin bir çoxu Süleyman bəy Bicanoğlu ilə birləşdilər və Diyarbəkirdə qiyam qaldırdılar. Üsyanı yatırtmaq üçün Sufi Xəlil və Sultan Baysunqur Diyarbəkirə doğru hərəkətə başladılar. Van gölü yaxınlığında baş vermiş döyüşdə Sufi Xəlil və oğlu öldürüldülər. Sultan Baysunqurun atabəyliyi və əmir əl-üməralıq Süleyman bəyin əlinə keçdi.
İstinadlar
- Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.10.
- Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.19.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.258.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.286.
- Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler.s.188.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.308.
- J. E. Woods. Akkoyunlular, s. 234.
- Həsən bəy Rumlu.Qızılbaşlar tarixi.s.8.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.323.
- Хунджи Ф.Р. Тарих-и алам-арай-и амини.s.102.
- Paydaş K. Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler.s.191-192.
- Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında.s.31.
- Həsən bəy Rumlu.Əhsənüt-təvarix.s.333.
Ədəbiyyat
- Həsən bəy Rumlu. "Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı)". Kastamonu: Uzanlar, 2017, 661 s.
- Nəcəfli T.H. "Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında". Bakı: Çaşıoğlu, 2000. - 198 s.
- Həsən bəy Rumlu."Qızılbaşlar tarixi". Tərcümə və şərhlər M.Ə. Məhəmmədinindir. — Bakı: «Azərbaycan» nəşriyyatı. 1993 —48 s.
- Paydaş K. "Ak-Koyunlu ve Kara-Koyunlu Türkmenlerin Gürcüstana yaptıkları seferler". Tarih İncelemeleri Dergisi, c. XXI, sayı 2, 2006.
- Хунджи Ф.Р. Тарих-и алам-арай-и амини. Перевод с английского на русский. Т.А.Минорской. Редакторы и примеч. З.М.Буниятов, О.А.Эфендиев. Баку, 1987.
- J. E. Woods. 300 Yıllık Türk İmparatorluğu Akkoyunlular: aşiret, konfederasyon, imparatorluk. (tərc. Sibel Özbudun), Milliyet yay, İstanbul, 1993.
Həmçinin bax
Xarici keçidlər
- Qaraqoyunlu və Ağqoyunlu dövləti
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sufi Xelil Bektas v 1492 ve ya 1491 Tebriz Mosullu tayfasindan olan meshur Agqoyunlu serkerdesi ve siyasi xadim Sufi Xelil bu tayfanin serkerdelerinden olan Emir beyin qardasi idi Sufi XelilVefat tarixi 1492 ve ya 1491Vefat yeri Tebriz Tebriz sehristani Serqi Azerbaycan ostani IranHeyati1451 ci ilde Uzun Hesenin mudafie etmis baslica quvveler Sufi Xelilin icerisinden cixdigi Mosullu ve Pornek tayfalari olmusdur olmusdur Uzun Hesenin Teymuri hokmdari Ebu Seid uzerindeki qelebesinde Mosullu Emir bey qardasi ve Sufi Xelil muhum rol oynamislar 1467 ci ilde Uzun Heseinin Bagdada yurusunde ve Heseneli mirze ile Xoy doyusunde istirak etmisdir 1473 cu ilde Agqoyunlular ve Osmanlilar arasinda bas vermis Otluqbeli doyusunde Sufi Xelil ordunun sag cinahina rehberlik etmisdir Doyusden evvel diger serkerdeler kimi Sufi Xelil de doyuse girmeyin yaxsi fikir olmadigini Uzun Hesene bildirmisdi Menbelerde onun bu sozleri qeyde alinmisdir vurusmaq meslehet deyildir ve qeyblerin en yaxsi bilicisinden Allahdan basqa hec kim veziyyetin nece olacagini bilmir Uzun Hesenin olumunden sonra Gurcustanda veziyyet gerginlesdi Cunki Agqoyunlu hokmdari Tiflise teyin etdiyi Sufi Xelil vasitesi ile Gurcustani itaet altina almagi bacarmisdi Lakin 1478 ci il yanvarin 5 de Uzun Hesenin olumu ile Agqoyunlu taxti ugrunda mubarize basladi Bu mubarizeye qosulan Sufi Xelil Gurcustani terk ederek Tebrize qayitdi Agqoyunlu dovletinde yaranmis veziyyetden istifade eden gurculer Tiflisde mohkemlenmeye calisdilar 1478 ci ilde Agqoyunlu sahzadeleri arasindaki basqa bir Xoy doyusunde Sufi Xelil Uzun Hesenin boyuk oglu Sultan Xelilin qosununun merkezine rehberlik edirdi Avqustun 15 de bas vermis doyusde Sultan Xelil meglub olub oldurulse de Sultan Yaqub Sufi Xelili bagisladi Sultan Yaqub dovrunde Agqoyunlularin en boyuk xarici tehlukelerinden biri de Memluk dovleti idi Memluk sultani Qayitbey Uzun Hesenin olumunden istifade ederek Emir Yasbeyin basciligi ile 100 minlik ordunu Urfani tutmaq ucun gonderdi Emir Yasbey 1580 ci ilde Ferati kecerek Urfanin muhasiresine basladi Bu xeber Sultan Yaquba catdiqda Bayandur bey Suleyman bey Bicanoglu ve Xelil bey Bektasin basciligi ile Urfanin mudafiesi ucun qosun gonderdi Qosunlar Ruha qalasi etrafinda uz uze geldiler Yasbey meglub oldu ve olduruldu Sultan Yaqub bey bu qelebenin serefine Isfahan eyaletini Bayandur beye verdi Lakin o bundan daha boyuk mukafat gozleyirdi ve buna gore de 1482 ci ilin evvellerinde qiyam qaldirdi Sultan Yaqub onun usyanini yatirtmaq ucun Sufi Xelilin basciligi ile qosun gonderdi Save yaxinligindaki Zahir kendinde bas vermis doyusde Bayandur bey meglub edildi ve olduruldu Sufi Xelilin Tiflisi terk etmesi ile Agqoyunlu serhedi mudafiesiz qaldi 1484 cu ilde Sufi Xelil Siraza teyin edildi Orada bir medrese tikdirib Movlana Semseddin Mehemmedi o medresenin muderrisi teyin etdi Sultan Yaqub olkede ciddi qayda yaratdiqdan sonra 1487 ci ilde Sufi Xelili Sirazdan geri cagiraraq Gurcustana hakim teyin etdi Sultan Yaqub Qum qislaginda olan zaman Sufi Xelil gurculere qarsi hucuma kecdi Kartli cari III Konstantin qorxudan Tiflisi terk ederek diger mulklerine cekildi Agqoyunlularla gurculer arasinda doyusler davam etmekde idi Bu zaman Sufi Xelil qislamaq ucun Qarabaga getdi Sufi Xelil yaranmis veziyyetden istifade ederek Tiflisi yeniden ele kecirmek ucun hazirliqlara basladi 1489 cu ilde Tiflis qalasi alindiqdan sonra onun yeniden gurculerin eline kecmesinin qarsisini almaq ucun tedbirler goruldu Bezi Agqoyunlu emirlerini Tiflisde saxlayan Sufi Xelil Agqoyunlu ordusu ile Qarabagda Qaraagacda olan Sultan Yaqubun yanina dondu 1490 ci ilde Sultan Yaqub oldu Onun olduyu gece Sufi Xelil hakimiyyete esas namized olan Sultan Xelilin oglu Sultaneli Mirzeni oldurdu Bezi emirler ve sahzadeler ise Uzun Hesenin oglu Mesih beyi sultan elan etdiler ve onlarla Sufi Xelil arasinda doyus oldu Mesih bey olduruldu terefdari sahzade Rustem bey ise tutulub Elince qalasinda hebse atildi Belelikle Sultan Baysunqur Sufi Xelilin eli ile taxta oturdu Sufi Xelil emir el umera teyin edili 1491 ci ilde Sufi Xelilin emri ile Qazi Isa Saveci asilaraq edam edildi Hakimiyyet faktiki olaraq Sufi Xelilin eline kecmisdi 1492 ci ilde Sufi Xelile qarsi naraziliqlar basladi Bunun sebebi ise Sufi Xelilin dikbasligi zulmu ile elaqedar idi Emir ve serkerdelerin bir coxu Suleyman bey Bicanoglu ile birlesdiler ve Diyarbekirde qiyam qaldirdilar Usyani yatirtmaq ucun Sufi Xelil ve Sultan Baysunqur Diyarbekire dogru herekete basladilar Van golu yaxinliginda bas vermis doyusde Sufi Xelil ve oglu oldurulduler Sultan Baysunqurun atabeyliyi ve emir el umeraliq Suleyman beyin eline kecdi IstinadlarHesen bey Rumlu Qizilbaslar tarixi s 10 Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixsunasliginda s 19 Hesen bey Rumlu Ehsenut tevarix s 258 Hesen bey Rumlu Ehsenut tevarix s 286 Paydas K Ak Koyunlu ve Kara Koyunlu Turkmenlerin Gurcustana yaptiklari seferler s 188 Hesen bey Rumlu Ehsenut tevarix s 308 J E Woods Akkoyunlular s 234 Hesen bey Rumlu Qizilbaslar tarixi s 8 Hesen bey Rumlu Ehsenut tevarix s 323 Hundzhi F R Tarih i alam araj i amini s 102 Paydas K Ak Koyunlu ve Kara Koyunlu Turkmenlerin Gurcustana yaptiklari seferler s 191 192 Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixsunasliginda s 31 Hesen bey Rumlu Ehsenut tevarix s 333 EdebiyyatHesen bey Rumlu Ehsenut tevarix Tarixlerin en yaxsisi Kastamonu Uzanlar 2017 661 s Necefli T H Qaraqoyunlu ve Agqoyunlu dovletlerinin tarixi muasir turk tarixsunasliginda Baki Casioglu 2000 198 s Hesen bey Rumlu Qizilbaslar tarixi Tercume ve serhler M E Mehemmedinindir Baki Azerbaycan nesriyyati 1993 48 s Paydas K Ak Koyunlu ve Kara Koyunlu Turkmenlerin Gurcustana yaptiklari seferler Tarih Incelemeleri Dergisi c XXI sayi 2 2006 Hundzhi F R Tarih i alam araj i amini Perevod s anglijskogo na russkij T A Minorskoj Redaktory i primech Z M Buniyatov O A Efendiev Baku 1987 J E Woods 300 Yillik Turk Imparatorlugu Akkoyunlular asiret konfederasyon imparatorluk terc Sibel Ozbudun Milliyet yay Istanbul 1993 Hemcinin baxAgqoyunlularXarici kecidlerQaraqoyunlu ve Agqoyunlu dovleti