Barbi (ing. Barbie) — Qreta Qerviq tərəfindən Noa Baumbaxla birlikdə yazdığı ssenari əsasında 2023-cü ildə çəkilmiş ABŞ fentezi-komediya filmi.Mattel tərəfindən istehsal olunmuş Barbi kuklası əsasında çəkilmiş ilk filmdir. Film Barbinin həyatını sorğulaması və real dünyaya səfər etməsi haqqındadır.
Barbi | |
---|---|
ing. Barbie | |
Janr | romantik komediya, macəra filmi, komediya filmi, fentezi filmi[d], musiqili film, romantik film |
Rejissor | Qreta Qerviq |
Prodüserlər |
|
Əsərin müəllifi | Mattel tərəfindən təqdim edilmiş Barbi oyuncağına əsaslanır |
Ssenari müəllifləri | Qreta Qerviq Noa Baumbax |
Baş rollarda |
|
Operator |
|
Bəstəkarlar |
|
Montajçı | Nik Hui[d] |
İstehsalçılar | Heyday Films LuckyChap Entertainment NB/GG Pictures Mattel Films |
Distribütor | Warner Bros. Pictures |
İlk baxış tarixi | 9 iyul 2023 (Shrine Auditorium) 21 iyul 2023 (ABŞ) |
Müddət | 114 dəq. |
Büdcə | $128–145 milyon |
Gəlir | $1.419 milyard |
Ölkələr | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID1517268 |
Vikianbarda əlaqəli mediafayllar |
Barbi filmi ilk dəfə 2009-cu ilin sentyabrında "Universal Pictures" tərəfindən elan edildi. "Sony Pictures" 2014-cü ilin aprelində film hüquqlarını satın aldı və filmin çəkilməyi planlaşdırılmağa başladı. Film ssenaristlər, rejissorlar və aktyor heyətində bir sıra dəyişikliklərə məruz qaldı, əvvəlcə Barbi rolunu Emi Şumer və ya Enn Heteuey ifa edəcəkdi lakin bu baş vermədi, filmin hüquqları daha sonra 2018-ci ilin oktyabrında "Warner Bros. Pictures"-a təhvil verildi. Qal Qadot həmin il roldan imtina etdikdən sonra Barbi 2019-cu ildə Marqo Robbinin üzərinə düşdü. Qerviq və Baumbax 2020-ci ildə rejissor və filmin yazarları kimi seçildilər. Aktyorların qalan hissəsi 2022-ci ilin əvvəlində məlum oldu. Filmin çəkilişləri İngiltərədəki "Warner Bros." studiyalarında və ABŞ-nin Los-Anceles şəhərindəki Venice Beach-da aparıldı.
Barbinin premyerası 9 iyul 2023-cü ildə Los-Ancelesdəki Shrine Auditorium-da baş tutdu. Film ilk dəfə iyulun 21-də ABŞ-də kinoteatrlarda nümayiş olundu. Film Universal-ın "Oppenheymer" filmi ilə birlikdə "Barbenheymer" internet fenomenini yaratdı. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirildi və qlobal miqyasda 1,28 milyard dollar qazanaraq 2023-cü ilin ikinci ən çox gəlir gətirən filmi oldu. Film eyni zamanda qadın rejissorluğu ilə ən çox gəlir gətirən film və bütün zamanların ən çox gəlir gətirən 21-ci filmidir.
Süjet
Stereotip Barbi və onun kukla dostları Barbilərin və Kenlərin müxtəlif versiyalarının yaşadığı qadınların kişilərdən üstün olduğu bir cəmiyyətdə Barbieland-da yaşayırlar. Burada vaxtlarını çimərliklərdə dincələrək keçirir, Barbilər isə onlardan fərqli olaraq həkim, hüquqşünas və siyasətçi kimi prestij işlərlə məşğul olurlar. Çimərlikli Ken (ing. Beach Ken) Barbi ilə romantik münasibət qurmaq arzusundadı, Ken onun diqqətini çəkməyə çalışır, buna baxmayaraq Barbi onu heç vecinə də almır və öz rəfiqələri ilə bir yerdə olmağa üstünlük verir.
Rəqs şənliyində olan Barbi qəfildən ölüm haqqında düşünməyə başlayır və bu onu çox narahat edir. Həmin gün o, ağız qoxusu, selülit və düz ayaqlar inkişaf etdirir, ertəsi gün onun rutini pozulur. Eybəcərliyi səbəbindən kənarda qalan Qəribə Barbi ona real dünyaya getməsini və düzəlmək üçün onunla oynayan uşağı tapmasını məsləhət görür. Barbi maşını ilə gerçək dünyaya yollanır, bu səyahət zamanı Ken də ona qoşulur.
Venice Beach-ə çatan Barbi yolda gəzərkən bir kişi tərəfindən əllənir, ona cavab olaraq yumruq atır. Bu onun və Kenin həbs olunmasına səbəb olur. Onların gerçək dünyaya gəlməsi Mattel şirkətinin rəhbərini narahat edir. Barbi Saşa adlı onunla oynayan qızı tapır, lakin bu heç yaxşı olmur, Saşa Barbini ələ salır. Pərişan olan Barbi Saşanın anası, Mattel işçisi Qloriyanın, kukla ilə oynayarkən istəmədən ona mövcudluq krizisi yoluxdurduğunu öyrənir. Mattel Barbini aldararaq oyuncaq qutusuna salır, bunu görən Barbi, Saşa və Qloriya ilə birlikdə Barbieland-ə qaçır, Mattel-in işçiləri onların arxasınca düşür.
Bu arada Ken gerçək dünyanın kişilər tərəfindən idarə olunduğunu öyrənir və özünü hörmətli hiss edir. Barbieland-a qayıdan Ken digər Kenlərə patriarxat dünya haqqında danışır. Onlar Barbilərin beyinini yuyurlar və onları gerçək dünyada olduğu kimi itaətkar, evdar qadın və qulluqçu edirlər. Barbi gəlir və uğursuz şəkildə Ken və Barbiləri əvvəlki vəziyyətinə qayıtmağa inandırmağa çalışır. O, depressiyaya düşür, Qloriya ilhamverici bir çıxış edir və Barbinin özünə inamını bərpa edir.
Saşa, Qəribə Barbi, Allan və digərləri Qloriya ilə birlikdə Barbiləri Kenlərin əlindən azad etməyə çalışırlar. Barbilər Kenləri manipulyasiya edərək bir-biriləri ilə döyüşdürürlər, onların diqqətini yayındırıb, Barbilərə yenidən güc qazandırırlar. Barbilər Kenlərə və bütün oyuncaqlara daha yaxşı rəftar edilməsini istəyərək, əvvəlki cəmiyyətlərinin səhvlərini düzəltməyə qərar verirlər.
Barbi və Ken bir-birlərindən üzr istəyir və səhvlərindən peşman olduqlarını etiraf edirlər. Ken, Barbi olmadan bir məqsədi olmadığını hiss etdiyini ifadə edir, buna görə də Barbie onu öz müstəqil şəxsiyyətini tapmağa təşviq edir. Həyatdakı məqsədindən əmin olmayan Barbi Mattel şirkətinin təsisçisi və Barbi kuklasının yaradıcısı Rut Hendlerin ruhu ilə tanış olur. Rut izah edir ki, Barbinin hekayəsinin sonu yoxdur və o daim inkişafdadır.
Digər Barbilər, Kenlər və Mattel rəhbərləri ilə vidalaşdıqdan sonra Barbi insan olmağa və real dünyaya qayıtmağa qərar verir. Bir müddət sonra Barbara Handler adı ilə tanınan Barbi, rəfiqəsi Qloriya, onun əri və Saşa ilə birlikdə ginekoloqun müayinəsinə gedirlər.
Rollarda
- Marqo Robbi — Barbi
- Barbinin digər versiyaları:
- Kate McKinnon — Qəribə Barbi
- Issa Rae — Prezident Barbi
- Alexandra Shipp — Yazıçı Barbi
- Emma Maki — Fizikaçı Barbi
- Hari Nef — Dr. Barbi
- Sharon Rooney — Vəkil Barbi
- Ana Cruz Kayne — Hakim Barbi
- Ritu Arya — Jurnalist Barbi
- Dua Lipa — Su pərisi Barbi
- Nicola Coughlan — Diplomat Barbi
- Mette Narrative — Barbie Video Girl
- Marisa Abela — Teen Talk Barbie
- Lucy Boynton — Proust Barbie
- Rayan Qoslinq — Ken
- Simu Liu — Turist Ken/Rəqib Ken
- Kingsley Ben-Adir — Basketbolçu Ken
- Scott Evans — Stereotip Ken
- Ncuti Gatwa — Rəssam Ken
- Con Sina — Su pərisi Ken
- Rob Brydon — Sugar Daddy Ken
- Tom Stourton — Earring Magic Ken
- America Ferrera — Qloriya, Barbiyə kömək edən Mattel işçisi
- Maykl Sera — Allan
- Ariana Greenblatt — Saşa, Qloriyanın qızı
- Genvieve Toussaint — Balaca Saşa
- Rhea Perlman — Mattel-in həmtəsisçisi Rut Hendlerin ruhu
- Will Ferrell — Mattel şirkətinin rəhbəri
İstinadlar
- D'Alessandro, Anthony. "'Barbie' Still Gorgeous With Best YTD $155M Opening; 'Oppenheimer' Ticking To $80M+ In Incredible $300M+ U.S. Box Office Weekend – Sunday AM Update". . July 23, 2023. July 21, 2023 tarixində . İstifadə tarixi: 29 iyul 2023.
- Paskin, Willa. "Greta Gerwig's 'Barbie' Dream Job". . July 11, 2023. July 11, 2023 tarixində . İstifadə tarixi: 29 iyul 2023.
- "Barbie". Box Office Mojo. 2023-08-09 tarixində . İstifadə tarixi: 10 avqust 2023.
- Blanc J. AlloCiné (fr.). 1993.
- Rubin, Rebecca. "Greta Gerwig, Margot Robbie and Ryan Gosling Bring Plastic, Fantastic 'Barbie' to CinemaCon". . April 25, 2023. April 25, 2023 tarixində . İstifadə tarixi: 29 iyul 2023.
- Gyarke, Lovia. "'Barbie' Review: Margot Robbie and Ryan Gosling in Doll Comedy From Greta Gerwig That Delivers the Fun but Fudges the Politics". The Hollywood Reporter. July 18, 2023. July 20, 2023 tarixində . İstifadə tarixi: July 13, 2023.
Xarici keçidlər
- barbie-themovie.com — Barbinin rəsmi saytı
- Barbi — Internet Movie Database saytında.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Barbi ing Barbie Qreta Qerviq terefinden Noa Baumbaxla birlikde yazdigi ssenari esasinda 2023 cu ilde cekilmis ABS fentezi komediya filmi Mattel terefinden istehsal olunmus Barbi kuklasi esasinda cekilmis ilk filmdir Film Barbinin heyatini sorgulamasi ve real dunyaya sefer etmesi haqqindadir Barbiing BarbieJanr romantik komediya macera filmi komediya filmi fentezi filmi d musiqili film romantik filmRejissor Qreta QerviqProduserler Marqo RobbiTom Akerli d Robbi Brenner d Devid Heyman d Eserin muellifi Mattel terefinden teqdim edilmis Barbi oyuncagina esaslanirSsenari muellifleri Qreta Qerviq Noa BaumbaxBas rollarda Marqo RobbiRayan QoslinqAmerika Ferrera d Simu Liu d Keyt Makkinnon d Aleksandra Sipp d Emma MakiIssa Rey d Maykl SeraRea Perlman d Vill Ferrell d Nkuti Qatva d Hari Nef d Seron Runi d Konor Suindells d Ritu Arya d Con SinaAriana Qrinblatt d Helen MirrenDua LipaOperator Rodriqo Prieto d Bestekarlar Mark Ronson d Endru Uayatt d Montajci Nik Hui d Istehsalcilar Heyday Films LuckyChap Entertainment NB GG Pictures Mattel FilmsDistributor Warner Bros PicturesIlk baxis tarixi 9 iyul 2023 Shrine Auditorium 21 iyul 2023 ABS Muddet 114 deq Budce 128 145 milyonGelir 1 419 milyardOlkeler ABS Birlesmis KralliqDil ingilis diliReng rengliCekilis yeri Los AncelesIMDb ID1517268 Vikianbarda elaqeli mediafayllar Barbi filmi ilk defe 2009 cu ilin sentyabrinda Universal Pictures terefinden elan edildi Sony Pictures 2014 cu ilin aprelinde film huquqlarini satin aldi ve filmin cekilmeyi planlasdirilmaga basladi Film ssenaristler rejissorlar ve aktyor heyetinde bir sira deyisikliklere meruz qaldi evvelce Barbi rolunu Emi Sumer ve ya Enn Heteuey ifa edecekdi lakin bu bas vermedi filmin huquqlari daha sonra 2018 ci ilin oktyabrinda Warner Bros Pictures a tehvil verildi Qal Qadot hemin il roldan imtina etdikden sonra Barbi 2019 cu ilde Marqo Robbinin uzerine dusdu Qerviq ve Baumbax 2020 ci ilde rejissor ve filmin yazarlari kimi secildiler Aktyorlarin qalan hissesi 2022 ci ilin evvelinde melum oldu Filmin cekilisleri Ingilteredeki Warner Bros studiyalarinda ve ABS nin Los Anceles seherindeki Venice Beach da aparildi Barbinin premyerasi 9 iyul 2023 cu ilde Los Ancelesdeki Shrine Auditorium da bas tutdu Film ilk defe iyulun 21 de ABS de kinoteatrlarda numayis olundu Film Universal in Oppenheymer filmi ile birlikde Barbenheymer internet fenomenini yaratdi Film tenqidciler terefinden yuksek qiymetlendirildi ve qlobal miqyasda 1 28 milyard dollar qazanaraq 2023 cu ilin ikinci en cox gelir getiren filmi oldu Film eyni zamanda qadin rejissorlugu ile en cox gelir getiren film ve butun zamanlarin en cox gelir getiren 21 ci filmidir SujetXeberdarliq Yazinin davami eserin mezmunu haqqinda melumat ehtiva edir Stereotip Barbi ve onun kukla dostlari Barbilerin ve Kenlerin muxtelif versiyalarinin yasadigi qadinlarin kisilerden ustun oldugu bir cemiyyetde Barbieland da yasayirlar Burada vaxtlarini cimerliklerde dincelerek kecirir Barbiler ise onlardan ferqli olaraq hekim huquqsunas ve siyasetci kimi prestij islerle mesgul olurlar Cimerlikli Ken ing Beach Ken Barbi ile romantik munasibet qurmaq arzusundadi Ken onun diqqetini cekmeye calisir buna baxmayaraq Barbi onu hec vecine de almir ve oz refiqeleri ile bir yerde olmaga ustunluk verir Reqs senliyinde olan Barbi qefilden olum haqqinda dusunmeye baslayir ve bu onu cox narahat edir Hemin gun o agiz qoxusu selulit ve duz ayaqlar inkisaf etdirir ertesi gun onun rutini pozulur Eybecerliyi sebebinden kenarda qalan Qeribe Barbi ona real dunyaya getmesini ve duzelmek ucun onunla oynayan usagi tapmasini meslehet gorur Barbi masini ile gercek dunyaya yollanir bu seyahet zamani Ken de ona qosulur Venice Beach e catan Barbi yolda gezerken bir kisi terefinden ellenir ona cavab olaraq yumruq atir Bu onun ve Kenin hebs olunmasina sebeb olur Onlarin gercek dunyaya gelmesi Mattel sirketinin rehberini narahat edir Barbi Sasa adli onunla oynayan qizi tapir lakin bu hec yaxsi olmur Sasa Barbini ele salir Perisan olan Barbi Sasanin anasi Mattel iscisi Qloriyanin kukla ile oynayarken istemeden ona movcudluq krizisi yoluxdurdugunu oyrenir Mattel Barbini aldararaq oyuncaq qutusuna salir bunu goren Barbi Sasa ve Qloriya ile birlikde Barbieland e qacir Mattel in iscileri onlarin arxasinca dusur Bu arada Ken gercek dunyanin kisiler terefinden idare olundugunu oyrenir ve ozunu hormetli hiss edir Barbieland a qayidan Ken diger Kenlere patriarxat dunya haqqinda danisir Onlar Barbilerin beyinini yuyurlar ve onlari gercek dunyada oldugu kimi itaetkar evdar qadin ve qulluqcu edirler Barbi gelir ve ugursuz sekilde Ken ve Barbileri evvelki veziyyetine qayitmaga inandirmaga calisir O depressiyaya dusur Qloriya ilhamverici bir cixis edir ve Barbinin ozune inamini berpa edir Sasa Qeribe Barbi Allan ve digerleri Qloriya ile birlikde Barbileri Kenlerin elinden azad etmeye calisirlar Barbiler Kenleri manipulyasiya ederek bir birileri ile doyusdururler onlarin diqqetini yayindirib Barbilere yeniden guc qazandirirlar Barbiler Kenlere ve butun oyuncaqlara daha yaxsi reftar edilmesini isteyerek evvelki cemiyyetlerinin sehvlerini duzeltmeye qerar verirler Barbi ve Ken bir birlerinden uzr isteyir ve sehvlerinden pesman olduqlarini etiraf edirler Ken Barbi olmadan bir meqsedi olmadigini hiss etdiyini ifade edir buna gore de Barbie onu oz musteqil sexsiyyetini tapmaga tesviq edir Heyatdaki meqsedinden emin olmayan Barbi Mattel sirketinin tesiscisi ve Barbi kuklasinin yaradicisi Rut Hendlerin ruhu ile tanis olur Rut izah edir ki Barbinin hekayesinin sonu yoxdur ve o daim inkisafdadir Diger Barbiler Kenler ve Mattel rehberleri ile vidalasdiqdan sonra Barbi insan olmaga ve real dunyaya qayitmaga qerar verir Bir muddet sonra Barbara Handler adi ile taninan Barbi refiqesi Qloriya onun eri ve Sasa ile birlikde ginekoloqun muayinesine gedirler Xeberdarligin sonu RollardaMarqo Robbi ve Rayan Qoslinq Marqo Robbi Barbi Barbinin diger versiyalari Kate McKinnon Qeribe Barbi Issa Rae Prezident Barbi Alexandra Shipp Yazici Barbi Emma Maki Fizikaci Barbi Hari Nef Dr Barbi Sharon Rooney Vekil Barbi Ana Cruz Kayne Hakim Barbi Ritu Arya Jurnalist Barbi Dua Lipa Su perisi Barbi Nicola Coughlan Diplomat Barbi Mette Narrative Barbie Video Girl Marisa Abela Teen Talk Barbie Lucy Boynton Proust Barbie Rayan Qoslinq Ken Simu Liu Turist Ken Reqib Ken Kingsley Ben Adir Basketbolcu Ken Scott Evans Stereotip Ken Ncuti Gatwa Ressam Ken Con Sina Su perisi Ken Rob Brydon Sugar Daddy Ken Tom Stourton Earring Magic Ken America Ferrera Qloriya Barbiye komek eden Mattel iscisi Maykl Sera Allan Ariana Greenblatt Sasa Qloriyanin qizi Genvieve Toussaint Balaca Sasa Rhea Perlman Mattel in hemtesiscisi Rut Hendlerin ruhu Will Ferrell Mattel sirketinin rehberiIstinadlarD Alessandro Anthony Barbie Still Gorgeous With Best YTD 155M Opening Oppenheimer Ticking To 80M In Incredible 300M U S Box Office Weekend Sunday AM Update July 23 2023 July 21 2023 tarixinde Istifade tarixi 29 iyul 2023 Paskin Willa Greta Gerwig s Barbie Dream Job July 11 2023 July 11 2023 tarixinde Istifade tarixi 29 iyul 2023 Barbie Box Office Mojo 2023 08 09 tarixinde Istifade tarixi 10 avqust 2023 Blanc J AlloCine fr 1993 Rubin Rebecca Greta Gerwig Margot Robbie and Ryan Gosling Bring Plastic Fantastic Barbie to CinemaCon April 25 2023 April 25 2023 tarixinde Istifade tarixi 29 iyul 2023 Gyarke Lovia Barbie Review Margot Robbie and Ryan Gosling in Doll Comedy From Greta Gerwig That Delivers the Fun but Fudges the Politics The Hollywood Reporter July 18 2023 July 20 2023 tarixinde Istifade tarixi July 13 2023 Xarici kecidlerbarbie themovie com Barbinin resmi sayti Barbi Internet Movie Database saytinda