Bakı metrosunda partlayışlar — 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metropolitenində baş vermiş terror aktları. Partlayışlarda ümumilikdə 27 nəfər həlak olmuş və 91 nəfər yaralanmışdır.
Bakı metrosunda partlayışlar | |
---|---|
Qarabağ münaqişəsi | |
Hücum yeri | 20 Yanvar metrostansiyası 28 May metrostansiyası ilə Gənclik metrostansiyasının arası |
Hücum hədəfi | Mülki əhali |
Vaxt | 13:00, 19 mart 1994 20:30, 3 iyul 1994 |
Hücum üsulu | Əldədüzəlmə partlayıcı qurğunun partlayışı |
Həlak olanlar | 27 |
Yaralılar | 91 |
Terrorçu sayı | 11 (ilk hadisədə) 1 (ikinci hadisədə) |
Qatillər | Oqtay Qurbanov Azər Aslanov |
Təşkilatçılar | Karen Baqdasaryan Seyran Sarkisyan |
Şübhəlilər | Zori Balayan |
20 Yanvar metrostansiyasında partlayış
Hadisələrin xronikası
1994-cü il mart ayının 19-u saat 13:00-da 20 Yanvar metrostansiyasında partlayış baş verdi. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayanandıqdan sonra partlayıb. Partlayış nəticəsində 14 nəfər həlak olmuş və 49 nəfər yaralanmışdır. Həlak olanların arasında terror hücumunun icraçısı Oktay Qurbanov və Azərbaycan Respublikasının xalq artisti Rafiq Babayev də var idi.
İstintaq
Prezident Heydər Əliyev terrorizmin araşdırılmasına aid Bakı Dövlət Komitəsini təyin edən fərman imzalayır. Cinayət törətmək şübhəsiylə, ləzgi xalqının azadlığı adı altında terrorçu fəaliyyətlə məşğul olmuş separatçı Sadval təşkilatının üzvləri həbs olunur. İstintaqa əsasən, terror aktının təşkilatçıları və təqsirləndirənlər Ermənistanın xüsusi xidmət orqanları ilə əlaqələr qurmuş və 1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyətçə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi-terror təxribat hazırlığı keçmişdir. Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi onların təşkilat kimi formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, 20 Yanvar metrostansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Heydər Əliyev sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
Terror aktı faktına görə, 11 nəfər məhkum edilib, onlardan ikisi ölüm cəzasına (güllələnmə), digər 9 nəfər isə müxtəlif illərlə həbs cəzasına məhkum edilmişdi.
19 mart 1994-cü ildə baş vermiş bu terror aktı nəticəsində həlak olan insanların adları 20 Yanvar metrostansiyanın divarına həkk olunaraq əbədiləşdirilib.
28 May metrostansiyası ilə Gənclik metrostansiyasının arasında partlayış
Hadisələrin ardıcıllığı
1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda ikinci terror aktı oldu. Saat 20:30-da 28 May metrostansiyasından çıxıb Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verir. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.
İstintaq
"28 May" və "Gənclik" metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Salman oğlu Aslanov həbs edildi. 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. 1998-ci ildə Azər Aslanov öz ifadələrində bildirir ki, o, Bakı metropolitenində teror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə erməni separatçılarının ideoloqlarından biri, yazıçı Zori Balayan hərbi əsir, milliyətcə ləzgi olan Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının "Artur" adlı əməkdaşı A. Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A. Aslanovun anası Tacibat Aslanova İrəvana gəlmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və qutularında gizlədilmişdir.
A. Aslanov İrəvan — Mineralnıye Vodı — Bakı marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır. Bu müddət ərzində İrəvanda girov saxlanılan anası yalnız bundan sonra azad olunmuşdur. İstintaq zamanı müəyyən edilmişdir ki, terror aktının təlimatçıları Ermənistan xüsusi xidmət orqanlarının polkovniki Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar. Azərbaycan Respublikasının Ali Məhkəmə instansiyaları tərəfindən aparılmış araşdırmalar prosesində göstərilən terror aktlarının həyata keçirilməsində Dağlıq Qarabağın qeyri-qanuni rejiminin funksionerləri və Ermənistan Respublikasının xüsusi xidmət və digər dövlət orqanlarının təşkilatçılığı, maliyyə və texniki dəstəyi, əksər hallarda isə bilavasitə iştirakı prosessual qaydada sübuta yetirilmişdir.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılmış, 1999-cu ildə Azərbaycan Respublikasının Baş Prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də beynəlxalq axtarışa verilir. 2001-ci ildə Ermənistan tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən, İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi saxlanılır, polis məntəqəsində 4 saat saxlandıqdan sonra sərbəst buraxılır..
Həmçinin bax
İstinadlar
- "Bakı metrosunda terror tarixçəsi" (azərb. ). publika.az. 3 iyul 2014. 8 oktyabr 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- Azərbaycan Respublikasının Ali Məhkəməsi. "AZƏRBAYCAN ƏRAZİSİNDƏ TÖRƏDİLƏN TERROR - TƏXRİBAT FAKTLARI" (azərb. ). supremecourt.gov.az. 6 avqust 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- "Bakının "20 Yanvar" metrostansiyasında baş vermiş terror aktından 22 il ötür". Salam News Agency (azərb. ). salamnews.org. 19 mart 2016. 8 oktyabr 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- Gasimov, Zaur. Historical Dictionary of Azerbaijan. Rowman & Littlefield. 2017. 202. (#accessdate_missing_url)
- Elnur. ""Sadval"ın təhlükəsi hələ qalmaqdadır" (azərb. ). http://hafta.az/. 5 may 2007. 12 iyul 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- Nurəddin Adiloğlu. "Bayrama bir gün qalmış". ikisahil.az (azərb. ). iki Sahil. 5 may 2007. 20 mart 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- "AZƏRBAYCAN ƏRAZİSİNDƏ TÖRƏDİLMİŞ TERROR-TƏXRİBAT AKTLARI". supremecourt.gov.az. supremecourt.gov.az. 2020-08-06 tarixində . İstifadə tarixi: 17 yanvar 2019.
- Cornell, Svante. Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus. Routledge. 2005. 261. (#accessdate_missing_url)
- "Əfv edilən metroda terror törədən şəxs deyil". 2023-07-01 tarixində . İstifadə tarixi: 2022-07-03.
- "Bakı metrosunda terror törətdiyinə görə ömürlük cəza alan şəxs əfv edilməyib". 2021-04-10 tarixində . İstifadə tarixi: 2022-07-03.
- Zaur Əliyev. "1994-cü ildə Bakıda törədilən metro terrorunun təfərrüatları". faktxeber.com/ (azərb. ). Fakt Xəbər İnternet Qəzeti. 3 iyul 2018. 8 oktyabr 2020 tarixində . İstifadə tarixi: 8 oktyabr 2020.
- İnterpol Balayanı saxlayıb 2006-07-01 at the Wayback Machine (rus.)
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki metrosunda partlayislar 1994 cu il martin 19 da ve iyulun 3 de Baki metropoliteninde bas vermis terror aktlari Partlayislarda umumilikde 27 nefer helak olmus ve 91 nefer yaralanmisdir Baki metrosunda partlayislarQarabag munaqisesiHucum yeri 20 Yanvar metrostansiyasi 28 May metrostansiyasi ile Genclik metrostansiyasinin arasiHucum hedefi Mulki ehaliVaxt 13 00 19 mart 1994 20 30 3 iyul 1994Hucum usulu Eldeduzelme partlayici qurgunun partlayisiHelak olanlar 27Yaralilar 91Terrorcu sayi 11 ilk hadisede 1 ikinci hadisede Qatiller Oqtay Qurbanov Azer AslanovTeskilatcilar Karen Baqdasaryan Seyran SarkisyanSubheliler Zori Balayan20 Yanvar metrostansiyasinda partlayisHadiselerin xronikasi 1994 cu il mart ayinin 19 u saat 13 00 da 20 Yanvar metrostansiyasinda partlayis bas verdi Qatarin bas vaqonuna qoyulmus saat mexanizmli elde duzeltme bomba qatar stansiyada dayanandiqdan sonra partlayib Partlayis neticesinde 14 nefer helak olmus ve 49 nefer yaralanmisdir Helak olanlarin arasinda terror hucumunun icracisi Oktay Qurbanov ve Azerbaycan Respublikasinin xalq artisti Rafiq Babayev de var idi Istintaq Prezident Heyder Eliyev terrorizmin arasdirilmasina aid Baki Dovlet Komitesini teyin eden ferman imzalayir Cinayet toretmek subhesiyle lezgi xalqinin azadligi adi altinda terrorcu fealiyyetle mesgul olmus separatci Sadval teskilatinin uzvleri hebs olunur Istintaqa esasen terror aktinin teskilatcilari ve teqsirlendirenler Ermenistanin xususi xidmet orqanlari ile elaqeler qurmus ve 1992 ci ilin aprel may aylarinda 30 nefer milliyetce lezgi olan Azerbaycan vetendasi Ermenistanin Nairi rayonunun Lusakert qesebesinde yerlesen telim mesq bazasinda xususi terror texribat hazirligi kecmisdir Ermenistan Milli Tehlukesizlik Bas Idaresi onlarin teskilat kimi formalasmasinda maliyyelesmesinde ve silahlanmasinda yaxindan istirak edib Istintaq zamani mueyyenlesdirilmisdir ki texribatcilar telimata uygun olaraq 20 Yanvar metrostansiyasi ile yanasi Bakinin Nizami kinoteatrinda Heyder Eliyev sarayinda ve Baki lampa zavodunda da partlayislar toretmeyi planlasdirmislar Terror akti faktina gore 11 nefer mehkum edilib onlardan ikisi olum cezasina gullelenme diger 9 nefer ise muxtelif illerle hebs cezasina mehkum edilmisdi 19 mart 1994 cu ilde bas vermis bu terror akti neticesinde helak olan insanlarin adlari 20 Yanvar metrostansiyanin divarina hekk olunaraq ebedilesdirilib 28 May metrostansiyasi ile Genclik metrostansiyasinin arasinda partlayisHadiselerin ardicilligi 1994 cu ilin iyul ayinin 3 de Baki metrosunda ikinci terror akti oldu Saat 20 30 da 28 May metrostansiyasindan cixib Genclik metrostansiyasi istiqametinde hereket eden qatarin platformaya catmagina 500 metr qalmis elektrik qatarin ikinci vaqonunda partlayis bas verir Partlayisdan sonra qatarda yangin bas verir Terror akti neticesinde 13 nefer helak olmus ve 58 nefer ise yaralanmisdir Istintaq 28 May ve Genclik metrostansiyalari arasinda partlayisin teskil edilmesi ile elaqedar olaraq Moskvada yasayan Azerbaycan vetendasi Azer Salman oglu Aslanov hebs edildi 1997 ci ilin 29 noyabr tarixinde Azerbaycana ekstradisiya edilir 1998 ci ilde Azer Aslanov oz ifadelerinde bildirir ki o Baki metropoliteninde teror akti toretmek gosterisini ermeni esirliyinde olarken ermeni yazicisi Zori Balayandan alib Mehkemenin hokmu ile Azer Aslanov omurluk hebs cezasina mehkum edilib Mehkeme arasdirmalari zamani mueyyen olunmusdur ki 14 yanvar 1994 cu ilde ermeni separatcilarinin ideoloqlarindan biri yazici Zori Balayan herbi esir milliyetce lezgi olan Azer Aslanovla gorusmus azerbaycanlilara qarsi mubarizede butun azsayli xalqlarin birge fealiyyet gostermelerinin vacibliyini bildirmisdir 9 iyun 1994 cu ilde Ermenistan xususi xidmet orqanlarinin Artur adli emekdasi A Aslanovun Bakidaki menziline zeng vuraraq onun sag oldugunu bildirmis ve azad olunmasi ucun yaxin qohumlarindan birinin Irevan seherine gelmesinin zeruriliyini qeyd etmisdir 16 iyun 1994 cu il tarixinde A Aslanovun anasi Tacibat Aslanova Irevana gelmisdir Azer Aslanova anasinin heyatinin tehluke altinda oldugu bildirilmis bu tehdidler altinda o Ermenistan xususi xidmet orqanlari ile Omer 75 texellusu ile daimi emekdasliga celb edilmisdir Azerbaycana maneesiz gelmesi ucun Azer Aslanovun adina saxta senedler hazirlanmis partlayici madde ise muvafiq qaydada pecenye sokolad ve qutularinda gizledilmisdir A Aslanov Irevan Mineralniye Vodi Baki marsrutu ile Azerbaycana gelerek 3 iyul 1994 cu ilde Baki metrosunun 28 May ve Genclik stansiyasi arasinda qatarda terror aktini heyata kecirmis ve yeniden Ermenistana qayitmisdir Bu muddet erzinde Irevanda girov saxlanilan anasi yalniz bundan sonra azad olunmusdur Istintaq zamani mueyyen edilmisdir ki terror aktinin telimatcilari Ermenistan xususi xidmet orqanlarinin polkovniki Karen Baqdasaryan ve kapitan Seyran Sarkisyan olmuslar Azerbaycan Respublikasinin Ali Mehkeme instansiyalari terefinden aparilmis arasdirmalar prosesinde gosterilen terror aktlarinin heyata kecirilmesinde Dagliq Qarabagin qeyri qanuni rejiminin funksionerleri ve Ermenistan Respublikasinin xususi xidmet ve diger dovlet orqanlarinin teskilatciligi maliyye ve texniki desteyi ekser hallarda ise bilavasite istiraki prosessual qaydada subuta yetirilmisdir Aslanovun ifadeleri esasinda mehkemenin gosterisi ile Zori Balayana qarsi cinayet isi acilmis 1999 cu ilde Azerbaycan Respublikasinin Bas Prokurorlugunun teqdimati esasinda Balayan Interpolun xetti ile beynelxalq axtarisa elan edilir Daha sonra o MDB dovletlerinde de beynelxalq axtarisa verilir 2001 ci ilde Ermenistan terefinin muracieti esasinda Interpol Balayani axtarisda olan sexsler siyahisindan cixarir 2005 ci ilin may ayinda Zori Balayan Interpol terefinden Italiyanin Brindizi seherinde beynelxalq axtarisda olan cinayetkar kimi saxlanilir polis menteqesinde 4 saat saxlandiqdan sonra serbest buraxilir Hemcinin bax1995 ci il Baki metrosu yanginiIstinadlar Baki metrosunda terror tarixcesi azerb publika az 3 iyul 2014 8 oktyabr 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 Azerbaycan Respublikasinin Ali Mehkemesi AZERBAYCAN ERAZISINDE TOREDILEN TERROR TEXRIBAT FAKTLARI azerb supremecourt gov az 6 avqust 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 Bakinin 20 Yanvar metrostansiyasinda bas vermis terror aktindan 22 il otur Salam News Agency azerb salamnews org 19 mart 2016 8 oktyabr 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 Gasimov Zaur Historical Dictionary of Azerbaijan Rowman amp Littlefield 2017 202 accessdate missing url Elnur Sadval in tehlukesi hele qalmaqdadir azerb http hafta az 5 may 2007 12 iyul 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 Nureddin Adiloglu Bayrama bir gun qalmis ikisahil az azerb iki Sahil 5 may 2007 20 mart 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 AZERBAYCAN ERAZISINDE TOREDILMIS TERROR TEXRIBAT AKTLARI supremecourt gov az supremecourt gov az 2020 08 06 tarixinde Istifade tarixi 17 yanvar 2019 Cornell Svante Small Nations and Great Powers A Study of Ethnopolitical Conflict in the Caucasus Routledge 2005 261 accessdate missing url Efv edilen metroda terror toreden sexs deyil 2023 07 01 tarixinde Istifade tarixi 2022 07 03 Baki metrosunda terror toretdiyine gore omurluk ceza alan sexs efv edilmeyib 2021 04 10 tarixinde Istifade tarixi 2022 07 03 Zaur Eliyev 1994 cu ilde Bakida toredilen metro terrorunun teferruatlari faktxeber com azerb Fakt Xeber Internet Qezeti 3 iyul 2018 8 oktyabr 2020 tarixinde Istifade tarixi 8 oktyabr 2020 Interpol Balayani saxlayib 2006 07 01 at the Wayback Machine rus Xarici kecidlerV vagone vzorvalas bomba s chasovym mehanizmom Baki metropoliteninde terror akti 03 iyul 1994 cu il Azerbaycanda Neqliyyatin Butun Novlerinde Terror Akti Istintaq davam edir Yeralti terror 1 ci hisse 2 ci hisse