Bakı Dövlət Universitetinin Elmi Kitabxanası — Azərbaycan Respublikasının ən böyük kitabxanalarından biri. 1919-cu il Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır.
Bakı Dövlət Universitetinin Elmi Kitabxanası | |
---|---|
Ümumi məlumatlar | |
Yaradılıb | 1919 |
Yaradılması
1919-cu ildə Bakı Dövlət Universiteti yaradıldıqdan sonra universitetin təşkilat komissiyası onun kitabxanasını da yaratmaq qayğısına qalmış və xüsusi kitabxana komissiyası təşkil etmişdi. Komissiya 1919-cu il iyunun 2-də Bakı şəhər bələdiyyə idarəsinə müraciət edərək, Mixail (indiki Musa Nağıyev) xəstəxanasının nəzdindəki kitabxananın universitetə verilməsini xahiş etmişdi. Bələdiyyə idarəsi komissiyanın xahişinə razılıq vermişdi. Həmin dövrdə universitet təşkilat komissiyasının Bakı Neft Sənayeçiləri Qurultayı Şurasına müraciətinə əsasən, Sabunçu xəstəxanası nəzdindəki kitabxana da 1920-ci ildə universitetə verilmişdi. Bundan əlavə, həmin dövrdə satışdan 120 min manatlıq kitab alınmışdı. Kitabxana komissiyası, eyni zamanda, universitet kitabxanasını yaratmaq üçün əhaliyə və ilk növbədə, maarifpərvər ziyalılara da müraciət etmişdi. Müraciətdə kitab satmaq istəyənlərə təbabətə və tarix-filologiya elmlərinə dair bütün dillərdə olan kitabların siyahısını təqdim etmək təklif olunurdu. Komissiya əmin olduğunu bildirirdi ki, universitetin xidmət etdiyi böyük mədəni məqsəd naminə, digər mədəniyyət mərkəzlərində olduğu kimi, Bakıda da universitetə elmi kitablar bağışlanacaqdır.
Cümhuriyyət dövründə fəaliyyəti
Universitet kitabxanasında xüsusi türk şöbəsi yaradılmışdı. Həmin şöbəni müvafiq ədəbiyyatla komplektləşdirmək məqsədilə İstanbuldan 212 adda kitab gətirilmişdi. Artıq, 1920-ci ilin əvvəllərində, kitabxananın fondunda 6 mindən çox kitab, 130 adda qəzet və jurnal vardı. Fondda Azərbaycan, türk, fars, ərəb, ingilis, fransız, alman, rus və tatar dillərində ədəbiyyat var idi. Məhəmməd Əmin Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Tağı Şahbazi, Mir Əsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlər kitabxananın ilk oxucuları arasında olmuşlar. 1919-cu ilin sonu - 1920-ci ilin əvvəllərində Bakı Dövlət Universitetinin elmi kitabxanası tədricən Cümhuriyyətin təhsil ocaqlarının kitabxanaları üçün metodik mərkəz rolunu oynamağa başladı. 1920-ci il yanvarın 16-da universitet kitabxanasında xalq maarifi nazirliyi kitabxanaları işçilərinin seminar-müşavirəsi keçirilmişdi.
Sovet dövründə fəaliyyəti
Bakı Dövlət Universiteti Elmi Kitabxanası fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirildi. 1920-22-ci illərdə Xalq Komissarları Sovetinin göstərişi ilə ayrı-ayrı idarə və müəssisələrdən, təşkilatlardan kitabxanaya kitab verildi. Universitetin elmi şurası 1922-ci ildə professorlardan F.N.İlyini və R.Rostovskini kitab almaq üçün Petroqrada ezam etdi. Onlar buradan, pulsuz olaraq, 200 puddan artıq qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərini alıb gətirmişdilər. Kitabxananın Şərq şöbəsi universitetin Şərq fakültəsinin dekanı prof. R.K.Juzenin təşəbbüsü ilə təşkil edilmişdi. Bu məqsədlə Azərbaycan SSR Xalq Komissarları Soveti 1922-ci ildə 7 min manat qızıl pul buraxmışdı. Bu vəsait hesabına 1924-cü ildə İstanbuldan 2000-dən artıq kitab alındı. Şərq şöbəsi 1924-cü ilin mayında fəaliyyətə başladı. 1928-1929-cu illərdə keçmiş Bakı fransız cəmiyyətinin 1000 nüsxədən ibarət kitabxanası universitet kitabxanasına daxil oldu. Bundan əlavə, "Maarif işçiləri evi" kitabxanasından 2000 dəstdən ibarət rus jurnalları komplekti kitabxanaya verildi. Həmin illərdə professorlardan Bəkir Çobanzadə, R.X.Mudrov, D.Cəfərov, Tumbel, Rusanova və başqalarının şəxsi kitabları da kitabxananın fonduna əlavə olunmuşdur.
Hazırkı fəaliyyəti
Bakı Dövlət Universitetinin kitabxanası 1919-cu ildə yaranarkən 250 kitabla fəaliyyətə başlamışdısa, hazırda onun fondunda 2,5 milyondan artıq çap vahidi vardır. Elmin müxtəlif sahələrinə aid olan bu kitablar Azərbaycan, Şərq, rus və Qərbi Avropa dillərindədir. 13-18 əsrlərə aid əlyazmaları, 16 əsrdən bəri müxtəlif xarakterli nəşrlər kitabxananın "qızıl fondu‖na daxil olan nadir və qiymətli əsərlərdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1971 il 131 saylı əmrinə əsasən, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası ölkənin ali və orta ixtisas məktəbləri kitabxanalarının işini yaxşılaşdırmaq və tənzimləmək məqsədilə elmi-metodiki mərkəzə çevrilmişdir və indiyədək həmin funksiyanı yerinə yetirir. Elmi kitabxana 22 dövlət və özəl ali məktəb kitabxanasına metodik köməklik göstərdi. Elmi kitabxana "Universitet alimlərinin əsərləri", "Universitetin görkəmli alimləri" seriyasından və s. mövzularda elmi-biblioqrafik göstəricilər hazırlayıb çap etmişdir. Bakı Dövlət Universitetinin elmi kitabxanası hazırda 18 xarici dövlət, 50 universitet və elmi cəmiyyətlə beynəlxalq kitab mübadiləsi aparır, 1998-ci ildən Bakıda fəaliyyət göstərən Açıq Cəmiyyət İnstitutu Yardım Fondu ilə müqavilələr əsasında əməkdaşlıq edir. Kitabxana bu cəmiyyətin layihələrində fəal iştirakına görə 11 qrant udmuşdur. Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra elmi kitabxana yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Kitabxanada kompüter texnologiyası tətbiq olunur, elektron kataloqun yaranması prosesinə başlanmışdır. Kitabxananın internetdə öz saytı vardır. Mark-Eskuel proqramı əldə olunmuşdur ki, bu da kitabxananın kompleks şəkildə avtomatlaşdırılmasına imkan verir. Elmi kitabxananın 14 şöbəsi, elmi, tədris və bədii ədəbiyyatdan ibarət 5 abunə, 14 oxu zalı və 42 kafedra kitabxanası vardır. Universitetin elmi kitabxanası 16 minlik universitet kontingentinə, MDB ölkələrinin və digər xarici dövlətlərin elm və təhsil müəssisələrinin əməkdaşlarına xidmət edir.
Həmçinin bax
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 225
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004, s. 227
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Baki Dovlet Universitetinin Elmi Kitabxanasi Azerbaycan Respublikasinin en boyuk kitabxanalarindan biri 1919 cu il Azerbaycan Xalq Cumhuriyyeti dovrunde yaradilmisdir Baki Dovlet Universitetinin Elmi KitabxanasiUmumi melumatlarYaradilib 1919Yaradilmasi1919 cu ilde Baki Dovlet Universiteti yaradildiqdan sonra universitetin teskilat komissiyasi onun kitabxanasini da yaratmaq qaygisina qalmis ve xususi kitabxana komissiyasi teskil etmisdi Komissiya 1919 cu il iyunun 2 de Baki seher belediyye idaresine muraciet ederek Mixail indiki Musa Nagiyev xestexanasinin nezdindeki kitabxananin universitete verilmesini xahis etmisdi Belediyye idaresi komissiyanin xahisine raziliq vermisdi Hemin dovrde universitet teskilat komissiyasinin Baki Neft Senayecileri Qurultayi Surasina muracietine esasen Sabuncu xestexanasi nezdindeki kitabxana da 1920 ci ilde universitete verilmisdi Bundan elave hemin dovrde satisdan 120 min manatliq kitab alinmisdi Kitabxana komissiyasi eyni zamanda universitet kitabxanasini yaratmaq ucun ehaliye ve ilk novbede maarifperver ziyalilara da muraciet etmisdi Muracietde kitab satmaq isteyenlere tebabete ve tarix filologiya elmlerine dair butun dillerde olan kitablarin siyahisini teqdim etmek teklif olunurdu Komissiya emin oldugunu bildirirdi ki universitetin xidmet etdiyi boyuk medeni meqsed namine diger medeniyyet merkezlerinde oldugu kimi Bakida da universitete elmi kitablar bagislanacaqdir Cumhuriyyet dovrunde fealiyyetiUniversitet kitabxanasinda xususi turk sobesi yaradilmisdi Hemin sobeni muvafiq edebiyyatla komplektlesdirmek meqsedile Istanbuldan 212 adda kitab getirilmisdi Artiq 1920 ci ilin evvellerinde kitabxananin fondunda 6 minden cox kitab 130 adda qezet ve jurnal vardi Fondda Azerbaycan turk fars ereb ingilis fransiz alman rus ve tatar dillerinde edebiyyat var idi Mehemmed Emin Resulzade Yusif Vezir Cemenzeminli Ebdurrehim bey Haqverdiyev Tagi Sahbazi Mir Esedulla Mirqasimov ve basqa gorkemli sexsiyyetler kitabxananin ilk oxuculari arasinda olmuslar 1919 cu ilin sonu 1920 ci ilin evvellerinde Baki Dovlet Universitetinin elmi kitabxanasi tedricen Cumhuriyyetin tehsil ocaqlarinin kitabxanalari ucun metodik merkez rolunu oynamaga basladi 1920 ci il yanvarin 16 da universitet kitabxanasinda xalq maarifi nazirliyi kitabxanalari iscilerinin seminar musaviresi kecirilmisdi Sovet dovrunde fealiyyetiBaki Dovlet Universiteti Elmi Kitabxanasi fondlarinin zenginlesdirilmesi sonraki illerde de davam etdirildi 1920 22 ci illerde Xalq Komissarlari Sovetinin gosterisi ile ayri ayri idare ve muessiselerden teskilatlardan kitabxanaya kitab verildi Universitetin elmi surasi 1922 ci ilde professorlardan F N Ilyini ve R Rostovskini kitab almaq ucun Petroqrada ezam etdi Onlar buradan pulsuz olaraq 200 puddan artiq qiymetli elmi edebiyyat o cumleden Rusiya Elmler Akademiyasinin butun nesrlerini alib getirmisdiler Kitabxananin Serq sobesi universitetin Serq fakultesinin dekani prof R K Juzenin tesebbusu ile teskil edilmisdi Bu meqsedle Azerbaycan SSR Xalq Komissarlari Soveti 1922 ci ilde 7 min manat qizil pul buraxmisdi Bu vesait hesabina 1924 cu ilde Istanbuldan 2000 den artiq kitab alindi Serq sobesi 1924 cu ilin mayinda fealiyyete basladi 1928 1929 cu illerde kecmis Baki fransiz cemiyyetinin 1000 nusxeden ibaret kitabxanasi universitet kitabxanasina daxil oldu Bundan elave Maarif iscileri evi kitabxanasindan 2000 destden ibaret rus jurnallari komplekti kitabxanaya verildi Hemin illerde professorlardan Bekir Cobanzade R X Mudrov D Ceferov Tumbel Rusanova ve basqalarinin sexsi kitablari da kitabxananin fonduna elave olunmusdur Hazirki fealiyyetiBaki Dovlet Universitetinin kitabxanasi 1919 cu ilde yaranarken 250 kitabla fealiyyete baslamisdisa hazirda onun fondunda 2 5 milyondan artiq cap vahidi vardir Elmin muxtelif sahelerine aid olan bu kitablar Azerbaycan Serq rus ve Qerbi Avropa dillerindedir 13 18 esrlere aid elyazmalari 16 esrden beri muxtelif xarakterli nesrler kitabxananin qizil fondu na daxil olan nadir ve qiymetli eserlerdir Azerbaycan Respublikasi Tehsil Nazirliyinin 1971 il 131 sayli emrine esasen Baki Dovlet Universitetinin Elmi Kitabxanasi olkenin ali ve orta ixtisas mektebleri kitabxanalarinin isini yaxsilasdirmaq ve tenzimlemek meqsedile elmi metodiki merkeze cevrilmisdir ve indiyedek hemin funksiyani yerine yetirir Elmi kitabxana 22 dovlet ve ozel ali mekteb kitabxanasina metodik komeklik gosterdi Elmi kitabxana Universitet alimlerinin eserleri Universitetin gorkemli alimleri seriyasindan ve s movzularda elmi biblioqrafik gostericiler hazirlayib cap etmisdir Baki Dovlet Universitetinin elmi kitabxanasi hazirda 18 xarici dovlet 50 universitet ve elmi cemiyyetle beynelxalq kitab mubadilesi aparir 1998 ci ilden Bakida fealiyyet gosteren Aciq Cemiyyet Institutu Yardim Fondu ile muqavileler esasinda emekdasliq edir Kitabxana bu cemiyyetin layihelerinde feal istirakina gore 11 qrant udmusdur Azerbaycanin dovlet musteqilliyi berpa olunduqdan sonra elmi kitabxana yeni inkisaf merhelesine qedem qoymusdur Kitabxanada komputer texnologiyasi tetbiq olunur elektron kataloqun yaranmasi prosesine baslanmisdir Kitabxananin internetde oz sayti vardir Mark Eskuel proqrami elde olunmusdur ki bu da kitabxananin kompleks sekilde avtomatlasdirilmasina imkan verir Elmi kitabxananin 14 sobesi elmi tedris ve bedii edebiyyatdan ibaret 5 abune 14 oxu zali ve 42 kafedra kitabxanasi vardir Universitetin elmi kitabxanasi 16 minlik universitet kontingentine MDB olkelerinin ve diger xarici dovletlerin elm ve tehsil muessiselerinin emekdaslarina xidmet edir Hemcinin baxAMEA Merkezi Elmi Kitabxana Azerbaycan Milli KitabxanasiIstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider Nesriyyat 2004 s 225 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider Nesriyyat 2004 s 227