Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı.
Aşıq Abbasqulu | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gülablı, Ağdam |
Vəfat tarixi | 1932(82 yaşında) |
Vəfat yeri | Gülablı, Ağdam |
Həyatı və yaradıcılığı
Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur. İstedadlı gəncin son dərəcə zil səsi, xalq ədəbiyyatını dərindən bilməsi tezliklə ona şöhrət gətirir. O, Vaqif, Valeh, Zakir kimi sənətkarların müxəmməs, gəraylı və qoşmalarını məlahətlə oxuyar, bədahətən şeir söylər və qoşmalar qoşarmış.
Aşıq Ələsgərdən alınan "tərifnamə"
Ustad aşıq Ələsgərlə görüş Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə olmuşdur. Aşıq Ələsgər öz dəstəsi ilə Gülablı kəndinə toy şənliyində olarkən Aşıq Abbasqulu onunla görüşmüşdür. Gülablı kəndinin qoca sakinləri və aşıqları söyləyirdilər ki, Aşıq Ələsgər Gülablıda olarkən həmin toy axşamı Qarabağa həsr etdiyi "Qarqar" rədifli təcnisini oxumuşdur:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa - Qarqar.
Göyçə qar əlindən zara gəlibdir,
Muğan həsrət çəkər: a yağa, qar, qar…
Aşıq Ələsgər üç gün-üç gecə həmin toyda çalıb oxumuş, məclisin dördüncü günü isə yerli aşıqları dinləmişdir. Qocaman aşıqlar və kəndin mötəbər ağsaqqalları Aşıq Ələsgərdən aşıqlıq sənətinə təzəcə qədəm atmış Abbasqulunu dinləməyi xahiş etmişdilər. Məclisə çağırılan Abbasqulu böyük saz və söz ustasının qabağında özünü itirmişdi. Aşıq Ələsgərin istəyi ilə Abbasqulu Valehin "Vücudnamə"sini oxuyur və onun məlahətli səsi, aydın və səlis tələffüzü, gözəl saz çalması ustadın xoşuna gəlir. Abbasqulu öz qoşmalarından bir-ikisini də məharətlə oxuyur. Abbasquludan sonra məşhur Aşıq Nəcəfqulu meydana gəlir, onun yastı balabanda mahir ifası Aşıq Ələsgəri daha da məftun edir. Aşıq Ələsgər üzünü məclis əhlinə tutub deyir ki, "Gülablı camaatı! Siz xoşbəxtsiniz. Ona görə ki, mərhum Valehin yurdu boş qalmayıb. Bu gün doğrudan da Abbasqulunun gözəl oxuması, Nəcəfqulunun əvəzsiz çalğısı məni məftun etdi. Bunların qədrini bilin".
Böyük sənətçilərlə bir sırada
Abbasqulunun məclisdə oxuması və ustad Ələsgərin ona yüksək qiymət verməsi xəbəri bütün Qarabağa yayılır. Aşıq Abbasqulunun şöhrəti hər yana yayılır. O, bir müddət böyük tarzən Sadıqcanın ansamblında çalışır. Sadıqcan Abbasqulunun musiqi qabiliyyətini nəzərə alıb ona muğamların sirlərini öyrədir və özü ilə dəvət olunduğu məclislərə aparır.
XIX əsrin ikinci yarısında Sadıqcanın ansamblı bütün Qafqazda məşhur idi. Abbasqulu ansamblın tərkibində Zaqafqaziyanın iri şəhərlərini gəzir, hətta Sadıqcanın Tiflis şəhərində dəfələrlə verdiyi konsert və müsamirələrdə yaxından iştirak edir. Sadıqcanın vasitəsilə Abbasqulu o dövrün Hacı Hüsü, Məşədi Isi, Bülbülcan, Cabbar Qaryağdı oğlu, Dəli Ismayıl bəy, Şahsənəm oğlu Yusif kimi böyük sənətkarları ilə tanış olur. Hətta Sadıqcan ilə birlikdə dəfələrlə Xan qızı Xurşidbanu Bəyim Natəvanın sarayında qurulan məclislərdə çalıb-oxuyur. Xan qızı Aşıq Abbasqulunu "Məclisi-üns" ədəbi məclisinin yığıncağında iştirak etməyə dəvət edir. Şuşanın musiqi həyatı, Xan qızının ədəbi məclisi və burada görkəmli sənətkarlarla durub-oturması Abbasqulunun, kamil bir aşıq kimi formalaşmasında həlledici rol oynamışdı.
Sadıqcanın ansamblında iştirakı Abbasqulunu bir muğam ifaçısı kimi də tanıtmışdı.
Aşıq Abbasqulu "Baş müxəmməs", "Keşişoğlu", "Misri", "Qəhrəmanı", "Irəvan çuxuru", "Koroğlu" havalarında oxuyarkən o qədər gözəl, ardıcıl zəngulələr vurardı ki, hamını heyran edərdi.
Aşıq Abbasqulu Sadıqcanın tar çalmağından ilhama gələrək tədricən tar çalmağı da öyrənir, hətta bəzi məclislərdə muğam oxuyanda saz ilə yox, tarın müşayiəti ilə özü çalıb, özü oxuyardı. Abbasqulu həm də oynamaqda mahir idi. Aşıq sənətinə dərindən bələd olan və aşıq havalarını gözəl oxuyan məşhur müğənni Seyid Şuşinski öz xatirələrində qeyd edirdi ki, "Rəqs etməkdə son dərəcə usta olan gürcü və ləzgilər Abbasqulunun oyununa, xüsusilə onun sırf milli ruhda oynadığı "Tərəkəmə" və "Qafqaz qaytağısı"na tamaşa edəndə dəli olardılar. Buna görə də Aşıq Abbasqulu Tiflisə gəlib konsertlər verəndə bilet üstündə qırğın düşərdi…". Gözəl səsin böyük şöhrəti
1901-ci ilin yayında Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin təşkil etdiyi ilk "Şərq konserti"ndə sənət dostu Nəcəfqulu ilə birlikdə çıxış edən Abbasqulu böyük müvəffəqiyyət qazanmış, Bakıda verilən konsertlərdə də yaxından iştirak etmişdi.
1902-ci ilin yanvar ayında Bakıda təşkil edilmiş ilk "Şərq konserti"nə məşhur xanəndə və çalğıçılarla birlikdə Gülablı aşıqları da dəvət olunmuşdu və həmin konsertdə də Aşıq Abbasqulunun ifası tamaşaçıları valeh etmişdi. Aşıq Abbasqulu dəfələrlə Bakıda "Nicat" cəmiyyətinin keçirdiyi "Şərq gecələri2 adlı musiqili-ədəbi gecələrə də dəvət olunmuşdu. Bakı tamaşaçıları onun çıxışlarına sonsuz maraq göstərirdilər. Şərq gecələrinin afişa və proqramlarında təkcə Aşıq Abbasqulunun adının yazılması teatr kassaları qabağında böyük izdihama səbəb olardı. Onun konsertlərinə bilet tapmaq müşkül idi.
Aşıq Abbasqulu həm saz ustası olmaqla yanaşı, həm də söz ustası idi. O, çoxlu nağıl və dastan bilirdi. Sənətkar ömrünün 50 ilini Azərbaycan milli mədəniyyətinin inkişafına həsr etmişdi. N.B.Vəzirov, Ə.Haqverdiyev, H.Ərəblinski, Ü.Hacıbəyov, S.Qaryağdı oğlu, Sadıqcan, B.Bədəlbəyov və b. xadimlər Aşıq Abbasqulunun yaxın dostu və məsləkdaşları idilər. Böyük yazıçı Cəlil Məmmədquluzadə Aşıq Abbasqulunun yaxın dostu və pərəstişkarı olub.
1914-cü ildə bütün Qafqazda bir xalq aşığı kimi ad-san çıxarmış Aşıq Abbasqulu Almaniyanın "Sport-Rekord" şirkəti tərəfindən bir çox xanəndə və musiqiçilərlə birlikdə Tiflis şəhərinə dəvət olunaraq səsini qrammafon valına yazdırmışdır. Tiflisdə Aşıq Abbasqulu öz dəstəsi ilə birlikdə qrammafon valları üçün bir çox qədim-aşıq mahnıları oxumuşdur. Bunlardan "Ikisi bir boyda", "Sürmən", "Neylərsən", "Dünya əhvalatı", "Vücudnamə", "Şərili", "Üç telli durna", "Şikəstə", "Tello" və s. göstərmək olar.
Aşıq Abbasqulunun 1931-ci ilin yazında Bakıda verdiyi konsert də böyük marağa səbəb olmuşdu. Onun incə səsinə, mahir çalğısına qulaq asmaq, son dərəcə çevik və ritmik rəqsinə tamaşa etmək üçün konsertə Cabbar Qaryağdı oğlu, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Keçəçi oğlu Məhəmməd, Zülfüqar Hacıbəyov, Qurban Pirimov, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli və başqaları da gəlmişdilər.
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan el sənətkarı Aşıq Abbasqulu 1932-ci ildə 80 yaşında dünyasını dəyişib və Gülablıda dəfn olunub.
Mənbə
- , Qarabağ aşıq mühiti. Bakı-2019.
- Qarabağlı el sənətçisi Abbasqulu[ölü keçid]
- medeniyyet.az 2012-03-29 at the Wayback Machine
İstinadlar
- Fərəcov, S. Telli sazın xoş avazı: Aşıq sənətinin mahir ustadı Aşıq Abbasqulunun xatirəsinə //Mədəniyyət.- 2012.- 11 yanvar.- S. 11.
- Firidun Şuşinski. Azərbaycan xalq musiqiçiləri 2022-02-07 at the Wayback Machine. Bakı, Yazıçı, 1985, səh. 81. (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Asiq abbasqulu 1850 Abdalgulabli d Susa qezasi 1932 Abdalgulabli d Agdam rayonu XIX XX esrler Azerbaycan asigi Asiq AbbasquluDogum tarixi 1850Dogum yeri Gulabli AgdamVefat tarixi 1932 82 yasinda Vefat yeri Gulabli AgdamHeyati ve yaradiciligiAsiq Abbasqulu texminen 1850 ci ilde Qarabagin sefali guselerinden olan Gulabli kendinde anadan olmusdur O meshur el senetkari Asiq Valehin nevesidir Asiq Abbasqulu Asiq Elesger kimi hec bir tehsili olmasa da cox gezmis meclislerde el senliklerinde olmus asiqlarin calib cagirmasini dinlemis mahnilarini oyrenmisdir Hemin dovrde Qarabag meclislerinde xususile kend toy duyunlerinde Gulabli asiqlari istirak ederdiler Abbasqulunun da usaqliqdan asiqliga meyli vardi ve bunu nezere alan atasi onu meshur neycalan asiq Necefqulunun destesine qosur O evvelce Necefqulunun destesinde qosanagara calir sonra bir muddet demkeslik edir Lakin Abbasqulunun arzusu saz calmaq el asigi olmaq idi Buna gore de o tezlikle saz calmagi oxuyub yazmagi oyrenir Asiq Hesenin destesine qosulur Istedadli gencin son derece zil sesi xalq edebiyyatini derinden bilmesi tezlikle ona sohret getirir O Vaqif Valeh Zakir kimi senetkarlarin muxemmes gerayli ve qosmalarini melahetle oxuyar bedaheten seir soyler ve qosmalar qosarmis Asiq Elesgerden alinan terifname Ustad asiq Elesgerle gorus Asiq Abbasqulunun heyatinda ilk unudulmaz hadise olmusdur Asiq Elesger oz destesi ile Gulabli kendine toy senliyinde olarken Asiq Abbasqulu onunla gorusmusdur Gulabli kendinin qoca sakinleri ve asiqlari soyleyirdiler ki Asiq Elesger Gulablida olarken hemin toy axsami Qarabaga hesr etdiyi Qarqar redifli tecnisini oxumusdur Var olsun Qarabag eceb sefadi Basa Xacin axar ayaga Qarqar Goyce qar elinden zara gelibdir Mugan hesret ceker a yaga qar qar Asiq Elesger uc gun uc gece hemin toyda calib oxumus meclisin dorduncu gunu ise yerli asiqlari dinlemisdir Qocaman asiqlar ve kendin moteber agsaqqallari Asiq Elesgerden asiqliq senetine tezece qedem atmis Abbasqulunu dinlemeyi xahis etmisdiler Meclise cagirilan Abbasqulu boyuk saz ve soz ustasinin qabaginda ozunu itirmisdi Asiq Elesgerin isteyi ile Abbasqulu Valehin Vucudname sini oxuyur ve onun melahetli sesi aydin ve selis teleffuzu gozel saz calmasi ustadin xosuna gelir Abbasqulu oz qosmalarindan bir ikisini de meharetle oxuyur Abbasquludan sonra meshur Asiq Necefqulu meydana gelir onun yasti balabanda mahir ifasi Asiq Elesgeri daha da meftun edir Asiq Elesger uzunu meclis ehline tutub deyir ki Gulabli camaati Siz xosbextsiniz Ona gore ki merhum Valehin yurdu bos qalmayib Bu gun dogrudan da Abbasqulunun gozel oxumasi Necefqulunun evezsiz calgisi meni meftun etdi Bunlarin qedrini bilin Boyuk senetcilerle bir sirada Abbasqulunun meclisde oxumasi ve ustad Elesgerin ona yuksek qiymet vermesi xeberi butun Qarabaga yayilir Asiq Abbasqulunun sohreti her yana yayilir O bir muddet boyuk tarzen Sadiqcanin ansamblinda calisir Sadiqcan Abbasqulunun musiqi qabiliyyetini nezere alib ona mugamlarin sirlerini oyredir ve ozu ile devet olundugu meclislere aparir XIX esrin ikinci yarisinda Sadiqcanin ansambli butun Qafqazda meshur idi Abbasqulu ansamblin terkibinde Zaqafqaziyanin iri seherlerini gezir hetta Sadiqcanin Tiflis seherinde defelerle verdiyi konsert ve musamirelerde yaxindan istirak edir Sadiqcanin vasitesile Abbasqulu o dovrun Haci Husu Mesedi Isi Bulbulcan Cabbar Qaryagdi oglu Deli Ismayil bey Sahsenem oglu Yusif kimi boyuk senetkarlari ile tanis olur Hetta Sadiqcan ile birlikde defelerle Xan qizi Xursidbanu Beyim Natevanin sarayinda qurulan meclislerde calib oxuyur Xan qizi Asiq Abbasqulunu Meclisi uns edebi meclisinin yigincaginda istirak etmeye devet edir Susanin musiqi heyati Xan qizinin edebi meclisi ve burada gorkemli senetkarlarla durub oturmasi Abbasqulunun kamil bir asiq kimi formalasmasinda helledici rol oynamisdi Sadiqcanin ansamblinda istiraki Abbasqulunu bir mugam ifacisi kimi de tanitmisdi Asiq Abbasqulu Bas muxemmes Kesisoglu Misri Qehremani Irevan cuxuru Koroglu havalarinda oxuyarken o qeder gozel ardicil zenguleler vurardi ki hamini heyran ederdi Asiq Abbasqulu Sadiqcanin tar calmagindan ilhama gelerek tedricen tar calmagi da oyrenir hetta bezi meclislerde mugam oxuyanda saz ile yox tarin musayieti ile ozu calib ozu oxuyardi Abbasqulu hem de oynamaqda mahir idi Asiq senetine derinden beled olan ve asiq havalarini gozel oxuyan meshur mugenni Seyid Susinski oz xatirelerinde qeyd edirdi ki Reqs etmekde son derece usta olan gurcu ve lezgiler Abbasqulunun oyununa xususile onun sirf milli ruhda oynadigi Terekeme ve Qafqaz qaytagisi na tamasa edende deli olardilar Buna gore de Asiq Abbasqulu Tiflise gelib konsertler verende bilet ustunde qirgin duserdi Gozel sesin boyuk sohreti 1901 ci ilin yayinda Susada yazici Ebdurrehim bey Haqverdiyevin teskil etdiyi ilk Serq konserti nde senet dostu Necefqulu ile birlikde cixis eden Abbasqulu boyuk muveffeqiyyet qazanmis Bakida verilen konsertlerde de yaxindan istirak etmisdi 2 ci Serq konserti nin afisasi 23 yanvar 1902 ci il 1902 ci ilin yanvar ayinda Bakida teskil edilmis ilk Serq konserti ne meshur xanende ve calgicilarla birlikde Gulabli asiqlari da devet olunmusdu ve hemin konsertde de Asiq Abbasqulunun ifasi tamasacilari valeh etmisdi Asiq Abbasqulu defelerle Bakida Nicat cemiyyetinin kecirdiyi Serq geceleri2 adli musiqili edebi gecelere de devet olunmusdu Baki tamasacilari onun cixislarina sonsuz maraq gosterirdiler Serq gecelerinin afisa ve proqramlarinda tekce Asiq Abbasqulunun adinin yazilmasi teatr kassalari qabaginda boyuk izdihama sebeb olardi Onun konsertlerine bilet tapmaq muskul idi Asiq Abbasqulu hem saz ustasi olmaqla yanasi hem de soz ustasi idi O coxlu nagil ve dastan bilirdi Senetkar omrunun 50 ilini Azerbaycan milli medeniyyetinin inkisafina hesr etmisdi N B Vezirov E Haqverdiyev H Ereblinski U Hacibeyov S Qaryagdi oglu Sadiqcan B Bedelbeyov ve b xadimler Asiq Abbasqulunun yaxin dostu ve meslekdaslari idiler Boyuk yazici Celil Memmedquluzade Asiq Abbasqulunun yaxin dostu ve perestiskari olub 1914 cu ilde butun Qafqazda bir xalq asigi kimi ad san cixarmis Asiq Abbasqulu Almaniyanin Sport Rekord sirketi terefinden bir cox xanende ve musiqicilerle birlikde Tiflis seherine devet olunaraq sesini qrammafon valina yazdirmisdir Tiflisde Asiq Abbasqulu oz destesi ile birlikde qrammafon vallari ucun bir cox qedim asiq mahnilari oxumusdur Bunlardan Ikisi bir boyda Surmen Neylersen Dunya ehvalati Vucudname Serili Uc telli durna Sikeste Tello ve s gostermek olar Asiq Abbasqulunun 1931 ci ilin yazinda Bakida verdiyi konsert de boyuk maraga sebeb olmusdu Onun ince sesine mahir calgisina qulaq asmaq son derece cevik ve ritmik reqsine tamasa etmek ucun konserte Cabbar Qaryagdi oglu Uzeyir Hacibeyov Muslum Maqomayev Kececi oglu Mehemmed Zulfuqar Hacibeyov Qurban Pirimov Seyid Susinski Zulfu Adigozelov Yaver Kelenterli Mirze Celil Huseyn Cavid Ebdurrehim bey Haqverdiyev Yusif Vezir Cemenzeminli ve basqalari da gelmisdiler Azerbaycan medeniyyetinin inkisafinda xususi xidmetleri olan el senetkari Asiq Abbasqulu 1932 ci ilde 80 yasinda dunyasini deyisib ve Gulablida defn olunub Menbe Qarabag asiq muhiti Baki 2019 Qarabagli el senetcisi Abbasqulu olu kecid medeniyyet az 2012 03 29 at the Wayback MachineIstinadlarFerecov S Telli sazin xos avazi Asiq senetinin mahir ustadi Asiq Abbasqulunun xatiresine Medeniyyet 2012 11 yanvar S 11 Firidun Susinski Azerbaycan xalq musiqicileri 2022 02 07 at the Wayback Machine Baki Yazici 1985 seh 81 az