Ağstafa müqaviləsi - Azərbaycan Sovet Sosialist Respublikası ilə Gürcüstan Demokratik Respublikası arasında "sülh və dostluq" müqaviləsi.
Tarix
1920-ci il iyunun 12-də Azərbaycanın Ağstafa stansiyasında imzalanmışdır. Ağstafa müqaviləsinin bağlanmasına ehtiyac Şimali Azərbaycanda Bolşevik işğalından dərhal sonra yaranmışdı. Belə ki, aprelin 28-də sovet qoşunlarının Şimali Azərbaycana müdaxiləsi nəticəsində yaranmış vəziyyətdən istifadə edən Gürcüstan hökuməti Azərbaycan sərhədinə qoşun çıxardı. Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Gürcüstan elə həmin gün Poylu körpüsünü, Poylu stansiyasını, həmçinin Tiflis-Qazax yolu üzərindəki körpünü tutdu və Ağstafa istiqamətində hücuma keçdi. Azərbaycan Hökumətinin diplomatik səylərinə baxmayaraq, sərhəddə yaranmış gərginliyi xeyli müddət aradan qaldırmaq mümkün olmadı. Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı.
Komissiyanın faəliyyəti
Azərbaycan Hökuməti sərhəd məsələlərinin müzakirəsi məqsədilə danışıqlara başlamaq üçün razılıq əldə edilməsinə yalnız 1920-ci il mayın sonlarında nail oldu və bununla əlaqədar xüsusi komissiya yaratdı. Həmid Sultanov Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin edildi. Danışıqlar 1920-ci il iyunun 3-də Ağstafada başladı. İlkin danışıqlar 4 gün davam etdi. Həmin günlər nümayəndə heyətləri arasında gərgin mübahisələr baş verdiyindən nəticə əldə olunmadı. Gürcüstan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmirdi. Azərbaycan tərəfi bu iddiaların əsassız olduğunu, Gürcüstanın bir çox vilayətlərinin əhalisini azərbaycanlılar təşkil etdiyi halda, Azərbaycanın öz qonşusuna qarşı heç bir ərazi iddiası qaldırmadığını göstərirdi. Mehriban qonşuluq siyasətini əsas tutan Azərbaycan tərəfı 1920-ci il aprelin 27-nə qədər qüvvədə olan sərhəd xəttinin bərpa olunmasını təklif edirdi.
Gürcüstan tərəfi isə Poylu və Qırmızı körpü ətrafındakı ərazilərin, vaxtilə xüsusi məqsədlə Tiflis quberniyasına daxil edilmiş Zaqatala vilayətinin və digər ərazilərin Gürcüstana birləşdirilməsini tələb edirdi. Danışıqların növbəti mərhələsində tərəflər müəyyən məsələlərdə razılığa gəldilər və bunun nəticəsi kimi 18 maddədən və ona əlavə olan 4 maddəli sazişdən ibarət müqavilə imzalandı. Sənədləri Azərbaycan tərəfindən Azərbaycan İnqilab Komitəsi sədrinin müavini, xalq xarici işlər komissarı Mirzə Davud Hüseynov, Gürcüstan Demokratik Respublikası tərəfindən hərbi nazir G.S.Lordkipanidze, Müəssislər Məclisinin sədri S.Q.Mdivani və A.S.Andronikov imzaladılar. Müqaviləyə görə, iki respublika arasında bütün hərbi əməliyyatlar dayandırılır, tərəflər bir-biri ilə möhkəm sülh və dostluq münasibətləri qurur, hərbi əsirləri qaytarırdılar.
Müqavilənin şərtləri
Müqaviləyə görə, sərhəd xətti Borçalı və Qazax qəzaları arasından, Bartış dağından şimal-şərqdəki inzibati sərhəddən, Qızılqaya dağının cənub-şərqindəki bulaqlara qədər olan sahədən, Tərs dağı yüksəkliklərinin şərq yamacından, Qırmızı körpünün ortasından, və Kür çayları boyu uzanan köhnə sərhəd zolağından, Poylu körpüsünün ortasından, şimal-şərq istiqamətindəki köhnə inzibati sərhəd zolağından, köhnə cənub-şərq inzibati zolağından Palantökən dağına qədər, oradan da Zaqatalaya qədər uzanan şimal-qərb sahəsindən keçirdi. Tərəflər arasında bir il müddətində qüvvədə olacaq bitərəf zonalar yaradılırdı. Poylu və Qırmızı körpünün qarşısındakı sahə, həmçinin Kür çayının Azərbaycan ərazisindəki sol sahili müqavilə imzalandıqdan sonra bir il müddətində bitərəf zona kimi qalmalı idi. Həmin zonanın sərhədləri aşağıdakı kimi müəyyənləşdirilirdi: Qazax qəzasında İncəsu çayı, Borçalı və Qazax qəzalarının inzibati sərhədi; Qazax qəzasında Qızılhacılı, Peykanlı, Xələfli, Şəkərli stansiyaları, Kür çayının əyintisi, oradan düz xətlə Çobandağ yüksəkliyinin qərb küncündən keçən, sonra isə Çobandağ yüksəkliyinin cənub-şərqinə və Sığnax qəzasının sərhədinə qədər uzanan xətt. Bu zonada heç bir tikinti işi aparıla və hərbi hissə yerləşdirilə bilməzdi.
Bu şərtlərə əməl olunmasına nəzarət etməkdən ötrü, hər tərəfdən iki nəfər olmaqla, dörd nəfərlik qarışıq komissiya yaradıldı. Onun idarə olunması hüququ Azərbaycana verilirdi. Qırmızı körpünün Azərbaycan tərəfində qalan hissəsi Azərbaycan, qarşı tərəfi isə Gürcüstan tərəfindən qorunmalı idi. Tərs və Babəkar dağları ilə əlaqə saxlamaq üçün Gürcüstana körpüdən sərbəst istifadə etmək hüququ verilirdi. Zaqatala dairəsinin gələcəyi Gürcüstanla Rusiya arasında yaradılacaq arbitraj komissiyasında həll edilməli idi. Məsələ tam həllini tapana qədər tərəflərdən heç biri Zaqatala dairəsinə yeni hərbi hissələr gətirməməli idi. Gürcüstan və Azərbaycan bir-birinin müstəqilliyini və suverenliyini qeyd-şərtsiz tanıyır və bir-birinin daxili işlərinə qarışmaqdan qarşılıqlı surətdə imtina edirdilər. Tərəflər suveren dövlətlər kimi, bir-birinin gerb və bayraq rəmzlərini tanıyırdılar. Müqavilə bağlandıqdan dərhal sonra konsulluq səviyyəsində diplomatik münasibətlər qurulmalı, imzalanacaq xüsusi saziş ona aid olan normaları müəyyənləşdirməli idi: tərəflər öz ərazilərində Azərbaycan və Gürcüstan hökumətlərinə iddia irəli sürən hər hansı qrup, təşkilat və şəxslərin fəaliyyət göstərməsinə icazə vermirdilər;həmin qrup, təşkilat və ya şəxslərə yardım etməyəcəkləri barədə öz üzərlərinə öhdəlik götürürdülər; bir-biri üçün əlverişli ticarət və iqtisadi şərait yaradırdılar; ticarət-tranzit müqaviləsi imzalananadək azad tranzit prinsipi həyata keçirilməli idi. Vətəndaşların əmlakları qarşılıqlı surətdə qaytarılmalı, onlara aid məsələləri qarışıq komissiya həll etməli idi. Saziş imzalananadək Azərbaycan heyvandarları Gürcüstan yaylaqlarından sərbəst istifadə edə bilərdilər; ictimai və xidməti vəzifəsindən asılı olmayaraq, bütün vətəndaşlar vətənlərinə sərbəst qayıda bilərdilər; müqavilə imzalandığı andan qüvvəyə minirdi və ratifikasiya olunmalı idi. Əlavə sazişdə Azərbaycanın Gürcüstana neft və neft məhsulları göndərməsi, əvəzində Gürcüstanın Azərbaycana ekvivalent miqdarda və məbləğdə manufaktura və kağız verməsi, tərəflərin bərabər qaydada ayırdığı vəsait hesabına Gürcüstanın Poylu körpüsünü bərpa etməsi, vətəndaşlara vurulan ziyanın ödənilməsi məsələləri tənzimlənirdi.
Ədəbiyyat
- Qasımov M., Xarici dövlətlər və Azərbaycan (aprel işğalından SSRİ yaradılana qədərki dövrdə diplomatik-siyasi münasibətlər), B., 1998
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 117-118. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agstafa muqavilesi Azerbaycan Sovet Sosialist Respublikasi ile Gurcustan Demokratik Respublikasi arasinda sulh ve dostluq muqavilesi Tarix1920 ci il iyunun 12 de Azerbaycanin Agstafa stansiyasinda imzalanmisdir Agstafa muqavilesinin baglanmasina ehtiyac Simali Azerbaycanda Bolsevik isgalindan derhal sonra yaranmisdi Bele ki aprelin 28 de sovet qosunlarinin Simali Azerbaycana mudaxilesi neticesinde yaranmis veziyyetden istifade eden Gurcustan hokumeti Azerbaycan serhedine qosun cixardi Azerbaycana qarsi erazi iddialari ireli suren Gurcustan ele hemin gun Poylu korpusunu Poylu stansiyasini hemcinin Tiflis Qazax yolu uzerindeki korpunu tutdu ve Agstafa istiqametinde hucuma kecdi Azerbaycan Hokumetinin diplomatik seylerine baxmayaraq serhedde yaranmis gerginliyi xeyli muddet aradan qaldirmaq mumkun olmadi Azerbaycan Hokumeti serhed meselelerinin muzakiresi meqsedile danisiqlara baslamaq ucun raziliq elde edilmesine yalniz 1920 ci il mayin sonlarinda nail oldu ve bununla elaqedar xususi komissiya yaratdi Komissiyanin faeliyyetiAzerbaycan Hokumeti serhed meselelerinin muzakiresi meqsedile danisiqlara baslamaq ucun raziliq elde edilmesine yalniz 1920 ci il mayin sonlarinda nail oldu ve bununla elaqedar xususi komissiya yaratdi Hemid Sultanov Azerbaycan numayende heyetinin rehberi teyin edildi Danisiqlar 1920 ci il iyunun 3 de Agstafada basladi Ilkin danisiqlar 4 gun davam etdi Hemin gunler numayende heyetleri arasinda gergin mubahiseler bas verdiyinden netice elde olunmadi Gurcustan terefi Azerbaycana qarsi erazi iddialarindan el cekmirdi Azerbaycan terefi bu iddialarin esassiz oldugunu Gurcustanin bir cox vilayetlerinin ehalisini azerbaycanlilar teskil etdiyi halda Azerbaycanin oz qonsusuna qarsi hec bir erazi iddiasi qaldirmadigini gosterirdi Mehriban qonsuluq siyasetini esas tutan Azerbaycan terefi 1920 ci il aprelin 27 ne qeder quvvede olan serhed xettinin berpa olunmasini teklif edirdi Gurcustan terefi ise Poylu ve Qirmizi korpu etrafindaki erazilerin vaxtile xususi meqsedle Tiflis quberniyasina daxil edilmis Zaqatala vilayetinin ve diger erazilerin Gurcustana birlesdirilmesini teleb edirdi Danisiqlarin novbeti merhelesinde terefler mueyyen meselelerde raziliga geldiler ve bunun neticesi kimi 18 maddeden ve ona elave olan 4 maddeli sazisden ibaret muqavile imzalandi Senedleri Azerbaycan terefinden Azerbaycan Inqilab Komitesi sedrinin muavini xalq xarici isler komissari Mirze Davud Huseynov Gurcustan Demokratik Respublikasi terefinden herbi nazir G S Lordkipanidze Muessisler Meclisinin sedri S Q Mdivani ve A S Andronikov imzaladilar Muqavileye gore iki respublika arasinda butun herbi emeliyyatlar dayandirilir terefler bir biri ile mohkem sulh ve dostluq munasibetleri qurur herbi esirleri qaytarirdilar Muqavilenin sertleriMuqavileye gore serhed xetti Borcali ve Qazax qezalari arasindan Bartis dagindan simal serqdeki inzibati serhedden Qizilqaya daginin cenub serqindeki bulaqlara qeder olan saheden Ters dagi yuksekliklerinin serq yamacindan Qirmizi korpunun ortasindan ve Kur caylari boyu uzanan kohne serhed zolagindan Poylu korpusunun ortasindan simal serq istiqametindeki kohne inzibati serhed zolagindan kohne cenub serq inzibati zolagindan Palantoken dagina qeder oradan da Zaqatalaya qeder uzanan simal qerb sahesinden kecirdi Terefler arasinda bir il muddetinde quvvede olacaq biteref zonalar yaradilirdi Poylu ve Qirmizi korpunun qarsisindaki sahe hemcinin Kur cayinin Azerbaycan erazisindeki sol sahili muqavile imzalandiqdan sonra bir il muddetinde biteref zona kimi qalmali idi Hemin zonanin serhedleri asagidaki kimi mueyyenlesdirilirdi Qazax qezasinda Incesu cayi Borcali ve Qazax qezalarinin inzibati serhedi Qazax qezasinda Qizilhacili Peykanli Xelefli Sekerli stansiyalari Kur cayinin eyintisi oradan duz xetle Cobandag yuksekliyinin qerb kuncunden kecen sonra ise Cobandag yuksekliyinin cenub serqine ve Signax qezasinin serhedine qeder uzanan xett Bu zonada hec bir tikinti isi aparila ve herbi hisse yerlesdirile bilmezdi Bu sertlere emel olunmasina nezaret etmekden otru her terefden iki nefer olmaqla dord neferlik qarisiq komissiya yaradildi Onun idare olunmasi huququ Azerbaycana verilirdi Qirmizi korpunun Azerbaycan terefinde qalan hissesi Azerbaycan qarsi terefi ise Gurcustan terefinden qorunmali idi Ters ve Babekar daglari ile elaqe saxlamaq ucun Gurcustana korpuden serbest istifade etmek huququ verilirdi Zaqatala dairesinin geleceyi Gurcustanla Rusiya arasinda yaradilacaq arbitraj komissiyasinda hell edilmeli idi Mesele tam hellini tapana qeder tereflerden hec biri Zaqatala dairesine yeni herbi hisseler getirmemeli idi Gurcustan ve Azerbaycan bir birinin musteqilliyini ve suverenliyini qeyd sertsiz taniyir ve bir birinin daxili islerine qarismaqdan qarsiliqli suretde imtina edirdiler Terefler suveren dovletler kimi bir birinin gerb ve bayraq remzlerini taniyirdilar Muqavile baglandiqdan derhal sonra konsulluq seviyyesinde diplomatik munasibetler qurulmali imzalanacaq xususi sazis ona aid olan normalari mueyyenlesdirmeli idi terefler oz erazilerinde Azerbaycan ve Gurcustan hokumetlerine iddia ireli suren her hansi qrup teskilat ve sexslerin fealiyyet gostermesine icaze vermirdiler hemin qrup teskilat ve ya sexslere yardim etmeyecekleri barede oz uzerlerine ohdelik gotururduler bir biri ucun elverisli ticaret ve iqtisadi serait yaradirdilar ticaret tranzit muqavilesi imzalananadek azad tranzit prinsipi heyata kecirilmeli idi Vetendaslarin emlaklari qarsiliqli suretde qaytarilmali onlara aid meseleleri qarisiq komissiya hell etmeli idi Sazis imzalananadek Azerbaycan heyvandarlari Gurcustan yaylaqlarindan serbest istifade ede bilerdiler ictimai ve xidmeti vezifesinden asili olmayaraq butun vetendaslar vetenlerine serbest qayida bilerdiler muqavile imzalandigi andan quvveye minirdi ve ratifikasiya olunmali idi Elave sazisde Azerbaycanin Gurcustana neft ve neft mehsullari gondermesi evezinde Gurcustanin Azerbaycana ekvivalent miqdarda ve meblegde manufaktura ve kagiz vermesi tereflerin beraber qaydada ayirdigi vesait hesabina Gurcustanin Poylu korpusunu berpa etmesi vetendaslara vurulan ziyanin odenilmesi meseleleri tenzimlenirdi EdebiyyatQasimov M Xarici dovletler ve Azerbaycan aprel isgalindan SSRI yaradilana qederki dovrde diplomatik siyasi munasibetler B 1998IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 117 118 ISBN 9952 417 14 2