Azərbaycanda tarixi pələng ovları – 1932-ci ilə qədər Azərbaycanın əsasən cənub-şərq bölgəsində (Göytəpə və ətraf ərazilər) keçirilmiş, Turan pələngi ovları.
Tarixi
Tarixən Roma İmperiyasında keçirilən qladiator döyüşlərində Turan pələngi istifadə edilmiş, buna görə də Anadolu və Qafqazda bu heyvan ovlanmışdır. Bu proses keçən əsrlərdə də davam etmiş, Sovet dövründə, 1930-cu illərə qədər müxtəlif sovet respublikalarının pələng ovçuları mükafatlandırılmışdır.
Turan pələngi (həmçinin Xəzər, Hirkan, Mazandaran, Qafqaz, Talış pələngi olaraq da bilinir) vaxtilə ölkəmizdə rast gəlinən, Anadoludan Çinin qərbinə qədər geniş ərazidə yayılmış iri pişikkimi olmuşdur. Turan pələngi populyasiyası 1970-ci ildə Hakkaridə (Türkiyə) ovlanan fərdlə hesab olunsa da, bəzi araşdırmalar 80-ci illərdə Türkiyədə və Əfqanıstanda bəzi fərdlərin sağ qala biləcəyi, alimlərin onu vaxtından öncə nəsli tükənmiş elan etdiyini qeyd edir – ekologiyada buna deyilir.
Azərbaycanda uzun dövr ərzində pələng ovları həyata keçirilmişdir. "Qafqaz" qəzetinin 1846-cı ildə buraxılmış nömrələrindən birində (№ 13) Talış meşələrində həyata keçirilən pələng ovlarından bəhs edilir. Buradakı pələnglərin ailə şəklində (dişi və cüt) olduğu qeyd edilir. Həmçinin, tövlədə pələnglə qarşılaşmış ərini xilas etmək üçün heyvanı balta ilə öldürmüş qadından bəhs edilir. Qadının birinci zərbəsindən sonra pələng ona hücum etmiş, ancaq ağır yaralanmış pələng ölmüşdür. Pələngi öldürən qadın onu öküz və ya başqa heyvan bilib hücum etmişdir. Daha sonra pələngi öldürən qadınla bağlı məlumata Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində də yer verilmişdir. Düma bu qadının Qafqaz canişini Knyaz Voronstov tərəfindən Tiflisə dəvət edildiyini və medalla mükafatlandırıldığını bildirmişdir. "Qafqaz" qəzetinin iki buraxılışı və Dümanın "Qafqaz səfəri" əsəri hadisənin baş vermə yeri olaraq fərqli əraziləri, Göytəpə, Privolnoye (Cəlilabad) və Cəngəmiran (Lerik) ərazilərini göstərir. Düma qadınla birbaşa görüşsə də, "Qafqaz" qəzetinin hadisə ilə bağlı ilk dəfə məlumat verəndə Göytəpə adını istifadə etməsi hadisənin burada baş vermə ehtimalını artırır. Ehtimal edilir ki, hadisə xalq arasında yayılaraq dəyişmişdir. Düma bundan başqa Lənkəran-Astara yolunda pələnglə qarşılaşan tacirlərdən, Şanaka kəndindən olan uşaqla on dəqiqə oynayıb, onu öldürməyən pələngdən bəhs edir.
Talış meşələrində pələng əsasən qrup şəklində, nadir hallarda bir adam tərəfindən ovlanırdı. Qrupun bir qismi (pusquda dayananlar) pələngin çata bilməyəcəyi hündür ağaclarda onu güdür, digərləri (qovucular) isə pələngi onlara tərəf qovurdu.
1832–1932-ci illərdə Talış bölgəsində, Lənkəranda, Göytəpədə, Biləsuvarda, Muğan çölündə, Qarabağın Vəng kəndində pələnglərlə bağlı hadisələr qeydə alınmışdır. XIX əsrin ortalarında yalnız Lənkəran və ətrafında ildə 10–20 Turan pələngi ovlanırdı. 1837-ci ildə Talış bölgəsində ovlanmış bir pələngin kürkü Sankt-Peterburq Akademiyasına hədiyyə edilib. Tarixi bilinməyən bir vaxtda pələng kəlləsi Qafqaz muzeyinə hədiyyə verilmişdir. 1844-cü ildə "Qafqaz" qəzeti Göytəpədə rus sərhədçilərinin polkovniki və 200-ə yaxın yerli əhalinin birlikdə keçirdiyi pələng ovunu qeyd etmişdir. 1896-cı ildə isə rus leytenantı Talış bölgəsində yerli ovçularla iki pələng ovlamışdır. 1932-ci ildə Göytəpədə Azərbaycanda qeydə alınmış sonuncu Turan pələngi ovu baş vermiş, dişi və erkək pələng ovlanmışdır.
Tarixi mənbələrə görə, Qafqazda və Azərbaycanda ən çox pələng qeydə alınan ərazi Azərbaycanın cənub-şərq bölgəsi, xüsusilə Göytəpə və ətraf ərazilərdir. Qarabağda (1846) və Tiflis yaxınlığında (1922) görülən pələnglər Talış bölgəsindən Kür-Araz çaylarını izləyərək qeyd edilən ərazilərə çatmışdır. Sonrakı dövrlərdə Azərbaycanda pələnglərin görüldüyü qeydə alınsa da, bunların bəbir olduğu fikirləşilir. Çünki Azərbaycan dilindəki pələng və bəbir sözlərinin mənası fars və talış dillərindəki məna ilə tərs gəlir. Digər bir ehtimal isə qeyd edilən heyvanların həqiqətən pələng olduğu və İrandan Azərbaycana keçməsidir.
Ədəbiyyatda
- Abdulla Şaiq 1912-ci ildə "Gülzar" dərsliyində, "Köç" əsərinin bir hissəsi olan "Pələng ovu" hekayəsini dərc etdirmişdir. Hekayə Borçalı meşələrində ortaya çıxan pələnglə bağlıdır.[1]
İstinadlar
- Zülfü Fərəcli. "Azərbaycanda vaxtilə yaşamış nəhəng pişik – Turan pələngi" (az.). Baku Research Institute. 2023-08-31 tarixində . İstifadə tarixi: 17 avqust 2023.
- Baba Babayev. Abdulla Şaiqin nəşr yaradıcılığı (monoqrafiya). Bakı: "Avropa" nəşriyyatı, 2018,- 152 səh. İstinad səhifələri: 27, 33
Əlavə oxu
- Heptner, V. G. & Sludskij, A. A. (1992) [1972]. "Tiger". Mlekopitajuščie Sovetskogo Soiuza. Moskva: Vysšaia Škola [Mammals of the Soviet Union. Volume II, Part 2. Carnivora (Hyaenas and Cats)]. Washington DC: Smithsonian Institution and the National Science Foundation. pp. 95–202.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda tarixi peleng ovlari 1932 ci ile qeder Azerbaycanin esasen cenub serq bolgesinde Goytepe ve etraf eraziler kecirilmis Turan pelengi ovlari Turan pelengi tesvir edilmis Azerbaycan poct markasiTarixiTarixen Roma Imperiyasinda kecirilen qladiator doyuslerinde Turan pelengi istifade edilmis buna gore de Anadolu ve Qafqazda bu heyvan ovlanmisdir Bu proses kecen esrlerde de davam etmis Sovet dovrunde 1930 cu illere qeder muxtelif sovet respublikalarinin peleng ovculari mukafatlandirilmisdir Turan pelengi hemcinin Xezer Hirkan Mazandaran Qafqaz Talis pelengi olaraq da bilinir vaxtile olkemizde rast gelinen Anadoludan Cinin qerbine qeder genis erazide yayilmis iri pisikkimi olmusdur Turan pelengi populyasiyasi 1970 ci ilde Hakkaride Turkiye ovlanan ferdle hesab olunsa da bezi arasdirmalar 80 ci illerde Turkiyede ve Efqanistanda bezi ferdlerin sag qala bileceyi alimlerin onu vaxtindan once nesli tukenmis elan etdiyini qeyd edir ekologiyada buna deyilir Azerbaycanda uzun dovr erzinde peleng ovlari heyata kecirilmisdir Qafqaz qezetinin 1846 ci ilde buraxilmis nomrelerinden birinde 13 Talis meselerinde heyata kecirilen peleng ovlarindan behs edilir Buradaki pelenglerin aile seklinde disi ve cut oldugu qeyd edilir Hemcinin tovlede pelengle qarsilasmis erini xilas etmek ucun heyvani balta ile oldurmus qadindan behs edilir Qadinin birinci zerbesinden sonra peleng ona hucum etmis ancaq agir yaralanmis peleng olmusdur Pelengi olduren qadin onu okuz ve ya basqa heyvan bilib hucum etmisdir Daha sonra pelengi olduren qadinla bagli melumata Aleksandr Dumanin Qafqaz seferi eserinde de yer verilmisdir Duma bu qadinin Qafqaz canisini Knyaz Voronstov terefinden Tiflise devet edildiyini ve medalla mukafatlandirildigini bildirmisdir Qafqaz qezetinin iki buraxilisi ve Dumanin Qafqaz seferi eseri hadisenin bas verme yeri olaraq ferqli erazileri Goytepe Privolnoye Celilabad ve Cengemiran Lerik erazilerini gosterir Duma qadinla birbasa gorusse de Qafqaz qezetinin hadise ile bagli ilk defe melumat verende Goytepe adini istifade etmesi hadisenin burada bas verme ehtimalini artirir Ehtimal edilir ki hadise xalq arasinda yayilaraq deyismisdir Duma bundan basqa Lenkeran Astara yolunda pelengle qarsilasan tacirlerden Sanaka kendinden olan usaqla on deqiqe oynayib onu oldurmeyen pelengden behs edir Talis meselerinde peleng esasen qrup seklinde nadir hallarda bir adam terefinden ovlanirdi Qrupun bir qismi pusquda dayananlar pelengin cata bilmeyeceyi hundur agaclarda onu gudur digerleri qovucular ise pelengi onlara teref qovurdu 1832 1932 ci illerde Talis bolgesinde Lenkeranda Goytepede Bilesuvarda Mugan colunde Qarabagin Veng kendinde pelenglerle bagli hadiseler qeyde alinmisdir XIX esrin ortalarinda yalniz Lenkeran ve etrafinda ilde 10 20 Turan pelengi ovlanirdi 1837 ci ilde Talis bolgesinde ovlanmis bir pelengin kurku Sankt Peterburq Akademiyasina hediyye edilib Tarixi bilinmeyen bir vaxtda peleng kellesi Qafqaz muzeyine hediyye verilmisdir 1844 cu ilde Qafqaz qezeti Goytepede rus serhedcilerinin polkovniki ve 200 e yaxin yerli ehalinin birlikde kecirdiyi peleng ovunu qeyd etmisdir 1896 ci ilde ise rus leytenanti Talis bolgesinde yerli ovcularla iki peleng ovlamisdir 1932 ci ilde Goytepede Azerbaycanda qeyde alinmis sonuncu Turan pelengi ovu bas vermis disi ve erkek peleng ovlanmisdir Tarixi menbelere gore Qafqazda ve Azerbaycanda en cox peleng qeyde alinan erazi Azerbaycanin cenub serq bolgesi xususile Goytepe ve etraf erazilerdir Qarabagda 1846 ve Tiflis yaxinliginda 1922 gorulen pelengler Talis bolgesinden Kur Araz caylarini izleyerek qeyd edilen erazilere catmisdir Sonraki dovrlerde Azerbaycanda pelenglerin gorulduyu qeyde alinsa da bunlarin bebir oldugu fikirlesilir Cunki Azerbaycan dilindeki peleng ve bebir sozlerinin menasi fars ve talis dillerindeki mena ile ters gelir Diger bir ehtimal ise qeyd edilen heyvanlarin heqiqeten peleng oldugu ve Irandan Azerbaycana kecmesidir EdebiyyatdaAbdulla Saiq 1912 ci ilde Gulzar dersliyinde Koc eserinin bir hissesi olan Peleng ovu hekayesini derc etdirmisdir Hekaye Borcali meselerinde ortaya cixan pelengle baglidir 1 IstinadlarZulfu Ferecli Azerbaycanda vaxtile yasamis neheng pisik Turan pelengi az Baku Research Institute 2023 08 31 tarixinde Istifade tarixi 17 avqust 2023 Baba Babayev Abdulla Saiqin nesr yaradiciligi monoqrafiya Baki Avropa nesriyyati 2018 152 seh Istinad sehifeleri 27 33Elave oxuHeptner V G amp Sludskij A A 1992 1972 Tiger Mlekopitajuscie Sovetskogo Soiuza Moskva Vyssaia Skola Mammals of the Soviet Union Volume II Part 2 Carnivora Hyaenas and Cats Washington DC Smithsonian Institution and the National Science Foundation pp 95 202