Bu məqalədə davam edən aktual hadisələrlə bağlı məlumat var. Məqalənin tərkibi və adı hadisələrin gedişinə görə tez-tez dəyişə bilər. |
Azərbaycanda parlament seçkiləri — 2024-cü il sentyabrın 1-də Azərbaycan Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkiləri.
← 2020 | |||
Azərbaycanda parlament seçkiləri | |||
---|---|---|---|
1 sentyabr 2024 | |||
Rəhbər | İlham Əliyev | Sabir Rüstəmxanlı | Fəzail Ağamalı |
Partiya | Yeni Azərbaycan Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | Ana Vətən Partiyası |
Rəhbər | Elşən Musayev | Fazil Mustafa | Asim Mollazadə |
Partiya | Azərbaycan Demokratik Maarifçilik Partiyası | Böyük Quruluş Partiyası | Demokratik İslahatlar Partiyası |
Rəhbər | Qüdrət Həsənquliyev | Tahir Kərimli | |
Partiya | Ədalət, Hüquq, Demokratiya Partiyası | Vəhdət Partiyası |
Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub.
Zəmin
COVID-19 pandemiyası
II Qarabağ müharibəsi
Boş qalan mandatlar
Növbədənkənar prezident seçkiləri
Müzakirələr
Son parlament seçkiləri növbədənkənar olaraq 9 fevral tarixində keçirildiyi üçün növbəti seçkilərin tarixi ilə bağlı daim müzakirələr olmuşdur. 2024-cü ilin ilk yarısında isə növbədənkənar seçkilər keçiriləcəyi iddia edilmişdir. Belə ki, Ədalət, Hüquq, Demokratiya Partiyası sədri deputat Qüdrət Həsənquliyev,Respublikaçı Alternativ Partiyası üzvü deputat Erkin Qədirli, partiyanın icraçı katibi Natiq Cəfərli, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, sabiq deputat Abutalıb Səmədov,Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə də anoloji fikirləri səsləndirmişdir.
2 may 2024-cü il tarixində Mərkəzi Seçki Komissiyasının iclası keçirilmiş və ardınca sədr Məzahir Pənahov seçkilərin tarixi ilə bağlı müzakirələrə aydınlıq gətirmişdir. O, qanunvericiliyə əsasən parlament seçkilərinin 2024-cü ilin noyabrında keçirilməli olduğunu qeyd etmiş, lakin həmin ərəfədə ölkədə COP29 tədbirinin keçiriləcəyi üçün seçkilərin önə çəkilməsi ilə bağlı qərarın verilə biləcəyini qeyd etmişdir.
Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn konstitusiya islahatları gözləntilərinin gerçəkləşmədiyini, beləliklə yarış mühitinin olmayacağını, hakimiyyətin bəzi dairələri boş buraxaraq müxalifətə şans tanıyacağını və belə seçkinin isə süni göründüyünü söyləmişdir.
Növbədənkənar seçki tələbi
Kütləvi informasiya vasitələrində 20 iyun 2024-cü il tarixində hakim Yeni Azərbaycan Partiyasının qapalı iclasında növbədənkənar parlament seçkilərinin keçirələcəyinin müzakirə olunduğu iddia edilmişdir. Parlamentin növbədənkənar son iclasında da parlamentin buraxılacağı iddia edilmişdir.
20 iyun 2024-cü il tarixində hakim Yeni Azərbaycan Partiyası qapalı iclas keçirmiş, iclasda hakim partiyanın millət vəkilləri növbəti parlament seçkilərinin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı başda olmaqla digər mötəbər tədbirlərlə eyni vaxtda olması səbəbi ilə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul etmişdir.
Parlamentin 21 iyun 2024-cü il tarixli iclasında hakim Yeni Azərbaycan Partiyası deputatları adından Hikmət Babaoğlu növbədənkənar seçki tələbini oxumuşdur. Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılmış, Adil Əliyev komissiyanın sədri, Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai isə komissiyasının üzvləri təyin olunmuşdur. Mətn səsə qoyulmuş iclasda iştirak edən 106 deputatdan 105-nin lehinə, 1-nin əleyhinə səsi ilə qəbul olunmuşdur. Parlament adından hazırlanan Prezidentə müraciət mətnini Tahir Rzayev oxumuşdur.
Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa müxalif partiya olaraq seçkilərin növbədənkənar keçirilməsini dəstəklədiklərini açıqlamışdır.
Azad Vətən Partiyası sədri Akif Nağı,Azərbaycan Demokratik Maarifçilik Partiyası sədri, deputat Elşən Musayev, Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə,Azərbaycan Ümid Partiyası sədri İqbal Ağazadə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev,Ədalət Partiyası sədr müavini Mütəllim Rəhimli, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev və Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli seçkilərin növbədənkənar olmasının gözlənilən olduğunu və partiyalarının seçkilərdə iştirak edəcəyini açıqlamışdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədr müavini Məmməd İbrahim isə qərara pis baxdıqlarını, namizədlərin seçkiyə hazırlaşmağa vaxtlarının az olduğunu, seçkilərin isə qəflətən və isti vaxtlarda keçəcəyini açıqlamışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 iyun 2024-cü il tarixində parlamentin 2024-cü il 21 iyun tarixli “Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxaraq bu qərarın Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edildiyini elan etmişdir.
Partiyalardakı vəziyyət
Son parlament və prezident seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adı ilə iştirak etmiş partiya 16 mart 2024-cü il tarixində qurultay keçirərək adını Ədalət, Hüquq, Demokratiya Partiyası olaraq dəyişdirmişdir.
Respublikaçı Alternativ Partiyası parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı yaratmış və partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov qərargahın sədri təyin edilmişdir. Qərargah partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürüdür.
Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası və Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.
Seçkilərdən öncə, yəni 4 may tarixində Müsavat Partiyası XI Qurultayını keçirmək qərarı almışdır. Qurultaydan öncəki Məclis toplantısında sədr Nüşabə Sadıqlı sabiq başqan İsa Qəmbərin başqan namizədi olması təklifini irəli sürmüşdür. O zamanadək isə sədr müavini Osman Kazımov və Natiq Ulubəy başqanlığa namizəd olmuşdur. İsa Qəmbər 29 aprel tarixində başqanlığa namizədliyini irəli sürmüşdür, digər namizədlər isə ardınca namizədliklərini geri çəkmişdir. 4 may 2024-cü il tarixində keçirilən qurultayda İsa Qəmbər Müsavat Partiyasının yenidən partiyanın başqanı seçilmişdir.
İştirak
Respublikaçı Alternativ Partiyası Seçki Qərargahı partiya daxili ilkin seçki ilə (praymeriz) namizədlərin müəyyən olunması ilə bağlı işlər yürütmüşdür. 1 aprel tarixində verilən məlumata görə partiya 16 nəfərin namizədliyini ilkin mərhələdə təsdiq etmişdir. 24 may 2024-cü il tarixində partiyanın icraçı katibi Natiq Cəfərli partiyanın 17 namizədinin siyahısının təsdiqləndiyini, Erkin Qədirlinin 16 saylı seçki dairəsindən namizəd ola biləcəyini açıqlamışdır. Rəsmi olaraq seçkilərin elanından sonra partiya namizədlər siyahısını açıqlayacağını bəyan etmişdir.
Vətəndaş Həmrəyliyi Partiyası 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısını təsdiqləmişdir.
Ağ Partiya, Azad Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası,Böyük Quruluş Partiyası, Gələcək Azərbaycan Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası,Müasir Müsavat Partiyası,Yeni Zaman Partiyası da seçkilərdə iştirak edəcəyini açıqlamışdır.
Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov seçkilərdə namizədliyini 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə irəli sürəcəyini açıqlamış, partiyanı uğura gətirməyəcəyi və ya qələbə üçün yetərli səs qazanmayacağı təqdirdə siyasətdən gedəcəyini elan etmişdir.
Azərbaycan Milli İstiqlal Partiyası sədri Arzuxan Əlizadə 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə,Ağ Partiya sədri Tural Abbaslı 21 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə, Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn isə 68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə deputatlığa namizəd olmağı planladığını açıqlamışdır.Gələcək Azərbaycan Partiyası sədri Ağasif Şakiroğlu 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürəcəyini açıqlamışdır.
Azərbaycan Milli Məclisinin VI çağırış deputatlarından Ana Vətən Partiyası sədri Fəzail Ağamalı,Vətəndaş Həmrəyliyi Partiyası sədri Sabir Rüstəmxanlı da seçkilərdə iştirak niyyətinin olduğunu açıqlamışdır. Digər deputat, Milli Cəbhə Partiyası sədri Razi Nurullayev də namizədliyini İmişlidən irəli sürəcəyini açıqlamışdır.
Sabiq deputat Lalə Şövkət seçkilərdə iştirak etməyəcəyini açıqlamışdır. Sabiq deputat İqbal Ağazadə seçki dairələrinin yenidən təşkilindən sonra bu dəfə 36 sayıı Suraxanı-Xətai seçki dairəsindən deputatlığa namizəd olacağını açıqlamışdır.
2005-ci il parlament seçkilərində Azadlıq Blokundan, Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü olaraq deputatlığa vahid namizəd olmuş, daha sonra partiyasından istefa vermiş və 2024-cü il prezident seçkilərində İlham Əliyevi dəstəkləmiş Akif İslamzadə təklif alacağı təqdirdə deputatlığa namizəd olmağı dəyərləndirəcəyini açıqlamışdır.
2024-cü il prezident seçkilərində prezidentliyə namizədlərdən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ya ənənəvi olaraq namizəd olduğu 9-cu, ya da 33-cü Xətai seçki dairəsindən deputatlığa namizəd olmağı planlaşdırdığını açıqlamış, digər namizəd Böyük Quruluş Partiyası sədri, deputat Fazil Mustafa ənənəvi olaraq 26 saylı Sabunçu birinci seçki dairəsi üzrə, digər namizəd, ləğv olunmuş Azərbaycan Liberal Demokrat Partiyası lideri Fuad Əliyevin isə Bakı rayonlarının birindən namizədliyini irəli sürəcəyi açıqlanmışdır.
2023-cü ildə fəaliyyətini dayandırmış partiyalardan Azərbaycan Liberal Partiyasının sabiq sədri Əvəz Temirxan 23 saylı Nəsimi-Səbail və Aydınlar Partiyasının sabiq sədri Qulamhüseyn Əlibəyli 73 saylı seçki dairəsindən deputatlığa namizəd olacaqlarını açıqlamışdırlar. Bununla belə, fəaliyyətini dayandırmış Azərbaycan Naminə Alyans Partiyasının sabiq sədri Abutalıb Səmədov isə seçki dairəsi bağlı qərar verməsə də deputatlığa namizəd olacağını açıqlamışdır. Fəaliyyətini dayandırmış Vətəndaş və İnkişaf Partiyasının sabiq sədri Əli Əliyev isə səhhəti ilə bağlı məsələlər səbəbindən seçkilərlə maraqlanmadığını açıqlamışdır.
Növbədənkənar seçki tələbinin ardınca, 23 iyun 2024-cü il tarixində keçirilmiş Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin aldığı qərarla partiya seçkilərdə 13 nəfərlə iştirak edəcək. Bu 13 nəfər arasında Elçin Əliyev, Erkin Qədirli, İlqar Məmmədov, Natiq Cəfərli və Rəsul Cəfərov da var.
Seçki sistemi
İstinadlar
- "VI çağırış Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM". 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-06-28.
- "Növbədənkənar parlament seçkiləri..." Pravda.az. 2024-04-22 tarixində . İstifadə tarixi: 2024-04-22.
- "Parlament seçkiləri, yoxsa referendum?". Məhəmməd Ərsoyun BLOQU. 2024-04-22 tarixində . İstifadə tarixi: 2024-04-22.
- "Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər | Report.az". report.az. 2024-05-03 tarixində . İstifadə tarixi: 2024-05-03.
- ""BELƏ SEÇKİ OLMUR, ÇOX SÜNİ GÖRÜNÜR..."". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-16 tarixində . İstifadə tarixi: 2024-05-16.
- "YAP-ın QAPALI iclasında hansı qərarlar alındı?". musavat.com (az.). 2024-06-20 tarixində . İstifadə tarixi: 2024-06-20.
- "Azərbaycanda parlament buraxılır - Növbədənkənar seçki olacaq". publika.az (az.). 2024-06-20. 2024-06-20 tarixində . İstifadə tarixi: 2024-06-20.
- "YAP-çı deputatlar növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət edəcəklər". Report İnformasiya Agentliyi (az.). 2024-06-20. 2024-06-20 tarixində . İstifadə tarixi: 2024-06-20.
- "Növbədənkənar seçkilərin əleyhinə 1 deputat səs verdi". musavat.com (az.). 2024-06-22 tarixində . İstifadə tarixi: 2024-06-22.
- "Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib - YENİLƏNİB-3". Report İnformasiya Agentliyi (az.). 2024-06-21. 2024-06-21 tarixində . İstifadə tarixi: 2024-06-21.
- modern.az. ""Müxalifət partiyası olaraq, biz bu qərarı dəstəkləyirik" - Fazil Mustafa". modern.az (az.). 2024-06-21 tarixində . İstifadə tarixi: 2024-06-21.
- "Ölkə seçkilərlə bağlı Prezidentin qərarını gözləyir". musavat.com (az.). 2024-06-22 tarixində . İstifadə tarixi: 2024-06-22.
- modern.az. "Siyasi partiyalardan növbədənkənar seçki qərarına REAKSİYA". modern.az (az.). 2024-06-21 tarixində . İstifadə tarixi: 2024-06-21.
- "Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - QƏRAR - YENİLƏNİB-2". Report İnformasiya Agentliyi (az.). 2024-06-27. 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-06-28.
- moderator.az. "BAXCP-nin adı dəyişdirldi – ƏHD Partiyası adlanacaq". moderator.az (az.). 2024-03-18 tarixində . İstifadə tarixi: 2024-03-18.
- BestApp.az. "REAL deputatlığa namizədlərini müəyyənləşdirir". -Yeni Sabah- (az.). 2024-04-01. 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-04-11.
- bizim.media. "Partiyalar parlament seçkilərinə necə HAZIRLAŞIR? – SORĞU". bizim.media (az.). 2024-04-05 tarixində . İstifadə tarixi: 2024-04-11.
- Bakupost.az. "Müxalifət seçkiyə hazırlaşır: "Hətta seçki qərargahı da yaratmışıq" - Sorğu". www.bakupost.az (az.). 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-04-17.
- Gudratli, Rufat. "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Cebhe Info (az.). 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-04-22.
- "Müsavat qurultay çağırdı: İsa Qəmbər başqanlığa qayıdır?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində . İstifadə tarixi: 2024-05-03.
- "İsa Qəmbər rəsmən namizəd oldu — Foto". Qafqazinfo (az.). 2024-04-29. 2024-05-03 tarixində . İstifadə tarixi: 2024-05-03.
- "Osman Kazımov geri çəkildi - "İsa Qəmbərin qərarı ilə..."". Teleqraf.com (az.). 2024-04-30. 2024-05-03 tarixində . İstifadə tarixi: 2024-05-03.
- modern.az. "İsa Qəmbər Müsavat başqanlığına yeganə namizəd olacaq". modern.az (az.). 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-05-03.
- "İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB". apa.az. 2024-05-04. 2024-05-04 tarixində . İstifadə tarixi: 4 may 2024.
- "ReAL-ın 17 namizədi bəlli oldu, siyahıda kimlər var? – Erkin Qədirli kənarda qalacaq?". Pravda.az. 2024-05-24 tarixində . İstifadə tarixi: 2024-05-24.
- Qocayev, İsmayıl. "Partiyalar erkən parlament seçkilərinə hazırlaşır". sherg.az (az.). 2024-04-06 tarixində . İstifadə tarixi: 2024-04-11.
- "Elşad Musayev deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində . İstifadə tarixi: 2024-05-20.
- ""Mənim məsələm dəqiq deyil, amma..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində . İstifadə tarixi: 2024-05-20.
- "Bu seçkilərdə partiyamız parlament partiyası olacaq". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində . İstifadə tarixi: 2024-05-20.
- ""Deputat olmasam siyasətdən gedəcəm" - » Gundeminfo.az". Gundeminfo.az. 2024-06-28 tarixində . İstifadə tarixi: 2024-04-11.
- "AMİP sədri deputatlığa namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-03 tarixində . İstifadə tarixi: 2024-05-03.
- ""Deputat olmaq şansım var"". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-16 tarixində . İstifadə tarixi: 2024-05-16.
- "Tural Abbaslı seçkilərə hansı dairədən qatılacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-23 tarixində . İstifadə tarixi: 2024-05-23.
- demokrat.az. "Pənah Hüseyn bu dairədən namizəd olacaq — Özü açıqladı". demokrat.az (ingilis). 2024-05-23 tarixində . İstifadə tarixi: 2024-05-23.
- ""Parlamentdə çoxluq təşkil edən partiyalardan biri olacağıq" » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-28 tarixində . İstifadə tarixi: 2024-05-28.
- "Yaşı 70-i ötmüş deputatlardan kimlər seçkiyə gedir?". musavat.com (az.). 2024-05-16 tarixində . İstifadə tarixi: 2024-05-16.
- "Sabir Rüstəmxanlı seçkiyə gedəcək?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində . İstifadə tarixi: 2024-05-20.
- ""Partiyada bir neçə aydır ki, seçki hazırlıqları gedir"". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-28 tarixində . İstifadə tarixi: 2024-05-28.
- Gudratli, Rufat. "Lalə Şövkət deputatlığa namizəd olub-olmayacağına cavab verdi". Cebhe Info (az.). 2024-05-18 tarixində . İstifadə tarixi: 2024-05-18.
- "İqbal Ağazadə deputat olmaq istəyir:". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-20 tarixində . İstifadə tarixi: 2024-05-20.
- ""Parlament seçkilərində namizədliklə bağlı təklif alsam, baxarıq..." » Məhəmməd Ərsoyun BLOQU". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-18 tarixində . İstifadə tarixi: 2024-05-18.
- "Fazil Mustafa deputatlığa yenidən namizəd olacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-28 tarixində . İstifadə tarixi: 2024-05-28.
- "Keçmiş prezidentliyə namizəd parlament seçkilərinə qatılacaq?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-24 tarixində . İstifadə tarixi: 2024-05-24.
- "Özünü buraxan partiyaların sədrləri deputat olmaq istəyirlər?". Məhəmməd Ərsoyun BLOQU. 2024-05-23 tarixində . İstifadə tarixi: 2024-05-23.
- modern.az. "REAL 13 namizədlə seçkiyə gedir". modern.az (az.). 2024-06-23 tarixində . İstifadə tarixi: 2024-06-25.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer