Azərbaycanın Ukraynada diplomatik nümayəndəliyi — Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən elçilik. Azərbaycan Cümhuriyyətinin Nazirlər şurası 1918-ci il sentyabrın 12-də Ukraynaya işlər vəkilinin göndərilməsi haqqında qərar qəbul etdi.
Qərara uyğun olaraq, 1918-ci il noyabrın 1-də Mir Yusif Vəzirov (Yusif Vəzir Çəmənzəminli) Azərbaycan Hökumətinin Ukraynada diplomatik nümayəndəsi təyin edildi. Elə həmin ay M.Y.Vəzirov Kiyevdə diplomatik fəaliyyətə başladı. Birinci dünya müharibəsində (1914–1918) "Dördlər ittifaqının məğlub olması" , Ukraynadan Almaniya, Azərbaycandan isə Osmanlı qoşunlarının geri çəkilməsi və hər iki ölkəyə Antanta qoşunlarının yeridilməsi, keçmiş Rusiya imperiyası ərazisində yaranmış hər iki yeni dövlətin həm bolşevik hakimiyyəti, həm də Denikin tərəfindən təhdid olunması onların beynəlxalq aləmdə oxşar mövqedən çıxış etmələrini zəruriləşdirdi. Buna görə Ukrayna hökuməti də Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx diplomatik əlaqə qurmaq məqsədilə 1919-ci il fevralın 8-də Azərbaycana göndərilmək üçün keçmiş daxili işlər naziri İvan Kraskovskinin başçılığı ilə xüsusi diplomatik missiya yaratdı.
1919-cu ilin martında Azərbaycan və Ukrayna nümayəndəlikləri Antanta dövlətlərinin İstanbuldakı hərbi rəhbərliyinə müraciət edərək onlara Paris sülh konfransında (1919–1920) iştirak etmək üçün şərait yaradılmasını xahiş etdilər. Həmin vaxt Odessa şəhərində müttəfiqlərarası komissiya fəaliyyətə başlamışdı. Azərbaycan Hökuməti bu komissiyada ölkənin mənafeyini təmsil etmək üçün 1919-cu il martın 14-də nümayəndə təyin etdi.
1919-cu ilin yazında Ukraynanın Denikin ordusu tərəfindən tutulması nəticəsində Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinin normal fəaliyyət göstərməsi pozuldu. M.Y.Vəzirov Odessaya getmək məcburiyyətində qaldı. Burada o, İngiltərə baş konsulu Kukla görüşərək, Azərbaycan haqqında ona ətraflı məlumat verdi. Lakin yeni yaranmış dövlətlərin diplomatik nümayəndələri burada da Denikin ordusu nümayəndələri tərəfindən təzyiqlərə və qaba münasibətə məruz qaldılar. İngilis və fransız nümayəndəlikləri isə baş verənlərə seyrçi münasibət bəslədilər. Nəticədə Mir Yusif Vəzirov (Çəmənzəminli) mayın 14-də vətənə dönmək üçün Odessanı tərk etdi və bolqar gəmisi ilə İstanbula yollandı.
Cümhuriyyət Hökuməti 1920-ci ilin yanvar ayında keçmiş rusiya imperiyası ərazisində yeni yaranmış dövlətlərə, o cümlədən Ukraynaya diplomatik missiya göndərməyi qərara aldı. Lakin Aprel işğalı (1920) nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqutu buna imkan vermədi.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004,
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanin Ukraynada diplomatik numayendeliyi Azerbaycan Xalq Cumhuriyyetini Ukraynada temsil eden elcilik Azerbaycan Cumhuriyyetinin Nazirler surasi 1918 ci il sentyabrin 12 de Ukraynaya isler vekilinin gonderilmesi haqqinda qerar qebul etdi Yusif Vezir Cemenzeminli Qerara uygun olaraq 1918 ci il noyabrin 1 de Mir Yusif Vezirov Yusif Vezir Cemenzeminli Azerbaycan Hokumetinin Ukraynada diplomatik numayendesi teyin edildi Ele hemin ay M Y Vezirov Kiyevde diplomatik fealiyyete basladi Birinci dunya muharibesinde 1914 1918 Dordler ittifaqinin meglub olmasi Ukraynadan Almaniya Azerbaycandan ise Osmanli qosunlarinin geri cekilmesi ve her iki olkeye Antanta qosunlarinin yeridilmesi kecmis Rusiya imperiyasi erazisinde yaranmis her iki yeni dovletin hem bolsevik hakimiyyeti hem de Denikin terefinden tehdid olunmasi onlarin beynelxalq alemde oxsar movqeden cixis etmelerini zerurilesdirdi Buna gore Ukrayna hokumeti de Azerbaycan Xalq Cumhuriyyeti ile six diplomatik elaqe qurmaq meqsedile 1919 ci il fevralin 8 de Azerbaycana gonderilmek ucun kecmis daxili isler naziri Ivan Kraskovskinin basciligi ile xususi diplomatik missiya yaratdi 1919 cu ilin martinda Azerbaycan ve Ukrayna numayendelikleri Antanta dovletlerinin Istanbuldaki herbi rehberliyine muraciet ederek onlara Paris sulh konfransinda 1919 1920 istirak etmek ucun serait yaradilmasini xahis etdiler Hemin vaxt Odessa seherinde muttefiqlerarasi komissiya fealiyyete baslamisdi Azerbaycan Hokumeti bu komissiyada olkenin menafeyini temsil etmek ucun 1919 cu il martin 14 de numayende teyin etdi 1919 cu ilin yazinda Ukraynanin Denikin ordusu terefinden tutulmasi neticesinde Azerbaycanin Kiyevdeki diplomatik numayendeliyinin normal fealiyyet gostermesi pozuldu M Y Vezirov Odessaya getmek mecburiyyetinde qaldi Burada o Ingiltere bas konsulu Kukla goruserek Azerbaycan haqqinda ona etrafli melumat verdi Lakin yeni yaranmis dovletlerin diplomatik numayendeleri burada da Denikin ordusu numayendeleri terefinden tezyiqlere ve qaba munasibete meruz qaldilar Ingilis ve fransiz numayendelikleri ise bas verenlere seyrci munasibet beslediler Neticede Mir Yusif Vezirov Cemenzeminli mayin 14 de vetene donmek ucun Odessani terk etdi ve bolqar gemisi ile Istanbula yollandi Cumhuriyyet Hokumeti 1920 ci ilin yanvar ayinda kecmis rusiya imperiyasi erazisinde yeni yaranmis dovletlere o cumleden Ukraynaya diplomatik missiya gondermeyi qerara aldi Lakin Aprel isgali 1920 neticesinde Azerbaycan Xalq Cumhuriyyeti suqutu buna imkan vermedi IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Lider nesriyyat Baki 2004 Hemcinin baxAzerbaycan Xalq Cumhuriyyetinin xaricdeki numayendelikleri