Azərbaycan Milli Mərkəzi — İstanbulda sovet-bolşevik hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə mühacirətə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə yaradılmış qurum.
Fəaliyyəti
Məhəmməd Əmin Rəsulzadə tərəfindən 1924-cü ildə İstanbulda yaradılmışdır. Milli Mərkəzin əsas məqsədi Şimali Azərbaycanda sovet hakimiyyətinin devrilməsi və müstəqil milli dövlətin bərpa edilməsi idi. AMM Türkiyədə gizli fəaliyyət göstərərək, türkçü ziyalıları öz ətrafında birləşdirirdi. Təşkilatın Mərkəzi Komitəsinə Məhəmməd Əmin Rəsulzadə (sədr), Xəlil bəy Xasməmmədov, Mustafa bəy Vəkilov, Əbdüləli Əmircanov, Əkbər ağa Şeyxülislamov daxil idilər. AMM təşkilatlanmaqla yanaşı, Şimali Azərbaycanda cərəyan edən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə nəşriyyat fəaliyyəti də göstərirdi. Türkiyə hökuməti SSRİ-nin tələbi ilə 1927-ci ildə AMM-ə yardımı dayandırdı. Otuzuncu illərin əvvəlində AMM daxilindəki fikir ayrılıqları və ixtilaflar dərinləşdi. AMM-in İstanbuldan Parisə, yaxud Varşavaya köçürülməsi məsələsi də fikir ayrılığı doğururdu. AMM Azərbaycandakı gizli "Müsavat" təşkilatı ilə əlaqə yaradaraq ona təlimatlar göndərir, təşkilatın sovet hakimiyyətinə qarşı mübarizəsini istiqamətləndirirdi. AMM-in nümayəndəliyi 1951-ci il noyabrın 30-da Münhendə Şərqi Avropa, Qafqaz və Türkistan mühacirlərinin toplantısında iştirak etmiş, 1952-ci il dekabrın 11-15-də orada Gürcüstan, Şimali Qafqaz milli mərkəzləri ilə birlikdə konfrans keçirmişdi. Konfransın qəbul etdiyi Qafqaz Xalqları Bəyannaməsini Azərbaycan tərəfindən Məhəmməd Əmin Rəsulzadə imzalamışdı. Konfrans keçmiş Qafqaz respublikalarının müstəqilliyini bərpa etmək uğrunda mübarizəni genişləndirmək məqsədilə müvafiq milli mərkəzlərin birgə fəaliyyətini təşkil etməyi zəruri saydı. Türkiyədəki mühacirlər arasında siyasi fəallığın artması ilə əlaqədar olaraq Məhəmməd Əmin Rəsulzadə 1953-cü ildə AMM-i yenidən təşkil etmiş və 25 nəfərdən ibarət genişləndirilmiş bir mərkəz formalaşdırılmışdı. Mərkəzin işinə, əsasən, gənclər cəlb edilirdilər. Məhəmməd Əmin Rəsulzadənin vəfatından (1955) sonra AMM-ə Mirzəbala Məmmədzadə, o, dünyasını dəyişəndən sonra isə müsavatçı Əbdülvahab Yurdsevər rəhbərlik etmişdir. 1976-cı ildə Əbdülvahab Yurdsevərin vəfatı ilə AMM sədrliyinə Kərim Odər seçildi. O, həm də "Müsavat" partiyasmın başqanı idi. Kərim Odərin vəfatından sonra 1981-ci ildə toplanan "Müsavat" və AMM Başqanlıq Divanı dr. Məhəmməd Azər Aranı hər iki təşkilatın başqanı seçdi. Azərbaycan milli istiqlal ideyası naminə fəaliyyət göstərən AMM 1988-ci ildə erməni təcavüzkarlarının Azərbay-cana qarşı qəsbkarlıq siyasətinin mahiyyətini dünya ictimaiyyətinə açıqlamaq məqsədilə fəal iş aparmış, Azərbaycanla əlaqələri gücləndirməyə səy göstərmişdir. AMM Şimali Azərbaycandakı sovet-bolşevik rejiminə qarşı istiqlal ideyalarının yaşamasında və təbliğ olunmasında mühüm rol oynamışdır. AMM hazırda Türkiyədə fəaliyyətini davam etdirir.
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004. s. 186
Ədəbiyyat
- İbrahimli X., Azərbaycan siyasi mühacirəti, B., 1996;
- Oruclu M, Azərbaycanda və mühacirətdə "Müsavat" partiyasının fəaliyyəti (1911-1992), B., 2001.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan Milli Merkezi Istanbulda sovet bolsevik herbi mudaxilesi neticesinde Azerbaycan Xalq Cumhuriyyetinin suqutundan sonra muxtelif xarici olkelere muhacirete getmeye mecbur olan azerbaycanlilarin istiqlal mubarizesini vahid merkezden idare etmek meqsedile yaradilmis qurum FealiyyetiMehemmed Emin Resulzade terefinden 1924 cu ilde Istanbulda yaradilmisdir Milli Merkezin esas meqsedi Simali Azerbaycanda sovet hakimiyyetinin devrilmesi ve musteqil milli dovletin berpa edilmesi idi AMM Turkiyede gizli fealiyyet gostererek turkcu ziyalilari oz etrafinda birlesdirirdi Teskilatin Merkezi Komitesine Mehemmed Emin Resulzade sedr Xelil bey Xasmemmedov Mustafa bey Vekilov Ebduleli Emircanov Ekber aga Seyxulislamov daxil idiler AMM teskilatlanmaqla yanasi Simali Azerbaycanda cereyan eden hadiseleri dunya ictimaiyyetine catdirmaq meqsedile nesriyyat fealiyyeti de gosterirdi Turkiye hokumeti SSRI nin telebi ile 1927 ci ilde AMM e yardimi dayandirdi Otuzuncu illerin evvelinde AMM daxilindeki fikir ayriliqlari ve ixtilaflar derinlesdi AMM in Istanbuldan Parise yaxud Varsavaya kocurulmesi meselesi de fikir ayriligi dogururdu AMM Azerbaycandaki gizli Musavat teskilati ile elaqe yaradaraq ona telimatlar gonderir teskilatin sovet hakimiyyetine qarsi mubarizesini istiqametlendirirdi AMM in numayendeliyi 1951 ci il noyabrin 30 da Munhende Serqi Avropa Qafqaz ve Turkistan muhacirlerinin toplantisinda istirak etmis 1952 ci il dekabrin 11 15 de orada Gurcustan Simali Qafqaz milli merkezleri ile birlikde konfrans kecirmisdi Konfransin qebul etdiyi Qafqaz Xalqlari Beyannamesini Azerbaycan terefinden Mehemmed Emin Resulzade imzalamisdi Konfrans kecmis Qafqaz respublikalarinin musteqilliyini berpa etmek ugrunda mubarizeni genislendirmek meqsedile muvafiq milli merkezlerin birge fealiyyetini teskil etmeyi zeruri saydi Turkiyedeki muhacirler arasinda siyasi fealligin artmasi ile elaqedar olaraq Mehemmed Emin Resulzade 1953 cu ilde AMM i yeniden teskil etmis ve 25 neferden ibaret genislendirilmis bir merkez formalasdirilmisdi Merkezin isine esasen gencler celb edilirdiler Mehemmed Emin Resulzadenin vefatindan 1955 sonra AMM e Mirzebala Memmedzade o dunyasini deyisenden sonra ise musavatci Ebdulvahab Yurdsever rehberlik etmisdir 1976 ci ilde Ebdulvahab Yurdseverin vefati ile AMM sedrliyine Kerim Oder secildi O hem de Musavat partiyasmin basqani idi Kerim Oderin vefatindan sonra 1981 ci ilde toplanan Musavat ve AMM Basqanliq Divani dr Mehemmed Azer Arani her iki teskilatin basqani secdi Azerbaycan milli istiqlal ideyasi namine fealiyyet gosteren AMM 1988 ci ilde ermeni tecavuzkarlarinin Azerbay cana qarsi qesbkarliq siyasetinin mahiyyetini dunya ictimaiyyetine aciqlamaq meqsedile feal is aparmis Azerbaycanla elaqeleri guclendirmeye sey gostermisdir AMM Simali Azerbaycandaki sovet bolsevik rejimine qarsi istiqlal ideyalarinin yasamasinda ve teblig olunmasinda muhum rol oynamisdir AMM hazirda Turkiyede fealiyyetini davam etdirir IstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki 2004 s 186EdebiyyatIbrahimli X Azerbaycan siyasi muhacireti B 1996 Oruclu M Azerbaycanda ve muhaciretde Musavat partiyasinin fealiyyeti 1911 1992 B 2001 Hemcinin baxMusavat Azerbaycan Milli Merkezi Baki Musavat partiyasinin xarici burosu