Bu məqalə Azərbaycan SSR məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.
Azərbaycan SSR tarixi — Azərbaycanın 1920–1991-ci illəri əhatə edən tarixi.
28 aprel 1920 — Azərbaycanda sovet hakimiyyəti qurulur. Ölkədə hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə (MİK) verilir. Qanunvericilik funksiyalarını həyata keçirən MİK-ə yalnız azərbaycanlı kommunistlərin (Nəriman Nərimanov (sədr), Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Həmid Sultanov və s.) daxil edilməsi Rusiyanın işğalı pərdələmək cəhdi idi. Respublikada real hakimiyyət Moskvaya tabe olan Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinə (AK(b)P MK) məxsus idi.
1 may 1920 — Bakıda Xalq Cümhuriyyəti hökumətini devirən XI ordunun hissələri Şamaxı və Ağsudan müqavimətsiz keçərək Gəncəyə yaxınlaşdılar və qısa döyüşdən sonra şəhəri ələ keçirdilər.
3 may 1920 — Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başladı. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verdi. Bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaranı ələ keçirir. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
5 may 1920 — Azərbaycan Müvəqqəti İnqilabi Komitəsi respublikada bütün xan, bəy və vəqf torpaqlarının müsadirə olunaraq əvəzi ödənilmədən kəndlilərin istifadəsinə verilməsi barədə qərar qəbul edir. Bir neçə ildən sonra həmin torpaqlar kəndlilərdən zorla geri alınaraq kolxoz təsərrüfatlarına veriləcəkdi.
7 may 1920 — Azərbaycanın bolşevik hökuməti ordunun və donanmanın yenidən təşkil edilməsi barədə dekret verdi. Qərarın icrası milli zabit kadrlarına qarşı repressiyalarla müşayiət olunurdu. Sovetləşmiş Azərbaycanın ordu və donanması isə formal olaraq 1922-ci ilədək mövcud oldu və həmin ilin dekabrında SSRİ-nin yaranması ilə Sovet Ordusunun Qafqaz hərbi dairəsinin tərkibinə qatıldı.
12 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi respublikada xalq məhkəmələrinin yaradılması haqqında dekret verdi. Əksinqilab və təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi, həmçinin silki və mülki rütbələrin ləğv edilməsi barədə dekret verildi.
15 may 1920 — Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verdi.
24 may 1920 — Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verdi. Əslində isə neft Rusiyanın nəzarətinə verilmişdi. Bu məqsədlə Azərbaycan Neft Komitəsi yaradılmış və komitəyə rəhbərlik Lenin tərəfindən Bakıya göndərilən tapşırılmışdı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar milliləşdirildi.
3 iyun 1920 — Zəngəzur və Qarabağda bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılıq etdiyi Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçirdilər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilir. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də şəhəri yenidən işğal edirlər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkilirlər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçir. Sovetləşməyə qarşı üsyanlar ilin sonunadək Şəmkir, Quba və digər bölgələrdə də baş verirdi.
6 may 1921 — I Ümumazərbaycan sovetlər qurultayı (6-19 may) işə başlayır. Qurultayda Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul olunur. Müvəqqəti İnqilab Komitəsi və yerlərdəki inqilab və yoxsul komitələri ləğv edilir, ali qanunverici orqan olaraq Mərkəzi İcraiyyə Komitəsi (MİK, ilk sədri Muxtar Hacıyev) və yerli sovetlər yaradılır. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (75 üzv və 25 namizəd) rəhbər orqanı isə respublika partiya (Azərbaycan KP) rəhbərliyinin də daxil olduğu Rəyasət Heyəti (13 nəfərdən ibarət) idi. Respublikada 30 min deputatı olan 1400 yerli kənd soveti təşkil edilir. 1921-1937-ci illərdə Ümumazərbaycan sovetlərinin 9 qurultayı keçirildi və 1938-ci ildə bu qurumu Ali Sovet əvəzlədi.
2 iyul 1921 — Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərən – Azərbaycan Kişi Pedaqoji İnstitutu (sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu) təsis edildi.
5 iyul 1921 — Rusiya Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun iclasında Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində saxlanılması barədə qərar qəbul edilir. Bir gün öncə, iyulun 4-də RK(b)P Qafqaz Bürosunun plenumunda erməni tərəfi Orconikidze və Kirovun dəstəyi ilə Dağlıq Qarabağın Ermənistana verilməsi barədə qərarın qəbuluna nail olmuşdular. Lakin N.Nərimanov başda olmaqla Azərbaycanın kommunist rəhbərliyinin kəskin etirazı və RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Bununla belə, RK(b)P Qafqaz Bürosunun 5 iyul tarixli qərarında Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu. Bununla da ermənilər əsas məqsədlərinə çatmasalar da, muxtariyyət qazanmış oldular. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildi
7 iyul 1923 — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verir. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında "beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə" xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən, "Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması" nəzərdə tutulmuşdu. Bu barədə tövsiyə qərarı 1921-ci ildə RK(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu. Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.
30 avqust 1930 — Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni inzibati vahidlərə – rayonlara bölündü. Qərara əsasən, 63 rayon yaradıldı. Bundan öncə respublikada ərazi-inzibati bölgü sistemi olaraq 10 dairə (Bakı, Gəncə, Qarabağ (Ağdam), Quba, Kürdüstan, Lənkəran, Muğan (Salyan), Şirvan (Göycay), Nuxa, Zaqatala) və onların tərkibində qəzalar mövcud idi.
7 avqust 1932 — Sovet hökumətinin "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarı ilə xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyuldu. Qərara görə, dövlət əmlakından hətta xırda oğurluq güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da kənd təsərrüfatında repressiyalara zəmin yaratdı.
24 iyun 1938 — I çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 310 nəfərlik parlamentə 107 fəhlə, 88 kolxozçu və 115 ziyalı-qulluqçu seçilmişdi. Xalq deputatlarının 72-si qadınlar idi. Kommunist Partiyasının əslində bütün dövlət funksiyalarını mənimsədiyi şəraitdə Ali Sovet formal fəaliyyət göstərirdi.
1938 — Azərbaycan SSR Ali Soveti yerli əhalinin etirazına baxmayaraq Laçın, Qubadlı, Kəlbəcər və Qazax bölgələrindən 2 min hektar torpaq sahəsinin Ermənistan SSR-ə verilməsi haqqında qərar qəbul etdi. Bununla belə, qərar həyata keçməmiş qaldı.. 31 il sonra, 1969-cu il mayın 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti onu yenidən təsdiq etsə də, tezliklə respublika rəhbərliyinə gələn Heydər Əliyev qərarın icrasının qarşısını aldı.
2 iyun 1938 — Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olundu. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmışdı. 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmiş, 1938-ci ildə isə ilk mülki aviasiya dəstəsi uçuşlara başlamışdı.
25 iyun 1987 — SovİKP MK-nın plenumu "yenidənqurma" ("perestroyka") haqqında qərar qəbul edir. Baş katib Mixail Qorbaçovun elan etdiyi yeniləşmə kursu, ilk növbədə, sosial-iqtisadi islahatları nəzərdə tutsa da, tezliklə siyasi və ideoloji sahəni də əhatə etdi. Sovet İttifaqında (o cümlədən, Azərbaycanda) söz azadlığı, aşkarlıq, milli hərəkatlar prosesi başlandı. "Yenidənqurma" siyasəti dörd il sonra SSRİ-nin süqutu ilə nəticələndi.
21 may 1988 — SSRİ rəhbərliyi Azərbaycan və Ermənistan arasında münaqişəni sahmanlamaq üçün hər iki müttəfiq respublikanın rəhbərlərini dəyişdirir. Ermənistan KP MK-nın plenumunda 1-ci katib Karen Dəmirçyan, Azərbaycan KP MK-nın plenumunda isə Kamran Bağırov vəzifələrindən kənarlaşdırıldılar. Azərbaycan KP MK-nın 1-ci katibi postuna Əbdürrəhman Vəzirov seçildi.
18 iyul 1988 — SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş geniş iclası keçirildi. M.Qorbaçovun sədrlik etdiyi iclasda Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi, hər iki respublikanın SSRİ Ali Sovetindəki deputatları iştirak edirdilər. Gərgin mübahisələrlə keçən iclasda "Dağlıq Qarabağ barəsində məsələyə dair" SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı qəbul olunur. Sənəddə Ermənistan SSR Ali Sovetinin Dağlıq Qarabağı ilhaq etmək barədə qərarının yolverilməz olduğu və onun ləğv edilməsinin zəruriliyi vurğulansa da, Ermənsitan SSR rəhbərliyi bu çağırışı cavabsız qoydu.
16 iyul 1989 — Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirildi. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçildi. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlandı.
19 may 1990 — Ali Sovetin sessiyasında Azərbaycan Respublikasının prezidenti vəzifəsi təsis edildi. Sessiyada Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi. SovİKP MK-nın baş katibi M.Qorbaçovun SSRİ prezidenti seçilməsindən sonra müttəfiq respublikaların rəhbərləri də eynilə hərəkət etməyə başlamışdılar.
21 may 1990 -cı il tarixində 28 mayın "Azərbaycan dövlətçiliyinin bərpası günü" elan edilməsi barədə prezident fərmanı elan edildi.
5 fevral 1991 — Azərbaycan dövləti – Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan Respublikası adlandırılmışdır.
27 iyun 1991 — Ali Sovet Azərbaycanın "Suveren Dövlətlər İttifaqı haqqında" müqavilədə iştirak etməsi barədə qərar qəbul etdi. Yeni ittifaq müqaviləsinin imzalanması Moskvadakı "Avqust qiyamı" nəticəsində baş tutmadı.
30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.
8 sentyabr 1991 — Azərbaycanda ilk prezident seçkiləri keçirildi. Ölkədəki əksər siyasi qüvvələrin, o cümlədən Xalq Cəbhəsinin boykot etdiyi və alternativsizlik şəraitində keçirilən seçkilərdə Azərbaycan KP MK-nın 1-ci katibi Ayaz Mütəllibov prezident seçildi.
Xarici keçidlər
- Azərbaycan tarixi 7 cilddə:
- I cild (ən qədimdən b. e. III əsri),
- II cild (III-XIII əsrin I rübü),
- III cild (XIII-XVIII əsrlər),
- IV cild (XIX əsr),
- V cild (1900-1920-ci illər),
- VI cild (aprel 1920- iyun 1941),
- VII cild (1941 - 2002-ci illər). Bakı, 2007.
- . Bakı kartoqrafiya fabriki, 2007.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqale Azerbaycan SSR meqalesine cox yaxindir ve her ikisinin eyni basliq altinda birlesdirilmesi mumkundur Azerbaycan SSR tarixi Azerbaycanin 1920 1991 ci illeri ehate eden tarixi 28 aprel 1920 Azerbaycanda sovet hakimiyyeti qurulur Olkede hakimiyyet Muveqqeti Inqilab Komitesine MIK verilir Qanunvericilik funksiyalarini heyata keciren MIK e yalniz azerbaycanli kommunistlerin Neriman Nerimanov sedr Eliheyder Qarayev Qezenfer Musabeyov Hemid Sultanov ve s daxil edilmesi Rusiyanin isgali perdelemek cehdi idi Respublikada real hakimiyyet Moskvaya tabe olan Azerbaycan Kommunist bolsevik Partiyasi Merkezi Komitesine AK b P MK mexsus idi 1 may 1920 Bakida Xalq Cumhuriyyeti hokumetini deviren XI ordunun hisseleri Samaxi ve Agsudan muqavimetsiz kecerek Genceye yaxinlasdilar ve qisa doyusden sonra seheri ele kecirdiler 3 may 1920 Sovet hakimiyyeti Azerbaycanin butun erazisine yayilmaga basladi Muveqqeti Inqilab Komitesi yerlerde qeza mahal ve kend inqilab komitelerinin yaradilmasi barede dekret verdi Bolseviklerin Baki buxtasindaki herbi deniz quvveleri cenuba dogru hereket ederek Lenkerana ve Astarani ele kecirir Xalq Cumhuriyyetinin azsayli ordu hisseleri yalniz Qarabagda qalmisdi ve ermeni quvveleri ile doyusurdu 5 may 1920 Azerbaycan Muveqqeti Inqilabi Komitesi respublikada butun xan bey ve veqf torpaqlarinin musadire olunaraq evezi odenilmeden kendlilerin istifadesine verilmesi barede qerar qebul edir Bir nece ilden sonra hemin torpaqlar kendlilerden zorla geri alinaraq kolxoz teserrufatlarina verilecekdi 7 may 1920 Azerbaycanin bolsevik hokumeti ordunun ve donanmanin yeniden teskil edilmesi barede dekret verdi Qerarin icrasi milli zabit kadrlarina qarsi repressiyalarla musayiet olunurdu Sovetlesmis Azerbaycanin ordu ve donanmasi ise formal olaraq 1922 ci iledek movcud oldu ve hemin ilin dekabrinda SSRI nin yaranmasi ile Sovet Ordusunun Qafqaz herbi dairesinin terkibine qatildi 12 may 1920 Azerbaycan Muveqqeti Inqilab Komitesi respublikada xalq mehkemelerinin yaradilmasi haqqinda dekret verdi Eksinqilab ve texribatciliga qarsi mubarize ucun Fovqelade Komissiya ve Ali Inqilabi Tribunal tesis edildi hemcinin silki ve mulki rutbelerin legv edilmesi barede dekret verildi 15 may 1920 Azerbaycan Xalq Maarif Komissarligi respublikada vicdan azadliginin elan edilmesi dinin dovletden ve mektebden ayrilmasi barede dekret verdi 24 may 1920 Azerbaycan Muveqqeti Inqilab Komitesi neft senayesinin millilesdirilmesi haqqinda dekret verdi Eslinde ise neft Rusiyanin nezaretine verilmisdi Bu meqsedle Azerbaycan Neft Komitesi yaradilmis ve komiteye rehberlik Lenin terefinden Bakiya gonderilen tapsirilmisdi Neft senayesinin ardinca Xezer ticaret donanmasi olkede fealiyyet gosteren banklar millilesdirildi 3 iyun 1920 Zengezur ve Qarabagda bolsevik isgalina muqavimet gosteren Nuru pasanin basciliq etdiyi Xalq Cumhuriyyetinin ordu hisseleri Susa seherini ele kecirdiler Onlarin uzerine XI rus ordusunun elave birlesmeleri gonderilir Sayca qat qat cox olan rus qosunlari Levandovskinin komandanligi altinda iyunun 15 de seheri yeniden isgal edirler Milli ordunun azsayli hisseleri Cebrayil qezasina geri cekilirler Iyunun sonunda bu bolge bolseviklerin nezaretine kecir Sovetlesmeye qarsi usyanlar ilin sonunadek Semkir Quba ve diger bolgelerde de bas verirdi 6 may 1921 I Umumazerbaycan sovetler qurultayi 6 19 may ise baslayir Qurultayda Azerbaycan SSR in ilk Konstitusiyasi qebul olunur Muveqqeti Inqilab Komitesi ve yerlerdeki inqilab ve yoxsul komiteleri legv edilir ali qanunverici orqan olaraq Merkezi Icraiyye Komitesi MIK ilk sedri Muxtar Haciyev ve yerli sovetler yaradilir Azerbaycan Merkezi Icraiyye Komitesinin 75 uzv ve 25 namized rehber orqani ise respublika partiya Azerbaycan KP rehberliyinin de daxil oldugu Reyaset Heyeti 13 neferden ibaret idi Respublikada 30 min deputati olan 1400 yerli kend soveti teskil edilir 1921 1937 ci illerde Umumazerbaycan sovetlerinin 9 qurultayi kecirildi ve 1938 ci ilde bu qurumu Ali Sovet evezledi 2 iyul 1921 Azerbaycanda pedaqoji kadrlar hazirlayan ilk ali mekteb hazirda Azerbaycan Pedaqoji Universiteti adi ile fealiyyet gosteren Azerbaycan Kisi Pedaqoji Institutu sonralar V I Lenin adina Azerbaycan Dovlet Pedaqoji Institutu tesis edildi 5 iyul 1921 Rusiya Kommunist bolsevik Partiyasinin Qafqaz Burosunun iclasinda Dagliq Qarabagin Azerbaycan SSR in terkibinde saxlanilmasi barede qerar qebul edilir Bir gun once iyulun 4 de RK b P Qafqaz Burosunun plenumunda ermeni terefi Orconikidze ve Kirovun desteyi ile Dagliq Qarabagin Ermenistana verilmesi barede qerarin qebuluna nail olmusdular Lakin N Nerimanov basda olmaqla Azerbaycanin kommunist rehberliyinin keskin etirazi ve RK b P MK nin ise qarismasi neticesinde bu qerar legv olundu Bununla bele RK b P Qafqaz Burosunun 5 iyul tarixli qerarinda Dagliq Qarabaga Azerbaycanin terkibinde saxlanilmaqla ve merkezi Susa seheri olmaqla genis vilayet muxtariyyeti verilmesi qeyd olunmusdu Bununla da ermeniler esas meqsedlerine catmasalar da muxtariyyet qazanmis oldular 1923 cu ilde Dagliq Qarabag Muxtar Vilayeti teskil edildi 7 iyul 1923 Azerbaycan SSR Merkezi Icraiyye Komitesi respublika erazisinde Dagliq Qarabag Muxtar Vilayetinin DQMV teskil olunmasi barede dekret verir Senedde bu qerarin azerbaycanli ve ermeni xalqlari arasinda beynelmilel hemreyliyin mohkemlenmesine xidmet edeceyi vurgulanirdi Dekrete esasen Dagliq Qarabagin ermeni hissesinde Azerbaycan SSR in terkib hissesi kimi muxtar vilayetin yaradilmasi nezerde tutulmusdu Bu barede tovsiye qerari 1921 ci ilde RK b P nin Qafqaz Diyar Burosu terefinden qebul olunmusdu Hemin qerarda muxtariyyetin merkezi Susa gosterilse de Azerbaycan MIK in dekretinde vilayetin merkezi kimi Xankendi secilmisdi Tezlikle ermenilerin tesebbusu ile Xankendi Stepanakert adlandirildi Erazi inzibati bolgusunden sonra DQMV nin erazisi 4 4 min kv km olaraq mueyyenlesdi 30 avqust 1930 Azerbaycan Merkezi Icraiyye Komitesinin ve Xalq Komissarlari Sovetinin qerari ile respublika erazisi yeni inzibati vahidlere rayonlara bolundu Qerara esasen 63 rayon yaradildi Bundan once respublikada erazi inzibati bolgu sistemi olaraq 10 daire Baki Gence Qarabag Agdam Quba Kurdustan Lenkeran Mugan Salyan Sirvan Goycay Nuxa Zaqatala ve onlarin terkibinde qezalar movcud idi 7 avqust 1932 Sovet hokumetinin Dovlet muessiseleri kolxoz ve kooperativlerin emlakinin qorunmasi haqqinda qerari ile xalq teserrufatinda sert ceza tedbirlerinin esasi qoyuldu Qerara gore dovlet emlakindan hetta xirda ogurluq gullelenme en yaxsi halda 10 il hebsle cezalandirilirdi Sovet tarixine Bes sunbul haqqinda qanun adi ile dusen sened Azerbaycanda da kend teserrufatinda repressiyalara zemin yaratdi 24 iyun 1938 I cagiris Azerbaycan SSR Ali Sovetine seckiler kecirildi 310 neferlik parlamente 107 fehle 88 kolxozcu ve 115 ziyali qulluqcu secilmisdi Xalq deputatlarinin 72 si qadinlar idi Kommunist Partiyasinin eslinde butun dovlet funksiyalarini menimsediyi seraitde Ali Sovet formal fealiyyet gosterirdi 1938 Azerbaycan SSR Ali Soveti yerli ehalinin etirazina baxmayaraq Lacin Qubadli Kelbecer ve Qazax bolgelerinden 2 min hektar torpaq sahesinin Ermenistan SSR e verilmesi haqqinda qerar qebul etdi Bununla bele qerar heyata kecmemis qaldi 31 il sonra 1969 cu il mayin 7 de Azerbaycan SSR Ali Sovetinin Reyaset Heyeti onu yeniden tesdiq etse de tezlikle respublika rehberliyine gelen Heyder Eliyev qerarin icrasinin qarsisini aldi 2 iyun 1938 Azerbaycanda ilk mulki aviasiya destesi teskil olundu Bakida ilk aviasiya mektebi 1915 ci ilde yaradilmis 1923 cu ilde Baki Tbilisi marsrutu ile ilk mulki aviasiya xetti acilmisdi 1933 cu ilde Binede ilk hava limani istifadeye verilmis 1938 ci ilde ise ilk mulki aviasiya destesi ucuslara baslamisdi 25 iyun 1987 SovIKP MK nin plenumu yenidenqurma perestroyka haqqinda qerar qebul edir Bas katib Mixail Qorbacovun elan etdiyi yenilesme kursu ilk novbede sosial iqtisadi islahatlari nezerde tutsa da tezlikle siyasi ve ideoloji saheni de ehate etdi Sovet Ittifaqinda o cumleden Azerbaycanda soz azadligi askarliq milli herekatlar prosesi baslandi Yenidenqurma siyaseti dord il sonra SSRI nin suqutu ile neticelendi 21 may 1988 SSRI rehberliyi Azerbaycan ve Ermenistan arasinda munaqiseni sahmanlamaq ucun her iki muttefiq respublikanin rehberlerini deyisdirir Ermenistan KP MK nin plenumunda 1 ci katib Karen Demircyan Azerbaycan KP MK nin plenumunda ise Kamran Bagirov vezifelerinden kenarlasdirildilar Azerbaycan KP MK nin 1 ci katibi postuna Ebdurrehman Vezirov secildi 18 iyul 1988 SSRI Ali Sovetinin Reyaset Heyetinin Dagliq Qarabag munaqisesine hesr olunmus genis iclasi kecirildi M Qorbacovun sedrlik etdiyi iclasda Azerbaycan ve Ermenistanin siyasi rehberliyi her iki respublikanin SSRI Ali Sovetindeki deputatlari istirak edirdiler Gergin mubahiselerle kecen iclasda Dagliq Qarabag baresinde meseleye dair SSRI Ali Sovetinin Reyaset Heyetinin qerari qebul olunur Senedde Ermenistan SSR Ali Sovetinin Dagliq Qarabagi ilhaq etmek barede qerarinin yolverilmez oldugu ve onun legv edilmesinin zeruriliyi vurgulansa da Ermensitan SSR rehberliyi bu cagirisi cavabsiz qoydu 16 iyul 1989 Bakida yarimgizli seraitde Azerbaycan Xalq Cebhesinin tesis konfransi kecirildi Bu Azerbaycanda Qarabag hadiseleri ile baslanan milli xalq herekatinin qismen teskilatlanmasi idi Ebulfez Elcibey AXC nin sedri secildi AXC nin 16 neferden ibaret Idare Heyetine ise kifayet qeder ferqli baxisli sexsler secilmisdi ve tezlikle teskilatda parcalanmalar baslandi 19 may 1990 Ali Sovetin sessiyasinda Azerbaycan Respublikasinin prezidenti vezifesi tesis edildi Sessiyada Azerbaycan KP MK nin 1 ci katibi Ayaz Mutellibov prezident secildi SovIKP MK nin bas katibi M Qorbacovun SSRI prezidenti secilmesinden sonra muttefiq respublikalarin rehberleri de eynile hereket etmeye baslamisdilar 21 may 1990 ci il tarixinde 28 mayin Azerbaycan dovletciliyinin berpasi gunu elan edilmesi barede prezident fermani elan edildi 5 fevral 1991 Azerbaycan dovleti Azerbaycan Sovet Sosialist Respublikasi Azerbaycan Respublikasi adlandirilmisdir 27 iyun 1991 Ali Sovet Azerbaycanin Suveren Dovletler Ittifaqi haqqinda muqavilede istirak etmesi barede qerar qebul etdi Yeni ittifaq muqavilesinin imzalanmasi Moskvadaki Avqust qiyami neticesinde bas tutmadi 30 avqust 1991 Ali Sovetin novbedenkenar sessiyasinda gergin muzakirelerden sonra Azerbaycan Respublikasinin dovlet musteqilliyini berpa etmek haqqinda Beyanname qebul olundu Senedde Azerbaycan Respublikasinin 1918 1920 ci illerde movcud olmus Xalq Cumhuriyyetinin varisi oldugu vurgulanirdi Bununla yanasi parlament Azerbaycanin dovlet musteqilliyinin konstitusion esaslarini yaratmaq ucun ayrica qanunun Konstitusiya Aktinin hazirlanmasi barede qerar qebul etdi 8 sentyabr 1991 Azerbaycanda ilk prezident seckileri kecirildi Olkedeki ekser siyasi quvvelerin o cumleden Xalq Cebhesinin boykot etdiyi ve alternativsizlik seraitinde kecirilen seckilerde Azerbaycan KP MK nin 1 ci katibi Ayaz Mutellibov prezident secildi Xarici kecidler Azerbaycan tarixi portaliAzerbaycan tarixi 7 cildde I cild en qedimden b e III esri II cild III XIII esrin I rubu III cild XIII XVIII esrler IV cild XIX esr V cild 1900 1920 ci iller VI cild aprel 1920 iyun 1941 VII cild 1941 2002 ci iller Baki 2007 Baki kartoqrafiya fabriki 2007