Azər Kamal oğlu Əmiraslanov (19 iyul 1971, Bakı) – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri
Azər Əmiraslanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1971 (52 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Azər Əmiraslanov 19 iyul 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Borçalı mahalındandır. 1978–1988-ci illərdə Bakı şəhəri 158 saylı tam orta məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olmuş, 1993-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına qəbul edilmişdir.
Əmək fəaliyyəti
1993–1994-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında və Səhmdar-Kommersiya Aqrar-Sənaye Bankında aparıcı iqtisadçı, 1994–1998-ci illərdə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsində böyük məsləhətçi, 1998–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
2001–2003-cü illərdə İqtisadi Təhlil və Konsaltinq Mərkəzinin direktoru, 2003–2004-cü illərdə Almaniya Texniki Əməkdaşlıq Agentliyində (GTZ) makroiqtisadi məsələlər üzrə baş iqtisadçı, 2004–2005-ci illərdə "Ata Holdinq" Şirkətlər Qrupunda İdarə heyətinin üzvü, Strategiya və Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışmışdır.
2005–2008-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının üzvü təyin edilmiş və 2007–2008-ci illərdə Şuranın üzvü kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə, 2017-ci il 31 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi — şöbə müdiri vəzifəsinə təyin edilmiş, 29 noyabr 2019-cu il tarixədək bu vəzifədə çalışmışdır.
Azərbaycan Respublikasının Baş Nazirinin 2019-cu il 4 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
1-ci dərəcə dövlət müşaviridir.
Parlament fəaliyyəti
2005-ci ildə 98 saylı Şəmkir şəhər seçki dairəsindən Üçüncü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, parlamentin İqtisadi siyasət daimi komissiyasının sədr müavini olmuşdur.
Azərbaycan–Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan–Amerika Birləşmiş Ştatları, Azərbaycan–Böyük Britaniya, Azərbaycan–Səudiyyə Ərəbistanı, Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.
2008-ci ildə Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputat səlahiyyətlərinə xitam verilmişdir.
Elmi-pedaqoji fəaliyyəti
AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasını bitirərək 1996-cı ildə "Bazar münasibətləri şəraitində iqtisadiyyatın dövlət tənzimlənməsi problemləri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və "iqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır.
6 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir. Yerli və xarici mətbuatda 300-dən artıq analitik iqtisadi məqaləsi dərc edilmişdir. İqtisadiyyat və aqrar sahə ilə bağlı bir sıra proqram və konsepsiyaların, qanun layihələrinin hazırlanmasında yaxından iştirak etmişdir.
2001–2002-ci illərdə Qərb Universitetində və Azərbaycan Dillər Universitetində "Dünya iqtisadiyyatı" fənnini ingilis dilində tədris etmişdir. 2008–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi olmuşdur.
2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İqtisadiyyatın dövlət tənzimlənməsi kafedrasının müdiridir.
Xarici təcrübəsi
2000-ci ildə IREX proqramı xətti ilə Vaşinqtonda ABŞ-nin Kiçik Biznes üzrə Administrasiyasında "Dövlət, iqtisadiyyat və biznes" mövzusunda tədqiqat aparmış və ABŞ iqtisadiyyatının idarə edilməsi təcrübəsini öyrənmişdir.
ABŞ, Meksika, Yaponiya, Almaniya, Avstriya, Fransa, Böyük Britaniya, İtaliya, İspaniya, Belçika, Rumıniya, Çexiya, Slovakiya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Macarıstan, Makedoniya, Moldova, Estoniya, İsveç, Serbiya, Bolqarıstan kimi ölkələrdə təşkil edilmiş seminar və konfransların, işgüzar görüşlərin iştirakçısı olmuş, təqdimat və məruzələrlə çıxış etmişdir.
Beynəlxalq Valyuta Fondu (IMF), Bilkənt Universiteti (Türkiyə), İctimai-Özəl Əməkdaşlıq İnstitutu (ABŞ), Beynəlxalq İnkişaf Agentliyi (USAID), IREX, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA), Telekommunikasiya İnstitutu (USTTI) kimi qurumların sertifikatlarına malikdir.
İctimai fəaliyyəti
1993-cü ildə Gənc İqtisadçılar Birliyini təsis etmiş və onun fəaliyyətinə rəhbərlik etmişdir. 2007-ci ildən İqtisadi İslahatlar Fondunun təsisçisi və prezidentidir.
Ailəsi
Ailəlidir, iki övladı var.
İstinadlar
- "i.e.n., dos. Əmiraslanov Azər Kamal oğlu". unec.edu.az. 2022-03-03 tarixində . İstifadə tarixi: 22 yanvar 2021.
- "A.K.Əmiraslanovun Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 31 may 2017. 10 February 2020 tarixində . İstifadə tarixi: 22 yanvar 2021.
- "Azər Əmiraslanov Prezidentin İcra Aparatının aqrar-siyasət məsələləri şöbəsinin müdiri təyin edilib". apa.az. 25 avqust 2008. 2023-06-28 tarixində . İstifadə tarixi: 22 yanvar 2021.
Xarici keçidlər
- Azer Amiraslanov's biography
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azer Kamal oglu Emiraslanov 19 iyul 1971 Baki Azerbaycan Respublikasi Nazirler Kabineti Aparatinin Iqtisadiyyat sobesinin mudiri 1 ci derece dovlet musaviriAzer EmiraslanovSexsi melumatlarDogum tarixi 19 iyul 1971 1971 07 19 52 yas Dogum yeri Baki Azerbaycan SSR SSRITehsili Azerbaycan Dovlet Iqtisad UniversitetiFealiyyeti iqtisadci siyasetci Vikianbarda elaqeli mediafayllarHeyatiAzer Emiraslanov 19 iyul 1971 ci ilde Baki seherinde anadan olmusdur Eslen Borcali mahalindandir 1978 1988 ci illerde Baki seheri 158 sayli tam orta mektebde tehsil almisdir 1988 ci ilde Azerbaycan Dovlet Iqtisad Institutuna qebul olmus 1993 cu ilde institutu ferqlenme diplomu ile bitirerek Azerbaycan Milli Elmler Akademiyasinin Iqtisadiyyat Institutunun aspiranturasina qebul edilmisdir Emek fealiyyeti1993 1994 cu illerde Azerbaycan Respublikasi Merkezi Bankinda ve Sehmdar Kommersiya Aqrar Senaye Bankinda aparici iqtisadci 1994 1998 ci illerde Milli Meclis Aparatinin Iqtisadi qanunvericilik sobesinde boyuk meslehetci 1998 2000 ci illerde Azerbaycan Respublikasi Prezidentinin Icra Aparatinin Iqtisadi siyaset sobesinde meslehetci vezifesinde calismisdir 2001 2003 cu illerde Iqtisadi Tehlil ve Konsaltinq Merkezinin direktoru 2003 2004 cu illerde Almaniya Texniki Emekdasliq Agentliyinde GTZ makroiqtisadi meseleler uzre bas iqtisadci 2004 2005 ci illerde Ata Holdinq Sirketler Qrupunda Idare heyetinin uzvu Strategiya ve Biznesin Inkisafi Departamentinin direktoru vezifelerinde calismisdir 2005 2008 ci illerde Azerbaycan Respublikasi Milli Meclisinin deputati olmusdur Azerbaycan Respublikasi Prezidentinin 2007 ci il 16 may tarixli Serencami ile Azerbaycan Respublikasi Dovlet Neft Fondunun Musahide Surasinin uzvu teyin edilmis ve 2007 2008 ci illerde Suranin uzvu kimi fealiyyet gostermisdir Azerbaycan Respublikasi Prezidentinin 2008 ci il 25 avqust tarixli Serencami ile Prezident Administrasiyasinin Aqrar siyaset meseleleri sobesinin mudiri vezifesine 2017 ci il 31 may tarixli Serencami ile Azerbaycan Respublikasi Prezidentinin aqrar siyaset meseleleri uzre komekcisi sobe mudiri vezifesine teyin edilmis 29 noyabr 2019 cu il tarixedek bu vezifede calismisdir Azerbaycan Respublikasinin Bas Nazirinin 2019 cu il 4 dekabr tarixli Serencami ile Azerbaycan Respublikasi Nazirler Kabineti Aparatinin Iqtisadiyyat sobesinin mudiri vezifesine teyin edilmisdir 1 ci derece dovlet musaviridir Parlament fealiyyeti2005 ci ilde 98 sayli Semkir seher secki dairesinden Ucuncu Cagiris Azerbaycan Respublikasi Milli Meclisinin deputati secilmis parlamentin Iqtisadi siyaset daimi komissiyasinin sedr muavini olmusdur Azerbaycan Danimarka parlamentlerarasi elaqeler uzre isci qrupunun rehberi Azerbaycan Amerika Birlesmis Statlari Azerbaycan Boyuk Britaniya Azerbaycan Seudiyye Erebistani Azerbaycan Kuveyt parlamentlerarasi elaqeler uzre isci qruplarinin Avropa Ittifaqi Azerbaycan parlament emekdasligi komitesinin ve MDB nin Parlamentlerarasi Assambleyasinda Azerbaycan numayende heyetinin uzvu olmusdur 2008 ci ilde Prezident Administrasiyasinin sobe mudiri vezifesine teyin edilmesi ile elaqedar olaraq Merkezi Secki Komissiyasinin qerari ile deputat selahiyyetlerine xitam verilmisdir Elmi pedaqoji fealiyyetiAMEA nin Iqtisadiyyat Institutunun aspiranturasini bitirerek 1996 ci ilde Bazar munasibetleri seraitinde iqtisadiyyatin dovlet tenzimlenmesi problemleri movzusunda namizedlik dissertasiyasini ugurla mudafie etmis ve iqtisad elmleri namizedi alimlik derecesi almisdir 6 kitabin ve 50 den artiq elmi meqalenin muellifidir Yerli ve xarici metbuatda 300 den artiq analitik iqtisadi meqalesi derc edilmisdir Iqtisadiyyat ve aqrar sahe ile bagli bir sira proqram ve konsepsiyalarin qanun layihelerinin hazirlanmasinda yaxindan istirak etmisdir 2001 2002 ci illerde Qerb Universitetinde ve Azerbaycan Diller Universitetinde Dunya iqtisadiyyati fennini ingilis dilinde tedris etmisdir 2008 2017 ci illerde Azerbaycan Dovlet Iqtisad Universitetinin muellimi olmusdur 2019 cu ilden Azerbaycan Respublikasinin Prezidenti yaninda Dovlet Idarecilik Akademiyasinda Iqtisadiyyatin dovlet tenzimlenmesi kafedrasinin mudiridir Xarici tecrubesi2000 ci ilde IREX proqrami xetti ile Vasinqtonda ABS nin Kicik Biznes uzre Administrasiyasinda Dovlet iqtisadiyyat ve biznes movzusunda tedqiqat aparmis ve ABS iqtisadiyyatinin idare edilmesi tecrubesini oyrenmisdir ABS Meksika Yaponiya Almaniya Avstriya Fransa Boyuk Britaniya Italiya Ispaniya Belcika Ruminiya Cexiya Slovakiya Turkiye Rusiya Ukrayna Gurcustan Macaristan Makedoniya Moldova Estoniya Isvec Serbiya Bolqaristan kimi olkelerde teskil edilmis seminar ve konfranslarin isguzar goruslerin istirakcisi olmus teqdimat ve meruzelerle cixis etmisdir Beynelxalq Valyuta Fondu IMF Bilkent Universiteti Turkiye Ictimai Ozel Emekdasliq Institutu ABS Beynelxalq Inkisaf Agentliyi USAID IREX Yaponiya Beynelxalq Emekdasliq Agentliyi JICA Telekommunikasiya Institutu USTTI kimi qurumlarin sertifikatlarina malikdir Ictimai fealiyyeti1993 cu ilde Genc Iqtisadcilar Birliyini tesis etmis ve onun fealiyyetine rehberlik etmisdir 2007 ci ilden Iqtisadi Islahatlar Fondunun tesiscisi ve prezidentidir Ingilis rus ve turk dillerini bilir AilesiAilelidir iki ovladi var Istinadlar i e n dos Emiraslanov Azer Kamal oglu unec edu az 2022 03 03 tarixinde Istifade tarixi 22 yanvar 2021 A K Emiraslanovun Azerbaycan Respublikasi Prezidentinin aqrar siyaset meseleleri uzre komekcisi sobe mudiri teyin edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami e qanun az 31 may 2017 10 February 2020 tarixinde Istifade tarixi 22 yanvar 2021 Azer Emiraslanov Prezidentin Icra Aparatinin aqrar siyaset meseleleri sobesinin mudiri teyin edilib apa az 25 avqust 2008 2023 06 28 tarixinde Istifade tarixi 22 yanvar 2021 Xarici kecidlerAzer Amiraslanov s biography