Arif Məmmədhüseyn oğlu Ələsgərov (18 mart 1944, Bakı) — Azərbaycan rəngkarı, qrafika ustası, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).
Arif Ələsgərov | |
---|---|
Doğum tarixi | 18 mart 1944 (80 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam, qrafika ustası[d] |
Təhsili |
|
Janr | portret |
Mükafatları | |
Həyatı
Arif Ələsgərov 18 mart 1944-cü ildə Bakıda anadan olub. O, 1959–1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1964–1972-ci illərdə isə V.İ.Muxina adına Leninqrad Ali Bədii-Sənaye Məktəbində təhsil almışdır. Arif Ələsgərov 1972–1977-ci illərdə məzunu olduğu Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim, 1977–2001-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və dosent işləmişdir. 2001–2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri işləmiş və professor elmi adını almışdır. 2008-ci ildən Trabzondakı Qaradəniz Texniki Universitetində Rəssamlıq fakültəsinin professoru və kafedra müdiridir. 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru olaraq çalışır.
Arif Ələsgərov 1975-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür.
Yaradıcılığı
Arif Ələsgərov yaradıcılığında milli dəyərlərin, ədəbi irsin, türkçülük ideyalarının və qədim ənənələrin təbliğatçısı kimi çıxış edir və fərdi dəst-xəttə və özünəməxsus qrafik üsluba malikdir. Onun dəzgah qrafikasının əsas mövzusunu Abşeron, Bakı və bakılılar əhatə edir. Rəssamın çoxsaylı kompozisiyalarının, eləcə də "Ayaqqabıçı", "Xatirələr", "Balıqçı" və başqa əsərlərinin leymitivini nostalgiya, Bakı mühiti, milli-mədəni köklərə bağlılıq təşkil edir. Arif Ələsgərovun qrafik lövhələri üçün şərti ifadə tərzinin bədii estetikliyini saxlamaq xasdır. Onun yaradıcılığının bu istiqamətində "Qocalar-idmançılar" və "Bizim veteranlar" adlı iki böyük silsilə əsas yer tutur.
2000-ci illərdə rəssamın yaradıcılığında dekorativ şərti başlanğıca meyl daha da güclənir, konkret motivlərin ümumiləşdirilməsi, "İpək yolu", "Gənc ailə", "Ağaclar" kimi əsərlərində lirik obrazlığa nail olmaq cəhdi üstünlük təşkil edir. Arif Ələsgərov yaradıcılığının mövzu və bədii obrazlar dairəsi müxtəlifdir. Bəzən rəssamın mücərrəd yaradıcı təfəkkürü onu hər hansı fiqurativlikdən tamamilə azad olan əsərlər yaratmağa sövq edir. Bu əsərlərdə real aləmin əşya və personajlarına eyham olmur. Onun "Həyatın başlanğıcı", "Göy qurşağı", "Röya", "Köhnə həyət" və başqa əsərlərində harmoniya və sakitliyin hökm sürdüyü gizli daxili aləm öz əksini tapır.
Arif Ələsgərov 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fondu, Moskva Şərq Xalqları İncəsənəti Muzeyində, Parisdəki Azərbaycan Səfirliyində, eləcə də Polşa, Macarıstan, Yaponiya, İtaliya, Fransa, ABŞ, İngiltərə, Finlandiya, Almaniya, Lüksemburq, Norveç və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam "Estamp tarixi və ofort" və "Dizaynda kompozisiya" adlı kitabların müəllifidir.
Təltif və mükafatları
- "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 4 mart 1992
- — 16 oktyabr 2021
- Zaqafqaziya Respublikalarının bienallesinin qızıl medalı — 1986 (Tbilisi)
- SSRİ Rəssamlar İttifaqının mükafatı — 1987 (Moskva)
- Kaspi-ətrafı Respublikaları bienallesinin gümüş medalı — 1989 (Bakı)
- "Azərbaycan folkloru" adlı müsabiqə-sərginin qalibi, 1-ci mükafat — 1990 (Bakı)
- "Beynəlxalq Olimpiada–2000" sərgisi, 2-ci mükafat — 2000 (Bakı, Lozanna)
- "Soltan Məhəmməd" mükafatı — 2001
Qalereya
- "Kəndirbazlar". 1982
- "Ayaqqabıçı". 1982
- "İçərişəhər". 1989
- "Əntiq dükanı". 2011
- "Avtoportret"
- "İpək yolu". 2008
İstinadlar
- "Qrafik improvizələr ustası". "Kaspi" qəzeti. 2019-10-07 tarixində . İstifadə tarixi: 7 oktyabr 2019.
- Həsənzadə, Cəmilə. Arif Ələsgər. Bakı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2014. səh. 4.
- "Əməkdar rəssam Arif Ələsgərovun yubiley sərgisi". "Mədəniyyət" qəzeti. 2019-10-07 tarixində . İstifadə tarixi: 7 oktyabr 2019.
- "Arif Ələsgərovun 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcək". trend.az. 2019-10-07 tarixində . İstifadə tarixi: 7 oktyabr 2019.
- "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2019-10-07 tarixində . İstifadə tarixi: 7 oktyabr 2019.
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. 2021-10-28 tarixində . İstifadə tarixi: 19 oktyabr 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Elesgerov Arif Memmedhuseyn oglu Elesgerov 18 mart 1944 Baki Azerbaycan rengkari qrafika ustasi professor Azerbaycan Respublikasinin emekdar ressami 1992 Arif ElesgerovDogum tarixi 18 mart 1944 1944 03 18 80 yas Dogum yeri Baki Azerbaycan SSR SSRIFealiyyeti ressam qrafika ustasi d Tehsili Leninqrad Ali Ressamliq ve Senaye Mektebi d 1964 1972 Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebi 1959 1964 Janr portretMukafatlariHeyatiArif Elesgerov 18 mart 1944 cu ilde Bakida anadan olub O 1959 1964 cu illerde Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq Mektebinde 1964 1972 ci illerde ise V I Muxina adina Leninqrad Ali Bedii Senaye Mektebinde tehsil almisdir Arif Elesgerov 1972 1977 ci illerde mezunu oldugu Azerbaycan Dovlet Ressamliq Mektebinde muellim 1977 2001 ci illerde ise Azerbaycan Dovlet Medeniyyet ve Incesenet Universitetinde muellim bas muellim ve dosent islemisdir 2001 2008 ci illerde Azerbaycan Dovlet Ressamliq Akademiyasinda kafedra mudiri islemis ve professor elmi adini almisdir 2008 ci ilden Trabzondaki Qaradeniz Texniki Universitetinde Ressamliq fakultesinin professoru ve kafedra mudiridir 2016 ci ilden Azerbaycan Dovlet Ressamliq Akademiyasinin professoru olaraq calisir Arif Elesgerov 1975 ci ilden SSRI Ressamlar Ittifaqinin uzvudur YaradiciligiArif Elesgerov yaradiciliginda milli deyerlerin edebi irsin turkculuk ideyalarinin ve qedim enenelerin tebligatcisi kimi cixis edir ve ferdi dest xette ve ozunemexsus qrafik usluba malikdir Onun dezgah qrafikasinin esas movzusunu Abseron Baki ve bakililar ehate edir Ressamin coxsayli kompozisiyalarinin elece de Ayaqqabici Xatireler Baliqci ve basqa eserlerinin leymitivini nostalgiya Baki muhiti milli medeni koklere bagliliq teskil edir Arif Elesgerovun qrafik lovheleri ucun serti ifade terzinin bedii estetikliyini saxlamaq xasdir Onun yaradiciliginin bu istiqametinde Qocalar idmancilar ve Bizim veteranlar adli iki boyuk silsile esas yer tutur 2000 ci illerde ressamin yaradiciliginda dekorativ serti baslangica meyl daha da guclenir konkret motivlerin umumilesdirilmesi Ipek yolu Genc aile Agaclar kimi eserlerinde lirik obrazliga nail olmaq cehdi ustunluk teskil edir Arif Elesgerov yaradiciliginin movzu ve bedii obrazlar dairesi muxtelifdir Bezen ressamin mucerred yaradici tefekkuru onu her hansi fiqurativlikden tamamile azad olan eserler yaratmaga sovq edir Bu eserlerde real alemin esya ve personajlarina eyham olmur Onun Heyatin baslangici Goy qursagi Roya Kohne heyet ve basqa eserlerinde harmoniya ve sakitliyin hokm surduyu gizli daxili alem oz eksini tapir Arif Elesgerov 1972 ci ilden respublika umumittifaq ve beynelxalq sergilerin istirakcisidir Onun eserleri Azerbaycan Dovlet Incesenet Muzeyi Azerbaycan Respublikasi Medeniyyet Nazirliyinin fondu Moskva Serq Xalqlari Inceseneti Muzeyinde Parisdeki Azerbaycan Sefirliyinde elece de Polsa Macaristan Yaponiya Italiya Fransa ABS Ingiltere Finlandiya Almaniya Luksemburq Norvec ve Turkiyede sexsi kolleksiyalarda saxlanilir Ressam Estamp tarixi ve ofort ve Dizaynda kompozisiya adli kitablarin muellifidir Teltif ve mukafatlari Azerbaycan Respublikasinin emekdar ressami fexri adi 4 mart 1992 3 cu dereceli Emek ordeni 16 oktyabr 2021 Zaqafqaziya Respublikalarinin bienallesinin qizil medali 1986 Tbilisi SSRI Ressamlar Ittifaqinin mukafati 1987 Moskva Kaspi etrafi Respublikalari bienallesinin gumus medali 1989 Baki Azerbaycan folkloru adli musabiqe serginin qalibi 1 ci mukafat 1990 Baki Beynelxalq Olimpiada 2000 sergisi 2 ci mukafat 2000 Baki Lozanna Soltan Mehemmed mukafati 2001Qalereya Kendirbazlar 1982 Ayaqqabici 1982 Iceriseher 1989 Entiq dukani 2011 Avtoportret Ipek yolu 2008Istinadlar Qrafik improvizeler ustasi Kaspi qezeti 2019 10 07 tarixinde Istifade tarixi 7 oktyabr 2019 Hesenzade Cemile Arif Elesger Baki Azerbaycan Respublikasi Medeniyyet Nazirliyi 2014 seh 4 Emekdar ressam Arif Elesgerovun yubiley sergisi Medeniyyet qezeti 2019 10 07 tarixinde Istifade tarixi 7 oktyabr 2019 Arif Elesgerovun 70 illik yubileyine hesr olunmus ferdi yaradiciliq sergisi kecirilecek trend az 2019 10 07 tarixinde Istifade tarixi 7 oktyabr 2019 Tesviri senet xadimlerine Azerbaycan Respublikasinin fexri adlarinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani e qanun az 2019 10 07 tarixinde Istifade tarixi 7 oktyabr 2019 Azerbaycan Respublikasinin medeniyyet xadimlerinin teltif edilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami president az 16 oktyabr 2021 2021 10 28 tarixinde Istifade tarixi 19 oktyabr 2021