Angel Beats! (エンジェルビーツ!, Enjeru Bītsu!, azərb. Mələk ritmləri!) Na-Ga-nın personaj dizaynerliyi ilə Cun Maedanın orijinal konsepsiyasına əsaslanan 13 seriyadan ibarət Yaponiya anime serialıdır. Maeda ilə Na-Ga "Kanon", "Air" və "Clannad" kimi məşhur oyunları istehsal etmiş Key vizual roman brendinin əməkdaşlarıdırlar. Anime Seyci Kişinin rejissorluğu ilə P.A. Works və Aniplex tərəfindən çəkilmişdir. Baş animasiyaçı Katsuzo Hirata da personaj dizayneri olmuş, Maeda ssenarini yazmışdır. Musiqi Maeda və Anant-Garde Eyes tərəfindən bəstələnmişdir və Satoki İidanın səs rejissorluğu ilə Aniplex tərəfindən istehsal olunmuşdur. Anime serialında hadisələr axirət dünyasında baş verir və hadisələrin əsas diqqət mərkəzində öldükdən sonra yaddaşını itirmiş (Yuzuru Otonaşi) adlı oğlandır. Otonaşi axirət dünyası məktəbinə qatılır və (Yuri Nakamura) adlı qızla rastlaşır. Yuri ona Axirət Dünyası Cəbhəsi (死んだ世界戦線, Shinda Sekai Sensen (SSS)) adlı təşkilata qoşulmağa dəvət edir. Yurinin başçılı etdiyi bu təşkilatın əsas məqsədi tanrıya qarşı döyüşməkdir. SSS-in yeganə düşməni isə fövqəltəbii güclərə malik, məktəb şurasının prezidenti (Mələkdir).
Anime serialı Yaponiyada 3 apreldən 26 iyun 2010-cu ilə kimi CBC telekanalı vasitəsilə yayımlanmışdır. Daha sonra isə BS11, MBS, RKB, TBS və TUT telekanallarında nümayiş etdirilmişdir.Mart ayının əvvəllərində təşkil olunan xüsusi lotereyada qalib gələn şəxslər 22 mart 2010-cu ildə animenin birinci seriyasına daha tez baxa bilmişdilər.23 iyundan 22 dekabr 2010-cu ilə kimi məhdud və daimi nəşrlərlə 7 BD/DVD cildi buraxılmışdır. BD/DVD cildlərinin birinci, dördüncü və altıncı məhdud nəşrlərinə Cun Maeda tərəfindən yazılmış və anime seyüları tərəfindən səsləndirilmiş 3 Drama CD daxil edilmişdir. Yeddinci BD/DVD cildi isə OVA seriyası və əlavə epiloqla birlikdə buraxılmışdır.24 iyun 2015-ci ildə BD boks-seti buraxılmışdır və boks-setə ikinci OVA seriyası daxil edilmişdir.Sentai Filmworks distribütor Section23 Films ilə animeni lisenziyalaşdırmış və BD/DVD şəklində 26 iyul 2011-ci ildə buraxmışdır.Siren Visual animeni Avstraliya və Yeni Zelandiya üçün lisenziyalaşdırmışdır.Manga Entertainment isə animeni Böyük Britaniya üçün lisenziyalaşdırmış və BD/DVD şəklində 25 iyul 2012-ci ildə buraxmışdır.
Anime serialı üçün iki parça mahnıdan istifadə olunmuşdur: bir açılış mahnısı və bir bağlanış mahnısı. Açılış mahnısı Lia tərəfindən ifa olunmuş "My Soul, Your Beats!" (azərb. "Mənim ruhum, sənin ritmlərin!") mahnısıdır. Bu mahnının LiSA tərəfindən ifa olunmuş remiks versiyası serialın 4-cü seriyasında səsləndirilmişdir. Bağlanış mahnısı Aoy Tada tərəfindən ifa olunan "Brave Song" (azərb. "Cəsarət mahnısı") mahnısıdır. Bundan əlavə anime serialı boyunca (Girls Dead Monster) qrupu tərəfindən ifa olunan bir neçə mahnı da səsləndirilmişdir: "Crow Song" (1-ci seriya), "Alchemy" və "My Song" (3-cü seriya), "Thousand Enemies" (5-ci seriya), "Shine Days" və "Ichiban no Takaramono" (一番の宝物, azərb. "Mənim ən dəyərli xəzinəm?) (10-cu seriya).
Seriya siyahısı
№ | Başlıq | Animasiya rejissorları | Yayım tarixi |
---|---|---|---|
1 | "Gediş" | Katsuzo Hirata | 3 aprel 2010 |
(Yuzuru Otonaşi) axirət dünyasında oyanır və sağ ikən yaşadığı xatirələri xatırlamır. Dərhal məktəb şurasının prezidenti olan (Mələyə) snayper tuşlayan Yuri Nakamura ilə rastlaşır. Yuri ona (SSS)-ə qatılıb Mələyə qarşı döyüşməyə dəvət edir, amma Otonaşi bunun əvəzində Mələklə danışmağa gedir. Mələk ona bu dünyada hər kəsin öldüyünü deyir. Otonaşi sübut istəyir və Mələk onu öldürür. Növbəti gün də yüz dəfə öldürülür. Sonda əsas SSS üzvlərinin toplaşdığı SSS otağında oyanır. Otonaşi SSS-ə qatılır, Yuri ona axirət dünyası və (Mələyə) qarşı döyüşmə səbəbləri haqqında qısa məlumat verir. Həmin gecə NPC-lərdən (ing. "non-player character"; azərb. oynanıla bilməyən personaj) yemək biletlərini oğurlamaq üçün SSS Tornado əməliyyatını başladır. SSS ilə əməkdaşlıq edən (Girls Dead Monster) (GDM) musiqi qrupu məktəbin kafeteriyasında NPC-lərin diqqətini yayındırır, bu zaman bəzi SSS üzvləri Mələyə qarşı döyüşür. Əməliyyatdan sonra SSS kafeteriyaya çəkilir və oğurladıqları yemək biletlərini xərcləyirlər. Yemək yeyərkən Otonaşi bütün bu olanların məntiqli olub-olmadığını fikirləşir. | |||
2 | "Gildiya" | Kosuke Kavazura | 10 aprel 2010 |
SSS-in silah tədarükünün azaldığı məlum olur. Buna görə də Yuri 9 SSS üzvü ilə birlikdə silah əldə etmək üçün yerin altında yerləşən Gildiyaya enirlər. Gildiyaya gedən yolda bir çox bubi tələləri var və SSS öyrənir ki, tələlər yenidən aktivləşdirilib, çünki Mələk Gildiyaya yaxınlaşır. Qrup tələlərin arasından Gildiyaya çatmağa çalışır, amma sonda ancaq Yuri və Otonaşi sağ qalırlar. Qısa istirahət zamanı Yuri Otonaşiyə 3 bacı-qardaşının qətli ilə bağlı məlumat verir. Yurinin tanrıya qarşı döyüşməsinin də səbəbi budur: tanrının ona verdiyi bu qisməti bağışlamır. Gildiya üzvləri ilə görüşdükdən sonra Mələk Gildiyanın girişinə lap yaxınlaşır. Yuri Gildiyanı tərk etməyi əmr edir, Gildiya lideri (Çaa) isə Gildiyanı partlatmaq qərarına gəlir. Yuri və Otonaşi Gildiyaya partlayıcıları quraşdırmağa və köhnə yerə qayıtmağa vaxt qazandırmaq üçün Mələklə döyüşürlər. | |||
3 | "Mənim mahnım" | Yuuko İvaoka, Toşihisa Kayya | 17 aprel 2010 |
(Masami İvasava) "My Song" adlı yeni balladasını təqdim edir, amma Yuri bu mahnının SSS-in əməliyyatları üçün yararlı ola biləcəyindən əmin olmur. Yuri SSS-in yeni üzvünü təqdim edir: kompüter hakeri (Takeyama). Tezliklə SSS yeni əməliyyat hazırlayır: Mələyin otağına soxulmalı və kompüterinin şifrəsini qırmalıdırlar. Əməliyyat zamanı Mələyin fikrini yayındırmaq üçün Girls Dead Monster məktəbdə konsert verməlidir. (Yui) ilə görüşdükdən sonra Otonaşi İvasava ilə bir az söhbət edir. İvasava ona tez-tez dava edən ailəsindən, musiqi karyerasına necə başladığından və ölüm səbəbindən danışır. Tezliklə konsert başlayır, Yurinin başlığı altında kiçik bir qrup Mələyin otağına soxulur. Bir neçə müəllim konsertə basqın edir, lakin İvasava balladasını ifa etməyə davam edir. Balladasını ifa etdikdən sonra İvasava axirət dünyasından yoxa çıxır. Əməliyyat zamanı SSS Mələyin güclərini hardan aldığını öyrənir: o, güclərini "Angel Player" adlı xüsusi proqramla yaradır. | |||
4 | "Oyun günü" | Yuuci Miyaşita | 24 aprel 2010 |
Yui İvasavanın yerini tutmaq üçün SSS-ə müraciət edir. Təqdimat zamanı Yui səhvən özünü öldürdükdən sonra Yuri son qərarı Girls Dead Monster qrupuna buraxır. Yuri SSS-ə komandalar təşkil edib növbəti beyzbol turnirində iştirak etməyi əmr edir. Hideki Hinata və Otonaşi komanda təşkil edirlər, lakin əsas SSS üzvlərini komandaya qata bilmirlər. Sonda komandaya Yuini, Şiinanı, Nodanı və 3 qız NPC-ni komandaya cəlb edirlər. Birinci raundda SSS komandaları NPC komandalarını məğlub edirlər, lakin tezliklə hər biri Mələk tərəfindən qurulmuş komandaya uduzmağa başlayır. Hidekinin komandası sonuncu qalan SSS komandası olur və Mələyin komandası ilə finalda oynamaq hüququ qazanır. Sonuncu atışda beyzbol topu düz Hidekinin üzərinə gəlir. Bu, ona real həyatda yaşadığı uğursuzluğu xatırladır və istəmədən topu tutmaq istəyir. Topu tutduğu anda arzusunu həyata keçirəcəyindən və yox olacağından Otonaşi onu dayandırmağa çalışır, lakin əvəzində Yui Hidekiyə cumur və topu tutmasının qarşısını alır. Nəticədə, Mələyin komandası qalib gəlir və Yuri əsəbləşir. | |||
5 | "Sevimli ləzzət" | Heo Qi Don, Kosuke Kavazura, Kensuke Şu | 1 may 2010 |
Yuri yeni SSS əməliyyatı başladır: imtahanlar zamanı təxribat törədib Mələyin qiymətlərini korlamalı və məktəbdəki nüfuzuna xələl gətirməlidirlər. Əməliyyat zamanı Otonaşi özünü Mələyə təqdim edir və onun əsl adının (Kanade Taçibana) olduğunu öyrənir. SSS üzvləri imtahanda müəllim və digər şagirdlərin fikrini yayındırmaq üçün min oyundan çıxırlar, bu, Takeyamaya Kanadenin cavab kağızlarını saxta olanları ilə dəyişməyə imkan verir. İmtahanların nəticəsi məlum olduqdan qısa müddət sonra Kanade məktəb şurası prezidentliyi vəzifəsini (Ayato Naoya) verməli olur. SSS Tornado əməliyyatına başlayır, bu zaman Mələk SSS-i təəccübləndirən hərəkət edir: əməliyyata qarışmır və özünə mapo dofu almaq üçün bilet alır. Əməliyyat zamanı Kanadenin biletini külək aparır və Otonaşinin qabağına düşür. Otonaşi onun sevdiyi yeməyi yeməyə qərar verir və ona qarşı simpatiya duyur. Həmin an Naoy bir neçə NPC ilə gəlir və SSS-i itaətsizliyinə görə cəzalandıracağını bildirir. | |||
6 | "Ailə macərası" | Tadaşi Hiramatsu | 8 may 2010 |
SSS üzvləri həbsdən azad edilirlər. Yuri Naoyu test etmək məqsədi ilə SSS üzvlərinə dərsdə özlərini daha qəribə aparmalarını əmr edir, lakin Naoy sayıqlığını qoruyur. Yuri Naoyun əslində NPC olmadığını, əslində insan olduğunu və bu dünyadan yox olmamaq üçün NPC-ləri döydüyünü aşkar edir. Otonaşi Kanadeni kafeteriyada birlikdə yemək yeməyə dəvət edir, lakin Naoy onları dərs zamanı yemək yediklərinə görə həbs edir. Kanade Otonaşiyə dostlaşdığı hər kəsin yoxa çıxdığını deyir. Yuri portativ radiostansiyanın köməyi ilə Otonaşiyə Naoy haqqında öyrəndiyi həqiqətləri çatdırır. Söhbət zamanı SSS üzvləri hipnoz qabiliyyəti sayəsində NPC-ləri qalxan kimi istifadə edən Naoya uduzur. Otonaşi Kanade ilə birlikdə həbsdən qaçıb Naoyu dayandırmağa gedirlər, amma SSS-in artıq məğlub olduğunu görürlər. Naoy Yurini hipnoz etməyə çalışır, lakin Otonaşi onu dayandırır. Naoy ölmüş qardaşının yerini tutduğu haqsız həyatını danışır və ağlamağa başlayır. Otonaşi onu qucaqlayır və qəbul edir. | |||
7 | "Sağ" | Yuuko İvaoka, Takehiko Matsumoto | 15 may 2010 |
Naoy SSS-ə qoşulur və Yuri ondan hipnoz qabiliyyətindən Otonaşinin keçmiş həyatı ilə bağlı xatirələrini geri qaytarmaq üçün istifadə etməsini istəyir. Otonaşi yavaş-yavaş xatırlamağa başlayır: Otonaşinin Hatsune adlı xəstə kiçik bacısı var imiş və həmişə xəstəxanaya onun ziyarətinə gəlirmiş. Hatsunenin ölümündən sonra Otonaşi həkim olmağa qərar veribmiş, lakin qatar qəzasında ölübmüş. Otonaşi bunları xatırladıqdan sonra bir az ağlayır və yeni motivasiya ilə SSS-in üzvü olmağa davam edir. Yetərsiz sayda olan yemək biletlərinə görə SSS nəhəng balıq bədheybətini — Çay bədheybətini tutmaq üçün çaya yollanır. Yolda Otonaşi Kanadeni dəvət edir və bədheybəti yaxalayan elə Kanade olur. Balıq həddən artıq böyük olduğundan SSS artıq qalmış payı NPC-lərə də paylamaq qərarına gəlir. NPC-lərə paylayarkən Kanade və Otonaşi həmişə SSS-lə birlikdə olacaqlarına söz verirlər. Lakin qəflətən Yuri yaralanmış halda qaça-qaça gəlir və naməlum bir Mələk ilə döyüşdüyünü deyir. Bu zaman parlaq qırmızı gözlərə malik ikinci Mələk peyda olur. | |||
8 | "Qaranlıqdakı rəqqas" | Yuuci Miyaşita | 22 may 2010 |
SSS aqresiv ikinci Mələyə qarşı müdafiə olunur və döyüş Kanadenin ikinci Mələyə zərbə endirməsi ilə başa çatır. Yuri Kanadenin "harmoniklər" adlı gücə malik olduğunu xatırlayır: bu güclə Kanade öz klonunu yarada bilir. Yuri SSS üzvlərinə yox olmamaq şərti ilə dərslərə qatılmağı əmr edir, özü isə Kanadenin kompüterinə soxularaq "Angel Player" proqramına "harmoniklər" bacarığını geriyə qaytaran bacarıqlar əlavə edir. Bu zaman orijinal Kanade oğurlanır və SSS onun tərk edilmiş Gildiyada olduğunu öyrənir. Yolda SSS üzvləri Gildiyanın tələləri əvəzinə dəfələrlə Mələyin klonları ilə rastlaşırlar və yenə sonda Yuri ilə Otonaşi qalır. Yuri sonuncu klonun işini görür, Otonaşi isə orijinal Kanadeyə "harmoniklər" bacarığından yenidən istifadə etməsini istəyir. Yeni klon Otonaşiyə bütün klonların Kanadeyə qayıtmasının riski haqqında məlumat verir. Yurinin əmici proqramı işə düşür və bütün klonlar orijinal Kanadenin içinə çəkilir. | |||
9 | "Sənin xatirəndə" | Kanami Sekiquçi | 29 may 2010 |
Kanadenin oyanmasını gözləyərkən Otonaşi yuxulayır və öldüyü yeraltı qatar qəzası haqqındakı detlları xatırlayır. Bir həftə tuneldə ilişən Otonaşi İqaraşi adlı adamın köməyi ilə qəzadan zərər görən insanları sağaldıb və onlara kömək edibmiş. Otonaşinin səyləri ilə bir çox insanlar sağ qalıbmış, lakin özü xilasetmə komandasının düz köməyə gəldi anda ölübmüş. Kanade oyananda Otonaşi həyatı və ölümü haqqında daha optimist olur. Otonaşi Kanadenin əsl məqsədinin axirət dünyasındakı insanlara arzularını həyata keçirmələrinə və buradan yox olmalarına kömək olduğunu öyrənir. Otonaşi Kanade ilə birlikdə bu məqsədi həyata keçirməyə və ona kömək etməyə qərar verir. Onlar axirət dünyasının əsl təbiətini başa düşürlər: keçmiş peşmançılıqları düzəltmək üçün şans. Tezliklə Kanade məktəb şurası prezidentliyi, Naoy isə vitse-prezidentliyi vəzifəsinə qayıdır. Qalan SSS üzvlərini isə Kanadenin hələ Mələk olduğunu düşünürlər. | |||
10 | "Vidalaşma günləri" | Yuriko İşii, Kosuke Kavazura, Misaki Suzuki | 5 iyun 2010 |
Otonaşi və Kanade əvvəlcə Yuini hədəf kimi seçirlər. Kiçik gitara oğurluğu planından sonra Otonaşi onun keçmiş həyatında iflic olduğunu və arzularının siyahısını öyrənir: alman suplesi hərəkətini ifa etmək, beş oyunçunu keçərək qol vurmaq və houm-ran etmək. Otonaşi ilk iki istəyinin yerinə yetirilməsində kömək edir. Yui bir neçə gün çalışsa da houm-ran edə bilmir, lakin çox əyləndiyini bildirir. İndi onun xüsusi arzusu var: . Qəflətən Hinata onun iflic olmasına baxmayaraq onunla evlənəcəyini bildirir. Bir-biriləri yenidən görüşmək ehtimalının az olduğunu bildirərək Hinata xoşbəxt olacaqlarını deyir və Yuinin bütün arzularını həyata keçmiş olur. Yui yoxa çıxdıqdan sonra Hinata da Otonaşi ilə Kanadeyə kömək etməyə qərar verir. Bu zaman (Noda) və (Oyama) müəmmalı bədheybətin hücumuna məruz qalırlar. (Yusa) həmin bədheybəti "kölgə" adlandırır. | |||
11 | "Dünyanı dəyişmək" | Heo Qi Don, Kosuke Kavazura, Qi Nam Kim | 12 iyun 2010 |
Hinata və Naoy Otonaşinin əsas köməkçisi rolu üstündə mübahisə etdikləri zaman bir kölgə bədheybət Naoya hücum edir və Otonaşi ilə Hinata bədheybəti məhv edirlər. Yusa bu hadisəni Yuriyə bildirir. Yuri kölgə bədheybətlər haqqında məlumat əldə etmək üçün Kanadeni görüşə çağırır. Görüşə Otonaşi, Hinata və Naoy da qatılırlar. Görüş qısa çəkir: onlar kölgə bədheybətlərin Noda, (TK) və Şiinanı mühasirəyə aldığını görürlər. Onlar da döyüşə qatılırlar və döyüş zamanı Yuri kölgə bədheybətlərin NPC-lərdən yarandığını görür. Döyüşdən sonra (Fucimaki) Takamatsunun kölgə bədheybətlər tərəfindən yeyildiyini deyir, amma növbəti gün ruhsuz NPC-yə çevrilmiş halda sinifdə tapılır. Problemi həll etmək üçün Yuri böyük SSS qrupu yığır və Otonaşi hər kəsin bu dünyadan getməsi ideyasını bölüşür. Hinata və Naoy bu ideyaya dəstək verirlər. Yuri Kanadenin köməyini də alır və kölgə bədheybətlərin mənbəyini axtarmağa çıxır. Digər SSS üzvləri bu dünyadan yoxa çıxmaq qərarına gəlirlər. Yuri məktəbin bir çox kompüterlərinin oğurlandığını öyrənir və kompüter otağından Gildiyaya gedən gizli yol tapır. | |||
12 | "Cənnətin qapısını döymək" | Katsuzo Hirata, Eyyo Kuraqava | 29 iyun 2010 |
Səhər Kanade böyük bir kölgə bədheybət sürüsünə qarşı döyüşür. SSS üzvlərinin əksəriyyəti və Girls Dead Monster musiqi qrupunun üzvləri bu dünyanı tərk etməyə qərar verirlər və bu dünyada birlikdə keçirdikləri vaxtdan məmnun olduqlarını bildirirlər. SSS-in əsas üzvlərini get-gedə artmaqda olan kölgə bədheybətlərə qarşı döyüşməyə davam edirlər. Şiina Otonaşidən ayrılmasını istəyir, Naoy və Hinata onu izləyirlər. Adi məktəb həyatını xəyal edən Yuri az qalan NPC-yə çevrilir, lakin Otonaşi, Kanade, Hinata və Naoy onu xilas edirlər. Onlar daha çox kölgə bədheybətlə döyüşürlər. Yuri oğurlanmış kompüterlərin saxlanıldığı gizli otağa daxil olur və bütün kompüterlərin "Angel Player" proqramına qoşulu olduğunu görür. Yuri otaqda naməlum oğlanla rastlaşır və ona axirət dünyası haqqında suallar verir. Sonda Yuri oğlanın axirət dünyasının tanrısı olmaq təklifini rədd edir və bütün kompüterləri məhv edir. Daha sonra Yuri ölmüş bacı-qardaşlarını xəyal edir, Otonaşi və dostlarını onu lazaretə gətirib oyanmasını gözləyirlər. | |||
13 | "Məzuniyyət" | Kosuke Kavazura, Yuuci Miyaşita, Misaki Suzuki | 26 iyun 2010 |
Kölgə bədheybətlərin hücumundan 3 gün keçdikdən sonra bu dünyada ancaq Otonaşi, Yuri, Kanade, Hinata və Naoy qalırlar. Digərləri isə bu dünyanı tərk ediblər. Kanadenin ideyası ilə kiçik məzuniyyət tədbiri keçirirlər: himn oxuyurlar, diplom alırlar, nitq söyləyirlər. Tədbirin sonunda Naoy axirət dünyasını tərk edir; Yuri getməzdən əvvəl Kanade ilə sülh bağlayır; Hinatanın vidası qısa çəkir. Sonda ancaq Otonaşi və Kanade qalırlar. Otonaşi Kanadeyə bu dünyaya gələcək yeni insanlara kömək etmək məqsədilə bu dünyada qalmağı təklif edir. Otonaşi ona qarşı sevgisini də etiraf edir. Lakin Kanade onun ürəyinin ona transplantasiya edildiyini açıqlayır və ən böyük peşmançılığının ona təşəkkür edə bilməməsi olduğunu deyir. Kanade minnətdarlığını bildirdikdən sonra yoxa çıxır və Otonaşini ümidsiz göz yaşları içində qoyur. Ən sonda — epiloqda küçədə Kanadeni xatırladan bir qız İvasavanın "My Song" mahnısını vızıldayır və onun yanından keçən, Otonaşini xatırladan bir oğlan bu melodiyanı tanıyır. Qız hərəkət etməyə başlayanda oğlan ona toxunmaq üçün yanına qaçır. Səhnə oğlanın qıza toxunduğu an ağ fona bürünməsi ilə başa çatır. Alternativ epiloqda Otonaşi axirət dünyasında qalır, yeni məktəb şurası prezidenti olur və yeni gələnlərə bu dünyadan yoxa çıxmağa kömək edir. | |||
OVA | "Stairway to Heaven" | Kosuke Kavazura, Yuuci Miyaşita, Misaki Suzuki | 22 dekabr 2010 |
Hadisələr 4-cü və 5-ci seriyaların arasında baş verir. Yuri Yüksək gərginlik sindromu əməliyyatını başladır və SSS üzvlərinə bütün gün hiperaktiv şəkildə əylənməsini əmr edir. Yuri ümid edir ki, Mələk onları düz tanrının yanına aparacaq, amma əməliyyatın uğursuzluğuna görə 1 həftəlik açlıq elan edir. Hər kəs saxta şəkildə özünü həvəsli və çoşqun göstərməyə məcbur olur. "Gərginlikmetr" hər fəaliyyətin həyəcan dərəcəsini ölçür. Yuri bütün əməliyyat boyunca müşahidələr aparır. Bu zaman Mələk yoxa çıxır və bir yerə doğru gedir. SSS onu izləyir və girdiyi yerin tanrının evi olduğunu güman edir. Lakin əvəzində sadəcə Mələyin qayğısına qaldığı adi bağ tapırlar. | |||
OVA | "Hell's Kitchen" | Yuuci Miyaşita | 24 iyun 2015 |
Hadisələr 2-ci və 3-cü seriyaların arasında Qızıl həftədə baş verir. Yuri SSS-i ölümcül piknikə aparır. SSS üzvləri müxtəlif tələlərdən və alətlərdən istifadə edərək bir-birilərini öldürməlidirlər. Vəziyyətdən istifadə etmək istəyən Girls Dead Monster üzvləri (İrie) və (Sekine) İvasavanı öldürmək və qrupun kontrolunu əldə etmək qərarına gəlirlər. Oğlanların çoxu müxtəlif tələlərə düşüb yarışdan çıxır, təkcə Otonaşi qalır. İrie və Sekine İvasavanı bir çox çuxurlara salmağa çalışırlar, amma İvasava hər birindən sağ çıxır və təmkinliyini qoruyur. Şiinanın köməyi ilə sonuncu silahlarını — ölümcül çiy qaraciyər qarışımını hazırlayırlar, amma qurban (Hisako) olur. Hisako hətta Mələyin belə dayandıra bilmədiyi qana susamış bədheybətə çevrilir. Bir müddət sonra İrie və Sekine Yuiyə olanları və qrupun indiki adını hardan tapdıqlarını danışırlar. |
İstinadlar
- "スタッフ" (Japanese). . 2009-10-03 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Key's Angel Beats! Project Gets TV Anime Green-Lit". Anime News Network. May 27, 2009. 2009-05-30 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Key's Angel Beats! Anime Promo Videos Streamed". Anime News Network. May 30, 2009. 2009-06-01 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "放送情報" (Japanese). . 2010-03-04 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "イチ早く『Angel Beats!』を見たい人に試写会応募情報をお届け" (Japanese). . March 8, 2010. March 10, 2010 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Blu-ray & DVD 「Angel Beats!」 第1巻" (Japanese). . 2016-09-12 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Blu-ray & DVD 「Angel Beats!」 第7巻" (Japanese). . 2010-06-27 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- (Japanese). . April 14, 2010. April 24, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
- (Japanese). . June 1, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
- (Japanese). . June 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
- . Anime News Network. June 24, 2010. 2010-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
- . Anime News Network. September 27, 2010. 2010-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016. (#invalid_param_val)
- "『Angel Beats!』BD-BOXが2015年6月24日に発売 麻枝准氏書き下ろしの特別篇を収録" (Japanese). . December 22, 2014. December 22, 2014 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Angel Beats! Gets New Episode With Anime Blu-ray Box". Anime News Network. December 22, 2014. 2014-12-22 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Sentai Filmworks Adds Angel Beats! Fantasy TV Anime". Anime News Network. March 25, 2011. 2011-03-26 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- "Section23 Adds Hidamari Sketch x Hoshimittsu, Orphen". Anime News Network. April 18, 2011. 2011-04-21 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- . . June 20, 2011. June 24, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2016.
- "Angel Beats Licensed by Manga Entertainment". Anime News Network. October 7, 2011. 2011-12-11 tarixində . İstifadə tarixi: 4 iyul 2016.
- あらすじ&次回予告 (Japanese). . 2011-01-30 tarixində . İstifadə tarixi: 30 iyun 2016.
- 2010年4月2日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年4月9日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年4月16日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年4月23日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年4月30日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年5月7日(金曜日)の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 5月14日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 5月21日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 5月28日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 6月4日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 6月11日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 6月18日(金) の番組表 (Japanese). . June 17, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
- 2010年 6月25日(金) の番組表 (Japanese). . June 25, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 iyun 2016.
Xarici keçidlər
- Angel Beats! rəsmi saytı (yap.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Angel Beats エンジェルビーツ Enjeru Bitsu azerb Melek ritmleri Na Ga nin personaj dizaynerliyi ile Cun Maedanin orijinal konsepsiyasina esaslanan 13 seriyadan ibaret Yaponiya anime serialidir Maeda ile Na Ga Kanon Air ve Clannad kimi meshur oyunlari istehsal etmis Key vizual roman brendinin emekdaslaridirlar Anime Seyci Kisinin rejissorlugu ile P A Works ve Aniplex terefinden cekilmisdir Bas animasiyaci Katsuzo Hirata da personaj dizayneri olmus Maeda ssenarini yazmisdir Musiqi Maeda ve Anant Garde Eyes terefinden bestelenmisdir ve Satoki Iidanin ses rejissorlugu ile Aniplex terefinden istehsal olunmusdur Anime serialinda hadiseler axiret dunyasinda bas verir ve hadiselerin esas diqqet merkezinde oldukden sonra yaddasini itirmis Yuzuru Otonasi adli oglandir Otonasi axiret dunyasi mektebine qatilir ve Yuri Nakamura adli qizla rastlasir Yuri ona Axiret Dunyasi Cebhesi 死んだ世界戦線 Shinda Sekai Sensen SSS adli teskilata qosulmaga devet edir Yurinin bascili etdiyi bu teskilatin esas meqsedi tanriya qarsi doyusmekdir SSS in yegane dusmeni ise fovqeltebii guclere malik mekteb surasinin prezidenti Melekdir terefinden buraxilmis ilk DVD nin uzluyu Personaj Yuri Anime seriali Yaponiyada 3 aprelden 26 iyun 2010 cu ile kimi CBC telekanali vasitesile yayimlanmisdir Daha sonra ise BS11 MBS RKB TBS ve TUT telekanallarinda numayis etdirilmisdir Mart ayinin evvellerinde teskil olunan xususi lotereyada qalib gelen sexsler 22 mart 2010 cu ilde animenin birinci seriyasina daha tez baxa bilmisdiler 23 iyundan 22 dekabr 2010 cu ile kimi mehdud ve daimi nesrlerle 7 BD DVD cildi buraxilmisdir BD DVD cildlerinin birinci dorduncu ve altinci mehdud nesrlerine Cun Maeda terefinden yazilmis ve anime seyulari terefinden seslendirilmis 3 Drama CD daxil edilmisdir Yeddinci BD DVD cildi ise OVA seriyasi ve elave epiloqla birlikde buraxilmisdir 24 iyun 2015 ci ilde BD boks seti buraxilmisdir ve boks sete ikinci OVA seriyasi daxil edilmisdir Sentai Filmworks distributor Section23 Films ile animeni lisenziyalasdirmis ve BD DVD seklinde 26 iyul 2011 ci ilde buraxmisdir Siren Visual animeni Avstraliya ve Yeni Zelandiya ucun lisenziyalasdirmisdir Manga Entertainment ise animeni Boyuk Britaniya ucun lisenziyalasdirmis ve BD DVD seklinde 25 iyul 2012 ci ilde buraxmisdir Anime seriali ucun iki parca mahnidan istifade olunmusdur bir acilis mahnisi ve bir baglanis mahnisi Acilis mahnisi Lia terefinden ifa olunmus My Soul Your Beats azerb Menim ruhum senin ritmlerin mahnisidir Bu mahninin LiSA terefinden ifa olunmus remiks versiyasi serialin 4 cu seriyasinda seslendirilmisdir Baglanis mahnisi Aoy Tada terefinden ifa olunan Brave Song azerb Cesaret mahnisi mahnisidir Bundan elave anime seriali boyunca Girls Dead Monster qrupu terefinden ifa olunan bir nece mahni da seslendirilmisdir Crow Song 1 ci seriya Alchemy ve My Song 3 cu seriya Thousand Enemies 5 ci seriya Shine Days ve Ichiban no Takaramono 一番の宝物 azerb Menim en deyerli xezinem 10 cu seriya Seriya siyahisi Basliq Animasiya rejissorlari Yayim tarixi1 Gedis Katsuzo Hirata3 aprel 2010Yuzuru Otonasi axiret dunyasinda oyanir ve sag iken yasadigi xatireleri xatirlamir Derhal mekteb surasinin prezidenti olan Meleye snayper tuslayan Yuri Nakamura ile rastlasir Yuri ona SSS e qatilib Meleye qarsi doyusmeye devet edir amma Otonasi bunun evezinde Melekle danismaga gedir Melek ona bu dunyada her kesin olduyunu deyir Otonasi subut isteyir ve Melek onu oldurur Novbeti gun de yuz defe oldurulur Sonda esas SSS uzvlerinin toplasdigi SSS otaginda oyanir Otonasi SSS e qatilir Yuri ona axiret dunyasi ve Meleye qarsi doyusme sebebleri haqqinda qisa melumat verir Hemin gece NPC lerden ing non player character azerb oynanila bilmeyen personaj yemek biletlerini ogurlamaq ucun SSS Tornado emeliyyatini basladir SSS ile emekdasliq eden Girls Dead Monster GDM musiqi qrupu mektebin kafeteriyasinda NPC lerin diqqetini yayindirir bu zaman bezi SSS uzvleri Meleye qarsi doyusur Emeliyyatdan sonra SSS kafeteriyaya cekilir ve ogurladiqlari yemek biletlerini xercleyirler Yemek yeyerken Otonasi butun bu olanlarin mentiqli olub olmadigini fikirlesir 2 Gildiya Kosuke Kavazura10 aprel 2010SSS in silah tedarukunun azaldigi melum olur Buna gore de Yuri 9 SSS uzvu ile birlikde silah elde etmek ucun yerin altinda yerlesen Gildiyaya enirler Gildiyaya geden yolda bir cox bubi teleleri var ve SSS oyrenir ki teleler yeniden aktivlesdirilib cunki Melek Gildiyaya yaxinlasir Qrup telelerin arasindan Gildiyaya catmaga calisir amma sonda ancaq Yuri ve Otonasi sag qalirlar Qisa istirahet zamani Yuri Otonasiye 3 baci qardasinin qetli ile bagli melumat verir Yurinin tanriya qarsi doyusmesinin de sebebi budur tanrinin ona verdiyi bu qismeti bagislamir Gildiya uzvleri ile gorusdukden sonra Melek Gildiyanin girisine lap yaxinlasir Yuri Gildiyani terk etmeyi emr edir Gildiya lideri Caa ise Gildiyani partlatmaq qerarina gelir Yuri ve Otonasi Gildiyaya partlayicilari qurasdirmaga ve kohne yere qayitmaga vaxt qazandirmaq ucun Melekle doyusurler 3 Menim mahnim Yuuko Ivaoka Tosihisa Kayya17 aprel 2010Masami Ivasava My Song adli yeni balladasini teqdim edir amma Yuri bu mahninin SSS in emeliyyatlari ucun yararli ola bileceyinden emin olmur Yuri SSS in yeni uzvunu teqdim edir komputer hakeri Takeyama Tezlikle SSS yeni emeliyyat hazirlayir Meleyin otagina soxulmali ve komputerinin sifresini qirmalidirlar Emeliyyat zamani Meleyin fikrini yayindirmaq ucun Girls Dead Monster mektebde konsert vermelidir Yui ile gorusdukden sonra Otonasi Ivasava ile bir az sohbet edir Ivasava ona tez tez dava eden ailesinden musiqi karyerasina nece basladigindan ve olum sebebinden danisir Tezlikle konsert baslayir Yurinin basligi altinda kicik bir qrup Meleyin otagina soxulur Bir nece muellim konserte basqin edir lakin Ivasava balladasini ifa etmeye davam edir Balladasini ifa etdikden sonra Ivasava axiret dunyasindan yoxa cixir Emeliyyat zamani SSS Meleyin guclerini hardan aldigini oyrenir o guclerini Angel Player adli xususi proqramla yaradir 4 Oyun gunu Yuuci Miyasita24 aprel 2010Yui Ivasavanin yerini tutmaq ucun SSS e muraciet edir Teqdimat zamani Yui sehven ozunu oldurdukden sonra Yuri son qerari Girls Dead Monster qrupuna buraxir Yuri SSS e komandalar teskil edib novbeti beyzbol turnirinde istirak etmeyi emr edir Hideki Hinata ve Otonasi komanda teskil edirler lakin esas SSS uzvlerini komandaya qata bilmirler Sonda komandaya Yuini Siinani Nodani ve 3 qiz NPC ni komandaya celb edirler Birinci raundda SSS komandalari NPC komandalarini meglub edirler lakin tezlikle her biri Melek terefinden qurulmus komandaya uduzmaga baslayir Hidekinin komandasi sonuncu qalan SSS komandasi olur ve Meleyin komandasi ile finalda oynamaq huququ qazanir Sonuncu atisda beyzbol topu duz Hidekinin uzerine gelir Bu ona real heyatda yasadigi ugursuzlugu xatirladir ve istemeden topu tutmaq isteyir Topu tutdugu anda arzusunu heyata kecireceyinden ve yox olacagindan Otonasi onu dayandirmaga calisir lakin evezinde Yui Hidekiye cumur ve topu tutmasinin qarsisini alir Neticede Meleyin komandasi qalib gelir ve Yuri eseblesir 5 Sevimli lezzet Heo Qi Don Kosuke Kavazura Kensuke Su1 may 2010Yuri yeni SSS emeliyyati basladir imtahanlar zamani texribat toredib Meleyin qiymetlerini korlamali ve mektebdeki nufuzuna xelel getirmelidirler Emeliyyat zamani Otonasi ozunu Meleye teqdim edir ve onun esl adinin Kanade Tacibana oldugunu oyrenir SSS uzvleri imtahanda muellim ve diger sagirdlerin fikrini yayindirmaq ucun min oyundan cixirlar bu Takeyamaya Kanadenin cavab kagizlarini saxta olanlari ile deyismeye imkan verir Imtahanlarin neticesi melum olduqdan qisa muddet sonra Kanade mekteb surasi prezidentliyi vezifesini Ayato Naoya vermeli olur SSS Tornado emeliyyatina baslayir bu zaman Melek SSS i teeccublendiren hereket edir emeliyyata qarismir ve ozune mapo dofu almaq ucun bilet alir Emeliyyat zamani Kanadenin biletini kulek aparir ve Otonasinin qabagina dusur Otonasi onun sevdiyi yemeyi yemeye qerar verir ve ona qarsi simpatiya duyur Hemin an Naoy bir nece NPC ile gelir ve SSS i itaetsizliyine gore cezalandiracagini bildirir 6 Aile macerasi Tadasi Hiramatsu8 may 2010SSS uzvleri hebsden azad edilirler Yuri Naoyu test etmek meqsedi ile SSS uzvlerine dersde ozlerini daha qeribe aparmalarini emr edir lakin Naoy sayiqligini qoruyur Yuri Naoyun eslinde NPC olmadigini eslinde insan oldugunu ve bu dunyadan yox olmamaq ucun NPC leri doyduyunu askar edir Otonasi Kanadeni kafeteriyada birlikde yemek yemeye devet edir lakin Naoy onlari ders zamani yemek yediklerine gore hebs edir Kanade Otonasiye dostlasdigi her kesin yoxa cixdigini deyir Yuri portativ radiostansiyanin komeyi ile Otonasiye Naoy haqqinda oyrendiyi heqiqetleri catdirir Sohbet zamani SSS uzvleri hipnoz qabiliyyeti sayesinde NPC leri qalxan kimi istifade eden Naoya uduzur Otonasi Kanade ile birlikde hebsden qacib Naoyu dayandirmaga gedirler amma SSS in artiq meglub oldugunu gorurler Naoy Yurini hipnoz etmeye calisir lakin Otonasi onu dayandirir Naoy olmus qardasinin yerini tutdugu haqsiz heyatini danisir ve aglamaga baslayir Otonasi onu qucaqlayir ve qebul edir 7 Sag Yuuko Ivaoka Takehiko Matsumoto15 may 2010Naoy SSS e qosulur ve Yuri ondan hipnoz qabiliyyetinden Otonasinin kecmis heyati ile bagli xatirelerini geri qaytarmaq ucun istifade etmesini isteyir Otonasi yavas yavas xatirlamaga baslayir Otonasinin Hatsune adli xeste kicik bacisi var imis ve hemise xestexanaya onun ziyaretine gelirmis Hatsunenin olumunden sonra Otonasi hekim olmaga qerar veribmis lakin qatar qezasinda olubmus Otonasi bunlari xatirladiqdan sonra bir az aglayir ve yeni motivasiya ile SSS in uzvu olmaga davam edir Yetersiz sayda olan yemek biletlerine gore SSS neheng baliq bedheybetini Cay bedheybetini tutmaq ucun caya yollanir Yolda Otonasi Kanadeni devet edir ve bedheybeti yaxalayan ele Kanade olur Baliq hedden artiq boyuk oldugundan SSS artiq qalmis payi NPC lere de paylamaq qerarina gelir NPC lere paylayarken Kanade ve Otonasi hemise SSS le birlikde olacaqlarina soz verirler Lakin qefleten Yuri yaralanmis halda qaca qaca gelir ve namelum bir Melek ile doyusduyunu deyir Bu zaman parlaq qirmizi gozlere malik ikinci Melek peyda olur 8 Qaranliqdaki reqqas Yuuci Miyasita22 may 2010SSS aqresiv ikinci Meleye qarsi mudafie olunur ve doyus Kanadenin ikinci Meleye zerbe endirmesi ile basa catir Yuri Kanadenin harmonikler adli guce malik oldugunu xatirlayir bu gucle Kanade oz klonunu yarada bilir Yuri SSS uzvlerine yox olmamaq serti ile derslere qatilmagi emr edir ozu ise Kanadenin komputerine soxularaq Angel Player proqramina harmonikler bacarigini geriye qaytaran bacariqlar elave edir Bu zaman orijinal Kanade ogurlanir ve SSS onun terk edilmis Gildiyada oldugunu oyrenir Yolda SSS uzvleri Gildiyanin teleleri evezine defelerle Meleyin klonlari ile rastlasirlar ve yene sonda Yuri ile Otonasi qalir Yuri sonuncu klonun isini gorur Otonasi ise orijinal Kanadeye harmonikler bacarigindan yeniden istifade etmesini isteyir Yeni klon Otonasiye butun klonlarin Kanadeye qayitmasinin riski haqqinda melumat verir Yurinin emici proqrami ise dusur ve butun klonlar orijinal Kanadenin icine cekilir 9 Senin xatirende Kanami Sekiquci29 may 2010Kanadenin oyanmasini gozleyerken Otonasi yuxulayir ve olduyu yeralti qatar qezasi haqqindaki detllari xatirlayir Bir hefte tunelde ilisen Otonasi Iqarasi adli adamin komeyi ile qezadan zerer goren insanlari sagaldib ve onlara komek edibmis Otonasinin seyleri ile bir cox insanlar sag qalibmis lakin ozu xilasetme komandasinin duz komeye geldi anda olubmus Kanade oyananda Otonasi heyati ve olumu haqqinda daha optimist olur Otonasi Kanadenin esl meqsedinin axiret dunyasindaki insanlara arzularini heyata kecirmelerine ve buradan yox olmalarina komek oldugunu oyrenir Otonasi Kanade ile birlikde bu meqsedi heyata kecirmeye ve ona komek etmeye qerar verir Onlar axiret dunyasinin esl tebietini basa dusurler kecmis pesmanciliqlari duzeltmek ucun sans Tezlikle Kanade mekteb surasi prezidentliyi Naoy ise vitse prezidentliyi vezifesine qayidir Qalan SSS uzvlerini ise Kanadenin hele Melek oldugunu dusunurler 10 Vidalasma gunleri Yuriko Isii Kosuke Kavazura Misaki Suzuki5 iyun 2010Otonasi ve Kanade evvelce Yuini hedef kimi secirler Kicik gitara ogurlugu planindan sonra Otonasi onun kecmis heyatinda iflic oldugunu ve arzularinin siyahisini oyrenir alman suplesi hereketini ifa etmek bes oyuncunu kecerek qol vurmaq ve houm ran etmek Otonasi ilk iki isteyinin yerine yetirilmesinde komek edir Yui bir nece gun calissa da houm ran ede bilmir lakin cox eylendiyini bildirir Indi onun xususi arzusu var Qefleten Hinata onun iflic olmasina baxmayaraq onunla evleneceyini bildirir Bir birileri yeniden gorusmek ehtimalinin az oldugunu bildirerek Hinata xosbext olacaqlarini deyir ve Yuinin butun arzularini heyata kecmis olur Yui yoxa cixdiqdan sonra Hinata da Otonasi ile Kanadeye komek etmeye qerar verir Bu zaman Noda ve Oyama muemmali bedheybetin hucumuna meruz qalirlar Yusa hemin bedheybeti kolge adlandirir 11 Dunyani deyismek Heo Qi Don Kosuke Kavazura Qi Nam Kim12 iyun 2010Hinata ve Naoy Otonasinin esas komekcisi rolu ustunde mubahise etdikleri zaman bir kolge bedheybet Naoya hucum edir ve Otonasi ile Hinata bedheybeti mehv edirler Yusa bu hadiseni Yuriye bildirir Yuri kolge bedheybetler haqqinda melumat elde etmek ucun Kanadeni goruse cagirir Goruse Otonasi Hinata ve Naoy da qatilirlar Gorus qisa cekir onlar kolge bedheybetlerin Noda TK ve Siinani muhasireye aldigini gorurler Onlar da doyuse qatilirlar ve doyus zamani Yuri kolge bedheybetlerin NPC lerden yarandigini gorur Doyusden sonra Fucimaki Takamatsunun kolge bedheybetler terefinden yeyildiyini deyir amma novbeti gun ruhsuz NPC ye cevrilmis halda sinifde tapilir Problemi hell etmek ucun Yuri boyuk SSS qrupu yigir ve Otonasi her kesin bu dunyadan getmesi ideyasini bolusur Hinata ve Naoy bu ideyaya destek verirler Yuri Kanadenin komeyini de alir ve kolge bedheybetlerin menbeyini axtarmaga cixir Diger SSS uzvleri bu dunyadan yoxa cixmaq qerarina gelirler Yuri mektebin bir cox komputerlerinin ogurlandigini oyrenir ve komputer otagindan Gildiyaya geden gizli yol tapir 12 Cennetin qapisini doymek Katsuzo Hirata Eyyo Kuraqava29 iyun 2010Seher Kanade boyuk bir kolge bedheybet surusune qarsi doyusur SSS uzvlerinin ekseriyyeti ve Girls Dead Monster musiqi qrupunun uzvleri bu dunyani terk etmeye qerar verirler ve bu dunyada birlikde kecirdikleri vaxtdan memnun olduqlarini bildirirler SSS in esas uzvlerini get gede artmaqda olan kolge bedheybetlere qarsi doyusmeye davam edirler Siina Otonasiden ayrilmasini isteyir Naoy ve Hinata onu izleyirler Adi mekteb heyatini xeyal eden Yuri az qalan NPC ye cevrilir lakin Otonasi Kanade Hinata ve Naoy onu xilas edirler Onlar daha cox kolge bedheybetle doyusurler Yuri ogurlanmis komputerlerin saxlanildigi gizli otaga daxil olur ve butun komputerlerin Angel Player proqramina qosulu oldugunu gorur Yuri otaqda namelum oglanla rastlasir ve ona axiret dunyasi haqqinda suallar verir Sonda Yuri oglanin axiret dunyasinin tanrisi olmaq teklifini redd edir ve butun komputerleri mehv edir Daha sonra Yuri olmus baci qardaslarini xeyal edir Otonasi ve dostlarini onu lazarete getirib oyanmasini gozleyirler 13 Mezuniyyet Kosuke Kavazura Yuuci Miyasita Misaki Suzuki26 iyun 2010Kolge bedheybetlerin hucumundan 3 gun kecdikden sonra bu dunyada ancaq Otonasi Yuri Kanade Hinata ve Naoy qalirlar Digerleri ise bu dunyani terk edibler Kanadenin ideyasi ile kicik mezuniyyet tedbiri kecirirler himn oxuyurlar diplom alirlar nitq soyleyirler Tedbirin sonunda Naoy axiret dunyasini terk edir Yuri getmezden evvel Kanade ile sulh baglayir Hinatanin vidasi qisa cekir Sonda ancaq Otonasi ve Kanade qalirlar Otonasi Kanadeye bu dunyaya gelecek yeni insanlara komek etmek meqsedile bu dunyada qalmagi teklif edir Otonasi ona qarsi sevgisini de etiraf edir Lakin Kanade onun ureyinin ona transplantasiya edildiyini aciqlayir ve en boyuk pesmanciliginin ona tesekkur ede bilmemesi oldugunu deyir Kanade minnetdarligini bildirdikden sonra yoxa cixir ve Otonasini umidsiz goz yaslari icinde qoyur En sonda epiloqda kucede Kanadeni xatirladan bir qiz Ivasavanin My Song mahnisini vizildayir ve onun yanindan kecen Otonasini xatirladan bir oglan bu melodiyani taniyir Qiz hereket etmeye baslayanda oglan ona toxunmaq ucun yanina qacir Sehne oglanin qiza toxundugu an ag fona burunmesi ile basa catir Alternativ epiloqda Otonasi axiret dunyasinda qalir yeni mekteb surasi prezidenti olur ve yeni gelenlere bu dunyadan yoxa cixmaga komek edir OVA Stairway to Heaven Kosuke Kavazura Yuuci Miyasita Misaki Suzuki22 dekabr 2010Hadiseler 4 cu ve 5 ci seriyalarin arasinda bas verir Yuri Yuksek gerginlik sindromu emeliyyatini basladir ve SSS uzvlerine butun gun hiperaktiv sekilde eylenmesini emr edir Yuri umid edir ki Melek onlari duz tanrinin yanina aparacaq amma emeliyyatin ugursuzluguna gore 1 heftelik acliq elan edir Her kes saxta sekilde ozunu hevesli ve cosqun gostermeye mecbur olur Gerginlikmetr her fealiyyetin heyecan derecesini olcur Yuri butun emeliyyat boyunca musahideler aparir Bu zaman Melek yoxa cixir ve bir yere dogru gedir SSS onu izleyir ve girdiyi yerin tanrinin evi oldugunu guman edir Lakin evezinde sadece Meleyin qaygisina qaldigi adi bag tapirlar OVA Hell s Kitchen Yuuci Miyasita24 iyun 2015Hadiseler 2 ci ve 3 cu seriyalarin arasinda Qizil heftede bas verir Yuri SSS i olumcul piknike aparir SSS uzvleri muxtelif telelerden ve aletlerden istifade ederek bir birilerini oldurmelidirler Veziyyetden istifade etmek isteyen Girls Dead Monster uzvleri Irie ve Sekine Ivasavani oldurmek ve qrupun kontrolunu elde etmek qerarina gelirler Oglanlarin coxu muxtelif telelere dusub yarisdan cixir tekce Otonasi qalir Irie ve Sekine Ivasavani bir cox cuxurlara salmaga calisirlar amma Ivasava her birinden sag cixir ve temkinliyini qoruyur Siinanin komeyi ile sonuncu silahlarini olumcul ciy qaraciyer qarisimini hazirlayirlar amma qurban Hisako olur Hisako hetta Meleyin bele dayandira bilmediyi qana susamis bedheybete cevrilir Bir muddet sonra Irie ve Sekine Yuiye olanlari ve qrupun indiki adini hardan tapdiqlarini danisirlar Istinadlar スタッフ Japanese 2009 10 03 tarixinde Istifade tarixi 4 iyul 2016 Key s Angel Beats Project Gets TV Anime Green Lit Anime News Network May 27 2009 2009 05 30 tarixinde Istifade tarixi 4 iyul 2016 Key s Angel Beats Anime Promo Videos Streamed Anime News Network May 30 2009 2009 06 01 tarixinde Istifade tarixi 4 iyul 2016 放送情報 Japanese 2010 03 04 tarixinde Istifade tarixi 4 iyul 2016 イチ早く Angel Beats を見たい人に試写会応募情報をお届け Japanese March 8 2010 March 10 2010 tarixinde Istifade tarixi 4 iyul 2016 Blu ray amp DVD Angel Beats 第1巻 Japanese 2016 09 12 tarixinde Istifade tarixi 4 iyul 2016 Blu ray amp DVD Angel Beats 第7巻 Japanese 2010 06 27 tarixinde Istifade tarixi 4 iyul 2016 Japanese April 14 2010 April 24 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 invalid param val Japanese June 1 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 invalid param val Japanese June 21 2010 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 invalid param val Anime News Network June 24 2010 2010 06 26 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 invalid param val Anime News Network September 27 2010 2010 09 29 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 invalid param val Angel Beats BD BOXが2015年6月24日に発売 麻枝准氏書き下ろしの特別篇を収録 Japanese December 22 2014 December 22 2014 tarixinde Istifade tarixi 4 iyul 2016 Angel Beats Gets New Episode With Anime Blu ray Box Anime News Network December 22 2014 2014 12 22 tarixinde Istifade tarixi 4 iyul 2016 Sentai Filmworks Adds Angel Beats Fantasy TV Anime Anime News Network March 25 2011 2011 03 26 tarixinde Istifade tarixi 4 iyul 2016 Section23 Adds Hidamari Sketch x Hoshimittsu Orphen Anime News Network April 18 2011 2011 04 21 tarixinde Istifade tarixi 4 iyul 2016 June 20 2011 June 24 2011 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 4 iyul 2016 Angel Beats Licensed by Manga Entertainment Anime News Network October 7 2011 2011 12 11 tarixinde Istifade tarixi 4 iyul 2016 あらすじ 次回予告 Japanese 2011 01 30 tarixinde Istifade tarixi 30 iyun 2016 2010年4月2日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年4月9日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年4月16日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年4月23日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年4月30日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年5月7日 金曜日 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 5月14日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 5月21日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 5月28日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 6月4日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 6月11日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 6月18日 金 の番組表 Japanese June 17 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 2010年 6月25日 金 の番組表 Japanese June 25 2010 tarixinde arxivlesdirilib Istifade tarixi 30 iyun 2016 Xarici kecidlerAngel Beats resmi sayti yap