Amadey (ing. Amadeus) — rejissor Miloş Forman tərəfindən 1984-cü ildə Piter Şefferin eyniadlı pyesi əsasında yazdığı (1979) ssenariyə çəkdiyi dram kinofilmidir.Piter Şefferin filmin əsasını təşkil edən pyesi Puşkinin "Motsart və Salyeri" "kiçik faciəsi" əsasında yazılmışdır. Filmdə hadisələr XVIII əsrin ikinci yarısında Vyanada baş verir.
Amadey | |
---|---|
Amadeus | |
Janr | Bioqrafiya dram musiqili film |
Rejissor | Miloş Forman |
Prodüserlər | Sol Zenc Maykl Xaussman Bertil Olsson |
Ssenari müəllifi | Piter Şeffer |
Baş rollarda | F. Mürrey Abraham Tom Xals Elizabet Berridj Cefri Cons |
Operator | Miroslav Ondrjicek |
Bəstəkarlar | Volfqanq Amadey Motsart Antonio Salyeri |
İstehsalçı | The Saul Zaentz Company |
Distribütor | Orion Pictures[d], Netflix |
İlk baxış tarixi | 1984, 26 oktyabr 1984, 19 iyul 2013, 6 sentyabr 1984, 12 sentyabr 1984, 19 sentyabr 1984 |
Müddət | 153 dəq. 180 dəq. (rejissor variantı) |
Büdcə | $18, 000, 000 |
Gəlir | $51 973 029 |
Ölkələr | ABŞ |
Dillər | İngilis dili İtalyan dili Alman dili Latın dili |
İl | 1984 |
Rəng | rəngli |
Çəkiliş yeri | Avstriya, Vyana, Məhəllə teatrı |
IMDb | ID0086879 |
Mükafatları |
Film müxtəlif mükafatlar üzrə ümumilikdə 50 nominasiyaya namizəd göstərilmiş, onlardan 40-ını qazanmışdır. Qazanılan mükafatlar içərisində 8 Oskar (həmçinin ən yaxşı film nominasiyasında, 4 BAFTA mükafatı, 4 Qızıl Qlobus mükafatı və Amerika Rejissorlar Gildiyasının (DGA) mükafatı var.
Süjeti
"Amadey" — bacarıqlı lakin dahi olmayan Antonio Salyeri barədə dram filmidir. Bəstəkar filmin əvvəlində tamaşaçılar önündə mülayim xarakterli, mehriban və dindar, lakin sonda Allahla qızğın döyüşə girmiş halda təqdim olunur. Bu hekayə Allahla münasibətlər, dahinin təbiəti və qısqanclıq barədə bir çox sualları qaldırır. Filmin əsas mövzusu — nə üçün yaradanın insanlara müəyyən məqsədə çatmaq üçün istək verib (bu halda — parlaq bəstəkar), lakin ekvivalent bacarıqlar verməməsidir.
Film intihar cəhdindən sonra Salyerinin (F. Mürrey Abraham) düşdüyü dəlixanada başlayır. Gənc keşiş (Riçard Frank) Salyerini sorğu-sual etmək üçün gəlir və bəstəkar ona həyat tarixçəsini danışır, film isə bizi 30 il əvvəlin Vyanasına aparır.
Salyerinin hekayəsi II İosifin (Cefri Cons) sarayında saray bəstəkarı olduğu vaxtlardan başlayır. Ona bəxş olunmuş uğur və şöhrətə görə, daim sadiqliq andı içdiyi Allaha minnətdardır.O, uğurlu və məşhurdur, həyatından və musiqidən tam razıdır. O hələ Motsartla (Tom Xals) görüşməyib, lakin onun musiqisi və özü haqqında eşidib. Onun şöhrəti Salyeridə maraq oyadıb və ziyafətlərin birində onunla görüşə nail olmağa çalışır. Volfqanq Amadey Motsartı gördüyü an Salyeri üçün böyük xəyal qırıqlığı olur. Belə ki, gənc Motsart yerdə sürünür və Konstans Veberlə (Elizabett Berriç) (gələcəkdə Motsartın həyat yoldaşı) iyrənc eşqbazlıqla məşğuldur. Salyeri şokdadır, o anlaya bilmir ki, bu gözəllikdə musiqi necə bu axmaq gənc tərəfindən bəstələnə bilər.
Zaman keçdikcə, bir sıra ağrılı alçalmalardan sonra Salyeri anlayır ki, Motsartın musiqisi ilə müqayisədə bütün işləri əhəmiyyətsizdir. O, Allahın ondan üz çevirməsini anlaya bilmir. Nə üçün bu qədər böyük istedadı Salyeriyə deyil, əhəmiyyətsiz Motsarta verib? Bütün ömrü boyu dindar katolik olan Antonio Salyeri bu qədər böyük istedad üçün Allahın onu deyil, Motsartı seçdiyinə inana bilmir. Salyerinin ən çox anlaya bilmədiyi isə nə üçün onun musiqiyə olan meylinə bu qədər iltifat edən Allahın sonradan onu belə amansızcasına dağıtmasıdır. Bir dəfə o, ümidsizlik içində qışqırır: "Nə zamansa istədiyim hər şey yalnız Tanrı üçün oxumaq idi. O mənə sanki bədənimdəki susuzluq kimi, bu istəyi verib, lakin istedadda mənə imtina edib. Nə üçün?"
Zavallı elə düşünməyə başlayır ki, Allah məhz onun istedadsızlığını göstərmək üçün gözəl musiqini Motsart vasitəsilə yaradır. O, kədər içindədir. O, bütün məhəbbətini və musiqisini Allaha verirdi, hətta onun naminə bakirlik əhdi verib. İndi isə Allah onun istedadsızlığına gülür. Qəzəblənmiş və ruhdan düşmüş Salyeri Allahdan üz çevirir. Möhtəşəm səhnədə o, divardan xaçı cıxarır və odda yandırır. Salyeri bundan sonra Allahın düşməni olacağına və Motsartı məhv edərək ondan intiqam alacağına and içir.
Filmin bütün qalan hissəsini Salyeri özünü Motsartın dostu və müttəfiqi kimi göstərərək, bütün gücünü onun nüfuzunu məhv etməyə sərf edərək kompozisiyalarının uğurunun qarşısını almağa çalışır. Motsart isə həm sosial, həm də maddi cəhətdən çox başısoyuqdur. Onun saraydaki ilkin uğuru tezliklə yoxa çıxır və çox sayda içki və əyləncə gecələri maddi vəziyyətinə son zərbəni vurur. Motsartın saraydakı nüfuzu, sağlamlığı və evliliyi ciddi ziyan görməsinə baxmayaraq musiqisi hələ də çox möhtəşəmdir. Dərs vermək üçün çox qürurlu olan Motsart, yalnız musiqi bəstələməklə məşğuldur, lakin bu onun israfçılığını ödəməyə yetmir.
Bu zaman Salyeri qisas planını fikirləşir. O, Motsartı ölmüş atasının ona Rekviyemi sifariş etmək üçün dirildiyi fikrinə inandırır (Motsartın atası Leopold Motsart (Roy Dotris) sağlığında hökmlü və qəddar olub, onun yaradıcılıq cəhdlərini sıxırdı). Ölmüş atasının onu ziyarət etməsinə inanc Motsartı əsəb sarsıntısına gətirir və onun içkiyə meylini daimi edir. Salyerinin planı eyni anda həm divanə, həm də dahiyanədir. Plan bitmiş rekviyemi gizli yolla əldə etmək, Motsartı öldürmək və onun yasında rekviyemi ifa edərək onu öz adına çıxmaqdan ibarət idi. O, əsrarəngiz rekviyemi Motsartdan oğurlamağı Allahın özündən oğurluq etmək kimi qəbul edir. Əgər tarix onu, Salyerini dahi bəstəkar kimi yadda saxlayacaqsa, Allahın özündən oğurlanmış musiqi sayəsində saxlayacaq və intiqamı həyata kecəcək.
Bu arada Motsartın dostu Emanuel Şikaneder ona "Xalq üçün" opera yazmağı təklif edir. Motsart razılaşır və "Sehrli fleyta"nı yaradır. Opera böyük uğur qazanır. Lakin nümayiş zamanı Motsart yorğunluqdan (rekviyem və operanı bitirmək üçün həddən artıq çox işləyir) huşunu itirir və Salyeri onu evə aparır.
Ağır xəstə olan Motsartı evə gətirən Salyeri onu rekviyemi yazmağa təhrik edir. Motsart çox zəif olduğunu deyir. Salyeri son dərəcə təsirli səhnədə yatağa düşmüş Motsartın diktəsi altında notları özü yazmağı təklif edir. Motsartın diktəsi ilə musiqini yazmağa çalışan Salyeri anlayır ki, onun dühası əlçatmazdır.
Səhər evə qayıdan Motsartın həyat yoldaşı onu ölü tapır və Salyerini evdən qovur. Salyerinin rekviyemi oğurlamaq planı uğursuzluğa düçar olur.
Motsartın dəfni sönük keçir, onu adsız qardaşlıq qəbrində basdırırlar.
Hekayə bizi yenidən dəlixanaya qaytarır və Salyerinin etirafından dəhşətə gəlmiş gənc keşişi görürük. Salyeri Motsartı onun yox, Allahın öldürdüyünü iddia edir. O "rəhmli" Allahın Salyeriyə rekviyemi oğurlamağa imkan verməkdənsə, Motsartı öldürməyi seçdiyini deyir.
Sonra Salyeri acı gülüşlə bütün istedadsızların himayədarı olduğunu, istedadsız gənc keşiş və dünyadakı bütün istedadsızlar üçün dua edəcəyini söyləyir. Salyerinin otağına növbətçi daxil olur və onu ayaqyoluna doğru aparır. Oraya yol bütün dəlixanadan keçdiyindən Salyeri qəfəsdə olan, əlləri bağlı, cındır paltarlı, bir-birilə danışan və ya sadəcə ətrafa mənasız baxışlarla baxan, aydın idiotizmdən əziyyət çəkən dəlilərin yanından keçir. Salyeri Roma papası kimi onları salamlayır və deyir: "Dünyanın bütün istedadsızları, mən sizi əfv edirəm, əfv edirəm, əfv edirəm, əfv edirəm, hamınızı əfv edirəm...".
Film böyük planda yorğun gözlərini güclə bağlayan Salyeri ilə bitir. Filmin son saniyələrini Motsartın Salyeriyə rahatlıq verməyən körpə gülüşünün xatirəsi doldurur.
Rollarda
Ad | Rol | Qeydlər |
---|---|---|
Farid Mürrey Abraham | Antonio Salyeri | |
Tom Xals | Volfqanq Amadey Motsart | |
Roy Dotris | Leopold Motsart | |
Elizabet Berriç | Konstansiya Motsart | |
Cefri Cons | II İosif | |
Kristin Ebersoul | Katerina Kavaleri | |
Carlz Key | Qraf Orsini-Rozenberq | |
Kerri Beyker | Cırtdan | |
Karel Fiala | Don Juan |
Mükafatlar
Mükafatlar | ||||
---|---|---|---|---|
İl | Mükafat | Kateqoriya | Namizəd şəxs | Nəticə |
1985 | Oskar mükafatı | Miloş Forman | Qazandı | |
Farid Mürrey Abraham | Qazandı | |||
Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə | Piter Şeffer | Qazandı | ||
Miloş Forman | Qazandı | |||
Ən yaxşı geyimlər dizaynına görə | Teodor Pistek | Qazandı | ||
Ən yaxşı dekorasiya dizaynı | Karl Çernı Patrisiya Fon Brandenstayn | Qazandı | ||
Ən yaxşı qrimə görə | Dik Smit Pol Leblan | Qazandı | ||
Ən yaxşı səsə görə | Mark Berqer Tomas Skot Todd Boklayd Kristofer Nyüman | Qazandı | ||
1985 | Qızıl Qlobus mükafatı | Ən yaxşı dram filmi | Qazandı | |
Ən yaxşı dram aktyoru | Mürrey Abraham | Qazandı | ||
Ən yaxşı rejissor işi | Miloş Forman | Qazandı | ||
Ən yaxşı ssenari | Piter Şeffer | Qazandı | ||
1986 | BAFTA mükafatı | ən yaxşı operator işi | Miroslav Ondrjiçek | Qazandı |
Ən yaxşı montaj | Maykl Çendler | Qazandı | ||
Ən yaxşı qrimə görə | Dik Smit Pol Leblan | Qazandı | ||
Ən yaxşı səsə görə | Mark Berqer Tomas Skot Todd Boklayd Kristofer Nyüman | Qazandı | ||
1985 | Sezar mükafatı | Ən yaxşı xarici film | Qazandı | |
1985 | David di Donatello mükafatı | Ən yaxşı xarici film | Qazandı | |
ən yaxşı xarici film rejissoru | Miloş Forman | Qazandı | ||
ən yaxşı xarici aktyor | Tom Xals | Qazandı |
Maraqlı faktlar
- Filmdə danışılan hadisə uydurmadır. Şeffer tərəfindən yaradılan Salyeri obrazının real insanla heç bir əlaqəsi yoxdur. Antonio Salyeri vaxtilə Motsartdan daha məşhur olub və heç bir halda istedadsız, savadsız olmayıb həmkarları və həmçinin Motsart tərəfindən böyük hörmətə malik idi. Salyerinin tələbələri, Lüdviq van Bethoven və Franz Şubert müəllimlərinə əsərlər itfah etmişlər. 35 il ərzində Vyanada ən ali musiqi postunu tutan Salyeri heç sözsüz bir çox rəqiblərə malik idi. Lakin Salyerinin rəqiblərin səyi nəticəsində yaranan yalan Puşkinin qələmi sayəsində əfsanəyə çevrilir və Salyeri əclaf və paxıl biri kimi qəbul edilməyə başlayır. Salyerinin Motsartı öldürməsi şayiəsi indiyədək heç kim tərəfindən təsdiqini tapmamışdır. İngilis teatrı Şefferin pyesini İtaliyada səhnəyə qoyduqdan sonra bəstəkarın həmyerlilərinin narahatlığına səbəb olur və Milan konservatoriyası Motsartı öldürməkdə günahkar bilinən Salyerinin məhkəməsini qurur. 1997-ci ildə Milan ədliyyə sarayının əsas zalında baş tutan məhkəmə prosesində məhkəmə ittihamçı və müdafiə tərəfinin şahidlərini (Motsart və Salyerinin həyat və yaradıcılığının tədqiqatçılarını, həmçinin həkimləri) dinləyərək, "Öldürməyib" verdiktini çıxardı..
- Filmdə Qara paltarlı adam Motsarta Rekviyemi qışda sifariş edir. Həqiqətdə isə bu hadisə yayın ortası olmuşdur və bu hadisənin Salyeri ilə heç bir əlaqəsi yoxdur. Sifarişçinin və əlaqəçinin adı musiqişünaslara yaxşı məlumdur.
- Filmdə Don Juan operasının çəkildiyi məkan operanın ilk dəfə səhnəyə qoyulduğu məkandır.
- Filmin opera səhnələrində istifadə olunan dekorasiyalar və kostyumlar 18-ci əsrin real kostyum və dekorasiyalarının eskizləri əsasında hazırlanıb.
- Bütün film təbii işıqlandırmada çəkilib.
- Motsartın qıcıqlandırıcı gülüşü konsepsiyası müasirlərinin məktublarından götürülüb.
- Müasir televiziya antennalarının, plastmas və asfaltın xarici görünüşünü dəyişmədiyi Praqa (Miloş Formanın doğma şəhəri) XVIII əsrin Vyanası üçün ideal əvəzləyici olmuşdur.
- Tom Xals inandırıcı görünmək üçün hər gün dörd saat fortepianoda ifa etmişdir.
- Filmdəki musiqi əvvəlcədən yazılmışdır və çəkilişlər zamanı arxa planda ifa edilirdi.
Həmçinin bax
İstinadlar
- IMDb (ing.). 1990.
- http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- IMDb (ing.). 1990.
- https://www.idnes.cz/praha/zpravy/praha-misto-vidne-film-amadeus-mozart-filmova-mista.A160730_2263220_praha-zpravy_rsr.
- Braunbehrens V. Salieri. Ein Musiker im Schatten Mozarts? 2 Auflage. München — Mainz, 1992.
- Leopold Kantner. Antonio Salieri rivale o modello di Mozart? // AA.VV. Mozart e i musicisti italiani del suo tempo. Atti del Convegno internazionale di studi, Roma, 2-22 ottobre 1991
- Ломунова М. Моцарт и Сальери: Встреча через два века 2012-11-20 at the Wayback Machine // «Наука и религия», № 10, 2002, с. 26-28.
- Salieri assolto «Non avveleno' il rivale Mozart» 2012-08-02 at the Wayback Machine // Corriere della Sera, 18 maggio 1997, p. 18.
- The Cambridge Mozart encyclopedia 2022-04-07 at the Wayback Machine (ing.) (səh. 422)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Amadey ing Amadeus rejissor Milos Forman terefinden 1984 cu ilde Piter Sefferin eyniadli pyesi esasinda yazdigi 1979 ssenariye cekdiyi dram kinofilmidir Piter Sefferin filmin esasini teskil eden pyesi Puskinin Motsart ve Salyeri kicik faciesi esasinda yazilmisdir Filmde hadiseler XVIII esrin ikinci yarisinda Vyanada bas verir AmadeyAmadeusJanr Bioqrafiya dram musiqili filmRejissor Milos FormanProduserler Sol Zenc Maykl Xaussman Bertil OlssonSsenari muellifi Piter SefferBas rollarda F Murrey Abraham Tom Xals Elizabet Berridj Cefri ConsOperator Miroslav OndrjicekBestekarlar Volfqanq Amadey Motsart Antonio SalyeriIstehsalci The Saul Zaentz CompanyDistributor Orion Pictures d NetflixIlk baxis tarixi 1984 26 oktyabr 1984 19 iyul 2013 6 sentyabr 1984 12 sentyabr 1984 19 sentyabr 1984Muddet 153 deq 180 deq rejissor varianti Budce 18 000 000Gelir 51 973 029Olkeler ABSDiller Ingilis dili Italyan dili Alman dili Latin diliIl 1984Reng rengliCekilis yeri Avstriya Vyana Mehelle teatriIMDb ID0086879Mukafatlari Film muxtelif mukafatlar uzre umumilikde 50 nominasiyaya namized gosterilmis onlardan 40 ini qazanmisdir Qazanilan mukafatlar icerisinde 8 Oskar hemcinin en yaxsi film nominasiyasinda 4 BAFTA mukafati 4 Qizil Qlobus mukafati ve Amerika Rejissorlar Gildiyasinin DGA mukafati var Sujeti Amadey bacariqli lakin dahi olmayan Antonio Salyeri barede dram filmidir Bestekar filmin evvelinde tamasacilar onunde mulayim xarakterli mehriban ve dindar lakin sonda Allahla qizgin doyuse girmis halda teqdim olunur Bu hekaye Allahla munasibetler dahinin tebieti ve qisqancliq barede bir cox suallari qaldirir Filmin esas movzusu ne ucun yaradanin insanlara mueyyen meqsede catmaq ucun istek verib bu halda parlaq bestekar lakin ekvivalent bacariqlar vermemesidir Film intihar cehdinden sonra Salyerinin F Murrey Abraham dusduyu delixanada baslayir Genc kesis Ricard Frank Salyerini sorgu sual etmek ucun gelir ve bestekar ona heyat tarixcesini danisir film ise bizi 30 il evvelin Vyanasina aparir Salyerinin hekayesi II Iosifin Cefri Cons sarayinda saray bestekari oldugu vaxtlardan baslayir Ona bexs olunmus ugur ve sohrete gore daim sadiqliq andi icdiyi Allaha minnetdardir O ugurlu ve meshurdur heyatindan ve musiqiden tam razidir O hele Motsartla Tom Xals gorusmeyib lakin onun musiqisi ve ozu haqqinda esidib Onun sohreti Salyeride maraq oyadib ve ziyafetlerin birinde onunla goruse nail olmaga calisir Volfqanq Amadey Motsarti gorduyu an Salyeri ucun boyuk xeyal qiriqligi olur Bele ki genc Motsart yerde surunur ve Konstans Veberle Elizabett Berric gelecekde Motsartin heyat yoldasi iyrenc esqbazliqla mesguldur Salyeri sokdadir o anlaya bilmir ki bu gozellikde musiqi nece bu axmaq genc terefinden bestelene biler Zaman kecdikce bir sira agrili alcalmalardan sonra Salyeri anlayir ki Motsartin musiqisi ile muqayisede butun isleri ehemiyyetsizdir O Allahin ondan uz cevirmesini anlaya bilmir Ne ucun bu qeder boyuk istedadi Salyeriye deyil ehemiyyetsiz Motsarta verib Butun omru boyu dindar katolik olan Antonio Salyeri bu qeder boyuk istedad ucun Allahin onu deyil Motsarti secdiyine inana bilmir Salyerinin en cox anlaya bilmediyi ise ne ucun onun musiqiye olan meyline bu qeder iltifat eden Allahin sonradan onu bele amansizcasina dagitmasidir Bir defe o umidsizlik icinde qisqirir Ne zamansa istediyim her sey yalniz Tanri ucun oxumaq idi O mene sanki bedenimdeki susuzluq kimi bu isteyi verib lakin istedadda mene imtina edib Ne ucun Zavalli ele dusunmeye baslayir ki Allah mehz onun istedadsizligini gostermek ucun gozel musiqini Motsart vasitesile yaradir O keder icindedir O butun mehebbetini ve musiqisini Allaha verirdi hetta onun namine bakirlik ehdi verib Indi ise Allah onun istedadsizligina gulur Qezeblenmis ve ruhdan dusmus Salyeri Allahdan uz cevirir Mohtesem sehnede o divardan xaci cixarir ve odda yandirir Salyeri bundan sonra Allahin dusmeni olacagina ve Motsarti mehv ederek ondan intiqam alacagina and icir Filmin butun qalan hissesini Salyeri ozunu Motsartin dostu ve muttefiqi kimi gostererek butun gucunu onun nufuzunu mehv etmeye serf ederek kompozisiyalarinin ugurunun qarsisini almaga calisir Motsart ise hem sosial hem de maddi cehetden cox basisoyuqdur Onun saraydaki ilkin uguru tezlikle yoxa cixir ve cox sayda icki ve eylence geceleri maddi veziyyetine son zerbeni vurur Motsartin saraydaki nufuzu saglamligi ve evliliyi ciddi ziyan gormesine baxmayaraq musiqisi hele de cox mohtesemdir Ders vermek ucun cox qururlu olan Motsart yalniz musiqi bestelemekle mesguldur lakin bu onun israfciligini odemeye yetmir Bu zaman Salyeri qisas planini fikirlesir O Motsarti olmus atasinin ona Rekviyemi sifaris etmek ucun dirildiyi fikrine inandirir Motsartin atasi Leopold Motsart Roy Dotris sagliginda hokmlu ve qeddar olub onun yaradiciliq cehdlerini sixirdi Olmus atasinin onu ziyaret etmesine inanc Motsarti eseb sarsintisina getirir ve onun ickiye meylini daimi edir Salyerinin plani eyni anda hem divane hem de dahiyanedir Plan bitmis rekviyemi gizli yolla elde etmek Motsarti oldurmek ve onun yasinda rekviyemi ifa ederek onu oz adina cixmaqdan ibaret idi O esrarengiz rekviyemi Motsartdan ogurlamagi Allahin ozunden ogurluq etmek kimi qebul edir Eger tarix onu Salyerini dahi bestekar kimi yadda saxlayacaqsa Allahin ozunden ogurlanmis musiqi sayesinde saxlayacaq ve intiqami heyata kececek Bu arada Motsartin dostu Emanuel Sikaneder ona Xalq ucun opera yazmagi teklif edir Motsart razilasir ve Sehrli fleyta ni yaradir Opera boyuk ugur qazanir Lakin numayis zamani Motsart yorgunluqdan rekviyem ve operani bitirmek ucun hedden artiq cox isleyir husunu itirir ve Salyeri onu eve aparir Agir xeste olan Motsarti eve getiren Salyeri onu rekviyemi yazmaga tehrik edir Motsart cox zeif oldugunu deyir Salyeri son derece tesirli sehnede yataga dusmus Motsartin diktesi altinda notlari ozu yazmagi teklif edir Motsartin diktesi ile musiqini yazmaga calisan Salyeri anlayir ki onun duhasi elcatmazdir Seher eve qayidan Motsartin heyat yoldasi onu olu tapir ve Salyerini evden qovur Salyerinin rekviyemi ogurlamaq plani ugursuzluga ducar olur Motsartin defni sonuk kecir onu adsiz qardasliq qebrinde basdirirlar Hekaye bizi yeniden delixanaya qaytarir ve Salyerinin etirafindan dehsete gelmis genc kesisi goruruk Salyeri Motsarti onun yox Allahin oldurduyunu iddia edir O rehmli Allahin Salyeriye rekviyemi ogurlamaga imkan vermekdense Motsarti oldurmeyi secdiyini deyir Sonra Salyeri aci gulusle butun istedadsizlarin himayedari oldugunu istedadsiz genc kesis ve dunyadaki butun istedadsizlar ucun dua edeceyini soyleyir Salyerinin otagina novbetci daxil olur ve onu ayaqyoluna dogru aparir Oraya yol butun delixanadan kecdiyinden Salyeri qefesde olan elleri bagli cindir paltarli bir birile danisan ve ya sadece etrafa menasiz baxislarla baxan aydin idiotizmden eziyyet ceken delilerin yanindan kecir Salyeri Roma papasi kimi onlari salamlayir ve deyir Dunyanin butun istedadsizlari men sizi efv edirem efv edirem efv edirem efv edirem haminizi efv edirem Film boyuk planda yorgun gozlerini gucle baglayan Salyeri ile bitir Filmin son saniyelerini Motsartin Salyeriye rahatliq vermeyen korpe gulusunun xatiresi doldurur RollardaAd Rol QeydlerFarid Murrey Abraham Antonio SalyeriTom Xals Volfqanq Amadey MotsartRoy Dotris Leopold MotsartElizabet Berric Konstansiya MotsartCefri Cons II IosifKristin Ebersoul Katerina KavaleriCarlz Key Qraf Orsini RozenberqKerri Beyker CirtdanKarel Fiala Don JuanMukafatlarMukafatlarIl Mukafat Kateqoriya Namized sexs Netice1985 Oskar mukafati En yaxsi film Milos Forman QazandiEn yaxsi kisi roluna gore Farid Murrey Abraham QazandiEn yaxsi uygunlasdirilmis ssenariye gore Piter Seffer QazandiEn yaxsi rejissor Milos Forman QazandiEn yaxsi geyimler dizaynina gore Teodor Pistek QazandiEn yaxsi dekorasiya dizayni Karl Cerni Patrisiya Fon Brandenstayn QazandiEn yaxsi qrime gore Dik Smit Pol Leblan QazandiEn yaxsi sese gore Mark Berqer Tomas Skot Todd Boklayd Kristofer Nyuman Qazandi1985 Qizil Qlobus mukafati En yaxsi dram filmi QazandiEn yaxsi dram aktyoru Murrey Abraham QazandiEn yaxsi rejissor isi Milos Forman QazandiEn yaxsi ssenari Piter Seffer Qazandi1986 BAFTA mukafati en yaxsi operator isi Miroslav Ondrjicek QazandiEn yaxsi montaj Maykl Cendler QazandiEn yaxsi qrime gore Dik Smit Pol Leblan QazandiEn yaxsi sese gore Mark Berqer Tomas Skot Todd Boklayd Kristofer Nyuman Qazandi1985 Sezar mukafati En yaxsi xarici film Qazandi1985 David di Donatello mukafati En yaxsi xarici film Qazandien yaxsi xarici film rejissoru Milos Forman Qazandien yaxsi xarici aktyor Tom Xals QazandiMaraqli faktlarFilmde danisilan hadise uydurmadir Seffer terefinden yaradilan Salyeri obrazinin real insanla hec bir elaqesi yoxdur Antonio Salyeri vaxtile Motsartdan daha meshur olub ve hec bir halda istedadsiz savadsiz olmayib hemkarlari ve hemcinin Motsart terefinden boyuk hormete malik idi Salyerinin telebeleri Ludviq van Bethoven ve Franz Subert muellimlerine eserler itfah etmisler 35 il erzinde Vyanada en ali musiqi postunu tutan Salyeri hec sozsuz bir cox reqiblere malik idi Lakin Salyerinin reqiblerin seyi neticesinde yaranan yalan Puskinin qelemi sayesinde efsaneye cevrilir ve Salyeri eclaf ve paxil biri kimi qebul edilmeye baslayir Salyerinin Motsarti oldurmesi sayiesi indiyedek hec kim terefinden tesdiqini tapmamisdir Ingilis teatri Sefferin pyesini Italiyada sehneye qoyduqdan sonra bestekarin hemyerlilerinin narahatligina sebeb olur ve Milan konservatoriyasi Motsarti oldurmekde gunahkar bilinen Salyerinin mehkemesini qurur 1997 ci ilde Milan edliyye sarayinin esas zalinda bas tutan mehkeme prosesinde mehkeme ittihamci ve mudafie terefinin sahidlerini Motsart ve Salyerinin heyat ve yaradiciliginin tedqiqatcilarini hemcinin hekimleri dinleyerek Oldurmeyib verdiktini cixardi Filmde Qara paltarli adam Motsarta Rekviyemi qisda sifaris edir Heqiqetde ise bu hadise yayin ortasi olmusdur ve bu hadisenin Salyeri ile hec bir elaqesi yoxdur Sifariscinin ve elaqecinin adi musiqisunaslara yaxsi melumdur Filmde Don Juan operasinin cekildiyi mekan operanin ilk defe sehneye qoyuldugu mekandir Filmin opera sehnelerinde istifade olunan dekorasiyalar ve kostyumlar 18 ci esrin real kostyum ve dekorasiyalarinin eskizleri esasinda hazirlanib Butun film tebii isiqlandirmada cekilib Motsartin qiciqlandirici gulusu konsepsiyasi muasirlerinin mektublarindan goturulub Muasir televiziya antennalarinin plastmas ve asfaltin xarici gorunusunu deyismediyi Praqa Milos Formanin dogma seheri XVIII esrin Vyanasi ucun ideal evezleyici olmusdur Tom Xals inandirici gorunmek ucun her gun dord saat fortepianoda ifa etmisdir Filmdeki musiqi evvelceden yazilmisdir ve cekilisler zamani arxa planda ifa edilirdi Hemcinin baxABS filmlerinin siyahisiIstinadlarIMDb ing 1990 http nmhh hu dokumentum 198182 terjesztett filmalkotasok art filmek nyilvantartasa xlsx IMDb ing 1990 https www idnes cz praha zpravy praha misto vidne film amadeus mozart filmova mista A160730 2263220 praha zpravy rsr Braunbehrens V Salieri Ein Musiker im Schatten Mozarts 2 Auflage Munchen Mainz 1992 Leopold Kantner Antonio Salieri rivale o modello di Mozart AA VV Mozart e i musicisti italiani del suo tempo Atti del Convegno internazionale di studi Roma 2 22 ottobre 1991 Lomunova M Mocart i Saleri Vstrecha cherez dva veka 2012 11 20 at the Wayback Machine Nauka i religiya 10 2002 s 26 28 Salieri assolto Non avveleno il rivale Mozart 2012 08 02 at the Wayback Machine Corriere della Sera 18 maggio 1997 p 18 The Cambridge Mozart encyclopedia 2022 04 07 at the Wayback Machine ing seh 422