Aleksandr Yeqoroviç Varlamov (rus. Алекса́ндр Влади́мирович Варла́мов); 27 noyabr 1801, Moskva – 27 oktyabr 1848, Sankt-Peterburq) — görkəmli rus musiqişünas və bəstəkarı.
Aleksandr Varlamov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1801 |
Doğum yeri |
|
Vəfat tarixi | 27 oktyabr 1848(46 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janr | mahnı |
Həyatı
Aleksandr Yeqoroviç Varlamov 1801-ci ildə Moskvada, istefaya çıxmış zabit ailəsində anadan olmuşdur. 10 yaşında ikən valideynləri onu tərbiyə olunmaq üçün Peterburqa saray müğənni kapellasına verirlər. 1811-1819- cu illərdə o, kapellanın müdiri Bortnyanskinin rəhbərliyi altında musiqi təhsili alır. Görkəmli rus sənətkarının təsiri gələcək bəstəkarın yaradıcılığı üçün faydalı olur. Varlamovun özünün etiraf etdiyinə görə, vokal sənətini bilməsi üçün o, məhz Bortnyanskiyə borcludur. 1823-cü ildə Varlamov vətənə qayıdaraq Peterburqda məskən salır. O, bir müddət saray kapellasında nəğmə müəllimi işləyir. 1827-ci ildə Varlamov Qlinka ilə tanış olur. Bu tanışlıq ona böyük fayda verir. Maddi vəziyyəti ağır olduğuna görə Varlamov müxtəlif tədris ocaqlarında və evlərdə dərs deməklə dolanırdı.
Varlamov bəstəkar kimi 30-cu illərdə tanınmağa başlayır. 1832-ci ildə o, Moskvaya köçür və burada kapelmeyster köməkçisi vəzifəsində çalışır, sonra isə imperator teatrlarının "musiqi bəstəkarı" təyin edilir.
Bəstəkar 1848-ci ildə ndən qəflətən dünyasını dəyişmişdir.
Yaradıcılığı
Aleksandr Yeqoroviç Varlamov XIX əsrin birinci yarısında yaşayıb-yaratmış görkəmli romans ustalarından biridir. Onu müasirləri ilə, o cümlədən A.L.Qurilyovla bir çox cəhətlər, ilk növbədə xalq ənənələrinə yaxınlıq doğmalaşdırır. Varlamovun yaradıcılığı 30-40-cı illərdə -dekabristlər üsyanından sonrakı dövrə düşür. Varlamov zadəgan ədəbi ziyalılar aləminə mənsub deyildi. O, yeni nəslin, yeni dövrün carçısı, rus ictimaiyyətinin yeni demokratik-raznoçinçilərinin arzu və istəklərinin ifadəcisi olub, bu mətərəqqi qüvvələrə xidmət edirdi. Varlamovun romans və mahnıları demokratik musiqi mədəniyyətini aydın təmsil edirdi.Onun əsərlərinə məşhur faciə aktyoru Moçalov yüksək qiymət verirdi. Məşhur şair və aktyor Sıqanov, Varlamov üçün şeirlər yazırdı. Məhz bu yaradıcılıq əlaqələri nəticəsində " Krasnıy sarafan" (" Qırmızı sarafan") , "Что ты рано, травушка" ( "Nə tez boy atmısan, yaşıl çəmənim") kimi gözəl mahnılar meydana çıxırdı. 30-cu illərin əvvəllərində Moskvada Varlamovun romans və mahnılarından ibarət iki vokal məcmuəsi nəşr olunur. 30-cu illərdə və 40-cı illərin əvvəllərində Varlamov dəfələrlə vokal janrlara müraciət edir, külli miqdarda ( 200-ə yaxın) romans və mahnı bəstələyir, müxtəlif janrlı teatr tamaşalarına ( faciələrə, melodramlara, baletlərə) musiqi yazmağa da olduqca böyük maraq göstərirdi. O, 20-ə qədər teatr əsərinin musiqi müəllifidir. Bunlardan V. Hüqonun " Paris Notrdam kilsəsi" romanının səhnə təcəssümü olan "Esmiralda" , A. A. Şaxovskinin "İki ərli qadın və ya Volqa quldurları" (1832) və Şeksprin "Hamlet" dramlarını, A.S.Xomyakovun "Yermak" faciəsini qeyd etmək olar. Varlamov tamaşalar üçün bəstələdiyi musiqidə insanın dərin ruhi həyəcanlarını doğru-düzgün əks etdirməyə çalışmışdır. Bəstəkarın teatr janrında yaradıcılığı dram əsərlərinə musiqi bəstələməsi ilə məhdudlaşmırdı, həmin illərdə o, birpərdəli "Hiyləgər oğlan və adamyeyən" və "Soltanın əyləncələri" baletləri üzərində də işləmişdir. Baletlər 1834-cü və 1837-ci illərdə Moskvada tamaşaya qoyulmuşdur. Müəyyən səbəblərə görə 1843-cü ildə istefaya çıxmağa məcbur olan Varlamov 1845-ci ildə Moskvadan Peterburqa köçür. Varlamovun Moskvada keçirdiyi 12 ilin yaradıcılıq nəticələri olduqca sanballıdır. Onun dərc etdirdiyi çoxlu romans və mahnı, xeyli dram əsərinə yazdığı musiqi, iki balet həmin illərin məhsuludur. O, ən məşhur bəstəkarlardan birinə çevrilmişdi. Xor və orkestr dirijoru, gitaraçı və müğənni kimi Varlamovun göstərdiyi geniş ifaçılıq fəaliyyətini də ayrıca qeyd etmək lazımdır.
1840-cı ildə Varlamov vokal sənəti üzrə "Müğənnilik məktəbi" adlı ilk metodiki vəsait yaratmışdır. Bəstəkarın bu əsərində bir vokalist kimi onun çoxillik pedaqoji təcrübəsi, dərin biliyi özünü göstərirdi.
Vokal yaradıcılığı
Varlamovun yaradıcılıq irsi rəngarəngdir. Bura dram tamaşalarına yazılmış musiqi, 2 balet, bir neçə xor və fortepiano əsəri daxildir. Onun vokal əsərləri realizmin rus incəsənətində bərqərar olduğu dövrdə yaranmışdır. Demək olar ki, bütün vokal əsərləri müasirləri olan rus şairlərinin sözlərinə yazılmışdır. Xalq yaradıcılığından gələn mətnlərə, bəstəkarın öz şeirlərinə də rast gəlmək olar. Bəstəkarın musiqi irsinin ən mühüm hissəsini "rus mahnısı" janrında yazılmış vokal əsərlər təşkil edir. Onlar xalq musiqisi örnəklərindən qidalanıblar. "Rus mahnılarının" əksəriyyəti axıcı, lirik mahnı tipinə aiddir. Bəstəkar məhz bu mahnılarla lirik rus kantilenasının gözəl nümunələrini yaratmışdır. Onun yaradıcılığında bu mahnıların başqa bir növü də meydana gəlmişdir. Bunlar cəld rəqsvari xarakterli mahnılardır ki, buraya " Ox bolit, da şemit retivo serdeçko" (Coşğun qəlbim sancır), "Vdol po ulitse metelitsa metyot "( "Küçə boyu çovğun əsir") kimi nümunələr daxildir. Bəstəkar vals, polonez, bolero və ya ikibölümlü ölçülü rəqs ruhlu mahnılarının ritmlərindən istifadə etmiş, geniş yayılan bir sıra "valsvari" mahnılar bəstələmişdir. Yaradıcılıq irsi "rus mahnıları" ilə məhdudlaşmayan bəstəkar elegiya, barkarola, süfrə mahnısı və ballada janrlarını inkişaf etdirərək romansa böyük diqqət yetirir, onu zənginləşdirirdi. Onun "Dve zvezdı" ( "İki ulduz"), "Ona i jizn" ( O qız və həyat), "Zvyozdoçka" (Ulduzcuk) , "Ptiçka bojiya" ("Allahın quşcuğazı") romansları şən, qayğısız əhval-ruhiyyəni ifadə edir. Bundan başqa bəstəkar romans-elegiyaların və dramatik romansların da müəllifidir. Varlamovun vokal musiqisində təbiət obrazı ilə bağlı olan lirik romanslar da müəyyən yer tutur. Bəstəkarın "mənzərə" xarakterli romanslarının ən gözəl nümunəsi M.J. Lermotovun Hötedən tərcüməsinə yazılmış "Qornıye verşinı" ("Dağ zirvələri") hesab edilə bilər. Əsər həm həssas romantik mənzərə tipli, həm də ölümün gətirdiyi ədəbi rahatlıq barədə qəmgin düşüncəli romansdır. Ballada janrına böyük maraq göstərən bəstəkar bu janrda da bir sıra əsərlər yazmışdır. Misal üçün, "Pesnya razboynika" ( "Quldurun mahnısı") və "Osedlayu konya" (" Atı yəhərləyirəm") adlarını çəkmək olar.
Əsərləri
- "Krasnıy sarafan" ("Qırmızı sarafan").
- "Ax tı, vremya, vremeçok" ("Ah, zaman, zaman").
- "Ne şumite, vetrı buynıye" ("Səs salmayın, coşqun küləklər").
Bu mahnıları xüsusilə çox məşhur olmuşdur. Varlamov 200- ə yaxın romansa mahnı bəstələyir, teatr tamaşalarına musiqi yazır.
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Варламов Александр Егорович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Musiqi Ədəbiyyatı kitabı 6-7, səh:11
Həmçinin bax
Xarici keçidlər
- Александр Егорович Варламов
- Александр Варламов
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aleksandr Yeqorovic Varlamov rus Aleksa ndr Vladi mirovich Varla mov 27 noyabr 1801 Moskva 27 oktyabr 1848 Sankt Peterburq gorkemli rus musiqisunas ve bestekari Aleksandr VarlamovUmumi melumatlarDogum tarixi 27 noyabr 1801 1801 11 27 Dogum yeri Moskva Moskva quberniyasi d Rusiya imperiyasiVefat tarixi 27 oktyabr 1848 1848 10 27 46 yasinda Vefat yeri Sankt Peterburq Rusiya imperiyasiVetendasligi Rusiya imperiyasiMusiqici melumatlariFealiyyeti bestekarJanr mahniHeyatiAleksandr Yeqorovic Varlamov 1801 ci ilde Moskvada istefaya cixmis zabit ailesinde anadan olmusdur 10 yasinda iken valideynleri onu terbiye olunmaq ucun Peterburqa saray mugenni kapellasina verirler 1811 1819 cu illerde o kapellanin mudiri Bortnyanskinin rehberliyi altinda musiqi tehsili alir Gorkemli rus senetkarinin tesiri gelecek bestekarin yaradiciligi ucun faydali olur Varlamovun ozunun etiraf etdiyine gore vokal senetini bilmesi ucun o mehz Bortnyanskiye borcludur 1823 cu ilde Varlamov vetene qayidaraq Peterburqda mesken salir O bir muddet saray kapellasinda negme muellimi isleyir 1827 ci ilde Varlamov Qlinka ile tanis olur Bu tanisliq ona boyuk fayda verir Maddi veziyyeti agir olduguna gore Varlamov muxtelif tedris ocaqlarinda ve evlerde ders demekle dolanirdi Varlamov bestekar kimi 30 cu illerde taninmaga baslayir 1832 ci ilde o Moskvaya kocur ve burada kapelmeyster komekcisi vezifesinde calisir sonra ise imperator teatrlarinin musiqi bestekari teyin edilir Bestekar 1848 ci ilde nden qefleten dunyasini deyismisdir YaradiciligiAleksandr Yeqorovic Varlamov XIX esrin birinci yarisinda yasayib yaratmis gorkemli romans ustalarindan biridir Onu muasirleri ile o cumleden A L Qurilyovla bir cox cehetler ilk novbede xalq enenelerine yaxinliq dogmalasdirir Varlamovun yaradiciligi 30 40 ci illerde dekabristler usyanindan sonraki dovre dusur Varlamov zadegan edebi ziyalilar alemine mensub deyildi O yeni neslin yeni dovrun carcisi rus ictimaiyyetinin yeni demokratik raznocincilerinin arzu ve isteklerinin ifadecisi olub bu metereqqi quvvelere xidmet edirdi Varlamovun romans ve mahnilari demokratik musiqi medeniyyetini aydin temsil edirdi Onun eserlerine meshur facie aktyoru Mocalov yuksek qiymet verirdi Meshur sair ve aktyor Siqanov Varlamov ucun seirler yazirdi Mehz bu yaradiciliq elaqeleri neticesinde Krasniy sarafan Qirmizi sarafan Chto ty rano travushka Ne tez boy atmisan yasil cemenim kimi gozel mahnilar meydana cixirdi 30 cu illerin evvellerinde Moskvada Varlamovun romans ve mahnilarindan ibaret iki vokal mecmuesi nesr olunur 30 cu illerde ve 40 ci illerin evvellerinde Varlamov defelerle vokal janrlara muraciet edir kulli miqdarda 200 e yaxin romans ve mahni besteleyir muxtelif janrli teatr tamasalarina facielere melodramlara baletlere musiqi yazmaga da olduqca boyuk maraq gosterirdi O 20 e qeder teatr eserinin musiqi muellifidir Bunlardan V Huqonun Paris Notrdam kilsesi romaninin sehne tecessumu olan Esmiralda A A Saxovskinin Iki erli qadin ve ya Volqa quldurlari 1832 ve Seksprin Hamlet dramlarini A S Xomyakovun Yermak faciesini qeyd etmek olar Varlamov tamasalar ucun bestelediyi musiqide insanin derin ruhi heyecanlarini dogru duzgun eks etdirmeye calismisdir Bestekarin teatr janrinda yaradiciligi dram eserlerine musiqi bestelemesi ile mehdudlasmirdi hemin illerde o birperdeli Hiyleger oglan ve adamyeyen ve Soltanin eylenceleri baletleri uzerinde de islemisdir Baletler 1834 cu ve 1837 ci illerde Moskvada tamasaya qoyulmusdur Mueyyen sebeblere gore 1843 cu ilde istefaya cixmaga mecbur olan Varlamov 1845 ci ilde Moskvadan Peterburqa kocur Varlamovun Moskvada kecirdiyi 12 ilin yaradiciliq neticeleri olduqca sanballidir Onun derc etdirdiyi coxlu romans ve mahni xeyli dram eserine yazdigi musiqi iki balet hemin illerin mehsuludur O en meshur bestekarlardan birine cevrilmisdi Xor ve orkestr dirijoru gitaraci ve mugenni kimi Varlamovun gosterdiyi genis ifaciliq fealiyyetini de ayrica qeyd etmek lazimdir 1840 ci ilde Varlamov vokal seneti uzre Mugennilik mektebi adli ilk metodiki vesait yaratmisdir Bestekarin bu eserinde bir vokalist kimi onun coxillik pedaqoji tecrubesi derin biliyi ozunu gosterirdi Vokal yaradiciligiVarlamovun yaradiciliq irsi rengarengdir Bura dram tamasalarina yazilmis musiqi 2 balet bir nece xor ve fortepiano eseri daxildir Onun vokal eserleri realizmin rus incesenetinde berqerar oldugu dovrde yaranmisdir Demek olar ki butun vokal eserleri muasirleri olan rus sairlerinin sozlerine yazilmisdir Xalq yaradiciligindan gelen metnlere bestekarin oz seirlerine de rast gelmek olar Bestekarin musiqi irsinin en muhum hissesini rus mahnisi janrinda yazilmis vokal eserler teskil edir Onlar xalq musiqisi orneklerinden qidalaniblar Rus mahnilarinin ekseriyyeti axici lirik mahni tipine aiddir Bestekar mehz bu mahnilarla lirik rus kantilenasinin gozel numunelerini yaratmisdir Onun yaradiciliginda bu mahnilarin basqa bir novu de meydana gelmisdir Bunlar celd reqsvari xarakterli mahnilardir ki buraya Ox bolit da semit retivo serdecko Cosgun qelbim sancir Vdol po ulitse metelitsa metyot Kuce boyu covgun esir kimi numuneler daxildir Bestekar vals polonez bolero ve ya ikibolumlu olculu reqs ruhlu mahnilarinin ritmlerinden istifade etmis genis yayilan bir sira valsvari mahnilar bestelemisdir Yaradiciliq irsi rus mahnilari ile mehdudlasmayan bestekar elegiya barkarola sufre mahnisi ve ballada janrlarini inkisaf etdirerek romansa boyuk diqqet yetirir onu zenginlesdirirdi Onun Dve zvezdi Iki ulduz Ona i jizn O qiz ve heyat Zvyozdocka Ulduzcuk Pticka bojiya Allahin quscugazi romanslari sen qaygisiz ehval ruhiyyeni ifade edir Bundan basqa bestekar romans elegiyalarin ve dramatik romanslarin da muellifidir Varlamovun vokal musiqisinde tebiet obrazi ile bagli olan lirik romanslar da mueyyen yer tutur Bestekarin menzere xarakterli romanslarinin en gozel numunesi M J Lermotovun Hoteden tercumesine yazilmis Qorniye versini Dag zirveleri hesab edile biler Eser hem hessas romantik menzere tipli hem de olumun getirdiyi edebi rahatliq barede qemgin dusunceli romansdir Ballada janrina boyuk maraq gosteren bestekar bu janrda da bir sira eserler yazmisdir Misal ucun Pesnya razboynika Quldurun mahnisi ve Osedlayu konya Ati yeherleyirem adlarini cekmek olar Eserleri Krasniy sarafan Qirmizi sarafan Ax ti vremya vremecok Ah zaman zaman Ne sumite vetri buyniye Ses salmayin cosqun kulekler Bu mahnilari xususile cox meshur olmusdur Varlamov 200 e yaxin romansa mahni besteleyir teatr tamasalarina musiqi yazir IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Varlamov Aleksandr Egorovich Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Musiqi Edebiyyati kitabi 6 7 seh 11Hemcinin baxAleksandr Lvovic Qurilyov Aleksandr Alyabyev Aleksandr DarqomijskiXarici kecidlerAleksandr Egorovich Varlamov Aleksandr Varlamov