Aleksandr Nikolayeviç Derjavin (5 dekabr 1878, Kazan – 17 sentyabr 1963, Bakı) — Azərbaycanda ixtiologiya və hidrobiologiya elmlərinin əsasını qoymuş böyük alim.
Aleksandr Derjavin | |
---|---|
Doğum tarixi | 5 dekabr 1878 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 sentyabr 1963 (84 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | İxtiologiya, zoologiya, Hidrobiologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili |
|
Mükafatları |
Həyatı
Aleksandr Nikolayeviç Derjavin 5 dekabr 1878-ci ildə Kazan şəhərində anadan olmuşdur. O, orta təhsilini Kazan gimnaziyasında almış, 1897-ci ildə Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuş və 1902-ci ildə bu universitetin təbiət elmləri şöbəsini bitirmişdir. Gənc tələbənin elmi axtarışları da o illərdən başlanmışdır. Universiteti bitirdikdən sonra əsasən bir çox dənizlərdə balıq və xərçənglər üzrə nümunələr toplayan gənc alimin tədqiqat istiqaməti genişlənməyə başlamışdır. 1908–1910-cu illərdə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin təşkil etdiyi Kamçatka ekspedisiyasında iştirak etmiş, yarımadanın cənub hissəsinin çaylarında balıqların tədqiqi ilə məşğul olmuşdur. Bu tədqiqatlara görə A. N. Derjavin Rusiya Coğrafiya Cəmiyyətinin gümüş medalına layiq görülmüşdür.
Elmi Fəaliyyəti
Perspektivli alimin Xəzər dənizi "səyahəti" 1910–1912-ci illərdə Həştərxan ixtiologiya laboratoriyasında bioloq kimi fəaliyyət göstərdiyi zaman başlamışdır. Həmin dövrdən alimin Xəzərdə yaşayan balıqların və onurğasız heyvanların tədqiqatı üzrə fəaliyyətinin ilk dövrü başlanır. Bu illərdə A. N. Derjavin bəzi vətəgə balıqlarının biologiyası və Volqa çayına miqrasiyası, külmə, çapaq və siyənək balıqlarının qidalanmasını tədqiq etmiş, Volqanın aşağı hissəsində relikt Xəzər faunası üzrə hazırladığı bir sıra əsərlər üçün zəngin material toplamışdır. Alim bu mərhələdə, həmçinin Xəzər dənizi üçün yeni olan meduz növünün və qum xərçənglərinin yeni növlərinin təsvirini vermişdir.
Görkəmli tədqiqatçının Xəzər dənizi ilə bağlı araşdırmalarının ikinci mərhələsi daha uzun sürür. O, 1912-ci ildə Bakıya gəlir və elmi araşdırmalarını 1927-ci ilə qədər davam etdirir. AMEA Zoologiya İnstitutunun veb-səhifəsində alimlə bağlı verilmiş məqalədə onun fəaliyyəti haqqında əsas məqamlar əksini tapıb: "O, Əkinçilik Departamenti nəzdində Bakıda ixtioloji laboratoriyanın (indiki Azərbaycan Elmi-Tədqiqat Balıq Təsərrüfatı Institutu) təşkil edir və onun ilk rəhbəri olur. Bu laboratoriyada Xəzərin balıq faunası üzrə hərtərəfli tədqiqatlar aparılır. A. N. Derjavin Bakı ixtioloji laboratoriyasına 15 il rəhbərlik etmiş və bu dövrdə Xəzər dənizində yaşayan nərə balıqlarının, Xəzər qızılbalığının biologiyası sahəsində geniş tədqiqatlar aparmışdır. Bununla belə A. N. Derjavin Kür hövzəsində stasionar məntəqələr yaradır, nərə, uzunburun, qızılbalıq və kütüm kimi qiymətli balıqların süni yolla artırılmasını təşkil edir. Mingəçevir, Qaradonlu, Bankə, eləcə də Samurçay və Sulak çaylarında balıqartırma zavodlarının və məntəqələrinin yaranması A. N. Derjavinin təşkilatçılıq qabiliyyətinin nəticəsi olmuşdur. O, nərə balıqlarının kürülərini lil ilə qabaqcadan yumaqla mayalandırma və Ses-Qrin aparatında mayalanmış kürülərin inkubasiya metodlarını işləyib hazırlamışdır. Beləliklə, A. N. Derjavin nərə balıqlarının kürüsünün yapışqanlı səthdən təmizlənməsi metodunun və bu yolla onların süni artırılmasının əsasını qoymuşdur".
A. N. Derjavinin adı respublikamızın həyatında bir sıra əlamətdar hadisələrlə də bağlıdır. 1919-cu ildə Bakı Universitetinin yaradılmasında və orada Zoologiya kafedrasının təşkilində də alimin xüsusi əməyi var. O, eyni zamanda 1922–1929-cu illərdə balıqartırmanın Fars-Qafqaz şöbəsinin müdiri olmuşdur. Alim 1922-ci ildə Rusiyanın Baş Balıqçılıq Idarəsinin Moskvadakı iclasında Xəzər qızılbalığının, Səfidrud və Sulak çaylarında nərəkimilərin artırılmasına dair təkliflə 3 saatlıq maraqlı məruzə etmişdir.
Onun keçmiş sovet respublikaları ərazisindəki bir çox dəyərli elmi işləri zoologiya elminin inkişafına mühüm təkan vermişdir. A. N. Derjavin yenidən Bakıya dönüşü 1932-ci ilə təsadüf edir ki, o, həmin tarixdən ömrünün sonuna qədər, yəni 31 il burada fəaliyyət göstərir. Tədqiqatçı alim Bakı Ixtioloji laboratoriyasına rəhbərlik etməklə bərabər, Azərbaycan Elmlər Akademiyasında Zoologiya sektorunun su heyvanları şöbəsinin müdiri işləyir. 1936-cı ildə A. N. Derjavin Kür balıqçılıq stansiyasına müdir təyin edilir. Şəxsi təşəbbüsü ilə tikilmiş bu stansiyada o, öz ideyaları əsasında nərə balıqlarının süni yolla artırılmasının biotexnologiyasını, məşhur ekoloji metodunu hazırlayır. 1938-ci ildə SSRI Ali Attestasiya Komissiyası dissertasiya müdafiə etmədən A. N. Derjavinə biologiya elmləri doktoru elmi dərəcəsi və professor adı verir. İxtioloq alimin ilk və qeyri-adi planda tədqiq etdiyi balıq növü Kür uzunburun balığı olmuşdur. Müəllifin bu sahədə apardığı tədqiqat işləri 1922-ci ildə çapdan çıxmış "Uzunburun" ("Sevryuqa") monoqrafiyasında öz əksini tapmışdır. AMEA Zoologiya Institutunun veb-səhifəsində bu barədə yazılır: "Müəllifə dünya şöhrəti gətirən və klassik əsərlər sırasına daxil olmuş bu monoqrafiyada küləyin istiqamətinin dəyişilməsi ilə balıqların Kür çayına daxil olma dinamikası arasında əlaqə, nərə balıqlarının Kür çayına daxil olan zaman çayın yatağında yayılması, suyun səviyyəsindən, axının sürətindən, balıqların cinsindən və yaşından asılı olaraq onların kürütökmə yerlərinə qalxma tezliyi aydınlaşdırılmışdır. A. N. Derjavin Xəzər dənizində uzunburun və nərənin dənizdə miqrasiyasını öyrənmiş və bu işdə ilk dəfə olaraq kütləvi nişanlama üsulundan istifadə etmişdir. Eyni zamanda, nərə balıqlarının ehtiyatını hesablamaq üçün orijinal metod işləyib hazırlamışdır və bu metod indi də öz əhəmiyyətini itirməmişdir. Təsadüfi deyil ki, 1961-ci ildə keçmiş SSRI Elmlər Akademiyası tərəfindən bu əsər təkrar nəşr olunmuşdur".
Zoologiya Institutunda işləyərkən A. N. Derjavin nərə balıqları və qızıl balığın ehtiyatlarının artırılması, habelə Mingəçevir su qovşağının tikintisi ilə əlaqədar balıqçılıq təsərrüfatının layihələşdirilməsi üzrə elmi əsaslar hazırlamışdır. Bu əsaslar üzrə Azərbaycanda dörd nərə balıq artırma zavodu, iki qızılbalıq zavodu və üç balıqartırma təsərrüfatı tikilmişdir. Bu dövrlərdə A. N. Derjavin "Xəzər qızıl balığı ehtiyatlarının bərpası" (1941), "Nərə balıqları ehtiyatlarının bərpası" (1947), "Azərbaycanın şirin su balıqları(1949) monoqrafiyalarını nəşr etdirmişdir. Alimin 1956-cı ildə isə "Kürün balıq təsərrüfatı" adlı 35 çap vərəqi həcmində kitabı da çap olunmuşdur. Həmin əsər haqqında o zaman yazılmış bir elmi rəydə qeyd olunmuşdur ki, belə bir əsər heç bir alim tərəfindən nə SSRI məkanında, nə də xarici ölkələrdə yazılmamışdır. "Azərbaycanın heyvanat aləmi" (1951) kitabında A. N. Derjavin Xəzər dənizi və Azərbaycanın şirin suları faunasının əmələ gəlmə tarixi, balıqlar, molyusklar, briozoylar, xərçənglər, qurdlar, bağırsaqboşluqlular və süngərlər haqqında 16 məqalə nəşr etdirmişdir. Ümumiyyətlə, həyat və fəaliyyətinin böyük bir hissəsi Azərbaycanla bağlı olan A. N. Derjavinin bu müddətdə 200-dən artıq elmi əsəri işıq üzü görmüşdür.
Kür çayının balıq təsərrüfatında baş verə biləcək dəyişikliklər böyük elm adamını ən çox narahat edən məsələlərdən biri idi. Görkəmli mütəxəssis bu gün Kür çayında yaranmış vəziyyəti 50–60 il bundan əvvəl görürdü. O, söhbətlərinin birində demişdi ki, Mingəçevir bəndinin tikilməsi ilə Kürün balıq təsərrüfatına elə zərbə endirildi ki, o, bir daha özünə gələ bilməyəcək. Alim bu problemlərdən yeganə çıxış yolunu süni balıqartırma şəbəkələrini genişləndirməkdə görürdü və ömrünün son illərdəki fəaliyyəti də əsasən bu istiqamətə yönəlmişdi.
Azərbaycan elminin görkəmli simalarından biri A. N. Derjavin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Bakı Dövlət Universitetində zoologiya və ixtiologiya üzrə mühazirələr oxumuş, olduqca maraqlı və məzmunlu mühazirələri ilə tələbələrdə ixtiologiya elminə maraq oyatmışdır. Onun rəhbərliyi altında 10-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. Böyük elmi fəaliyyətinə görə alim bir çox yüksək mükafat və adlarla təltif olunmuşdur. O, 1955-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir.
Görkəmli elm xadimi 1963-cü il sentyabr ayının 17-də 85 yaşında vəfat etmişdir.
Mənbə
- Абдурахманов Ю. А., Чугунова Н. И. Памяти Александра Николаевича Державина // Вопросы ихтиологии. — 1964. — Т. 4. — Вып. 2 (31). — С. 372–381.
- А. Н. Державин (1878–1963) // Рыбное хозяйство. — 1963. — № 12. — С. 82.
- Крохин Е. М. Памяти А. Н. Державина (1878–1963) // Вопросы географии Камчатки. — 1964. — Вып. 2. — С. 120.
Həmçinin bax
İstinadlar
- "Derjavin Aleksandr Nikolayevich". science.gov.az (ingilis). 2022-11-23 tarixində . İstifadə tarixi: 2022-11-23.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Aleksandr Nikolayevic Derjavin 5 dekabr 1878 Kazan 17 sentyabr 1963 Baki Azerbaycanda ixtiologiya ve hidrobiologiya elmlerinin esasini qoymus boyuk alim Aleksandr DerjavinDogum tarixi 5 dekabr 1878 1878 12 05 Dogum yeri Kazan Kazan qezasi d Kazan quberniyasi Rusiya imperiyasiVefat tarixi 17 sentyabr 1963 1963 09 17 84 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIElm saheleri Ixtiologiya zoologiya HidrobiologiyaElmi derecesi biologiya elmleri doktoruElmi adi professorIs yeri Baki Dovlet UniversitetiTehsili Kazan Dovlet Universiteti 1908 MukafatlariHeyatiAleksandr Nikolayevic Derjavin 5 dekabr 1878 ci ilde Kazan seherinde anadan olmusdur O orta tehsilini Kazan gimnaziyasinda almis 1897 ci ilde Kazan Universitetinin fizika riyaziyyat fakultesine daxil olmus ve 1902 ci ilde bu universitetin tebiet elmleri sobesini bitirmisdir Genc telebenin elmi axtarislari da o illerden baslanmisdir Universiteti bitirdikden sonra esasen bir cox denizlerde baliq ve xercengler uzre numuneler toplayan genc alimin tedqiqat istiqameti genislenmeye baslamisdir 1908 1910 cu illerde A N Derjavin Rusiya Cografiya Cemiyyetinin teskil etdiyi Kamcatka ekspedisiyasinda istirak etmis yarimadanin cenub hissesinin caylarinda baliqlarin tedqiqi ile mesgul olmusdur Bu tedqiqatlara gore A N Derjavin Rusiya Cografiya Cemiyyetinin gumus medalina layiq gorulmusdur Elmi FealiyyetiPerspektivli alimin Xezer denizi seyaheti 1910 1912 ci illerde Hesterxan ixtiologiya laboratoriyasinda bioloq kimi fealiyyet gosterdiyi zaman baslamisdir Hemin dovrden alimin Xezerde yasayan baliqlarin ve onurgasiz heyvanlarin tedqiqati uzre fealiyyetinin ilk dovru baslanir Bu illerde A N Derjavin bezi vetege baliqlarinin biologiyasi ve Volqa cayina miqrasiyasi kulme capaq ve siyenek baliqlarinin qidalanmasini tedqiq etmis Volqanin asagi hissesinde relikt Xezer faunasi uzre hazirladigi bir sira eserler ucun zengin material toplamisdir Alim bu merhelede hemcinin Xezer denizi ucun yeni olan meduz novunun ve qum xercenglerinin yeni novlerinin tesvirini vermisdir Gorkemli tedqiqatcinin Xezer denizi ile bagli arasdirmalarinin ikinci merhelesi daha uzun surur O 1912 ci ilde Bakiya gelir ve elmi arasdirmalarini 1927 ci ile qeder davam etdirir AMEA Zoologiya Institutunun veb sehifesinde alimle bagli verilmis meqalede onun fealiyyeti haqqinda esas meqamlar eksini tapib O Ekincilik Departamenti nezdinde Bakida ixtioloji laboratoriyanin indiki Azerbaycan Elmi Tedqiqat Baliq Teserrufati Institutu teskil edir ve onun ilk rehberi olur Bu laboratoriyada Xezerin baliq faunasi uzre herterefli tedqiqatlar aparilir A N Derjavin Baki ixtioloji laboratoriyasina 15 il rehberlik etmis ve bu dovrde Xezer denizinde yasayan nere baliqlarinin Xezer qizilbaliginin biologiyasi sahesinde genis tedqiqatlar aparmisdir Bununla bele A N Derjavin Kur hovzesinde stasionar menteqeler yaradir nere uzunburun qizilbaliq ve kutum kimi qiymetli baliqlarin suni yolla artirilmasini teskil edir Mingecevir Qaradonlu Banke elece de Samurcay ve Sulak caylarinda baliqartirma zavodlarinin ve menteqelerinin yaranmasi A N Derjavinin teskilatciliq qabiliyyetinin neticesi olmusdur O nere baliqlarinin kurulerini lil ile qabaqcadan yumaqla mayalandirma ve Ses Qrin aparatinda mayalanmis kurulerin inkubasiya metodlarini isleyib hazirlamisdir Belelikle A N Derjavin nere baliqlarinin kurusunun yapisqanli sethden temizlenmesi metodunun ve bu yolla onlarin suni artirilmasinin esasini qoymusdur A N Derjavinin adi respublikamizin heyatinda bir sira elametdar hadiselerle de baglidir 1919 cu ilde Baki Universitetinin yaradilmasinda ve orada Zoologiya kafedrasinin teskilinde de alimin xususi emeyi var O eyni zamanda 1922 1929 cu illerde baliqartirmanin Fars Qafqaz sobesinin mudiri olmusdur Alim 1922 ci ilde Rusiyanin Bas Baliqciliq Idaresinin Moskvadaki iclasinda Xezer qizilbaliginin Sefidrud ve Sulak caylarinda nerekimilerin artirilmasina dair teklifle 3 saatliq maraqli meruze etmisdir Onun kecmis sovet respublikalari erazisindeki bir cox deyerli elmi isleri zoologiya elminin inkisafina muhum tekan vermisdir A N Derjavin yeniden Bakiya donusu 1932 ci ile tesaduf edir ki o hemin tarixden omrunun sonuna qeder yeni 31 il burada fealiyyet gosterir Tedqiqatci alim Baki Ixtioloji laboratoriyasina rehberlik etmekle beraber Azerbaycan Elmler Akademiyasinda Zoologiya sektorunun su heyvanlari sobesinin mudiri isleyir 1936 ci ilde A N Derjavin Kur baliqciliq stansiyasina mudir teyin edilir Sexsi tesebbusu ile tikilmis bu stansiyada o oz ideyalari esasinda nere baliqlarinin suni yolla artirilmasinin biotexnologiyasini meshur ekoloji metodunu hazirlayir 1938 ci ilde SSRI Ali Attestasiya Komissiyasi dissertasiya mudafie etmeden A N Derjavine biologiya elmleri doktoru elmi derecesi ve professor adi verir Ixtioloq alimin ilk ve qeyri adi planda tedqiq etdiyi baliq novu Kur uzunburun baligi olmusdur Muellifin bu sahede apardigi tedqiqat isleri 1922 ci ilde capdan cixmis Uzunburun Sevryuqa monoqrafiyasinda oz eksini tapmisdir AMEA Zoologiya Institutunun veb sehifesinde bu barede yazilir Muellife dunya sohreti getiren ve klassik eserler sirasina daxil olmus bu monoqrafiyada kuleyin istiqametinin deyisilmesi ile baliqlarin Kur cayina daxil olma dinamikasi arasinda elaqe nere baliqlarinin Kur cayina daxil olan zaman cayin yataginda yayilmasi suyun seviyyesinden axinin suretinden baliqlarin cinsinden ve yasindan asili olaraq onlarin kurutokme yerlerine qalxma tezliyi aydinlasdirilmisdir A N Derjavin Xezer denizinde uzunburun ve nerenin denizde miqrasiyasini oyrenmis ve bu isde ilk defe olaraq kutlevi nisanlama usulundan istifade etmisdir Eyni zamanda nere baliqlarinin ehtiyatini hesablamaq ucun orijinal metod isleyib hazirlamisdir ve bu metod indi de oz ehemiyyetini itirmemisdir Tesadufi deyil ki 1961 ci ilde kecmis SSRI Elmler Akademiyasi terefinden bu eser tekrar nesr olunmusdur Zoologiya Institutunda isleyerken A N Derjavin nere baliqlari ve qizil baligin ehtiyatlarinin artirilmasi habele Mingecevir su qovsaginin tikintisi ile elaqedar baliqciliq teserrufatinin layihelesdirilmesi uzre elmi esaslar hazirlamisdir Bu esaslar uzre Azerbaycanda dord nere baliq artirma zavodu iki qizilbaliq zavodu ve uc baliqartirma teserrufati tikilmisdir Bu dovrlerde A N Derjavin Xezer qizil baligi ehtiyatlarinin berpasi 1941 Nere baliqlari ehtiyatlarinin berpasi 1947 Azerbaycanin sirin su baliqlari 1949 monoqrafiyalarini nesr etdirmisdir Alimin 1956 ci ilde ise Kurun baliq teserrufati adli 35 cap vereqi hecminde kitabi da cap olunmusdur Hemin eser haqqinda o zaman yazilmis bir elmi reyde qeyd olunmusdur ki bele bir eser hec bir alim terefinden ne SSRI mekaninda ne de xarici olkelerde yazilmamisdir Azerbaycanin heyvanat alemi 1951 kitabinda A N Derjavin Xezer denizi ve Azerbaycanin sirin sulari faunasinin emele gelme tarixi baliqlar molyusklar briozoylar xercengler qurdlar bagirsaqbosluqlular ve sungerler haqqinda 16 meqale nesr etdirmisdir Umumiyyetle heyat ve fealiyyetinin boyuk bir hissesi Azerbaycanla bagli olan A N Derjavinin bu muddetde 200 den artiq elmi eseri isiq uzu gormusdur Kur cayinin baliq teserrufatinda bas vere bilecek deyisiklikler boyuk elm adamini en cox narahat eden meselelerden biri idi Gorkemli mutexessis bu gun Kur cayinda yaranmis veziyyeti 50 60 il bundan evvel gorurdu O sohbetlerinin birinde demisdi ki Mingecevir bendinin tikilmesi ile Kurun baliq teserrufatina ele zerbe endirildi ki o bir daha ozune gele bilmeyecek Alim bu problemlerden yegane cixis yolunu suni baliqartirma sebekelerini genislendirmekde gorurdu ve omrunun son illerdeki fealiyyeti de esasen bu istiqamete yonelmisdi Azerbaycan elminin gorkemli simalarindan biri A N Derjavin elmi islerle yanasi pedaqoji fealiyyetle de mesgul idi O Baki Dovlet Universitetinde zoologiya ve ixtiologiya uzre muhazireler oxumus olduqca maraqli ve mezmunlu muhazireleri ile telebelerde ixtiologiya elmine maraq oyatmisdir Onun rehberliyi altinda 10 dan cox doktorluq ve namizedlik dissertasiyalari mudafie edilmisdir Boyuk elmi fealiyyetine gore alim bir cox yuksek mukafat ve adlarla teltif olunmusdur O 1955 ci ilde Azerbaycan EA nin heqiqi uzvu secilmisdir Gorkemli elm xadimi 1963 cu il sentyabr ayinin 17 de 85 yasinda vefat etmisdir MenbeAbdurahmanov Yu A Chugunova N I Pamyati Aleksandra Nikolaevicha Derzhavina Voprosy ihtiologii 1964 T 4 Vyp 2 31 S 372 381 A N Derzhavin 1878 1963 Rybnoe hozyajstvo 1963 12 S 82 Krohin E M Pamyati A N Derzhavina 1878 1963 Voprosy geografii Kamchatki 1964 Vyp 2 S 120 Hemcinin baxCon Eduard Qrey Con Latam Corc Albert Bulencer Corc SouIstinadlar Derjavin Aleksandr Nikolayevich science gov az ingilis 2022 11 23 tarixinde Istifade tarixi 2022 11 23