Ağahüseyin Mehdi oğlu Əlihüseyinov (1908, Bakı – bilinmir) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru.
Ağahüseyin Əlihüseyinov | |
---|---|
Azərbaycan SSR Baş Prokuroru | |
sentyabr 1937 – 1941 | |
Əvvəlki | Bahadır Vəlibəyov |
Sonrakı | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1908 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində sonralar Lenin adını daşıyacaq toxucu fabrik işçisinin ailəsində anadan olmuşdur. Uşaq vaxtı , adi işçi - yağlayıcı olan atasının əməyinin nə qədər fərəhsiz və ağır olduğunu görürdü. Milyoner Tağıyev 16-18 saatlıq iş günü üçün ağlagəlməz dərəcədə az əmək haqqı verirdi. Bu ailənin ən kiçik üzvü olan Ağahüseyn də vaxtlı-vaxtında məktəbə gedə bilmirdi. Ağahüseyn çox gənc ikən muzdla işləməyə məcbur olur. 1923-cü ildə Əlihüseynov bir dərəcəli məktəbi qurtarıb, həmin ildə 1-ci dövlət mətbəəsində şagirdliyə girir. Burada komsomola daxil olur və dərhal özünü qabaqcıl komsomolçu-aktivist kimi göstərir. Mətbəənin komsomolçuları onu divar qəzetinin redaksiya kollegiyasına katib, sonra özəyə kultura-propaqanda işçisi , bir neçə müddətdən sonra katib seçirlər. Əlihüseynovun bilik öyrənmək həvəsi olduqca böyük idi. O, gündüzləri mətbəədə işləyərək, axşamları işçi fakültəsində oxuyur. Dörd ilin ərzində o, istehsalatda çalışaraq böyük həvəslə oxumaqda davam edir. Bu illər ərzində Əlihüseynov özünü işçi gənclərin gözəl təşkilatçısı , Bakı mətbuatının gözüaçıq müxbiri, din əleyhinə bacarıqlı agitator kimi göstərir.Din əleyhinə propaqanda sahəsində Əlihüseynov hələ komsomolçu ikən böyük işlər görür.Bu gənc agitator işçi klublarında , məscidlərin həyətlərində (xüsusilə Bakının dağlıq hissələrində) mollaların fəaliyyətini ifşa etmiş, dinin sinfi mahiyyətini açıb göstərmişdir. Əlihüseynov hələ o zaman Mübariz allahsızlar İttifaqı Bakı Sovetinin prezidiumu üzvü idi.
"Zəhmətkeşlərin haqlı tələbləri"nə biganə qala bilməyən NKVD-nin baş komissarı N. Yejov 30 iyul 1937-ci ildə "Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat" haqqında 00447 saylı əmr imzaladı. Bu əmrə görə siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsini təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında "üçlüklər — troykalar" yaradıldı. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – "troyka"nın – tərkibi Daxili İşlər Xalq komissarı Y. Sumbatov-Topuridzedən — sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi.
Sonrakı dövrdə respublika "troyka"sının fəaliyyətini Daxili İşlər Xalq komissarı M. Rayev — sədr, Ağahüseyn Əlihüseynov və Teymur Yaqubov davam etdirmişlər. Tutulanları iki kateqoriya üzrə — birinci və ikinci kateqoriya üzrə istintağa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar güllələlənirdilər, "bəxti gətirib" ikinci kateqoriyaya düşənlərə isə 8 — 10 il həbs cəzası təyin edirdilər. Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən "üçlüklər"ə SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1 500, II kateqoriya ilə 3 750 məhbus, cəmi 5 250 nəfər cəzalandırılmalı idi.
İstinadlar
- Bax: Об операции по репрессированию бывших кулаков, уголовников и др. антисоветских элементов
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Agahuseyin Mehdi oglu Elihuseyinov 1908 Baki bilinmir Azerbaycanin dovlet ve ictimai siyasi xadimi Azerbaycan SSR Bas prokuroru Agahuseyin ElihuseyinovAzerbaycan SSR Bas Prokurorusentyabr 1937 1941EvvelkiBahadir VelibeyovSonrakiSexsi melumatlarDogum tarixi 1908Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi bilinmirPartiya Sovet Ittifaqi Kommunist PartiyasiFealiyyeti siyasetciHeyatiAgahuseyn Mehdi oglu Elihuseynov 1908 ci ilde Baki seherinde sonralar Lenin adini dasiyacaq toxucu fabrik iscisinin ailesinde anadan olmusdur Usaq vaxti adi isci yaglayici olan atasinin emeyinin ne qeder ferehsiz ve agir oldugunu gorurdu Milyoner Tagiyev 16 18 saatliq is gunu ucun aglagelmez derecede az emek haqqi verirdi Bu ailenin en kicik uzvu olan Agahuseyn de vaxtli vaxtinda mektebe gede bilmirdi Agahuseyn cox genc iken muzdla islemeye mecbur olur 1923 cu ilde Elihuseynov bir dereceli mektebi qurtarib hemin ilde 1 ci dovlet metbeesinde sagirdliye girir Burada komsomola daxil olur ve derhal ozunu qabaqcil komsomolcu aktivist kimi gosterir Metbeenin komsomolculari onu divar qezetinin redaksiya kollegiyasina katib sonra ozeye kultura propaqanda iscisi bir nece muddetden sonra katib secirler Elihuseynovun bilik oyrenmek hevesi olduqca boyuk idi O gunduzleri metbeede isleyerek axsamlari isci fakultesinde oxuyur Dord ilin erzinde o istehsalatda calisaraq boyuk hevesle oxumaqda davam edir Bu iller erzinde Elihuseynov ozunu isci genclerin gozel teskilatcisi Baki metbuatinin gozuaciq muxbiri din eleyhine bacariqli agitator kimi gosterir Din eleyhine propaqanda sahesinde Elihuseynov hele komsomolcu iken boyuk isler gorur Bu genc agitator isci klublarinda mescidlerin heyetlerinde xususile Bakinin dagliq hisselerinde mollalarin fealiyyetini ifsa etmis dinin sinfi mahiyyetini acib gostermisdir Elihuseynov hele o zaman Mubariz allahsizlar Ittifaqi Baki Sovetinin prezidiumu uzvu idi Zehmetkeslerin haqli telebleri ne bigane qala bilmeyen NKVD nin bas komissari N Yejov 30 iyul 1937 ci ilde Kecmis qolcomaqlar caniler ve basqa antisovet unsurlerin repressiya edilmesi uzre emeliyyat haqqinda 00447 sayli emr imzaladi Bu emre gore siyasi dusmenleri derhal mehv etmek siyasi rejimi deyismek fikrine dusenleri operativ sekilde zerersizlesdirmek meqsedile sadelesdirilmis is usuluna kecilmesini temin etmek ucun Sovet Ittifaqinin butun muttefiq respublikalarinda uclukler troykalar yaradildi Azerbaycanda fealiyyet gostermis ilk ucluyun troyka nin terkibi Daxili Isler Xalq komissari Y Sumbatov Topuridzeden sedr Teymur Quliyevden ve Cahangir Axundzadeden ibaret idi Sonraki dovrde respublika troyka sinin fealiyyetini Daxili Isler Xalq komissari M Rayev sedr Agahuseyn Elihuseynov ve Teymur Yaqubov davam etdirmisler Tutulanlari iki kateqoriya uzre birinci ve ikinci kateqoriya uzre istintaga celb edirdiler Birinci kateqoriyaya daxil olanlar gullelelenirdiler bexti getirib ikinci kateqoriyaya dusenlere ise 8 10 il hebs cezasi teyin edirdiler Teqsirli sayilanlari tez ve sadelesdirilmis sekilde muhakime eden uclukler e SSRI NKVD nin xalq komissari N Yejov evvelceden plan kesmisdi Meselen Azerbaycan Respublikasindan I kateqoriya ile 1 500 II kateqoriya ile 3 750 mehbus cemi 5 250 nefer cezalandirilmali idi IstinadlarBax Ob operacii po repressirovaniyu byvshih kulakov ugolovnikov i dr antisovetskih elementov