Açma-yumma xalçaları — Qarabağ tipinə aid olan xovlu xalça.
Xalça | |
Açma-yumma xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Ölkə |
Ümumi məlumat
Azərbaycan xalçaları toxunma texnikasına görə 2 əsas qrupa bölünür: xovsuz və xovlu xalçalar. Xovsuz xalçaların yaranması toxuculuq sənətinin ilk dövrlərinə təsadüf edir. Bu qrupa çətən, həsir, palaz, kilim, cecim, vərni, şəddə, zili və sumax kimi xalçalar daxildir.
Xovlu xalçalar xalça sənətinin texnoloji və bədii inkişafının son dövr məhsuludur. Ümumilikdə Azərbaycanın xovsuz və xovlu xalçaları bədii-texnoloji xüsusiyyətlərinə görə 9 qrup üzrə təsnif və tədqiq olunur: Qarabağ tipinə aid olan "Açma-yumma" xalçalarının istehsal mərkəzləri qədim zamanlardan Ağdamın Xıdırlı, Cəbrayılın Papı və Sofulu kəndləri, XVIII əsrdən etibarən isə həmçinin Şuşa və ona yaxın yerləşən Şırlan və Xəlfəli qəsəbələri olmuşdur. Dağlıq Qarabağda, habelə Köhnə Tağlarda və Daşbulaqda istehsal olunan xalçalar, yuxarıda sadalanan xalçaçılıq məntəqələrində toxunan xalçalarla müqayisədə daha kobuddur. Bununla əlaqədar olaraq, bu tipin kompozisiyalarının bədii dəyəri aşağıdır. Xalçaçılıq sənətinin əski ustadlarının söylədiyi kimi, keçmiş zamanlarda Bərdə rayonunun Kəbirli kəndində (Ağcabədiyə yaxın) istehsal olunan kiçik ölçülü "Açma-yumma" xalçaları çox məşhur idi. Onlar zərif iplərdən toxunurdu, həzin və sakitləşdirici çalarlara malik olurdu və bir qayda olaraq, xüsusi sifarişlə istehsal olunurdu. Kəbirli kəndinin əhalisi əsasən, heyvandarlıqla məşğul olur, yarımköçəri həyat tərzi keçirirdilər, buna görə də xovsuz xalçaların – kilim və palazların istehsalı daha çox inkişaf etmişdi.
Bədii analiz
"Açma-yumma" xalçalarının orta sahəsinin kompozisiyası, başlıca olaraq, bir neçə ətrafında dişciklərin olduğu rombabənzər naxışlardan (qellərdən) ibarətdir. Bir –birinin ardınca aşağıdan yuxarıya doğru bütün orta sahə boyunca yerləşən naxışlar (göllər) formalarına görə orijinaldır. Naxışların təsvirlərinin sxematikliyini və onları əhatə edən dişciklərin formasını nəzərə alaraq, xalçaçılar bu xalçaları ədalətli olaraq, "Açma-yumma" adlandırmışlar. Bu adlandırma, toxuma prosesində naxışların istiqamətini müəyyən edən texniki termindir. Yuxarıda təsvir edilmiş göllərin yarısı eyni dəqiqliklə və ya kiçik dəyişiklərlə xalçanın sağ və sol tərəflərində təkrarlanır ki, bu da göllərin diaqonal və şaquli istiqamətlərdə təkrarlanması görünüşü yaradır. Göllər arasındakı hamar fonlu burumlar xalçanı canlandırır. Qeyd edək ki, böyük xalılarda xalının enindən asılı olaraq, naxışlar arası burumlar əhəmiyyətli dərəcədə genəldilir. Haqqında danışılan xalça orta sahənin kompozisiyasına görə "Dəryanur xalçası"na bənzəyir. "Açma-yumma" xalçalarının haşiyə zolaqları müxtəlif olur. Lakin "Qotazlı butanın" orta haşiyəsi xalçanın bu tipi üçün səciyyəvidir. "Açma-yumma" xalçalarının fonu, adətən tünd göy rəngdə olur. Nadir hallarda bu cür xalçaların qırmızı fonda olanına da rast gəlinir. Şuşada "Açma-yumma" təsvirli xalı – gəvələr də istehsal olunurdu.
Texniki xüsusiyyətlər
"Açma-yumma" xalçaları, bir qayda olaraq, düzbucaqlı formada olur. Bəzən kvadrat formalı növləri də (təxminən 4 kvadrat metr) toxunur ki, bunlar da xalçaçılar arasında "xalıbalası" adını almışdır. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə təxminən 33X33 düyün yerləşdirilir (hər kvadrat metrdə 108 000-dən 122 000 düyünədək). Bəzən daha sıx düyünlü "Açma-yumma" xalçalarına rast gəlinir. Xovun uzunluğu – 7 millimetrdir.
Daha mürəkkəb kompozisiyaya malik olan və daha sıx toxunan "Açma-yumma" xalçaları Qarabağ tipli xalçaların ən yaxşı növü hesab olunur.
Həmçinin bax
İstinadlar
- Muranov V., Gasimoova D. Azerbaijani Carpets Tabriz Group (ing.). 2013. P. 18.
- "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı". president.az (az.). 2023-03-06 tarixində . İstifadə tarixi: 2023-03-06.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Acma yumma xalcalari Qarabag tipine aid olan xovlu xalca XalcaAcma yumma xalcalariXalca haqqinda melumatlarOlke AzerbaycanUmumi melumatAzerbaycan xalcalari toxunma texnikasina gore 2 esas qrupa bolunur xovsuz ve xovlu xalcalar Xovsuz xalcalarin yaranmasi toxuculuq senetinin ilk dovrlerine tesaduf edir Bu qrupa ceten hesir palaz kilim cecim verni sedde zili ve sumax kimi xalcalar daxildir Xovlu xalcalar xalca senetinin texnoloji ve bedii inkisafinin son dovr mehsuludur Umumilikde Azerbaycanin xovsuz ve xovlu xalcalari bedii texnoloji xususiyyetlerine gore 9 qrup uzre tesnif ve tedqiq olunur Qarabag tipine aid olan Acma yumma xalcalarinin istehsal merkezleri qedim zamanlardan Agdamin Xidirli Cebrayilin Papi ve Sofulu kendleri XVIII esrden etibaren ise hemcinin Susa ve ona yaxin yerlesen Sirlan ve Xelfeli qesebeleri olmusdur Dagliq Qarabagda habele Kohne Taglarda ve Dasbulaqda istehsal olunan xalcalar yuxarida sadalanan xalcaciliq menteqelerinde toxunan xalcalarla muqayisede daha kobuddur Bununla elaqedar olaraq bu tipin kompozisiyalarinin bedii deyeri asagidir Xalcaciliq senetinin eski ustadlarinin soylediyi kimi kecmis zamanlarda Berde rayonunun Kebirli kendinde Agcabediye yaxin istehsal olunan kicik olculu Acma yumma xalcalari cox meshur idi Onlar zerif iplerden toxunurdu hezin ve sakitlesdirici calarlara malik olurdu ve bir qayda olaraq xususi sifarisle istehsal olunurdu Kebirli kendinin ehalisi esasen heyvandarliqla mesgul olur yarimkoceri heyat terzi kecirirdiler buna gore de xovsuz xalcalarin kilim ve palazlarin istehsali daha cox inkisaf etmisdi Bedii analiz Acma yumma xalcalarinin orta sahesinin kompozisiyasi baslica olaraq bir nece etrafinda disciklerin oldugu rombabenzer naxislardan qellerden ibaretdir Bir birinin ardinca asagidan yuxariya dogru butun orta sahe boyunca yerlesen naxislar goller formalarina gore orijinaldir Naxislarin tesvirlerinin sxematikliyini ve onlari ehate eden disciklerin formasini nezere alaraq xalcacilar bu xalcalari edaletli olaraq Acma yumma adlandirmislar Bu adlandirma toxuma prosesinde naxislarin istiqametini mueyyen eden texniki termindir Yuxarida tesvir edilmis gollerin yarisi eyni deqiqlikle ve ya kicik deyisiklerle xalcanin sag ve sol tereflerinde tekrarlanir ki bu da gollerin diaqonal ve saquli istiqametlerde tekrarlanmasi gorunusu yaradir Goller arasindaki hamar fonlu burumlar xalcani canlandirir Qeyd edek ki boyuk xalilarda xalinin eninden asili olaraq naxislar arasi burumlar ehemiyyetli derecede geneldilir Haqqinda danisilan xalca orta sahenin kompozisiyasina gore Deryanur xalcasi na benzeyir Acma yumma xalcalarinin hasiye zolaqlari muxtelif olur Lakin Qotazli butanin orta hasiyesi xalcanin bu tipi ucun seciyyevidir Acma yumma xalcalarinin fonu adeten tund goy rengde olur Nadir hallarda bu cur xalcalarin qirmizi fonda olanina da rast gelinir Susada Acma yumma tesvirli xali geveler de istehsal olunurdu Texniki xususiyyetler Acma yumma xalcalari bir qayda olaraq duzbucaqli formada olur Bezen kvadrat formali novleri de texminen 4 kvadrat metr toxunur ki bunlar da xalcacilar arasinda xalibalasi adini almisdir Duyunlerin sixligi her kvadrat desimetrde texminen 33X33 duyun yerlesdirilir her kvadrat metrde 108 000 den 122 000 duyunedek Bezen daha six duyunlu Acma yumma xalcalarina rast gelinir Xovun uzunlugu 7 millimetrdir Daha murekkeb kompozisiyaya malik olan ve daha six toxunan Acma yumma xalcalari Qarabag tipli xalcalarin en yaxsi novu hesab olunur Hemcinin baxQarabag xalcalari Qasimusagi xalcalari Qoca xalcalari Qubadli xalcalariIstinadlarMuranov V Gasimoova D Azerbaijani Carpets Tabriz Group ing 2013 P 18 Azerbaycan Respublikasinda xalca senetinin qorunmasina ve inkisaf etdirilmesine dair 2018 2022 ci iller ucun Dovlet Proqrami president az az 2023 03 06 tarixinde Istifade tarixi 2023 03 06