586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə və təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və adlarına layiq görülmüşdürlər.
586-cı qırıcı aviasiya alayı | |
---|---|
rus. 586-й истребительный авиационный полк | |
Yaranma tarixi | 1951–1945 |
Ölkə | |
Tabedir | |
Təchizatı | |
Döyüşlər | İkinci Dünya müharibəsində Şərq cəbhəsi |
Komandanlıq | |
Məşhur komandirləri | (1941–1942) (1942) (1942–1945) |
Tarixi
Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot qırıcısında imtahanlardan keçdi. Pilot 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir.
Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur. 24 sentyabr 1942 -ci ildə leytenant Valeriya Xomyakova Saratov üzərindəki gecə döyüşündə alman bombardmançısını vurur. Bu, qadın aviasiya alayının ilk qələbəsi idi. 6 oktyabr 1942-ci ildə gecə döyüşü zamanı Valeriya Xomyakova ölür və ölümündən sonra ordeni ilə təltif edilir.
9 oktyabr 1942-ci ildə SSRİ Xalq Müdafiə Komissarının müavini general-leytenant alay komandiri T. Kazarinovanı tutduğu vəzifədən uzaqlaşdırır.
Bu dövrdə Sergey Savenkov və Vitali Belyakov müvəqqəti olaraq alayın komandiri kimi fəaliyyət göstərirlər. Müharibənin son iki il yarımı və İkinci Dünya müharibəsindən sonra alayın komandiri olur. Onun rəhbərliyi altındakı 586-cı qırıcı alayı Voronejə köçürülür.
Alayın heyəti Kursk döyüşü zamanı şiddətli hava döyüşlərində iştirak edir. 7 sentyabr 1943-cü ildə Starı Oskol ərazisindəki hava döyüşündə kiçik leytenant Taisiya Smirnovanın təyyarəsi vurulur. Pilot yanaraq enən təyyarədən yanıqlar içində qurtulur və sol ayağı sınır. Ayağı amputasiya olunan Smirnova ordeni ilə təltif olunmuşdur.
20 iyul 1945-ci ildə alayın əsgərləri və çavuşları tərxis edilir. Zabitlər isə Vyanaya, daha sonra isə Rumıniyanın İasi şəhərinə göndərilir. 1945-ci ilin noyabrında qadın zabitlər də tərxis olunur. Bir çox kişi pilotlar və ləğv edilmiş 586-cı qırıcı aviasiya alayının texniki heyəti komandir A.V.Qridnev ilə birlikdə Kiyevə, 39-cu qırıcı aviasiya alayına köçürülür.
Alayın pilotları ümumilikdə 4419 döyüş uçuşu həyata keçirmiş, 125 döyüşdə iştirak etmiş, 38 alman təyyarəsini vurmuşdur.
Heyət
Soyadı, adı, atasının adı | Hərbi rütbə | Vəzifə |
---|---|---|
mayor | Alay komandiri (09.12.1941 — 07.10.1942), | |
mayor, polkovnik-leytenant | Alay komandiri (27.10.1942 — 15.07.1945) | |
Tixomirova Vera İvanovna | kapitan, mayor | Komandirin siyasi işlər üzrə müavini |
Kasatkina Klavdiya İvanovna | baş leytenat, kapitan | Partiya təşkilatçısı |
Seyidməmmədova Züleyxa Həbib qızı | baş leytenant, kapitan | Şturman |
Malaxov Vasili Mixayloviç | kapitan | Şturman |
Slovoxotova Nina Arkadevna | baş texniki leytenant | Şturman köməkçisi |
Durakov Nikolay Konstantinoviç | kapitan | Alay komandirinin köməkçisi |
Kurapeyev Lev İliç | mühəndis-kapitan | Alay komandirinin köməkçisi |
Lisiçina Valentina Mixaylovna | baş leytenant | Alay komandirinin köməkçisi |
Slovoxotova Nina Arkadevna | texnik-leytenant | Kimya söbəsinin rəhbəri |
Starqin Nikolay Matveyeviç | baş leytenant | Kimya şöbəsinin rəhbəri |
Benqus Rakhil Aronovna | tibb xidmətinin kapitanı | Tibb söhbəsinin rəisi - alayın baş həkimi |
İstinad siyahısı
- "Боевой путь 586-го женского ИАП – Красные соколы: советские летчики-асы 1914–1953". airaces.narod.ru (rus). 2009-01-02 tarixində . İstifadə tarixi: 2018-04-23.
- Stockton, Harold; Tyminski, Dariusz; Bergström, Christer. . WWII Ace Stories (polyak). Elknet.pl. 1998-12-09. 2011-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-31. (#redundant_parameters)
- Noggle, Anne. A Dance With Death: Soviet Airwomen in World War II (ingilis). Texas A&M University Press. 1994. 157. ISBN .
- "Приказ «О сформировании женских авиационных полков ВВС Красной Армии»". 2009-03-03 tarixində . İstifadə tarixi: 2008-12-31.
- (#empty_citation)
- "06 октября 1942 года лейтенант Хомякова В. Д. погибла в воздушном бою". 2012-06-03 tarixində . İstifadə tarixi: 2018-05-07.
- Архивный реквизит на сайте «» № 19912678.
- Анохин В. А., Быков М. Ю. Все истребительные авиаполки Сталина. Первая полная энциклопедия. Яуза-пресс. 2014. səh. 655. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer