1847-ci il Kəndli Əsasnamələri — Çar Rusiyası tərəfindən Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə məqsədilə tətbiq olunmuş sənədlər.
Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi zərurəti
Xanlıqlar dövründə (XVIII əsrin ortaları – 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycanın ali təbəqəsinin – xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi. Lakin diyarda yaranmış gərgin vəziyyət bu fərmanın sonrakı taleyini qeyri-mümkün etdi. Rusiya imperatoru I Nikolayın əmri ilə 1844-cü ildə Qafqazda canişinlik yaradıldı və ilk canişin qraf M.S.Vorontsova verilən göstərişlərdən biri də Azərbaycan bəy və ağalarının silki hüquqi və imtiyazlarının nizamlanması idi. Çarın 6 dekabr 1846-cı il fərmanı ilə Azərbaycan ali silkinin torpaq üzərində mülkiyyət hüququ tanındı və qanuniləşdirildi. Yalnız bundan az sonra bəylərlə feodal-asılı kəndlilərin qarşılıqlı münasibətlərini qanuniləşdirən - "Kəndli Əsasnamələri" verildi.
Kəndli Əsasnamələri və onların mahiyyəti
Reskriptdə şərh olunan və torpaq sahibkarları ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən prinsiplər 1847-ci il 20 aprel və 28 dekabr tarixli "Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və Dərbənd quberniyalarınm bəy kəndlilərinə, yəni Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalannm xüsusi sahibkar kəndlilərinə, ikincisi isə Tiflis quberniyasının Yelizavetpol qəzasındakı Qazax və Şəmşəddil nahiyələri ağalarının torpaqlarında yaşayan kəndlilərə aid idi.
1847-ci il 20 aprel "Əsasnaməsi"ndə torpaq mülkiyyətçiləri ilə kəndlilərin qarşılıqlı münasibətlərini müəyyənləşdirən, sahibkar kəndlilərinin iqtisadi və hüquqi vəziyyətinə aid bir sıra müxtəlif məsələlərə toxunulurdu. "Əsasnamə" torpaq mülkiyyətçilərinin üzərinə 15 yaşından yuxarı kişi cinsindən olan hər bir kəndlini taxılçılıq, maldarlıq və bostançılıq üçün yararlı olan 5 desyatinlik pay torpağı ilə təmin etmək vəzifəsi qoyurdu. Kəndlini torpaqla təmin etmək vəzifəsini irəli sürən qanunverici, hər şeydən əvvəl xəzinənin və dövlət təhlükəsizliyinin mənafelərini müdafiə etməyi, sahibkarlar və dövlət üçün torpaq rentasiyasının toplanmasını təmin etməyi qarşısına məqsəd qoymuşdu. Sahibkar kəndliləri isə islahata qədər ki, dövrdə olduğu kimi 5 desyatindən az torpaq sahələrindən istifadə edirdilər.
"Əsasnamə" bu tələbin sahibkarlar tərəfindən yerinə yetirilməsini təmin edəcək heç bir tədbir nəzərdə tutmurdu. Mükəlləfiyyətlərin həcmi pay torpağının sahəsindən asılı olaraq müəyyənləşdirilmədiyindən, kəndlinin pay torpağının artırılmasına və "Əsasnamə"də nəzərdə tutulmuş ölçülərə çatdırmağa sahibkarın heç bir marağı yox idi, belə ki, torpağı icarəyə vermək sahibkar üçün daha əlverişli idi. Bütün bunlar "Əsasnamə"nin bu maddəsini qabaqcadan uğursuzluğa məhkum edir, ona deklarativ xarakter verirdi.
"Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi.
Malcəhət - torpaq sahəsinin kəndlinin vəsaiti (iş heyvanı, kənd təsərrüfatı alətləri, toxum) hesabına becərilməsi şərti ilə istənilən kənd təsərrüfatı bitkisi məhsulunun sahibkarın xeyrinə ayrılan 1/10 hissəsi əsas məhsulla toplanan mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri mövcud olmuş bir sıra digər məhsulla toplanan mükəlləfiyyətlərdən azad edərək və ya onları malcəhətin ümumi miqyasına daxil edərək, bu sahəyə nizamlayıcı əsas tətbiq edir və kəndlilərdən alınan natural məhsulla toplanan vergiləri müəyyən dərəcədə azaldırdı. Kəndlilər öz pay torpaqlannı sahibkarların iş heyvanı, alətləri və toxumundan istifadə edərək becərdikləri təqdirdə, onlar məhsulun 1/5-dən çox olmayan hissəsini sahibkara verməli idilər. Bu maddə feodal asılı kəndlilərinin rənc-bərlər (əkərlər) və nökərlər kimi əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur.
"Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idilər. Torpaq alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət etməli olurdular.
"Əsasnamə" kəndlilər üzərinə məhsul yığımından sonra üç gün ərzində sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində ona çatdırmaq vəzifəsini qoyurdu.
"Əsasnamə" məhsulla ödənilən vergi ilə yanaşı, kəndlilərin bəyin xeyrinə işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu. "Əsasnamə" hər kəndli ailəsi üzərinə sahibkarın tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun təsərriifatında işləmək üçün bir işçi vemək təhəddüdü qoyurdu. Mükəlləfiyyətin bu növü, yəni biyar Azərbaycanda çoxdan bəri mövcud idi. Onun müddəti Azərbaycanın heç bir qəzasında dəqiq müəyyən edilməmişdisə də heç yerdə kəndlilərin feodalın xeyrinə işlədikləri günlərin sayı ―"Əsasnamə"də göstərilmiş rəqəmin heç yarısına da çatmırdı. "Əsasnamə" biyarın həcmini iki dəfədən çox artırdı və bununla da, əvvəlcə mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi. Hər ailədən işçi verməklə yanaşı, kəndlilər ildə bir-iki gün bütün kənd cəmiyyəti ilə, elliklə sahibkar üçün işləyərək (əvrəz), feodalın göstərişinə görə, kənd təsərrüfatı və ya suvarma işlərini yerinə yetirməyə borclu idilər. Əvrəz nəticəsində yığılmış məhsul büsbütün feodalın xeyrinə gedirdi.
"Əsasnamə"yə görə kəndlilər elliklə sahibkar malikanələrində arxlar və yollar çəkməli, köhnə tikililəri təmir etməli idilər. Bununla da "Əsasnamə" feodallara, lazım gəldikdə, müftə işçi qüvvəsindən istifadə etməklə, özləri üçün xeyirli olan yol və suvarma işlərini genişləndinnək imkanı verirdi. Əkinçiliklə və oturaq maldarlıqla məşğul olan kəndlilər mal-qaranın sahibkar torpağında otarılmasının müqabilində məbləği müəyyənləşdirilməmiş xüsusi pul vergisi - çöpbaşı ödəməli idilər. Çöpbaşı "yerli adətlərə görə müəyyənləşdirilməmiş" qaydalar üzrə alınırdı. Bu da torpaq sahibkatları tərəfindən özbaşmalıqlar üçün şərait yaradırdı.
"Əsasnamə"nin üç maddəsi müstəsna surətdə maldarlıqla məşğul olan kəndlilərin mükəlləfiyyətlərini müəyyənləşdirirdi. Bu kəndlilər sahibkara, adətlərə görə, çöpbaşı verməyə və hər ailə gümüş pulla 4 man. məbləğində pul vergisi ödəməyə borclu idilər.
"Əsasnamə"yə görə, kəndlilər feodala nökərlər də (hər 10 həyət dən 1 kişi və hər 15 həyətdən 1 qadın) verməli idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm də ev işlərində istifadə etməyə icazə verirdi. "Kəndli əsasnamələri"nin nəşrinə qədər də feodallar kəndliləri kişi nökərləri verməyə, lakin "Əsasnamə"də nəzərdə tutulduğundan xeyli az miqdarda, məcbur edirdilər. Əvvəllər kəndlilər heç vaxt qadın nökərlər vermirdilər. Çar müstəmləkəçilərinin özlərindən uydurduqları bu mükəlləfiyyət Azərbaycan xalqının çoxəsrlik ənənələrinə hörmətsizlik idi və elə dərin hiddət doğurdu tezliklə ləğv edildi.
"Əsasnamə" sahibkarlara onların torpaqlarında yaşayan kəndlilər üzərində polis və məhdud məhkəmə hakimiyyəti verirdi. "Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onların torpaqlarında yaşayan kəndlilərin "farağatlığına, ədəb-ərkanına və əxlaqına" nəzarət etməli idi. Feodal həmçinin kəndlilər arasındakı çəkişmələr üzrə çıxarılmış (bu çəkişmələri kəndlilər içərisindən seçilmiş adamlar həll edirdilər) cinayət cəzası tələb etməyən qərarları təsdiqləyirdi. Polis və məhdud məhkəmə hakimiyyətinin feodalın şəxsində birləşdirilməsi onun kəndlilər üzərində hakimiyyətini gücləndirirdi. O hər hansı bir qanun pozuntusuna görə, istənilən kəndlini məsuliyyətə cəlb edə bilərdi. Kəndlilərin şəxsiyyəti üzərində feodala belə hakimiyyətin verilməsi, kəndlilər tərəfindən mükəlləfiyyətlərin yerinə yetirilməsi zamanı sahibkarların özbaşınalıqları üçün geniş imkanlar açırdı. Bütün bunlardan əlavə, "Əsasnamə" kəndlilər tərəfindən seçilən kətxudaların təsdiq olunmasını da sahibkarların nəzarətinə verirdi. "Əsasnamə" kəndlilərin "şəxsən azad və digər sahibkarın yanına keçmək hüququna malik olmalarını" etiraf edirdi. Lakin bu hüquq birincisi, kəndlilər tərəfindən adambaşına ən azı 5 desyatin torpaq satın alınmasından, ikincisi, kəndlinin həm tərk etdiyi, həm də onu qəbul edən kənd cəmiyyətlərinin, habelə torpağında bu keçmənin baş verdiyi feodalın razılığından asılı vəziyyətdə qoyulurdu. Bütün hallarda, bunlardan əlavə, kəndlilərin öz mükəlləfiyyətlərini tamamilə yerinə yetirmələri və "diyarın baş rəisinin", yəni canişinin özünün icazəsi tələb olunurdu. Keçmiş xanlar və onların qohumların torpaqlarında yaşayan kəndlilərin, habelə xan nökərlərinin başqa yerə keçməsi daha artıq dərəcədə çətinləşdirildi. 15 il keçəndən sonra da Bakı qubernatoru qeyd edirdi ki, 1847-ci ildən etibarən kəndlilərin bəy torpaqlarından xəzinə torpaqlarına keçməsi halları məhdud xarakter daşıyır.
Nəticə
Çar müstəmləkəçiləri ağır mükəlləfiyyətlər yükünü kəndlilər üzərinə yıxaraq, zorakı və əsarətçi dövlət aparatını feodalların mənafeyinin mühafizəsinə səfərbər etdilər. "Əsasnamə" yerli hakimiyyət orqanları qarşısında kəndlilərin feodalların xeyrinə mükəlləfiyyətləri müntəzəm yerinə yetirmələri və onlara tabc olmalarına nəzarət etmək vəzifəsini qoyurdu. Hakimiyyət orqanları sahibkarlardan şikayət alındığı təqdirdə onlara "...yardım və kömək" göstərməyə borclu idilər. "Əsasnamə" feodallara öz mülklərində polis qayda-qanunlarını qorumaq və kəndli çıxışlarını silah gücünə boğaraq vəzifəsini həvalə edirdi.
Ağalar və kəndlilər arasındakı münasibətləri müəyyənləşdirən 1847-ci il 28 dekabr Əsasnaməsi də eynilə belə prinsiplərə əsaslanırdı.
Mənbə
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989,
- Azərbayan tarixi, Uzaq keçmişdən 1870-ci illərə qədər. Red.S.S.Əliyarlı. Bakı: 1996
- Abdullayev M.Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər). Bakı: 2005
- İsmayılov X.X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: 2006,
- Ибрагимова Н. Система управления российского царизма в Северном Азербайджане в начале XIX столетия (до 1840-х годов). АКД, Баку: 2008
- Колониальная политика Российского царизма в Азербайджане. Т.I, М.-Л., 1936,
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1847 ci il Kendli Esasnameleri Car Rusiyasi terefinden Azerbaycanda beyler ile asili kendliler arasinda qarsiliqli munasibetlerin tenzimlenmesine meqsedile tetbiq olunmus senedler Azerbaycanda beyler ile asili kendliler arasinda qarsiliqli munasibetlerin tenzimlenmesi zeruretiXanliqlar dovrunde XVIII esrin ortalari 1828 ci iller Azerbaycanda beyler ile asili kendliler arasinda qarsiliqli munasibetler butun olke miqyasinda qanunla resmilesdirilmemis ve nizamlanmamisdi Isgaldan sonra bu problem derhal hell olunmadi cunki Rusiya Azerbaycanin ali tebeqesinin xan sultan melik bey ve agalarinin torpaq uzerinde mulkiyyet huququnu uzun muddet tanimadi hetta 10 aprel 1840 ci il inzibati mehkeme islahatindan sonra hokumet 1841 ci il 23 may tarixli fermani ile agalardan malik olduqlari kendleri geri almisdi Bele bir ferman Kaspi vilayetinin tiyuldar beylerine de verilmisdi Lakin diyarda yaranmis gergin veziyyet bu fermanin sonraki taleyini qeyri mumkun etdi Rusiya imperatoru I Nikolayin emri ile 1844 cu ilde Qafqazda canisinlik yaradildi ve ilk canisin qraf M S Vorontsova verilen gosterislerden biri de Azerbaycan bey ve agalarinin silki huquqi ve imtiyazlarinin nizamlanmasi idi Carin 6 dekabr 1846 ci il fermani ile Azerbaycan ali silkinin torpaq uzerinde mulkiyyet huququ tanindi ve qanunilesdirildi Yalniz bundan az sonra beylerle feodal asili kendlilerin qarsiliqli munasibetlerini qanunilesdiren Kendli Esasnameleri verildi Kendli Esasnameleri ve onlarin mahiyyetiReskriptde serh olunan ve torpaq sahibkarlari ile kendlilerin qarsiliqli munasibetlerini mueyyenlesdiren prinsipler 1847 ci il 20 aprel ve 28 dekabr tarixli Kendli esasnameleri nde konkretlesdirildi Bu esasnamelerden birincisi Samaxi ve Derbend quberniyalarinm bey kendlilerine yeni Samaxi Susa Nuxa Lenkeran Baki Quba ve Derbend qezalannm xususi sahibkar kendlilerine ikincisi ise Tiflis quberniyasinin Yelizavetpol qezasindaki Qazax ve Semseddil nahiyeleri agalarinin torpaqlarinda yasayan kendlilere aid idi 1847 ci il 20 aprel Esasnamesi nde torpaq mulkiyyetcileri ile kendlilerin qarsiliqli munasibetlerini mueyyenlesdiren sahibkar kendlilerinin iqtisadi ve huquqi veziyyetine aid bir sira muxtelif meselelere toxunulurdu Esasname torpaq mulkiyyetcilerinin uzerine 15 yasindan yuxari kisi cinsinden olan her bir kendlini taxilciliq maldarliq ve bostanciliq ucun yararli olan 5 desyatinlik pay torpagi ile temin etmek vezifesi qoyurdu Kendlini torpaqla temin etmek vezifesini ireli suren qanunverici her seyden evvel xezinenin ve dovlet tehlukesizliyinin menafelerini mudafie etmeyi sahibkarlar ve dovlet ucun torpaq rentasiyasinin toplanmasini temin etmeyi qarsisina meqsed qoymusdu Sahibkar kendlileri ise islahata qeder ki dovrde oldugu kimi 5 desyatinden az torpaq sahelerinden istifade edirdiler Esasname bu telebin sahibkarlar terefinden yerine yetirilmesini temin edecek hec bir tedbir nezerde tutmurdu Mukellefiyyetlerin hecmi pay torpaginin sahesinden asili olaraq mueyyenlesdirilmediyinden kendlinin pay torpaginin artirilmasina ve Esasname de nezerde tutulmus olculere catdirmaga sahibkarin hec bir maragi yox idi bele ki torpagi icareye vermek sahibkar ucun daha elverisli idi Butun bunlar Esasname nin bu maddesini qabaqcadan ugursuzluga mehkum edir ona deklarativ xarakter verirdi Esasname nin esas maddelerinden biri kendlilerin mukellefiyyetleri meselesi idi Qanun kendli mukellefiyyetlerinin muxtelif novlerini onlarin odenilmesi ve yerine yetirilmesi usullarini etrafli suretde serh edirdi Malcehet torpaq sahesinin kendlinin vesaiti is heyvani kend teserrufati aletleri toxum hesabina becerilmesi serti ile istenilen kend teserrufati bitkisi mehsulunun sahibkarin xeyrine ayrilan 1 10 hissesi esas mehsulla toplanan mukellefiyyet idi Esasname reiyyetleri coxdan beri movcud olmus bir sira diger mehsulla toplanan mukellefiyyetlerden azad ederek ve ya onlari malcehetin umumi miqyasina daxil ederek bu saheye nizamlayici esas tetbiq edir ve kendlilerden alinan natural mehsulla toplanan vergileri mueyyen derecede azaldirdi Kendliler oz pay torpaqlanni sahibkarlarin is heyvani aletleri ve toxumundan istifade ederek becerdikleri teqdirde onlar mehsulun 1 5 den cox olmayan hissesini sahibkara vermeli idiler Bu madde feodal asili kendlilerinin renc berler ekerler ve nokerler kimi evvelki zumreleri habele var yoxdan cixmis reiyyetler ucun nezerde tutulmusdur Esasname ye gore torpaq mulkiyyetcileri onlara pay torpagi ayirmali idiler Torpaq alan lakin istehsal vasiteleri olmayan bu kendliler komek ucun feodala muraciet etmeli olurdular Esasname kendliler uzerine mehsul yigimindan sonra uc gun erzinde sahibkarin payini ayirmaq feodal malikanenin hududlarinda yasayirsa bu payi novbeti uc gun mehsul yigilan yerden 50 verstden uzaqda yasadigi teqdirde 15 gun erzinde ona catdirmaq vezifesini qoyurdu Esasname mehsulla odenilen vergi ile yanasi kendlilerin beyin xeyrine isleyib odeme rentasini yerine yetirmelerini nezerde tuturdu Esasname her kendli ailesi uzerine sahibkarin telebi ile oz is eyvani ve aletlerile ilde 18 gun erzinde onun teserriifatinda islemek ucun bir isci vemek teheddudu qoyurdu Mukellefiyyetin bu novu yeni biyar Azerbaycanda coxdan beri movcud idi Onun muddeti Azerbaycanin hec bir qezasinda deqiq mueyyen edilmemisdise de hec yerde kendlilerin feodalin xeyrine isledikleri gunlerin sayi Esasname de gosterilmis reqemin hec yarisina da catmirdi Esasname biyarin hecmini iki defeden cox artirdi ve bununla da evvelce movcud olmus mukellefiyyeti daha agir ve meseqqetli etdi Her aileden isci vermekle yanasi kendliler ilde bir iki gun butun kend cemiyyeti ile ellikle sahibkar ucun isleyerek evrez feodalin gosterisine gore kend teserrufati ve ya suvarma islerini yerine yetirmeye borclu idiler Evrez neticesinde yigilmis mehsul busbutun feodalin xeyrine gedirdi Esasname ye gore kendliler ellikle sahibkar malikanelerinde arxlar ve yollar cekmeli kohne tikilileri temir etmeli idiler Bununla da Esasname feodallara lazim geldikde mufte isci quvvesinden istifade etmekle ozleri ucun xeyirli olan yol ve suvarma islerini genislendinnek imkani verirdi Ekincilikle ve oturaq maldarliqla mesgul olan kendliler mal qaranin sahibkar torpaginda otarilmasinin muqabilinde meblegi mueyyenlesdirilmemis xususi pul vergisi copbasi odemeli idiler Copbasi yerli adetlere gore mueyyenlesdirilmemis qaydalar uzre alinirdi Bu da torpaq sahibkatlari terefinden ozbasmaliqlar ucun serait yaradirdi Esasname nin uc maddesi mustesna suretde maldarliqla mesgul olan kendlilerin mukellefiyyetlerini mueyyenlesdirirdi Bu kendliler sahibkara adetlere gore copbasi vermeye ve her aile gumus pulla 4 man mebleginde pul vergisi odemeye borclu idiler Esasname ye gore kendliler feodala nokerler de her 10 heyet den 1 kisi ve her 15 heyetden 1 qadin vermeli idiler Qanun feodala kisi nokerlerinden hem col hem de ev islerinde istifade etmeye icaze verirdi Kendli esasnameleri nin nesrine qeder de feodallar kendlileri kisi nokerleri vermeye lakin Esasname de nezerde tutuldugundan xeyli az miqdarda mecbur edirdiler Evveller kendliler hec vaxt qadin nokerler vermirdiler Car mustemlekecilerinin ozlerinden uydurduqlari bu mukellefiyyet Azerbaycan xalqinin coxesrlik enenelerine hormetsizlik idi ve ele derin hiddet dogurdu tezlikle legv edildi Esasname sahibkarlara onlarin torpaqlarinda yasayan kendliler uzerinde polis ve mehdud mehkeme hakimiyyeti verirdi Esasname ye gore torpaq mulkiyyetcileri onlarin torpaqlarinda yasayan kendlilerin faragatligina edeb erkanina ve exlaqina nezaret etmeli idi Feodal hemcinin kendliler arasindaki cekismeler uzre cixarilmis bu cekismeleri kendliler icerisinden secilmis adamlar hell edirdiler cinayet cezasi teleb etmeyen qerarlari tesdiqleyirdi Polis ve mehdud mehkeme hakimiyyetinin feodalin sexsinde birlesdirilmesi onun kendliler uzerinde hakimiyyetini guclendirirdi O her hansi bir qanun pozuntusuna gore istenilen kendlini mesuliyyete celb ede bilerdi Kendlilerin sexsiyyeti uzerinde feodala bele hakimiyyetin verilmesi kendliler terefinden mukellefiyyetlerin yerine yetirilmesi zamani sahibkarlarin ozbasinaliqlari ucun genis imkanlar acirdi Butun bunlardan elave Esasname kendliler terefinden secilen ketxudalarin tesdiq olunmasini da sahibkarlarin nezaretine verirdi Esasname kendlilerin sexsen azad ve diger sahibkarin yanina kecmek huququna malik olmalarini etiraf edirdi Lakin bu huquq birincisi kendliler terefinden adambasina en azi 5 desyatin torpaq satin alinmasindan ikincisi kendlinin hem terk etdiyi hem de onu qebul eden kend cemiyyetlerinin habele torpaginda bu kecmenin bas verdiyi feodalin raziligindan asili veziyyetde qoyulurdu Butun hallarda bunlardan elave kendlilerin oz mukellefiyyetlerini tamamile yerine yetirmeleri ve diyarin bas reisinin yeni canisinin ozunun icazesi teleb olunurdu Kecmis xanlar ve onlarin qohumlarin torpaqlarinda yasayan kendlilerin habele xan nokerlerinin basqa yere kecmesi daha artiq derecede cetinlesdirildi 15 il kecenden sonra da Baki qubernatoru qeyd edirdi ki 1847 ci ilden etibaren kendlilerin bey torpaqlarindan xezine torpaqlarina kecmesi hallari mehdud xarakter dasiyir NeticeCar mustemlekecileri agir mukellefiyyetler yukunu kendliler uzerine yixaraq zoraki ve esaretci dovlet aparatini feodallarin menafeyinin muhafizesine seferber etdiler Esasname yerli hakimiyyet orqanlari qarsisinda kendlilerin feodallarin xeyrine mukellefiyyetleri muntezem yerine yetirmeleri ve onlara tabc olmalarina nezaret etmek vezifesini qoyurdu Hakimiyyet orqanlari sahibkarlardan sikayet alindigi teqdirde onlara yardim ve komek gostermeye borclu idiler Esasname feodallara oz mulklerinde polis qayda qanunlarini qorumaq ve kendli cixislarini silah gucune bogaraq vezifesini hevale edirdi Agalar ve kendliler arasindaki munasibetleri mueyyenlesdiren 1847 ci il 28 dekabr Esasnamesi de eynile bele prinsiplere esaslanirdi MenbeAzerbaycan tarixi uzre qaynaqlar Baki 1989 Azerbayan tarixi Uzaq kecmisden 1870 ci illere qeder Red S S Eliyarli Baki 1996 Abdullayev M Q Xanliqlar ve rus mustemlekeciliyi dovrunde Simali Azerbaycanda aqrar munasibetler XIX esrin 40 ci illerine qeder Baki 2005 Ismayilov X X Azerbaycanin dovlet ve huquq tarixi Baki 2006 Ibragimova N Sistema upravleniya rossijskogo carizma v Severnom Azerbajdzhane v nachale XIX stoletiya do 1840 h godov AKD Baku 2008 Kolonialnaya politika Rossijskogo carizma v Azerbajdzhane T I M L 1936