Şah İsmayılın Gürcüstan yürüşləri — Səfəvilərin I şahı I İsmayılın (1501–1524) hakimiyyəti dövründə indiki Gürcüstan ərazilərinə edilən qızılbaş yürüşləri.
Şah İsmayılın Gürcüstan yürüşləri | |||
---|---|---|---|
I İsmayılın yürüşləri | |||
Tarix | 1510-cu illərdən başlayaraq 1524-cü ilə qədər. | ||
Yeri | İndiki Gürcüstan əraziləri | ||
Səbəbi | Gürcüstanda hakimlik | ||
Nəticəsi | Səfəvi imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | Gürcü hakimləri Səfəvi imperiyasından asılılığı qəbul etdilər. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
İtkilər | |||
| |||
Zəmin
1500-cü ildə Cabani döyüşündə Şirvanşahları məğlub edən, Bakı və Şamaxını ələ keçirən Şah İsmayıl 1501-ci ildə olmuş Şərur döyüşündə Ağqoyunlu Əlvənd Mirzə üzərində qələbə qazanaraq Təbrizə daxil olub özünü şah elan etdi. Bundan sonra Səfəvi dövləti sürətlə ərazilərini böyüdərək imperiyaya çevrildi.
İlk Səfəvi hökmdarı Şah İsmayıl (1501–1524) Kartli və Kaxeti krallıqlarını 1510-cu illərin əvvəllərində özünün vassalı etdi. Lakin o, bu zaman hakimyyətini müasir İran bölgəsində möhkəmləndirməyə yönləndiyindən burada öz hakimiyyətini daha da gücləndirməklə məşğul olmadı. O, dəfələrlə Gürcüstana yürüşlər etdi, xüsusən 1518-ci ildə həyata keçirdiyi yürüş fərqlənirdi. Bu yürüş nəticəsində o, yenidən gürcü hakimlərini özünün vassalı etdi və 1522-ci ildə Tiflisdə qızılbaş ordusundan ibarət qarnizon yerləşdirildi. Lakin əsl Səfəvilər tərəfindən təyin edilən hakimlər sisteminin yaradılması onun oğlu və varisi I Təhmasibin dövründə reallaşdı.
Qızılbaş yürüşləri
Osmanlı sultanı ilə münasibətlərin gərgin olmasını görən Şah İsmayıl gələcək mübarizədə mövqelərini yaxşılaşdırmaq üçün Gürcüstanda möhkəmlənmək qərarına gəldi. Gürcüstandakı vəziyyət də bünün üçün əlverişli idi, çünki orada bir-biri ilə mübarizə aparan bir neçə knyazlıq mövcud idi. Qızılbaşların oraya hücum edə bilməsi üçün lazım olan formal bəhanəni elə gürcülərin özləri yaratdılar. Beləki Mesxeti çarı IV Kvarkvare (1516–1535) İmereti hökmdarı tərəfində məğlub edilərək Naxçıvanda olan İsmayılın düşərgəsinə sığındı. İsmayıl ondan istənilən yardıma cavab olaraq Div sultan Rumlunun komandanlığı altında qızılbaş ordusunun bir hissəsini Gürcüstana göndərdi. Yürüş nəticəsində İmereti ordusu darmadağın edildi və o, yardım almaq üçün Osmanlı ordusuna sığındı. Kvarkvare isə taxt-tacı özünə qaytardı. Sonrakı bir neçə il ərzində Osmanlıdan türk ordusu ilə birlikdə qayıdan İmereti hökmdarı yenidən Kvarkvarenin mülklərinə basqınlar etməyə başladı. Dəbildə baş vermiş döyüşdə qızılbaşlar Osmanlı ordusunu darmadağın etdilər, Osmanlı sərkərdəsi öldürüldü, İmereti hökmdarı isə dağlara qaçmaqla canını qurtara bildi. Div Sultan Rumlunun komandanlığı altında qızılbaşların üçüncü Gürcüstan yürüşü 1521-ci ildə baş verdi. Bu yürüş Kaxeti çarının Şəkiyə basqınına cavab xarakteri daşımaqda idi. Div Sultan Qanıq (Alazan) və Qabırrı (İori) çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi. Ləvənd xan qələbə qazana bilməyəcəyini görərək Div Sultanın hüzuruna gəldi. Onunla birlikdə, Gürcüstanın digər hökmdarları-Kvarkvare, Davud bəy və İmereti hökmdarı da bu cür hərəkət etdilər. Onlar Div Sultanla birlikdə Naxçıvanda qışlayan Şah İsmayılın yanına gəldilər. Burada gürcü çarları Səfəvilərə hər il vergi (bac-xırac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.
Şah İsmayıl vəfatından bir qədər əvvəl Şəki ilə Gürcüstan ətraflarında olmuş və orada qızılbaşlarla Şəki əyanları birlikdə ov etmişdirlər. Buradan geri dönərkən Şah İsmayıla Kaxeti hökmdarı Ləvəndin böyük qoşunla Şəkiyə hücum etdiyini, şəkililərin məğlub olduğunu bildirirlər. Buna qəzəblənən Şah İsmayıl Ləvəndin üzərinə yürüş etmək istəsə də, xəstələnib vəfat etməsi onun bu planına əngəl olur.
Nəticə
Bu yürüşlər nəticəsində indiki Gürcüstan ərazisində qızılbaş hakimiyyətinin qurulması üçün zəmin formalaşdı. Şah İsmayıl Çaldıran döyüşünə qədər öz hakimiyyətini daha çox cənub ərazilərində yaymaqda maraqlı olsa da, Çaldıran döyüşündəki məğlubiyyətdən sonra Osmanlıya qarşı mübarizədə Gürcüstanın strateji əhəmiyyəti onun gözündə artdı. Bundan sonra mütəmadi olaraq Grücüstana qızılbaş yürüşləri təşkil edildi. Lakin indiki Gürcüstan ərazisində qızılbaş hakimiyyətinin möhkəmlənməsi I Təhmasib zamanında baş verdi.
Həmçinin bax
İstinadlar
- Rayfield, 2012. səh. 164, 166
- Hitchins, 2001. səh. 464–470
- Rayfield, 2012. səh. 166
- Əfəndiyev, 2007. səh. 64
- Əfəndiyev, 2007. səh. 65
- Əfəndiyev, 2007. səh. 66
- Hitchins, 2001. səh. 470
Mənbə
- Donald Rayfield. Edge of Empires: A History of Georgia. Reaktion Books. 2012. ISBN .
- Keith Hitchins, (2001). "GEORGIA ii. History of Iranian-Georgian Relations". Encyclopædia Iranica, online edition. New York. GEORGIA ii. History of Iranian-Georgian Relations. New York: Encyclopædia Iranica. 2001.
- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb. 2007. 407. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Sah Ismayilin Gurcustan yurusleri Sefevilerin I sahi I Ismayilin 1501 1524 hakimiyyeti dovrunde indiki Gurcustan erazilerine edilen qizilbas yurusleri Sah Ismayilin Gurcustan yurusleriI Ismayilin yurusleriTarix 1510 cu illerden baslayaraq 1524 cu ile qeder Yeri Indiki Gurcustan erazileriSebebi Gurcustanda hakimlikNeticesi Sefevi imperiyasinin qelebesiErazi deyisikliyi Gurcu hakimleri Sefevi imperiyasindan asililigi qebul etdiler Munaqise terefleriSefevi imperiyasi Destekleyenler Mesxeti carligi Kartli Kaxeti carliqlari Imereti carligi Destekleyenler Osmanli imperiyasiKomandan lar Sah Ismayil Div sultan Rumlu IV Kvarkvare Menucohr ve ya Manucar Levan ve ya Levend Davud bey Qizil Ehmed oglu ItkilerAz AgirZemin1500 cu ilde Cabani doyusunde Sirvansahlari meglub eden Baki ve Samaxini ele keciren Sah Ismayil 1501 ci ilde olmus Serur doyusunde Agqoyunlu Elvend Mirze uzerinde qelebe qazanaraq Tebrize daxil olub ozunu sah elan etdi Bundan sonra Sefevi dovleti suretle erazilerini boyuderek imperiyaya cevrildi Ilk Sefevi hokmdari Sah Ismayil 1501 1524 Kartli ve Kaxeti kralliqlarini 1510 cu illerin evvellerinde ozunun vassali etdi Lakin o bu zaman hakimyyetini muasir Iran bolgesinde mohkemlendirmeye yonlendiyinden burada oz hakimiyyetini daha da guclendirmekle mesgul olmadi O defelerle Gurcustana yurusler etdi xususen 1518 ci ilde heyata kecirdiyi yurus ferqlenirdi Bu yurus neticesinde o yeniden gurcu hakimlerini ozunun vassali etdi ve 1522 ci ilde Tiflisde qizilbas ordusundan ibaret qarnizon yerlesdirildi Lakin esl Sefeviler terefinden teyin edilen hakimler sisteminin yaradilmasi onun oglu ve varisi I Tehmasibin dovrunde reallasdi Qizilbas yurusleriOsmanli sultani ile munasibetlerin gergin olmasini goren Sah Ismayil gelecek mubarizede movqelerini yaxsilasdirmaq ucun Gurcustanda mohkemlenmek qerarina geldi Gurcustandaki veziyyet de bunun ucun elverisli idi cunki orada bir biri ile mubarize aparan bir nece knyazliq movcud idi Qizilbaslarin oraya hucum ede bilmesi ucun lazim olan formal behaneni ele gurculerin ozleri yaratdilar Beleki Mesxeti cari IV Kvarkvare 1516 1535 Imereti hokmdari terefinde meglub edilerek Naxcivanda olan Ismayilin dusergesine sigindi Ismayil ondan istenilen yardima cavab olaraq Div sultan Rumlunun komandanligi altinda qizilbas ordusunun bir hissesini Gurcustana gonderdi Yurus neticesinde Imereti ordusu darmadagin edildi ve o yardim almaq ucun Osmanli ordusuna sigindi Kvarkvare ise taxt taci ozune qaytardi Sonraki bir nece il erzinde Osmanlidan turk ordusu ile birlikde qayidan Imereti hokmdari yeniden Kvarkvarenin mulklerine basqinlar etmeye basladi Debilde bas vermis doyusde qizilbaslar Osmanli ordusunu darmadagin etdiler Osmanli serkerdesi olduruldu Imereti hokmdari ise daglara qacmaqla canini qurtara bildi Div Sultan Rumlunun komandanligi altinda qizilbaslarin ucuncu Gurcustan yurusu 1521 ci ilde bas verdi Bu yurus Kaxeti carinin Sekiye basqinina cavab xarakteri dasimaqda idi Div Sultan Qaniq Alazan ve Qabirri Iori caylarini kecerek Zeyem ve Qerem qalalarina hucum etdi Levend xan qelebe qazana bilmeyeceyini gorerek Div Sultanin huzuruna geldi Onunla birlikde Gurcustanin diger hokmdarlari Kvarkvare Davud bey ve Imereti hokmdari da bu cur hereket etdiler Onlar Div Sultanla birlikde Naxcivanda qislayan Sah Ismayilin yanina geldiler Burada gurcu carlari Sefevilere her il vergi bac xirac vermeyi ohdelerine goturduler ve oz mulklerine qayitdilar Sah Ismayil vefatindan bir qeder evvel Seki ile Gurcustan etraflarinda olmus ve orada qizilbaslarla Seki eyanlari birlikde ov etmisdirler Buradan geri donerken Sah Ismayila Kaxeti hokmdari Levendin boyuk qosunla Sekiye hucum etdiyini sekililerin meglub oldugunu bildirirler Buna qezeblenen Sah Ismayil Levendin uzerine yurus etmek istese de xestelenib vefat etmesi onun bu planina engel olur NeticeBu yurusler neticesinde indiki Gurcustan erazisinde qizilbas hakimiyyetinin qurulmasi ucun zemin formalasdi Sah Ismayil Caldiran doyusune qeder oz hakimiyyetini daha cox cenub erazilerinde yaymaqda maraqli olsa da Caldiran doyusundeki meglubiyyetden sonra Osmanliya qarsi mubarizede Gurcustanin strateji ehemiyyeti onun gozunde artdi Bundan sonra mutemadi olaraq Grucustana qizilbas yurusleri teskil edildi Lakin indiki Gurcustan erazisinde qizilbas hakimiyyetinin mohkemlenmesi I Tehmasib zamaninda bas verdi Hemcinin baxI Tehmasibin Kartli ve Kaxetiye yurusleri Sefevi GurcustaniIstinadlarRayfield 2012 seh 164 166 Hitchins 2001 seh 464 470 Rayfield 2012 seh 166 Efendiyev 2007 seh 64 Efendiyev 2007 seh 65 Efendiyev 2007 seh 66 Hitchins 2001 seh 470MenbeDonald Rayfield Edge of Empires A History of Georgia Reaktion Books 2012 ISBN 978 1780230702 Keith Hitchins 2001 GEORGIA ii History of Iranian Georgian Relations Encyclopaedia Iranica online edition New York GEORGIA ii History of Iranian Georgian Relations New York Encyclopaedia Iranica 2001 Oqtay Efendiyev Azerbaycan Sefeviler dovleti Baki Serq Qerb 2007 407 ISBN 978 9952 34 101 0