İnformasiya elmi (ing. İnformation science) ― informasiyanın təhlili, toplanması, təsnifatı, manipulyasiyası, saxlanması, axtarılması, hərəkəti, yayılması və mühafizəsi ilə əlaqədar fənlərarası gənc elm sahəsidir. "İnformasiya elmi" termininin formalaşması 1955-ci ilə təsadüf edir.
Məzmunu və yanaşması
İnformasiya elmi maraqlı tərəflər nöqteyi-nəzərindən məlumatı başa düşməyə və sonra lazım olduqda informasiya və digər texnologiyaların tətbiqinə yönəlib. Başqa sözlə desək, bu elm o sistem daxilində ayrı-ayrı texnologiya parçalarını deyil, sistemli problemləri həll edir. Bu baxımdan, informasiya elminin texnoloji determinizmə, texnologiyaların “öz imkanlarını reallaşdıran, yalnız maddi resurslar və tərtibatçıların yaradıcılığı ilə məhdudlaşan öz qanunlarına uyğun təkamül etdiyi” inamına cavab olduğunu görmək olar. Buna görə də, onlar müstəqil idarəetmə sistemi kimi qəbul edilməlidir və nəticədə cəmiyyətin bütün digər alt sistemlərinə nüfuz etməlidir."
Ümumi məlumat
İnformasiya elminin formalaşmasına təkan verən əsas səbəb amerikalı riyaziyyatçı alim Klod Elvud Şennon (ing. Claude Elwood Shannon, 1916–2001) tərəfindən "informasiya nəzəriyyəsi"nin (1948) yaradılması göstərilir.
1955-ci ildə Polşa əsilli İngilis kitabxanaçısı Ceyson Farradeyn (1906–1989) özünün "İnformasiya mütəxəssisinin peşəkar təhsili" haqqında elmi məqaləsində "informasiya elmi" terminini istifadə etmiş, həmçinin bu məqalədə o, "sənədşünas" (ing. Documentalist) istilahının sinonimi kimi "informasiya mütəxəssisi" (ing. Information Scientist) terminini istifadə etmişdir.
"İnformasiya" termini "informatio" sözündən yaranmışdır. Latın dilində "informatio"- bir nəsnənin izahı, təqdimatı, konsepsiyası deməkdir. Ensiklopedik mənbələrdə "informasiya" istilahının 14 əsrdə İngiltərədə "araşdırma, təhsil və ya təlimdən əldə edilən biliklər" mənasında istifadə olunduğunu dair məlumatlar da qeyd olunmuşdur. Geniş yayılmasına baxmayaraq, "informasiya" anlayışı elmdə ən mübahisəli mövzulardan biri olaraq qalır. Elmi əsərlərdə bəzi müəlliflər "informasiya" anlayışından informatika elminin sinonimi kimi də istifadə edirlər. Bu, 1960-cı illərin ortalarında Aleksandr İvanoviç Mixaylov (1905–1988), Arkadiy İvanoviç Çornıy (1929–2013) və Rucero Sergeyeviç Gilyarevskiy (1929) kimi Sovet müəllifləri tərəfindən hazırlanmış konsepsiya ilə əlaqəli olduqda xüsusilə doğrudur. Bu alimlər, xüsusən Aleksandr İvanoviç Mixaylov informatikanı "elmi informasiyanı" tədqiq edib öyrənən elm kimi nəzərdən keçirirdi.
Qeyd etmək lazımdır ki, məşhur Belçika alimi Paul Otlet (fr. Paul Marie Ghislain Otlet, 1868–1944) özünun "Sənədləşdirmə risaləsi"ndə ("Traite de documentation", 1934) ilk dəfə olaraq "informatika" istilahını elmi dövriyyəyə daxil etmişdir.
İnformasiya elminin obyekti və predmeti
Elmdə predmet — araşdırılan elmin obyektinin müəyyən bir aspektidir (tərəfidir). Məsələn, informatika, kibernetika, kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və bir çox başqa elmlər ortaq bir tədqiqat obyektini — informasiyanı araşdırırlar. Lakin bu elmlərin predmeti fərqlidir, araşdırdıqları mövzu müxtəlifdir; informatika elminin predmeti "informasiyanın avtomatlaşdırılması" (informasiya ilə avtomatik iş), kibernetika elminin predmeti "informasiyanın idarə olunması", kitabxanaşünaslıq elminin predmeti "nəşr formasında olan informasiya" (sənəd), biblioqrafiyaşünaslıq elminin predmeti isə "nəşr formasında olan informasiya"nın (sənədin) uçotu və yaxud qeydiyyatıdır. İnformasiya elminin predmeti təqdimat formasından asılı olmayaraq istənilən məlumat və yaxud informasiyadır.
İnformasiya, informasiya vahidi və informasiyanın təsnifatı
Norbert Viner (1894–1964) — amerikalı riyaziyyatçı və filosof, kibernetikanın (1947) və süni intellekt nəzəriyyəsinin banisi, "informasiya" termininə belə bir tərif vermişdir: "İnformasiya — hiss və yaxud duyğularımıza uyğunlaşma prosesində xarici dünyadan alınmış məzmunun qeydidir".
Ümumiyyətlə, "informasiya" termini 1957-ci ildən Almaniyada, 1962-ci ildən Fransa və ABŞ-da geniş yayılmağa başlamışdır. Hətta 1964-cü ildə isə ABŞ-nin Pitsburq Universitetində "İnformasiya elmi" (ing. Information Science) adlanan ali təhsilli kitabxanaçı mütəxəssislər yetişdirəcək fakültə formalaşdırılmışdır.
Elmi ədəbiyyatlarda qeyd olunur ki, informasiya — müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır.
İnformasiyanın əsas vahidi bayt, minimal informasiya vahidi isə bitdir. 1 bayt 8 bitə bərəbər informasiya vahididir. Bit (ing. binary digit — ikili rəqəm) — minimal informasiya vahidi olub 0 və ya 1 rəqəmlərindən hansısa biri deməkdir. "Bit" termini ilk dəfə 1946-cı ildə amerikalı riyaziyyatçı alim Con Tüki (ing. John Wilder Tukey, 1915–2000) tərəfindən istifadə edilmişdir, o həmçinin 1958-ci ildə "proqram təminatı" ("software") istilahını da elmi müstəviyə gətirmişdir.
Bu gün informasiya elmi, əsasən, onlayn verilənlər bazasının texniki və nəzəri əsaslarını, sosial təsirlərini, dövlət, sənaye, təhsil və internet məkanında geniş yayılmış verilənlər bazasının istifadəsi məsələlərini öyrənir.
İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən — bazaya daxil ediləcək informasiya elementidir. Verilənlərin informasiyaya çevrilməsi üçün insanın onları anlaması, dərk etməsi lazımdır. Əgər məlumatı alan insan onun yazıldığı dili bilirsə, o həmin məlumatın mənasını anlaya, yəni informasiya ala bilər.
İnformasiya təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmsal. İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompüterlər isə rəqəmsal informasiyaların köməyi ilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar fərqli informasiyalar daşıyır. Bu tip informasiyanı analoq informasiya adlandırırlar. Yəni biz təbiətdə heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı bulud görə bilmərik.
İnformasiyanın məsələsinə toxunulduqda isə, qeyd etməliyik ki, informasiya müxtəlif meyarlara (kriteriyalara) görə növlərə ayrıla bilir. Bu meyarlar: idrak, təqdimat, təyinat, əhəmiyyət, doğruluq və sairədir..
İdrak meyarına əsaslanan informasiya növlərinə vizual, səs, toxunma, qoxu və dad reseptorları vasitəsi qəbul edilən məlumatlar aid edilir.
Təqdimat meyarına görə mətn, rəqəmsal, qrafik, səs, radio, elektron və video formatda ötürülən informasiya növləri mövcuddur.
Təyinat meyarına əsaslanan informasiyalar kütləvi, xüsusi, məxfi və şəxsi növlərə bölünür.
Əhəmiyyət meyarına görə xarici aləmdən alınmış məzmun , etibarlı, anlaşılan, tam və dəyərli informasiya növlərinə bölünür.
Doğruluq meyarına əsaslanan informasiyalar həqiqi (doğru) və yalan (saxta) növlərə bölünür.
Bu sadalananlardan savayı, informasiya formalaşmasına, ötürülməsinə, ifadə forması və vasitələrinə, istifadəsinə və sairə əlamətlərinə görə müxtəlif cür qruplaşdırıla bilər.
Həmçinin bax
- İnformasiya təhlükəsizliyi
- Smith, E. S. (1993). On the shoulders of giants: From Boole to Shannon to Taube: The origins and development of computerized information from the mid-19th century to the present. Information Technology and Libraries , 12(2), 217—226
- "Technological Determinism". 2011-11-12 tarixində . İstifadə tarixi: 2014-11-18.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Informasiya elmi ing Information science informasiyanin tehlili toplanmasi tesnifati manipulyasiyasi saxlanmasi axtarilmasi hereketi yayilmasi ve muhafizesi ile elaqedar fenlerarasi genc elm sahesidir Informasiya elmi termininin formalasmasi 1955 ci ile tesaduf edir Mezmunu ve yanasmasiInformasiya elmi maraqli terefler noqteyi nezerinden melumati basa dusmeye ve sonra lazim olduqda informasiya ve diger texnologiyalarin tetbiqine yonelib Basqa sozle desek bu elm o sistem daxilinde ayri ayri texnologiya parcalarini deyil sistemli problemleri hell edir Bu baximdan informasiya elminin texnoloji determinizme texnologiyalarin oz imkanlarini reallasdiran yalniz maddi resurslar ve tertibatcilarin yaradiciligi ile mehdudlasan oz qanunlarina uygun tekamul etdiyi inamina cavab oldugunu gormek olar Buna gore de onlar musteqil idareetme sistemi kimi qebul edilmelidir ve neticede cemiyyetin butun diger alt sistemlerine nufuz etmelidir Umumi melumatInformasiya elminin formalasmasina tekan veren esas sebeb amerikali riyaziyyatci alim Klod Elvud Sennon ing Claude Elwood Shannon 1916 2001 terefinden informasiya nezeriyyesi nin 1948 yaradilmasi gosterilir 1955 ci ilde Polsa esilli Ingilis kitabxanacisi Ceyson Farradeyn 1906 1989 ozunun Informasiya mutexessisinin pesekar tehsili haqqinda elmi meqalesinde informasiya elmi terminini istifade etmis hemcinin bu meqalede o senedsunas ing Documentalist istilahinin sinonimi kimi informasiya mutexessisi ing Information Scientist terminini istifade etmisdir Informasiya termini informatio sozunden yaranmisdir Latin dilinde informatio bir nesnenin izahi teqdimati konsepsiyasi demekdir Ensiklopedik menbelerde informasiya istilahinin 14 esrde Ingilterede arasdirma tehsil ve ya telimden elde edilen bilikler menasinda istifade olundugunu dair melumatlar da qeyd olunmusdur Genis yayilmasina baxmayaraq informasiya anlayisi elmde en mubahiseli movzulardan biri olaraq qalir Elmi eserlerde bezi muellifler informasiya anlayisindan informatika elminin sinonimi kimi de istifade edirler Bu 1960 ci illerin ortalarinda Aleksandr Ivanovic Mixaylov 1905 1988 Arkadiy Ivanovic Corniy 1929 2013 ve Rucero Sergeyevic Gilyarevskiy 1929 kimi Sovet muellifleri terefinden hazirlanmis konsepsiya ile elaqeli olduqda xususile dogrudur Bu alimler xususen Aleksandr Ivanovic Mixaylov informatikani elmi informasiyani tedqiq edib oyrenen elm kimi nezerden kecirirdi Qeyd etmek lazimdir ki meshur Belcika alimi Paul Otlet fr Paul Marie Ghislain Otlet 1868 1944 ozunun Senedlesdirme risalesi nde Traite de documentation 1934 ilk defe olaraq informatika istilahini elmi dovriyyeye daxil etmisdir Informasiya elminin obyekti ve predmetiElmde predmet arasdirilan elmin obyektinin mueyyen bir aspektidir terefidir Meselen informatika kibernetika kitabxanasunasliq biblioqrafiyasunasliq ve bir cox basqa elmler ortaq bir tedqiqat obyektini informasiyani arasdirirlar Lakin bu elmlerin predmeti ferqlidir arasdirdiqlari movzu muxtelifdir informatika elminin predmeti informasiyanin avtomatlasdirilmasi informasiya ile avtomatik is kibernetika elminin predmeti informasiyanin idare olunmasi kitabxanasunasliq elminin predmeti nesr formasinda olan informasiya sened biblioqrafiyasunasliq elminin predmeti ise nesr formasinda olan informasiya nin senedin ucotu ve yaxud qeydiyyatidir Informasiya elminin predmeti teqdimat formasindan asili olmayaraq istenilen melumat ve yaxud informasiyadir Informasiya informasiya vahidi ve informasiyanin tesnifatiNorbert Viner 1894 1964 amerikali riyaziyyatci ve filosof kibernetikanin 1947 ve suni intellekt nezeriyyesinin banisi informasiya terminine bele bir terif vermisdir Informasiya hiss ve yaxud duygularimiza uygunlasma prosesinde xarici dunyadan alinmis mezmunun qeydidir Umumiyyetle informasiya termini 1957 ci ilden Almaniyada 1962 ci ilden Fransa ve ABS da genis yayilmaga baslamisdir Hetta 1964 cu ilde ise ABS nin Pitsburq Universitetinde Informasiya elmi ing Information Science adlanan ali tehsilli kitabxanaci mutexessisler yetisdirecek fakulte formalasdirilmisdir Elmi edebiyyatlarda qeyd olunur ki informasiya mueyyen predmet ve ya gerceklik haqqinda olan tam fikirdir melumatdir Informasiyanin esas vahidi bayt minimal informasiya vahidi ise bitdir 1 bayt 8 bite bereber informasiya vahididir Bit ing binary digit ikili reqem minimal informasiya vahidi olub 0 ve ya 1 reqemlerinden hansisa biri demekdir Bit termini ilk defe 1946 ci ilde amerikali riyaziyyatci alim Con Tuki ing John Wilder Tukey 1915 2000 terefinden istifade edilmisdir o hemcinin 1958 ci ilde proqram teminati software istilahini da elmi musteviye getirmisdir Bu gun informasiya elmi esasen onlayn verilenler bazasinin texniki ve nezeri esaslarini sosial tesirlerini dovlet senaye tehsil ve internet mekaninda genis yayilmis verilenler bazasinin istifadesi meselelerini oyrenir Informasiyanin qorunub saxlanilmasi komputerlerin enenevi xidmet novlerinden biridir Informasiyanin komputerlerde qorunub saxlanilmasi ucun verilenler bazasindan VB genis istifade olunur Verilen bazaya daxil edilecek informasiya elementidir Verilenlerin informasiyaya cevrilmesi ucun insanin onlari anlamasi derk etmesi lazimdir Eger melumati alan insan onun yazildigi dili bilirse o hemin melumatin menasini anlaya yeni informasiya ala biler Informasiya tebietde siqnallar seklinde oturulur ve iki tipe ayrilir analoq ve reqemsal Insanlar oz hissiyyat uzvlerine gore analoq komputerler ise reqemsal informasiyalarin komeyi ile fealiyyet gosterir Muxtelif intensivliye malik olan siqnallar ferqli informasiyalar dasiyir Bu tip informasiyani analoq informasiya adlandirirlar Yeni biz tebietde hec bir vaxt iki eyni rengli yarpaq ve ya iki eyni formali bulud gore bilmerik Informasiyanin meselesine toxunulduqda ise qeyd etmeliyik ki informasiya muxtelif meyarlara kriteriyalara gore novlere ayrila bilir Bu meyarlar idrak teqdimat teyinat ehemiyyet dogruluq ve sairedir Idrak meyarina esaslanan informasiya novlerine vizual ses toxunma qoxu ve dad reseptorlari vasitesi qebul edilen melumatlar aid edilir Teqdimat meyarina gore metn reqemsal qrafik ses radio elektron ve video formatda oturulen informasiya novleri movcuddur Teyinat meyarina esaslanan informasiyalar kutlevi xususi mexfi ve sexsi novlere bolunur Ehemiyyet meyarina gore xarici alemden alinmis mezmun etibarli anlasilan tam ve deyerli informasiya novlerine bolunur Dogruluq meyarina esaslanan informasiyalar heqiqi dogru ve yalan saxta novlere bolunur Bu sadalananlardan savayi informasiya formalasmasina oturulmesine ifade formasi ve vasitelerine istifadesine ve saire elametlerine gore muxtelif cur qruplasdirila biler Hemcinin baxInformasiya tehlukesizliyi Smith E S 1993 On the shoulders of giants From Boole to Shannon to Taube The origins and development of computerized information from the mid 19th century to the present Information Technology and Libraries 12 2 217 226 Technological Determinism 2011 11 12 tarixinde Istifade tarixi 2014 11 18 ol section