Çingiz Mehdiyev (1932-1992) — musiqiçi, nağara ustası, Azərbaycanın əməkdar artisti .
Çingiz Mehdiyev | |
---|---|
Çingiz Həsənbala oğlu Mehdiyev | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürək çatışmazlığı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Həyatı
Çingiz Mehdiyev 1932-ci ildə Xalq Təsərrüfatı İnstitutunun dekanı Zəkiyyə Mehdiyevanın ailəsində dünyaya gəlmişdir. Çingiz Mehdiyevin atası 1938-ci ildə həbs olunur və güllələnir. Uşaqlarının və özünün aqibətindən qorxan Zəkiyyə xanım elə həmin ildə Tiflisə köçür. Lakin İkinci Dünya müharibəsi başlayan zaman yenidən Bakıya qayıdır.
Təhsili
Uşaq yaşlarından musiqiyə güclü marağı olan Çingiz Mehdiyevi ana babası Qulam, Üzeyir Hacıbəyovun yanına aparmışdır. Üzeyir Hacibəyov isə onu violonçel sinfinə götürmüşdür. Lakin bu aləti Çingiz sevməmişdir. Orta məktəbi bitirdikdən sonra anasının istəyi ilə sənədlərini Tibb İnistitutuna vermişsə də, atasının "xalq düşməni" olduğuna görə inistituta qəbul olunmamışdır. Bundan sonra öz istəyi ilə Bakı Musiqi Məktəbinin zərb alətləri sinfinə qəbul oldu. Burada təhsil alarkən Qara Qarayev Çingiz Mehdiyevin çalğısını bəyənərək ona demişdir:
Sənin həvəslə və temperamentlə ifan çox xoşuma gəldi. Güclü biləyin var, həvəsin varsa bizim konservatoriyada oxu, yaxşı ifaçı olarsan. |
Çingiz Mehdiyev atasının "xalq düşməni" olmasına görə konservatoriyaya qəbul oluna bilməyəcəyini desə də, Qara Qarayevin təkidi ilə sənədlərini verir və qəbul olur.
Fəaliyyəti
Çingiz Mehdiyev öz dövrünün çox güclü sənətkarlarından biri olmuşdur. Maestro Niyazi ilə bir orkestrda çıxış edən Çingiz Mehdiyev onunla həm də yaxın dost olmuşdur.
Konservatoriyada sinfində təhsil alır. Hələ tələbə ikən tələbə-gənclər arasında ümumdünya festivallarının üç dəfə qalibi olmuşdur.
Çingiz Mehdiyev ilk dəfə "Tərəkəmə"ni, "Çəngi"ni, "Vağzalı"nı, "Yallı"nı bir-birinə bağlayıb ahəngdar şəkildə nağaranın ritminə uyğunlaşdırmışdır.
Çingiz Mehdiyev uzun illər filarmoniyanın solisti olub. Həmçinin musiqi dərsi keçən Çingiz Mehdiyevin tələbələrindən biri də öz oğlu olmuşdur. Çingiz Mehdiyevin televiziyanın fondunda "Ekspress", "Dünya xalqlarının ritmləri", "Azərbaycan ritmləri" qorunub saxlanır. Onların bəzilərini oğlu Həsənlə bir yerdə ifa edib yazdırıb. 1990-cı ilin noyabrında ata-balanın ifası Türkiyədə festivalda bütün festival iştirakçılarını heyrətə salmış, heç bir mükafat nəzərdə tutulmayan festivalda təşkilatçılar sonda müsabiqənin medalını təsis edib onu Çingiz və Həsən Mehdiyevlərə vermişdilər.
1989-cu ildə Azərbaycan SSR-in Əməkdar artisti fəxri adı verilmişdir.
1992-ci ilin yanvar ayında filarmoniyada onun 60 illik yubileyi keçirilirdi. Mədəniyyət naziri Polad Bülbüloğlu tərəfindən sənətçiyə ünvanlanan təbrik məktubunda deyilirdi:
Hörmətli Çingiz, altmış illik yubileyiniz və səhnə fəaliyyətinizin qırx illiyi münasibətilə sizi təbrik edirəm. Yaxşı məlumdur ki, sizin parlaq istedadınız sayəsində nağaranı ilk dəfə solo milli musiqi aləti kimi dünyaya tanıtdınız. Milli musiqimizin tərəqqisi naminə bundan sonra da bacarıq və köməyinizi əsirgəməyəcəyinizə inanıram. Bu işdə sizə uğurlar arzulayıram. |
Qavaldaşın ritmik kəşfi
1978-ci ildə bir gün Çingiz Mehdiyevi Qobustana dəvət edirlər ki, xarici qonaqlar gəlib onlarla görüşsün. Çingiz Mehdiyev də nağarasını da götürüb gedir. Öz xatirələrində bu barədə yazır:
Tarixi abidələrimizi tapmaqda əvəzsiz xidmətləri olan alim İsaq Cəfərzadə orda mənə Qobustan qayaları ilə bağlı rəvayət danışdı. Danışa-danışa əlindəki daşı qayalıqlara çırpırdı. Gördüm ayrı-ayrı qayadan çıxan səslər maraqlı ritm yardır. Bu danışırdı, mən əlindəki daşı alıb qarşımdakı qaval daşda yavaş-yavaş vurmağa başladım. Bir, iki, üç fərqli ritmlər və ahəng yaranırdı. Özümdən asılı olmayaraq çalmağa qızışmışam, başa çatanda gördüm turistlər hamısı əhatəmizdə söhbəti yarımçıq qalmış İsaq müəllim isə şokda. Qobustan qavaldaşı kompozisiyası belə yarandı. Sonradan Azərbaycan televiziyası həmin ifamı qızıl fond üçün yazdı. |
Ölümü
Qarakənd faciəsi zamanı yaxın dostu Tofiq İsmayılovun ölümü Çingiz Mehdiyevə pis təsir etmişdi və ürəyində bəzi problemlər yaranmışdı. Nəticədə 1992-ci ildə ürəy çatışmazlığından vəfat etdi. Onun yolunu davam etdirən oğlu Həsən Mehdiyev də həmin xəstəlikdən 2005-ci ildə vəfat etmişdir.
İstinadlar
- "Arxivlənmiş surət". 2022-09-23 tarixində . İstifadə tarixi: 2022-10-05.
- Çingiz Mehdiyev – musiqiçi, nağara və qavaldaş ustası
- "Daha "qavaldaş"da çalmaq istəyən yoxdur - Çingiz Mehdiyevin davamçıları kimlər idi". 2020-08-05 tarixində . İstifadə tarixi: 2018-10-08.
- "Azərbaycan xalq rəqs musiqisi". 2019-09-13 tarixində . İstifadə tarixi: 2018-10-08.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cingiz Mehdiyev 1932 1992 musiqici nagara ustasi Azerbaycanin emekdar artisti Cingiz MehdiyevCingiz Hesenbala oglu MehdiyevCingiz Mehdiyev qavaldasda ifa ederken Umumi melumatlarDogum tarixi 1932Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 22 fevral 1992Vefat yeri Baki AzerbaycanVefat sebebi Urek catismazligiMusiqici melumatlariFealiyyeti musiqiciHeyatiCingiz Mehdiyev 1932 ci ilde Xalq Teserrufati Institutunun dekani Zekiyye Mehdiyevanin ailesinde dunyaya gelmisdir Cingiz Mehdiyevin atasi 1938 ci ilde hebs olunur ve gullelenir Usaqlarinin ve ozunun aqibetinden qorxan Zekiyye xanim ele hemin ilde Tiflise kocur Lakin Ikinci Dunya muharibesi baslayan zaman yeniden Bakiya qayidir TehsiliUsaq yaslarindan musiqiye guclu maragi olan Cingiz Mehdiyevi ana babasi Qulam Uzeyir Hacibeyovun yanina aparmisdir Uzeyir Hacibeyov ise onu violoncel sinfine goturmusdur Lakin bu aleti Cingiz sevmemisdir Orta mektebi bitirdikden sonra anasinin isteyi ile senedlerini Tibb Inistitutuna vermisse de atasinin xalq dusmeni olduguna gore inistituta qebul olunmamisdir Bundan sonra oz isteyi ile Baki Musiqi Mektebinin zerb aletleri sinfine qebul oldu Burada tehsil alarken Qara Qarayev Cingiz Mehdiyevin calgisini beyenerek ona demisdir Senin hevesle ve temperamentle ifan cox xosuma geldi Guclu bileyin var hevesin varsa bizim konservatoriyada oxu yaxsi ifaci olarsan Cingiz Mehdiyev atasinin xalq dusmeni olmasina gore konservatoriyaya qebul oluna bilmeyeceyini dese de Qara Qarayevin tekidi ile senedlerini verir ve qebul olur FealiyyetiCingiz Mehdiyev oz dovrunun cox guclu senetkarlarindan biri olmusdur Maestro Niyazi ile bir orkestrda cixis eden Cingiz Mehdiyev onunla hem de yaxin dost olmusdur Konservatoriyada sinfinde tehsil alir Hele telebe iken telebe gencler arasinda umumdunya festivallarinin uc defe qalibi olmusdur Cingiz Mehdiyev ilk defe Terekeme ni Cengi ni Vagzali ni Yalli ni bir birine baglayib ahengdar sekilde nagaranin ritmine uygunlasdirmisdir Cingiz Mehdiyev uzun iller filarmoniyanin solisti olub Hemcinin musiqi dersi kecen Cingiz Mehdiyevin telebelerinden biri de oz oglu olmusdur Cingiz Mehdiyevin televiziyanin fondunda Ekspress Dunya xalqlarinin ritmleri Azerbaycan ritmleri qorunub saxlanir Onlarin bezilerini oglu Hesenle bir yerde ifa edib yazdirib 1990 ci ilin noyabrinda ata balanin ifasi Turkiyede festivalda butun festival istirakcilarini heyrete salmis hec bir mukafat nezerde tutulmayan festivalda teskilatcilar sonda musabiqenin medalini tesis edib onu Cingiz ve Hesen Mehdiyevlere vermisdiler 1989 cu ilde Azerbaycan SSR in Emekdar artisti fexri adi verilmisdir 1992 ci ilin yanvar ayinda filarmoniyada onun 60 illik yubileyi kecirilirdi Medeniyyet naziri Polad Bulbuloglu terefinden senetciye unvanlanan tebrik mektubunda deyilirdi Hormetli Cingiz altmis illik yubileyiniz ve sehne fealiyyetinizin qirx illiyi munasibetile sizi tebrik edirem Yaxsi melumdur ki sizin parlaq istedadiniz sayesinde nagarani ilk defe solo milli musiqi aleti kimi dunyaya tanitdiniz Milli musiqimizin tereqqisi namine bundan sonra da bacariq ve komeyinizi esirgemeyeceyinize inaniram Bu isde size ugurlar arzulayiram Qavaldasin ritmik kesfi 1978 ci ilde bir gun Cingiz Mehdiyevi Qobustana devet edirler ki xarici qonaqlar gelib onlarla gorussun Cingiz Mehdiyev de nagarasini da goturub gedir Oz xatirelerinde bu barede yazir Tarixi abidelerimizi tapmaqda evezsiz xidmetleri olan alim Isaq Ceferzade orda mene Qobustan qayalari ile bagli revayet danisdi Danisa danisa elindeki dasi qayaliqlara cirpirdi Gordum ayri ayri qayadan cixan sesler maraqli ritm yardir Bu danisirdi men elindeki dasi alib qarsimdaki qaval dasda yavas yavas vurmaga basladim Bir iki uc ferqli ritmler ve aheng yaranirdi Ozumden asili olmayaraq calmaga qizismisam basa catanda gordum turistler hamisi ehatemizde sohbeti yarimciq qalmis Isaq muellim ise sokda Qobustan qavaldasi kompozisiyasi bele yarandi Sonradan Azerbaycan televiziyasi hemin ifami qizil fond ucun yazdi OlumuQarakend faciesi zamani yaxin dostu Tofiq Ismayilovun olumu Cingiz Mehdiyeve pis tesir etmisdi ve ureyinde bezi problemler yaranmisdi Neticede 1992 ci ilde urey catismazligindan vefat etdi Onun yolunu davam etdiren oglu Hesen Mehdiyev de hemin xestelikden 2005 ci ilde vefat etmisdir Istinadlar Arxivlenmis suret 2022 09 23 tarixinde Istifade tarixi 2022 10 05 Cingiz Mehdiyev musiqici nagara ve qavaldas ustasi Daha qavaldas da calmaq isteyen yoxdur Cingiz Mehdiyevin davamcilari kimler idi 2020 08 05 tarixinde Istifade tarixi 2018 10 08 Azerbaycan xalq reqs musiqisi 2019 09 13 tarixinde Istifade tarixi 2018 10 08