Çaykənd əməliyyatı və ya "Halqa" əməliyyatı (rus. Операция «Кольцо», Operatsiya Koltso; erm. «Օղակ» գործողություն, Oghak gortsoğutyun) — 1991-ci ilin may ayında Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələrində və Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzlərində Sovet Daxili qoşunları və OMON-un keçirdiyi hərbi əməliyyat. Rəsmi olaraq "pasport yoxlanılması" adlanan əməliyyat, Sovet İttifaqının daxili işlər və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin silahsızlaşdırması idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü adlandıran erməni silahlı dəstələrini məhv etmək nəzərdə tutulurdu.
Çaykənd əməliyyatı | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
Tarix | 30 Aprel – 15 May 1991 | ||
Yeri | Qarabağın Şaumyan, Şuşa, Xocavənd, Hadrut bölgələri Ermənistan SSR-in Noyemberyan, Gorus və Tavuş mərzləri. | ||
Nəticəsi | Yüzlərlə erməninin bölgədən məcburi köçürülməsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Azərbaycan tərəfindən Çaykənd əməliyyatında, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Əməliyyatda OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir.
Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü özlüyündə şübhəsiz ki, "sovet dövrünün ilk və son vətəndaş müharibəsi" idi, çünki Sovet Ordusunun hissələri elə sovet ərazisində hərbi əməliyyatlar aparırdılar.
Zəmin
1989-cu ilin sonunda Azərbaycan, Ermənistan, Gürcüstan, Estoniya, Latviya və Litva respublikalarında Sovet İttifaqı Kommunist Partiyasının hakimiyyəti zəifləmişdi. Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasındakı qarşılıqlı əlaqələr şiddət və talanlar səbəbindən pisləşdi. 1991-ci ildə, Sovet İttifaqının sonuncu ilində, Ermənistan və Azərbaycan artıq tam fərqli siyasi istiqamətlərdə hərəkət edirdilər. Mixail Qorbaçov yeni ittifaq sazişi üzərində işləyirdi və ümid edirdi ki, bu saziş müttəfiq respublikalara daha çox səlahiyyətlər verməklə İttifaqı qoruyub saxlaya bilər. Ermənistan, Gürcüstan, Moldova və Baltikyani respublikalar müstəqilliyə doğru addımlamağa başladılar və Qorbaçovla əməkdaşhqdan imtina etdilər. Azərbaycan saziş üzərində aparılan işlərdə iştirak etməyə və İttifaqda qalmağa müəyyən şərtlərlə razılaşdı.
Qorbaçovun siyasəti sovet sisteminin dağılmasını sürətləndirirdi və bir çox ermənilər və azərbaycanlılar sovet silahları ilə silahlanaraq özlərini qorumağa çalışırdılar. Qorbaçov digər respublikaların çoxsaylı tələblərinə cavab verməyə başı qarışdığı üçün Ermənistan və Azərbaycan ərazilərində saxlanılan hücum tüfəngləri, qranatatanlar və digər kiçik silah və sursatların anbarlardan yoxa çıxması baş verirdi. Sovet İttifaqı dağıldıqdan sonra başlayacaq qaçılmaz münaqişəni öncədən görən, Ermənistandakı və erməni diasporundan olan erməni könüllüləri Dağlıq Qarabağa axın etdi və bir neçə nəfərdən ibarət silahlı dəstələr təşkil etdilər. Qorbaçov bu dəstələri və digərlərini Qarabağda qeyri-qanuni şəxslər hesab edirdi və 1990-cı ilin iyul ayında fərman verdiyi fərmanla onları qadağan etdi. Bu açıqlamaya baxmayaraq, bu qruplar mövcudluğunu davam etdirdilər və Azərbaycanda milis briqadalarına və mülki əhaliyə qarşı fəal şəkildə mübarizə aparırdılar. Hücumların amansızlığı sovet hökumətinin Ermənistanın paytaxtı Yerevanda və Ermənistan sərhədi ilə Dağlıq Qarabağ arasındakı beş kilometr aralığındakı mövqelərə hərbi birlikləri yerləşdirməsinə gətirib çıxardı.
Planın yaranması
1991-ci il martın 17-də sovet rəhbərliyi SSRİ-nin gələcəyinə dair ümumxalq referendumu keçirtdi. Referendumda iştirak edən Azərbaycan yeni ittifaq sazişi çərçivəsində Sovet İttifaqının saxlanılmasına "hə" dedi. Ermənistanda artıq EMH hakimiyyətdə idi və respublika referendumu boykot edən altı respublikadan biri idi. Bununla yanaşı, Ermənistan sentyabrda öz müstəqillik referendumunu keçirəcəyini bəyan etdi.
Azərbaycan rəhbərliyinin nümayiş etdirdiyi sadiqlik həm Dağlıq Qarabağın daxilində, həm də ətrafında "möhkəm əl" siyasətinin növbəti raundunu "qanunsuz hərbi dəstələrin silahsızlaşdırılması" planını həyata keçirmək üçün zəruri şərt idi. Azərbaycanın özündə bu əməliyyat "pasport rejiminin yoxlanışı" adlanırdı, lakin bu əməliyyat "Halqa əməliyyatı" adı ilə tanındı. Bu əməliyyatın məğzi vətəndaşların pasportlarında qeydiyyatın yoxlanılmasından ibarət idi. Azərbaycan rəhbərliyinin bəyan etdiyi niyyəti Dağlıq Qarabağla həmsərhəd olan və ermənilərin yaşadığı bir sıra kəndlərdə sakinlərin pasportlarını yoxlamaq, həmin kəndlərdə gizlənən fədailəri aşkara çıxartmaq və qayda-qanunu bərqərar etmək idi.
Çaykənd əməliyyatı strateji məqsəd güdürdü. Qarabağın hüdudlarında erməni kəndlərini boşaldan Azərbaycan hökuməti fədailəri təcrid edib, onların təchizat yollarını kəsməyə çalışırdı, Qarabağ ətrafında azərbaycanlıların məskunlaşdığı yeni kəndlərdən "halqa" yaratmaq istəyirdi. Lakin əməliyyatın siyasi məqsədləri bundan daha vacib idi.
Ayaz Mütəllibovun sözlərinə görə, "terroristlərin məhv edilməsi" əməliyyatının planı hələ 1989-cu ildən kağız üzərində mövcud idi və sadəcə öz icrasını gözləyirdi. Ardınca heç də bərabər şəraitdə aparılmayan kiçik Sovet vətəndaş müharibəsi başladı. Cəbhə xəttinin bir tərəfində Gəncədə mərkəzləşən 4-cü Sovet Ordusu vuruşurdu. Onun tanklar və artilleriya ilə silahlanmış 23-cü diviziyası bu əməliyyatda birbaşa iştirak edirdi. Diviziyanın sərəncamına Azərbaycan OMON-unun hissələri və qonşu kəndlərdən yığılmış könüllü dəstələri verilmişdi. Cəbhə xəttinin digər tərəfində durmuşdular. Onlar sayca çox kiçik idilər, bu dəstələrdə təqribən bir neçə yüz nəfər var idi. Tomas de Vaalın fikrincə, onlar ruh yüksəkliyinə görə qat-qat üstün idilər. Heç kimə sirr deyildi ki, onlara Ermənistanın yeni rəhbərliyi dəstək verirdi, yerli erməni əhalisi onların təminatında fəal surətdə köməklik göstərirdi, çevik hərəkət etmək üçün onların hətta vertolyotları var idi.
İcra
1991-ci ilin yazında erməni-Azərbaycan partizan savaşının əsas döyüşləri Dağlıq Qarabağın özündə deyil, Xanlar və Şaumyan rayonlarının meşəli dağlarında gedirdi. Hər iki rayonun əhalisinin etnik tərkibində ermənilər çoxluq təşkil edirdi. Erməni kəndlərinə soxulan "fədailər" özlərini yerli əhalinin müdafiəçiləri elan edib, bu kəndlərdən Qarabağa getmək üçün dayaq məntəqəsi kimi istifadə edirdilər. Onlarla döyüşçü Xanlar rayonunun Çaykənd və onun yaxınlığında yerləşən Qarabulaq qəsəbələrində mövqe tutdular. Onlara keçmişdə kənd məktəbində müəllim olmuş ermənistanlı daşnak Tatul Krpeyan rəhbərlik edirdi.
Birinci əməliyyat
1991-ci il aprelin 10-da Çaykənd və Qarabulaq istiqamətində əməliyyat keçirmək qərarı verildi. Aprelin son iki həftəsi ərzində hər iki qəsəbənin üç minə yaxın sakini tədricən öz ətraflarından təcrid olundular. Qəsəbələr qoşunlarla mühasirəyə alındı, telefon xətləri kəsildi, enerji təchizatı dayandırıldı. DİN postunun götürülməsi əməliyyata başlamaq üçün siqnal idi. Daxili qoşunlar əsasən ruslardan yığılmışdı, onlar isə, çox ehtimal, ermənilərin tərəfini tuta bilərdilər. Ordu hissələrində azərbaycanlılar üstünlük təşkil edirdi, general Məhəmməd Əsədovun rəhbərlik etdiyi OMON-da isə yalnız azərbaycanlılar xidmət edirdilər. Çaykənd əməliyyatında OMON-un komandiri Rövşən Cavadov da aktiv iştirak etmişdir.
Aprelin 30-da 4-cü Ordunun hərbçiləri, onların ardınca isə omonçular Çaykəndə və Qarabulağa girdilər. Hərbi birliklərə bir neçə tank, zirehli texnika, artilleriya və hərbi helikopterlər dəstək verirdilər. Bəzi yerlərdə onlar silahlı müqavimətlə rastlaşdılar, lakin atışma zamanı Krpeyan öldürülmüş, onun adamları isə bir neçə əsgəri girov götürmüşdülər. Əməliyyat zamanı on nəfərə yaxın sakin öldürülmüş, əlli nəfərə yaxın girov götürülmüşdür, sonradan onların yarısı əsir götürülmüş əsgərlərə dəyişdirilmiş, qalanları isə Gəncədəki həbsxanaya göndərilmişdir.
Sayca daha kiçik olan fədailər aradan çıxa bildilər. Bir həftə ərzində hər iki qəsəbənin sakinləri deportasiya olundular, onların əksəriyyəti vertolyotla Xankəndiyə, oradan da Ermənistana göndərildi. Bir çoxları təzyiq altında öz evlərini könüllü tərk etdiklərini təsdiqləyən sənədləri imzaladılar. Bundan sonra Çaykənd əməliyyatının bəyan edilməyən hissəsi həyata keçirildi: Ermənistandan 1988-1989-cu illərdə qaçqın düşmüş azərbaycanlılar Qarabulaq və Çaykəndə köçürüldülər və ermənilərin tərk etdiyi evlərdə məskunlaşdılar.
Azərbaycanın kənd əhalisinə qarşı apardığı hərbi cəhətdən uğurlu əməliyyat ağır siyasi nəticələrə gətirib çıxardı.Boris Yeltsin başda olmaqla Rusiyanın yeni parlamenti Ermənistan rəhbərliyi ilə sıx alyansa girdi. Onların ümumi düşməni var idi və bu düşmən sovet güc strukturlarının elitası idi. Rusiyalı deputatlar dövrələnmiş erməni kəndlilərin müdafiəsinə qalxdılar. Sonralar Çaykənd əməliyyatına dair ilk parlament dinləmələri keçirildi. Ermənistan-Rusiya siyasi münasibətlərinin yeni mərhələsi başladı.
İkinci əməliyyat
Mayın 6-7-də daha bir əməliyyat — Ermənistan-Azərbaycan sərhədinin şimal kəsiyində yerləşən Əskipara kəndi istiqamətində əməliyyatın həyata keçirilməsi təyin olunmuşdu. Əskipara Ermənistanın ərazisində yerləşirdi, lakin onun sakinləri və sərhədin o tayındakı azərbaycanlılar arasında vaxtaşırı atışmalar baş verirdi.Bu kəndin "neytrallaşdırılması" üçün Azərbaycanda hazırlanan hərbi əməliyyat rəsmi və qeyri-rəsmi güc strukturları arasında aydın fərqin olmadığını üzə çıxartdı. Əskipara yaxınlığında otuza yaxın erməni milis işçisinin getdiyi avtobus 23-cü diviziyanın əsgərləri tərəfindən qurulan pusquya düşdü. 11 nəfər öldürüldü, qalanları əsir götürüldü. Azərbaycanlıların fikrincə, bunlar erməni hərbi dəstələrinin üzvləri idi, ermənilər eyni tərzdə deyə bilərdilər ki, azərbaycanlılar sovet milis işçilərini onların ərazisində öldürüblər.
Hadisə yerinə dörd rusiyalı deputat gəldi, onlardan biri — Anatoli Şabad kənddə qaldı. Şabad yarı erməni idi, lakin onun əsas motivi kommunist güc strukturları ilə apardığı fəal mübarizə idi. Sovet zabiti meqafonla kənd sakinlərinə silahları təhvil vermək üçün son müddəti elan etdi. Lakin ultimatumun müddəti bitdi və onun çağırışına heç kim cavab vermədi, bundan sonra top atəşi başladı. Atılan mərmilərin əksəriyyəti kənddən kənarda yerə düşürdü, lakin atəşdən qaçmağa cəhd göstərən üç sakin bu atəşin qurbanı oldu. Şabadın sözlərinə görə, sonradan o, anladı ki, artilleriya atəşi kənd sakinlərini qorxutmaq və əmrə tabe etdirmək məqsədi daşıyırdı, bu atəşlə erməni partizanlarını məhv etmək nəzərdə tutulmurdu.
Şabad müdaxilə etdiyinə görə Çaykənd əməliyyatında qurban olmadı. 23-cü diviziyanın əsgərləri kəndə girmədilər, Şabad isə Ermənistanın Daxili İşlər Nazirliyinin verdiyi böyük məbləğin köməyi ilə erməni milis işçilərini əsirlikdən qurtara bildi. Bununla belə, Dağlıq Qarabağın Hadrut və Şuşa rayonlarında yerləşən on yeddi kiçik erməni kəndinin bütün sakinləri deportasiya edildi. Hüquq müdafiəçilərinin rəyinə görə, əməliyyatın birinci mərhələsində 5000 erməni deportasiya edilmiş, 20-30 nəfər isə öldürülmüşdü.
Kompromis cəhdi
Əgər Çaykənd əməliyyatının əsl mahiyyəti Qarabağ ermənilərini qorxutmaq idisə, onda bu əməliyyat tezliklə öz bəhrəsini verməyə başladı. Birinci mərhələnin ardınca, yəni Çaykənddən gələn qaçqın axını Xankəndiyə dolduqdan sonra, Qarabağ ermənilərinin hərəkatında ilk ciddi parçalanma üzə çıxdı. 1991-ci il iyunun 19-da hələ ləğv edilməmiş vilayət sovetinin deputatları qətnamə qəbul edib, "kursu qarşıdurma siyasətindən dialoq və danışıqlar siyasətinə doğru" dəyişmək niyyətində olduqlarını bəyan etdilər. Onlar siyasi sövdələşmə təklif edirdilər: bu sövdələşməyə əsasən partiya orqanlarının bərpası və Dağlıq Qarabağın "demilitarizasiyası" əvəzinə onlar vilayətin Azərbaycanın tərkibindən çıxmasına qarşı səs verəcəkdilər. Bu, çox ciddi güzəşt idi. Partiya funksioneri Valeri Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti bu təkliflərlə Moskvaya yollandı. Azərbaycanda yaradılmış Təşkilati komitənin üzvü olan Seyran Mirzəyevin fikrincə:
"İnsanlar başa düşdülər ki, Dağlıq Qarabağın nüfuzlu rəhbərliyi var və bununla barışmalı oldular. |
Buna baxmayaraq, azərbaycanlılarla ermənilərin yaşadığı kəndlər arasında qan tökmə davam edirdi. İyul ayında Şaumyan rayonunda əməliyyat keçirilən zaman "polkovnik Feliks" ləqəbli səhra komandiri erməni kəndlərinin müdafiəsini təşkil etdi. Pəncərələrindən pulemyotlar tuşlanan Ermənistan vertolyotları Azərbaycan ərazisindən uçub Gülüstan kəndinin yaxınlığında enirdilər.
Nəticə
Çaykənd əməliyyatı Qarabağ münaqişəsinin açıq, hərbi mərhələsinin başlanğıcı oldu. Britaniyalı jurnalist Tomas de Vaalın fikrincə, bu əməliyyat özü özlüyündə şübhəsiz ki, "sovet dövrünün ilk və son vətəndaş müharibəsi" idi, çünki Sovet Ordusunun hissələri elə sovet ərazisində hərbi əməliyyatlar aparırdılar.
Anatoli Şabad qeyd edirdi ki:
Əlbəttə ki, Mütəllibov Qorbaçovu inandıra bilmişdi ki, orada fədailərin güclü partizan hərəkatı baş qaldırıb, onların hərəkətləri erməni əhalisinin yaşadığı ərazilərin Azərbaycandan ayrılması ilə nəticələnə bilər, və əmin etmişdi ki, onlar quldurdurlar və onlan məhv etmək lazımdır. Qorbaçov isə - bu, əlbəttə ki, onun tərəfindən böyük ağılsızlıq idi - bu əməliyyata razılığını verdi. Bəlkə də, o, indi başa düşür ki, bu növ əməliyyatın axırı yox idi, bu, mümkün deyildi. |
Çaykənd əməliyyatının icrası məhz rəsmi Moskvada artmaqda olan siyasi hərcmərcliyə görə mümkün oldu. Mixail Qorbaçovu devirmək niyyətində olan güc strukturlarının rəhbərləri bu əməliyyata dəstək verdilər.
Populyar mədəniyyətdə
1994-cü ildə bolqar jurnalist "Qarabağ yaraları" adlı sənədli film seriyasını çəkmişdir. Çəkilmiş sənədli filmlər Çaykənd əməliyyatının müxtəlif dövrlərində baş verən hadisələr barədə ətraflı məlumat verir.
2006-cı ilin iyununda, İrəvan şəhərində "Tale" (erm. Ճակատագիր; Tçakatagir) filmi nümayiş etdirilmişdir. Film tərəfindən Çaykənd əməliyyatı ətrafında qurulan uydurma hadisələrə əsaslanmışdır. Bu, Ermənistanın Qarabağ müharibəsi haqqında çəkdiyi ilk filmdir və filmin büdcəsi $3,8 milyondur.
Xarici keçidlər
- Tural Həmid. "Halqa əməliyyatı (Ermənistanın kapitulyasiyası)" (az.). www.Azlogos.eu. 2022-05-30. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-24.
İstinadlar
- . anl.az. anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 17 fevral 2017.
- De Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press, 2003, p. 114. .
- de Vaal, Tomas. Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. http://www.ebooks.az/view/9f81DPlg.pdf. ISBN . 17 fevral 2017 tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url). (#accessdate_missing_url)
- . www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 17 fevral 2017.
- . www.bizimyol.info. www.bizimyol.info. Archived from the original on 2021-10-21. İstifadə tarixi: 17 fevral 2017.
- Kaufman, Stuart. Modern Hatreds: The Symbolic Politics of Ethnic War. New York: Cornell Studies in Security Affairs, 2001, pp. 49–66. ISBN
- Smith, Hedrick. The New Russians. New York: Harper Perennial, 1991, pp. 344–345. ISBN .
- Croissant, Michael P. The Armenia-Azerbaijan Conflict: Causes and Implications. London: Praeger, 1998. p. 41. ISBN .
- Croissant. The Armenia-Azerbaijan Conflict, p. 41.
- G. Brown, Cynthia. . 1995. 151–152. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 17 fevral 2017.
- . www.panorama.am. www.panorama.am. Archived from the original on 2017-08-26. İstifadə tarixi: 17 fevral 2017.
- Denber, Rachel. Bloodshed in the Caucasus: Escalation of the Armed Conflict in Nagorno Karabakh. Human Rights Watch, 1992. Bloodshed in the Caucasus: Escalation of the Armed Conflict in Nagorno Karabakh. 9–13. 17 fevral 2017 tarixində [Bloodshed in the Caucasus: Escalation of the Armed Conflict in Nagorno Karabakh arxivləşdirilib] (#bad_url) (#archive_missing_url). (#redundant_parameters); (#accessdate_missing_url)
- . anl.az. anl.az. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 17 fevral 2017.
- Getaşen əməliyyatının təfərrüatları "Memorial" cəmiyyətinin və Saxarov konqresinin məruzələrindən və Merfi, "Operation 'Ring'" ("Halqa" əməliyyatı) götürülüb, səh. 86.
- . www.aniarc.am. www.aniarc.am. Archived from the original on 2020-02-03. İstifadə tarixi: 17 fevral 2017.
- . www.panarmenian.net. www.panarmenian.net. Archived from the original on 2021-10-25. İstifadə tarixi: 17 fevral 2017.
- . az.trend.az. az.trend.az. 2016-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 fevral 2017.
- . www.lragir.am. www.lragir.am. Archived from the original on 2016-05-18. İstifadə tarixi: 17 fevral 2017.
- Rabo, Annika. . Swedish Research Institute in Istanbul. 2005. səh. 174. Archived from the original on 2022-03-27. İstifadə tarixi: 17 fevral 2017. (#redundant_parameters)
- "Documentary by Bulgarian TV journalist Tsvetana Paskaleva "Wounds of Karabakh" presented in Yerevan". www.eng.kavkaz-uzel.eu. www.eng.kavkaz-uzel.eu. 15 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
- . 2010-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Caykend Caykend emeliyyati ve ya Halqa emeliyyati rus Operaciya Kolco Operatsiya Koltso erm Օղակ գործողություն Oghak gortsogutyun 1991 ci ilin may ayinda Qarabagin Saumyan Susa Xocavend Hadrut bolgelerinde ve Ermenistan SSR in Noyemberyan Gorus ve Tavus merzlerinde Sovet Daxili qosunlari ve OMON un kecirdiyi herbi emeliyyat Resmi olaraq pasport yoxlanilmasi adlanan emeliyyat Sovet Ittifaqinin daxili isler ve mudafie nazirliklerinin esas meqsedi ermeni herbi destelerinin silahsizlasdirmasi idi Emeliyyatda Sovet Quru Qosunlari herbi neqliyyat vasiteleri artilleriya ve vertolyotlarla musayiet olunurdu ve ozunu adlandiran ermeni silahli destelerini mehv etmek nezerde tutulurdu Caykend emeliyyatiQarabag muharibesiCaykend emeliyyati neticesinde evini terk etmis ermeni qacqinlariTarix 30 Aprel 15 May 1991Yeri Qarabagin Saumyan Susa Xocavend Hadrut bolgeleri Ermenistan SSR in Noyemberyan Gorus ve Tavus merzleri Neticesi Yuzlerle ermeninin bolgeden mecburi kocurulmesiMunaqise terefleriErmenistan SSR Dasnaksutun Azerbaycan SSR OMON SSRI 4 cu Sovet ordusunun 23 cu motoatici diviziyasiKomandan lar Tatul Krpeyan Simon Aciqgozyan Viktor Polyanicko Mehemmed EsedovTereflerin quvvesiBilinmir BilinmirItkilerBilinmir Bilinmir Caykend emeliyyati strateji meqsed gudurdu Qarabagin hududlarinda ermeni kendlerini bosaldan Azerbaycan hokumeti fedaileri tecrid edib onlarin techizat yollarini kesmeye calisirdi Qarabag etrafinda azerbaycanlilarin meskunlasdigi yeni kendlerden halqa yaratmaq isteyirdi Azerbaycan terefinden Caykend emeliyyatinda general Mehemmed Esedovun rehberlik etdiyi OMON da ise yalniz azerbaycanlilar xidmet edirdiler Emeliyyatda OMON un komandiri Rovsen Cavadov da aktiv istirak etmisdir Caykend emeliyyati Qarabag munaqisesinin aciq herbi merhelesinin baslangici oldu Britaniyali jurnalist Tomas de Vaalin fikrince bu emeliyyat ozu ozluyunde subhesiz ki sovet dovrunun ilk ve son vetendas muharibesi idi cunki Sovet Ordusunun hisseleri ele sovet erazisinde herbi emeliyyatlar aparirdilar ZeminEsas meqale Dagliq Qarabag 1989 cu ilin sonunda Azerbaycan Ermenistan Gurcustan Estoniya Latviya ve Litva respublikalarinda Sovet Ittifaqi Kommunist Partiyasinin hakimiyyeti zeiflemisdi Dagliq Qarabagda ermenilerle azerbaycanlilar arasindaki qarsiliqli elaqeler siddet ve talanlar sebebinden pislesdi 1991 ci ilde Sovet Ittifaqinin sonuncu ilinde Ermenistan ve Azerbaycan artiq tam ferqli siyasi istiqametlerde hereket edirdiler Mixail Qorbacov yeni ittifaq sazisi uzerinde isleyirdi ve umid edirdi ki bu sazis muttefiq respublikalara daha cox selahiyyetler vermekle Ittifaqi qoruyub saxlaya biler Ermenistan Gurcustan Moldova ve Baltikyani respublikalar musteqilliye dogru addimlamaga basladilar ve Qorbacovla emekdashqdan imtina etdiler Azerbaycan sazis uzerinde aparilan islerde istirak etmeye ve Ittifaqda qalmaga mueyyen sertlerle razilasdi Qorbacovun siyaseti sovet sisteminin dagilmasini suretlendirirdi ve bir cox ermeniler ve azerbaycanlilar sovet silahlari ile silahlanaraq ozlerini qorumaga calisirdilar Qorbacov diger respublikalarin coxsayli teleblerine cavab vermeye basi qarisdigi ucun Ermenistan ve Azerbaycan erazilerinde saxlanilan hucum tufengleri qranatatanlar ve diger kicik silah ve sursatlarin anbarlardan yoxa cixmasi bas verirdi Sovet Ittifaqi dagildiqdan sonra baslayacaq qacilmaz munaqiseni onceden goren Ermenistandaki ve ermeni diasporundan olan ermeni konulluleri Dagliq Qarabaga axin etdi ve bir nece neferden ibaret silahli desteler teskil etdiler Qorbacov bu desteleri ve digerlerini Qarabagda qeyri qanuni sexsler hesab edirdi ve 1990 ci ilin iyul ayinda ferman verdiyi fermanla onlari qadagan etdi Bu aciqlamaya baxmayaraq bu qruplar movcudlugunu davam etdirdiler ve Azerbaycanda milis briqadalarina ve mulki ehaliye qarsi feal sekilde mubarize aparirdilar Hucumlarin amansizligi sovet hokumetinin Ermenistanin paytaxti Yerevanda ve Ermenistan serhedi ile Dagliq Qarabag arasindaki bes kilometr araligindaki movqelere herbi birlikleri yerlesdirmesine getirib cixardi Planin yaranmasiSovet Ordusu munaqise zonasinda 1991 ci il martin 17 de sovet rehberliyi SSRI nin geleceyine dair umumxalq referendumu kecirtdi Referendumda istirak eden Azerbaycan yeni ittifaq sazisi cercivesinde Sovet Ittifaqinin saxlanilmasina he dedi Ermenistanda artiq EMH hakimiyyetde idi ve respublika referendumu boykot eden alti respublikadan biri idi Bununla yanasi Ermenistan sentyabrda oz musteqillik referendumunu kecireceyini beyan etdi Azerbaycan rehberliyinin numayis etdirdiyi sadiqlik hem Dagliq Qarabagin daxilinde hem de etrafinda mohkem el siyasetinin novbeti raundunu qanunsuz herbi destelerin silahsizlasdirilmasi planini heyata kecirmek ucun zeruri sert idi Azerbaycanin ozunde bu emeliyyat pasport rejiminin yoxlanisi adlanirdi lakin bu emeliyyat Halqa emeliyyati adi ile tanindi Bu emeliyyatin megzi vetendaslarin pasportlarinda qeydiyyatin yoxlanilmasindan ibaret idi Azerbaycan rehberliyinin beyan etdiyi niyyeti Dagliq Qarabagla hemserhed olan ve ermenilerin yasadigi bir sira kendlerde sakinlerin pasportlarini yoxlamaq hemin kendlerde gizlenen fedaileri askara cixartmaq ve qayda qanunu berqerar etmek idi Caykend emeliyyati strateji meqsed gudurdu Qarabagin hududlarinda ermeni kendlerini bosaldan Azerbaycan hokumeti fedaileri tecrid edib onlarin techizat yollarini kesmeye calisirdi Qarabag etrafinda azerbaycanlilarin meskunlasdigi yeni kendlerden halqa yaratmaq isteyirdi Lakin emeliyyatin siyasi meqsedleri bundan daha vacib idi Ayaz Mutellibovun sozlerine gore terroristlerin mehv edilmesi emeliyyatinin plani hele 1989 cu ilden kagiz uzerinde movcud idi ve sadece oz icrasini gozleyirdi Ardinca hec de beraber seraitde aparilmayan kicik Sovet vetendas muharibesi basladi Cebhe xettinin bir terefinde Gencede merkezlesen 4 cu Sovet Ordusu vurusurdu Onun tanklar ve artilleriya ile silahlanmis 23 cu diviziyasi bu emeliyyatda birbasa istirak edirdi Diviziyanin serencamina Azerbaycan OMON unun hisseleri ve qonsu kendlerden yigilmis konullu desteleri verilmisdi Cebhe xettinin diger terefinde durmusdular Onlar sayca cox kicik idiler bu destelerde teqriben bir nece yuz nefer var idi Tomas de Vaalin fikrince onlar ruh yuksekliyine gore qat qat ustun idiler Hec kime sirr deyildi ki onlara Ermenistanin yeni rehberliyi destek verirdi yerli ermeni ehalisi onlarin teminatinda feal suretde komeklik gosterirdi cevik hereket etmek ucun onlarin hetta vertolyotlari var idi Icra1991 ci ilin yazinda ermeni Azerbaycan partizan savasinin esas doyusleri Dagliq Qarabagin ozunde deyil Xanlar ve Saumyan rayonlarinin meseli daglarinda gedirdi Her iki rayonun ehalisinin etnik terkibinde ermeniler coxluq teskil edirdi Ermeni kendlerine soxulan fedailer ozlerini yerli ehalinin mudafiecileri elan edib bu kendlerden Qarabaga getmek ucun dayaq menteqesi kimi istifade edirdiler Onlarla doyuscu Xanlar rayonunun Caykend ve onun yaxinliginda yerlesen Qarabulaq qesebelerinde movqe tutdular Onlara kecmisde kend mektebinde muellim olmus ermenistanli dasnak Tatul Krpeyan rehberlik edirdi Birinci emeliyyat Caykend emeliyyatina Azerbaycan terefinden general Mehemmed Esedov rehberlik edirdi 1991 ci il aprelin 10 da Caykend ve Qarabulaq istiqametinde emeliyyat kecirmek qerari verildi Aprelin son iki heftesi erzinde her iki qesebenin uc mine yaxin sakini tedricen oz etraflarindan tecrid olundular Qesebeler qosunlarla muhasireye alindi telefon xetleri kesildi enerji techizati dayandirildi DIN postunun goturulmesi emeliyyata baslamaq ucun siqnal idi Daxili qosunlar esasen ruslardan yigilmisdi onlar ise cox ehtimal ermenilerin terefini tuta bilerdiler Ordu hisselerinde azerbaycanlilar ustunluk teskil edirdi general Mehemmed Esedovun rehberlik etdiyi OMON da ise yalniz azerbaycanlilar xidmet edirdiler Caykend emeliyyatinda OMON un komandiri Rovsen Cavadov da aktiv istirak etmisdir Aprelin 30 da 4 cu Ordunun herbcileri onlarin ardinca ise omoncular Caykende ve Qarabulaga girdiler Herbi birliklere bir nece tank zirehli texnika artilleriya ve herbi helikopterler destek verirdiler Bezi yerlerde onlar silahli muqavimetle rastlasdilar lakin atisma zamani Krpeyan oldurulmus onun adamlari ise bir nece esgeri girov goturmusduler Emeliyyat zamani on nefere yaxin sakin oldurulmus elli nefere yaxin girov goturulmusdur sonradan onlarin yarisi esir goturulmus esgerlere deyisdirilmis qalanlari ise Gencedeki hebsxanaya gonderilmisdir Sayca daha kicik olan fedailer aradan cixa bildiler Bir hefte erzinde her iki qesebenin sakinleri deportasiya olundular onlarin ekseriyyeti vertolyotla Xankendiye oradan da Ermenistana gonderildi Bir coxlari tezyiq altinda oz evlerini konullu terk etdiklerini tesdiqleyen senedleri imzaladilar Bundan sonra Caykend emeliyyatinin beyan edilmeyen hissesi heyata kecirildi Ermenistandan 1988 1989 cu illerde qacqin dusmus azerbaycanlilar Qarabulaq ve Caykende kocurulduler ve ermenilerin terk etdiyi evlerde meskunlasdilar Azerbaycanin kend ehalisine qarsi apardigi herbi cehetden ugurlu emeliyyat agir siyasi neticelere getirib cixardi Boris Yeltsin basda olmaqla Rusiyanin yeni parlamenti Ermenistan rehberliyi ile six alyansa girdi Onlarin umumi dusmeni var idi ve bu dusmen sovet guc strukturlarinin elitasi idi Rusiyali deputatlar dovrelenmis ermeni kendlilerin mudafiesine qalxdilar Sonralar Caykend emeliyyatina dair ilk parlament dinlemeleri kecirildi Ermenistan Rusiya siyasi munasibetlerinin yeni merhelesi basladi Ikinci emeliyyat Mayin 6 7 de daha bir emeliyyat Ermenistan Azerbaycan serhedinin simal kesiyinde yerlesen Eskipara kendi istiqametinde emeliyyatin heyata kecirilmesi teyin olunmusdu Eskipara Ermenistanin erazisinde yerlesirdi lakin onun sakinleri ve serhedin o tayindaki azerbaycanlilar arasinda vaxtasiri atismalar bas verirdi Bu kendin neytrallasdirilmasi ucun Azerbaycanda hazirlanan herbi emeliyyat resmi ve qeyri resmi guc strukturlari arasinda aydin ferqin olmadigini uze cixartdi Eskipara yaxinliginda otuza yaxin ermeni milis iscisinin getdiyi avtobus 23 cu diviziyanin esgerleri terefinden qurulan pusquya dusdu 11 nefer olduruldu qalanlari esir goturuldu Azerbaycanlilarin fikrince bunlar ermeni herbi destelerinin uzvleri idi ermeniler eyni terzde deye bilerdiler ki azerbaycanlilar sovet milis iscilerini onlarin erazisinde oldurubler Hadise yerine dord rusiyali deputat geldi onlardan biri Anatoli Sabad kendde qaldi Sabad yari ermeni idi lakin onun esas motivi kommunist guc strukturlari ile apardigi feal mubarize idi Sovet zabiti meqafonla kend sakinlerine silahlari tehvil vermek ucun son muddeti elan etdi Lakin ultimatumun muddeti bitdi ve onun cagirisina hec kim cavab vermedi bundan sonra top atesi basladi Atilan mermilerin ekseriyyeti kendden kenarda yere dusurdu lakin atesden qacmaga cehd gosteren uc sakin bu atesin qurbani oldu Sabadin sozlerine gore sonradan o anladi ki artilleriya atesi kend sakinlerini qorxutmaq ve emre tabe etdirmek meqsedi dasiyirdi bu atesle ermeni partizanlarini mehv etmek nezerde tutulmurdu Sabad mudaxile etdiyine gore Caykend emeliyyatinda qurban olmadi 23 cu diviziyanin esgerleri kende girmediler Sabad ise Ermenistanin Daxili Isler Nazirliyinin verdiyi boyuk meblegin komeyi ile ermeni milis iscilerini esirlikden qurtara bildi Bununla bele Dagliq Qarabagin Hadrut ve Susa rayonlarinda yerlesen on yeddi kicik ermeni kendinin butun sakinleri deportasiya edildi Huquq mudafiecilerinin reyine gore emeliyyatin birinci merhelesinde 5000 ermeni deportasiya edilmis 20 30 nefer ise oldurulmusdu Kompromis cehdiEger Caykend emeliyyatinin esl mahiyyeti Qarabag ermenilerini qorxutmaq idise onda bu emeliyyat tezlikle oz behresini vermeye basladi Birinci merhelenin ardinca yeni Caykendden gelen qacqin axini Xankendiye dolduqdan sonra Qarabag ermenilerinin herekatinda ilk ciddi parcalanma uze cixdi 1991 ci il iyunun 19 da hele legv edilmemis vilayet sovetinin deputatlari qetname qebul edib kursu qarsidurma siyasetinden dialoq ve danisiqlar siyasetine dogru deyismek niyyetinde olduqlarini beyan etdiler Onlar siyasi sovdelesme teklif edirdiler bu sovdelesmeye esasen partiya orqanlarinin berpasi ve Dagliq Qarabagin demilitarizasiyasi evezine onlar vilayetin Azerbaycanin terkibinden cixmasina qarsi ses verecekdiler Bu cox ciddi guzest idi Partiya funksioneri Valeri Qriqoryanin basciliq etdiyi numayende heyeti bu tekliflerle Moskvaya yollandi Azerbaycanda yaradilmis Teskilati komitenin uzvu olan Seyran Mirzeyevin fikrince Insanlar basa dusduler ki Dagliq Qarabagin nufuzlu rehberliyi var ve bununla barismali oldular Buna baxmayaraq azerbaycanlilarla ermenilerin yasadigi kendler arasinda qan tokme davam edirdi Iyul ayinda Saumyan rayonunda emeliyyat kecirilen zaman polkovnik Feliks leqebli sehra komandiri ermeni kendlerinin mudafiesini teskil etdi Pencerelerinden pulemyotlar tuslanan Ermenistan vertolyotlari Azerbaycan erazisinden ucub Gulustan kendinin yaxinliginda enirdiler NeticeCaykend emeliyyati Qarabag munaqisesinin aciq herbi merhelesinin baslangici oldu Britaniyali jurnalist Tomas de Vaalin fikrince bu emeliyyat ozu ozluyunde subhesiz ki sovet dovrunun ilk ve son vetendas muharibesi idi cunki Sovet Ordusunun hisseleri ele sovet erazisinde herbi emeliyyatlar aparirdilar Anatoli Sabad qeyd edirdi ki Elbette ki Mutellibov Qorbacovu inandira bilmisdi ki orada fedailerin guclu partizan herekati bas qaldirib onlarin hereketleri ermeni ehalisinin yasadigi erazilerin Azerbaycandan ayrilmasi ile neticelene biler ve emin etmisdi ki onlar quldurdurlar ve onlan mehv etmek lazimdir Qorbacov ise bu elbette ki onun terefinden boyuk agilsizliq idi bu emeliyyata raziligini verdi Belke de o indi basa dusur ki bu nov emeliyyatin axiri yox idi bu mumkun deyildi Caykend emeliyyatinin icrasi mehz resmi Moskvada artmaqda olan siyasi hercmercliye gore mumkun oldu Mixail Qorbacovu devirmek niyyetinde olan guc strukturlarinin rehberleri bu emeliyyata destek verdiler Populyar medeniyyetde1994 cu ilde bolqar jurnalist Qarabag yaralari adli senedli film seriyasini cekmisdir Cekilmis senedli filmler Caykend emeliyyatinin muxtelif dovrlerinde bas veren hadiseler barede etrafli melumat verir 2006 ci ilin iyununda Irevan seherinde Tale erm Ճակատագիր Tcakatagir filmi numayis etdirilmisdir Film terefinden Caykend emeliyyati etrafinda qurulan uydurma hadiselere esaslanmisdir Bu Ermenistanin Qarabag muharibesi haqqinda cekdiyi ilk filmdir ve filmin budcesi 3 8 milyondur Xarici kecidlerTural Hemid Halqa emeliyyati Ermenistanin kapitulyasiyasi az www Azlogos eu 2022 05 30 2022 07 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2022 07 24 Istinadlar anl az anl az Archived from the original on 2022 03 27 Istifade tarixi 17 fevral 2017 De Waal Thomas Black Garden Armenia and Azerbaijan Through Peace and War New York New York University Press 2003 p 114 ISBN 0 8147 1945 7 de Vaal Tomas Qarabag Ermenistan ve Azerbaycan sulh ve savas yollarinda http www ebooks az view 9f81DPlg pdf ISBN 978 9952 25 086 2 17 fevral 2017 tarixinde arxivlesdirilib PDF archive missing url accessdate missing url www anl az www anl az Archived from the original on 2022 03 27 Istifade tarixi 17 fevral 2017 www bizimyol info www bizimyol info Archived from the original on 2021 10 21 Istifade tarixi 17 fevral 2017 Kaufman Stuart Modern Hatreds The Symbolic Politics of Ethnic War New York Cornell Studies in Security Affairs 2001 pp 49 66 ISBN 0 8014 8736 6 Smith Hedrick The New Russians New York Harper Perennial 1991 pp 344 345 ISBN 0 380 71651 8 Croissant Michael P The Armenia Azerbaijan Conflict Causes and Implications London Praeger 1998 p 41 ISBN 0 275 96241 5 Croissant The Armenia Azerbaijan Conflict p 41 G Brown Cynthia 1995 151 152 Archived from the original on 2022 03 27 Istifade tarixi 17 fevral 2017 www panorama am www panorama am Archived from the original on 2017 08 26 Istifade tarixi 17 fevral 2017 Denber Rachel Bloodshed in the Caucasus Escalation of the Armed Conflict in Nagorno Karabakh Human Rights Watch 1992 Bloodshed in the Caucasus Escalation of the Armed Conflict in Nagorno Karabakh 9 13 17 fevral 2017 tarixinde Bloodshed in the Caucasus Escalation of the Armed Conflict in Nagorno Karabakh arxivlesdirilib bad url archive missing url redundant parameters accessdate missing url anl az anl az Archived from the original on 2022 03 27 Istifade tarixi 17 fevral 2017 Getasen emeliyyatinin teferruatlari Memorial cemiyyetinin ve Saxarov konqresinin meruzelerinden ve Merfi Operation Ring Halqa emeliyyati goturulub seh 86 www aniarc am www aniarc am Archived from the original on 2020 02 03 Istifade tarixi 17 fevral 2017 www panarmenian net www panarmenian net Archived from the original on 2021 10 25 Istifade tarixi 17 fevral 2017 az trend az az trend az 2016 12 29 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 17 fevral 2017 www lragir am www lragir am Archived from the original on 2016 05 18 Istifade tarixi 17 fevral 2017 Rabo Annika Swedish Research Institute in Istanbul 2005 seh 174 Archived from the original on 2022 03 27 Istifade tarixi 17 fevral 2017 redundant parameters Documentary by Bulgarian TV journalist Tsvetana Paskaleva Wounds of Karabakh presented in Yerevan www eng kavkaz uzel eu www eng kavkaz uzel eu 15 fevral 2017 tarixinde arxivlesdirilib Istifade tarixi 15 fevral 2017 2010 01 14 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 15 fevral 2017