Əvrəz — Azərbaycanda insanlar arasında tarixən təşəkkül tapmış və geniş yayılmış qarşılığlı yardım formalarından biri.
Etimologiyası
Azərbaycanda qarşılıqlı yardımın çox geniş yayılmış formalarından biri də əvrəz olmuşdur. Bu el köməkliyinin adı ərəbcə "təsadüfi" "fövqəladə hadisələr" mənasını verən "əvariz" sözündən götürülmüşdür. Görünür, Azərbaycanın Kəlbəcər və Qazax rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə tanınması da bununla əlaqədardır. "Əvrəz" Azərbaycanın əksər bölgələrində "iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi.
Tarixşünaslıqda əvrəz termininə fərqli münasibət
Azərbaycan tarixşünaslığında əvrəzdən, yanlış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi İ. Petruşinski Azərbaycanda feodal münasibətlərindən bəhs edərkən əvrəzi Səfəvilər dövlətində feodal mükəlləfiyyətlərindən biri hesab etmişdir. O daha sonra qeyd edir ki, Azərbaycanda kəndlilər XVIII–XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər.
Azərbaycan alimlərindən M. Əfəndiyev və İ. Həsənov da bu səhv müddəaya əsaslanaraq öz tədqiqatlarında əvrəzi XVIII–XIX əsrlərdə Azərbaycan feodal mükəlləfiyyətlərindən biri kimi təhlil etmişlər. Əvrəzin feodal mükəlləfiyyəti olması haqqında yanlış fikir öz əksini 7 cildlik "Azərbaycan tarixi"ndə də tapmışdır.
Etnoqrafik materialların təhlili nəticəsində isə müəyyən edilmişdir ki, kəndilərin bəy və mülkədarlar üçün məcburi yerinə yetirdikləri "biyar" işindən fərqli olaraq, "əvrəz" qədimdən öz mahiyyəti etibarilə könüllülük prinsipi əsasında kəndlilərin təsərrüfat işlərində bir-birlərinə göstərdikləri qarşılıqlı yardım forması kimi təşəkkül tapmış və el adətinə çevrilmişdir. Sonralar bəy və mülkədarlar xalqın bu adətindən müəyyən məqsədlər üçün istifadə etmişlər. Görkəmli etnoqraf Q. Qaraqaşlı çox haqlı olaraq belə hesab edir ki, əvrəz məhsuldar qüvvələrin geridə qaldığı, primitiv səviyyədə olduğu, kollektiv əməyə zəruri ehtiyac olduğu nəsli-qəbilə quruluşu dövründə təşəkkül tapmış və zəmanəmizə qədər gəlib çıxmışdır. Sinifli cəmiyyətdə isə hakim sosial təbəqələrin kəndliləri istismar formasına çevrilmişdir. Belə ki, XIX əsr və XX əsrin əvvəllərində əvrəz məcburi mükəlləfiyyətlər siyahısına daxil deyildi. Azərbaycanın qərb bölgələrində adətə görə bütün kənd, yaxud kənd icması mülkədarın xeyrinə ildə bir və ya iki gün əvrəzə çıxır, onun əkin sahəsini şumlayır, taxılını biçir, ot çalır və bina tikirdilər. Mülkədar əvrəz zamanı kəndlilərə yemək də verirdi. İlk baxışdan bir növ feodal mükəlləfiyyəti kimi təsir bağışlayan belə əvrəzi kəndlilər həmişə qarşılıqlı yardımdan fərqləndirmiş, onu məzmununa uyğun olaraq "bəy əvrəzi", "yüzbaşı əvrəzi", "kəndxuda əvrəzi", "koxa əvrəzi" və s. adlandırmışlar. Bəy əvrəzinin XIX əsrdə feodal mükəlləfiyyəti deyil, bəyin çağırışı ilə kəndlilərin könüllü köməklik forması olması çar hökumətinin 1847-ci il "Kəndli əsasnamələri"ndə də qeyd edilmişdir. Əsasnamənin Quba qəzasına aid qaydalarının 10-cu bəndində deyilirdi ki, əgər bəy əvrəz çağırarsa, yəni işə könüllü çağırış elan edərsə, bəyin əvrəzə çıxanlara yemək verməsi şərtilə, əhalinin köməyə getməsinə icazə verilir.
Bəy və mülkədarlar, yüzbaşılar əvrəzdən kəndliləri təkcə öz xüsusi təsərrüfatlarında işlətmək üçün deyil, eyni zamanda su arxlarının və kəhrizlərin qazılması və təmiri, yol çəkilməsi və körpü salınması kimi bütün kəndin xeyrinə olan ümumi el işlərində də istifadə edirdilər. Deməli, ilk baxışdan feodal mükəlləfiyyəti kimi görünən bəy və yüzbaşı əvrəzində kəndlilər əslində çox vaxt özləri üçün işləmişlər.
Əvrəz də iməcilik kimi müəyyən sosial-iqtisadi səbəblərlə bağlı olaraq çağırılardı. Hər hansı bir təsərrüfat işinin təcili görülməsi üçün işçi qüvvəsi, qoşqu heyvanı, kotan, yaxud araba çatışmadığı hallarda təsərrüfat sahibi özü ağsaqqallarla məsləhətləşib camaatı əvrəzə çağırardısa, ailə başçısı xəstə olan və ya ailə başçısını itirmiş ailələrə, dul qadınlara kömək məqsədilə əvrəzi camaat özü təşkil edərdi. El köməyinə ehtiyacı olan şəxs əvrəzin təşkili ilə əlaqədar müəyyən hazırlıq işləri gördükdən sonra kəndin ağsaqqalları ilə məsləhətləşib əvrəzin gününü təyin edər və qohum-əqrəba vasitəsilə camaatı əvrəzə çağırardı. Camaatı əvrəzə çağırmaq üçün məscidlərdən, kəndin kişilərinin toplaşdığı meydanlardan və "gimgə yeri" adlanan yerlərdən də istifadə edilərdi. Kəndin mollası və ağsaqqalı da camaatın müəyyən olunmuş gündə əvrəzə çıxmalı olduğunu onlara xatırladardı. Lakin əvrəzdə iştirak etmək üçün heç bir məcburiyyət yox idi. Hamı əvrəzdə iştirak etməyi özünə borc bilib bu el köməyinə tələsərdi. Bununla bağlı xalq arasında bəzi ifadələr də vardır. Məsələn, biri tez-tez yol gedəndə deyirlər ki, "nə tələsirsən, əvrəzə getmirsən ki?" Əksinə, biri ləng tərpənəndə deyirlər ki, "elə bil biyara gedir".
Əvrəzin təşkili və onun əsas xüsusiyyətləri
Əvrəz səhər sübhdən çox canlı şəkildə başlanıb, günün sonunadək işgüzarlıq şəraitində davam etdirilərdi. İməcilik kimi əvrəz də işin qurtarıb-qurtarmamasından asılı olmayaraq, adətən, bir gündən artıq davam etməzdi. El adətinə görə, əvrəzi təşkil edən şəxs onun iştirakçılarına günorta naharı verərdi. İmkanı olanlar hətta qoyun da kəsərdilər. Lakin imkansız ailələrə kömək məqsədilə təşkil olunan əvrəzə çıxan kəndlilər özləri ilə yeməklərini gətirərdilər.
Əvrəzin təşkili görüləcək işin xüsusiyyətindən asılı olardı. Torpağın şumlanması məqsədilə təşkil edilən əvrəz zamanı onun iştirakçıları sahəyə tez çıxmaq və öz işlərilə fərqlənməyə çalışardılar. Şum əvrəzi zamanı onun iştirakçıları bir-birilə yarışar və müxtəlif səciyyəli adətlərə əməl edərdilər. Məsələn, əvrəz günü kotanı ilə sahəyə tez çıxıb ilk şırımı açan kəndliyə xələt verilərdi. Adətən, əvrəz zamanı kəl sınağı keçirilərdi. Kotanı bir cüt kəl çəkməli idi. Şərtə görə kotanı çəkməyə gücü çatmayıb dizini yerə qoyan kəl məğlub sayılırdı. Ən qüvvətli kəlləri müəyyənləşdirmək məqsədilə təşkil edilən belə yarışda daha güclü hesab edilən kəllər kotanın dib boyuna qoşulardı. Şərtləşmə müddətində qalib kəl müəyyən edilmədikdə, kotanın təkərləri çıxarılar və kəlin biri dizini yerə qoyanadək yarış davam etdirilərdi. Yarışda qalib gəlmiş ən güclü kəlin belinə əvrəzdə kəsilmiş qoyunun dərisini atardılar. Həmin dəridən kəl üçün boyun yastığı tikilərdi. Belə yarışlar əvrəz iştirakçılarının böyük marağına səbəb olar, işin şən əhvali-ruhiyyədə davam etməsinə şərait yaradardı.
Əvrəz qarşılıqlı yardım forması taxıl zəmisinin biçilməsi, dərzlərin xırmana daşınması və ot çalımında daha tez-tez təşkil olunardı. Çünki əkinçiliyin mövsümi xarakter daşıyan bu əmək proseslərini gecikdirmək olmaz. Əkinçilərin dediyi kimi, "biçində gecikən uduzar". Əkinçilikdə birgə işçi qüvvəsi tələb olunan bu proseslərini vaxtında başa çatdırmaq məqsədilə çağırılan əvrəzdə hamı məmnuniyyətlə iştirak edirdi və hər kəs qonşusuna, həmkəndlisinə, xüsusilə imkansız ailələrə kömək etmək üçün əllərindən gələni əsirgəmirdi.
Biçin əvrəzi daha təntənəli keçirilirdi. Bu zaman kəndin ən yaxşı biçinçisini müəyyən etmək üçün yarış keçirilərdi. Zurnaçıların ifa etdiyi "Cəngi" musiqisinin sədaları altında yarışan biçinçilər eyni vaxtda işə başlardılar. İlk dərzi hamıdan tez zəmi sahibinin qənşərinə qoyan biçinçi yarışın qalibi olar və kəndin ən yaxşı biçinçisi hesab edilərdi. Qalibə hədiyyə olaraq qabaqcadan düzəldilmiş xonça verilərdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində əvrəz qarşılıqlı yardım formasının təşkilində qohumluq münasibətlərilə bağlı el adəti də olmuşdur. Quba qəzasının Gəndob və Söhüb kəndlərində "qız əvrəzi" adı ilə tanınan bu adətə görə nişanlı oğlan əkin-biçin prosesində qız evinə köməklik etməli idi. Qız evinin əvrəzə ehtiyacı olduğu hallarda nişanlı oğlan kəndin cavanlarını əvrəzə çağıraraq qayınatasının əkin sahəsini şumladar, taxılını biçdirib dərzləri zəmidən xırmana daşıdar və biçənəyini çaldırıb otunu tayalara vurdurardı. Əvrəz zamanı nişanlı oğlanın qoluna, başqalarından seçilmək üçün, qız evindən göndərilmiş qırmızı sarğı bağlanardı. Əvrəz iştirakçılarına nahar yeməyi nişanlı oğlanın ailəsi tərəfindən göndərilərdi.
Azərbaycanın Quba bölgəsində suvarma arxlarının çəkilməsi, təmiri, yaxud təmizlənməsi, dəhnə və su bəndlərinin tikilməsi kimi böyük zəhmət və çoxlu işçi qüvvəsi tələb olunan işlərdə də əvrəz qarşılıqlı yardım formasından istifadə edilmişdir. Bəzən elə olurdu ki, kəndin ancaq bir məhəlləsinin istifadə etdiyi su arxının təmirində, yaxud təmizlənməsində həmin kəndin başqa məhəllələrində yaşayanlar da iştirak edirdilər.
İməcilik kimi əvrəzdən də Azərbaycanın bəzi bölgələrində ev tikintisi prosesində istifadə edilmişdir. Quba bölgəsində ev tikintisi zamanı xeyli işçi tələb edən və bir ailənin gücü ilə görüləsi mümkün olmayan kərpickəsmə və kərpicin daşınması, evin bünövrəsi üçün uzaq məsafədən daş gətirmək, daş, torpaq və tir qaldırmaq kimi təsərrüfat və məişət xarakterli işlərdə də əvrəz köməklik formasından istifadə edilmişdir. Kərpic kəsmək məqsədilə təşkil edilmiş əvrəz üçün palçıq ev sahibi tərəfindən qabaqcadan hazırlanardı. Əvrəz günü dəvət olunmuş kişilər hərə öz qəlibi ilə gələrək işə başlardı. El adətinə görə, kərpic kəsənlərdən biri "düşərlik" adlanan hədiyyə almaq üçün deyərdi ki, "ay qonşu, bu nə işdir, qəlib kərpici buraxmır, bir köməyə gəl görüm". Bunu eşidən ev sahibi kərpickəsənlərə şirinlik pay verərdi və iş davam edərdi. Belə adət Zaqatala-Balakən bölgəsində də mövcud olmuşdur. Başqa bir adətə görə, ev tikintisi üçün bünövrə qoyuluşuna köməyə gələnlər əliboş gəlməzdilər, xonça düzəldib gələrdilər. Köməklikdə qadınlar da iştirak edərdi. Onlar su daşıyar, çörək bişirər və digər məişət işlərinə kömək edərdilər. Kişilər isə tikinti ilə məşğul olardılar. Evin bünövrəsi qoyulan zaman belə bir adətə də müraciət edilərdi. Bünövrənin dörd küncündə dayananlardan biri deyərdi ki, "künc düzəlmir". Bu halda ev sahibi ustalara kiçik bir hədiyyə verərdi. Ev tikilib qurtardıqdan sonra damdan sonuncu düşən ustaya da xələt verilərdi. Tikintinin sonunda əvrəz iştirakçılarına xələt vermək mərasimi üçün ev sahibi qabaqcadan ehtiyat görərdi; yun corab, əl yaylığı və müxtəlif şirniyyatdan ibarət xonça düzəldərdi. Adətən, xonça əvrəz iştirakçıları arasında olan ağsaqqala təqdim edilərdi.
Dünyanın digər xalqlarında qarşılıqlı yardım formaları
Əvrəz və iməcilik kimi eyni mahiyyət və məzmun daşıyan qarşılıqlı yardım formaları dünyanın başqa xalqları arasında da mövcud olmuşdur. Ruslarda "subbotnik", "pomoç" və "todoka", özbəklərdə və taciklərdə "xaşar", türkmənlərdə "yevar", qırğızlarda "aşar", gürcülərdə "dadzaxili" və "ulami", ləzgilərdə "mel", kumıklarda "bulka" və b. qarşılıqlı yardım formaları azərbaycanlıların iməcilik və əvrəz el köməkliklərini xatırladır. Dünya xalqlarının həmin köməklikləri də icmanın ümumi işi hesab edilirdi. Kəndin bütün əhalisi, həm kişilər, həm də qadınlar onların təşkilində çox həvəslə iştirak edirdilər. Köməkliklərin iştirakçıları arasında əmək bölgüsü aparılır, kimin hansı işi görəcəyi qabaqcadan müəyyənləşdirilirdi. Azərbaycan el köməkliklərində olduğu kimi həmin qarşılıqlı yardım formaları da bayram şənliklərinə çevrilirdilər. Köməklik iştirakçıları təzə paltar geyir, yüksək əhvali-ruhiyyədə olur, musiqi sədaları altında işləyir, nəğmələr oxuyurdular
Mənbə
- Ş. A. Quliyev, Q. C. Cavadov. "Əvrəz" haqqında. Azərbaycan EA "Xəbərləri" (Tarix, fəlsəfə və hüquq seriyası), 1973, № 2.
- Ş. A. Quliyev. Ənənəvi əkinçilikdə qarşılıqlı yardıma dair. "Azərbaycan arxeologiyası və etnoqorafiyası" jurnalı, II buraxılış. Bakı, 2003.
- Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild. Bakı, 2007.
- Q. C. Cavadov. Azərbaycanda el köməyi adətləri. Bakı, 1993
- М.М.Эфендиев. Повинности и правовое положение владельческих райятов в Азербайджане в первой половине XIX века. Azərbaycan Tarix Muzeyinin əsərləri, II с, Bakı, 1957.
- К.Т.Каракашлы. О пережитках древнего институга взаимопомощи в Азербайджане. Azərbaycan EA "Xəbərləri" (İctimai elmlər seriyası), 1958, № 2
- Azərbaycan tarixi, 7 cilddə, III c, Bakı, "Elm", 1999,
- M. Dadaşzadə. Azərbaycan xalqının orta əsr mənəvi mədəniyyəti. Bakı, "Elm",1985,
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Evrez Azerbaycanda insanlar arasinda tarixen tesekkul tapmis ve genis yayilmis qarsiligli yardim formalarindan biri Mundericat 1 Etimologiyasi 2 Tarixsunasliqda evrez terminine ferqli munasibet 3 Evrezin teskili ve onun esas xususiyyetleri 4 Dunyanin diger xalqlarinda qarsiliqli yardim formalari 5 MenbeEtimologiyasiredakteAzerbaycanda qarsiliqli yardimin cox genis yayilmis formalarindan biri de evrez olmusdur Bu el komekliyinin adi erebce tesadufi fovqelade hadiseler menasini veren evariz sozunden goturulmusdur Gorunur Azerbaycanin Kelbecer ve Qazax rayonlarinda yasayan ayrimlar arasinda bu qarsiliqli yardim formasinin avaya adi ile taninmasi da bununla elaqedardir Evrez Azerbaycanin ekser bolgelerinde imecilik anlayisinin sinonimi kimi isledilse de bezi bolgelerde o cumleden Sirvan ve Quba bolgelerinde esasen agir zehmet teleb eden teserrufat islerinde yalniz kisilerin istiraki ile teskil edilen el komekliyine deyilirdi Tarixsunasliqda evrez terminine ferqli munasibetredakteAzerbaycan tarixsunasliginda evrezden yanlis olaraq feodal mukellefiyyetlerinden biri kimi behs olunur Rus alimi I Petrusinski Azerbaycanda feodal munasibetlerinden behs ederken evrezi Sefeviler dovletinde feodal mukellefiyyetlerinden biri hesab etmisdir O daha sonra qeyd edir ki Azerbaycanda kendliler XVIII XIX esrlerde bey ve mulkedarlarin xeyrine mecburi isledikleri biyar dan elave ilde iki gun evrez e de cixmali idiler Azerbaycan alimlerinden M Efendiyev ve I Hesenov da bu sehv muddeaya esaslanaraq oz tedqiqatlarinda evrezi XVIII XIX esrlerde Azerbaycan feodal mukellefiyyetlerinden biri kimi tehlil etmisler Evrezin feodal mukellefiyyeti olmasi haqqinda yanlis fikir oz eksini 7 cildlik Azerbaycan tarixi nde de tapmisdir Etnoqrafik materiallarin tehlili neticesinde ise mueyyen edilmisdir ki kendilerin bey ve mulkedarlar ucun mecburi yerine yetirdikleri biyar isinden ferqli olaraq evrez qedimden oz mahiyyeti etibarile konulluluk prinsipi esasinda kendlilerin teserrufat islerinde bir birlerine gosterdikleri qarsiliqli yardim formasi kimi tesekkul tapmis ve el adetine cevrilmisdir Sonralar bey ve mulkedarlar xalqin bu adetinden mueyyen meqsedler ucun istifade etmisler Gorkemli etnoqraf Q Qaraqasli cox haqli olaraq bele hesab edir ki evrez mehsuldar quvvelerin geride qaldigi primitiv seviyyede oldugu kollektiv emeye zeruri ehtiyac oldugu nesli qebile qurulusu dovrunde tesekkul tapmis ve zemanemize qeder gelib cixmisdir Sinifli cemiyyetde ise hakim sosial tebeqelerin kendlileri istismar formasina cevrilmisdir Bele ki XIX esr ve XX esrin evvellerinde evrez mecburi mukellefiyyetler siyahisina daxil deyildi Azerbaycanin qerb bolgelerinde adete gore butun kend yaxud kend icmasi mulkedarin xeyrine ilde bir ve ya iki gun evreze cixir onun ekin sahesini sumlayir taxilini bicir ot calir ve bina tikirdiler Mulkedar evrez zamani kendlilere yemek de verirdi Ilk baxisdan bir nov feodal mukellefiyyeti kimi tesir bagislayan bele evrezi kendliler hemise qarsiliqli yardimdan ferqlendirmis onu mezmununa uygun olaraq bey evrezi yuzbasi evrezi kendxuda evrezi koxa evrezi ve s adlandirmislar Bey evrezinin XIX esrde feodal mukellefiyyeti deyil beyin cagirisi ile kendlilerin konullu komeklik formasi olmasi car hokumetinin 1847 ci il Kendli esasnameleri nde de qeyd edilmisdir Esasnamenin Quba qezasina aid qaydalarinin 10 cu bendinde deyilirdi ki eger bey evrez cagirarsa yeni ise konullu cagiris elan ederse beyin evreze cixanlara yemek vermesi sertile ehalinin komeye getmesine icaze verilir Bey ve mulkedarlar yuzbasilar evrezden kendlileri tekce oz xususi teserrufatlarinda isletmek ucun deyil eyni zamanda su arxlarinin ve kehrizlerin qazilmasi ve temiri yol cekilmesi ve korpu salinmasi kimi butun kendin xeyrine olan umumi el islerinde de istifade edirdiler Demeli ilk baxisdan feodal mukellefiyyeti kimi gorunen bey ve yuzbasi evrezinde kendliler eslinde cox vaxt ozleri ucun islemisler Evrez de imecilik kimi mueyyen sosial iqtisadi sebeblerle bagli olaraq cagirilardi Her hansi bir teserrufat isinin tecili gorulmesi ucun isci quvvesi qosqu heyvani kotan yaxud araba catismadigi hallarda teserrufat sahibi ozu agsaqqallarla meslehetlesib camaati evreze cagirardisa aile bascisi xeste olan ve ya aile bascisini itirmis ailelere dul qadinlara komek meqsedile evrezi camaat ozu teskil ederdi El komeyine ehtiyaci olan sexs evrezin teskili ile elaqedar mueyyen hazirliq isleri gordukden sonra kendin agsaqqallari ile meslehetlesib evrezin gununu teyin eder ve qohum eqreba vasitesile camaati evreze cagirardi Camaati evreze cagirmaq ucun mescidlerden kendin kisilerinin toplasdigi meydanlardan ve gimge yeri adlanan yerlerden de istifade edilerdi Kendin mollasi ve agsaqqali da camaatin mueyyen olunmus gunde evreze cixmali oldugunu onlara xatirladardi Lakin evrezde istirak etmek ucun hec bir mecburiyyet yox idi Hami evrezde istirak etmeyi ozune borc bilib bu el komeyine teleserdi Bununla bagli xalq arasinda bezi ifadeler de vardir Meselen biri tez tez yol gedende deyirler ki ne telesirsen evreze getmirsen ki Eksine biri leng terpenende deyirler ki ele bil biyara gedir Evrezin teskili ve onun esas xususiyyetleriredakteEvrez seher subhden cox canli sekilde baslanib gunun sonunadek isguzarliq seraitinde davam etdirilerdi Imecilik kimi evrez de isin qurtarib qurtarmamasindan asili olmayaraq adeten bir gunden artiq davam etmezdi El adetine gore evrezi teskil eden sexs onun istirakcilarina gunorta nahari vererdi Imkani olanlar hetta qoyun da keserdiler Lakin imkansiz ailelere komek meqsedile teskil olunan evreze cixan kendliler ozleri ile yemeklerini getirerdiler Evrezin teskili gorulecek isin xususiyyetinden asili olardi Torpagin sumlanmasi meqsedile teskil edilen evrez zamani onun istirakcilari saheye tez cixmaq ve oz islerile ferqlenmeye calisardilar Sum evrezi zamani onun istirakcilari bir birile yarisar ve muxtelif seciyyeli adetlere emel ederdiler Meselen evrez gunu kotani ile saheye tez cixib ilk sirimi acan kendliye xelet verilerdi Adeten evrez zamani kel sinagi kecirilerdi Kotani bir cut kel cekmeli idi Serte gore kotani cekmeye gucu catmayib dizini yere qoyan kel meglub sayilirdi En quvvetli kelleri mueyyenlesdirmek meqsedile teskil edilen bele yarisda daha guclu hesab edilen keller kotanin dib boyuna qosulardi Sertlesme muddetinde qalib kel mueyyen edilmedikde kotanin tekerleri cixarilar ve kelin biri dizini yere qoyanadek yaris davam etdirilerdi Yarisda qalib gelmis en guclu kelin beline evrezde kesilmis qoyunun derisini atardilar Hemin deriden kel ucun boyun yastigi tikilerdi Bele yarislar evrez istirakcilarinin boyuk maragina sebeb olar isin sen ehvali ruhiyyede davam etmesine serait yaradardi Evrez qarsiliqli yardim formasi taxil zemisinin bicilmesi derzlerin xirmana dasinmasi ve ot caliminda daha tez tez teskil olunardi Cunki ekinciliyin movsumi xarakter dasiyan bu emek proseslerini gecikdirmek olmaz Ekincilerin dediyi kimi bicinde geciken uduzar Ekincilikde birge isci quvvesi teleb olunan bu proseslerini vaxtinda basa catdirmaq meqsedile cagirilan evrezde hami memnuniyyetle istirak edirdi ve her kes qonsusuna hemkendlisine xususile imkansiz ailelere komek etmek ucun ellerinden geleni esirgemirdi Bicin evrezi daha tenteneli kecirilirdi Bu zaman kendin en yaxsi bicincisini mueyyen etmek ucun yaris kecirilerdi Zurnacilarin ifa etdiyi Cengi musiqisinin sedalari altinda yarisan bicinciler eyni vaxtda ise baslardilar Ilk derzi hamidan tez zemi sahibinin qenserine qoyan bicinci yarisin qalibi olar ve kendin en yaxsi bicincisi hesab edilerdi Qalibe hediyye olaraq qabaqcadan duzeldilmis xonca verilerdi XIX esrin sonu ve XX esrin evvellerinde evrez qarsiliqli yardim formasinin teskilinde qohumluq munasibetlerile bagli el adeti de olmusdur Quba qezasinin Gendob ve Sohub kendlerinde qiz evrezi adi ile taninan bu adete gore nisanli oglan ekin bicin prosesinde qiz evine komeklik etmeli idi Qiz evinin evreze ehtiyaci oldugu hallarda nisanli oglan kendin cavanlarini evreze cagiraraq qayinatasinin ekin sahesini sumladar taxilini bicdirib derzleri zemiden xirmana dasidar ve biceneyini caldirib otunu tayalara vurdurardi Evrez zamani nisanli oglanin qoluna basqalarindan secilmek ucun qiz evinden gonderilmis qirmizi sargi baglanardi Evrez istirakcilarina nahar yemeyi nisanli oglanin ailesi terefinden gonderilerdi Azerbaycanin Quba bolgesinde suvarma arxlarinin cekilmesi temiri yaxud temizlenmesi dehne ve su bendlerinin tikilmesi kimi boyuk zehmet ve coxlu isci quvvesi teleb olunan islerde de evrez qarsiliqli yardim formasindan istifade edilmisdir Bezen ele olurdu ki kendin ancaq bir mehellesinin istifade etdiyi su arxinin temirinde yaxud temizlenmesinde hemin kendin basqa mehellelerinde yasayanlar da istirak edirdiler Imecilik kimi evrezden de Azerbaycanin bezi bolgelerinde ev tikintisi prosesinde istifade edilmisdir Quba bolgesinde ev tikintisi zamani xeyli isci teleb eden ve bir ailenin gucu ile gorulesi mumkun olmayan kerpickesme ve kerpicin dasinmasi evin bunovresi ucun uzaq mesafeden das getirmek das torpaq ve tir qaldirmaq kimi teserrufat ve meiset xarakterli islerde de evrez komeklik formasindan istifade edilmisdir Kerpic kesmek meqsedile teskil edilmis evrez ucun palciq ev sahibi terefinden qabaqcadan hazirlanardi Evrez gunu devet olunmus kisiler here oz qelibi ile gelerek ise baslardi El adetine gore kerpic kesenlerden biri duserlik adlanan hediyye almaq ucun deyerdi ki ay qonsu bu ne isdir qelib kerpici buraxmir bir komeye gel gorum Bunu esiden ev sahibi kerpickesenlere sirinlik pay vererdi ve is davam ederdi Bele adet Zaqatala Balaken bolgesinde de movcud olmusdur Basqa bir adete gore ev tikintisi ucun bunovre qoyulusuna komeye gelenler elibos gelmezdiler xonca duzeldib gelerdiler Komeklikde qadinlar da istirak ederdi Onlar su dasiyar corek bisirer ve diger meiset islerine komek ederdiler Kisiler ise tikinti ile mesgul olardilar Evin bunovresi qoyulan zaman bele bir adete de muraciet edilerdi Bunovrenin dord kuncunde dayananlardan biri deyerdi ki kunc duzelmir Bu halda ev sahibi ustalara kicik bir hediyye vererdi Ev tikilib qurtardiqdan sonra damdan sonuncu dusen ustaya da xelet verilerdi Tikintinin sonunda evrez istirakcilarina xelet vermek merasimi ucun ev sahibi qabaqcadan ehtiyat gorerdi yun corab el yayligi ve muxtelif sirniyyatdan ibaret xonca duzelderdi Adeten xonca evrez istirakcilari arasinda olan agsaqqala teqdim edilerdi Dunyanin diger xalqlarinda qarsiliqli yardim formalariredakteEvrez ve imecilik kimi eyni mahiyyet ve mezmun dasiyan qarsiliqli yardim formalari dunyanin basqa xalqlari arasinda da movcud olmusdur Ruslarda subbotnik pomoc ve todoka ozbeklerde ve taciklerde xasar turkmenlerde yevar qirgizlarda asar gurculerde dadzaxili ve ulami lezgilerde mel kumiklarda bulka ve b qarsiliqli yardim formalari azerbaycanlilarin imecilik ve evrez el komekliklerini xatirladir Dunya xalqlarinin hemin komeklikleri de icmanin umumi isi hesab edilirdi Kendin butun ehalisi hem kisiler hem de qadinlar onlarin teskilinde cox hevesle istirak edirdiler Komekliklerin istirakcilari arasinda emek bolgusu aparilir kimin hansi isi goreceyi qabaqcadan mueyyenlesdirilirdi Azerbaycan el komekliklerinde oldugu kimi hemin qarsiliqli yardim formalari da bayram senliklerine cevrilirdiler Komeklik istirakcilari teze paltar geyir yuksek ehvali ruhiyyede olur musiqi sedalari altinda isleyir negmeler oxuyurdularMenberedakteS A Quliyev Q C Cavadov Evrez haqqinda Azerbaycan EA Xeberleri Tarix felsefe ve huquq seriyasi 1973 2 S A Quliyev Enenevi ekincilikde qarsiliqli yardima dair Azerbaycan arxeologiyasi ve etnoqorafiyasi jurnali II buraxilis Baki 2003 Azerbaycan etnoqrafiyasi Uc cildde III cild Baki 2007 Q C Cavadov Azerbaycanda el komeyi adetleri Baki 1993 M M Efendiev Povinnosti i pravovoe polozhenie vladelcheskih rajyatov v Azerbajdzhane v pervoj polovine XIX veka Azerbaycan Tarix Muzeyinin eserleri II s Baki 1957 K T Karakashly O perezhitkah drevnego instituga vzaimopomoshi v Azerbajdzhane Azerbaycan EA Xeberleri Ictimai elmler seriyasi 1958 2 Azerbaycan tarixi 7 cildde III c Baki Elm 1999 M Dadaszade Azerbaycan xalqinin orta esr menevi medeniyyeti Baki Elm 1985 Menbe https az wikipedia org w index php title Evrez amp oldid 7816727