Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; rus. Мамедов Алекпер Амирович; 9 may 1930, Bakı – 28 iyul 2014, Bakı) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, və laureatı.
Ələkbər Məmmədov | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Ələkbər Əmir oğlu Məmmədov | ||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Alik | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 9 may 1930 | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 28 iyul 2014(84 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri | |||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 172 sm | ||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 69 kq | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.
Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.
Ələkbər Məmmədov "На трех континентах" (azərb. Üç qitədə) (1963), "Тайны футбольной профессии" (azərb. Futbol peşəsinin sirləri) (1991) və "Что наша жизнь? Игра!. Воспоминания и размышления" (azərb. Bizim həyatımız nədir? Oyun!. Xatirələr və düşüncələr) (2010) adlı üç kitabın müəllifidir.
Erkən illəri
Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakıda qalayçı Əmir Məmmədov və əslən Belarusiyadan olan Nastya xanımın ailəsində anadan olub. Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğundan o, uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib.
Dövrünün əksər uşaqları kimi, o da futbolun sirlərini ""nda öyrənib. Əsasən "Soldat bazarı" və "Salyan kazarması" meydanlarında top qovmaqla məşğul olan Məmmədovu tezliklə "Spartak" cəmiyyətinin gənclər komandasına dəvət edirlər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, "Spartak" mərkəzi şürasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məşhur futbolçuları olmuş xoş sözlər eşitmişdi.
Klub karyerası
Neftyanik: 1948–1953
Artıq istedadı ilə seçilən Ələkbəri 1947-ci ildə "Neftyanik"ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə "Neftyanik" güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsev və İsay Abramaşvili ilə birgə bütün oyunlarda meydana çıxır.
Ələkbər növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, "Neftyanik" güclülər dəstəsində yerini qoruyub saxlaya bilmədi. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına baxmayaraq o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlana bilirdilər.
1951-ci ildə Məmmədov komandasının əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapısından 21 top keçirir. Vurulan qollara görə o, komandasının bombardiri olaraq, öz zonasında ("") sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olub. 1951-ci il sentyabrın 16-da İosif Stalin adına Respublika stadionunun (indiki Tofiq Bəhramov adına Respublika Stadionu) rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur. Lakin "Neftyanik" həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Ələkbər Məmmədov komandada qalır, "Neftyanik" demək olar ki, yenidən formalaşır. O vaxt cəmi 22 yaşı olan Ələkbər Məmmədovu komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məmmədov öz xatirələrində bu haqda belə yazır: "Neftyanik"in bütün hazırlıq mərhələsini mən evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilati işlərin görülməsi idi. Mənim Səməd Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim "Neftyanik"in bir növ ştabına çevrilmişdi".
Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, yenidən komandaya Şirəli Şirəliyevi baş məşqçi təyin edir. Birinci liqada oynamasına baxmayaraq, Ələkbər Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. 1948-ci ildən 1953-cü ilə qədər "ağ-qaralar"ın heyətində çıxış edən Məmmədov bu müddət ərzində 132 oyunda meydana çıxıb və həmin oyunlarda 41 dəfə fərqlənməklə "Neftyanik"in qələbələrində böyük pay sahibinə çevrilib.
Dinamo Moskva: 1953–1959
O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə Məmmədov Moskvaya yollanır. Futbolçunun Bakını Moskvaya dəyişməsinin əsas səbəblərindən biri də "Neftyanik"in güclülər dəstəsində davam gətirə bilməməsi, uzun müddət birinci liqa iştirakçıları sırasında qalması olub.
Ələkbəri ilk olaraq "Spartak" öz heyətinə cəlb edir. Lakin bir qədər sonra "Dinamo" rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər. Məmmədov "Dinamo"nun heyətində ilk görüşünü 26 oktyabr 1953-cü ildə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Macarıstanın "" komandasına qarşı keçirir. 1:1 hesabı ilə bitən görüşdə start heyətində meydana çıxan Məmmədovu 78-ci dəqiqədə əvəzləyib. Məmmədovun komandanın heyətində rəsmi görüşdə debütü isə 13 aprel 1954-cü ildə çempionat çərçivəsində "" komandasına qarşı keçirilmiş görüşdə baş tutub. Bu görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "" qəzetinin müxbiri L. Ordin bu oyun haqqında yazdığı məqalədə Məmmədovu "hücumlara rəhbərlik etmək iqtidarında ola bilən futbolçu" kimi dəyərləndirib. Məmmədov "Dinamo"nun heyətində ilk qolunu 7 may 1954-cü ildə "Krılya Sovetov"un qapısından keçirib. Ələkbər Məmmədov "Dinamo"nun heyətində 1954-cü il mövsümündə 15 oyunda 5 qol vuraraq komandasının çempion olmasında böyük pay sahibi olub. İlk mövsümündə o, həmçinin 8 beynəlxalq yoldaşlıq görüşündə iştirak edib və 4 qol vurub.
Növbəti mövsümdə Məmmədov "Dinamo"nun heyətində ikinci dəfə ölkə çempionu olub. Bu mövsümdə o, ölkə kuboku və beynəlxalq yoldaşlıq görüşləri də daxil olmaqla, ümumilikdə 18 oyun keçirib və 12 qol vurub. Məmmədovun futbolçu karyerasında ən yadda qalan hadisələrdən biri məhz 1955-ci ildə baş verib. Belə ki, o, 4 sentyabr 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb. "Dinamo" həmin vaxt İtaliyaya səfərə gələn ilk sovet komandası idi. 100 min azarkeşin tribunadan canlı izlədiyi oyuna böyük maraq yaranmışdı. İtaliya futbolu həmin vaxt dünyanın ən güclülərindən sayılırdı. İkiqat dünya çempionlarının ən güclü komandalarından birini doğma meydanda 4:1 hesabı ilə məğlub etməklə "Dinamo" hər kəsi təəccübləndirmişdi. Oyundan sonra italyan futbol mütəxəssisləri Məmmədovu "nəinki Rusiyanın, həm də Avropanın birinci dərəcəli futbolçusu" adlandırılmışdılar. Uzun illər sonra həmin tarixi oyunu xatırlayan Lev Yaşin belə deyəcəkdi: "Ələkbər inanılmaz texnikaya malik idi. Onda hücumçu üçün vacib olan bütün keyfiyyətlər cəmlənmişdi. Meydanı əla görür, sürətli keçidlərlə rəqibini çaşbaş salırdı. Özünəməxsus ötürmələri isə komanda yoldaşları üçün göydəndüşmə qol fürsəti idi". Məmmədovun əldə etdiyi bu rekord, 2014-cü ilin yanvarına qədər toxunulmaz qaldı. Həmin vaxt "Sassuolo"nun hücumçusu milanlıları 4 dəfə məyus etməklə Məmmədovun rekorduna şərik oldu.
Sonrakı illərdə Məmmədov "Dinamo"nun heyətində daha iki dəfə (1957, 1959) ölkə çempionatının qalibi olub. O, həmçinin komandanın heyətində iki dəfə (1956, 1958) ölkə çempionatının, bir dəfə isə (1955) ölkə kubokunun gümüş mükafatçısı olub. Məmmədov 1956 və 1957-ci illərdə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında üçüncü yerdə qərarlaşıb.
Neftyanik: 1960–1961
"Neftyanik"in yüksək liqaya qayıtmasından sonra Ələkbər Məmmədov yenidən doğma komandasına dönür. İki mövsüm doğma "Neftyanik"in şərəfini qoruyur və meydana çıxdığı 25 oyunda rəqib qapıçıları 4 dəfə məyus etməyi bacarır. Məmmədovu əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xorası xəstəliyi imkan vermirdi. Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk "Şaxtyor"u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir.
Klub statistikası
Mənbə:
Klub | Çempionat | Mövsüm | Liqa | Kubok | BYG | Cəmi | ||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Neftyanik | Yüksək liqa | 1949 | 34 | 3 | 2 | 2 | — | 36 | 5 | |
1950 | 34 | 6 | 2 | 1 | — | 36 | 7 | |||
1951 | 34 | 21 | 1 | 0 | — | 35 | 21 | |||
1952 | 20 | 8 | 4 | 3 | — | 24 | 11 | |||
1953 | 10 | 3 | 0 | 0 | — | 10 | 3 | |||
Cəmi | 132 | 41 | 9 | 6 | — | 141 | 47 | |||
Dinamo | Yüksək liqa | 1953 | 0 | 0 | 0 | 0 | 3 | 0 | 3 | 0 |
1954 | 15 | 5 | 0 | 0 | 8 | 4 | 23 | 9 | ||
1955 | 14 | 8 | 1 | 0 | 3 | 4 | 18 | 12 | ||
1956 | 16 | 12 | 0 | 0 | 4 | 1 | 20 | 13 | ||
1957 | 17 | 6 | 2 | 2 | 4 | 2 | 23 | 10 | ||
1958 | 19 | 9 | 3 | 0 | 3 | 0 | 25 | 9 | ||
1959 | 11 | 3 | 1 | 0 | 0 | 0 | 12 | 3 | ||
Cəmi | 92 | 43 | 7 | 2 | 25 | 11 | 124 | 56 | ||
Neftyanik | Yüksək liqa | 1960 | 11 | 2 | 0 | 0 | — | 11 | 2 | |
1961 | 14 | 2 | 0 | 0 | — | 14 | 2 | |||
Cəmi | 25 | 4 | 0 | 0 | — | 25 | 4 | |||
Karyera cəmi | 249 | 88 | 16 | 8 | 25 | 11 | 290 | 107 |
Milli komanda karyerası
İkinci milli komanda
Ələkbər Məmmədov 1954-1957-ci illər aralığında heyətində səkkiz oyun keçirib və iki qol vurub.
Əsas milli komanda
Ələkbər Məmmədov 30 avqust 1958-ci ildə Çexoslovakiya milli komandasına qarşı keçirilən yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. O, SSRİ yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmış bu görüşün ikinci hissənin əvvəlində əvəzinə meydançaya daxil olub. Yığmanın heyətində ikinci görüşünü 28 sentyabr 1958-ci ildə 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunu çərçivəsində Macarıstan milli komandasına qarşı, üçüncü görüşünü isə 22 oktyabr 1958-ci ildə Uembli stadionunda yoldaşlıq oyunu çərçivəsində İngiltərə milli komandasına qarşı keçirib. Məmmədov yığmanın heyətində son oyununa 3 oktyabr 1959-cu ildə yoldaşlıq oyunu çərçivəsində qarşı keçirilmiş oyunda çıxıb.
Əsas milli komanda statistikası
# | Tarix | Yer | Rəqib | Nəticə | Qeyd | Yarış |
---|---|---|---|---|---|---|
1. | 30 avqust 1958 | , Praqa, Çexoslovakiya | Çexoslovakiya | 2:1 | 46' | Yoldaşlıq oyunu |
2. | 28 sentybr 1958 | Lujniki stadionu, Moskva, SSRİ | Macarıstan | 3:1 | — | UEFA Avropa Kuboku 1960 (seçmə mərhələ) |
3. | 22 oktyabr 1958 | Uembli stadionu, London, İngiltərə | İngiltərə | 0:5 | — | Yoldaşlıq oyunu |
4. | 3 oktyabr 1959 | , Pekin, Çin | 1:0 | 46' | Yoldaşlıq oyunu |
Oyun üslubu
Ələkbər Məmmədov SSRİ-nin 1950-ci illərdəki ən yaxşı hücumçularından biri hesab olunur. Məmmədov sürətli, çevik, cəld, əla texniki hazırlıqlı, meydanı gözəl görən və kombinasiyalı oyunda özünü inamlı hiss edən futbolçu kimi xarakterizə olunur. O, rəqib qapısı yaxınlığında vaxtında və dəqiq ötürmələrin mahir ustası idi. Məmmədov çox vaxt orijinal və müxtəlif aldadıcı hərəkətlər hesabına rəqibin cərimə meydançasında bir neçə müdafiəçini aldadırdı.
Məşqçilik karyerası
Qısa müəllimlik fəaliyyətindən sonra, 1963-cü ildə Məmmədov doğma klubu "Neftyanik"ə baş məşqçi kimi qayıdır. O, ilk ilindəcə "Neftyanik"i güclülər dəstəsində səkkizinci yerə çıxara bilir. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşməyə başlayır.
1965-ci ilin əvvəlində artıq onu komandadan xaric etmək istəyirlər. Lakin oyunçuların işə qarışması və qiyam qaldırmaları bunun qarşısını alır. Amma mövsümün ortalarında rəhbərlik öz istəyinə çatır. Komanda avqustun 19-da Moskva "Spartak"ı ilə oynamaq üçün səfərə hazırlaşanda Məmmədovdan bəzi təşkilatı işləri görmək üçün Bakıda qalmağını xahiş edirlər. Moskvaya çatan komandaya baş məşqçi kimi təqdim edirlər. Bakıda isə Məmmədovu işdən xaric edirlər.
Ələkbər Məmmədovun "Neftyanik"dəki birinci baş məşqçilik dönəmində Vladimir Bruxti və Anatoli Banişevski kimi klubun öz yetirmələri "Neftyanik"in əsas heyətində debüt etmək şansı qazanıblar.
Məmmədovun baş məşqçi kimi "Neftçi"yə ikinci gəlişi 1971-ci ilə təsadüf edir. Artıq get-gedə "Neftçi" şöhrətini itirməyə, komanda daxili intizam pisləşməyə doğru gedirdi. Buna baxmayaraq, baş məşqçi komandanı toparlayıb mövsümü doqquzuncu yerdə bitirə bilir. Növbəti mövsümün çətinliklərinə baxmayaraq, Məmmədov komandanı böyük səylə hazırlaşdırırdı. Komandanın isə əsas aparıcı oyunçularının yaşı kritik həddə çatmışdı. Onların bir çoxu artıq futbolla vidalaşmağa hazırlaşırdı. Onları əvəz edə biləcək gənc nəsil isə demək olar ki, yox dərəcəsində idi. Bütün bunları görən məşqçinin tənqidlərini isə rəhbərlik qəbul etmək istəmirdi. Buna görə də Ələkbər Məmmədov 1972-ci ilin may ayında istefa verir.
1993-cü ildə Ələkbər Məmmədov Azərbaycan yığma komandasının baş məşqçisi təyin olunub. Yığma komanda Məmmədovun baş məşqçiliyi altında dörd oyun keçirib, üç oyunda qalib gəlib, bir görüşü heç-heçə başa vurub.
Təhsili və şəxsi həyatı
Ələkbər Məmmədov orta təhsilini Bakının öz idman nailiyyətləri ilə tanınan 6 saylı məktəbində alıb. O, 1953-cü ildə Azərbaycan Neft və Kimya İnstitutununu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), 1959-cu ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası), 1965-ci ildə isə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib.
1962-ci ilin avqustundan Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda futbol kafedrasının müəllimi işləyib. 1966-1970-ci illərdə o, həm Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) kafedra müdiri, həm də Azərbaycan SSR Maarif Nazirliyinin Bakı futbol məktəbinin direktoru olub. 1972-ci ilin iyulundan ömrünün sonunadəkAzərbaycan Dövlət Neft və Sənaye Universitetinın bədən tərbiyəsi kafedrasının müdiri olub. 1993-cü ildə professor elmi adına layiq görülmüşdür.
Ələkbər Məmmədov həyat yoldaşı ilə cavan yaşlarında ayrılıb. Bu evlilikdən onun bir qızı olub. Qızı uşaq yaşlarından Almaniyada yaşayır.
Vəfatı və xatirəsi
Ələkbər Məmmədov həyat yoldaşından ayrıldığından, qızının isə Azərbaycandan uzaqda yaşaması səbəbindən təkbaşına ömür sürməyə məcbur olub. Məmmədovun ölümündən üç gün heç kim xəbər tutmayıb. 2014-cü ilin iyul ayının sonlarında dostları ondan uzun müddət xəbər çıxmadığını görüncə polisə məlumat veriblər. 28 iyul tarixində Məmmədovun mənzilinə daxil olan xilasedicilər orada onun cansız bədəni ilə qarşılaşıblar.
Mərhumla vida mərasimi avqustun 4-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilib. Mərasimdə mərhumun ailə üzvləri, hökumət təmsilçiləri, AFFA rəsmiləri, futbol veteranları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Ələkbər Məmmədovun Azərbaycan idmanının inkişafındakı müstəsna xidmətlərindən danışıb, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını bildirib. Mərasim başa çatdıqdan sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunub.
6 avqust 2014-cü ildə (UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi) çərçivəsində baş turmuş "Red Bull Zalsburq"-"Qarabağ" görüşü zamanı, azərbaycanlı azarkeşlər, üzərində "Ələkbər Məmmədovun əziz xatirəsinə!!!" yazılmış pankart açıblar.
10 avqust 2014-cü ildə Rusiya Premyer Liqasının ikinci turu çərçivəsində Moskvanın "Dinamo" və "Spartak" komandaları arasındakı keçirilmiş oyun Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükutla başlayıb.
Müxtəlif illərdə Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirləri və yoldaşlıq görüşləri keçirilib.
Nailiyyətləri
Komanda
Dinamo Moskva
- SSRİ çempionu: 1954, 1955, 1957, 1959
- SSRİ çempionatının gümüş mükafatçısı: 1956, 1958
- SSRİ Kuboku finalçısı: 1955
Şəxsi
- SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında № 3: 1956, 1957
Dövlət mükafatları
- SSRİ idman ustası: 1955
- SSRİ əməkdar idman ustası: 1960
- SSRİ əməkdar məşqçisi: 1990
- : 1968
- : 25 may 1995
- : 2007
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu: 5 noyabr 2012
Biblioqrafiya
- "На трех континентах". — Azərbaycan Dövlət Nəşriyyatı. — Bakı, 1963. — Səhifələrin sayı: 148. — Formatı: А5. — 50.000 nüsx.
- "Тайны футбольной профессии". — . — Bakı, 1991. — Səhifələrin sayı: 148. — Formatı: А5. — 80.000 nüsx.
- "Что наша жизь? Игра!". Воспоминания и размышления". — Yeni texnologiyalar. — Moskva, 2010. — Səhifələrin sayı: 384. — Formatı: А5+. — 500 nüsx.
İstinadlar
- "THE ICONIC BLACK AND WHITES CELEBRATE 80 YEARS". Visions.az. 12 fevral 2018 tarixində .
- ""Bürünc" ilinin qızıl oğlanları: San-Siro onu ayaq üstdə alqışlayırdı". Sputnik.az. 7 iyun 2016 tarixində .
- Alakbar Mammadov † // Transfermarkt (çd.). 2000.
- Заслуженный тренер СССР Алекпер Мамедов скончался на 85-м году жизни (rus.).
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 07.09.2022 tarixində . İstifadə tarixi: 05.10.2023.
- "Azərbaycanın dövlət rəsmiləri Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar başsağlığı veriblər". Milli.az. 16 mart 2019 tarixində .
- "Ə. Ə. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". E-qanun.az. 6 iyul 2018 tarixində .
- "Ветераны не имеют слова, и мы не участвуем в жизни футбола - легенда азербайджанского футбола Алекпер Мамедов". Trend.az. 12 noyabr 2022 tarixində .
- "Əfsanəvi Ələkbər Məmmədov öldü". 525-ci qəzet. 16 mart 2019 tarixində .
- ""Девятка" из восьмого номера". . 16 mart 2019 tarixində .
- "Ələkbər Məmmədov". Neftchipfk.com. 17 mart 2019 tarixində .
- ""San Siro"nun unutmadığı azərbaycanlı". Sportline.az. 17 iyun 2017 tarixində .
- "1953 тов. межд. 26 октября 1953 (понедельник) Динамо (Москва) - Дожа (Будапешт, Венгрия) 1:1 дома". Fc-dynamo.ru. 21 iyun 2016 tarixində .
- "Мамедов Алекпер Амирович". Fc-dynamo.ru. 8 iyul 2017 tarixində .
- "1954 год. 13 апреля (вторник) Динамо (Москва) - Трудовые резервы (Ленинград) 1:0 Харьков чемпионат, дома дома". Fc-dynamo.ru. 18 avqust 2014 tarixində .
- . Fc-dynamo.ru. 2019-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Мамедов А.А." Fc-dynamo.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Мамедов А.А." Fc-dynamo.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ""San-Siro" fatehi – Gənclərə örnək". Kaspi.az. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "1955 тов. межд. 4 сентября 1955 (воскресенье) Динамо (Москва) - Милан (Милан, Италия) 4:1 в гостях". Kaspi.az. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Məşhur futbol ulduzu Ələkbər Məmmədovun doğum günüdür". Salamnews.org. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Мамедов Алекпер Амирович". Footballfacts.ru. 2019-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Чехословакия 1:2 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "СССР 3:1 Венгрия". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Англия 5:0 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Китай 0:1 СССР". Footballfacts.ru. 2019-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Брухтий Владимир Петрович". Footballfacts.ru. 4 avqust 2018 tarixində .
- "Банишевский Анатолий Андреевич". Footballfacts.ru. 4 avqust 2018 tarixində .
- "NATIONAL TEAMS → managed by Ələkbər Məmmədov". Eu-football.info. 21 dekabr 2014 tarixində .
- "Мамедов Алекпер Амирович - футболист, тренер, педагог". Baku.ru. 4 mart 2016 tarixində .
- ""Ələkbərin medalları, kubokları itib-batdı" – əfsanənin son günləri". Qol.az. 13 iyun 2017 tarixində .
- "В Москве вышла книга азербайджанского футболиста". . 18 iyul 2010 tarixində .
- "Ələkbər Məmmədov son mənzilə yola salınıb (fotolar)". AFFA. 24 mart 2019 tarixində .
- "FC Salzburg gegen FK Quarabag Agdam 05". Werner100359. 2019-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-25.
- "Матч "Динамо" - "Спартак" начался с минуты молчания в память Мамедова". RİA Novosti. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ""Dinamo" – "Spartak" futbol oyununda Ələkbər Məmmədovun xatirəsi anılıb". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur". Azpress.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Əfsanəvi futbolçu Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu keçirilib". Azertag.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- "Ələkbər Məmmədovun xatirəsinə tədbir keçiriləcək". Sportpress.az. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ""На трех континентах"". Footballfacts.ru. 2 avqust 2018 tarixində .
- ""Тайны футбольной профессии"". Footballfacts.ru. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
- ""Что наша жизь? Игра!". Воспоминания и размышления"". Footballfacts.ru. 2019-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-25.
Xarici keçidlər
- Rusteam.permian.ru saytında profili (rus.)
- Transfermarkt.com saytında profili (ing.)
- National-football-teams.com saytında profili (ing.)
portalı portalı portalı |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elekber Memmedov tam adi Elekber Emir oglu Memmedov rus Mamedov Alekper Amirovich 9 may 1930 Baki 28 iyul 2014 Baki sovet ve Azerbaycan futbolcusu ve mesqcisi SSRI emekdar idman ustasi SSRI nin emekdar mesqcisi Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudcusu Azerbaycan Dovlet Neft ve Senaye Universitetinin kafedra mudiri professor Sohret ve Aleksandr Nevski ordeni laureati Elekber MemmedovElekber Memmedov 1950 ci ilde Umumi melumatlarTam adi Elekber Emir oglu MemmedovLeqebi AlikDogum tarixi 9 may 1930 1930 05 09 Dogum yeri Baki Baki dairesi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 28 iyul 2014 2014 07 28 84 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri BakiVetendasligi SSRI AzerbaycanBoyu 172 smCekisi 69 kqMovqeyi hucumcuKaryerasiGenclik karyerasi1945 1947 SpartakKlub karyerasi1948 1953 Neftyanik 132 41 1953 1959 Dinamo Moskva 92 43 1960 1961 Neftyanik 25 4 Milli yigma1954 1957 8 2 1958 1959 SSRI 4 0 Mesqcisi oldugu klublar1963 1965 Neftyanik1971 1972 Neftci1993 AzerbaycanTeltif ve medallari1995 1968 2012ImzasiMilli cempionatlarin muxtelif liqalarinda pesekar klublarin heyetinde kecirdiyi oyunlarin ve vurdugu qollarin sayi Resmi oyunlarda milli yigmanin heyetinde kecirdiyi oyunlarin ve vurdugu qollarin sayi Vikianbarda elaqeli mediafayllar Memmedov Bakinin Neftyanik 1948 1953 1960 1961 ve Moskvanin Dinamo 1953 1959 komandalarinda hucumcu movqeyinde cixis edib O SSRI yuksek liqasinda 185 oyun kecirib 56 qol vurub Dinamo nun heyetinde dord defe 1954 1955 1957 1959 cu illerde SSRI cempionu olub Iki defe SSRI de movsumun en yaxsi 33 oyuncusu siyahisinda qerarlasib 1956 1957 SSRI yigma komandasinin terkibinde 1958 1959 cu illerde 4 oyun kecirib 1960 ci il futbol uzre Avropa cempionatinin secme oyunlarinin istirakcisidir Memmedov 1963 1965 ve 1971 1972 ci illerde Neftci komandasinin 1993 cu ilde ise Azerbaycan yigma komandasinin bas mesqcisi olaraq fealiyyet gostermis Azerbaycanda genc idmancilarin hazirlanmasi ve yuksek seviyyeli futbolcularin yetisdirilmesinde mustesna rol oynamisdir O Azerbaycan Futbol Federasiyalari Assosiasiyasinin ve Milli Olimpiya Komitesinin icraiyye komitelerinin uzvu idi Elekber Memmedov Na treh kontinentah azerb Uc qitede 1963 Tajny futbolnoj professii azerb Futbol pesesinin sirleri 1991 ve Chto nasha zhizn Igra Vospominaniya i razmyshleniya azerb Bizim heyatimiz nedir Oyun Xatireler ve dusunceler 2010 adli uc kitabin muellifidir Erken illeriElekber Memmedov 9 may 1930 cu ilde Bakida qalayci Emir Memmedov ve eslen Belarusiyadan olan Nastya xanimin ailesinde anadan olub Erken yasindan atasini daha sonra baci ve qardasini itiren Memmedov anasinin himayesi altinda qalib Yasayis seviyyesi agir oldugundan o usaq yaslarindan emekle mesgul olaraq anasina komek edib Dovrunun ekser usaqlari kimi o da futbolun sirlerini nda oyrenib Esasen Soldat bazari ve Salyan kazarmasi meydanlarinda top qovmaqla mesgul olan Memmedovu tezlikle Spartak cemiyyetinin gencler komandasina devet edirler 1945 ci ilde bu cemiyyetin komandasini Moskvaya Spartak merkezi surasinin cempionatina gonderende Elekber de onlarin arasinda idi Moskvadaki oyunlarda da ferqlenen Memmedov o dovrun meshur futbolculari olmus xos sozler esitmisdi Klub karyerasiNeftyanik 1948 1953 Elekber Memmedov Tofiq Behramov adina Respublika Stadionunda vurulmus ilk qolun muellifidir Artiq istedadi ile secilen Elekberi 1947 ci ilde Neftyanik e devet edirler Hemin vaxt onun cemi 17 yasi var idi Cox genc olmasina baxmayaraq ele ilk gunlerden komandanin heyetinde mohkemlene bilir ve uzun muddet onun esas simalarindan birine cevrilir 1949 cu ilde Neftyanik gucluler destesine buraxilanda da Elekber komandada idi Heyetdeki deyisikliklere baxmayaraq o komandanin esas fiqurlarindan biri idi Elekber hemin movsum komandanin kapitani Naum Naumtsev ve Isay Abramasvili ile birge butun oyunlarda meydana cixir Elekber novbeti futbol movsumunu de ela kecirmesine baxmayaraq Neftyanik gucluler destesinde yerini qoruyub saxlaya bilmedi Iki movsumde gucluler destesinde cemi 9 top vurmasina baxmayaraq o komandasina xeyli fayda vere bilirdi Reqib cebhede casqinliq yarada bildiyinden onu saxlamaq ucun bir mudafieci kifayet etmir Elekberin komanda yoldaslari ise bundan yararlana bilirdiler 1951 ci ilde Memmedov komandasinin esas zerbe quvvesi olur O movsum erzinde kecirilen 34 gorusun hamisinda meydana cixaraq reqib qapisindan 21 top kecirir Vurulan qollara gore o komandasinin bombardiri olaraq oz zonasinda sonra ikinci netice gosterir Vurulan 21 topdan biri ise daha elametdar olub 1951 ci il sentyabrin 16 da Iosif Stalin adina Respublika stadionunun indiki Tofiq Behramov adina Respublika Stadionu resmi acilis gununde ilk topu mehz Elekber vurur Lakin Neftyanik hemin il gucluler destesine kece bilmediyinden rehberliyin qezebine tus gelir ve komanda demek olar ki buraxilir Heyetin bes oyuncusu o cumleden Elekber Memmedov komandada qalir Neftyanik demek olar ki yeniden formalasir O vaxt cemi 22 yasi olan Elekber Memmedovu komandaya oynayan bas mesqci teyin etmek isteyirdiler Memmedov oz xatirelerinde bu haqda bele yazir Neftyanik in butun hazirliq merhelesini men evde kecirdim Bunun esas sebebi ise coxlu sayda teskilati islerin gorulmesi idi Menim Semed Vurgun kucesindeki ev 8 de yerlesen menzilim Neftyanik in bir nov stabina cevrilmisdi Lakin rehberlik cox genc oyuncunun bele mesul ise teyinatinin duzgun olmadigini gec de olsa anlayib yeniden komandaya Sireli Sireliyevi bas mesqci teyin edir Birinci liqada oynamasina baxmayaraq Elekber Memmedovu bir cox guclu klublar oz heyetinde gormek isteyirdiler 1948 ci ilden 1953 cu ile qeder ag qaralar in heyetinde cixis eden Memmedov bu muddet erzinde 132 oyunda meydana cixib ve hemin oyunlarda 41 defe ferqlenmekle Neftyanik in qelebelerinde boyuk pay sahibine cevrilib Dinamo Moskva 1953 1959 Elekber Memmedov asagi sirada sagdan birinci 1957 ci ilde Dinamo nun heyetinde O vaxt futbolcunun bir klubdan digerine kecmesi hem cetin idi hem de bu ise yaxsi baxmirdilar Lakin 1953 cu ilde movsumun bitmemesine baxmayaraq rehberliyin raziligi ile Memmedov Moskvaya yollanir Futbolcunun Bakini Moskvaya deyismesinin esas sebeblerinden biri de Neftyanik in gucluler destesinde davam getire bilmemesi uzun muddet birinci liqa istirakcilari sirasinda qalmasi olub Elekberi ilk olaraq Spartak oz heyetine celb edir Lakin bir qeder sonra Dinamo rehberliyi celd ve hiyleger terpenerek onu komandaya gotururler Memmedov Dinamo nun heyetinde ilk gorusunu 26 oktyabr 1953 cu ilde beynelxalq yoldasliq gorusu cercivesinde Macaristanin komandasina qarsi kecirir 1 1 hesabi ile biten gorusde start heyetinde meydana cixan Memmedovu 78 ci deqiqede evezleyib Memmedovun komandanin heyetinde resmi gorusde debutu ise 13 aprel 1954 cu ilde cempionat cercivesinde komandasina qarsi kecirilmis gorusde bas tutub Bu gorus Dinamo nun 1 0 hesabli qelebesi ile basa catib qezetinin muxbiri L Ordin bu oyun haqqinda yazdigi meqalede Memmedovu hucumlara rehberlik etmek iqtidarinda ola bilen futbolcu kimi deyerlendirib Memmedov Dinamo nun heyetinde ilk qolunu 7 may 1954 cu ilde Krilya Sovetov un qapisindan kecirib Elekber Memmedov Dinamo nun heyetinde 1954 cu il movsumunde 15 oyunda 5 qol vuraraq komandasinin cempion olmasinda boyuk pay sahibi olub Ilk movsumunde o hemcinin 8 beynelxalq yoldasliq gorusunde istirak edib ve 4 qol vurub Novbeti movsumde Memmedov Dinamo nun heyetinde ikinci defe olke cempionu olub Bu movsumde o olke kuboku ve beynelxalq yoldasliq gorusleri de daxil olmaqla umumilikde 18 oyun kecirib ve 12 qol vurub Memmedovun futbolcu karyerasinda en yadda qalan hadiselerden biri mehz 1955 ci ilde bas verib Bele ki o 4 sentyabr 1955 ci ilde San Siro stadionunda Italiyanin Milan komandasinin qapisina bir oyunda 4 qol vuraraq rekorda imza atib Dinamo hemin vaxt Italiyaya sefere gelen ilk sovet komandasi idi 100 min azarkesin tribunadan canli izlediyi oyuna boyuk maraq yaranmisdi Italiya futbolu hemin vaxt dunyanin en guclulerinden sayilirdi Ikiqat dunya cempionlarinin en guclu komandalarindan birini dogma meydanda 4 1 hesabi ile meglub etmekle Dinamo her kesi teeccublendirmisdi Oyundan sonra italyan futbol mutexessisleri Memmedovu neinki Rusiyanin hem de Avropanin birinci dereceli futbolcusu adlandirilmisdilar Uzun iller sonra hemin tarixi oyunu xatirlayan Lev Yasin bele deyecekdi Elekber inanilmaz texnikaya malik idi Onda hucumcu ucun vacib olan butun keyfiyyetler cemlenmisdi Meydani ela gorur suretli kecidlerle reqibini casbas salirdi Ozunemexsus oturmeleri ise komanda yoldaslari ucun goydendusme qol furseti idi Memmedovun elde etdiyi bu rekord 2014 cu ilin yanvarina qeder toxunulmaz qaldi Hemin vaxt Sassuolo nun hucumcusu milanlilari 4 defe meyus etmekle Memmedovun rekorduna serik oldu Sonraki illerde Memmedov Dinamo nun heyetinde daha iki defe 1957 1959 olke cempionatinin qalibi olub O hemcinin komandanin heyetinde iki defe 1956 1958 olke cempionatinin bir defe ise 1955 olke kubokunun gumus mukafatcisi olub Memmedov 1956 ve 1957 ci illerde SSRI de movsumun en yaxsi 33 oyuncusu siyahisinda ucuncu yerde qerarlasib Neftyanik 1960 1961 Neftyanik in yuksek liqaya qayitmasindan sonra Elekber Memmedov yeniden dogma komandasina donur Iki movsum dogma Neftyanik in serefini qoruyur ve meydana cixdigi 25 oyunda reqib qapicilari 4 defe meyus etmeyi bacarir Memmedovu evvelki formasini berpa etmesine coxsayli zedeler ve mede xorasi xesteliyi imkan vermirdi Butun bu hallari nezere alan hucumcu 1961 ci ilde futbolcu karyerasina son qoymaq qerarina gelir Hemin il iyulun 25 de Bakida Donetsk Saxtyor u ile gorusun ikinci hissesinde meydana cixaraq sonuncu oyununu kecirir Klub statistikasi Menbe Klub Cempionat Movsum Liqa Kubok BYG CemiOyun Qol Oyun Qol Oyun Qol Oyun QolNeftyanik Yuksek liqa 1949 34 3 2 2 36 51950 34 6 2 1 36 71951 34 21 1 0 35 211952 20 8 4 3 24 111953 10 3 0 0 10 3Cemi 132 41 9 6 141 47Dinamo Yuksek liqa 1953 0 0 0 0 3 0 3 01954 15 5 0 0 8 4 23 91955 14 8 1 0 3 4 18 121956 16 12 0 0 4 1 20 131957 17 6 2 2 4 2 23 101958 19 9 3 0 3 0 25 91959 11 3 1 0 0 0 12 3Cemi 92 43 7 2 25 11 124 56Neftyanik Yuksek liqa 1960 11 2 0 0 11 21961 14 2 0 0 14 2Cemi 25 4 0 0 25 4Karyera cemi 249 88 16 8 25 11 290 107Milli komanda karyerasiIkinci milli komanda Elekber Memmedov 1954 1957 ci iller araliginda heyetinde sekkiz oyun kecirib ve iki qol vurub Esas milli komanda Elekber Memmedov 30 avqust 1958 ci ilde Cexoslovakiya milli komandasina qarsi kecirilen yoldasliq oyununda SSRI milli komandasinin heyetinde debut edib O SSRI yigmasinin 2 1 hesabli qelebesi ile yekunlasmis bu gorusun ikinci hissenin evvelinde evezine meydancaya daxil olub Yigmanin heyetinde ikinci gorusunu 28 sentyabr 1958 ci ilde 1960 ci il futbol uzre Avropa cempionatinin secme oyunu cercivesinde Macaristan milli komandasina qarsi ucuncu gorusunu ise 22 oktyabr 1958 ci ilde Uembli stadionunda yoldasliq oyunu cercivesinde Ingiltere milli komandasina qarsi kecirib Memmedov yigmanin heyetinde son oyununa 3 oktyabr 1959 cu ilde yoldasliq oyunu cercivesinde qarsi kecirilmis oyunda cixib Esas milli komanda statistikasi Tarix Yer Reqib Netice Qeyd Yaris1 30 avqust 1958 Praqa Cexoslovakiya Cexoslovakiya 2 1 46 Yoldasliq oyunu2 28 sentybr 1958 Lujniki stadionu Moskva SSRI Macaristan 3 1 UEFA Avropa Kuboku 1960 secme merhele 3 22 oktyabr 1958 Uembli stadionu London Ingiltere Ingiltere 0 5 Yoldasliq oyunu4 3 oktyabr 1959 Pekin Cin 1 0 46 Yoldasliq oyunuOyun uslubuElekber Memmedov SSRI nin 1950 ci illerdeki en yaxsi hucumcularindan biri hesab olunur Memmedov suretli cevik celd ela texniki hazirliqli meydani gozel goren ve kombinasiyali oyunda ozunu inamli hiss eden futbolcu kimi xarakterize olunur O reqib qapisi yaxinliginda vaxtinda ve deqiq oturmelerin mahir ustasi idi Memmedov cox vaxt orijinal ve muxtelif aldadici hereketler hesabina reqibin cerime meydancasinda bir nece mudafiecini aldadirdi Mesqcilik karyerasiBanisevski Neftyanik in heyetinde mehz Memmedovun rehberliyi altinda debut edib Qisa muellimlik fealiyyetinden sonra 1963 cu ilde Memmedov dogma klubu Neftyanik e bas mesqci kimi qayidir O ilk ilindece Neftyanik i gucluler destesinde sekkizinci yere cixara bilir Bu gosterici Baki klubunun gucluler destesindeki en yaxsi neticesi idi Bundan sonra rehberlik ondan daha yaxsi neticeler teleb etmeye baslayir Buna gore de Memmedovla rehberlik arasinda munasibetler pislesmeye baslayir 1965 ci ilin evvelinde artiq onu komandadan xaric etmek isteyirler Lakin oyuncularin ise qarismasi ve qiyam qaldirmalari bunun qarsisini alir Amma movsumun ortalarinda rehberlik oz isteyine catir Komanda avqustun 19 da Moskva Spartak i ile oynamaq ucun sefere hazirlasanda Memmedovdan bezi teskilati isleri gormek ucun Bakida qalmagini xahis edirler Moskvaya catan komandaya bas mesqci kimi teqdim edirler Bakida ise Memmedovu isden xaric edirler Elekber Memmedovun Neftyanik deki birinci bas mesqcilik doneminde Vladimir Bruxti ve Anatoli Banisevski kimi klubun oz yetirmeleri Neftyanik in esas heyetinde debut etmek sansi qazaniblar Memmedovun bas mesqci kimi Neftci ye ikinci gelisi 1971 ci ile tesaduf edir Artiq get gede Neftci sohretini itirmeye komanda daxili intizam pislesmeye dogru gedirdi Buna baxmayaraq bas mesqci komandani toparlayib movsumu doqquzuncu yerde bitire bilir Novbeti movsumun cetinliklerine baxmayaraq Memmedov komandani boyuk seyle hazirlasdirirdi Komandanin ise esas aparici oyuncularinin yasi kritik hedde catmisdi Onlarin bir coxu artiq futbolla vidalasmaga hazirlasirdi Onlari evez ede bilecek genc nesil ise demek olar ki yox derecesinde idi Butun bunlari goren mesqcinin tenqidlerini ise rehberlik qebul etmek istemirdi Buna gore de Elekber Memmedov 1972 ci ilin may ayinda istefa verir 1993 cu ilde Elekber Memmedov Azerbaycan yigma komandasinin bas mesqcisi teyin olunub Yigma komanda Memmedovun bas mesqciliyi altinda dord oyun kecirib uc oyunda qalib gelib bir gorusu hec hece basa vurub Tehsili ve sexsi heyatiElekber Memmedov orta tehsilini Bakinin oz idman nailiyyetleri ile taninan 6 sayli mektebinde alib O 1953 cu ilde Azerbaycan Neft ve Kimya Institutununu indiki Azerbaycan Dovlet Neft ve Senaye Universiteti 1959 cu ilde Azerbaycan Beden Terbiyesi Institutunu indiki Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasi 1965 ci ilde ise Azerbaycan Dovlet Universitetini indiki Baki Dovlet Universiteti bitirib 1962 ci ilin avqustundan Azerbaycan Beden Terbiyesi Institutunda futbol kafedrasinin muellimi isleyib 1966 1970 ci illerde o hem Xalq Teserrufati Institutunda indiki Azerbaycan Dovlet Iqtisad Universiteti kafedra mudiri hem de Azerbaycan SSR Maarif Nazirliyinin Baki futbol mektebinin direktoru olub 1972 ci ilin iyulundan omrunun sonunadekAzerbaycan Dovlet Neft ve Senaye Universitetinin beden terbiyesi kafedrasinin mudiri olub 1993 cu ilde professor elmi adina layiq gorulmusdur Elekber Memmedov heyat yoldasi ile cavan yaslarinda ayrilib Bu evlilikden onun bir qizi olub Qizi usaq yaslarindan Almaniyada yasayir Vefati ve xatiresi Red Bull Zalsburq Qarabag gorusu zamani azerbaycanli azarkesler ve uzerinde Elekber Memmedovun eziz xatiresine yazilmis pankartElekber Memmedovun mezari Elekber Memmedov heyat yoldasindan ayrildigindan qizinin ise Azerbaycandan uzaqda yasamasi sebebinden tekbasina omur surmeye mecbur olub Memmedovun olumunden uc gun hec kim xeber tutmayib 2014 cu ilin iyul ayinin sonlarinda dostlari ondan uzun muddet xeber cixmadigini gorunce polise melumat veribler 28 iyul tarixinde Memmedovun menziline daxil olan xilasediciler orada onun cansiz bedeni ile qarsilasiblar Merhumla vida merasimi avqustun 4 de Azerbaycan Dovlet Beden Terbiyesi ve Idman Akademiyasinin akt zalinda kecirilib Merasimde merhumun aile uzvleri hokumet temsilcileri AFFA resmileri futbol veteranlari idman ictimaiyyetinin numayendeleri istirak edibler Azerbaycan Milli Olimpiya Komitesinin vitse prezidenti Cingiz Huseynzade cixis ederek Elekber Memmedovun Azerbaycan idmaninin inkisafindaki mustesna xidmetlerinden danisib onun parlaq xatiresinin futbolseverlerin qelbinde daim yasayacagini bildirib Merasim basa catdiqdan sonra merhum Ikinci Fexri Xiyabanda defn olunub 6 avqust 2014 cu ilde UEFA Cempionlar Liqasinin ucuncu tesnifat merhelesi cercivesinde bas turmus Red Bull Zalsburq Qarabag gorusu zamani azerbaycanli azarkesler uzerinde Elekber Memmedovun eziz xatiresine yazilmis pankart aciblar 10 avqust 2014 cu ilde Rusiya Premyer Liqasinin ikinci turu cercivesinde Moskvanin Dinamo ve Spartak komandalari arasindaki kecirilmis oyun Elekber Memmedovun vefati ile elaqedar bir deqiqelik sukutla baslayib Muxtelif illerde Elekber Memmedovun xatiresine hesr olunmus futbol turnirleri ve yoldasliq gorusleri kecirilib NailiyyetleriKomanda Dinamo Moskva SSRI cempionu 1954 1955 1957 1959 SSRI cempionatinin gumus mukafatcisi 1956 1958 SSRI Kuboku finalcisi 1955Sexsi SSRI de movsumun en yaxsi 33 oyuncusu siyahisinda 3 1956 1957Dovlet mukafatlari SSRI idman ustasi 1955 SSRI emekdar idman ustasi 1960 SSRI emekdar mesqcisi 1990 Seref nisani ordeni 1968 Sohret ordeni 25 may 1995 Aleksandr Nevski ordeni Rusiya 2007 Azerbaycan Respublikasi Prezidentinin fexri diplomu 5 noyabr 2012Biblioqrafiya Na treh kontinentah Azerbaycan Dovlet Nesriyyati Baki 1963 Sehifelerin sayi 148 Formati A5 50 000 nusx Tajny futbolnoj professii Baki 1991 Sehifelerin sayi 148 Formati A5 80 000 nusx Chto nasha zhiz Igra Vospominaniya i razmyshleniya Yeni texnologiyalar Moskva 2010 Sehifelerin sayi 384 Formati A5 500 nusx Istinadlar THE ICONIC BLACK AND WHITES CELEBRATE 80 YEARS Visions az 12 fevral 2018 tarixinde Burunc ilinin qizil oglanlari San Siro onu ayaq ustde alqislayirdi Sputnik az 7 iyun 2016 tarixinde Alakbar Mammadov Transfermarkt cd 2000 Zasluzhennyj trener SSSR Alekper Mamedov skonchalsya na 85 m godu zhizni rus Azerbaycan Respublikasi Prezidentinin ferdi teqaudlerinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Serencami az e qanun az 07 09 2022 tarixinde Istifade tarixi 05 10 2023 Azerbaycanin dovlet resmileri Elekber Memmedovun vefati ile elaqedar bassagligi veribler Milli az 16 mart 2019 tarixinde E E Memmedovun Sohret ordeni ile teltif edilmesi haqqinda E qanun az 6 iyul 2018 tarixinde Veterany ne imeyut slova i my ne uchastvuem v zhizni futbola legenda azerbajdzhanskogo futbola Alekper Mamedov Trend az 12 noyabr 2022 tarixinde Efsanevi Elekber Memmedov oldu 525 ci qezet 16 mart 2019 tarixinde Devyatka iz vosmogo nomera 16 mart 2019 tarixinde Elekber Memmedov Neftchipfk com 17 mart 2019 tarixinde San Siro nun unutmadigi azerbaycanli Sportline az 17 iyun 2017 tarixinde 1953 tov mezhd 26 oktyabrya 1953 ponedelnik Dinamo Moskva Dozha Budapesht Vengriya 1 1 doma Fc dynamo ru 21 iyun 2016 tarixinde Mamedov Alekper Amirovich Fc dynamo ru 8 iyul 2017 tarixinde 1954 god 13 aprelya vtornik Dinamo Moskva Trudovye rezervy Leningrad 1 0 Harkov chempionat doma doma Fc dynamo ru 18 avqust 2014 tarixinde Fc dynamo ru 2019 03 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2019 03 25 Mamedov A A Fc dynamo ru 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Mamedov A A Fc dynamo ru 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 San Siro fatehi Genclere ornek Kaspi az 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 1955 tov mezhd 4 sentyabrya 1955 voskresene Dinamo Moskva Milan Milan Italiya 4 1 v gostyah Kaspi az 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Meshur futbol ulduzu Elekber Memmedovun dogum gunudur Salamnews org 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Mamedov Alekper Amirovich Footballfacts ru 2019 03 19 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Chehoslovakiya 1 2 SSSR Footballfacts ru 2019 03 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 SSSR 3 1 Vengriya Footballfacts ru 2019 03 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Angliya 5 0 SSSR Footballfacts ru 2019 03 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Kitaj 0 1 SSSR Footballfacts ru 2019 03 20 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Bruhtij Vladimir Petrovich Footballfacts ru 4 avqust 2018 tarixinde Banishevskij Anatolij Andreevich Footballfacts ru 4 avqust 2018 tarixinde NATIONAL TEAMS managed by Elekber Memmedov Eu football info 21 dekabr 2014 tarixinde Mamedov Alekper Amirovich futbolist trener pedagog Baku ru 4 mart 2016 tarixinde Elekberin medallari kuboklari itib batdi efsanenin son gunleri Qol az 13 iyun 2017 tarixinde V Moskve vyshla kniga azerbajdzhanskogo futbolista 18 iyul 2010 tarixinde Elekber Memmedov son menzile yola salinib fotolar AFFA 24 mart 2019 tarixinde FC Salzburg gegen FK Quarabag Agdam 05 Werner100359 2019 08 28 tarixinde arxivlesdirilib Istifade tarixi 2021 05 25 Match Dinamo Spartak nachalsya s minuty molchaniya v pamyat Mamedova RIA Novosti 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Dinamo Spartak futbol oyununda Elekber Memmedovun xatiresi anilib Azertag az 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Elekber Memmedovun xatiresine hesr olunmus futbol turnirine yekun vurulub Azertag az 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Elekber Memmedovun xatiresine hesr olunmus futbol turnirine yekun vurulmusdur Azpress az 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Efsanevi futbolcu Elekber Memmedovun xatiresine yoldasliq oyunu kecirilib Azertag az 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Elekber Memmedovun xatiresine tedbir kecirilecek Sportpress az 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Na treh kontinentah Footballfacts ru 2 avqust 2018 tarixinde Tajny futbolnoj professii Footballfacts ru 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Chto nasha zhiz Igra Vospominaniya i razmyshleniya Footballfacts ru 2019 03 24 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 03 25 Xarici kecidlerVikianbarda elaqeli media fayllar Rusteam permian ru saytinda profili rus Transfermarkt com saytinda profili ing National football teams com saytinda profili ing portali Futbol portali Azerbaycan portali