Əhməd Rəcəbli (28 sentyabr 1898, İrəvan – 15 dekabr 1963, Moskva) — azərbaycanlı polimat, bioloq, seleksiyaçı alim, genetik, professor, aqronom, pedaqoq, cümhuriyyət tələbəsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (VASXNİL) akademiki.Stalin repressiyalarının qurbanlarından olan Əhməd Rəcəbli 100-dən çox elmi məqalənin və 24 monoqrafiyanın müəllifidir. O, Azərbaycanda ilk dəfə meyvə və dənli bitkilərin xalq seleksiyasının əvvəllər məlum olmayan nadir sortlarını qeydə alıb təsvir etmiş, onların istehsalata tətbiqini tövsiyə etmişdir. Əhməd Rəcəbliyə məxsus sənədlər hazırda Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə edilir.
Əhməd Rəcəbli | |
---|---|
Doğum tarixi | 28 sentyabr 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1963 (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Elm sahələri | biologiya, Seleksiya |
İş yeri | |
Təhsili |
|
Həyatı
Uşaqlıq illəri və təhsil həyatı: 1898–1923
Əhməd Rəcəbli 1898-ci il sentyabrın 28-də İrəvan şəhərində Məşədi Cabbar Məşədi Cəfər oğlunun və Kübra xanım Hacı Xəlil qızının ailəsində anadan olub. 1907-ci il sentyabrın 15-də İrəvan şəhərindəki İrəvan kişi gimnaziyasına daxil olub və 1916-ci il iyunun 1-də tam səkkizillik kursu bitirib. Hələ 1916-cı il yanvarın 1-də gimnaziyanın pedaqoji şurasının qərarı ilə nümunəvi davranışı və təhsildə qazandığı uğurları ilə əlaqədar Əhməd Məşədi Cabbar oğlu Rəcəbliyə gümüş medal verilib. O, elə həmin il Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. 1918-ci ildə "Azərbaycan füqərası" qəzetinin redaksiyasında korrektor işləyib. 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin edilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülməsinə dair qərarından sonraAzərbaycan Xalq Cümhuriyyətinin dəstəyi ilə təhsilini davam etdirmək üçün Avropaya göndərilib. Belə ki, rus, italyan, alman, ispan, yunan və fars dilini bilən Əhməd Rəcəbli İtaliyanın Peruca şəhərində yerləşən, 1896-cı ildə əsası qoyulmuş Ali Kral Eksperimental Aqrar İnstitutunun məzunudur. 1936-cı ildə həmin institutun əsasında Kənd Təsərrüfatı, Ərzaq və Ətraf Mühit Fakültəsi təşkil edilmişdir.
Zaqatala: 1924–1930
İtaliyada təhsilini başa vurduqdan sonra 1923-ci ildə Bakıya qayıdan Rəcəbli torpaq komissarlığından iş təklifi alır. Ancaq bioloq özünün xahişi ilə seleksiya fəaliyyəti üçün əlverişli şəraiti olan Zaqatalaya göndərilir və burada aqronom kimi işə başlayır. O, 1924-cü ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu təşkil edir və 1937-ci ilə qədər təhsil müəssisəsinə rəhbərlik edir, eyni zamanda Zaqatala fındıqtəmizləmə zavodunda məsləhətçi kimi işləyir. Onun təşəbbüsü və iştirakı ilə Zaqatala-Car tütünçüləri yoldaşlıq kooperativi yaradılır. Həmçinin, Rəcəblinin təşəbbüsü ilə 1926-cı ildə Zaqatalada təcrübə-sınaq stansiyası qurulur və 1937-ci ilin iyuluna kimi özü həmin stansiyaya rəhbərlik edir.
Zaqatalada olarkən Əhməd Rəcəbli maarifçi-pedaqoq Firidun bəy Köçərlinin həyat yoldaşı Badisəba xanımın vasitəçiliyi ilə ömür-gün yoldaşı Fəhimə xanım Mehdibəyova ilə tanış olub ailə həyatı qurur. Cütlüyün 1928-ci ildə Nigar, 1930-cu ildə isə Xalidə adlı qızları dünyaya gəlir. Əhməd Rəcəblinin bacısı isə cümhuriyyət tələbələrindən evlənir.
Repressiya illəri
1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent və kafedra müdiri, 1931-1934-cü illərdə isə həm də institutun cənub torpaqları üzrə bölməsinin rəhbəri kimi çalışan Əhməd Rəcəbli sonralar respublika torpaq komissarlığında dövlət müşaviri vəzifəsində fəaliyyətini davam etdirir. 1935-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı alan alim daha sonra Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasında akademik Nikolay Vavilovun rəhbərlik etdiyi subtropik bitkilər bölməsinin üzvü seçilir.
1937-ci ildə namizədlik dissertasiyasını müdafiə edən Əhməd Rəcəbli elə həmin ilin avqustunda xaricdə təhsil alması əsas gətirilərək əks-inqilabçı fəaliyyətdə ittiham edilir və QULAQ düşərgələrindən biri olan Maqadan şəhərinə 8 illik sürgünə göndərilir. Üç il , beş il Maqadanda SSRİ Xalq Daxili İşlər Komissarlığının yardımçı təsərrüfatında aqronom işləyən Rəcəbli sürgündə olarkən yeni pomidor sortları da yetişdirir. Maqadanda ikən həmçinin bədii yaradıcılıqla məşğul olan Əhməd Rəcəbli "Babək" tarixi romanını yazır və ayrı-ayrı kağızlarda qələmə aldığı əsərini azadlığa çıxan məhbuslarla birlikdə hissə-hissə evə göndərir. Bu roman Azərbaycan nəsr ədəbiyatı tarixində Babəkə həsr olunmuş ilk bədii əsər hesab olunur.
Rəcəblinin həbsindən sonra Bakıya gələn Fəhimə xanım bir müddət Azərbaycan Dövlət Universitetində fizika müəllimi işlədikdən sonra universitetdən xaric olunur. Hətta onun orta məktəbdə fəaliyyət göstərməsi də qadağan edilir, bununla belə, 1945-ci ildə Əhməd Rəcəblinin sürgündən qayıtması ilə vəziyyət dəyişir. Belə ki, Fəhimə xanım "Monokristallar və onların temperatur rejimindən asılılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycanda fizika sahəsində ilk elmlər namizədi olan qadın ünvanını qazanır. Eyni vaxtda Əhməd Rəcəbli də Azərbaycanda meyvəçiliyin inkişafı sahəsində aktual mövzular üzərində işləyir. Belə ki, Şirvan, Naxçıvan, Quba, Xaçmaz və Qarabağ bölgələrində yeni meyvə sortları tətbiq edən alim konserv sənayesi üçün meyvələr hazırlayır, həmçinin "Azərbaycanda meyvə bitkilərinin sortları" adlı monoqrafiyasını yazır və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə dərslik tərtib edir. Həmin monoqrafiya seleksiyaçı alimin yalnız vəfatından sonra — 1966-cı ildə çap olunur. Zəngin elmi fəaliyyətinə baxmayaraq, Əhməd Rəcəbli 1950-ci il martın 22-də yenidən həbs edilərəkQazaxıstanın Cambul vilayətinə göndərilir və dörd ildən sonra — Stalinin ölümünün ardınca bəraət alması nəticəsində Azərbaycana qayıdır.
Sürgündən sonrakı dövr
Qazaxıstandan sürgündən qayıtdıqdan sonra Əhməd Rəcəbli Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutunun meyvəçilik şöbəsinin rəhbəri təyin olunur. O zamanlar Azərbaycan SSR-in daxili işlər naziri olan Ağasəlim Atakişiyevin imzaladığı order əsasında "xalq düşməni" adı altında həbs olunmasına baxmayaraq, Əhməd Rəcəbli, qızı Xalidənin nazirin oğlu Tofiqlə ailə həyatı qurmasına razılıq verir və gənclər 1952-ci ildə gizlicə nikah bağlayırlar. 1958-ci ildə Əhməd Rəcəbli Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki və akademiyanın bitkiçilik bölməsinin akademik katibi seçilir.
Əhməd Rəcəbli 1963-cü ilin dekabrın 15-dəMoskvada ürək tutmasından vəfat etmiş və nəşi Bakıya gətirilmişdir. 1970-ci ildə vəfat edən qudası — general-mayor Ağasəlim Atakişiyev isə Əhməd Rəcəbli ilə eyni qəbiristanlıqda, Maştağada alimin məzarının yaxınlığında dəfn olunub.
Xatirəsi
1992-ci ildə Qubadakı Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutuna Əhməd Rəcəblinin adı verilmiş və foyedə büstü qoyulmuşdur. Eyni ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən küçələrdən biri Əhməd Rəcəblinin şərəfinə adlandırılmışdır. 1998-ci ildə isə Əhməd Rəcəblinin anadan olmasının 100 illiyi ərəfəsində vaxtilə yaşadığı, indiki Mirzəağa Əliyev küçəsi ev 126 ünvanında yerləşən binaya xatirə lövhəsi vurulmuşdur.
İstinadlar
- Əsədov, S. Budaqov, Budaq; Qeybullayev, Qiyasəddin (redaktorlar ). Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı: Gənclik. 1995. səh. 461. ISBN .
- "Раджабли Ахмед Джаббар оглы (1898)" (rus. ). openlist.wiki. 1 aprel 2019 tarixində .
- Галина Микеладзе. "Женщины Азербайджана: «И дольше века длится жизнь»" (rus. ). 1news.az. 10 yanvar 2009. 12 iyul 2011 tarixində .
- Ələkbərov, Müzahim. "Tarixdə iz qoyanlar: Mir Cəfər Bağırovun səhvən həbs etdiyi "xalq düşməni" - Əhməd Rəcəbli" (az.). modern.az. 7 mart 2020. 11 yanvar 2023 tarixində .
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 188. ISBN .
- Rüstəmov, Fərrux; Mikayıllı, Böyükağa. "Əsas hissə: İrəvan" (PDF). Məktəbəqədər və ibtidai təhsil (2). 2022: 200.
- А. Э. Назарли. Народное образование в Азербайджанской Республике (1918—1920 гг.). Bakı: Nurlan. Т. А. Мусаевой. 2008.
- Pasova, Anastasiya. Vodenicharov, Petar; Muratova, Nurie (redaktorlar ). Education Science Women (PDF). Blagoevgrad. 2021. səh. 180. ISBN . 12 yanvar 2023 tarixində (PDF).
- "Dipartimento di Scienze Agrarie, Alimentari e Ambientali // Storia". dsa3.unipg.it (italyan). Università degli Studi di Perugia. 10 avqust 2022 tarixində . İstifadə tarixi: 11 yanvar 2023.
- "Проведена презентация книги «Антология поэзии Южного Азербайджанa»" (rus). azertag.az. 18 aprel 2006. 12 yanvar 2023 tarixində .
- Qurban, Teyyub. "Cümhuriyyət tələbələri // III fəsil. Tale sorağında". Ekspress. 22–24 noyabr 2014: 15. 11 yanvar 2023 tarixində .
- Mahmudov, Yaqub. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. Lider nəşriyyatı. 2004. səh. 469. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ehmed Recebli 28 sentyabr 1898 Irevan 15 dekabr 1963 Moskva azerbaycanli polimat bioloq seleksiyaci alim genetik professor aqronom pedaqoq cumhuriyyet telebesi Lenin adina Umumittifaq Kend Teserrufati Elmleri Akademiyasinin VASXNIL akademiki Stalin repressiyalarinin qurbanlarindan olan Ehmed Recebli 100 den cox elmi meqalenin ve 24 monoqrafiyanin muellifidir O Azerbaycanda ilk defe meyve ve denli bitkilerin xalq seleksiyasinin evveller melum olmayan nadir sortlarini qeyde alib tesvir etmis onlarin istehsalata tetbiqini tovsiye etmisdir Ehmed Recebliye mexsus senedler hazirda Azerbaycan Dovlet Elm ve Texnika Senedleri Arxivinde muhafize edilir Ehmed RecebliDogum tarixi 28 sentyabr 1898 1898 09 28 Dogum yeri Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 15 dekabr 1963 1963 12 15 65 yasinda Vefat yeri Moskva RSFSR SSRIVefat sebebi urek tutmasiElm saheleri biologiya SeleksiyaIs yeri Azerbaycan Dovlet Aqrar UniversitetiTehsili Peruca Universiteti d Irevan kisi gimnaziyasiHeyatiUsaqliq illeri ve tehsil heyati 1898 1923 Ehmed Recebli 1898 ci il sentyabrin 28 de Irevan seherinde Mesedi Cabbar Mesedi Cefer oglunun ve Kubra xanim Haci Xelil qizinin ailesinde anadan olub 1907 ci il sentyabrin 15 de Irevan seherindeki Irevan kisi gimnaziyasina daxil olub ve 1916 ci il iyunun 1 de tam sekkizillik kursu bitirib Hele 1916 ci il yanvarin 1 de gimnaziyanin pedaqoji surasinin qerari ile numunevi davranisi ve tehsilde qazandigi ugurlari ile elaqedar Ehmed Mesedi Cabbar oglu Recebliye gumus medal verilib O ele hemin il Moskva Dovlet Universitetinin tibb fakultesine daxil olub 1918 ci ilde Azerbaycan fuqerasi qezetinin redaksiyasinda korrektor isleyib 1919 cu il sentyabrin 1 de Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin yuz nefer telebenin xarici universitetlerde tehsil almasinin temin edilmesi ucun Tehsil Nazirliyinin budcesine 7 milyon rubl pul kocurulmesine dair qerarindan sonraAzerbaycan Xalq Cumhuriyyetinin desteyi ile tehsilini davam etdirmek ucun Avropaya gonderilib Bele ki rus italyan alman ispan yunan ve fars dilini bilen Ehmed Recebli Italiyanin Peruca seherinde yerlesen 1896 ci ilde esasi qoyulmus Ali Kral Eksperimental Aqrar Institutunun mezunudur 1936 ci ilde hemin institutun esasinda Kend Teserrufati Erzaq ve Etraf Muhit Fakultesi teskil edilmisdir Zaqatala 1924 1930 Italiyada tehsilini basa vurduqdan sonra 1923 ci ilde Bakiya qayidan Recebli torpaq komissarligindan is teklifi alir Ancaq bioloq ozunun xahisi ile seleksiya fealiyyeti ucun elverisli seraiti olan Zaqatalaya gonderilir ve burada aqronom kimi ise baslayir O 1924 cu ilde Zaqatala Kend Teserrufati Texnikumunu teskil edir ve 1937 ci ile qeder tehsil muessisesine rehberlik edir eyni zamanda Zaqatala findiqtemizleme zavodunda meslehetci kimi isleyir Onun tesebbusu ve istiraki ile Zaqatala Car tutunculeri yoldasliq kooperativi yaradilir Hemcinin Receblinin tesebbusu ile 1926 ci ilde Zaqatalada tecrube sinaq stansiyasi qurulur ve 1937 ci ilin iyuluna kimi ozu hemin stansiyaya rehberlik edir Zaqatalada olarken Ehmed Recebli maarifci pedaqoq Firidun bey Kocerlinin heyat yoldasi Badiseba xanimin vasiteciliyi ile omur gun yoldasi Fehime xanim Mehdibeyova ile tanis olub aile heyati qurur Cutluyun 1928 ci ilde Nigar 1930 cu ilde ise Xalide adli qizlari dunyaya gelir Ehmed Receblinin bacisi ise cumhuriyyet telebelerinden evlenir Repressiya illeri Ehmed Receblinin hebsinden goruntuler 1937 1930 1936 ci illerde Azerbaycan Kend Teserrufati Institutunda dosent ve kafedra mudiri 1931 1934 cu illerde ise hem de institutun cenub torpaqlari uzre bolmesinin rehberi kimi calisan Ehmed Recebli sonralar respublika torpaq komissarliginda dovlet musaviri vezifesinde fealiyyetini davam etdirir 1935 ci ilde Ali Attestasiya Komissiyasinin qerari ile professor adi alan alim daha sonra Lenin adina Umumittifaq Kend Teserrufati Elmleri Akademiyasinda akademik Nikolay Vavilovun rehberlik etdiyi subtropik bitkiler bolmesinin uzvu secilir 1937 ci ilde namizedlik dissertasiyasini mudafie eden Ehmed Recebli ele hemin ilin avqustunda xaricde tehsil almasi esas getirilerek eks inqilabci fealiyyetde ittiham edilir ve QULAQ dusergelerinden biri olan Maqadan seherine 8 illik surgune gonderilir Uc il bes il Maqadanda SSRI Xalq Daxili Isler Komissarliginin yardimci teserrufatinda aqronom isleyen Recebli surgunde olarken yeni pomidor sortlari da yetisdirir Maqadanda iken hemcinin bedii yaradiciliqla mesgul olan Ehmed Recebli Babek tarixi romanini yazir ve ayri ayri kagizlarda qeleme aldigi eserini azadliga cixan mehbuslarla birlikde hisse hisse eve gonderir Bu roman Azerbaycan nesr edebiyati tarixinde Babeke hesr olunmus ilk bedii eser hesab olunur Receblinin hebsinden sonra Bakiya gelen Fehime xanim bir muddet Azerbaycan Dovlet Universitetinde fizika muellimi isledikden sonra universitetden xaric olunur Hetta onun orta mektebde fealiyyet gostermesi de qadagan edilir bununla bele 1945 ci ilde Ehmed Receblinin surgunden qayitmasi ile veziyyet deyisir Bele ki Fehime xanim Monokristallar ve onlarin temperatur rejiminden asililigi movzusunda namizedlik dissertasiyasini mudafie ederek Azerbaycanda fizika sahesinde ilk elmler namizedi olan qadin unvanini qazanir Eyni vaxtda Ehmed Recebli de Azerbaycanda meyveciliyin inkisafi sahesinde aktual movzular uzerinde isleyir Bele ki Sirvan Naxcivan Quba Xacmaz ve Qarabag bolgelerinde yeni meyve sortlari tetbiq eden alim konserv senayesi ucun meyveler hazirlayir hemcinin Azerbaycanda meyve bitkilerinin sortlari adli monoqrafiyasini yazir ve Kend Teserrufati Nazirliyinin sifarisi ile derslik tertib edir Hemin monoqrafiya seleksiyaci alimin yalniz vefatindan sonra 1966 ci ilde cap olunur Zengin elmi fealiyyetine baxmayaraq Ehmed Recebli 1950 ci il martin 22 de yeniden hebs edilerekQazaxistanin Cambul vilayetine gonderilir ve dord ilden sonra Stalinin olumunun ardinca beraet almasi neticesinde Azerbaycana qayidir Surgunden sonraki dovr Ehmed Receblinin yasadigi binada vurulan xatire lovhesi Qazaxistandan surgunden qayitdiqdan sonra Ehmed Recebli Azerbaycan Elmi Tedqiqat Coxillik Bitkiler Institutunun meyvecilik sobesinin rehberi teyin olunur O zamanlar Azerbaycan SSR in daxili isler naziri olan Agaselim Atakisiyevin imzaladigi order esasinda xalq dusmeni adi altinda hebs olunmasina baxmayaraq Ehmed Recebli qizi Xalidenin nazirin oglu Tofiqle aile heyati qurmasina raziliq verir ve gencler 1952 ci ilde gizlice nikah baglayirlar 1958 ci ilde Ehmed Recebli Azerbaycan Kend Teserrufati Elmler Akademiyasinin akademiki ve akademiyanin bitkicilik bolmesinin akademik katibi secilir Ehmed Recebli 1963 cu ilin dekabrin 15 deMoskvada urek tutmasindan vefat etmis ve nesi Bakiya getirilmisdir 1970 ci ilde vefat eden qudasi general mayor Agaselim Atakisiyev ise Ehmed Recebli ile eyni qebiristanliqda Mastagada alimin mezarinin yaxinliginda defn olunub Xatiresi1992 ci ilde Qubadaki Elmi Tedqiqat Bagciliq ve Subtropik Bitkiler Institutuna Ehmed Receblinin adi verilmis ve foyede bustu qoyulmusdur Eyni ilde Baki seheri Nerimanov rayonunda yerlesen kucelerden biri Ehmed Receblinin serefine adlandirilmisdir 1998 ci ilde ise Ehmed Receblinin anadan olmasinin 100 illiyi erefesinde vaxtile yasadigi indiki Mirzeaga Eliyev kucesi ev 126 unvaninda yerlesen binaya xatire lovhesi vurulmusdur IstinadlarEsedov S Budaqov Budaq Qeybullayev Qiyaseddin redaktorlar Ermenistan azerbaycanlilarinin tarixi cografiyasi Baki Genclik 1995 seh 461 ISBN 5 8020 0852 0 Radzhabli Ahmed Dzhabbar ogly 1898 rus openlist wiki 1 aprel 2019 tarixinde Galina Mikeladze Zhenshiny Azerbajdzhana I dolshe veka dlitsya zhizn rus 1news az 10 yanvar 2009 12 iyul 2011 tarixinde Elekberov Muzahim Tarixde iz qoyanlar Mir Cefer Bagirovun sehven hebs etdiyi xalq dusmeni Ehmed Recebli az modern az 7 mart 2020 11 yanvar 2023 tarixinde Ferrux Rustemov Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 seh 188 ISBN 978 9952 5455 010 Rustemov Ferrux Mikayilli Boyukaga Esas hisse Irevan PDF Mektebeqeder ve ibtidai tehsil 2 2022 200 A E Nazarli Narodnoe obrazovanie v Azerbajdzhanskoj Respublike 1918 1920 gg Baki Nurlan T A Musaevoj 2008 Pasova Anastasiya Vodenicharov Petar Muratova Nurie redaktorlar Education Science Women PDF Blagoevgrad 2021 seh 180 ISBN 978 619 188 762 0 12 yanvar 2023 tarixinde PDF Dipartimento di Scienze Agrarie Alimentari e Ambientali Storia dsa3 unipg it italyan Universita degli Studi di Perugia 10 avqust 2022 tarixinde Istifade tarixi 11 yanvar 2023 Provedena prezentaciya knigi Antologiya poezii Yuzhnogo Azerbajdzhana rus azertag az 18 aprel 2006 12 yanvar 2023 tarixinde Qurban Teyyub Cumhuriyyet telebeleri III fesil Tale soraginda Ekspress 22 24 noyabr 2014 15 11 yanvar 2023 tarixinde Mahmudov Yaqub Azerbaycan Xalq Cumhuriyyeti ensiklopediyasi Lider nesriyyati 2004 seh 469 ISBN 9789952417449