Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir).
Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir.
“Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda bu sahədə müəyyən işlər görülür. İnstitutda son illərin ədəbi prosesinə aid məqalə topluları, illik ədəbi icmallar, monoqrafik tədqiqatlar nəşr edilmişdir.
Ədəbiyyat
- Nəbiyev B. Tənqid və ədəbi proses. 1976.
- Hüseynov A. Nəsr və zaman. Bakı. 1980.
- Hüseynov A. Sənət meyarı. Bakı. 1986.
- Qarayev Y. Ədəbi üfüqlər. Bakı. 1985.
- Salmanov Ş. Poeziya və tənqid. Bakı. 1987.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Edebi proses edebiyyatin ister bir dovrde isterse de xalqin olkenin cemiyyetin tarixi boyunca movcudlugu yasarligi ve tekamulu Her bir tarixi dovrde edebi proses sosial ideoloji ve estetik baximdan muxtelif sepkili ve seviyyeli butun edebi bedii numuneleri nesr seir dramaturgiya edebi tenqid ve edebiyyatsunasliq ehtiva edir Bir cox hallarda bedii eserler muxtelif sebebler uzunden yarandiqlari vaxtdan yaxud ilk nesrinden xeyli sonra edebi proses neticesine cevrilir mes Mirze Feteli Axundzadenin Kemaluddovle mektublari ilk defe 1924 cu ilde Celil Memmedquluzadenin Danabas kendinin ehvalatlari povesti ise 1936 ci ilde cap edilmisdir Bedii edebiyyatin ve incesenetin novleri hemcinin ideoloji ve linqvistik hadiselerle qarsiliqli elaqe ve tesiri edebi prosesin muhum cehetlerindendir Dovrun edebi ozunuderk i edebi yaradiciliq proqram ve manifestleri hemcinin muxtelif estetik cereyanlar meselen XX esrin evvellerinde Azerbaycan edebiyyatinda le fuyuzatcilar arasinda mubarize qarsiliqli beynelmilel edebi elaqeler edebi prosesin ayrilmaz terkib hisselerindendir Edebi proses termini XX esrin 20 30 cu illerinde meydana gelmis 60 ci illerden genis islenmeye baslamisdir Edebi prosesin kull halinda butun bedii ideya estetik tezahurleri ile derinden tehlil edilib oyrenilmesi umumilesdirilmesi edebiyyatin inkisaf meyillerini perspektivlerini aydinlasdirmaq baximindan mustesna ehemiyyete malikdir Azerbaycanda edebi prosesin sistemli sekilde intensiv oyrenilmesine 60 70 ci illerden baslanilmisdir Muasir Azerbaycan edebi prosesinin xususiyyetleri sirasina menevi exlaqi problematikaya maragin guclenmesi insan konsepsiyasinin inkisafi tarixiliyin quvvetlenmesi janr uslub sayesinde yeni axtarislar ve s daxildir Azerbaycan Milli Elmler Akademiyasi Nizami adina Edebiyyat Institutunda bu sahede mueyyen isler gorulur Institutda son illerin edebi prosesine aid meqale toplulari illik edebi icmallar monoqrafik tedqiqatlar nesr edilmisdir EdebiyyatNebiyev B Tenqid ve edebi proses 1976 Huseynov A Nesr ve zaman Baki 1980 Huseynov A Senet meyari Baki 1986 Qarayev Y Edebi ufuqler Baki 1985 Salmanov S Poeziya ve tenqid Baki 1987