Şərur maili düzənliyi — Arpaçayın gətirmə konusundan ibarət düzənlik.
Bu düzənlik Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar-Qıvraq tirəsinədək uzanaraq Arazboyu düzənliyin böyük bir hissəsini tutur. Dəniz səviyyəsindən 780–850 m mütləq yüksəklikdə yerləşməklə Araz çayı boyunca 14 km enində və 30 km uzunluqda olan bir ərazidə uzanır. Dağətəyi maili düzənlik olan Şərur düzənliyi cənub-şərqə doğru Qaraçoban, Tənənəm və Qarabağlar-Qıvraq kimi daha kiçik mailidüzənliklərə bölünür. Şərur düzənliyi tamamilə əkinçilik zonası olub, başdan-başa kənd təsərrüfatında istifadə edilir.
Haqqında
Şərur maili düzənliyinin səthi Şərqi Arpaçay və ondan ayrılmış arxlar, kanallar vasitəsilə parçalanmışdır. Ərazinin torpaq örtüyü əsasən boz-qonur torpaqlardan ibarət olmuşdur. Hazırda dənli bitkilərin yayıldığı sahələrdə tarlalararası zolaqlarda iyli yovşan, barmaqvari çayır, çöl sarmaşığı, , , , tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, quşüzümü, əmənkömənci və s. yayılmışdır. Şərur düzü Naxçıvan MR-in əsas əkinçilik sahəsi hesab edilir. Burada demək olar ki, torpaqlar başdan-başa tütün, dənli bitkilər, , şəkər çuğunduru, üzüm və meyvə bağları ilə örtülmüşdür.
Şərur maili düzənliyinin hidrogeologiyası
Düzənlik Şərqi Arpaçayın allüvial-prolüvial çöküntülərdən ibarət gətirmə konusunun böyük bir hissəsini əhatə edir. Araz çayına doğru bu çöküntülərin qalınlığı artır, yanlara doğru isə azalır. Çöküntülərin qalınlığı demək olar ki, 20 m-lə 200 m arasında tərəddüd edir. Şərur düzünün hər yerində demək olar ki, qrunt suları yayılmışdır. Arazboyu hissədə isə həmçinin təzyiqli sular vüsət tapmışdır. Ümumiyyətlə, düzənliyin Dördüncü dövr çöküntülərinin əmələ gəlməsində Şərqi Arpaçay mühüm rol oynamışdır. Bu səbəbdən ərazidə çöküntülərin olmasında dağətəyi gətirmə konuslarına xas olan qanunauyğunluq - tədrici fraksiya dəyişikliyi müşahidə edilir. Düzənlik daxilində qrunt sularının yatım dərinliyi müxtəlif olub, şimal-şərqdən cənub-qərbə doğru dayazlaşır. Ən böyük yatım dərinliyi düzənliyin şimal –şərq dağətəyi hissəsində olub, 30 m-dən bir qədər artıqdır. Dağətəyi zonanın aşağı hissələrində qrunt sularının dərinliyi 20–30 m-ə çatır. Konusun aşağı hissəsində qrunt sularının yatım dərinliyi 10–20 m, düzənliyin orta hissəsində isə 3–10 m-dir. Arazkənarı zonada qrunt suları 3 m-dən dayazda yataraq, bəzən yer səthini rütubətləndirib, kiçik bataqlıq sahələri yaradır. Çöküntülərin süzülmə əmsalı onların mənşəyindən və litoloji tərkibindən asılı olaraq çox böyük hüdud daxilində dəyişir. Ən kiçik süzülmə əmsalı 1m/sut. olub, dağətəyi zonadakı deluvial çökntüləri əhatə edir. Düzənliyin Arazboyu hissəsində çöküntülərin süzülmə əmsalı 1–5 m/sut. olub, litoloji tərkibcə qumlu çınqılları, çınqıllı qumları və lilli çaqılları təmsil edir. Arpaçayın gətirmə konusunun mərkəz və yuxarı hissəsində həmin əmsal 10–15 m/sut. olub, Şərur düzənliyi üçün ən yüksək göstərici sayılır. Düzənliyin qrunt suları əsasən şirin olub, minerallaşması 0,3 q/l-dən 1,5 q/l –ədək dəyişir. Qrunt sularının codluğu düzənliyin əsas hissəsində 5 mq/ekv –dir. Araz kənarı hissədə codluq 10- 12 mq/ekv-dək dəyişir. Qrunt sularının temperaturu 9-14 °C arasında tərəddüd edir. Düzənliyin yeraltı sularının əmələ gəlməsində Şərqi Arpaçayın yerüstü və yataqaltı sularının, atmosfer çöküntülərinin, suvarmadan süzülən sular və dağətəyi zonanı təşkil edən süxurlardan süzülən suların mühüm rolu vardır. Yeraltı suların kimyəvi tərkib hissəsi hidrokarbonatlı-sulfatlı-kalsium-maqneziumlu və hidrokarbonatlı –sulfatlı-kalsium- natriumludur. Düzənliyin Dördüncü dövr çöküntülərinin orta və alt hissəsinə təzyiqli yeraltı sular müncər olmuşdur. Təzyiqli suların tutduğu sahə düzənliyin Arazkənarı hissəsinə uyğun gəlir. Təzyiqli sular düzənlik daxilində qazılmış tək-tək dərin kəşfiyyat quyuları vasitəsilə aşkar olunmuşdur. Təzyiqli suların yatım dərinliyi və təzyiqi müxtəlifdir. Muğanlı kəndinin şərq qurtaracağında qazılan kəşfiyyat quyusunda təzyiqli sular 38–230 m dərinlikdə aşkar edilmişdir. Təzyiqli sular qrunt sularından qalınlığı 2–20 m olan gil təbəqəsi ilə təcrid olunur. Sulu horizontda araları qumlu, qumca və gilcə ilə dolmuş çaqıl-çınqıllar intişar tapıb. Onların qalınlığı 0,5-95,6 m, süzülmə əmsalı 0,8-57,6 m/gün çox vaxt 15 m/günə qədər olur, sukeçiricilik əmsalı 40-1950 m² /gün, ərazinin əksər sahələrində 900 m² /gündür. Düzənlik ərazidə yaranan yeraltı axım Araz çayına doğru istiqamətlənmişdir və qrunt suları əsasən Araz çayı vasitəsilə sərf edilirlər.
İstinadlar
- Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh.12
- Səfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm: 1999.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Serur maili duzenliyi Arpacayin getirme konusundan ibaret duzenlik Bu duzenlik Velidag Dehne yuksekliyinden Qarabaglar Qivraq tiresinedek uzanaraq Arazboyu duzenliyin boyuk bir hissesini tutur Deniz seviyyesinden 780 850 m mutleq yukseklikde yerlesmekle Araz cayi boyunca 14 km eninde ve 30 km uzunluqda olan bir erazide uzanir Dageteyi maili duzenlik olan Serur duzenliyi cenub serqe dogru Qaracoban Tenenem ve Qarabaglar Qivraq kimi daha kicik mailiduzenliklere bolunur Serur duzenliyi tamamile ekincilik zonasi olub basdan basa kend teserrufatinda istifade edilir HaqqindaSerur maili duzenliyinin sethi Serqi Arpacay ve ondan ayrilmis arxlar kanallar vasitesile parcalanmisdir Erazinin torpaq ortuyu esasen boz qonur torpaqlardan ibaret olmusdur Hazirda denli bitkilerin yayildigi sahelerde tarlalararasi zolaqlarda iyli yovsan barmaqvari cayir col sarmasigi tuksuz biyan yatagan demirtikan surunen kekre adi pitraq perperen qusuzumu emenkomenci ve s yayilmisdir Serur duzu Naxcivan MR in esas ekincilik sahesi hesab edilir Burada demek olar ki torpaqlar basdan basa tutun denli bitkiler seker cugunduru uzum ve meyve baglari ile ortulmusdur Serur maili duzenliyinin hidrogeologiyasiDuzenlik Serqi Arpacayin alluvial proluvial cokuntulerden ibaret getirme konusunun boyuk bir hissesini ehate edir Araz cayina dogru bu cokuntulerin qalinligi artir yanlara dogru ise azalir Cokuntulerin qalinligi demek olar ki 20 m le 200 m arasinda tereddud edir Serur duzunun her yerinde demek olar ki qrunt sulari yayilmisdir Arazboyu hissede ise hemcinin tezyiqli sular vuset tapmisdir Umumiyyetle duzenliyin Dorduncu dovr cokuntulerinin emele gelmesinde Serqi Arpacay muhum rol oynamisdir Bu sebebden erazide cokuntulerin olmasinda dageteyi getirme konuslarina xas olan qanunauygunluq tedrici fraksiya deyisikliyi musahide edilir Duzenlik daxilinde qrunt sularinin yatim derinliyi muxtelif olub simal serqden cenub qerbe dogru dayazlasir En boyuk yatim derinliyi duzenliyin simal serq dageteyi hissesinde olub 30 m den bir qeder artiqdir Dageteyi zonanin asagi hisselerinde qrunt sularinin derinliyi 20 30 m e catir Konusun asagi hissesinde qrunt sularinin yatim derinliyi 10 20 m duzenliyin orta hissesinde ise 3 10 m dir Arazkenari zonada qrunt sulari 3 m den dayazda yataraq bezen yer sethini rutubetlendirib kicik bataqliq saheleri yaradir Cokuntulerin suzulme emsali onlarin menseyinden ve litoloji terkibinden asili olaraq cox boyuk hudud daxilinde deyisir En kicik suzulme emsali 1m sut olub dageteyi zonadaki deluvial cokntuleri ehate edir Duzenliyin Arazboyu hissesinde cokuntulerin suzulme emsali 1 5 m sut olub litoloji terkibce qumlu cinqillari cinqilli qumlari ve lilli caqillari temsil edir Arpacayin getirme konusunun merkez ve yuxari hissesinde hemin emsal 10 15 m sut olub Serur duzenliyi ucun en yuksek gosterici sayilir Duzenliyin qrunt sulari esasen sirin olub minerallasmasi 0 3 q l den 1 5 q l edek deyisir Qrunt sularinin codlugu duzenliyin esas hissesinde 5 mq ekv dir Araz kenari hissede codluq 10 12 mq ekv dek deyisir Qrunt sularinin temperaturu 9 14 C arasinda tereddud edir Duzenliyin yeralti sularinin emele gelmesinde Serqi Arpacayin yerustu ve yataqalti sularinin atmosfer cokuntulerinin suvarmadan suzulen sular ve dageteyi zonani teskil eden suxurlardan suzulen sularin muhum rolu vardir Yeralti sularin kimyevi terkib hissesi hidrokarbonatli sulfatli kalsium maqneziumlu ve hidrokarbonatli sulfatli kalsium natriumludur Duzenliyin Dorduncu dovr cokuntulerinin orta ve alt hissesine tezyiqli yeralti sular muncer olmusdur Tezyiqli sularin tutdugu sahe duzenliyin Arazkenari hissesine uygun gelir Tezyiqli sular duzenlik daxilinde qazilmis tek tek derin kesfiyyat quyulari vasitesile askar olunmusdur Tezyiqli sularin yatim derinliyi ve tezyiqi muxtelifdir Muganli kendinin serq qurtaracaginda qazilan kesfiyyat quyusunda tezyiqli sular 38 230 m derinlikde askar edilmisdir Tezyiqli sular qrunt sularindan qalinligi 2 20 m olan gil tebeqesi ile tecrid olunur Sulu horizontda aralari qumlu qumca ve gilce ile dolmus caqil cinqillar intisar tapib Onlarin qalinligi 0 5 95 6 m suzulme emsali 0 8 57 6 m gun cox vaxt 15 m gune qeder olur sukeciricilik emsali 40 1950 m gun erazinin ekser sahelerinde 900 m gundur Duzenlik erazide yaranan yeralti axim Araz cayina dogru istiqametlenmisdir ve qrunt sulari esasen Araz cayi vasitesile serf edilirler IstinadlarFeyruz Bagirov Naxcivanin tebii servetleri Naxcivan 2008 seh 12 Sefereli Babayev Naxcivan Muxtar Respublikasinin cografiyasi Elm 1999