Qrunt suları — Yer səthindən aşağı su keçməyən birinci lay üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızılan sulardan əmələ gəlir. Məhz ona görə də iri çayların, kanalların, su anbarlarının yaxınlığında qrunt sularının səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma rejimindən asılı olaraq qrunt sularının səviyyəsi, debiti, temperaturu və kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında şor, və ya çox minerallaşmış qrunt suları üstünlük təşkil edir.
Qrunt sularının böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı mənbəyi kimi sənaye müəssisələrində, şəhərlərdə, kəndlərdə və s.-də istifadə edilir.
Qrunt suların keyfiyyəti
Rütubətli iqlimdə intensiv şəkildə infiltrasiya prosesi və yeraltı axarlar baş verir və nəticədə süxur və torpaqlar yuyulur, və onlardan asanlıqla həll olunan duzlar (xloridlər və sulfatlar) yuyularaq çıxır. Belə şəraitdə qrunt suları şirin olur, və onların tərkibində nisbətən gec həll olunan duzlar mövcud olur. Quru isti iqlim şəraitində isə (quru çöllərdə, yarımsəhralarda və səhralarda) yağıntılar qısa müddətli olaraq az miqdarda düşməsi, habelə ərazinin drenaj sisteminin zəif olması qrunt sularının yeraltı axınının inkişaf etməsinə mane olur. Beləliklə, yeraltı axın buxarlanır və şoranlaşma yaradır. Çayların, su anbarlarının və s. yaxınlığında qrunt suları əsasən duzsuzlaşdırılıb və əsasə keyfiyyət baxımından içməli su standartlarına cavab verir.
Azərbaycanın qrunt suları
Qrunt suları Kür-Araz ovalığında Yer səthinə yaxın yerləşməklə yüksək dərəcədə minerallaşmışdır. Kür-Araz ovalığının əksər sahələrində qrunt sularının səviyyəsi 1–5 metr dərinlikdədir. Bəzən qrunt suları səthə çıxır (xüsusilə suvarma mövsümündə) təsərrüfat işlərinə maneçilik törədir. Qanıx-Əyriçay vadisində, Lənkəran ovalığında qrunt sularının səviyyəsi ən çox 3–5 metr dərinlikdədir. Qrunt sularının səthə yaxınlaşdığı və ya səthə çıxdığı yerlərdə meşələr, çəmən, çəmən-bataqlıq landşaftları əmələ gəlmişdir. Azərbaycan Respublikasının dağlıq ərazilərində qrunt suları xeyli dərindədir. Aran rayonlarında suvarma qrunt sularının rejimini müəyyən edən amillərdən biridir. Suvarma mövsümündə torpağa sızılan suların hesabına qrunt sularının səviyyəsi səthə yaxınlaşır, digər dövrlərdə isə aşağı düşür.
Böyük və Kiçik Qafqazın düzənliklərə qovuşduğu ərazilərdə yeraltı sular bulaqlar şəklində səthə çıxır. Xüsusilə Qusar maili düzənliyinin və Qanıx-Əyriçay çökəkliyinin dağətəyi hissəsində tektonik qırılmalarboyuncayeraltı suların təbii çıxışları daha çoxdur.
Həmçinin bax
Mənbə
- Məktəblinin coğrafiya lüğəti. Bakı,2006.
İstinadlar
- Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Qrunt sulari Yer sethinden asagi su kecmeyen birinci lay uzerinde ust sethi serbest olan yeralti sular esasen atmosfer yagintilari cay gol su anbarlari suvarma kanallari ve hidrotexniki qurgulardan sizilan sulardan emele gelir Mehz ona gore de iri caylarin kanallarin su anbarlarinin yaxinliginda qrunt sularinin seviyyesi yuksek olur Atmosfer yagintilarinin miqdarindan hemcinin suvarma rejiminden asili olaraq qrunt sularinin seviyyesi debiti temperaturu ve kimyevi terkibi deyisir Mese mese col ve col rayonlarinda sirin ve ya minerallasmis Q s quru col sehra ve yarimsehra rayonlarinda sor ve ya cox minerallasmis qrunt sulari ustunluk teskil edir Qrunt sularinin boyuk xalq teserrufati ehemiyyeti var su techizati menbeyi kimi senaye muessiselerinde seherlerde kendlerde ve s de istifade edilir Qrunt sularin keyfiyyetiRutubetli iqlimde intensiv sekilde infiltrasiya prosesi ve yeralti axarlar bas verir ve neticede suxur ve torpaqlar yuyulur ve onlardan asanliqla hell olunan duzlar xloridler ve sulfatlar yuyularaq cixir Bele seraitde qrunt sulari sirin olur ve onlarin terkibinde nisbeten gec hell olunan duzlar movcud olur Quru isti iqlim seraitinde ise quru collerde yarimsehralarda ve sehralarda yagintilar qisa muddetli olaraq az miqdarda dusmesi habele erazinin drenaj sisteminin zeif olmasi qrunt sularinin yeralti axininin inkisaf etmesine mane olur Belelikle yeralti axin buxarlanir ve soranlasma yaradir Caylarin su anbarlarinin ve s yaxinliginda qrunt sulari esasen duzsuzlasdirilib ve esase keyfiyyet baximindan icmeli su standartlarina cavab verir Azerbaycanin qrunt sulariQrunt sulari Kur Araz ovaliginda Yer sethine yaxin yerlesmekle yuksek derecede minerallasmisdir Kur Araz ovaliginin ekser sahelerinde qrunt sularinin seviyyesi 1 5 metr derinlikdedir Bezen qrunt sulari sethe cixir xususile suvarma movsumunde teserrufat islerine manecilik toredir Qanix Eyricay vadisinde Lenkeran ovaliginda qrunt sularinin seviyyesi en cox 3 5 metr derinlikdedir Qrunt sularinin sethe yaxinlasdigi ve ya sethe cixdigi yerlerde meseler cemen cemen bataqliq landsaftlari emele gelmisdir Azerbaycan Respublikasinin dagliq erazilerinde qrunt sulari xeyli derindedir Aran rayonlarinda suvarma qrunt sularinin rejimini mueyyen eden amillerden biridir Suvarma movsumunde torpaga sizilan sularin hesabina qrunt sularinin seviyyesi sethe yaxinlasir diger dovrlerde ise asagi dusur Boyuk ve Kicik Qafqazin duzenliklere qovusdugu erazilerde yeralti sular bulaqlar seklinde sethe cixir Xususile Qusar maili duzenliyinin ve Qanix Eyricay cokekliyinin dageteyi hissesinde tektonik qirilmalarboyuncayeralti sularin tebii cixislari daha coxdur Hemcinin baxBulaq SuMenbeMekteblinin cografiya lugeti Baki 2006 IstinadlarMemmedov Q S Xelilov M Y Ekoloqlarin melumat kitabi Elm nesriyyati Baki 2003 516 s