Birinci Şərq Xalqları Qurultayı — 1–7 sentyabr 1920 tarixləri arasında Bakıda, Komintern tərəfindən təşkil edilmiş bir beynəlxalq yığıncaq.
XX əsrin əvvəllərində Şərq xalqlarının milli-azadlıq hərəkatının yüksəlişi
1920-ci ildə Yaxın və Orta Şərqin qovuşuğunda yeni bir dövlətin — əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycan SSR-in yaranması bu regiondakı ölkələrin qarşılıqlı münasibətlərinə və ictimai-siyasi vəziyyətə təsir göstərməyə bilməzdi.
İran xalqlarının ingilis imperialistlərinə qarşı mübarizəsi gücləndi. Bu mübarizənin mərkəzi Cənubi Azərbaycan idi. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında İran Demokrat partiyasının başçılıq etdiyi demokratik milli-azadlıq hərəkatı 1919-cu ilin avqustunda imzalanmış təhqiramiz İngiltərə — İran müqaviləsinin ləğvini, azad seçkilər keçirilməsini və respublika quruluşunun yaradılmasını tələb edirdi. Güclənməkdə olan demokratik milli-azadlıq hərəkatının təzyiqi altında 1920-ci ilin iyununda İranın ingilispərəst hökuməti istefa verməyə məcbur oldu. 1920-ci il iyunun 24-də Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə milli-demokratik hökumət təşkil edildi.
Elə həmin vaxt Gilan Respublikası elan olundu. Bu münasibətlə 1920-ci il iyunun 4-də Rəştdə böyük mitinq keçirildi. Cənubi Azərbaycandakı, Gilan və Mazandarandakı üsyanların təsiri altında Tehranda, İsfahanda, Xorasanda və İranın başqa vilayətlərində ingilis imperialistlərinə qarşı mübarizə gücləndi. 1920-ci ilin sonlarında Ənzəlidə keçirilən təsis qurultayı "Ədalət" təşkilatlarını İran Kommunist Partiyasının bayrağı altında birləşdirdi.
1920-ci ildə Türkiyə xalqı öz vətəninin müstəqilliyi uğrunda, imperialist qəsbkarlara qarşı qəhrəmancasına mübarizə aparırdı. Mustafa Kamal Atatürk başda olmaqla Türkiyənin inqilabi hökuməti sovet Rusiyası ilə dostluq əlaqələri yaratmışdı. 1920-ci il aprelin 26-da Türkiyə Böyük Millət Məclisi, Mustafa Kamal Atatürkün imzası ilə V. İ.Leninə məktub göndərərək, imperialist qüvvələrə qarşı mübarizəyə yardım göstərilməsini xahiş etdi. Xüsusən Azərbaycan SSR elan olunduqdan sonra Sovet Rusiyasının yardımı gücləndi, hətta bəyan edildi ki, Azərbaycana gələn Qızıl Ordu Türkiyə xalqının milli-azadlıq hərəkatına yardım üçün gedir. Həmin dövrdə Bakıda öz orqanını — "Yeni dünya" qəzetini nəşr edən Türkiyə kommunistləri bu işdə xüsusi rol oynayırdılar. Onların 1920-ci il sentyabrın 10-da Bakıda keçirilən birinci qurultayı qətnamə qəbul edərək Türkiyə xalqının imperializmə qarşı milliazadlıq mübarizəsini gücləndirməyə çağırdı.
Kamalçılar hökumətinin nümayəndələri, müxtəlif diplomatik missiyaları Moskvaya Bakıdan keçib gedirdilər. Onlar bir qayda olaraq burada Azərbaycanın hökumət başçısı, digər dövlət, ictimai-siyasi xadimləri ilə qardaşcasına görüşür, dövrün mürəkkəb coğrafı-siyasi şəraitində ikitərəfli münasibətlərə dair ümdə məsələlər barəsində məsləhətləşmələr, fikir mübadiləsi aparırdılar.
Mustafa Kamal Atatürk Azərbaycan Respublikasının səfırini qəbul edərkən demişdi: "Rum eli və Anadolu xalqı azəri qardaşlarının qəlblərinin öz qəlbləri kimi çırpındığını bilirlər. Bunun üçün gətirdiyiniz salam töhfəsinin nə qədər dərin və ali hissdən xəlq olduğunu qiymətləndirir və bu salamı alarkən Azərbaycan türklərinin də bir daha əsarətə düşməmələri və hüquqlarının paymal edilməməsi istəyini və arzusunu izhar eyləyirlər. Azərbaycan türklərinin dərdləri öz dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün, onların muradlarına nail olmaları, azad və müstəqil olaraq yaşamaları bizi artıq dərəcədə sevindirir.
V. İ.Lenin Azərbaycanda sovet hakimiyyətinin qurulmasına böyük əhəmiyyət verirdi. O, ölkənin beynəlxalq və daxili vəziyyətinin möhkəmlənməsində, Şərqdə sosialist ideyalarının yayılmasında sovet Azərbaycanının rolunu dəfələrlə vurğulamışdı. Əlamətdar haldır ki, Azərbaycan SSR-in yaranmasından dərhal sonra Əfqanıstan, İran, Türkiyə və digər müsəlman ölkələrinin nümayəndələri Bakıya gəlməyə başlamışdı. Tezliklə Bakıda hind bölməsi təşkil edildi və o, yerli mətbəədə urdu dilində "Azad Hindistan Əxbarı" qəzetinin nəşrinə başladı.
Qurultayın keçirilməsinə hazırlıq
RK(b)P MK Şərq xalqlarının qurultayını çağırmaq barədə Kominternin icraiyyə komitəsinin təklifıni müzakirə edərək, şərq xalqlarının birinci qurultayını Bakıda — ilk müsəlman sovet respublikasının paytaxtında çağırmağı qərara aldı.
1920-ci il iyunun 18-də RK(b)P MK Siyasi Bürosu III İnternasionalın Bakıda "Şərq xalqlarının qurultayını" keçirməsini prinsip etibarilə bəyəndi və qərara aldı ki, bu məsələ barədə Nəriman Nərimanovun və İ. V. Stalinin rəyləri soruşulsun. Müsbət cavab alan Siyasi Büro Bakıda qurultayın çağırılması haqqında məsələni iyunun 29-da müzakirə etdi və qurultayın təşkili üzrə büro yaratdı. Kominternin icraiyyə komitəsi II konqresdən sonra "İran, Ermənistan və Türkiyənin əsarətdə qalan xalq kütlələrinə" məktubla müraciət etdi'"
Kominternin icraiyyə komitəsi ġərqin fəhlə və kəndlilərinə müraciətində bildirirdi ki, o, Bakıda qurultayı ümumi düşmənlə-imperializmlə mübarizədə şərq zəhmətkeşləri və Avropa proletariatının səylərinin birləşdirilməsi məsələlərini birlikdə müzakirə etmək üçün çağırır.
Şərq ölkələrinin kommunist, demokratik və mütərəqqi təşkilatları III İnternasionalın icraiyyə komitəsinin müraciətinə cavab olaraq, Bakıda şərq xalqları qurultayının çağırılması uğrunda təşviqata başladılar. 1920-ci ilin avqustundan etibarən Azərbaycanda bütün əməkçi əhalinin iştirakı ilə şərq xalqlarının birinci qurultayına seçkilər başlanmışdı.
Partiya işini gücləndirmək, əmək haqqının bir hissəsini Avropa və Sərq ölkələrində tətil edən proletariata yardım üçün köçürmək və müsəlman fəhlələri partiya sıralarına cəlb etmək məqsədilə Bakıda qurultay çağırılması münasibətilə "şərq İnternasionalı" təşkil etmək qərara alındı.
Azərbaycanın partiya, sovet və ictimai təşkilatları şərq xalqlarının birinci qurultayının çağırılması, nümayəndələrin işinin təşkili ilə bağlı böyük hazırlıq görmüşdülər. 1920-ci il avqustun 30-da Dövlət opera teatrının binasında qurultay nümayəndələri üçün konsert-mitinq oldu, ertəsi gün isə Bakı fəhlə, qızıl əsgər və matros deputatları sovetinin və Azərbaycan həmkarlar ittifaqlarının qurultay nümayəndələrinin iştirakı ilə təntənəli iclası keçirildi. Həmin iclasda Nəriman Nərimanov, habelə Bela Kun (Macarıstan), Tomas Kvelç (İngiltərə), Con Rid (ABŞ), Q. Zinovyev, K. Radek və b. şərq xalqlarına təbriklə müraciət etdilər.
Şərq xalqlarının I qurultayı
V. İ. Leninin dediyi kimi, "Şərq xalqlarının Bakı qurultayı" 1920-ci il sentyabrın 1–7-də keçirildi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Bakıya, qurultaya 1891 nümayəndə — Qafqaz, Orta Asiya, Əfqanıstan, Misir, Hindistan, Çin, Koreya, Suriya, Türkiyə, Yaponiya və digər ölkələrdən 37 millətin nümayəndəsi gəlmişdi. Qurultayda bir sıra Avropa ölkələrinin və Amerika kommunist partiyalarının nümayəndələri — Bela Kun, Tomas Kvelç, Con Rid və başqaları da iştirak edirdilər. Nümayəndələrin 55 nəfəri qadın idi.
Şərq xalqlarının birinci qurultayı aşağıdakı məsələləri müzakirə etdi: beynəlxalq vəziyyət və ġərgin zəhmətkeş kütlələrinin vəzifələri, milli məsələ, müstəmləkə məsələsi, aqrar məsələ, şərq ölkələrində sovet quruculuğu haqqında və s.
Qurultayı Kominternin icraiyyə komitəsi adından Nəriman Nərimanov açdı. 18 nəfərdən ibarət Rəyasət Heyətinə partiyanın və bitərəf fraksiyaların nümayəndələri seçildi, habelə katiblik təşkil olundu. Şərq qadınlarının azadlıq uğrunda mübarizə ilə həmrəylik timsalı kimi daha üç qadın, o cümlədən Azərbaycandan X. Ş. Şabanova da Rəyasət Heyətinə seçildi. İngiltərə, Fransa, ABŞ, Bolqarıstan, Avstriya, Macarıstan və b. ölkələrin nümayəndələri Rəyasət Heyətinin üzvü idilər.
Qurultayda aqrar məsələyə, milli məsələyə və müstəmləkə məsələsinə, sovet quruculuğu məsələsinə və təşkilat məsələsinə dair bölmələr təşkil edildi.
Azərbaycanın nümayəndəsi D. X. Bünyadzadə qurultayda beynəlxalq vəziyyət və şərqin zəhmətkeş kütlələrinin vəzifələri haqqında çıxış etdi. O, Azərbaycanı "Şərqdə sovet siyasətinin astanası" adlandırdı. Müzakirələrdə Dağıstan, Türkiyə, İran, Türküstan, İngiltərə, Fransa, Hindistan nümayəndələri və başqaları da çıxış etdilər. Amerika, Yaponiya, İspaniya, Hollandiya və Avstriya nümayəndələri öz nitqlərini dərc olunmaq üçün yazılı şəkildə təqdim etdilər. Con Rid (ABŞ) yazılı şəkildə təqdim olunmuş məruzəsində Şərq xalqlarına, xüsusən Amerika imperializminin hakimiyyətini hələ öz üzərində hiss etməyənlərə müraciətlə xəbərdarlıq edirdi ki, qoy düşünməsinlər ki, "Azad Amerika" ingilis, yaxud fransız imperialistlərindən yaxşıdır".
Qurultay nümayəndələri Leninin milli məsələyə və müstəmləkə məsələsinə dair Kominternin II konqresində təsdiq olunmuş tezislərini müzakirə etdilər. Tezislərdə "millətləri zülmkar və məzlum millətlərə bölmək, onları fərqləndirmək", müstəmləkə ölkələrindəki milli-azadlıq hərəkatlarını dəstəkləmək ideyası əsas yer tuturdu. Qurultay tezislərlə həmrəy olduğunu bildirdi, lakin onlara dair xüsusi qətnamə qəbul etmədi.
Milli məsələ və müstəmləkə məsələsi barədə məruzə edən M. Pavloviç demişdi:" III İnternasional məzlum xalqların inqilabi hərəkatı ilə sözdə deyil, işdə həmrəy olur və bütün ölkələrin, xüsusən əsarətdə olanların kommunist partiyalarının qarşısında vəzifə qoyur — milli-inqilabi hərəkata ən fəal yardım göstərsinlər".
Bela Kun Şərqdə sovet quruculuğu haqqında məruzə etdi və Şərqdə sovet hakimiyyəti uğrunda mübarizəni dəstəklədi.
Aqrar məsələyə dair məruzədə deyilirdi ki, "torpaq alınıb, heç bir ödəncsiz, keçmiş sahiblərinə heç bir haqq verilmədən, zəhmətkeş kəndlilərə paylanmalıdır".
Şərq xalqlarının birinci qurultayı Kominternin II konqresinin qərarlarına qoşuldu və Şərqdə sovet hakimiyyəti və aqrar məsələ haqqında tezisləri təsdiq etdi. Qurultay iki müraciətnamə qəbul etdi: "Şərq xalqlarını müstəmləkəçilərə qarşı mübarizəyə çağırış" və "Şərq xalqlarının azadlıq hərəkatını dəstəkləmək" barədə Avropa, Amerika və Yaponiya zəhmətkeşlərinə müraciət. Qurultayda ilk dəfə belə bir şüar elan edildi: "Bütün ölkələrin proletarları və bütün dünyanın məzlum xalqları, birləşin!". Beləliklə, vurğulandı ki, kommunistlər "yalnız bütün ölkələrin proletarlarının nümayəndələri kimi deyil, həm də məzlum xalqların nümayəndələri kimi çıxış edirlər".
Qurultayın son iclasında şərq qadınlarının nümayəndələri alovlu nitqlər söyləyərək öz tələblərini irəli sürdülər. Onlar bildirdilər ki, qadın hərəkatını bütün dünyanın məruz qaldığı inqilabi hərəkatın mühüm və zəruri nəticəsi kimi qiymətləndirmək lazımdır.
Şərq xalqlarının qurultayı 48 nəfərdən ibarət (35 kommunist və 13 bitərəf) şərq xalqlarının "Təbliğat və Fəaliyyət şurasını" seçdi. Şura daimi fəaliyyət göstərən icra orqanı idi və "Kommunist İnternasionalı icraiyyə komitəsi"nin rəhbərliyi altında işləməli idi. Şura şərq xalqları arasında inqilabi təbliğat aparmağı, onların azadlıq hərəkatını dəstəkləməyi və birləşdirməyi qarşısına vəzifə qoydu. Şuranın daimi məkanı Bakı şəhəri idi.
Qurultayın tarixi əhəmiyyəti
Şübhəsiz, şərq xalqlarının birinci qurultayı şərq ölkələrində imperializmə və müstəmləkəçiliyə qarşı mübarizə aparan inqilabi qüvvələrin yüksəlişini, onların həmrəyliyinin artmasını nümayiş etdirdi. Təsadüfi deyil ki, şərq xalqlarının Bakıda keçirilən qurultayı Antanta imperialistlərini karıxdırmışdı. Onlar şərq ölkələrindən qurultaya nümayəndələr gəlməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Nümayəndələri həbs etmək və Bakıya gəlmələrinə imkan verməmək üçün İngiltərə gəmiləri Trabzon sahillərində daim qarovul çəkirdilər. Onlar Hindistanın sərhədlərində və limanlarında da bu cür əngəllər yaratmışdılar. İrandakı ingilis müdaxiləçiləri Ənzəli limanına basqın edərək, qurultay nümayəndələrinin olduğu "Kursk" gəmisini bombardman etmişdilər. Nəticədə iki nəfər ölmüş və bir neçə adam yaralanmışdı. Onlarca nümayəndə imperialistlərin təşkil etdiyi blokadadan keçə bilməmişdi.
İngiltərənin nüfuzlu burjua qəzeti "Mançester Qardian"ın aşağıdakı etirafı şərq xalqları qurultayının imperialistləri, müstəmləkəçiləri necə narahat etdiyini göstərir: "İndi Rusiya şərqdə həmişəkindən daha güclüdür…". Bolşeviklər Azərbaycanda möhkəmlənmişlər, onun paytaxtı Bakı İranda və Xəzər dənizindən şərqə doğru vilayətlərdə siyasi təbliğatın mərkəzi olmuşdur. Nəhayət, lap bu yaxınlarda Bakıda bolşeviklərin rəhbərliyi altında şərq xalqlarının birinci qurultayı keçirilmiş və o, Qərbi Avropaya müqəddəs müharibə elan etmişdir. Bütün şərq nartlayış ərəfəsindədir, İranda bolşevik hərəkatı inkişaf edir. Mesopotamiyada üsyan qalxmışdır, bütün şəhərlərdə qarşısı çətinliklə saxlanılan inqilabi hərəkat alovlanır".
Hətta Gürcüstanın menşevik qəzetləri də Bakıda şərq xalqlarının birinci qurultayının işlədiyi vaxt Qərb mətbuatının avazı ilə qurultay barədə təhrif olunmuş hesabatlar dərc edirdi. Gürcüstanın menşevik hökuməti şərq xalqlarının qurultayında iştirak etmiş gürcü nümayəndələrinin Gürcüstana qayıtmasını qadağan etmişdi.
Şərq xalqları qurultayının İrandan olan nümayəndələri sərhədi keçəndə həbs edilib jandarmlar tərəfindən öldürülmüşdülər.
1920-ci il oktyabrın 9-da RK(b)P MK Siyasi Bürosu V. İ. Leninin iştirakı ilə şərq xalqları birinci qurultayı iştirakçılarının nümayəndə heyəti haqqında məsələ müzakirə etdi.
1920-ci il sentyabrın 17-də Şərq xalqları birinci qurultayının İran, Hindistan, Türküstan, Xivə, Buxara, Qafqaz və s. yerlərdən olan 27 nəfərlik nümayəndə heyəti Bakıdan Moskvaya yola düşdü. RK(b)P MK Siyasi Bürosunun iclasında məruzələr və məlumatlar şərq xalqlarının birinci qurultayının 27 nəfər nümayəndəsi ilə müzakirə olunduqdan sonra, V. İ. Lenin (oktyabrın 13 və ya 14-də) şərq xalqlarının yaşadıqları yerlərdə RK(b)P-nin vəzifələri haqqında partiya MK-sı Siyasi bürosunun qərar layihəsini yazdı. 1920-ci il oktyabrın 14-də RK(b)P MK Siyasi bürosu Leninin yazdığı qərar layihəsini əlavələrlə birlikdə qəbul etdi.
Mənbə
- Quliyev C. B. ġərq xalqlarının I qurultayının 40 illiyi. "Azərbaycan kommunisti", 1960, № 9.
- Qaffarov T. Azərbaycan tarixi (1920–1991). Bakı, 1999.
- Сорокин Г.З. Первый съезд народов Востока. М., 1963.
- Агамалиоглы С.А. Ленин и Восток. "Бакинский рабочий", 25 января 1925 г.
- Məmmədli Qulam. Xiyabani. Bakı, 1949
İstinadlar
- Azəri türklərinin tarixi. İstanbul, 1993, səh. 5.
- V. İ. Lenin. ƏTK, 41-ci c, səh. 695.
- Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 414, s. 1, i. 81, v. 17.
- Достижения Советского Азербайджана за 40 лет в цифрах. Стат. сб., Баку, 1960, стр. 44.
- V. İ. Lenin. ƏTK, 42-ci с, səh. 166.
- Azərbaycan Respublikası Dövlət Arxivi (bundan sonra — ARDA), f. 3429, s. 2, i. 634, v. 1
- Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 461, s. 1, i. 30430, v. 1
- Azəri türklərinin tarixi. Prof. dr. Mehmet Safay. İstanbul, 1993, səh. 5.
- Azəri türklərinin tarixi. Prof. dr. Mehmet Safay. İstanbul,1993, səh.5.
- А.Гусейнов. "Голос Индии". Индийская газета в Баку, Вах: газета "Бакинский рабочий", 19 сентября 1967 г., № 221.
- V. İ. Lenin. ƏTK, 41-ci с, səh. 678.
- Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, s. 3, i. 89, v. 1
- Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 17, s. 3, i. 89, v.2
- . "Коммунистический интернационал". М., 1920, стр. 2259, 2262, № 12
- Rusiya Federasiyası Prezidentinin Arxivi (bundan sonra — RFPA), f. 85, s. 19, i. 2, v. 1–2
- Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi (bundan sonra — ARDSPİHA), f. 1, s. 74, i. 120, v. 86.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Birinci Serq Xalqlari Qurultayi 1 7 sentyabr 1920 tarixleri arasinda Bakida Komintern terefinden teskil edilmis bir beynelxalq yigincaq XX esrin evvellerinde Serq xalqlarinin milli azadliq herekatinin yukselisi1920 ci ilde Yaxin ve Orta Serqin qovusugunda yeni bir dovletin ehalisi esasen muselmanlardan ibaret olan Azerbaycan SSR in yaranmasi bu regiondaki olkelerin qarsiliqli munasibetlerine ve ictimai siyasi veziyyete tesir gostermeye bilmezdi Iran xalqlarinin ingilis imperialistlerine qarsi mubarizesi guclendi Bu mubarizenin merkezi Cenubi Azerbaycan idi Seyx Mehemmed Xiyabaninin rehberliyi altinda Iran Demokrat partiyasinin basciliq etdiyi demokratik milli azadliq herekati 1919 cu ilin avqustunda imzalanmis tehqiramiz Ingiltere Iran muqavilesinin legvini azad seckiler kecirilmesini ve respublika qurulusunun yaradilmasini teleb edirdi Guclenmekde olan demokratik milli azadliq herekatinin tezyiqi altinda 1920 ci ilin iyununda Iranin ingilisperest hokumeti istefa vermeye mecbur oldu 1920 ci il iyunun 24 de Tebrizde Seyx Mehemmed Xiyabaninin basciligi ile milli demokratik hokumet teskil edildi Ele hemin vaxt Gilan Respublikasi elan olundu Bu munasibetle 1920 ci il iyunun 4 de Restde boyuk mitinq kecirildi Cenubi Azerbaycandaki Gilan ve Mazandarandaki usyanlarin tesiri altinda Tehranda Isfahanda Xorasanda ve Iranin basqa vilayetlerinde ingilis imperialistlerine qarsi mubarize guclendi 1920 ci ilin sonlarinda Enzelide kecirilen tesis qurultayi Edalet teskilatlarini Iran Kommunist Partiyasinin bayragi altinda birlesdirdi 1920 ci ilde Turkiye xalqi oz veteninin musteqilliyi ugrunda imperialist qesbkarlara qarsi qehremancasina mubarize aparirdi Mustafa Kamal Ataturk basda olmaqla Turkiyenin inqilabi hokumeti sovet Rusiyasi ile dostluq elaqeleri yaratmisdi 1920 ci il aprelin 26 da Turkiye Boyuk Millet Meclisi Mustafa Kamal Ataturkun imzasi ile V I Lenine mektub gondererek imperialist quvvelere qarsi mubarizeye yardim gosterilmesini xahis etdi Xususen Azerbaycan SSR elan olunduqdan sonra Sovet Rusiyasinin yardimi guclendi hetta beyan edildi ki Azerbaycana gelen Qizil Ordu Turkiye xalqinin milli azadliq herekatina yardim ucun gedir Hemin dovrde Bakida oz orqanini Yeni dunya qezetini nesr eden Turkiye kommunistleri bu isde xususi rol oynayirdilar Onlarin 1920 ci il sentyabrin 10 da Bakida kecirilen birinci qurultayi qetname qebul ederek Turkiye xalqinin imperializme qarsi milliazadliq mubarizesini guclendirmeye cagirdi Kamalcilar hokumetinin numayendeleri muxtelif diplomatik missiyalari Moskvaya Bakidan kecib gedirdiler Onlar bir qayda olaraq burada Azerbaycanin hokumet bascisi diger dovlet ictimai siyasi xadimleri ile qardascasina gorusur dovrun murekkeb cografi siyasi seraitinde ikiterefli munasibetlere dair umde meseleler baresinde meslehetlesmeler fikir mubadilesi aparirdilar Mustafa Kamal Ataturk Azerbaycan Respublikasinin sefirini qebul ederken demisdi Rum eli ve Anadolu xalqi azeri qardaslarinin qelblerinin oz qelbleri kimi cirpindigini bilirler Bunun ucun getirdiyiniz salam tohfesinin ne qeder derin ve ali hissden xelq oldugunu qiymetlendirir ve bu salami alarken Azerbaycan turklerinin de bir daha esarete dusmemeleri ve huquqlarinin paymal edilmemesi isteyini ve arzusunu izhar eyleyirler Azerbaycan turklerinin derdleri oz derdlerimiz ve sevincleri oz sevinclerimiz oldugu ucun onlarin muradlarina nail olmalari azad ve musteqil olaraq yasamalari bizi artiq derecede sevindirir V I Lenin Azerbaycanda sovet hakimiyyetinin qurulmasina boyuk ehemiyyet verirdi O olkenin beynelxalq ve daxili veziyyetinin mohkemlenmesinde Serqde sosialist ideyalarinin yayilmasinda sovet Azerbaycaninin rolunu defelerle vurgulamisdi Elametdar haldir ki Azerbaycan SSR in yaranmasindan derhal sonra Efqanistan Iran Turkiye ve diger muselman olkelerinin numayendeleri Bakiya gelmeye baslamisdi Tezlikle Bakida hind bolmesi teskil edildi ve o yerli metbeede urdu dilinde Azad Hindistan Exbari qezetinin nesrine basladi Qurultayin kecirilmesine hazirliqRK b P MK Serq xalqlarinin qurultayini cagirmaq barede Kominternin icraiyye komitesinin teklifini muzakire ederek serq xalqlarinin birinci qurultayini Bakida ilk muselman sovet respublikasinin paytaxtinda cagirmagi qerara aldi 1920 ci il iyunun 18 de RK b P MK Siyasi Burosu III Internasionalin Bakida Serq xalqlarinin qurultayini kecirmesini prinsip etibarile beyendi ve qerara aldi ki bu mesele barede Neriman Nerimanovun ve I V Stalinin reyleri sorusulsun Musbet cavab alan Siyasi Buro Bakida qurultayin cagirilmasi haqqinda meseleni iyunun 29 da muzakire etdi ve qurultayin teskili uzre buro yaratdi Kominternin icraiyye komitesi II konqresden sonra Iran Ermenistan ve Turkiyenin esaretde qalan xalq kutlelerine mektubla muraciet etdi Kominternin icraiyye komitesi ġerqin fehle ve kendlilerine muracietinde bildirirdi ki o Bakida qurultayi umumi dusmenle imperializmle mubarizede serq zehmetkesleri ve Avropa proletariatinin seylerinin birlesdirilmesi meselelerini birlikde muzakire etmek ucun cagirir Serq olkelerinin kommunist demokratik ve mutereqqi teskilatlari III Internasionalin icraiyye komitesinin muracietine cavab olaraq Bakida serq xalqlari qurultayinin cagirilmasi ugrunda tesviqata basladilar 1920 ci ilin avqustundan etibaren Azerbaycanda butun emekci ehalinin istiraki ile serq xalqlarinin birinci qurultayina seckiler baslanmisdi Partiya isini guclendirmek emek haqqinin bir hissesini Avropa ve Serq olkelerinde tetil eden proletariata yardim ucun kocurmek ve muselman fehleleri partiya siralarina celb etmek meqsedile Bakida qurultay cagirilmasi munasibetile serq Internasionali teskil etmek qerara alindi Azerbaycanin partiya sovet ve ictimai teskilatlari serq xalqlarinin birinci qurultayinin cagirilmasi numayendelerin isinin teskili ile bagli boyuk hazirliq gormusduler 1920 ci il avqustun 30 da Dovlet opera teatrinin binasinda qurultay numayendeleri ucun konsert mitinq oldu ertesi gun ise Baki fehle qizil esger ve matros deputatlari sovetinin ve Azerbaycan hemkarlar ittifaqlarinin qurultay numayendelerinin istiraki ile tenteneli iclasi kecirildi Hemin iclasda Neriman Nerimanov habele Bela Kun Macaristan Tomas Kvelc Ingiltere Con Rid ABS Q Zinovyev K Radek ve b serq xalqlarina tebrikle muraciet etdiler Serq xalqlarinin I qurultayiV I Leninin dediyi kimi Serq xalqlarinin Baki qurultayi 1920 ci il sentyabrin 1 7 de kecirildi Bakiya qurultaya 1891 numayende Qafqaz Orta Asiya Efqanistan Misir Hindistan Cin Koreya Suriya Turkiye Yaponiya ve diger olkelerden 37 milletin numayendesi gelmisdi Bakiya qurultaya 1891 numayende Qafqaz Orta Asiya Efqanistan Misir Hindistan Cin Koreya Suriya Turkiye Yaponiya ve diger olkelerden 37 milletin numayendesi gelmisdi Qurultayda bir sira Avropa olkelerinin ve Amerika kommunist partiyalarinin numayendeleri Bela Kun Tomas Kvelc Con Rid ve basqalari da istirak edirdiler Numayendelerin 55 neferi qadin idi Serq xalqlarinin birinci qurultayi asagidaki meseleleri muzakire etdi beynelxalq veziyyet ve ġergin zehmetkes kutlelerinin vezifeleri milli mesele mustemleke meselesi aqrar mesele serq olkelerinde sovet quruculugu haqqinda ve s Qurultayi Kominternin icraiyye komitesi adindan Neriman Nerimanov acdi 18 neferden ibaret Reyaset Heyetine partiyanin ve biteref fraksiyalarin numayendeleri secildi habele katiblik teskil olundu Serq qadinlarinin azadliq ugrunda mubarize ile hemreylik timsali kimi daha uc qadin o cumleden Azerbaycandan X S Sabanova da Reyaset Heyetine secildi Ingiltere Fransa ABS Bolqaristan Avstriya Macaristan ve b olkelerin numayendeleri Reyaset Heyetinin uzvu idiler Qurultayda aqrar meseleye milli meseleye ve mustemleke meselesine sovet quruculugu meselesine ve teskilat meselesine dair bolmeler teskil edildi Azerbaycanin numayendesi D X Bunyadzade qurultayda beynelxalq veziyyet ve serqin zehmetkes kutlelerinin vezifeleri haqqinda cixis etdi O Azerbaycani Serqde sovet siyasetinin astanasi adlandirdi Muzakirelerde Dagistan Turkiye Iran Turkustan Ingiltere Fransa Hindistan numayendeleri ve basqalari da cixis etdiler Amerika Yaponiya Ispaniya Hollandiya ve Avstriya numayendeleri oz nitqlerini derc olunmaq ucun yazili sekilde teqdim etdiler Con Rid ABS yazili sekilde teqdim olunmus meruzesinde Serq xalqlarina xususen Amerika imperializminin hakimiyyetini hele oz uzerinde hiss etmeyenlere muracietle xeberdarliq edirdi ki qoy dusunmesinler ki Azad Amerika ingilis yaxud fransiz imperialistlerinden yaxsidir Qurultay numayendeleri Leninin milli meseleye ve mustemleke meselesine dair Kominternin II konqresinde tesdiq olunmus tezislerini muzakire etdiler Tezislerde milletleri zulmkar ve mezlum milletlere bolmek onlari ferqlendirmek mustemleke olkelerindeki milli azadliq herekatlarini desteklemek ideyasi esas yer tuturdu Qurultay tezislerle hemrey oldugunu bildirdi lakin onlara dair xususi qetname qebul etmedi Milli mesele ve mustemleke meselesi barede meruze eden M Pavlovic demisdi III Internasional mezlum xalqlarin inqilabi herekati ile sozde deyil isde hemrey olur ve butun olkelerin xususen esaretde olanlarin kommunist partiyalarinin qarsisinda vezife qoyur milli inqilabi herekata en feal yardim gostersinler Bela Kun Serqde sovet quruculugu haqqinda meruze etdi ve Serqde sovet hakimiyyeti ugrunda mubarizeni destekledi Aqrar meseleye dair meruzede deyilirdi ki torpaq alinib hec bir odencsiz kecmis sahiblerine hec bir haqq verilmeden zehmetkes kendlilere paylanmalidir Serq xalqlarinin birinci qurultayi Kominternin II konqresinin qerarlarina qosuldu ve Serqde sovet hakimiyyeti ve aqrar mesele haqqinda tezisleri tesdiq etdi Qurultay iki muracietname qebul etdi Serq xalqlarini mustemlekecilere qarsi mubarizeye cagiris ve Serq xalqlarinin azadliq herekatini desteklemek barede Avropa Amerika ve Yaponiya zehmetkeslerine muraciet Qurultayda ilk defe bele bir suar elan edildi Butun olkelerin proletarlari ve butun dunyanin mezlum xalqlari birlesin Belelikle vurgulandi ki kommunistler yalniz butun olkelerin proletarlarinin numayendeleri kimi deyil hem de mezlum xalqlarin numayendeleri kimi cixis edirler Qurultayin son iclasinda serq qadinlarinin numayendeleri alovlu nitqler soyleyerek oz teleblerini ireli surduler Onlar bildirdiler ki qadin herekatini butun dunyanin meruz qaldigi inqilabi herekatin muhum ve zeruri neticesi kimi qiymetlendirmek lazimdir Serq xalqlarinin qurultayi 48 neferden ibaret 35 kommunist ve 13 biteref serq xalqlarinin Tebligat ve Fealiyyet surasini secdi Sura daimi fealiyyet gosteren icra orqani idi ve Kommunist Internasionali icraiyye komitesi nin rehberliyi altinda islemeli idi Sura serq xalqlari arasinda inqilabi tebligat aparmagi onlarin azadliq herekatini desteklemeyi ve birlesdirmeyi qarsisina vezife qoydu Suranin daimi mekani Baki seheri idi Qurultayin tarixi ehemiyyetiSubhesiz serq xalqlarinin birinci qurultayi serq olkelerinde imperializme ve mustemlekeciliye qarsi mubarize aparan inqilabi quvvelerin yukselisini onlarin hemreyliyinin artmasini numayis etdirdi Tesadufi deyil ki serq xalqlarinin Bakida kecirilen qurultayi Antanta imperialistlerini karixdirmisdi Onlar serq olkelerinden qurultaya numayendeler gelmesine her vasite ile mane olmaga calisirdilar Numayendeleri hebs etmek ve Bakiya gelmelerine imkan vermemek ucun Ingiltere gemileri Trabzon sahillerinde daim qarovul cekirdiler Onlar Hindistanin serhedlerinde ve limanlarinda da bu cur engeller yaratmisdilar Irandaki ingilis mudaxilecileri Enzeli limanina basqin ederek qurultay numayendelerinin oldugu Kursk gemisini bombardman etmisdiler Neticede iki nefer olmus ve bir nece adam yaralanmisdi Onlarca numayende imperialistlerin teskil etdiyi blokadadan kece bilmemisdi Ingilterenin nufuzlu burjua qezeti Mancester Qardian in asagidaki etirafi serq xalqlari qurultayinin imperialistleri mustemlekecileri nece narahat etdiyini gosterir Indi Rusiya serqde hemisekinden daha gucludur Bolsevikler Azerbaycanda mohkemlenmisler onun paytaxti Baki Iranda ve Xezer denizinden serqe dogru vilayetlerde siyasi tebligatin merkezi olmusdur Nehayet lap bu yaxinlarda Bakida bolseviklerin rehberliyi altinda serq xalqlarinin birinci qurultayi kecirilmis ve o Qerbi Avropaya muqeddes muharibe elan etmisdir Butun serq nartlayis erefesindedir Iranda bolsevik herekati inkisaf edir Mesopotamiyada usyan qalxmisdir butun seherlerde qarsisi cetinlikle saxlanilan inqilabi herekat alovlanir Hetta Gurcustanin mensevik qezetleri de Bakida serq xalqlarinin birinci qurultayinin islediyi vaxt Qerb metbuatinin avazi ile qurultay barede tehrif olunmus hesabatlar derc edirdi Gurcustanin mensevik hokumeti serq xalqlarinin qurultayinda istirak etmis gurcu numayendelerinin Gurcustana qayitmasini qadagan etmisdi Serq xalqlari qurultayinin Irandan olan numayendeleri serhedi kecende hebs edilib jandarmlar terefinden oldurulmusduler 1920 ci il oktyabrin 9 da RK b P MK Siyasi Burosu V I Leninin istiraki ile serq xalqlari birinci qurultayi istirakcilarinin numayende heyeti haqqinda mesele muzakire etdi 1920 ci il sentyabrin 17 de Serq xalqlari birinci qurultayinin Iran Hindistan Turkustan Xive Buxara Qafqaz ve s yerlerden olan 27 neferlik numayende heyeti Bakidan Moskvaya yola dusdu RK b P MK Siyasi Burosunun iclasinda meruzeler ve melumatlar serq xalqlarinin birinci qurultayinin 27 nefer numayendesi ile muzakire olunduqdan sonra V I Lenin oktyabrin 13 ve ya 14 de serq xalqlarinin yasadiqlari yerlerde RK b P nin vezifeleri haqqinda partiya MK si Siyasi burosunun qerar layihesini yazdi 1920 ci il oktyabrin 14 de RK b P MK Siyasi burosu Leninin yazdigi qerar layihesini elavelerle birlikde qebul etdi MenbeQuliyev C B ġerq xalqlarinin I qurultayinin 40 illiyi Azerbaycan kommunisti 1960 9 Qaffarov T Azerbaycan tarixi 1920 1991 Baki 1999 Sorokin G Z Pervyj sezd narodov Vostoka M 1963 Agamaliogly S A Lenin i Vostok Bakinskij rabochij 25 yanvarya 1925 g Memmedli Qulam Xiyabani Baki 1949IstinadlarAzeri turklerinin tarixi Istanbul 1993 seh 5 V I Lenin ETK 41 ci c seh 695 Rusiya Federasiyasi Prezidentinin Arxivi bundan sonra RFPA f 414 s 1 i 81 v 17 Dostizheniya Sovetskogo Azerbajdzhana za 40 let v cifrah Stat sb Baku 1960 str 44 V I Lenin ETK 42 ci s seh 166 Azerbaycan Respublikasi Dovlet Arxivi bundan sonra ARDA f 3429 s 2 i 634 v 1 Rusiya Federasiyasi Prezidentinin Arxivi bundan sonra RFPA f 461 s 1 i 30430 v 1 Azeri turklerinin tarixi Prof dr Mehmet Safay Istanbul 1993 seh 5 Azeri turklerinin tarixi Prof dr Mehmet Safay Istanbul 1993 seh 5 A Gusejnov Golos Indii Indijskaya gazeta v Baku Vah gazeta Bakinskij rabochij 19 sentyabrya 1967 g 221 V I Lenin ETK 41 ci s seh 678 Rusiya Federasiyasi Prezidentinin Arxivi bundan sonra RFPA f 17 s 3 i 89 v 1 Rusiya Federasiyasi Prezidentinin Arxivi bundan sonra RFPA f 17 s 3 i 89 v 2 Kommunisticheskij internacional M 1920 str 2259 2262 12 Rusiya Federasiyasi Prezidentinin Arxivi bundan sonra RFPA f 85 s 19 i 2 v 1 2 Azerbaycan Respublikasi Dovlet Siyasi Partiyalar ve Ictimai Herekatlar Arxivi bundan sonra ARDSPIHA f 1 s 74 i 120 v 86