Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyannamə.
Şuşa Bəyannaməsi | |
---|---|
| |
İmzalanma tarixi | 15 iyun 2021 |
İmzalanma yeri | Şuşa, Azərbaycan |
İmzalayanlar | İlham Əliyev Rəcəb Tayyib Ərdoğan |
Tərəflər | Azərbaycan Türkiyə |
Dilləri | Azərbaycan dili Türk dili |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə prezdentləri arasında imzalanmışdır.
Bəyannamənin tam mətni
Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasındakı müttəfiqlik münasibətləri haqqında
ŞUŞA BƏYANATI
Azərbaycan Respublikası və Türkiyə Respublikası,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq,
İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək,
9 fevral 1994-cü il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutaraq,
İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini vurğulayaraq,
Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini dərk edərək,
Beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq,
Müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyini ifadə edərək,
Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək,
Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında səyləri birləşdirərək,
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi vurğulayaraq,
Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivlərini hərtərəfli nəzərdən keçirərək,
bəyan edirlər:
Tərəflər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin durumundan məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edirlər.
Tərəflər fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi.
Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
Tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin və rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar.
Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.
Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar.
Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Tərəflər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.
Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.
Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.
Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.
Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.
Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.
Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər.
Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.
Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin sadəcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar.
Tərəflər regional və beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, onun bütün forma və təzahürlərinə, maliyyələşdirilməsinə, həmçinin kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə səylərini və əməkdaşlıqlarını genişləndirəcək və dərinləşdirəcəklər.
Azərbaycan Respublikası Türkiyə Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, sabitliyinə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün fəaliyyətləri, o cümlədən terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və Türkiyə Respublikasının terrorçuluğa qarşı apardığı mübarizəni qətiyyətlə dəstəkləyir.
Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.
Tərəflər ölkələrinin təqdim edilməsi və milli mənafelərinin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diasporal fəaliyyətin əlaqələndirilməsini və qarşılıqlı dəstəyi təşviq edəcəklər.
Tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər.
Tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu"na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.
Tərəflər parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini və bu istiqamətdə qarşılıqlı fəaliyyətin artırılmasını təşviq edirlər.
Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər.
Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkdilər.
Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.
Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.
Tərəflər bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edirlər və həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyətini qeyd edərək, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər.
Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir.
Bu Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində, Azərbaycan türkcəsi və Türkiyə türkcəsi dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir.
Bəyannaməni imzalayıblar:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Qalereya
İstinadlar
- Şuşa Bəyannaməsinin TAM MƏTNİ 2021-06-16 at the Wayback Machine İstifadə tarixi: 16.06.2021
- Türkiye ve Azerbaycan arasında Şuşa Beyannamesi imzalandı! İşte beyannamenin tam metni 2021-06-16 at the Wayback Machine İstifadə tarixi: 16.06.2021
Həmçinin Bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Susa Beyannamesi 2021 ci il iyunun 15 de Susa seherinde Azerbaycan ve Turkiye arasinda muttefiqlik munasibetleri haqqinda imzalanmis beyanname Susa BeyannamesiReceb Tayyib Erdogan ve Ilham Eliyev SusadaImzalanma tarixi 15 iyun 2021Imzalanma yeri Susa AzerbaycanImzalayanlar Ilham Eliyev Receb Tayyib ErdoganTerefler Azerbaycan TurkiyeDilleri Azerbaycan dili Turk dili Vikianbarda elaqeli mediafayllarTarixi2021 ci il iyunun 15 de Susa seherinde Azerbaycan ve Turkiye prezdentleri arasinda imzalanmisdir Beyannamenin tam metniTurkiye Respublikasi ile Azerbaycan Respublikasi arasindaki muttefiqlik munasibetleri haqqinda SUSA BEYANATI Azerbaycan Respublikasi ve Turkiye Respublikasi Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyevin ve Turkiye Respublikasinin Prezidenti Receb Tayyib Erdoganin Azerbaycanin ve butovlukde Turk dunyasinin qedim medeniyyet besiyi olan Susa seherinde gorusunun tarixi ehemiyyetini vurgulayaraq Iki dost ve qardas olke arasinda imzalanmis butun beynelxalq senedlere bununla elaqedar 13 oktyabr 1921 ci il tarixli Qars muqavilesine sadiq olduqlarini bir daha tesdiq ederek 9 fevral 1994 cu il tarixinde imzalanmis Azerbaycan Respublikasi ve Turkiye Respublikasi arasinda dostluq ve herterefli emekdasligin inkisafi barede Muqavile ni ve Azerbaycan Respublikasi ve Turkiye Respublikasi arasinda emekdasliq ve qarsiliqli yardim haqqinda Protokol u elece de 16 avqust 2010 cu il tarixinde imzalanmis Azerbaycan Respublikasi ve Turkiye Respublikasi arasinda strateji terefdasliq ve qarsiliqli yardim haqqinda Muqavile ni rehber tutaraq Iki olke ve onun xalqlari arasindaki dostluq ve qardasliqdan cixis ederek Azerbaycan Respublikasi ve Turkiye Respublikasi arasindaki munasibetlerin keyfiyyetce yeni muttefiqlik seviyyesine qaldirilmasinin iki olke ve onlarin xalqlarinin maraq ve menafelerine xidmet etdiyini vurgulayaraq Umumi maraqlarin qorunmasinda her iki olkenin siyasi herbi iqtisadi mudafie medeni humanitar sehiyye tehsil sosial gencler ve idman sahelerindeki imkan ve potensiallarinin birlesdirilmesinin muhum ehemiyyetini derk ederek Beynelxalq huququn prinsip ve normalarina o cumleden de Birlesmis Milletler Teskilatinin Nizamnamesine uygun olaraq qlobal ve regional sulh sabitlik ve tehlukesizliyin temin edilmesinde birge seylerin davam etdirilmesinin vacibliyini vurgulayaraq Musterek maraq kesb eden regional ve beynelxalq strateji meselelerde fealiyyetlerin qarsiliqli sekilde elaqelendirilmesinin zeruriliyini ifade ederek Azerbaycan Respublikasi ve Turkiye Respublikasinin musteqilliyi suverenliyi erazi butovluyu beynelxalq seviyyede taninmis serhedlerinin toxunulmazligi kimi milli maraqlara soykenen meselelerde ikiterefli ve coxterefli formatlarda hemreylik ve qarsiliqli yardim prinsiplerinden cixis ederek Turk dunyasinin davamli inkisafina yonelmis qarsiliqli fealiyyetlerin regional ve beynelxalq mustevilerde ireli aparilmasinda seyleri birlesdirerek Turkiye Cumhuriyyetinin qurucusu Mustafa Kamal Ataturkun ve Azerbaycan xalqinin umummilli lideri Heyder Eliyevin mudrikcesine soyledikleri Azerbaycanin sevinci bizim sevincimiz kederi bizim kederimizdir ve Bir millet iki dovlet ifadelerinin xalqlarimizin milli menevi serveti kimi deyerlendirildiyini xususi vurgulayaraq Azerbaycan Respublikasi ve Turkiye Respublikasi arasindaki ikiterefli munasibetlerin daha da genislendirilmesi ve derinlesdirilmesi perspektivlerini herterefli nezerden kecirerek beyan edirler Terefler iki dost ve qardas olke arasinda strateji seviyyede inkisaf eden munasibetlerin durumundan memnunluq ifade ederek siyasi dialoqun butun seviyyelerde davam etdirilmesinin ve qarsiliqli yuksek seviyyeli seferlerin ehemiyyetini qeyd edirler Terefler fexaret hissi ile bildirirler ki Azerbaycan 44 gunluk Veten muharibesi erzinde qelebe qazanaraq Ermenistanin 30 ilden beri davam eden tecavuzkar siyasetine son qoydu torpaqlarini isgaldan azad etdi tarixi edaletin zefer calmasini ve beynelxalq huququn berpa olunmasini temin etdi Azerbaycan Ermenistanin 30 illik tecavuzune son qoyulmasinda isgal olunmus torpaqlarin azad olunmasinda Azerbaycanin erazi butovluyunun berpa edilmesinde Turkiye Respublikasinin menevi siyasi desteyini yuksek qiymetlendirir Terefler Qafqaz regionunda sabitliyin ve tehlukesizliyin mohkemlendirilmesi butun iqtisadi ve neqliyyat elaqelerinin berpasi elece de region dovletleri arasinda munasibetlerin normallasdirilmasi ve uzunmuddetli sulhun temin edilmesi istiqametinde seylerini davam etdirecekler Bu kontekstde Azerbaycan Respublikasinin Naxcivan Muxtar Respublikasinin xususi cografi veziyyeti nezere alinacaqdir Terefler Turkiyenin Azerbaycanin isgaldan azad edilmis erazilerinde Turkiye Rusiya Birge Merkezinin fealiyyetine verdiyi tohfenin regiondaki sulhun sabitliyin ve rifahin temin edilmesinde muhum rol oynadigini vurgulayirlar Azerbaycan Respublikasi ve Turkiye Respublikasi musteqillik suverenlik erazi butovluyu beynelxalq seviyyede taninmis serhedlerin toxunulmazligi dovletlerin daxili islerine qarismamaq prinsiplerini rehber tutaraq muttefiqlik munasibetlerinin qurulmasinin siyasi ve huquqi mexanizmlerini mueyyen edirler Terefler xarici siyaset sahesinde elaqelendirmenin ve muntezem ikiterefli siyasi meslehetlesmelerin heyata kecirilmesinin vacibliyini qeyd edirler ve bu istiqametde Azerbaycan Respublikasi ile Turkiye Respublikasi arasinda Yuksek Seviyyeli Strateji Emekdasliq Surasi cercivesinde fealiyyetlerin ehemiyyetini vurgulayirlar Terefler oz milli maraq ve menafelerini mudafie ve temin etmeye yonelmis musteqil xarici siyaset heyata kecirirler Terefler regional ve beynelxalq miqyasda sabitlik ve rifah vasitesile sulh dostluq ve mehriban qonsuluga esaslanan beynelxalq munasibetlerin inkisaf etdirilmesi elece de munaqiselerin ve regional ve qlobal tehlukesizlik ve sabitlik meselelerinin helli istiqametinde birge seyler gosterirler Terefler aktual xarakter kesb eden qarsiliqli maraq doguran beynelxalq meseleler uzre hemreylik ve qarsiliqli destek numayis etdirerek yaxin ve ya ust uste dusen movqeden cixis etmekle ikiterefli emekdasligi derinlesdirecekler ve Birlesmis Milletler Teskilati ATET Avropa Surasi Turkdilli Dovletlerin Emekdasliq Surasi Islam Emekdasliq Teskilati daxil olmaqla beynelxalq ve regional teskilatlar cercivesinde bir birine qarsiliqli destek gosterecekler Tereflerden her hansi birinin fikrince onun musteqilliyine suverenliyine erazi butovluyune beynelxalq seviyyede taninmis serhedlerinin toxunulmazligina ve ya tehlukesizliyine qarsi ucuncu dovlet ve ya dovletler terefinden tehdid ve ya tecavuz edildiyi teqdirde Terefler birge meslehetlesmeler aparacaq ve bu tehdid ve ya tecavuzun aradan qaldirilmasi meqsedile BMT Nizamnamesinin meqsed ve prinsiplerine muvafiq tesebbus heyata kecirecek bir birine BMT Nizamnamesine uygun zeruri yardim gosterecekler Bu yardimin hecmi ve formasi texire salinmadan kecirilen muzakireler yolu ile mueyyen edilerek birge tedbirler gorulmesi ucun mudafie ehtiyaclarinin odenilmesine qerar verilecek ve Silahli Quvvelerin guc ve idareetme strukturlarinin elaqelendirilmis fealiyyeti teskil olunacaqdir Tereflerin Tehlukesizlik Suralarinin milli tehlukesizlik meseleleri uzre muntezem olaraq birge iclaslari kecirilecekdir ve bu iclaslarda milli menafe Tereflerin maraqlarina toxunan regional ve beynelxalq tehlukesizlik meselelerinin muzakiresi heyata kecirilecekdir Terefler iki qardas olkenin silahli quvvelerinin muasir teleblere uygun olaraq yeniden formalasdirilmasi ve modernlesdirilmesi istiqametinde birge sey gostermeye davam edecekler Terefler minalanmis erazilerin temizlenmesi esas goturulmekle Ermenistan isgalindan azad edilmis rayonlarda heyatin normallasdirilmasi istiqametinde fealiyyetleri destekleyecekler Terefler mudafie qabiliyyetlerinin ve herbi tehlukesizliyin mohkemlendirilmesine yonelen sexsi heyet mubadilesini birge tehsil ve telimlerin kecirilmesini iki olkenin silahli quvvelerinin birlikde fealiyyet qabiliyyetinin artirilmasini muasir texnologiyalara esaslanan silah ve sursatlarin idare olunmasinda six emekdasligi ve bu meqsedle selahiyyetli struktur ve qurumlarin elaqeli fealiyyetinin temin edilmesini tesviq edecekler Azerbaycan ve Turkiye diger dost dovletlerin ordulari ile birlikde herbi telimlerin kecirilmesini destekleyecekler Terefler milli ve beynelxalq ohdeliklerini nezere almaqla deniz hava ve kosmos sahelerinde qarsiliqli texnologiya mubadilesini heyata kecirerek musterek qabiliyyetlerin inkisaf etdirilmesi meqsedile birge layihelerin yerine yetirilmesini tesviq edecek ve qarsiliqli mudafie senayesi texnologiyalarinin inkisaf etdirilmesine musbet tohfe verecekler sahib olduqlari silah ve sursatla techiz edecek onlarin istehsal texnologiyalarini qarsiliqli sekilde tesviq edecek ve hazirda onlarin olkelerinde movcud olmayan istehsal sahelerinin yaradilmasini birge tedqiqat ve istehsalat islerinin heyata kecirilmesini iki olkenin mudafie senayesi qurumlarinin texnologiyalar herbi teyinatli mehsullar ve xidmetler sahesinde daxili ve beynelxalq bazarlarda emekdasliq etmesini destekleyecekler Terefler bildirirler ki iki dovlet arasinda inkisaf etdirilen ve onlarin milli maraqlarina cavab veren herbi siyasi emekdasliq ucuncu dovletlere qarsi yonelmemisdir Terefler kiber tehlukesizlik sahesinde emekdasligin daha da inkisaf etdirilmesinin vacibliyini vurgulayirlar ve bu sahede birge elmi tedqiqat isleri mutexessis hazirligi heyata kecirecek qarsiliqli texniki emekdasligi tesviq edecekler Terefler ticaret iqtisadi munasibetlerde milli iqtisadiyyatlarinin ve ixracin saxelendirilmesi elece de perspektiv sahelerde birge istehsalin qurulmasi investisiya emekdasliginin qarsiliqli faydali inkisafi ucun daha elverisli seraitin inkisaf etdirilmesi istiqametinde seylerini artiracaqlar Bu xususda Azerbaycan ve Turkiye mallarin serbest hereketinin teskili mexanizmlerinin yaradilmasi istiqametinde tedbirler gorecekler Terefler regionun ve Avropanin enerji tehlukesizliyine tohfe veren tebii qaz menbe ve marsrut saxelendirilmesini temin eden strateji Cenub Qaz Dehlizinin heyata kecirilmesinde Turkiye ve Azerbaycanin qabaqcil rolunu vurgulayirlar Terefler Cenub Qaz Dehlizinin semereli sekilde istifade olunmasina ve daha da inkisaf etdirilmesine yonelmis seyleri elaqelendirilmis sekilde davam etdirecekler Terefler hemcinin qlobal enerji sektorundaki prosesleri nezere alaraq regionun enerji techizati tehlukesizliyinin guclendirilmesi ucun elektrik sahesinde de regional emekdasliga tohfe verecek seylerin artirilaraq davam etdirilmesi uzre niyyetlerini ifade edirler Terefler iki olkenin erazisinden kecen Serq Qerb Orta beynelxalq neqliyyat dehlizinin reqabet qabiliyyetinin artirilmasi meqsedile qarsiliqli emekdasligi mohkemlendirecekler Azerbaycan ve Turkiye intellektual neqliyyat sistemleri texnologiyalarindan istifade etmekle beynelxalq neqliyyat dehlizlerinin Azerbaycan Turkiye hisselerinde tranzit neqliyyat potensialini daha da inkisaf etdirecekler Terefler Azerbaycan ve Turkiyeni birlesdiren Azerbaycan Respublikasinin qerb rayonlari ile Azerbaycan Respublikasinin Naxcivan Muxtar Respublikasi arasinda dehlizin Zengezur dehlizi acilmasinin ve hemin dehlizin davami kimi Naxcivan Qars demir yolunun tikintisinin iki olke arasinda neqliyyat kommunikasiya elaqelerinin intensivlesmesine muhum tohfe vereceyini qeyd edirler Terefler Turkiye ile Azerbaycan arasinda elaqelerin movcud seviyyesinin umumi regional ve beynelxalq sulh ve rifaha tohfe verdiyini elaqelerin sadece iki olkeye deyil eyni zamanda regiona sulh ve rifah getirerek basda region olkeleri olmaqla beynelxalq birliyin sabitlik sulh ve maraqlarina xidmet edeceyini vurgulayirlar Terefler regional ve beynelxalq sabitliye ve tehlukesizliye menfi tesir eden muxtelif tehdid ve cagirislara xususile terrorculuga onun butun forma ve tezahurlerine maliyyelesdirilmesine hemcinin kutlevi qirgin silahlarinin yayilmasina mutesekkil cinayetkarliga cirkli pullarin yuyulmasina narkotiklerin qanunsuz dovriyyesine insan alverine qanunsuz miqrasiyaya qarsi mubarize sahesinde birge seylerini ve emekdasliqlarini genislendirecek ve derinlesdirecekler Azerbaycan Respublikasi Turkiye Respublikasinin suverenliyine erazi butovluyune serhedlerinin toxunulmazligina sabitliyine ve tehlukesizliyine qarsi yonelmis butun fealiyyetleri o cumleden terrorculugun butun forma ve tezahurlerini pisleyir ve Turkiye Respublikasinin terrorculuga qarsi apardigi mubarizeni qetiyyetle destekleyir Terefler muxtelif olkelerde yasayan Azerbaycan ve turk diasporlari arasinda emekdasligin daha six inkisaf etdirilmesi onlarin meruz qaldiqlari umumi problemler qarsisinda birlikde addimlar atilmasi ve ardicil hemreylik gosterilmesi meqsedile seylerini birlesdirecekler Terefler olkelerinin teqdim edilmesi ve milli menafelerinin qorunmasina dair tarixi heqiqetlerin dunya ictimaiyyetine catdirilmasinda diasporal fealiyyetin elaqelendirilmesini ve qarsiliqli desteyi tesviq edecekler Terefler Ermenistanin Turkiyeye qarsi esassiz iddialarinin tarixin tehrif olunmasi ve tarixi faktlarin tehrif olunmaqla siyasilesdirilmesi cehdlerinin regionda sulhe ve sabitliye ziyan vurdugunu vurgulayaraq bu kontekstde 1915 ci il hadiseleri ile bagli olaraq oz arxivlerini acan Turkiyenin Ermenistandaki ve diger olkelerdeki arxivlerin acilmasi ve bu movzuda tarixciler terefinden arasdirmalarin aparilmasina yonelmis seylerini qetiyyetle destekleyirler Terefler 10 dekabr 2020 ci il tarixinde imzalanmis Azerbaycan Respublikasi ile Turkiye Respublikasi arasinda media sahesinde strateji emekdasliq haqqinda Anlasma Memorandumu na uygun olaraq Azerbaycan Turkiye Media Platformasinin imkanlari nezere alinmaqla iki olkenin aidiyyeti qurumlari arasinda informasiya kommunikasiya ve ictimai diplomatiya sahelerinde emekdasligi daha da guclendirecekler ve bu cercivede xarici isler nazirlikleri arasinda davamli olaraq informasiya uzre six meslehetlesmeler ve mubadileler heyata kecirilecekdir Terefler parlamentlerarasi emekdasligin daha da guclendirilmesini ve bu istiqametde qarsiliqli fealiyyetin artirilmasini tesviq edirler Terefler her iki xalqin musterek deyerlerinin umde tezahurlerine lazimi ictimai desteyin gosterilmesini temin edecek tarixi ve medeni irslerinin qorunmasi ucun birge fealiyyet heyata kecirecekler Terefler Turk dunyasinin birlik ve rifahina xidmet edecek milli ve beynelxalq seylerin artirilmasina diqqet cekdiler Terefler Turk medeni irsinin beynelxalq seviyyede teblig ve tesviq edilmesi sahesinde birge emekdasligi guclendirecekler Terefler Turk hemreyliyinin daha da mohkemlendirilmesi meqsedile Turkdilli Dovletlerin Emekdasliq Surasi Turk Akademiyasi Turk Medeniyyeti ve Irsi Fondu TURKSOY ve Turkdilli Olkelerin Parlament Assambleyasi cercivesinde heyata kecirilen fealiyyetlere tekan verecekler Terefler bir Terefin vetendaslarinin diger Terefin erazisine sexsiyyet vesiqesi ile seyahet etmeleri haqqinda elde edilen razilasmadan memnunluq ifade edirler ve hemin razilasmanin xalqlarimiz arasinda yaxinliq ve insanlar arasinda elaqeler baximindan mustesna ehemiyyetini qeyd ederek bir Terefin vetendaslarinin diger Terefin erazisinde yasamaq huququ elde etmelerini qarsililiq prinsipine uygun olaraq asanlasdirmaq ucun muvafiq tedbirler gorulmesini teqdir edirler Terefler lazimi dovlet desteyini temin ederek xalqlari arasinda musterek deyerlere soykenen six elaqeleri humanitar sosial mudafie elm tehsil sehiyye medeniyyet gencler ve idman sahelerinde daha da inkisaf etdirecek ve derinlesdirecekler Bu meqsedle iki olkenin aidiyyeti qurumlari terefinden birge davamli fealiyyetler heyata kecirilecekdir Bu Beyanname Susa seherinde 15 iyun 2021 ci il tarixinde Azerbaycan turkcesi ve Turkiye turkcesi dillerinde olmaqla iki esl nusxede imzalanmisdir butun metnler beraber autentikdir Beyannameni imzalayiblar Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev Turkiye Respublikasinin Prezidenti Receb Tayyib ErdoganQalereyaIstinadlarSusa Beyannamesinin TAM METNI 2021 06 16 at the Wayback Machine Istifade tarixi 16 06 2021 Turkiye ve Azerbaycan arasinda Susa Beyannamesi imzalandi Iste beyannamenin tam metni 2021 06 16 at the Wayback Machine Istifade tarixi 16 06 2021Hemcinin BaxErmeni soyqirimi Qars muqavilesi Turkiye Azerbaycan Strateji Emekdasliq Sazisi