İşraqilik—Şəhabəddin Yəhya Sührəvərdi tərəfindən yaradılan fəlsəfi və teosofik təlim.
Mahiyyəti
Müsəlman dünyasında fəlsəfənin nüfuzunu itirməsi və sönük sahəyə çevrilərək tarix səhnəsindən silinməsi faktı təhlil edilərkən əsas səbəb kimi Əbu Hamid əl-Qəzalinin islam fəlsəfəsi əleyhinə fundamental çıxışı göstərilir. Amma biz bunu təqlidi-emosional yanaşmanın meydana çıxardığı arqument hesab edirik. Düzdür, Qəzalinin fəlsəfəyə qarşı çıxmasından sonra müsəlman ziyalıları arasında bu elmlə məşğul olmaq öz aktuallığını itirmişdi. Lakin bəzi müəlliflərə görə, Qəzalinin tənqidlərindən sonra Şərqdə nüfuzunu itirən təlim rasional məşşailik fəlsəfəsi olmuşdur. Bir tərəfdən, İbn Rüşdün ölümündən sonra məşşailik süqut etmiş, digər tərəfdən, yeni fəlsəfi təlim – işraqilik təşəkkül tapmışdı. İşraqilik “məşşailik və işraqilikdə dərya olan” “şeyx əl-məqtul” (öldürülmüş şeyx), “şeyx əş-şəhid” (şəhid şeyx), “əl-feyləsuf əl-məqtul” (öldürülmüş filosof) (5, 6) və “şeyx əl-işraq” ləqəbləri ilə tanınan Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi (1154-1191) tərəfi ndən qurulmuşdu. İşraqilik bilikləri kəsbdə mistik təcrübə (zövq) və intuisiyaya (kəşf, həds) əsaslanan teosofi k təlim idi və rasional məşşailik fəlsəfəsinin antipodu sayılırdı. XII əsrdən sonra Şərqdə fəlsəfi düşüncəni təmsil edən işraqilik Şührəvərdinin, Şəmsəddin Şəhrəzurinin (vəfatı - 1288), İbn Kəmmunənin (1215- 1284), Qütbəddin Şirazinin (1236-1310), Nəsirəddin Tusinin (1201-1274), Cəlaləddin Dəvvaninin (1427- 1502), Məhəmməd Baqir Mir Damad (1551-1631) və Molla Sədranın (1571-1640) timsalında məşşailiyin süqutundan sonra da öz mövcudluğunu davam etdirmişdir.
Metodları
İşraqiliyin islam metodoloji fikri tarixindəki yerini müəyyənləşdirmək üçün bu məktəbin nümayəndələrinin həqiqəti kəsb və biliyi hasil məqsədilə istifadə etdikləri metodları öyrənmək lazımdır. “Hikmət əl-işraq” (İşraq fəlsəfəsi) kitabının əvvəlində Sührəvərdi işraqiliyin məzmunu və digər fəlsəfi təlimlərlə əlaqəsi məsələsinə toxunur. Filosofa görə, “qədim hikmət”, yəni qədim dövrün fəlsəfəsində iki başlıca metoddan istifadə edilmişdir: a) isbatlama (istidlal) metodu (əl-hikmə əl-bəhsiyyə); b) mistik təcrübə və intuisiya metodu (əl-hikmə əz-zövqiyyə). Həqiqətə nail olmaq üçün bu iki metod bir-birini tamamlamalıdır. Çünki düşünmə və rasional idrak (müaqələ) vasitəsilə həqiqi biliyin – həqiqətin kəsbi mümkün deyildir; həqiqətə çatmada təcrübə (zövq) əsasdır. Şührəvərdi iddiasını onunla əsaslandırmağa çalışır ki, Aristoteldən başlayaraq rasional metoddan istifadə etmiş filosoflar bir-biri ilə ixtilafdadırlar. O, rasionalist məşşai filosofl ara xitabən deyirdi: “Sizin abstrakt mühakimə (nəzər) və idrak metodunuz şeylərin xüsusiyyətlərini sadalamağa yarayır. Amma cismin mahiyyətindən xəbəriniz yoxdur. Şeylərin mahiyyətinə nüfuz etmək üçün başqa yol tapmaq lazımdır”. Sührəvərdinin kitablarında bu yol “irrasional intuisiya”dır (mükaşəfə). Lakin Sührəvərdi bu 174 iki üsulu bir-birindən fərqləndirmir: intuisiya üsulu, rasional mühakimə və düşünmə (bəhs) üsulu ilə bir-birini tamamlamalıdır. Yəni, həqiqətə gedən yolda “əziyyət”i, “nəfsi tərbiyə” və “mistik təcrübə”ni təmsil edən “təəllüh” ilə rasional mühakiməni və düşünməni ifadə edən “bəhs” üsulları ortaqdır. Sührəvərdi bu iki üsuldan istifadə etməklə həqiqət axtarışına çıxanları üç qrupa bölür. Birincisi “təəllüh”ə dalıb “bəhs”ə əhəmiyyət verməyənlərdir ki, Sührəvərdi peyğəmbərlərin və sufi lərin çox hissəsini onlara aid edir. “Bəhs”ə əhəmiyyət verib “təəllüh”ü unudanlar isə ikinci qrupu təşkil edirlər. Sührəvərdiyə görə, Farabi və İbn Sina bu qrupa daxildir. Üçüncü qrup isə həm “təəllüh”, həm də “bəhs” yolunu tutanlardır ki, onların da sayı olduqca azdır. Sührəvərdi özünü bu qrupa aid edir. Deməli, Sührəvərdiyə görə, həqiqətə nail olmaq üçün «təəllüh” və “bəhs” üsullarını vəhdətdə götürmək lazımdır. O belə şəxsləri “əl-həkim əl-mütəəllih” (teosofi st) adlandırır və iddia edir ki, Farabi və İbn Sinanın rasional “bəhs” metodu sağlam olsa da, teosofi stlər üçün kifayət deyildir. Elə isə əvvəlcə “kəşf” və “zövq” mərhələsindən keçmək lazımdır. Bu səbəbdən Sührəvərdi deyirdi: “İlahi Nuru sevənlər məşşailik fəlsəfəsini bilməklə yanaşı, bu kitabı da (“İşraq fəlsəfəsi”ni – M.E) oxusunlar. Onu oxumadan əvvəl qırx gün zahidanə həyat keçirmək, ət yeməmək, tərki-dünya olmaq və nəfsi tam şəkildə paklamaq lazımdır”. Maraqlıdır ki, Sührəvərdi məşşailərin rasional üsullarını qənaətbəxş hesab etmədiyi halda, onların ustadı Aristoteli müsəlman peripatetizmindən “qoparmağa” və onunla işraqi müddəaları əsaslandırmağa cəhd etmişdir. O iddia edirdi ki, Aristotelin fəlsəfi təlimi müsəlman peripatetiklərinin onun yaradıcılığına dair yazdıqları şərh-əsərlərdə təhrif olunub. Sührəvərdi deyirdi ki, uzun müddətdir düşüncələrini məşğul edən bilik probleminin həllini tapmağında Aristotelə borcludur: yuxusuna girən Aristotel ona tövsiyə etmişdir ki, problemi ətraf aləmdə deyil, subyektin iç aləmində, özəqayıtma ilə həll etmək mümkündür. Göründüyü kimi, Sührəvərdi öz iddialarını isbatlamaq üçün Aristotelin nüfuzundan istifadə etməyə çalışmışdır.
İşraqilikdə kəşf
İşraqilik təlimində ağıl və düşünməyə verilən əhəmiyyət həmçinin “kəşf” üsulunun mötəbərliyini isbatlama cəhdlərində öz əksini tapmışdır. Məsələn, Sührəvərdiyə görə, rasional təfəkkür (müaqələ) təkcə “kəşf” üsulunu iqrar və öyrətmədə kara gəlir. O, bilikləri kəsbdə məhduddur, ikinci dərəcəlidir. Mühüm olaraq qeyd edək ki, işraqilik fəlsəfəsinin “kəşf” anlayışı sufi likdəki eyniadlı anlayışdan fərqlənir. Habelə işraqi filosofl arının “həds” (intuisiya) üsulunu Platonun, yeniplatonçular və İbn Sinanın müraciət etdikləri eyniadlı məfh umdan fərqləndirmək lazımdır. Belə ki Sührəvərdi “kəşf” və ya “mükaşəfə” dedikdə “həqiqətin qəlbə “açılması”nı, “əqli həqiqətlərin birdən-birə, ilham yolu ilə dərki”ni və “yarıyuxulu vəziyyətdə ikən «örtüy»ün qalxaraq bəzi sirlərin aşkar olması”nı nəzərdə tuturdu. Lakin bu 176 “kəşf” bütövlükdə içə aid subyektiv proses olmayıb, əsasən xarici aləmlə, əşyalar dünyası ilə əlaqədardır. Bu səbəbdən “kəşf” əsasında təkcə “nəfsə aid” həqiqətləri deyil, həm də canlılara və fi ziki aləmə dair bəzi hadisə və əlaqələri öyrənmək mümkündür. Bu baxımdan işraqiliyin “kəşf”i ilə sufi liyin “vəcd” (daxilən cuşa gəlmək) və “səkr” (batini susalma, mənəvi sərxoşluq) hallarını özündə birləşdirən “kəşf”i ayrı-ayrı anlayışlardır. Platon, yeniplatonçular və İbn Sina yaradıcılığında öyrənilən “həds” (intuisiya) isə rasional prosesdir və işraqi fəlsəfəsində təsis edilən «mənəvi» intuisiya məfh umunun antipodudur. Sonralar işraqilik fəlsəfəsinin Qərbdəki – Əndəlüsdəki əsas təmsilçisi İbn Tüfeyl (1106-1186) bu problemi hərtərəfl i şəkildə araşdıracaq, sufi “vəcd”i və işraqilik “kəşf”i arasındakı fərqləri əsaslı şəkildə izah edəcəkdi.
Məşşailiyin təsirləri
Metodologiya baxımından işraqilik fəlsəfəsi məşşailikdən fərqlənsə də, işraqi filosofl ar müsəlman məşşailərinin bəzi iddialarının təsirində qalmışdılar. Hətt a işraqiliyin banisi Sührəvərdi məşşai filosofu İbn Sinaya çox şey borcludur. Bu ona görədir ki, işraqiliyin təməl daşını atan məhz İbn Sina olmuşdur. Belə ki İbn Sina ömrünün sonlarına yaxın rasional intuisiya üsuluna əsaslanan Şərq fəlsəfəsi təsis etməyə cəhd göstərmişdi. Bu fəlsəfi təlimin adı “əl-hikmə əl-məşriqiyyə”, yəni “Şərq hikməti (fəlsəfəsi)” olmalı idi. Onun bu barədə yazdığı “Hikmət əl-məşriqiyyin” kitabından bizə təkcə “Məntiq əl-məşriqiyyin” adlı fəsil gəlib çatıb. Sührəvərdi İbn Sinanın alleqoriya və rəmzlərə aid əsərlərini oxumuş, eyni 177 məzmunda kitablar qələmə almış, bəzilərini isə fars dilinə tərcümə etmişdir. Bu səbəbdən bəzi müəlliflər (Seyyid Hüseyn Nəsr və başqaları) bildirirlər ki, işraqilik fəlsəfəsini yaradarkən Sührəvərdi İbn Sinanın son əsərlərindən, ələlxüsus “əl-İşarat və ət-tənbihat” kitabının “Məqamat əl-arifi n” fəslindəki ideyalardan təsirlənmişdir. Yuxarıda göstərmişdik ki, işraqilik təlimini işləyib-hazırlayan Sührəvərdi Aristotelin “xeyir-dua”sını aldığını iddia edirdi. Bu səbəbdən onun fəlsəfi ideyaları və məşşailik fəlsəfəsinin əsas müddəaları arasında oxşar cəhətlər mövcuddur. Məsələn, varlığı “zəruri” və “mümkün” növlərinə ayıran məşşailər kimi işraqilər də varlığı təmsil edən işığı mütləq, substantiv (ən-nur əl-mücərrəd və ya ən-nur əl-cövhəri) və nisbi, aksidental (ən-nur əl-ərəzi) olmaqla iki növdə qruplaşdırırdılar. Həmçinin işraqilikdə varlıq aləminin iyerarxik strukturu Farabi və İbn Sinanın “südur” təliminə müvafi qdir. Fərq məşşai “ağılları”nın yerini işraqi “nurları”nın tutmasında, “südur” sözünün “işraq” sözü ilə əvəzlənməsindədir (191, 410-411). Həmçinin məşşailər və işraqilər peyğəmbərliyin rasional izahında həmrəydirlər; işraqilərə görə, peyğəmbərlik peyğəmbərlər tərəfi ndən “kəşf” və “ilham” yolu ilə nur mənbəyindən biliklərin kəsb edilməsidir. Məşşailər də peyğəmbərləri “həds” (intuisiya) və “təxəyyül” ilə “fəal ağıl”dan bilik əxz edən subyektlər kimi nəzərdən keçirirdilər. Teosofi stlər “feyz” yolu ilə “Nurların nuru”ndan, filosoflar isə təfəkkür və əqli mühakimə (nəzər) sayəsində “fəal ağıl”dan biliklər əldə edirlər.
Oxşar cəhətlərə baxmayaraq, rasional məşşailik teosofi k işraqilikdən fərqlənir. Məsələn, məşşailərin On Kateqoriyasını Beş Kateqoriyada (substansiya, hərəkət, izafi lik, keyfi yyət və kəmiyyət) ixtisar etmək, Aristotelin “tərif” anlayışına yeni məzmun vermək, substansiyanın “həyula” (başlanğıc maddə) və formaya əks olduğunu göstərmək, əşyalara xas ideyaları (mono-ideyaları) təkzib etmək – bütün bunlar işraqilik və məşşailik arasındakı fərqli cəhətlərdir.
Mənbə
- Məmmədov E. N. Orta əsr İslam fikrində din və fəlsəfə. AMEA Z. Bünyadov adına Şərqşünaslığ institutu. Bakı: İdrak, 2019, s. 172-180.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər
- Corbin Henry. İslam felsefesi tarihi / Hüseyin Hateminin tərcüməsi ilə. Çap yeri və ili göstərilməyib, s. 355.
- Uludağ Süleyman. İslam düşüncesinin yapısı. İstanbul: “Dergah”, 1985, s. 235.
- Ислам: Энциклопедический словарь /Отв. ред. С.М.Прозоров. М.: «Наука», 1991, s. 215.
- Toshihiko İzutsu. İşrakilik / İslamda bilgi ve felsefe: məqalələr toplusu / Mustafa Armağanın redaktorluğu ilə. “Şüle” yayınları, 1999, s. 83.
- İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998-2009, c. XXIII, s. 435.
- Erdoğan İsmail. İşrakilikin islam felsefesi içerisindeki yeri ve kaynakları // Fırat Üniversitesi, İlahiyat fakültesi dergisi, 2003, № 8, s. 160.
- Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967, s. 192.
- Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967, s. 195.
- İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998-2009, c. XXIII, s. 436.
- Ülken Hilmi Ziya. İslam felsefesi: kaynakları ve tesirleri. İzmir: Türkiye İş Bankası Kültür Yayınları, 1967, s. 194.
- Nasr Seyyid Hüseyin. Şihâbeddin Sühreverdi Maktûl / İslam düşüncesi tarihi / M.M.Şərifin redaktorluğu ilə. 4 cilddə, I c., İstanbul, 1990, c. 1, s. 417.
- محمد علي أبي ريان. تاريخ الفكر الفلسفي في االسالم. بيروت: دار النحضة العربية، 1973 s. 410-411.
- İslam ansiklopedisi: 32 cilddə, İstanbul (Ankara): Türkiye Diyanet Vakfı, 1998-2009, c. XXIII, s. 437.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Israqilik Sehabeddin Yehya Suhreverdi terefinden yaradilan felsefi ve teosofik telim MahiyyetiMuselman dunyasinda felsefenin nufuzunu itirmesi ve sonuk saheye cevrilerek tarix sehnesinden silinmesi fakti tehlil edilerken esas sebeb kimi Ebu Hamid el Qezalinin islam felsefesi eleyhine fundamental cixisi gosterilir Amma biz bunu teqlidi emosional yanasmanin meydana cixardigi arqument hesab edirik Duzdur Qezalinin felsefeye qarsi cixmasindan sonra muselman ziyalilari arasinda bu elmle mesgul olmaq oz aktualligini itirmisdi Lakin bezi muelliflere gore Qezalinin tenqidlerinden sonra Serqde nufuzunu itiren telim rasional messailik felsefesi olmusdur Bir terefden Ibn Rusdun olumunden sonra messailik suqut etmis diger terefden yeni felsefi telim israqilik tesekkul tapmisdi Israqilik messailik ve israqilikde derya olan seyx el meqtul oldurulmus seyx seyx es sehid sehid seyx el feylesuf el meqtul oldurulmus filosof 5 6 ve seyx el israq leqebleri ile taninan Sihabeddin Ebulfutuh Yehya ibn Hebes Suhreverdi 1154 1191 terefi nden qurulmusdu Israqilik bilikleri kesbde mistik tecrube zovq ve intuisiyaya kesf heds esaslanan teosofi k telim idi ve rasional messailik felsefesinin antipodu sayilirdi XII esrden sonra Serqde felsefi dusunceni temsil eden israqilik Suhreverdinin Semseddin Sehrezurinin vefati 1288 Ibn Kemmunenin 1215 1284 Qutbeddin Sirazinin 1236 1310 Nesireddin Tusinin 1201 1274 Celaleddin Devvaninin 1427 1502 Mehemmed Baqir Mir Damad 1551 1631 ve Molla Sedranin 1571 1640 timsalinda messailiyin suqutundan sonra da oz movcudlugunu davam etdirmisdir MetodlariIsraqiliyin islam metodoloji fikri tarixindeki yerini mueyyenlesdirmek ucun bu mektebin numayendelerinin heqiqeti kesb ve biliyi hasil meqsedile istifade etdikleri metodlari oyrenmek lazimdir Hikmet el israq Israq felsefesi kitabinin evvelinde Suhreverdi israqiliyin mezmunu ve diger felsefi telimlerle elaqesi meselesine toxunur Filosofa gore qedim hikmet yeni qedim dovrun felsefesinde iki baslica metoddan istifade edilmisdir a isbatlama istidlal metodu el hikme el behsiyye b mistik tecrube ve intuisiya metodu el hikme ez zovqiyye Heqiqete nail olmaq ucun bu iki metod bir birini tamamlamalidir Cunki dusunme ve rasional idrak muaqele vasitesile heqiqi biliyin heqiqetin kesbi mumkun deyildir heqiqete catmada tecrube zovq esasdir Suhreverdi iddiasini onunla esaslandirmaga calisir ki Aristotelden baslayaraq rasional metoddan istifade etmis filosoflar bir biri ile ixtilafdadirlar O rasionalist messai filosofl ara xitaben deyirdi Sizin abstrakt muhakime nezer ve idrak metodunuz seylerin xususiyyetlerini sadalamaga yarayir Amma cismin mahiyyetinden xeberiniz yoxdur Seylerin mahiyyetine nufuz etmek ucun basqa yol tapmaq lazimdir Suhreverdinin kitablarinda bu yol irrasional intuisiya dir mukasefe Lakin Suhreverdi bu 174 iki usulu bir birinden ferqlendirmir intuisiya usulu rasional muhakime ve dusunme behs usulu ile bir birini tamamlamalidir Yeni heqiqete geden yolda eziyyet i nefsi terbiye ve mistik tecrube ni temsil eden teelluh ile rasional muhakimeni ve dusunmeni ifade eden behs usullari ortaqdir Suhreverdi bu iki usuldan istifade etmekle heqiqet axtarisina cixanlari uc qrupa bolur Birincisi teelluh e dalib behs e ehemiyyet vermeyenlerdir ki Suhreverdi peygemberlerin ve sufi lerin cox hissesini onlara aid edir Behs e ehemiyyet verib teelluh u unudanlar ise ikinci qrupu teskil edirler Suhreverdiye gore Farabi ve Ibn Sina bu qrupa daxildir Ucuncu qrup ise hem teelluh hem de behs yolunu tutanlardir ki onlarin da sayi olduqca azdir Suhreverdi ozunu bu qrupa aid edir Demeli Suhreverdiye gore heqiqete nail olmaq ucun teelluh ve behs usullarini vehdetde goturmek lazimdir O bele sexsleri el hekim el muteellih teosofi st adlandirir ve iddia edir ki Farabi ve Ibn Sinanin rasional behs metodu saglam olsa da teosofi stler ucun kifayet deyildir Ele ise evvelce kesf ve zovq merhelesinden kecmek lazimdir Bu sebebden Suhreverdi deyirdi Ilahi Nuru sevenler messailik felsefesini bilmekle yanasi bu kitabi da Israq felsefesi ni M E oxusunlar Onu oxumadan evvel qirx gun zahidane heyat kecirmek et yememek terki dunya olmaq ve nefsi tam sekilde paklamaq lazimdir Maraqlidir ki Suhreverdi messailerin rasional usullarini qenaetbexs hesab etmediyi halda onlarin ustadi Aristoteli muselman peripatetizminden qoparmaga ve onunla israqi muddealari esaslandirmaga cehd etmisdir O iddia edirdi ki Aristotelin felsefi telimi muselman peripatetiklerinin onun yaradiciligina dair yazdiqlari serh eserlerde tehrif olunub Suhreverdi deyirdi ki uzun muddetdir dusuncelerini mesgul eden bilik probleminin hellini tapmaginda Aristotele borcludur yuxusuna giren Aristotel ona tovsiye etmisdir ki problemi etraf alemde deyil subyektin ic aleminde ozeqayitma ile hell etmek mumkundur Gorunduyu kimi Suhreverdi oz iddialarini isbatlamaq ucun Aristotelin nufuzundan istifade etmeye calismisdir Israqilikde kesfIsraqilik teliminde agil ve dusunmeye verilen ehemiyyet hemcinin kesf usulunun moteberliyini isbatlama cehdlerinde oz eksini tapmisdir Meselen Suhreverdiye gore rasional tefekkur muaqele tekce kesf usulunu iqrar ve oyretmede kara gelir O bilikleri kesbde mehduddur ikinci derecelidir Muhum olaraq qeyd edek ki israqilik felsefesinin kesf anlayisi sufi likdeki eyniadli anlayisdan ferqlenir Habele israqi filosofl arinin heds intuisiya usulunu Platonun yeniplatoncular ve Ibn Sinanin muraciet etdikleri eyniadli mefh umdan ferqlendirmek lazimdir Bele ki Suhreverdi kesf ve ya mukasefe dedikde heqiqetin qelbe acilmasi ni eqli heqiqetlerin birden bire ilham yolu ile derki ni ve yariyuxulu veziyyetde iken ortuy un qalxaraq bezi sirlerin askar olmasi ni nezerde tuturdu Lakin bu 176 kesf butovlukde ice aid subyektiv proses olmayib esasen xarici alemle esyalar dunyasi ile elaqedardir Bu sebebden kesf esasinda tekce nefse aid heqiqetleri deyil hem de canlilara ve fi ziki aleme dair bezi hadise ve elaqeleri oyrenmek mumkundur Bu baximdan israqiliyin kesf i ile sufi liyin vecd daxilen cusa gelmek ve sekr batini susalma menevi serxosluq hallarini ozunde birlesdiren kesf i ayri ayri anlayislardir Platon yeniplatoncular ve Ibn Sina yaradiciliginda oyrenilen heds intuisiya ise rasional prosesdir ve israqi felsefesinde tesis edilen menevi intuisiya mefh umunun antipodudur Sonralar israqilik felsefesinin Qerbdeki Endelusdeki esas temsilcisi Ibn Tufeyl 1106 1186 bu problemi herterefl i sekilde arasdiracaq sufi vecd i ve israqilik kesf i arasindaki ferqleri esasli sekilde izah edecekdi Messailiyin tesirleriMetodologiya baximindan israqilik felsefesi messailikden ferqlense de israqi filosofl ar muselman messailerinin bezi iddialarinin tesirinde qalmisdilar Hett a israqiliyin banisi Suhreverdi messai filosofu Ibn Sinaya cox sey borcludur Bu ona goredir ki israqiliyin temel dasini atan mehz Ibn Sina olmusdur Bele ki Ibn Sina omrunun sonlarina yaxin rasional intuisiya usuluna esaslanan Serq felsefesi tesis etmeye cehd gostermisdi Bu felsefi telimin adi el hikme el mesriqiyye yeni Serq hikmeti felsefesi olmali idi Onun bu barede yazdigi Hikmet el mesriqiyyin kitabindan bize tekce Mentiq el mesriqiyyin adli fesil gelib catib Suhreverdi Ibn Sinanin alleqoriya ve remzlere aid eserlerini oxumus eyni 177 mezmunda kitablar qeleme almis bezilerini ise fars diline tercume etmisdir Bu sebebden bezi muellifler Seyyid Huseyn Nesr ve basqalari bildirirler ki israqilik felsefesini yaradarken Suhreverdi Ibn Sinanin son eserlerinden elelxusus el Isarat ve et tenbihat kitabinin Meqamat el arifi n feslindeki ideyalardan tesirlenmisdir Yuxarida gostermisdik ki israqilik telimini isleyib hazirlayan Suhreverdi Aristotelin xeyir dua sini aldigini iddia edirdi Bu sebebden onun felsefi ideyalari ve messailik felsefesinin esas muddealari arasinda oxsar cehetler movcuddur Meselen varligi zeruri ve mumkun novlerine ayiran messailer kimi israqiler de varligi temsil eden isigi mutleq substantiv en nur el mucerred ve ya en nur el covheri ve nisbi aksidental en nur el erezi olmaqla iki novde qruplasdirirdilar Hemcinin israqilikde varliq aleminin iyerarxik strukturu Farabi ve Ibn Sinanin sudur telimine muvafi qdir Ferq messai agillari nin yerini israqi nurlari nin tutmasinda sudur sozunun israq sozu ile evezlenmesindedir 191 410 411 Hemcinin messailer ve israqiler peygemberliyin rasional izahinda hemreydirler israqilere gore peygemberlik peygemberler terefi nden kesf ve ilham yolu ile nur menbeyinden biliklerin kesb edilmesidir Messailer de peygemberleri heds intuisiya ve texeyyul ile feal agil dan bilik exz eden subyektler kimi nezerden kecirirdiler Teosofi stler feyz yolu ile Nurlarin nuru ndan filosoflar ise tefekkur ve eqli muhakime nezer sayesinde feal agil dan bilikler elde edirler Oxsar cehetlere baxmayaraq rasional messailik teosofi k israqilikden ferqlenir Meselen messailerin On Kateqoriyasini Bes Kateqoriyada substansiya hereket izafi lik keyfi yyet ve kemiyyet ixtisar etmek Aristotelin terif anlayisina yeni mezmun vermek substansiyanin heyula baslangic madde ve formaya eks oldugunu gostermek esyalara xas ideyalari mono ideyalari tekzib etmek butun bunlar israqilik ve messailik arasindaki ferqli cehetlerdir MenbeMemmedov E N Orta esr Islam fikrinde din ve felsefe AMEA Z Bunyadov adina Serqsunaslig institutu Baki Idrak 2019 s 172 180 Hemcinin baxIstinadlarXarici kecidlerCorbin Henry Islam felsefesi tarihi Huseyin Hateminin tercumesi ile Cap yeri ve ili gosterilmeyib s 355 Uludag Suleyman Islam dusuncesinin yapisi Istanbul Dergah 1985 s 235 Islam Enciklopedicheskij slovar Otv red S M Prozorov M Nauka 1991 s 215 Toshihiko Izutsu Israkilik Islamda bilgi ve felsefe meqaleler toplusu Mustafa Armaganin redaktorlugu ile Sule yayinlari 1999 s 83 Islam ansiklopedisi 32 cildde Istanbul Ankara Turkiye Diyanet Vakfi 1998 2009 c XXIII s 435 Erdogan Ismail Israkilikin islam felsefesi icerisindeki yeri ve kaynaklari Firat Universitesi Ilahiyat fakultesi dergisi 2003 8 s 160 Ulken Hilmi Ziya Islam felsefesi kaynaklari ve tesirleri Izmir Turkiye Is Bankasi Kultur Yayinlari 1967 s 192 Ulken Hilmi Ziya Islam felsefesi kaynaklari ve tesirleri Izmir Turkiye Is Bankasi Kultur Yayinlari 1967 s 195 Islam ansiklopedisi 32 cildde Istanbul Ankara Turkiye Diyanet Vakfi 1998 2009 c XXIII s 436 Ulken Hilmi Ziya Islam felsefesi kaynaklari ve tesirleri Izmir Turkiye Is Bankasi Kultur Yayinlari 1967 s 194 Nasr Seyyid Huseyin Sihabeddin Suhreverdi Maktul Islam dusuncesi tarihi M M Serifin redaktorlugu ile 4 cildde I c Istanbul 1990 c 1 s 417 محمد علي أبي ريان تاريخ الفكر الفلسفي في االسالم بيروت دار النحضة العربية 1973 s 410 411 Islam ansiklopedisi 32 cildde Istanbul Ankara Turkiye Diyanet Vakfi 1998 2009 c XXIII s 437