İslamın qızıl dövrü ya da İslam renessansı — VIII əsrdən XIII əsrə qədər İslam dünyasının yüksəlişini ifadə edən dövr. Ancaq bəzi mənbələrdə bu dövrün XIV əsrə, bir başqa mənbələrdə isə XV əsrə qədər davam etdiyi deyilir. Bu dövr əsnasında İslam dünyasında mühəndislər, alimlər, tacirlər sənətə, əkinçiliyə, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, gəmiçiliyə, fəlsəfəyə və elmə və texnologiyaya köhnə adətləri qoruyub yenilərini əlavə edərək iştirak etdi. Hovard R. Terner: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi." demişdir.
Haqqında
VII əsrdə Şərq ölkələrini işğal edən bədəvi ərəblər burada özlərindən qat-qat mədəni xalqlarla qarşılaşdılar. Misir, Finikiya, Suriya, Mesopotomiya və İranın zəngin mədəniyyəti qarşısında çaşıb qalan bədəvilər bu ehtişamı mənimsəməyə başladılar. Tezliklə Arami, Şumer, Yunan, Fars mədəniyyətləri çox haqsız yerə "ərəb-islam mədəniyyəti" adı ilə dünyaya tanıdıldı. Bu mühitdə yetişən böyük dahilərə "ərəb alimləri" deyilməyə başlandı. Halbuki İslam Renessansının böyük xadimlərindən heç biri ərəb deyildi. Məhz bu alimlər böyük bir İntibah başlatdılar.
Bu dövrdə şərq mədəniyyəti, qərbə qarşı olduqca böyük bir üstünlük qurmuş, xüsusilə elmi və texnoloji mənada bir çox inkişaf göstərmişdir. Şərqdə olan inkişaflar Avropaya Səlib yürüşləri nəticəsində çatmışdır. Orta əsrlərin əvvəlləri Avropada "qaranlıq çağ" adlanırdı. Hər şəhər özünü dövlət, hər feodal hökmdar sayırdı və əsl hökmdarlar da belələrinin başını əzir, şəhərlərini alır, dövlət qururdular. Avropa şəhərlərinin istisnasız olaraq hamısında hamam, kanalizasiya, balacalar üçün məktəblər, böyüklər üçün həkimxanalar və xəstəxanaların nə olduğunu bilmirdilər. VII əsrin əvvəllərində İslam xəlifələri nəhəng əraziləri idarə edir, fütuhatlarla zəfər çalır, alimləri himayə edirdilər. Onlar dərk edirdilər ki, hakimiyyətlə elmin intibahı bir-birindən ayrılanda ölkə üçün faciələr yaradır və bu səbəbdən də elmə böyük diqqət verirdilər. Bunun da çeşidli səbəbləri vardı. Təbabət bilikləri insanların həyatını xilas edir, hərbi texnika və döyüş təmrinləri müharibələrdə qələbəni təmin edir, riyaziyyat isə qalalar, qəsrlər və sarayların tikintisini sürətləndirməklə bahəm, gözəllik və möhtəşəmliyi böyüdürdü. Elmə xüsusi diqqət verilirdi. Məsələn, X əsrdə, sadəcə, Kordovada 700 məscid və 70 kitabxana vardı. Qahirədəki kitabxanada 2 milyon kitab saxlanılırdı. Mərakeşdəki Əl Qəruin darülfünunu tələbələrinə "elmi hasil etmiş adam kağızı" verirdi ki, bu da müasir diplomların ulu babası idi.
Ərəb dili elmin universal lisanına çevrilmişdi. Əvvəllər ünsiyyət saxlamaq imkanı olmayan alimlər müxtəlif ölkələrdə yaşasalar da, asanlıqla yazışırdılar. Bundan başqa, ərəb dili dəqiqliyi ilə seçildiyindən elmi və texniki terminologiya üçün ideal səviyyədə əlverişli idi. İspaniyanın cənubundakı Kordovadakı mədrəsələrdən birində dərs deyən alim Bağdad, Şamaxı və ya Səmərqənddəki həmkarları ilə ədəbiyyat, ya da elmlə bağlı müzakirələrə varır, mübahisələr edirdi. IX əsrdə Bağdadda, xəlifə sarayında hər iki həftədən bir, çərşənbə günləri "məclisül-əql" toplantıları təşkil edilirdi. Yaş, din, irq və yaşadığı ölkədən asılı olmayaraq alimlər, din xadimləri, astronomlar, riyaziyyatçılar, hükəmalar, şairlər bir yerə yığışır, fikir və ideyalarını müzakirə edirdilər. Xəlifənin də qatıldığı bu məclislərdə alimlərdən bir fikrə riayət etmələri və ya İslamı qəbul etmələri tələb olunmurdu. Onlar fikirlərini, mövqelərini aşkar deyə bilərdilər. Bir şərtlə ki, ərəb dilində danışaraq iddialarını məntiqlə izah və sübut etsinlər. Fars imperiyasında mövcud olmuş böyük ndan 400 il sonra Xəlifə Valid bin Əbdülməlik 707-ci ildə Bağdadda dünyanın 2-ci xəstəxanasını yaradanda Avropada cərrahlar fırıldaqçı elan edilir, cərrahiyyə əməliyyatı aparmaq istəyən həkimlər isə edam olunurdular. Əbdülmalikin xəstəxanasında xəstələr dövlət hesabına müalicə olunur, korlar və vəbalılar yeməklə təmin edilirdilər. Səhiyyə və təbabət müsəlman alimlərin ən böyük uğurlar qazandığı sahələrdi. Məhz İslam xilafətində Sasanilərdən sonra dünyanın 2-ci xəstəxanaları, hərbi hospitalları, tibb mədrəsələri inşa edildi. Dahi ibn Sina isə çağdaş səhiyyənin ulu babası sayıldı. 10 yaşında Quranı əzbər bilən, 18 yaşında şəriət, fiqh, fəlsəfə, həndəsə, təbiət elmləri, məntiq və ali riyaziyyatı öyrənmiş ibn Sina 18 yaşına çatanda artıq böyük həkim kimi tanınırdı. İbn Sina yoluxucu xəstəliklər, anesteziya, insanın psixoloji və fiziki durumu arasında əlaqəni kəşf etdi, yüzlərlə ideyası ilə təbabətin ehkamlarının əsasını qoydu. Onun "Tibb elminin əsasları" kitabı tam 5 əsr boyunca Avropanın ən yaxşı və məşhur universitetlərində dərslik təki istifadə olunmuşdu.
Fizikaya gəldikdə, eksperimental fizikanın və optikanın banisi İbn əl Həysam sayılır. Optika qanunlarının çoxunu kəşf edən, fizioloji optika sahəsində gözün quruluşunu və binokulyar baxışın əsaslarını təyin edən əl Həysam işıq sürətinin məhdud olduğunu da iddia etmişdi. İndi dünyadakı bütün foto və videoçəkilişlər məhz əl Həysamın ideyalarına borcludur. Xarəzm şəhərində yaşamış dahi riyaziyyatçı Məhəmməd əl Xarəzminin cəbr və alqoritmlər, onluq hesab sistemi, kökaltı, triqonometriya və başqa onlarla kəşfi olmadan riyaziyyat elmini təsəvvür etmək mümkün deyil. Sabun, saatlar, şüşə, ətirlər, silahlar, gəmiqayırma, xalçaçılıq, istehsalı mexanikləşdirmək üçün külək və suyun qüvvəsindən istifadə - bütün bunlar da İslam aləmindəki kəşflər idi.
Əhməd ibn əl Şətirlə yanaşı, digər İranlı alim Nəsrəddin Tusi də dünya elminə böyük təkan vermiş dühalardan idi. Hüquq, məntiq, fəlsəfə, riyaziyyat, səhiyyə, astronomiyada çox dərin biliklərə malik Tusi 1259-cu ildə Təbriz yaxınlığındakı Marağa şəhərində rəsədxananın əsasını qoydu. Marağadakı bu elm ocağı o vaxt dünyanın ən böyük rəsədxanası idi.
Kimyaya gəldikdə isə, bu elmin "ata"sı Cabir ibn Həyyan sayılır. Xlor, ammonium, limon, sirkə və şərab turşuları kimi onlarla turşunun xassələrindən bəhs edən ibn Həyyan kimyada təcrübələr vasitəsilə tədqiqatlar yolunun əsasını qoydu. Fəlsəfədə ibn Rüşd və əl Kindi kimi alimlər elmin inkişafına çox böyük təsir göstərdisə, Əl Qəzali teologiya, sufizm, fiqh, məntiq və fəlsəfədə böyük irəliləyişlərin əsasını qoydu. Üstəlik, Əl Qəzali sufiliyin nəzəri bünövrəsini qoymuş adamdır. Qərbin çox sonralar "İslam aləminin Leonardo da Vinçisi" adlandıracağı Əl Cəzari isə dahi mexanik, ixtiraçı, riyaziyatçı və astronom idi. O, 1206-cı ildə yazdığı "Kitab fi mərifət əl xiyal əl həndəsiyyə" kitabında 50 mexanizmin, o cümlədən saat, tüfəng, top, su nasosu, kodlu qıfıl, kompas, kompüter, videokamera və s.-nin iş prinsiplərindən bəhs etmişdi. Diyarbəkir şəhərində yaşamış Əl Cəzarinin müəllimləri isə fəvvarə mexanizmini kəşf etmiş Banu Musa qardaşları, şam saatının müəllifi əl Səqani, düyməsi basılanda onlarla mahnı çalan ilk "musiqi yeşiyi"ni yaratmış Heybətulla ibn əl Hüseyni idilər. Əl Cəzarinin kəşflər arasında çarxqolu və sürgüqolu, klapanlı su nasosları, sulu qaldırıcı kranlar, su saatları, fəvvarələr də var. O, dörd robot hazırlayaraq onları qayığa oturtmuş, təbil və tütək çalmağa "vadar" etmişdi. Üstəlik, müsəlman alimlərin, xüsusilə də riyaziyyatçıların az qala hamısı həm də gözəl şairlərdi. İbn Sina, Ömər Xəyyam, Əl Biruni, İbn əl Yəsmin, İbn əl Qazi əl Fəsi, İbn əl Haim - onların nəzmi insanın ruhunu oxşayır. VII əsrdə yaşamış dilçi alim Əl Fərahidinin şagirdi Əs Sibaveyh ərəb dilinin qrammatikasını yaratmaqla yanaşı, "Kitab ül Əyn" əsərində dil lüğətinin fonetik quruluşunun əsasını qoydu. 1200 il əvvəl o, riyaziyyatla linqvistikanı birləşdirməyə çalışmışdı. Müasir riyaziyyatın baniləri isə iki nəfərdir. Onlar biri İbn Yəsmin və ya tam adı Əbu Məhəmməd Abdullah ibn Məhəmməd ibn Həccac ibn əl Yəsmin əl Ədrini əl İşbili idi. Sevilya və Mərakeş sultanının sarayında yaşamış bu dahi 54 yaşında sultanın əmri ilə boğularaq quyuya atılmışdı. Onun yeganə əsəri "Əl Cəbr fil əl Müqabilə" idi ki, bu kitabında dahi riyaziyyatçı təvazökarlıqla "bütün biliklərimi müəllimindən, o nur çeşməsindən aldım" yazmışdı. İbn Yəsminin müəllimi isə riyaziyyat dühası Əhməd əl Cəbr əl Əballağ idi.
Elm adamları
İslamın Qızıl Çağında yaşayan ən əhəmiyyətli elm insanları;
İstinadlar
- Joel L. Kraemer (1992), Humanism in the Renaissance of Islam, p. 1 & 148, , .
- Matthew E. Falagas, Effie A. Zarkadoulia, George Samonis (2006). "Arab science in the golden age (750–1258 C.E.) and today", 20, p. 1581-1586.
- İslam'ın Altın Çağı 2016-10-11 at the Wayback Machine - Milliyet
- Şakir Gözütox, İslamın qızıl çağında elm
- Howard R. Turner, Science in Medieval Islam, University of Texas Press, 1 noyabr, 1997, , pg. 270 (book cover, last page)
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Islamin qizil dovru ya da Islam renessansi VIII esrden XIII esre qeder Islam dunyasinin yukselisini ifade eden dovr Ancaq bezi menbelerde bu dovrun XIV esre bir basqa menbelerde ise XV esre qeder davam etdiyi deyilir Bu dovr esnasinda Islam dunyasinda muhendisler alimler tacirler senete ekinciliye iqtisadiyyata senayeye huquqa edebiyyata gemiciliye felsefeye ve elme ve texnologiyaya kohne adetleri qoruyub yenilerini elave ederek istirak etdi Hovard R Terner Muselman senetkarlar ve alimler sahzadeler ve isciler birlikde unikal bir medeniyyet yaratdi birbasa ve dolayi olaraq her qitedeki cemiyyetlere tesir etdi demisdir HaqqindaVII esrde Serq olkelerini isgal eden bedevi erebler burada ozlerinden qat qat medeni xalqlarla qarsilasdilar Misir Finikiya Suriya Mesopotomiya ve Iranin zengin medeniyyeti qarsisinda casib qalan bedeviler bu ehtisami menimsemeye basladilar Tezlikle Arami Sumer Yunan Fars medeniyyetleri cox haqsiz yere ereb islam medeniyyeti adi ile dunyaya tanidildi Bu muhitde yetisen boyuk dahilere ereb alimleri deyilmeye baslandi Halbuki Islam Renessansinin boyuk xadimlerinden hec biri ereb deyildi Mehz bu alimler boyuk bir Intibah baslatdilar Bu dovrde serq medeniyyeti qerbe qarsi olduqca boyuk bir ustunluk qurmus xususile elmi ve texnoloji menada bir cox inkisaf gostermisdir Serqde olan inkisaflar Avropaya Selib yurusleri neticesinde catmisdir Orta esrlerin evvelleri Avropada qaranliq cag adlanirdi Her seher ozunu dovlet her feodal hokmdar sayirdi ve esl hokmdarlar da belelerinin basini ezir seherlerini alir dovlet qururdular Avropa seherlerinin istisnasiz olaraq hamisinda hamam kanalizasiya balacalar ucun mektebler boyukler ucun hekimxanalar ve xestexanalarin ne oldugunu bilmirdiler VII esrin evvellerinde Islam xelifeleri neheng erazileri idare edir futuhatlarla zefer calir alimleri himaye edirdiler Onlar derk edirdiler ki hakimiyyetle elmin intibahi bir birinden ayrilanda olke ucun facieler yaradir ve bu sebebden de elme boyuk diqqet verirdiler Bunun da cesidli sebebleri vardi Tebabet bilikleri insanlarin heyatini xilas edir herbi texnika ve doyus temrinleri muharibelerde qelebeni temin edir riyaziyyat ise qalalar qesrler ve saraylarin tikintisini suretlendirmekle bahem gozellik ve mohtesemliyi boyudurdu Elme xususi diqqet verilirdi Meselen X esrde sadece Kordovada 700 mescid ve 70 kitabxana vardi Qahiredeki kitabxanada 2 milyon kitab saxlanilirdi Merakesdeki El Qeruin darulfununu telebelerine elmi hasil etmis adam kagizi verirdi ki bu da muasir diplomlarin ulu babasi idi Ereb dili elmin universal lisanina cevrilmisdi Evveller unsiyyet saxlamaq imkani olmayan alimler muxtelif olkelerde yasasalar da asanliqla yazisirdilar Bundan basqa ereb dili deqiqliyi ile secildiyinden elmi ve texniki terminologiya ucun ideal seviyyede elverisli idi Ispaniyanin cenubundaki Kordovadaki medreselerden birinde ders deyen alim Bagdad Samaxi ve ya Semerqenddeki hemkarlari ile edebiyyat ya da elmle bagli muzakirelere varir mubahiseler edirdi IX esrde Bagdadda xelife sarayinda her iki hefteden bir cersenbe gunleri meclisul eql toplantilari teskil edilirdi Yas din irq ve yasadigi olkeden asili olmayaraq alimler din xadimleri astronomlar riyaziyyatcilar hukemalar sairler bir yere yigisir fikir ve ideyalarini muzakire edirdiler Xelifenin de qatildigi bu meclislerde alimlerden bir fikre riayet etmeleri ve ya Islami qebul etmeleri teleb olunmurdu Onlar fikirlerini movqelerini askar deye bilerdiler Bir sertle ki ereb dilinde danisaraq iddialarini mentiqle izah ve subut etsinler Fars imperiyasinda movcud olmus boyuk ndan 400 il sonra Xelife Valid bin Ebdulmelik 707 ci ilde Bagdadda dunyanin 2 ci xestexanasini yaradanda Avropada cerrahlar firildaqci elan edilir cerrahiyye emeliyyati aparmaq isteyen hekimler ise edam olunurdular Ebdulmalikin xestexanasinda xesteler dovlet hesabina mualice olunur korlar ve vebalilar yemekle temin edilirdiler Sehiyye ve tebabet muselman alimlerin en boyuk ugurlar qazandigi sahelerdi Mehz Islam xilafetinde Sasanilerden sonra dunyanin 2 ci xestexanalari herbi hospitallari tibb medreseleri insa edildi Dahi ibn Sina ise cagdas sehiyyenin ulu babasi sayildi 10 yasinda Qurani ezber bilen 18 yasinda seriet fiqh felsefe hendese tebiet elmleri mentiq ve ali riyaziyyati oyrenmis ibn Sina 18 yasina catanda artiq boyuk hekim kimi taninirdi Ibn Sina yoluxucu xestelikler anesteziya insanin psixoloji ve fiziki durumu arasinda elaqeni kesf etdi yuzlerle ideyasi ile tebabetin ehkamlarinin esasini qoydu Onun Tibb elminin esaslari kitabi tam 5 esr boyunca Avropanin en yaxsi ve meshur universitetlerinde derslik teki istifade olunmusdu Fizikaya geldikde eksperimental fizikanin ve optikanin banisi Ibn el Heysam sayilir Optika qanunlarinin coxunu kesf eden fizioloji optika sahesinde gozun qurulusunu ve binokulyar baxisin esaslarini teyin eden el Heysam isiq suretinin mehdud oldugunu da iddia etmisdi Indi dunyadaki butun foto ve videocekilisler mehz el Heysamin ideyalarina borcludur Xarezm seherinde yasamis dahi riyaziyyatci Mehemmed el Xarezminin cebr ve alqoritmler onluq hesab sistemi kokalti triqonometriya ve basqa onlarla kesfi olmadan riyaziyyat elmini tesevvur etmek mumkun deyil Sabun saatlar suse etirler silahlar gemiqayirma xalcaciliq istehsali mexaniklesdirmek ucun kulek ve suyun quvvesinden istifade butun bunlar da Islam alemindeki kesfler idi Ehmed ibn el Setirle yanasi diger Iranli alim Nesreddin Tusi de dunya elmine boyuk tekan vermis duhalardan idi Huquq mentiq felsefe riyaziyyat sehiyye astronomiyada cox derin biliklere malik Tusi 1259 cu ilde Tebriz yaxinligindaki Maraga seherinde resedxananin esasini qoydu Maragadaki bu elm ocagi o vaxt dunyanin en boyuk resedxanasi idi Kimyaya geldikde ise bu elmin ata si Cabir ibn Heyyan sayilir Xlor ammonium limon sirke ve serab tursulari kimi onlarla tursunun xasselerinden behs eden ibn Heyyan kimyada tecrubeler vasitesile tedqiqatlar yolunun esasini qoydu Felsefede ibn Rusd ve el Kindi kimi alimler elmin inkisafina cox boyuk tesir gosterdise El Qezali teologiya sufizm fiqh mentiq ve felsefede boyuk irelileyislerin esasini qoydu Ustelik El Qezali sufiliyin nezeri bunovresini qoymus adamdir Qerbin cox sonralar Islam aleminin Leonardo da Vincisi adlandiracagi El Cezari ise dahi mexanik ixtiraci riyaziyatci ve astronom idi O 1206 ci ilde yazdigi Kitab fi merifet el xiyal el hendesiyye kitabinda 50 mexanizmin o cumleden saat tufeng top su nasosu kodlu qifil kompas komputer videokamera ve s nin is prinsiplerinden behs etmisdi Diyarbekir seherinde yasamis El Cezarinin muellimleri ise fevvare mexanizmini kesf etmis Banu Musa qardaslari sam saatinin muellifi el Seqani duymesi basilanda onlarla mahni calan ilk musiqi yesiyi ni yaratmis Heybetulla ibn el Huseyni idiler El Cezarinin kesfler arasinda carxqolu ve surguqolu klapanli su nasoslari sulu qaldirici kranlar su saatlari fevvareler de var O dord robot hazirlayaraq onlari qayiga oturtmus tebil ve tutek calmaga vadar etmisdi Ustelik muselman alimlerin xususile de riyaziyyatcilarin az qala hamisi hem de gozel sairlerdi Ibn Sina Omer Xeyyam El Biruni Ibn el Yesmin Ibn el Qazi el Fesi Ibn el Haim onlarin nezmi insanin ruhunu oxsayir VII esrde yasamis dilci alim El Ferahidinin sagirdi Es Sibaveyh ereb dilinin qrammatikasini yaratmaqla yanasi Kitab ul Eyn eserinde dil lugetinin fonetik qurulusunun esasini qoydu 1200 il evvel o riyaziyyatla linqvistikani birlesdirmeye calismisdi Muasir riyaziyyatin banileri ise iki neferdir Onlar biri Ibn Yesmin ve ya tam adi Ebu Mehemmed Abdullah ibn Mehemmed ibn Heccac ibn el Yesmin el Edrini el Isbili idi Sevilya ve Merakes sultaninin sarayinda yasamis bu dahi 54 yasinda sultanin emri ile bogularaq quyuya atilmisdi Onun yegane eseri El Cebr fil el Muqabile idi ki bu kitabinda dahi riyaziyyatci tevazokarliqla butun biliklerimi muelliminden o nur cesmesinden aldim yazmisdi Ibn Yesminin muellimi ise riyaziyyat duhasi Ehmed el Cebr el Eballag idi Elm adamlariIslamin Qizil Caginda yasayan en ehemiyyetli elm insanlari Cabir bin Heyyan Kindi Biruni Farabi Ibn i Sina Dinaveri Xarezmi Nesireddin Tusi Ferqani Ibn i Turk El Cezari Ibn i el Haytem Bettani Omer Xeyyam Ebu l VefaIstinadlarJoel L Kraemer 1992 Humanism in the Renaissance of Islam p 1 amp 148 ISBN 90 04 07259 4 Matthew E Falagas Effie A Zarkadoulia George Samonis 2006 Arab science in the golden age 750 1258 C E and today 20 p 1581 1586 Islam in Altin Cagi 2016 10 11 at the Wayback Machine Milliyet Sakir Gozutox Islamin qizil caginda elm Howard R Turner Science in Medieval Islam University of Texas Press 1 noyabr 1997 ISBN 0 292 78149 0 pg 270 book cover last page Xarici kecidler