İren Məlikova (fr. Irène Mélikoff; 8 dekabr 1917, Petroqrad – 8 yanvar 2009[…], Strasburq) — Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı türkoloq alim, professor.
İren Məlikova | |
---|---|
fr. Irène Mélikoff | |
Doğum tarixi | 8 dekabr 1917 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 yanvar 2009[…](91 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Faruq Sayar |
Uşaqları | Belkıs Sonya, Ladin və Şirin |
Atası | İsgəndər bəy Məlikov |
Anası | Yevgenya Nikiferovna Mokşanova |
Elm sahəsi | türkologiya |
Təhsili | |
Mükafatları |
Həyatının erkən dövrü
İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb. Özü bu hadisəni belə ifadə etmişdir:
Mən qışın ortasında, 10 metr buzun olduğu bir zamanda dünyaya gəldim. Peterburqda - Rus inqilabı başladığı gün dünyaya gəldim. Çox pis bir tarix, çünki yaşımı hər kəs bilir. Bunu gizlədə bilmərəm. Atam qaçmağa məcbur idi, çünki varlı idi. Onu buraxmazlardı. Onu öldürəcəklərdi. Qaçmağa məcbur idik. Tez qaçdığımız üçün qurtula bildik. Qatarla qaçdıq. Bir ay sonra isə qatarlar dayandırıldı. |
Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar.
Təhsili
Atasından qismən Azərbaycan dilini, anasından rus dilini öyrənmişdir. İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. Bununla paralel, École Nationale des Langues Oriantales Vivantes-də (Şərq Dilləri Dövlət Məktəbi) türk və fars dillərini öyrənmişdir. O, türk dilini Jean Deny və Adnan Adıvardan, fars dilini Henri Massedən öyrənmişdir. Burada o, tanınmış türkoloqların mühazirələrini dinləyib. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır.
Akademik fəaliyyəti
1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı quran İren Melikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, məşhur əsərlər yazıb. Onun elmi araşdırmaları Türkiyəni, Balkan ölkələrini, Azərbaycanı, İran və Orta Asiyanı əhatə edib. Strasburq Universitetinin türkologiya və İran fakültəsinin rəhbəri olub. İren Melikova bir çox beynəlxalq elmi qurumların, o cümlədən Asiya və Ernest Renan kimi məşhur cəmiyyətlərin üzvü seçilib.
Universiteti -də "Umur Paşa dastanı" ilə tamamlamış (1954), 1957-ci ildə "Geste de Melik Danişmend" başlıqlı tezi ilə doktorluq müdafiəsi etmişdir.
İrenin əsas tədqiqat obyektlərindən biri də Azərbaycan, onun tarixi və ədəbiyyatı olub. Məşhur islam araşdırmaçısı Luis Massignon inu sufiliyi araşdırmağa yönləndirmişdir. Mehmet Fuad Köprülü və Ömər Lütfi Barkan ilə yaxın əlaqədə olan İren türk dastanları ilə bağlı araşdırmalar aparmış, mistisizmi öyrənərkən Ələviliklə tanış olmuşdur. Ələvi inancının dərinliyindən təsirləndiyini bildirən İren bundan sonra həm də Ələviliyin tədqiqatı ilə məşğul olmuşdur. Bu barədə özü bu sözləri demişdir:
Mən gəncliyimdə din, dil, məzhəb fərqi bilmirdim. Mən hər insanı eyni görürdüm. Gəncliyimdən bəri bu belə idi. Fəqət məndə bir snobizm vardı. "İnsanlar universitet oxumuşmudur, oxumamışmıdır? - mən buna önəm verirdim. Bu mənim üçün mühüm bir hadisə idi. Bu da çox uzun müddət davam etdi. Nə zaman ki, Ələviləri tanıdım, divar orada yıxıldı. Anladım ki, insanlar universiteti bitirməsələr də ağıllı ola bilərlər, zəki ola bilərlər, xoşniyyətli ola bilərlər. Mən Ələviləri tanıdıqdan sonra bunu anladım. Bunları tanıdıqdan sonra bu snobizm yıxıldı." |
Ələviliklə bağlı "Umur Paşa dastanı", "Məlik Danışmənd", "Əbu Müslüm Xorasanı", "Türk Sufizminin izində", "Uyur idik uyardılar", "Əfsanədən gerçəyə Hacı Bektaş" və "Qırxlar süfrəsi" əsərlərini yazmışdır.
Gərgin tədqiqatlarının nəticəsi kimi 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Az sonra onun "Danışmənd dastanı", "Əbumüslüm Xorasani", "Umur Paşa dastanı" adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Parisdə Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra o, Strasburq Humanitar Elmlər Universitetində işləməyə başlayır, bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir, bir müddət inadlı fəaliyyət göstərdikdən sonra istəyinə nail olur. Onun yaratdığı Türkiyyat Araşdırmalar İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir. Bundan əlavə, Strasburq Humanitar Elmlər Universitetində 1984-cü ildə Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikova prezident, professor Lui Bazen və vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoyur. Mərkəz alimlərin görüşlərini keçirməyi, müxtəlif tədbirlər təşkil etməyi, xüsusi kitabxana, videoteka, fonoteka yaratmağı da nəzərdə tutulmuşdur. İren xanım Strasburq universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə olur. Onun ciddi fəaliyyəti nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatir. Onlardan 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət üzrə ixtisaslaşmışlar. İren xanım Strasburq universitetində dil və ədəbiyyatdan dərs deyir. 1988-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində onun "Türk Qafqaz qeydləri" silsiləsindən "Babək Xürrəmi və Seyid Battal" adlı böyük məqaləsi dərc edilir. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru olmuşdur. Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan "Türkika"-nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M. F. Axundovun yaradıcılığına heyran olduğunu bildirib.
Əsərləri
- La Geste de Melik Danişmend (Paris, 1960)
- Abu Muslim, le "Portre-Hache" du Khorassan dans la tradition épique Turco-Iraienne, (Paris, 1962)
- Uyur İdik Uyardılar Alevîlik-Bektaşîlik Araştırmaları (Türk dilinə tərcümə edən: Turan Alptekin, İstanbul, 1992)
- De L’épopée au Mythe/Itinéraire Turcologique, (İstanbul 1995)
- Hacı Bektaş/Efsaneden Gerçeğe (Türk dilinə tərcümə edən: Turan Alptəkin)
- Hadji Bektach: Un Mythe et ses avatars/Genèse et évolution du Soufisme populaire en Turquie, Leiden (New York-Köln, 1998)
- Tarihî ve Kültürel Boyutlarıyla Türkiye’de Alevîler-Bektaşîler-Nusayrîler (İstanbul, 1999)
- Kırklar’ın Cemi’nde (İstanbul, 2008)
Bundan əlavə, 15-i olmaqla, ümumilikdə təxminən 70 məqalə yazmışdır.
Azərbaycanla əlaqələri
Müsahibəsində Azərbaycanı çox sevdiyini bildirmiş və ilk dəfə Azərbaycanla əlaqəyə 1968-ci ildə Orta Asiyada olarkən keçdiyini bildirmişdir. O zaman elmi konfransa gəlmiş azərbaycanlılarla ünsiyyət qurmuşdur. Həmçinin Azərbaycan tarixinin, ədəbiyyatının araşdırılması ilə məşğul olmuşdur.
1990-cı ilin 20 yanvarında Sovet İttifaqı Silahlı Qüvvələri Bakıda qırğın törətdikdən sonra İren Məlikova Azərbaycan mühacirətinin bir çox üzvü ilə birlikdə Parisdə mitinq etmişdir.
Ailəsi
Atası məşhur neft maqnatı, taciri, ziyalısı və xeyriyyəçisi İsgəndər bəy Məlikov, anası rus balerin Yevgenya Nikiferovna Mokşanova idi. 1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı qurmuşdur. Bu evlilik sonradan boşanma ilə sonlanmışdır. Bu evlilikdən Belkıs Sonya, Ladin və Şirin Laura adlı 3 qızı olmuşdur. Qızı Şirin Məlikova anasının yolundan gedərək Azərbaycan ədəbiyyatı sahəsində ixtisaslaşmış və doktorluq dərəcəsi almışdır. O, 2019-cu ilin oktyabr ayında Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi tərəfindən Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunmuşdur.
Mükafatları
- İran Milli Təhsil Nazirliyi Şərəf Medalı (1973)
- Türkiyə Dövlət Nazirliyi Şərəf Diplomu (1973)
- Chevalier de l'Ordre des Palmes Academiques (1978)
- Türk Tarix Qurumu Şərəf Medalı (1982)
- Mevlana Anma Töreni Onur Madalyası (1982),
- Officier de l'Ordre des Palmes Academiques (1983)
- Strasburq Universiteti Şərəf Medalı (1992)
- (1994)
11 müxtəlif yüksək mükafata, Türkiyənin Səlcuq Universitetinin, Bakı Dövlət Universitetinin və Strasburqdakı fəxri doktoru adına layiq görülüb.
Ölümü
9 yanvar 2009-cu ildə Strasburq şəhərində xəstəlik nəticəsində vəfat etmişdir.
Kitabları
- "Danışmənd dastanı",
- "Əbumüslüm Xorasani",
- "Umur Paşa dastanı"
İstinadlar
- Fichier des personnes décédées.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Irène Mélikoff // AlKindi.
- "Diaspora hərəkatında qadınların rolu" (az.). olaylar.az. 11.03.2014 16:53. 2021-04-30 tarixində . İstifadə tarixi: 2014-04-01.
- "XIX əsrin xeyriyyəçisi İsgəndər bəy Məlikovun "Yaxşılığa yamanlıq" əsəri nəşr olunub". science.gov.az. 10 April 2020. 8 June 2021 tarixində arxivləşdirilib.
- "PROF. DR. İRENE MELİKOFF İLE SÖYLEŞİ". www.cemvakfi.org.tr. 9 May 2013. 6 July 2017 tarixində (#archive_missing_url). (#cite_web_url)
- Nail Tan. "TÜRKLÜK BİLİMİ ÖĞRETİM ÜYESİ - PROF. DR. IRÈNE MÉLİKOFF". www.millifolklor.com. 8 June 2021 tarixində arxivləşdirilib.
- "Melikoff". web.itu.edu.tr. 8 June 2021 tarixində arxivləşdirilib.
- "СВЕТЛАЯ ПАМЯТЬ О ВИДНОМ ТЮРКОЛОГЕ ИРЕН МЕЛИКОФФ ВСЕГДА БУДЕТ ЖИТЬ В НАШИХ СЕРДЦАХ". azertag.az. 2019-12-28 tarixində .
- Ömer Özcan. "Türk Kültürünün Büyük Araştırmacısı İrene Melikoff". Türk Yurdu. 2009.
- "Fransada Şirin Məlikoffa Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunub". report.az. 10 October 2019. 27 March 2022 tarixində . İstifadə tarixi: 8 June 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Iren Melikova fr Irene Melikoff 8 dekabr 1917 Petroqrad 8 yanvar 2009 Strasburq Fransada fealiyyet gostermis eslen azerbaycanli turkoloq alim professor Iren Melikovafr Irene MelikoffDogum tarixi 8 dekabr 1917 1917 12 08 Dogum yeri Petroqrad RSFSR d Vefat tarixi 8 yanvar 2009 2009 01 08 91 yasinda Vefat yeri StrasburqMilliyyeti AzerbaycanliHeyat yoldasi Faruq SayarUsaqlari Belkis Sonya Ladin ve SirinAtasi Isgender bey MelikovAnasi Yevgenya Nikiferovna MoksanovaElm sahesi turkologiyaTehsili Paris UniversitetiMukafatlariHeyatinin erken dovruIren Melikova 1917 ci il noyabrin 7 de Sankt Peterburqda ziyali ailesinde anadan olub O neft sahibkari Iskender bey Melikovun qizidir Bolsevikler hakimiyyeti ele aldiqdan iki il sonra 1919 cu ilde aile Finlandiyaya kocub Ozu bu hadiseni bele ifade etmisdir Men qisin ortasinda 10 metr buzun oldugu bir zamanda dunyaya geldim Peterburqda Rus inqilabi basladigi gun dunyaya geldim Cox pis bir tarix cunki yasimi her kes bilir Bunu gizlede bilmerem Atam qacmaga mecbur idi cunki varli idi Onu buraxmazlardi Onu oldureceklerdi Qacmaga mecbur idik Tez qacdigimiz ucun qurtula bildik Qatarla qacdiq Bir ay sonra ise qatarlar dayandirildi Finlandiyada bir qeder qaldiqdan sonra Danimarkaya oradan da hemiselik Fransaya kocerek Parisde yasayiblar TehsiliAtasindan qismen Azerbaycan dilini anasindan rus dilini oyrenmisdir Iren ilk tehsilini Paris seherinde alib Orta mektebi qurtardiqdan sonra da tehsile boyuk maraq gosteren Iren meshur Sorbonna Universitetinde ingilis dili ve edebiyyati fakultesine qebul olmusdur Bununla paralel Ecole Nationale des Langues Oriantales Vivantes de Serq Dilleri Dovlet Mektebi turk ve fars dillerini oyrenmisdir O turk dilini Jean Deny ve Adnan Adivardan fars dilini Henri Masseden oyrenmisdir Burada o taninmis turkoloqlarin muhazirelerini dinleyib O tehsil aldigi illerde fransiz dilinden basqa turk fars ereb dillerini de oyrenir Universiteti ugurla basa vurduqdan sonra elmi isle mesgul olmaga baslayir Akademik fealiyyeti1940 ci ilde meshur turk riyaziyyatcisi Saleh Zeki Sayarin oglu Faruq Sayar ile aile heyati quran Iren Melikova 1941 ci ilde heyat yoldasi ile birlikde Turkiyeye kocerek orada yasayib 1948 ci ilde Fransaya qayidaraq turkologiya sahesinde arasdirmalar aparib meshur eserler yazib Onun elmi arasdirmalari Turkiyeni Balkan olkelerini Azerbaycani Iran ve Orta Asiyani ehate edib Strasburq Universitetinin turkologiya ve Iran fakultesinin rehberi olub Iren Melikova bir cox beynelxalq elmi qurumlarin o cumleden Asiya ve Ernest Renan kimi meshur cemiyyetlerin uzvu secilib Universiteti de Umur Pasa dastani ile tamamlamis 1954 1957 ci ilde Geste de Melik Danismend basliqli tezi ile doktorluq mudafiesi etmisdir Irenin esas tedqiqat obyektlerinden biri de Azerbaycan onun tarixi ve edebiyyati olub Meshur islam arasdirmacisi Luis Massignon inu sufiliyi arasdirmaga yonlendirmisdir Mehmet Fuad Koprulu ve Omer Lutfi Barkan ile yaxin elaqede olan Iren turk dastanlari ile bagli arasdirmalar aparmis mistisizmi oyrenerken Elevilikle tanis olmusdur Elevi inancinin derinliyinden tesirlendiyini bildiren Iren bundan sonra hem de Eleviliyin tedqiqati ile mesgul olmusdur Bu barede ozu bu sozleri demisdir Men gencliyimde din dil mezheb ferqi bilmirdim Men her insani eyni gorurdum Gencliyimden beri bu bele idi Feqet mende bir snobizm vardi Insanlar universitet oxumusmudur oxumamismidir men buna onem verirdim Bu menim ucun muhum bir hadise idi Bu da cox uzun muddet davam etdi Ne zaman ki Elevileri tanidim divar orada yixildi Anladim ki insanlar universiteti bitirmeseler de agilli ola bilerler zeki ola bilerler xosniyyetli ola bilerler Men Elevileri tanidiqdan sonra bunu anladim Bunlari tanidiqdan sonra bu snobizm yixildi Elevilikle bagli Umur Pasa dastani Melik Danismend Ebu Muslum Xorasani Turk Sufizminin izinde Uyur idik uyardilar Efsaneden gerceye Haci Bektas ve Qirxlar sufresi eserlerini yazmisdir Gergin tedqiqatlarinin neticesi kimi 1957 ci ilde doktorluq dissertasiyasi mudafie edir Az sonra onun Danismend dastani Ebumuslum Xorasani Umur Pasa dastani adli kitablari isiq uzu gorur 1957 ci ilden 1964 cu iledek Parisde Elmi Arasdirmalar Milli Merkezinin Serqsunasliq bolmesinde calisir Sonra o Strasburq Humanitar Elmler Universitetinde islemeye baslayir bu meshur tehsil ve elm ocaginin professoru olur Burada isleye isleye turk dilleri ve edebiyyati sahesinde boyuk elmi merkez yaratmaga sey gosterir bir muddet inadli fealiyyet gosterdikden sonra isteyine nail olur Onun yaratdigi Turkiyyat Arasdirmalar Institutu qisa muddet erzinde Avropada en nufuzlu turkoloji merkezlerden birine cevrilir Bundan elave Strasburq Humanitar Elmler Universitetinde 1984 cu ilde Azerbaycan Medeniyyetini Arasdirma Merkezi yaradir ve onun prezidenti secilir Merkezin adi 1988 ci il may ayinda deyisdirilerek Azerbaycan Medeniyyetini ve Sivilizasiyasini Oyrenen Merkez olur Azerbaycan medeniyyetini incesenetini tarixini ve edebiyyatini oyrenen bu merkeze yeniden meshur Azerbaycansunas alim professor Iren Melikova prezident professor Lui Bazen ve vitse prezident secilirler Bundan elave Merkez oz qarsisina Azerbaycan haqqinda umumi melumatlar yaymagi Azerbaycan yazicilarinin ve sairlerinin eserlerinin nesrini teskil etmeyi qoyur Merkez alimlerin goruslerini kecirmeyi muxtelif tedbirler teskil etmeyi xususi kitabxana videoteka fonoteka yaratmagi da nezerde tutulmusdur Iren xanim Strasburq universitetinde ise baslayanda bu ali tehsil ocaginin turk sobesinde cemi iki telebe olur Onun ciddi fealiyyeti neticesinde bir nece il sonra bu telebelerin sayi 380 nefere catir Onlardan 40 faizi dil 60 faizi ise edebiyyat ve medeniyyet uzre ixtisaslasmislar Iren xanim Strasburq universitetinde dil ve edebiyyatdan ders deyir 1988 ci ilde Edebiyyat ve incesenet qezetinde onun Turk Qafqaz qeydleri silsilesinden Babek Xurremi ve Seyid Battal adli boyuk meqalesi derc edilir O eyni zamanda Baki Dovlet Universitetinin fexri professoru olmusdur Qerbi Avropada nesr edilen yegane turkologiya jurnali olan Turkika nin bas redaktoru olan Iren xanim Cenubi Azerbaycanda da olub Tebrizi gezib cox sevdiyi Sah Ismayil Xetai haqqinda zengin material toplayib Gorkemli alim Azerbaycan edebiyyatina onun gorkemli numayendelerine yuksek qiymet verib M F Axundovun yaradiciligina heyran oldugunu bildirib EserleriLa Geste de Melik Danismend Paris 1960 Abu Muslim le Portre Hache du Khorassan dans la tradition epique Turco Iraienne Paris 1962 Uyur Idik Uyardilar Alevilik Bektasilik Arastirmalari Turk diline tercume eden Turan Alptekin Istanbul 1992 De L epopee au Mythe Itineraire Turcologique Istanbul 1995 Haci Bektas Efsaneden Gercege Turk diline tercume eden Turan Alptekin Hadji Bektach Un Mythe et ses avatars Genese et evolution du Soufisme populaire en Turquie Leiden New York Koln 1998 Tarihi ve Kulturel Boyutlariyla Turkiye de Aleviler Bektasiler Nusayriler Istanbul 1999 Kirklar in Cemi nde Istanbul 2008 Bundan elave 15 i olmaqla umumilikde texminen 70 meqale yazmisdir Azerbaycanla elaqeleriMusahibesinde Azerbaycani cox sevdiyini bildirmis ve ilk defe Azerbaycanla elaqeye 1968 ci ilde Orta Asiyada olarken kecdiyini bildirmisdir O zaman elmi konfransa gelmis azerbaycanlilarla unsiyyet qurmusdur Hemcinin Azerbaycan tarixinin edebiyyatinin arasdirilmasi ile mesgul olmusdur 1990 ci ilin 20 yanvarinda Sovet Ittifaqi Silahli Quvveleri Bakida qirgin toretdikden sonra Iren Melikova Azerbaycan muhaciretinin bir cox uzvu ile birlikde Parisde mitinq etmisdir AilesiAtasi meshur neft maqnati taciri ziyalisi ve xeyriyyecisi Isgender bey Melikov anasi rus balerin Yevgenya Nikiferovna Moksanova idi 1940 ci ilde meshur turk riyaziyyatcisi Saleh Zeki Sayarin oglu Faruq Sayar ile aile heyati qurmusdur Bu evlilik sonradan bosanma ile sonlanmisdir Bu evlilikden Belkis Sonya Ladin ve Sirin Laura adli 3 qizi olmusdur Qizi Sirin Melikova anasinin yolundan gederek Azerbaycan edebiyyati sahesinde ixtisaslasmis ve doktorluq derecesi almisdir O 2019 cu ilin oktyabr ayinda Azerbaycanin Avropa Surasi yanindaki daimi numayendesi terefinden Azerbaycan Demokratik Respublikasinin yubiley medali teqdim olunmusdur MukafatlariIran Milli Tehsil Nazirliyi Seref Medali 1973 Turkiye Dovlet Nazirliyi Seref Diplomu 1973 Chevalier de l Ordre des Palmes Academiques 1978 Turk Tarix Qurumu Seref Medali 1982 Mevlana Anma Toreni Onur Madalyasi 1982 Officier de l Ordre des Palmes Academiques 1983 Strasburq Universiteti Seref Medali 1992 Fexri Legion ordeni 1994 11 muxtelif yuksek mukafata Turkiyenin Selcuq Universitetinin Baki Dovlet Universitetinin ve Strasburqdaki fexri doktoru adina layiq gorulub Olumu9 yanvar 2009 cu ilde Strasburq seherinde xestelik neticesinde vefat etmisdir Kitablari Danismend dastani Ebumuslum Xorasani Umur Pasa dastani IstinadlarFichier des personnes decedees Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Irene Melikoff AlKindi Diaspora herekatinda qadinlarin rolu az olaylar az 11 03 2014 16 53 2021 04 30 tarixinde Istifade tarixi 2014 04 01 XIX esrin xeyriyyecisi Isgender bey Melikovun Yaxsiliga yamanliq eseri nesr olunub science gov az 10 April 2020 8 June 2021 tarixinde arxivlesdirilib PROF DR IRENE MELIKOFF ILE SOYLESI www cemvakfi org tr 9 May 2013 6 July 2017 tarixinde archive missing url cite web url Nail Tan TURKLUK BILIMI OGRETIM UYESI PROF DR IRENE MELIKOFF www millifolklor com 8 June 2021 tarixinde arxivlesdirilib Melikoff web itu edu tr 8 June 2021 tarixinde arxivlesdirilib SVETLAYa PAMYaT O VIDNOM TYuRKOLOGE IREN MELIKOFF VSEGDA BUDET ZhIT V NAShIH SERDCAH azertag az 2019 12 28 tarixinde Omer Ozcan Turk Kulturunun Buyuk Arastirmacisi Irene Melikoff Turk Yurdu 2009 Fransada Sirin Melikoffa Azerbaycan Demokratik Respublikasinin yubiley medali teqdim olunub report az 10 October 2019 27 March 2022 tarixinde Istifade tarixi 8 June 2021