Əliyev İqrar Həbib oğlu (14 mart 1924, Bakı – 11 iyun 2004, Bakı) — Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü (1980), professor (1981), AMEA-nın həqiqi üzvü (2001) və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü (2003).
İqrar Əliyev | |
---|---|
İqrar Həbib oğlu Əliyev | |
Doğum tarixi | 14 mart 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 2004 (80 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi | |
Mükafatları | |
Həyatı
İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə almışdır. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs demişlər. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur.
İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, 1981-ci ildə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyəti
İqrar Əliyev Azərbaycan EA Tarix İnstitutunda əmək fəaliyyətinə başlamışdır. İqrar Əliyev 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Daha sonra 1978-ci ildən 11 iyun 2004-cü ilədək həmin institutun direktoru vəzifəsini icra etmişdir. 1981–1984-cü illərdə İctimai elmlər bölməsinin akademik-katibi vəzifələrində fəaliyyət göstərmişdir. Eyni zamanda İqrar Əliyev pedaqoji fəaliyyətlə məşğul olmuş, 1945–1974-cü illərdə Bakı Dövlət Universitetində dərs demişdir.
İqrar Əliyev uzun müddət Ali Soveti Rəyasət Heyəti yanında Azərbaycan Toponimiya Komissiyasının sədri olmuşdur. Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin və Dövlət Mükafatları üzrə Komitənin sədr müavini vəzifələrini icra etmişdir. Həmçinin elm və texnika sahəsində Dövlət Mükafatı Komissiyasının, Nizami Komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının, Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər"inin və Rusiya Elmlər Akademiyasının "Вестник Древней истории" jurnallarının redaksiya heyətlərinin də üzvü olmuşdur. Eyni zamanda o, universitetin Tarix fakültəsi Qiyabi şöbəsinin dekanı, Qiyabi Pedaqoji İnstitutunda Ümumi tarix kafedrasının müdiri vəzifələrini icra etmişdir.
Yaradıcılığı
Qədim yunan və latın dillərini mükəmməl bilən İqrar Əliyev 1962-ci ildə, elmlər doktoru olduqdan sonra Leninqradda akademik V. V. Struve və sair rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirmiş, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini — akkad, qədim yəhudi, şummer dillərini öyrənmişdir.
Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövriyəyə cəlb etmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlamışdır. Onun çoxsaylı əsərlərində Midiya mədəniyyəti geniş işıqlandırılıb, Cənubi Azərbaycan və onunla həmhüdud olan əyalətlərin sakinlərinin etnik tarixi problemi dərindən tədqiq edilib.
Alimin çoxillik zəhməti uğurla nəticələnmiş və Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 1960-cı ildə nəşr edilmiş və istər Azərbaycanda, istərsə də xarici elm aləmində geniş nüfuz qazanmış fundamental "Midiya tarixi" monoqrafiyasının (təxminən 42 ç.v. həcmində) yaradılması ilə başa çatmışdır. Bu əsəri o, 1961-ci ildə Moskvada SSRl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası kimi müdafiə etmişdir.
Ümumittifaq səviyyəli bir alim kimi formalaşan İqrar Əliyevin fəaliyyəti üç əsas istiqamətdə özünü göstərir: Qədim Şərq filologiyası, arxeologiya və bilavasitə Azərbaycanın qədim tarixi.
İ. H. Əliyev Azərbaycan Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Onun Ensiklopediyada dərc etdirdiyi çoxsaylı məqalələrin çox böyük əhəmiyyəti vardır. Bu məqalələr Azərbaycanın qədim tarixinin, Qədim Şərq filologiyasının, xüsusilə də Qafqaz Albaniyası tarixi problemlərinin çox böyük dairəsini əhatə edir. Bundan əlavə, o, 1979-cu ildə nəşr edilmiş "Azərbaycan tarixi"nin müəlliflərindən biridir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə 1993-cü ildə geniş bir dövrü əhatə edən daha ətraflı geniş və irihəcmli bircildlik "Azərbaycan tarixi" işıq üzü görmüş, Azərbaycan Elmlər Akademiyasında qədim tarix üzrə ilk elmlər doktoru olan İ. Əliyevin 150-dən çox nəşr olunmuş əsərin, о cümlədən, 10 monoqrafiyanın müəllifidir.
Azərbaycanşünas və şərqşünas alim bir çox arxeoloji ekspedisiyaların işində, о cümlədən Qəbələ, Şamaxı, Naxçıvan, Ağsu, İsmayıllı, Lənkəran, Astara və s. rayonlarda arxeoloji abidələrin qazılmasında və tədqiq olunmasında bilavasitə iştirak edib, öz əsərlərində həmin materiallara əsaslanaraq tədqiqatlar etmişdir.
Vəfatı
İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də vəfat edib.
Əsas elmi əsərlərin adları
- Midiya tarixi. Bakı, 1960. (rus dilində, fars dilində 2010 ildə İranda nəşr olunub).
- Atropatena tarixi oçerki. Bakı, 1989 (rus dilində).
- Dağlıq Qarabağ: Tarix. Faktlar. Hadisələr. Bakı, "Elm", № 22–34, 1989 (rus dilində).
- Azərbaycan tarixi. Bakı, 1993 (azərbaycan dilində).
- Azərbaycan tarixi. Bakı, 1995 (rus dilində).
- Tarix-e Aturpatakan (fars dilində İranda nəşr olunub).
- 7 cildlik "Azərbaycan tarixi"-nin 1-ci cildi.
Təltif və mükafatlar
- Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar "Əmək fədakarlığına görə" medalı (1970);
- Azərbaycan SSR Əməkdar elm xadimi (1979);
- "Xalqlar dostluğu" ordeni (1981);
- Rusiya EA-nın Fəxri fərmanı;
- Azərbaycan EA-nın Fəxri fərmanı;
- "Şöhrət" ordeni (1999).
İstinadlar
- "Əliyev İqrar Həbib oğlu" (Azərbaycan). science.gov.az. 16-9-2021 tarixində .
- "İqrar Həbib oğlu Əliyev" (Azərbaycan). lib.az. 1-7-2018 tarixində .
- "Əliyev İqrar Həbib oğlu" (Azərbaycan). tarixinstitutu.az. 5-3-2022 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eliyev Iqrar Hebib oglu 14 mart 1924 Baki 11 iyun 2004 Baki Azerbaycan sovet tarixcisi AEA muxbir uzvu 1980 professor 1981 AMEA nin heqiqi uzvu 2001 ve Beynelxalq EA nin Azerbaycan Bolmesinin heqiqi uzvu 2003 Iqrar EliyevIqrar Hebib oglu EliyevDogum tarixi 14 mart 1924 1924 03 14 Dogum yeri Baki Baki qezasi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 11 iyun 2004 2004 06 11 80 yasinda Vefat yeri Baki AzerbaycanElmi derecesi tarix elmleri doktoruMukafatlariHeyatiIqrar Eliyev 14 mart 1924 cu ilde Bakida anadan olmusdur Orta tehsilini Bakida yerlesen 18 nomreli mektebde almisdir Mektebde oxudugu dovrde Mikayil Musfiq ve Memmed Huseyn Tehmasib ona ders demisler Ali tehsilini 1940 1945 ci illerde Baki Dovlet Universitetinin Tarix fakultesinde almisdir Universiteti bitirdikden sonra ele hemin il Azerbaycan Elmler Akademiyasinin Tarix Institutunun eyani aspiranturasina qebul olunmusdur Iqrar Eliyev 1949 cu ilde felsefe doktoru 1961 ci ilde elmler doktoru dissertasiyalarini mudafie etmis 1981 ci ilde professor elmi adini almisdir 1980 ci ilde Azerbaycan Elmler Akademiyasinin muxbir uzvu secilen Iqrar Eliyev 2001 ci ilde AMEA nin heqiqi uzvu secilmisdir 2003 cu ilde ise Beynelxalq Elmler Akademiyasi Azerbaycan Bolmesinin heqiqi uzvu secilmisdir Emek fealiyyetiIqrar Eliyev Azerbaycan EA Tarix Institutunda emek fealiyyetine baslamisdir Iqrar Eliyev 1 yanvar 1957 ci ilden 17 yanvar 1978 ci ile qeder Azerbaycan Elmler Akademiyasi Tarix Institutunun Azerbaycanin qedim dovru tarixi sobesinin mudiri vezifesinde calismisdir Daha sonra 1978 ci ilden 11 iyun 2004 cu iledek hemin institutun direktoru vezifesini icra etmisdir 1981 1984 cu illerde Ictimai elmler bolmesinin akademik katibi vezifelerinde fealiyyet gostermisdir Eyni zamanda Iqrar Eliyev pedaqoji fealiyyetle mesgul olmus 1945 1974 cu illerde Baki Dovlet Universitetinde ders demisdir Iqrar Eliyev uzun muddet Ali Soveti Reyaset Heyeti yaninda Azerbaycan Toponimiya Komissiyasinin sedri olmusdur Medeniyyet ve Tarixi Abidelerin Muhafizesi Cemiyyetinin ve Dovlet Mukafatlari uzre Komitenin sedr muavini vezifelerini icra etmisdir Hemcinin elm ve texnika sahesinde Dovlet Mukafati Komissiyasinin Nizami Komissiyasinin Azerbaycan Sovet Ensiklopediyasi Elmi Surasinin Azerbaycan Milli Elmler Akademiyasinin Xeberler inin ve Rusiya Elmler Akademiyasinin Vestnik Drevnej istorii jurnallarinin redaksiya heyetlerinin de uzvu olmusdur Eyni zamanda o universitetin Tarix fakultesi Qiyabi sobesinin dekani Qiyabi Pedaqoji Institutunda Umumi tarix kafedrasinin mudiri vezifelerini icra etmisdir YaradiciligiQedim yunan ve latin dillerini mukemmel bilen Iqrar Eliyev 1962 ci ilde elmler doktoru olduqdan sonra Leninqradda akademik V V Struve ve sair rus alimlerinin rehberliyi ile Iran filologiyasi sahesinde oz biliyini tekmillesdirmis elece de Yaxin Serqin bir sira olu dillerini akkad qedim yehudi summer dillerini oyrenmisdir Azerbaycanin qedim tarixi uzre yeni elmi mektebin yaradicilarindan biridir ve ilk defe Qedim Sumer Assur Babil Iran o cumleden diger Qedim Serq menbelerini elmi dovriyeye celb etmisdir Azerbaycan tarixsunasliginda ilk defe olaraq Midiya tarixini tedqiq etmeye baslamisdir Onun coxsayli eserlerinde Midiya medeniyyeti genis isiqlandirilib Cenubi Azerbaycan ve onunla hemhudud olan eyaletlerin sakinlerinin etnik tarixi problemi derinden tedqiq edilib Alimin coxillik zehmeti ugurla neticelenmis ve Azerbaycan tarixsunasliginda ilk defe olaraq 1960 ci ilde nesr edilmis ve ister Azerbaycanda isterse de xarici elm aleminde genis nufuz qazanmis fundamental Midiya tarixi monoqrafiyasinin texminen 42 c v hecminde yaradilmasi ile basa catmisdir Bu eseri o 1961 ci ilde Moskvada SSRl Elmler Akademiyasinin Serqsunasliq Institutunda doktorluq dissertasiyasi kimi mudafie etmisdir Umumittifaq seviyyeli bir alim kimi formalasan Iqrar Eliyevin fealiyyeti uc esas istiqametde ozunu gosterir Qedim Serq filologiyasi arxeologiya ve bilavasite Azerbaycanin qedim tarixi I H Eliyev Azerbaycan Ensiklopediyasi Elmi Surasinin uzvu olmusdur Onun Ensiklopediyada derc etdirdiyi coxsayli meqalelerin cox boyuk ehemiyyeti vardir Bu meqaleler Azerbaycanin qedim tarixinin Qedim Serq filologiyasinin xususile de Qafqaz Albaniyasi tarixi problemlerinin cox boyuk dairesini ehate edir Bundan elave o 1979 cu ilde nesr edilmis Azerbaycan tarixi nin muelliflerinden biridir Onun rehberliyi ve bilavasite istiraki ile 1993 cu ilde genis bir dovru ehate eden daha etrafli genis ve irihecmli bircildlik Azerbaycan tarixi isiq uzu gormus Azerbaycan Elmler Akademiyasinda qedim tarix uzre ilk elmler doktoru olan I Eliyevin 150 den cox nesr olunmus eserin o cumleden 10 monoqrafiyanin muellifidir Azerbaycansunas ve serqsunas alim bir cox arxeoloji ekspedisiyalarin isinde o cumleden Qebele Samaxi Naxcivan Agsu Ismayilli Lenkeran Astara ve s rayonlarda arxeoloji abidelerin qazilmasinda ve tedqiq olunmasinda bilavasite istirak edib oz eserlerinde hemin materiallara esaslanaraq tedqiqatlar etmisdir VefatiIqrar Hebib oglu Eliyev 2004 cu il iyunun 11 de vefat edib Esas elmi eserlerin adlariMidiya tarixi Baki 1960 rus dilinde fars dilinde 2010 ilde Iranda nesr olunub Atropatena tarixi ocerki Baki 1989 rus dilinde Dagliq Qarabag Tarix Faktlar Hadiseler Baki Elm 22 34 1989 rus dilinde Azerbaycan tarixi Baki 1993 azerbaycan dilinde Azerbaycan tarixi Baki 1995 rus dilinde Tarix e Aturpatakan fars dilinde Iranda nesr olunub 7 cildlik Azerbaycan tarixi nin 1 ci cildi Teltif ve mukafatlarLeninin anadan olmasinin 100 illiyi ile elaqedar Emek fedakarligina gore medali 1970 Azerbaycan SSR Emekdar elm xadimi 1979 Xalqlar dostlugu ordeni 1981 Rusiya EA nin Fexri fermani Azerbaycan EA nin Fexri fermani Sohret ordeni 1999 Istinadlar Eliyev Iqrar Hebib oglu Azerbaycan science gov az 16 9 2021 tarixinde Iqrar Hebib oglu Eliyev Azerbaycan lib az 1 7 2018 tarixinde Eliyev Iqrar Hebib oglu Azerbaycan tarixinstitutu az 5 3 2022 tarixinde