Çuxa — kişi üst geyimlərindən biri.
Haqqında
Azərbaycanda iki cür — vəznəli və çərkəzi çuxalar mövcuddur. Hər iki çuxanın yaxası açıq biçilir. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilir. Bel hissəsində çuxanın bəndi olur.
Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilir. Başları gümüş yaxud qızıl ilə ziynətləndirilmiş vəznələr xəzinələrə geydirilir.
Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənir. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlçəkli qondarma qolunun astarı ipək parçadan tikilir. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan duzəldilmiş ilgək və düymələri olur. Çərkəzi çuxanın uzunluğu müxtəlifdir: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olur. Çuxanı mahuddan və ya şaldan tikirlər. Çuxanı müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirlər.
Tarixi
Çuxa – Oğuzlar arasında "çuqa", "çuğa", yaxud "cuğa" adı ilə bəlli olan bu geyim tipinin adı qədim türk dillərində "mahud" mənasını bildirən "çoha" istilahının danışıq dilində səs dəyişməsindən yaranmışdır. Digər türk xalqları kimi, görünür, oğuzlar da çuxanı ilk vaxtlar yundan toxunmuş mahuddan tikirmişlər. Parçanın adı geyim tipində öz ömrünü yaşatmışdır. Kitabi Dədə Qorqud dastanlarına əsasən əsasən kişi üst geyim tipi kimi təqdim edilən çuxa biçim üsuluna və tikiş texnikasına görə əsrlər boyu elə bir ciddi dəyişikliyə uğramamışdır. Zəmanəmizədək gəlib çatmış çuxalar kimi, oğuzların da çuxası gövdə (əyin), qol və ətək olmaqla üç hissədən ibarət biçilib tikilirmiş.
Rəqs ansambllarının milli geyim formasında özünə yer tapan çuxanın ətəyinin formasına görə, "kəmər çin" (büzməli) və "kahlı" (taxtalı) olmaqla, iki əsas növü geniş yayılmışdır. Oğuz boylarında adi çuxa ilə yanaşı, Bayındır xana hədiyyə olaraq ayrılan "toquzlama çuğa"dan, yaxud bəzəkli "çırğab çuxa"dan bəhs olunur: "Bir yigit olsa, dirisi xəbərin gətürsə, çırğab çuxa, altun-aqça verərdim": yaxud: "Quşun ala qatını, qumaşın arusını, qızın gögçəgini, doquzlama çırğab çuxa xanlar xanı Bayındıra pəncik çıqardılar". Xan üçün hədiyyə, bəxşiş məqsədilə ayrılan bəzəkli çuxa doqquz "taxta"dan (kahdan) ibarət biçilib tikilirmiş. Çuxanın bu növü, yəni ətəyi doqquz kahdan ibarət olan çuxa Azərbaycanın Şirvan bölgəsində yaxın keçmişədək qalmaqda idi.
Kitabi Dədə Qorqud dastanlarında cübbə və çuxanın həm də qadınlara məxsus geyim tipi olduğu anlaşılır: "Böylə digəc qız tanıdı – bildi kim, Beyrəkdir. Cübbəsiylə- çuxasıyla Beyrəgin, ayağına düşdi".
Zəmanəmizədək gəlib çatmış çuxa növləri arasında "düzyaxa", "oyma-yaxa", "atmaqol" çuxalar, hətta odlu silah meydana çıxandan sonra "vəznəli" çuxa geniş yayılmışdır. Oğuzlar arasında dəbdə olmuş çuxa formaları ilə bunların arasındakı tipoloji oxşarlığı izləmək üçün mövcud materiallar imkan vermir.
Çuxanın mənşəyindən bəhs edən mütəxəssislərin bir qismi onun bürüncəkdən bəziləri isə uzun ətəkli kişi xalatından meydana gəldiyini və e.ə. V əsrin arxeoloji materialları ilə səsləşdiyini ehtimal edirlər.
Qalereya
- Aleksandr Düma çuxa geyimində
- Məşədi Süleyman bəy Mansurovun oğulları Bəhram və Nadir Mansurovla
Mənbə
- "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004.
- . 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
Həmçinin bax
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cuxa kisi ust geyimlerinden biri HaqqindaAzerbaycanda iki cur vezneli ve cerkezi cuxalar movcuddur Her iki cuxanin yaxasi aciq bicilir Cuxa bele qeder kip ve astarli eteyi buzmeli yaxud qircinli tikilir Bel hissesinde cuxanin bendi olur Vezneli cuxanin qollari duz ve uzun bicilib her iki dosune vezne xezineleri tikilir Baslari gumus yaxud qizil ile ziynetlendirilmis vezneler xezinelere geydirilir Cerkezi cuxa vezneliden qolunun bicimine gore ferqlenir Cerkezi cuxanin sis ve ya dairevi uclu elcekli qondarma qolunun astari ipek parcadan tikilir Bu qollarin kesiyi boyu cox vaxt qaytandan duzeldilmis ilgek ve duymeleri olur Cerkezi cuxanin uzunlugu muxtelifdir bezilerinin uzunlugu dizden bir qeder asagi bezilerininki ise dize qeder olur Cuxani mahuddan ve ya saldan tikirler Cuxani muxtelif qizili bafta sarima ve basqa parcadan kobe ile bezeyirler TarixiCuxa Oguzlar arasinda cuqa cuga yaxud cuga adi ile belli olan bu geyim tipinin adi qedim turk dillerinde mahud menasini bildiren coha istilahinin danisiq dilinde ses deyismesinden yaranmisdir Diger turk xalqlari kimi gorunur oguzlar da cuxani ilk vaxtlar yundan toxunmus mahuddan tikirmisler Parcanin adi geyim tipinde oz omrunu yasatmisdir Kitabi Dede Qorqud dastanlarina esasen esasen kisi ust geyim tipi kimi teqdim edilen cuxa bicim usuluna ve tikis texnikasina gore esrler boyu ele bir ciddi deyisikliye ugramamisdir Zemanemizedek gelib catmis cuxalar kimi oguzlarin da cuxasi govde eyin qol ve etek olmaqla uc hisseden ibaret bicilib tikilirmis Reqs ansambllarinin milli geyim formasinda ozune yer tapan cuxanin eteyinin formasina gore kemer cin buzmeli ve kahli taxtali olmaqla iki esas novu genis yayilmisdir Oguz boylarinda adi cuxa ile yanasi Bayindir xana hediyye olaraq ayrilan toquzlama cuga dan yaxud bezekli cirgab cuxa dan behs olunur Bir yigit olsa dirisi xeberin geturse cirgab cuxa altun aqca vererdim yaxud Qusun ala qatini qumasin arusini qizin gogcegini doquzlama cirgab cuxa xanlar xani Bayindira pencik ciqardilar Xan ucun hediyye bexsis meqsedile ayrilan bezekli cuxa doqquz taxta dan kahdan ibaret bicilib tikilirmis Cuxanin bu novu yeni eteyi doqquz kahdan ibaret olan cuxa Azerbaycanin Sirvan bolgesinde yaxin kecmisedek qalmaqda idi Kitabi Dede Qorqud dastanlarinda cubbe ve cuxanin hem de qadinlara mexsus geyim tipi oldugu anlasilir Boyle digec qiz tanidi bildi kim Beyrekdir Cubbesiyle cuxasiyla Beyregin ayagina dusdi Zemanemizedek gelib catmis cuxa novleri arasinda duzyaxa oyma yaxa atmaqol cuxalar hetta odlu silah meydana cixandan sonra vezneli cuxa genis yayilmisdir Oguzlar arasinda debde olmus cuxa formalari ile bunlarin arasindaki tipoloji oxsarligi izlemek ucun movcud materiallar imkan vermir Cuxanin menseyinden behs eden mutexessislerin bir qismi onun buruncekden bezileri ise uzun etekli kisi xalatindan meydana geldiyini ve e e V esrin arxeoloji materiallari ile seslesdiyini ehtimal edirler QalereyaAleksandr Duma cuxa geyiminde Mesedi Suleyman bey Mansurovun ogullari Behram ve Nadir MansurovlaMenbe Kitabi Dede Qorqud Ensiklopediyasi II cild Baki 2004 2016 03 05 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 16 Hemcinin baxAzerbaycan milli geyimleri Medeniyyet ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin