Çaşitsu və ya çay evi (茶室, "çay otaqları") — Yapon çay mərasiminin (“çanoyu”) keçirilməsi üçün istifadə olunan xüsusi məkan. Çaşitsu tikilməsi üçün istifadə edilən memarlıq stili “sukiya” (“sukiya-zukuri”) adlanır və sukiya həm də çaşitsunun sinonimi kimi işlənə bilər.. Çaşitsunu səciyyələndirən memarlıq elementlərinə södzi pəncərələri, yarımşəffaf vasi kağızı ilə örtülmüş ağac çərçivədən hazırlanan hərəkətli qapılar, tatami döşəmə, tokonoma (əlyazmalar, rəsmlər və gül dizaynı üçün divarda xüsusi yer ) və sadə, sönük rənglərdə dizayn aiddir. Çaşitsu üçün ideal ölçü 4.5 (dörd tam onda beş)tatamilik (təxminən 7.5 kvadrat metr) otaq ölçüsüdür və bu ölçü məşhur usta Senno Rikü tərəfindən XVI əsrdə müəyyən edilmişdir .
Çay evləri və çay otaqları
Həm çay mərasiminin keçirilməsi üçün ayrıca tikilmiş məkanlar, həm də evin içərisində yerləşən və çay mərasimi üçün nəzərdə tutulan otaqlar yapon dilində “çaşitsu” adlanır.. “Çay evləri” adətən kiçik olur və ağacdan tikilir. Onlar bağlarda, parklarda və ya evlərin, qalaların bağçalarında yerləşir. Ən kiçik çay evi iki otaqdan ibarətdir: ev sahibinin və qonaqların yığışıb çay içdiyi əsas otaq və ev sahibinin şirniyyat hazırladığı və çay mərasimi üçün lazım olan əşyaları saxladığı “mizuya” otağı. Belə çay evinin ümumi sahəsi üç tatamidir. Çox böyük çay evləri müxtəlif ölçülü bir neçə çay otağından ibarət olur: geniş, yaxşı təchiz olunmuş və daha çox müasir mətbəxi xatırladan mizuya; qonaqlar üçün geniş gözləmə otağı; qonaqların qarşılandığı və ayaqqabılarını soyunduqları giriş sahəsi; kişi və qadın üçün ayrıca tualet otaqları; geyinib-soyunma otağı; anbar; bəzən bir neçə gözləmə otağı; “Rödzi” bağı və açıq hava altında olan gözləmə sahəsi. “Çay otaqları” çay evinin, yaşayış evinin içində ola bilər və ya ayrıca tikili kimi mövcud ola bilər. Çay otağı 1.75 tatamilik (qonaqlar üçün bir tam tatami və “daymö” (台目) adlanan və tam tataminin 3/4 –ü qədər olan və çay hazırlamaq üçün “furo” və “ro” (külək əsəsndə çay dəmlənməsi üçün istifadə olunan “hamam”) ocağının yerləşməsi üçün sahə kiçiksahəli və ya 10 və daha çox tatamilik böyüksahəli ola bilər. Müasir çüy otaqları üçün ümumtanınmış ölçü 4.5 tatamidir (Yodzohan çaşitsu). 4.5 tatamidən böyük olan çaşitsu “hiroma”, yəni “böyük otaq”, bu ölçüdən kiçik olan çaşitsu isə “koma”, yəni “kiçik otaq” adlanır.
Ölçülərinə və ocağın yerinə görə aşağıdakı çaşitsu növləri fərqləndirilir:
- Nidzo Çaşitsu - 2 tatami ölçüsündə otaq (ocaq ev sahibinin tatamisinin arxa hissəsində yerləşir);
- Naqa-Yodzo Çaşitsu - 4 tatami ölçüsündə düzbucaqlı otaq (ocaq ev sahibinin tatamisi ilə qonaqların tatamisi arasında yerləşir);
- Nidzo-Daiymö Çaşitsu - 2 qonaq və bir kiçik ev sahibi üçün tatami ölçüsündə otaq (ocaq ev sahibinin tatamisi ilə qonaqların tatamisi arasında yerləşir);
- Hira-Sandzö Çaşitsu/Fuka-Sandzö Çaşitsu - 3 tatami ölçüsündə otaq (Hira-Sandzö Çaşitsuda ocaq ev sahibinin tatamisi ilə qonaqların tatamisi arasında, Fuka-Sandzö Çaşitsuda ocaq ev sahibinin tatamisinin divara söykənən hissəsində yerləşir)
- İçidzö-Daymö Çaşitsu - 1 qonaq tatamisi və 1 ev sahibi üçün kiçik tatami ölçüsündə otaq ocaq ev sahibinin tatamisində yerləşir) ;
- Köhnə üslublu Naqa Yödzo Çaşitsu - köhnə üslublu 4 tatami ölçüsündə düzbucaqlı otaq (ocaq ev sahibinin tatamisi ilə qonaqların tatamisi arasında yerləşir).
Çaşitsunun tarixi
“Çaşitsu” termini Edo dövrünün (təxminən 1600-cü il) başlanğıcından istifadə edilir. Əvvəlki dövrlərdə çay mərasiminin keçirdiyi məkanı bildirmək üçün chanoyu zashiki (茶湯座敷; "çanoyu üçün qonaq otağı"), sukiya (“çanoyu” kimi poetik xarakterli estetik məşğuliyyətlər üçün yer və kakoi (囲; ədəbi dildə "xüsusi ayrılmış məkan") kimi terminlərdən istifadə edilirdi. Yapon tarixçisi Moriya Takeşi özünün "Şəhərin içərisində yaşayan dağ" məqaləsində yazır ki, vabi-ça çay mərasiminin idealının kökləri Muromaki dövrünün (1336-1573) şəhər cəmiyyətinə gedib çıxır və şəhər əhlinin öz iqamətgahlarında tikdiyi və kənd evlərini xatırladan çay evlərində keçirilirdi Buna qədər isə çay mərasimləri əsasən “söin-zukuri” memarlıq stilində tikilmiş otaqlarda keçirilirdi. Bu stil müasir dövrün çay otaqlarının tikintisində də geniş istifadə edilir..
Çay evləri mərkəzi hakimiyyətin zəif olduğu və dzen-buddizm ideyalarının yayıldığı Senqoku dövründə (XV əsrin ortaları- XVII əsrin əvvələri) meydana çıxmışdır. Çay evləri əsasən dzen rahibləri və “daymö”lər, samuraylar və tacirlər tərəfindən tikilirdi. Dzen fəlsəfəsinin təsiri altında tikilən bu evlər sadəlik və sakitlik təlqin etməli idilər. Çaşitsunun quruluşuna və çay mərasiminə dair qaydalar məşhur çanoyu ustaları Dzöo Takeno (1502/03-1555) və Rikü adı altında məşhurlaşan Senno Soeki (1521/22-1591) tərəfindən hazırlanmışdır.. Bəzi bədii mənbələrə inansaq, ilk çaşitsu 1473-cü ildə tikilmişdir. Başqa mənbələrə görə isə, ilk çaşitsu rahib Murata Dzükonun davamçısı usta Dzöo Takeno tərəfindən "vabi" prinsipinə uyğun olaraq kəndli koması stilində tikilmişdi. Senno Rüki çay evi konsepsiyasını təkmilləşdirmiş, onu əhatə edən bağın və çay evinə aparan yolun salınması prinsiplərini işləyib hazırlamışdır..
İdeal çay evi
Ayrıca tikili şəklində olan ideal çay evi “rödzi” adlanan kiçik yapon bağının əhatəsində yerləşir və xüsusi yol qonağı çay evinə aparır. Yolun qırağında qonaqlar üçün skamyalar yerləşir. Çay evinin yaxınlığında olan daş hovuz (dzukubai) qonaqların əl-üzlərini yuması üçün nəzərdə tutulub. Daha donra, onlar bellərini əyərək “Nidziriquçi” adlanan alçaq (hündürlüyü təxminən 60-90 sm olan bu girişin keçmişdə effekti o idi ki, samuray öz uzun qılıncı ilə içəri daxil ola bilmədiyindən qılıncları çöldə qoyurdu) kvadratşəkilli qapıdan çay otağında daxil olurlar. Bu qapı çay otağının daxili və sakit dünyasını narahat xarici dünyadan ayırır. Qapı çay otağının düz içinə aparır.
Qonaqlar üçün nəzərdə tutulmuş bu girişdən başqa digər girişlər də ola bilər: məsələn, ikiotaqlı çay evlərində “mizuya” otağına (əgər belə otaq mövcuddursa) keçməyə imkan verən və ev sahibi üçün nəzərdə tutulan normal insan boyu hündürlüyündə “saduqiçi” qapısı mövcuddur .
Çay otağının pəncərələri adətən kiçikdir və təbii gün işığını buraxan “södzi” ilə örtülmüş olur. Çay mərasimi iştirakçılarının diqqətini dağıtmamaq üçün bu pəncərələr çöldə baş verənləri seyr etmək üçün nəzərdə tutulmamışdır. Çay otağı alçaq tavana malikdir və orada mebel yoxdur. Ev sahibi və qonaqlar “seiza” stilində yerdən otururlar. Çay mərasimində istifadə olunan bütün əşyalar sadə və rahatdır. Bəzi çaşitsu sahibləri bu çay evlərinə xüsusi adlar verirlər. Belə adlar içərisində ən geniş yayılanları aşağıdakılardır:
- Muqay-an (無外庵, Daxili koma)
- Mokuray-an (黙雷庵, Sakit səs koması)
- Tōkyū-dō (東求堂, Şərqi axtaran zal)
- Shō-an (松庵, Şam ağacı koması)
- Içimoku-an (一木庵, Bir ağacın koması)
- Rokusō-an (六窓庵, Altı pəncərə koması)
- Bōji-tei (忘路亭, Unudulmuş yol köşkü)
Məşhur çaşitsular
- Dzö-an (如庵). İndi Aiçidə, İnuyamada yerləşən 2.5 tatami çay otağından və 3 tatami mizuyadan ibarət bu çay evi 1618-ci ildə Oda Nobunaqanın kiçik qardaşı Urakusay tərəfindən Kiotoda tikilimişdir və indiki yerinə 1972-ci ildə köçürülmüşdür. 1951-ci ildə milli irs kimi tanınmışdır .
- Konniçi-an (今日庵, Bu gün koması). Sen Sötan tərəfindən tikilmiş bu çay otağı bir tam tatami və onun ¾ qədər olan daymö-tatami sahəyə malikdir. Otaqda tokonama yoxdur.
- Fuşin-an (不審庵, Şübhə koması). Sen Rikyü tərəfindən tikilmiş bu çay otağı Omotesenke malikanəsinin bir hissəsi idi və onun oğlu Sen Şoan tərəfindən indiki yerinə köçürülmüşdür.
- Tay-an (待庵). Sen Rikyü tərəfindən 1582-1583-cü illərdə onun vabi-ça konsepsiyasına uyğun olaraq tikilmiş və günümüzədəkgəlib çatmış yeganə çaşitsudur. Öyamazakidə (Kioto), Myökian qalasında yerləşir. Milli irs kimi tanınan üç çaşitsudan biridir .
- Zangetsu-tey (残月亭, Sübh ayı köşkü). Kiotoda yerləşən Omotesenke məktəbinə məxsus olan çay evi.
- Şüşə çay evi (光庵, İşıq koması). Tokudzin Yoşioka tərəfindən layihələndirilmiş şüşə çay evi .Hiroşu Sugimoto tərəfindən 2014-cü ildə keçirilən Venesiya Memarlıq Biennalesi üçün də şüşə çay otağı hazırlanmışdı
- Koday-dzi məbədinin çay evi.
- Rokuondzi qalasında yerləşən Sekkatey çay evi
- Dzikouin qalasında yerləşən Kourinin çay evi
- Kutuin buddist qalasında yerləşən Şökö-ken çay evi
- İsome-Şi bağında çay evi
- Ahlsdorf-da çay evi
- Hamburqda çay evi
Həmçinin bax
İstinadlar
- A Chanoyu Vocabulary: Practical Terms for the Way of Tea, entry for 'chashitsu'. Tankosha Publishing Co., 2007.
- A Chanoyu Vocabulary, entry for 'sukiya'.
- "Японская чайная церемония". 2022-07-07 tarixində . İstifadə tarixi: 2014-10-07.
- "Japanese tea ceremony Chashitsu". 2022-03-14 tarixində . İstifadə tarixi: 2014-10-08.
- Kōjien Japanese dictionary, entry for 'chashitsu'.
- Окакуро Какузо. Его величество Чай. М.., 2008, стр.59
- A Chanoyu Vocabulary, entry for 'chashitsu'.
- "Hiroma and koma". 2022-04-06 tarixində . İstifadə tarixi: 2014-10-08.
- Moriya Takeshi, "The Mountain Dwelling Within the City," in Chanoyu Quarterly no. 56 (1988). The article is an English translation of chapter II, part 2, of NHK Books no. 459, published by Japan Broadcast Publishing Co., Ltd., in June 1984.
- "Washington & Lee University web page". 2009-05-08 tarixində . İstifadə tarixi: 2014-10-07.
- Г.Навлицкая. Осака. Наука. 1983, стр 104
- "Пронников В.А., Ладанов И.Д. Японцы. М., Наука, 1985, стр. 194". 2022-01-08 tarixində . İstifadə tarixi: 2014-10-07.
- В.Семенов. Приглашение к чаю. М., 2002, стр.56
- Окакуро Какузо. Его величество Чай. М., 2008, стр.134
- Окакуро Какузо. Его величество Чай. М., 2008, стр.59
- "Пронников В.А., Ладанов И.Д. Японцы. М., Наука, 1985, стр. 195". 2022-01-08 tarixində . İstifadə tarixi: 2014-10-07.
- "Тясицу". 2016-03-17 tarixində . İstifadə tarixi: 2014-10-07.
- В.Шпаковский. Атлас самураев, стр.58
- "Joan Tea Pavilion". 2022-02-23 tarixində . İstifadə tarixi: 2014-10-08.
- . 2012-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-16.
- "Omotesenke Fushin an". 2022-01-28 tarixində . İstifadə tarixi: 2014-10-08.
- Tea ceremony architecture[ölü keçid]
- "The Reconstruction of Taian". 2022-01-04 tarixində . İstifadə tarixi: 2014-10-08.
- . 2014-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.
- "Japanese Designers and Tea Houses". 2021-09-18 tarixində . İstifadə tarixi: 2014-10-08.
- "Hiroshi Sugimoto's glass cube hosts Japanese tea ceremonies in Venice". 2022-03-31 tarixində . İstifadə tarixi: 2014-10-08.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Casitsu ve ya cay evi 茶室 cay otaqlari Yapon cay merasiminin canoyu kecirilmesi ucun istifade olunan xususi mekan Casitsu tikilmesi ucun istifade edilen memarliq stili sukiya sukiya zukuri adlanir ve sukiya hem de casitsunun sinonimi kimi islene biler Casitsunu seciyyelendiren memarliq elementlerine sodzi pencereleri yarimseffaf vasi kagizi ile ortulmus agac cerciveden hazirlanan hereketli qapilar tatami doseme tokonoma elyazmalar resmler ve gul dizayni ucun divarda xususi yer ve sade sonuk renglerde dizayn aiddir Casitsu ucun ideal olcu 4 5 dord tam onda bes tatamilik texminen 7 5 kvadrat metr otaq olcusudur ve bu olcu meshur usta Senno Riku terefinden XVI esrde mueyyen edilmisdir Yugao tey kimi taninan cay evi Kanazava Yaponiya Cay evleri ve cay otaqlariCay otaginin daxili gorunusu Hem cay merasiminin kecirilmesi ucun ayrica tikilmis mekanlar hem de evin icerisinde yerlesen ve cay merasimi ucun nezerde tutulan otaqlar yapon dilinde casitsu adlanir Cay evleri adeten kicik olur ve agacdan tikilir Onlar baglarda parklarda ve ya evlerin qalalarin bagcalarinda yerlesir En kicik cay evi iki otaqdan ibaretdir ev sahibinin ve qonaqlarin yigisib cay icdiyi esas otaq ve ev sahibinin sirniyyat hazirladigi ve cay merasimi ucun lazim olan esyalari saxladigi mizuya otagi Bele cay evinin umumi sahesi uc tatamidir Cox boyuk cay evleri muxtelif olculu bir nece cay otagindan ibaret olur genis yaxsi techiz olunmus ve daha cox muasir metbexi xatirladan mizuya qonaqlar ucun genis gozleme otagi qonaqlarin qarsilandigi ve ayaqqabilarini soyunduqlari giris sahesi kisi ve qadin ucun ayrica tualet otaqlari geyinib soyunma otagi anbar bezen bir nece gozleme otagi Rodzi bagi ve aciq hava altinda olan gozleme sahesi Cay otaqlari cay evinin yasayis evinin icinde ola biler ve ya ayrica tikili kimi movcud ola biler Cay otagi 1 75 tatamilik qonaqlar ucun bir tam tatami ve daymo 台目 adlanan ve tam tataminin 3 4 u qeder olan ve cay hazirlamaq ucun furo ve ro kulek esesnde cay demlenmesi ucun istifade olunan hamam ocaginin yerlesmesi ucun sahe kiciksaheli ve ya 10 ve daha cox tatamilik boyuksaheli ola biler Muasir cuy otaqlari ucun umumtaninmis olcu 4 5 tatamidir Yodzohan casitsu 4 5 tatamiden boyuk olan casitsu hiroma yeni boyuk otaq bu olcuden kicik olan casitsu ise koma yeni kicik otaq adlanir Olculerine ve ocagin yerine gore asagidaki casitsu novleri ferqlendirilir Nidzo Casitsu 2 tatami olcusunde otaq ocaq ev sahibinin tatamisinin arxa hissesinde yerlesir Naqa Yodzo Casitsu 4 tatami olcusunde duzbucaqli otaq ocaq ev sahibinin tatamisi ile qonaqlarin tatamisi arasinda yerlesir Nidzo Daiymo Casitsu 2 qonaq ve bir kicik ev sahibi ucun tatami olcusunde otaq ocaq ev sahibinin tatamisi ile qonaqlarin tatamisi arasinda yerlesir Hira Sandzo Casitsu Fuka Sandzo Casitsu 3 tatami olcusunde otaq Hira Sandzo Casitsuda ocaq ev sahibinin tatamisi ile qonaqlarin tatamisi arasinda Fuka Sandzo Casitsuda ocaq ev sahibinin tatamisinin divara soykenen hissesinde yerlesir Icidzo Daymo Casitsu 1 qonaq tatamisi ve 1 ev sahibi ucun kicik tatami olcusunde otaq ocaq ev sahibinin tatamisinde yerlesir Kohne uslublu Naqa Yodzo Casitsu kohne uslublu 4 tatami olcusunde duzbucaqli otaq ocaq ev sahibinin tatamisi ile qonaqlarin tatamisi arasinda yerlesir 4 5 tatami olcusunde ideal cay otagi tokonoma ve mizuya doko ile birlikdeCasitsunun tarixi Casitsu termini Edo dovrunun texminen 1600 cu il baslangicindan istifade edilir Evvelki dovrlerde cay merasiminin kecirdiyi mekani bildirmek ucun chanoyu zashiki 茶湯座敷 canoyu ucun qonaq otagi sukiya canoyu kimi poetik xarakterli estetik mesguliyyetler ucun yer ve kakoi 囲 edebi dilde xususi ayrilmis mekan kimi terminlerden istifade edilirdi Yapon tarixcisi Moriya Takesi ozunun Seherin icerisinde yasayan dag meqalesinde yazir ki vabi ca cay merasiminin idealinin kokleri Muromaki dovrunun 1336 1573 seher cemiyyetine gedib cixir ve seher ehlinin oz iqametgahlarinda tikdiyi ve kend evlerini xatirladan cay evlerinde kecirilirdi Buna qeder ise cay merasimleri esasen soin zukuri memarliq stilinde tikilmis otaqlarda kecirilirdi Bu stil muasir dovrun cay otaqlarinin tikintisinde de genis istifade edilir Cay evleri merkezi hakimiyyetin zeif oldugu ve dzen buddizm ideyalarinin yayildigi Senqoku dovrunde XV esrin ortalari XVII esrin evveleri meydana cixmisdir Cay evleri esasen dzen rahibleri ve daymo ler samuraylar ve tacirler terefinden tikilirdi Dzen felsefesinin tesiri altinda tikilen bu evler sadelik ve sakitlik telqin etmeli idiler Casitsunun qurulusuna ve cay merasimine dair qaydalar meshur canoyu ustalari Dzoo Takeno 1502 03 1555 ve Riku adi altinda meshurlasan Senno Soeki 1521 22 1591 terefinden hazirlanmisdir Bezi bedii menbelere inansaq ilk casitsu 1473 cu ilde tikilmisdir Basqa menbelere gore ise ilk casitsu rahib Murata Dzukonun davamcisi usta Dzoo Takeno terefinden vabi prinsipine uygun olaraq kendli komasi stilinde tikilmisdi Senno Ruki cay evi konsepsiyasini tekmillesdirmis onu ehate eden bagin ve cay evine aparan yolun salinmasi prinsiplerini isleyib hazirlamisdir Ideal cay eviCay evinin Nidziriquci girisi Ayrica tikili seklinde olan ideal cay evi rodzi adlanan kicik yapon baginin ehatesinde yerlesir ve xususi yol qonagi cay evine aparir Yolun qiraginda qonaqlar ucun skamyalar yerlesir Cay evinin yaxinliginda olan das hovuz dzukubai qonaqlarin el uzlerini yumasi ucun nezerde tutulub Daha donra onlar bellerini eyerek Nidziriquci adlanan alcaq hundurluyu texminen 60 90 sm olan bu girisin kecmisde effekti o idi ki samuray oz uzun qilinci ile iceri daxil ola bilmediyinden qilinclari colde qoyurdu kvadratsekilli qapidan cay otaginda daxil olurlar Bu qapi cay otaginin daxili ve sakit dunyasini narahat xarici dunyadan ayirir Qapi cay otaginin duz icine aparir Qonaqlar ucun nezerde tutulmus bu girisden basqa diger girisler de ola biler meselen ikiotaqli cay evlerinde mizuya otagina eger bele otaq movcuddursa kecmeye imkan veren ve ev sahibi ucun nezerde tutulan normal insan boyu hundurluyunde saduqici qapisi movcuddur Cay otaginin pencereleri adeten kicikdir ve tebii gun isigini buraxan sodzi ile ortulmus olur Cay merasimi istirakcilarinin diqqetini dagitmamaq ucun bu pencereler colde bas verenleri seyr etmek ucun nezerde tutulmamisdir Cay otagi alcaq tavana malikdir ve orada mebel yoxdur Ev sahibi ve qonaqlar seiza stilinde yerden otururlar Cay merasiminde istifade olunan butun esyalar sade ve rahatdir Bezi casitsu sahibleri bu cay evlerine xususi adlar verirler Bele adlar icerisinde en genis yayilanlari asagidakilardir Muqay an 無外庵 Daxili koma Mokuray an 黙雷庵 Sakit ses komasi Tōkyu dō 東求堂 Serqi axtaran zal Shō an 松庵 Sam agaci komasi Icimoku an 一木庵 Bir agacin komasi Rokusō an 六窓庵 Alti pencere komasi Bōji tei 忘路亭 Unudulmus yol kosku Meshur casitsularDzo anDzo an 如庵 Indi Aicide Inuyamada yerlesen 2 5 tatami cay otagindan ve 3 tatami mizuyadan ibaret bu cay evi 1618 ci ilde Oda Nobunaqanin kicik qardasi Urakusay terefinden Kiotoda tikilimisdir ve indiki yerine 1972 ci ilde kocurulmusdur 1951 ci ilde milli irs kimi taninmisdir Konnici an 今日庵 Bu gun komasi Sen Sotan terefinden tikilmis bu cay otagi bir tam tatami ve onun qeder olan daymo tatami saheye malikdir Otaqda tokonama yoxdur Fusin an 不審庵 Subhe komasi Sen Rikyu terefinden tikilmis bu cay otagi Omotesenke malikanesinin bir hissesi idi ve onun oglu Sen Soan terefinden indiki yerine kocurulmusdur Tay an 待庵 Sen Rikyu terefinden 1582 1583 cu illerde onun vabi ca konsepsiyasina uygun olaraq tikilmis ve gunumuzedekgelib catmis yegane casitsudur Oyamazakide Kioto Myokian qalasinda yerlesir Milli irs kimi taninan uc casitsudan biridir Zangetsu tey 残月亭 Subh ayi kosku Kiotoda yerlesen Omotesenke mektebine mexsus olan cay evi Suse cay evi 光庵 Isiq komasi Tokudzin Yosioka terefinden layihelendirilmis suse cay evi Hirosu Sugimoto terefinden 2014 cu ilde kecirilen Venesiya Memarliq Biennalesi ucun de suse cay otagi hazirlanmisdi Cay evleri Koday dzi mebedinin cay evi Rokuondzi qalasinda yerlesen Sekkatey cay evi Dzikouin qalasinda yerlesen Kourinin cay evi Kutuin buddist qalasinda yerlesen Soko ken cay evi Isome Si baginda cay evi Ahlsdorf da cay evi Hamburqda cay eviHemcinin baxYaponiya medeniyyeti Yaponiya memarligiIstinadlarA Chanoyu Vocabulary Practical Terms for the Way of Tea entry for chashitsu Tankosha Publishing Co 2007 A Chanoyu Vocabulary entry for sukiya Yaponskaya chajnaya ceremoniya 2022 07 07 tarixinde Istifade tarixi 2014 10 07 Japanese tea ceremony Chashitsu 2022 03 14 tarixinde Istifade tarixi 2014 10 08 Kōjien Japanese dictionary entry for chashitsu Okakuro Kakuzo Ego velichestvo Chaj M 2008 str 59 A Chanoyu Vocabulary entry for chashitsu Hiroma and koma 2022 04 06 tarixinde Istifade tarixi 2014 10 08 Moriya Takeshi The Mountain Dwelling Within the City in Chanoyu Quarterly no 56 1988 The article is an English translation of chapter II part 2 of NHK Books no 459 published by Japan Broadcast Publishing Co Ltd in June 1984 Washington amp Lee University web page 2009 05 08 tarixinde Istifade tarixi 2014 10 07 G Navlickaya Osaka Nauka 1983 str 104 Pronnikov V A Ladanov I D Yaponcy M Nauka 1985 str 194 2022 01 08 tarixinde Istifade tarixi 2014 10 07 V Semenov Priglashenie k chayu M 2002 str 56 Okakuro Kakuzo Ego velichestvo Chaj M 2008 str 134 Okakuro Kakuzo Ego velichestvo Chaj M 2008 str 59 Pronnikov V A Ladanov I D Yaponcy M Nauka 1985 str 195 2022 01 08 tarixinde Istifade tarixi 2014 10 07 Tyasicu 2016 03 17 tarixinde Istifade tarixi 2014 10 07 V Shpakovskij Atlas samuraev str 58 Joan Tea Pavilion 2022 02 23 tarixinde Istifade tarixi 2014 10 08 2012 09 15 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2021 01 16 Omotesenke Fushin an 2022 01 28 tarixinde Istifade tarixi 2014 10 08 Tea ceremony architecture olu kecid The Reconstruction of Taian 2022 01 04 tarixinde Istifade tarixi 2014 10 08 2014 07 19 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 08 Japanese Designers and Tea Houses 2021 09 18 tarixinde Istifade tarixi 2014 10 08 Hiroshi Sugimoto s glass cube hosts Japanese tea ceremonies in Venice 2022 03 31 tarixinde Istifade tarixi 2014 10 08