Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir.
Səkkizbucaqlı Kiran türbəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Kiran yaşayış yeri |
Memar | Əcəmi Naxçıvani (?) |
Tikilmə tarixi | XII əsrin 80-ci illəri |
Üslubu | Naxçıvan-Marağa memarlıq məktəbi |
Vəziyyəti | xarabalıqları qalıb |
İstinad nöm. | 52 |
Kateqoriya | kompleks |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur.
Tarixi
Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər.
Memarlıq xüsusiyyətləri
Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Yerüstü hissə
Türbənin divarlarının qalınlığı 1.5-0.12 metr, səkkizguşəlinin küncləri 4.72-4.78 metr, üzbəüz künclər arasındakı daxili məsafə isə 9 metrə bərabərdir. Üzlüyün saxlanılmış hissəsi və ətrafda aşkar edilmiş bütöv hörgü bloklarına əsasən, B. İbrahimov türbənin künclərinin dekorativ bişmiş kərpiclərdən haradılmış həndəsi naxışlar xalçası ilə örtüldüyünü qeyd edir.
Türbənin künc hissələrinin naxışları bir-birini təkrarlamır. Bu naxışların əsasında altı, səkkiz, dörd və sair bucaqlardan ibarət həndəsi naxışlar dayanır. Tədqiqatçılar Səkkizguşəli Kiran türbəsinin künc naxışları arasında iki kompozisiya tipi müəyyən etmişlər: birinci tipdə hər blokun naxışları təkrarlanır, ikinci tipdə isə dörd blok simmetrik olaraq düzülür və onlara yalnız birlikdə baxdıqda təsvir yaranır. Bu baxımdan Səkkizguşəli Kiran türbəsinin fasad naxışları Yusif ibn Küseyr türbəsinin fasadındakı naxışları xatırladır. Əsas fiqurlardan başqa bu naxışlarda çoxlu sayda ikinci dərəcəli fiqurlar – ulduz, romb, beşbucaqlı, trapesiya və sair də formalaşır.
Səkkizbucaqlı Kiran türbəsinin cənub-qərb fasadında saxlanmış ornamentlər Yusif ibn Küseyr türbəsinin şimal küncünün ornamentləri ilə tamamilə identikdir. Onlar yalnız blokların ölçüsünə görə fərqlənirlər. Səkkizguşəli Kiran türbəsinin naxış blokları Yusif ibn Küseyr türbəsinin naxış bloklarlndan üç dəfə kiçikdir. Küncün salamat qalmış hissəsi aşağı tərəfdən iki paralel kərpic kəməri ilə bərkidilmişdir. Kəmərlər arasındakı məsafə kvadrat formalı (4.6x4.6x11.5 sm) kiçik kərpiclərlə hörülmüşdür.
Düz türbə səthindən küncə keçid Mömünə Xatun türbəsindəki kimi həll edilmişdir. Yusif ibn Küseyr və Mömünə Xatun türbələrindən fərqli olaraq Səkkizguşəli Kiran türbəsinin küncləri yarımdairəvi sütunlar şəklində həll edilmişdir. Mömünə Xatun türbəsinin sərhədləri kar tağın bəzəkli stalaktitləri ilə tamamlanır və B. İbrahimov eyni şəkildə stalaktitlə tamamlanmanın Səkkizguşəli Kiran türbəsində də təkrarlandığını ehtimal edir.
Türbənin giriş qapısı cənub istiqamətindədir. Girişin hər iki tərəfində künclərdəki sütunların formasını təkrarlayan sütunlar yerləşdirilmişdir. Digər qülləvari türbələrdə olduğu kimi, Səkküzguşəli Kiran türbəsində də yerüstü hissənin daxili həcmi funksional əhəmiyyət daşımamışdır. Plan və tərtibat baxımından Səkkizguşəli Kiran türbəsinin girişi Əcəmi Naxçıvaninin inşa etdiyi iki türbənin girişləri ilə identikdir.
Sərdabəsi
Türbənin yerli daşdan inşa edilmiş yarımyeraltı sərdabəsi xaricdən kvadrat, daxildən isə xaçvari plana malikdir. Bir xarici tərəfin uzunluğu 11.5-11.7 metrdir. Türbə qaya üzərində inşa edildiyindən, yuxarı qalxdıqca divarların qalınlığı azalır.
Sərdabənin girişi oxvari tağ formasında həll edilməklə şərq istiqamətində yerləşdirilmişdir. Giriş qapısına dar dəhliz aparır. Dəhlizin eni 1.3-1.4 metrə bərabərdir. Giriş qapısının eni 3, hündürlüyü isə 1.05 metrə (5 sıra daş hörgüsü) bərabərdir.
Arxeoloji tədqiqatlar zamanı sərdabənin giriş qapısı üzərində, səkkizguşəli gövdənin daha bir qapı yeri aşkara çıxarılmışdır. B. İbrahimov qeyd edir ki, həmin qapı türbənin XIII əsrdə təmiri zamanı hörülərək qapadılmışdır.
Türbənin xaricdən dördguşəli olan sərdabəsi kürsü rolunu oynayan daha bir dördguşəlinin içərisində inşa edilmişdir. tərəflər cənubdan 18.3 metr, şimaldan 17.3 metr, şərq və qərbdən isə 17.5 metrə bərabərdir. Kürsü və sərdabənin divarları arasındakı ərazidə yerüstü hissəsi olmayan bir neçə müsəlman qəbri aşkar edilmişdir. Türbənin cənub girişi qarşısında daşlardan hörülmüş pilləli yerüstü hissəyə malik, həndəsi ornamentlər və ərəb əlifbası ilə yazılmış kitabələrlə bəzədilmiş daha bir qəbir yerləşir.
Türbənin sərdabəsi daxildən 20x20x5 sm ölçüyə malik kvadrat formalı kərpiclərdən tikilmişdir. Kərpiclər fiqurlu hörgü ilə düzülmüşdür.
Tədqiqi
Səkkizbucaqlı Kiran sərdabəsi memarlıq quruluşuna görə, Şərqi Anadolunun Kəmax qəsəbəsindəki (XII əsrin əvvəli) alt qatı ilə demək olar ki, eynidir. Hətta hər iki türbənin sərdabələrinin ölçüləri, həcmi və hündürlüyü də bir-birinə olduqca yaxındır. Ancaq nisbətlərin ağırlığı, memarlıq elementlərində və hörgü işlərində aydın görünən sayalıq onu Türkiyədəki abidədən bir qədər fərqləndirir. Professor Cəfər Qiyasi qeyd edir ki, Kəmaxdakı türbənin də Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndəsi olan bir memar tərəfindən inşa edilməsini ehtimal edilir. Belə ki, həmin illərdəMengücəklərin əsas tikililərini iki azərbaycanlı memar yerinə yetirirdi: Onlardan biri memar 'Əhməd Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı görünüşcə Kiran və Kəmax türbələrinə bənzəyir.
Mərkəzi dayaqlı sərdabələrin Naxçıvan-Marağa memarlıq məktəbi zonası üçün səciyyəvi olduğunu başqa bir fakt da sübut edir. XX əsrin əvvəllərində bir səyyah Naxçıvanda Nuh Türbəsi adlanan abidəni belə təsvir etmişdi: "...içərisində pillələrlə enilən məbədin daxili tağları ortadakı daş sütuna söykənən dairəvi mağaraya bənzəyir." Bu məlumatda da bəhs edilən sərdabələrə bənzər bir sərdabədən söhbət gedir.
Maraqlıdır ki, mərkəzi dayaqlı sərdabələrə Azərbaycanın başqa memarlıq məktəblərində rast gəlinmir. Ancaq Naxçıvan-Marağa zonası üçün səciyyəvi olan bu sərdabə tipinin təkamülünü qısaca belə izah etmək olar. Başlanğıcda örtüyün möhkəmliyini təmin etmək üçün onun ortasında göbələkvari sütun qoyulurdu. Sonralar sütunun uclarını sərdabənin uyğun künclərinə tağlarla birləşdirməklə memarlar bütöv dayaq sistemi yaradırdılar. Bu sistem əsasında tikilən sərdabələr təkcə qeyri-adi möhkəmliyi ilə deyil, həm də biçiminin plastikası, interyerinin ahəngdar gözəlliyi ilə seçilir.
Səkkizbucaqlı Kiran türbəsinin sərdabəsində türbənin tikilmə tarixini bildirən kitabə qalmamışdır. Ancaq yuxarıda göstərilən xüsusiyyətləri, bir də uçuqlar içində qalan memarlıq bəzəyi fraqmentləri abidənin tikilmə dövrünü aydınlaşdırmağa imkan verir. Səkkizbucaqlı Kiran türbəsinin bəzək ünsürləri və materialları (bişmiş və firuzəyi rəngli şirəli kərpiclərdən yığılmış həndəsi naxışlar və kufi xəttli yazı parçaları, gəc üzərində oyma naxışlar) XII əsrdə Mərkəzi Azərbaycan şəhərlərində tikilmiş bürcvari türbələrin memarlıq bəzəyi və materialları ilə uyğundur. Səkkizbucaqlı Kiran türbəsi də həmin yüzilin Marağa və Naxçıvan türbələrinin çoxu kimi alt kürsüsü daşdan, üst qatı kərpicdən tikilən, memarlıq dekorunda şirəli kərpiclər işlədilən monumental abidə imiş. Bütün bu xüsusiyyətləri nəzərə alan mütəxəssislər türbəni XII yüzilin sonlarında inşa edildiyini söyləyirlər.
Səkkizbucaqlı Kiran türbəsinin kəşfi Azərbaycan memarlıq tarixini maraqlı bir əsərlə zənginləşdirmişdir. Bu abidə, hər şeydən öncə, dünya memarlığında ən bitkin və bənzərsiz konstruktiv sistemləri olan Möminə Xatun türbəsi sərdabəsinin örnəyini – prototipini aydınlaşdırmağa, onun tarixi təkamül prosesini izləməyə yardım edir. Səkkizbucaqlı Kiran türbəsi eyni zamanda bu növ memarlıq – mühəndis quruluşlarının Mərkəzi Azərbaycanda yerli ənənələr üzərində yaranıb təkmilləşdiyini daha inandırıcı şəkildə sübut edir. Həmin sənət əsəri Naxçıvan-Marağa memarlıq məktəbinin təsir və yayım dairəsinin dəqiqləşdirilməsi baxımından da dəyərlidir.
İstinadlar
- Ибрагимов, 2000. səh. 44
- Архитектура Азербайджана. Эпоха Низами. (Сборник статей). Баку. 1947. 239.
- Тер-Аветисян, С.В. К археологическому обследованию Хараба-Гилана (Известия КИАИ. Т. 6). Тбилиси. 1927. 173.
- Сысоев, В.М. Нахичевань на Араксе и древности Нахичеванской АССР (Известия АЗКОМСТАРИС Вып. 4. Тетрадь 2). 1929. 207.
- Ибрагимов, 2000. səh. 42
- Ибрагимов, 2000. səh. 43
- Архитектура Азербайджана. Эпоха Низами. (Сборник статей). Баку. 1947. 232.
- Мамедзаде, К.М. Строительное искусство Азербайджана IV-ХVI вв. Баку. 1978. 80.
- Qiyasi, C. Nizami dövrünün memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. 90.
Ədəbiyyat
- Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Gilan turbesi Sekkizbucaqli Kiran turbesi Naxcivan Maraga memarliq mektebinin nailiyyetlerini ozunde eks etdiren en vacib memarliq abidelerinden biri Konstruktiv helli ve memarliq xususiyyetlerine gore turbenin XII esrin 80 ci illerinde insa edildiyi guman edilir Sekkizbucaqli Kiran turbesi38 54 sm e 46 04 s u Olke AzerbaycanSeher OrdubadYerlesir Kiran yasayis yeriMemar Ecemi Naxcivani Tikilme tarixi XII esrin 80 ci illeriUslubu Naxcivan Maraga memarliq mektebiVeziyyeti xarabaliqlari qalibAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 52KateqoriyakompleksEhemiyyetiDunya ehemiyyetli Sekkizbucaqli Kiran turbesi giris qapilarinin helli ve dizayni detallarin profillesdirilmesi ve kunclerin ornamentasiyasi fasad naxislarinin bloklara bolunmesi ve konstruktiv butovluyu ile Yusif ibn Kuseyr ve Momune Xatun turbelerinin memarliq xususiyyetlerini tekrarlayir Butun bu xususiyyetleri nezere alan tedqiqatci B Ibrahimov Sekkizbucaqli Kiran turbesinin de Ecemi Naxcivaninin eseri olmasi ehtimalini ireli surur Bu ehtimalin heqiqiliyi qebul edilerse memarin yaradiciliginda Yusif ibn Kuseyr ve Momune Xatun turbelerinin insasi arasinda kecen 25 illik fasilenin olmasi meselesi ozunu dogrultmur TarixiDovrumuze xarabaliqlari catmis abide erazisinde 1980 ci ilden arxeoloji tedqiqat islerinin aparilmasina baslanilmisdir Kiran sehristaninin dorduncu mehellesinin yerlsdiyi tepenin enisinde insa edilmis abideni ilk defe S V Ter Avetisyan daha sonra ise V M Sisoyev tesvir etmisler Memarliq xususiyyetleriSekkizguseli Kiran turbesi qulle tipli merkezi gunbezli turbeler qrupuna daxildir Turbe binasi iki hisseden ibaretdir sekkizguseli olan yerustu hisse kvadrat formali 20x20x5 sm kerpiclerden tikilmisdir yeralti serdabe hissesi xaricden kvadrat daxilden ise xacvari formaya malikdir Turbenin yerustu hissesi yalniz cenub qerb terefde 0 8 metr hundurlukde saxlanmis iki sira bismis kerpic horgusu ve uzluk qalan yerlerde ise daglkaraq etrafa tokulmusdur Yerustu hisse Turbenin divarlarinin qalinligi 1 5 0 12 metr sekkizguselinin kuncleri 4 72 4 78 metr uzbeuz kuncler arasindaki daxili mesafe ise 9 metre beraberdir Uzluyun saxlanilmis hissesi ve etrafda askar edilmis butov horgu bloklarina esasen B Ibrahimov turbenin kunclerinin dekorativ bismis kerpiclerden haradilmis hendesi naxislar xalcasi ile ortulduyunu qeyd edir Turbenin kunc hisselerinin naxislari bir birini tekrarlamir Bu naxislarin esasinda alti sekkiz dord ve sair bucaqlardan ibaret hendesi naxislar dayanir Tedqiqatcilar Sekkizguseli Kiran turbesinin kunc naxislari arasinda iki kompozisiya tipi mueyyen etmisler birinci tipde her blokun naxislari tekrarlanir ikinci tipde ise dord blok simmetrik olaraq duzulur ve onlara yalniz birlikde baxdiqda tesvir yaranir Bu baximdan Sekkizguseli Kiran turbesinin fasad naxislari Yusif ibn Kuseyr turbesinin fasadindaki naxislari xatirladir Esas fiqurlardan basqa bu naxislarda coxlu sayda ikinci dereceli fiqurlar ulduz romb besbucaqli trapesiya ve sair de formalasir Sekkizbucaqli Kiran turbesinin cenub qerb fasadinda saxlanmis ornamentler Yusif ibn Kuseyr turbesinin simal kuncunun ornamentleri ile tamamile identikdir Onlar yalniz bloklarin olcusune gore ferqlenirler Sekkizguseli Kiran turbesinin naxis bloklari Yusif ibn Kuseyr turbesinin naxis bloklarlndan uc defe kicikdir Kuncun salamat qalmis hissesi asagi terefden iki paralel kerpic kemeri ile berkidilmisdir Kemerler arasindaki mesafe kvadrat formali 4 6x4 6x11 5 sm kicik kerpiclerle horulmusdur Duz turbe sethinden kunce kecid Momune Xatun turbesindeki kimi hell edilmisdir Yusif ibn Kuseyr ve Momune Xatun turbelerinden ferqli olaraq Sekkizguseli Kiran turbesinin kuncleri yarimdairevi sutunlar seklinde hell edilmisdir Momune Xatun turbesinin serhedleri kar tagin bezekli stalaktitleri ile tamamlanir ve B Ibrahimov eyni sekilde stalaktitle tamamlanmanin Sekkizguseli Kiran turbesinde de tekrarlandigini ehtimal edir Turbenin giris qapisi cenub istiqametindedir Girisin her iki terefinde kunclerdeki sutunlarin formasini tekrarlayan sutunlar yerlesdirilmisdir Diger qullevari turbelerde oldugu kimi Sekkuzguseli Kiran turbesinde de yerustu hissenin daxili hecmi funksional ehemiyyet dasimamisdir Plan ve tertibat baximindan Sekkizguseli Kiran turbesinin girisi Ecemi Naxcivaninin insa etdiyi iki turbenin girisleri ile identikdir Serdabesi Turbenin yerli dasdan insa edilmis yarimyeralti serdabesi xaricden kvadrat daxilden ise xacvari plana malikdir Bir xarici terefin uzunlugu 11 5 11 7 metrdir Turbe qaya uzerinde insa edildiyinden yuxari qalxdiqca divarlarin qalinligi azalir Serdabenin girisi oxvari tag formasinda hell edilmekle serq istiqametinde yerlesdirilmisdir Giris qapisina dar dehliz aparir Dehlizin eni 1 3 1 4 metre beraberdir Giris qapisinin eni 3 hundurluyu ise 1 05 metre 5 sira das horgusu beraberdir Arxeoloji tedqiqatlar zamani serdabenin giris qapisi uzerinde sekkizguseli govdenin daha bir qapi yeri askara cixarilmisdir B Ibrahimov qeyd edir ki hemin qapi turbenin XIII esrde temiri zamani horulerek qapadilmisdir Turbenin xaricden dordguseli olan serdabesi kursu rolunu oynayan daha bir dordguselinin icerisinde insa edilmisdir terefler cenubdan 18 3 metr simaldan 17 3 metr serq ve qerbden ise 17 5 metre beraberdir Kursu ve serdabenin divarlari arasindaki erazide yerustu hissesi olmayan bir nece muselman qebri askar edilmisdir Turbenin cenub girisi qarsisinda daslardan horulmus pilleli yerustu hisseye malik hendesi ornamentler ve ereb elifbasi ile yazilmis kitabelerle bezedilmis daha bir qebir yerlesir Turbenin serdabesi daxilden 20x20x5 sm olcuye malik kvadrat formali kerpiclerden tikilmisdir Kerpicler fiqurlu horgu ile duzulmusdur TedqiqiKemax qesebesindeki alt qati Sekkizbucaqli Kiran turbesi ile eyniyyet teskil edir Sekkizbucaqli Kiran serdabesi memarliq qurulusuna gore Serqi Anadolunun Kemax qesebesindeki XII esrin evveli alt qati ile demek olar ki eynidir Hetta her iki turbenin serdabelerinin olculeri hecmi ve hundurluyu de bir birine olduqca yaxindir Ancaq nisbetlerin agirligi memarliq elementlerinde ve horgu islerinde aydin gorunen sayaliq onu Turkiyedeki abideden bir qeder ferqlendirir Professor Cefer Qiyasi qeyd edir ki Kemaxdaki turbenin de Naxcivan Maraga memarliq mektebinin numayendesi olan bir memar terefinden insa edilmesini ehtimal edilir Bele ki hemin illerdeMenguceklerin esas tikililerini iki azerbaycanli memar yerine yetirirdi Onlardan biri memar Ehmed Ebubekr oglu Merendinin Sivasda ucaltdigi gorunusce Kiran ve Kemax turbelerine benzeyir Merkezi dayaqli serdabelerin Naxcivan Maraga memarliq mektebi zonasi ucun seciyyevi oldugunu basqa bir fakt da subut edir XX esrin evvellerinde bir seyyah Naxcivanda Nuh Turbesi adlanan abideni bele tesvir etmisdi icerisinde pillelerle enilen mebedin daxili taglari ortadaki das sutuna soykenen dairevi magaraya benzeyir Bu melumatda da behs edilen serdabelere benzer bir serdabeden sohbet gedir Maraqlidir ki merkezi dayaqli serdabelere Azerbaycanin basqa memarliq mekteblerinde rast gelinmir Ancaq Naxcivan Maraga zonasi ucun seciyyevi olan bu serdabe tipinin tekamulunu qisaca bele izah etmek olar Baslangicda ortuyun mohkemliyini temin etmek ucun onun ortasinda gobelekvari sutun qoyulurdu Sonralar sutunun uclarini serdabenin uygun kunclerine taglarla birlesdirmekle memarlar butov dayaq sistemi yaradirdilar Bu sistem esasinda tikilen serdabeler tekce qeyri adi mohkemliyi ile deyil hem de biciminin plastikasi interyerinin ahengdar gozelliyi ile secilir Sekkizbucaqli Kiran turbesinin serdabesinde turbenin tikilme tarixini bildiren kitabe qalmamisdir Ancaq yuxarida gosterilen xususiyyetleri bir de ucuqlar icinde qalan memarliq bezeyi fraqmentleri abidenin tikilme dovrunu aydinlasdirmaga imkan verir Sekkizbucaqli Kiran turbesinin bezek unsurleri ve materiallari bismis ve firuzeyi rengli sireli kerpiclerden yigilmis hendesi naxislar ve kufi xettli yazi parcalari gec uzerinde oyma naxislar XII esrde Merkezi Azerbaycan seherlerinde tikilmis burcvari turbelerin memarliq bezeyi ve materiallari ile uygundur Sekkizbucaqli Kiran turbesi de hemin yuzilin Maraga ve Naxcivan turbelerinin coxu kimi alt kursusu dasdan ust qati kerpicden tikilen memarliq dekorunda sireli kerpicler isledilen monumental abide imis Butun bu xususiyyetleri nezere alan mutexessisler turbeni XII yuzilin sonlarinda insa edildiyini soyleyirler Sekkizbucaqli Kiran turbesinin kesfi Azerbaycan memarliq tarixini maraqli bir eserle zenginlesdirmisdir Bu abide her seyden once dunya memarliginda en bitkin ve benzersiz konstruktiv sistemleri olan Momine Xatun turbesi serdabesinin orneyini prototipini aydinlasdirmaga onun tarixi tekamul prosesini izlemeye yardim edir Sekkizbucaqli Kiran turbesi eyni zamanda bu nov memarliq muhendis quruluslarinin Merkezi Azerbaycanda yerli eneneler uzerinde yaranib tekmillesdiyini daha inandirici sekilde subut edir Hemin senet eseri Naxcivan Maraga memarliq mektebinin tesir ve yayim dairesinin deqiqlesdirilmesi baximindan da deyerlidir IstinadlarIbragimov 2000 seh 44 Arhitektura Azerbajdzhana Epoha Nizami Sbornik statej Baku 1947 239 Ter Avetisyan S V K arheologicheskomu obsledovaniyu Haraba Gilana Izvestiya KIAI T 6 Tbilisi 1927 173 Sysoev V M Nahichevan na Arakse i drevnosti Nahichevanskoj ASSR Izvestiya AZKOMSTARIS Vyp 4 Tetrad 2 1929 207 Ibragimov 2000 seh 42 Ibragimov 2000 seh 43 Arhitektura Azerbajdzhana Epoha Nizami Sbornik statej Baku 1947 232 Mamedzade K M Stroitelnoe iskusstvo Azerbajdzhana IV HVI vv Baku 1978 80 Qiyasi C Nizami dovrunun memarliq abideleri Baki Isiq nesriyyati 1991 90 EdebiyyatIbragimov B I Srednevekovyj gorod Kiran Otvetstvennyj redaktor doktor istoricheskih nauk professor S A Pletneva 2000 Moskovskaya tipografiya 12 Baku Moskva Hemcinin baxAzerbaycan memarligi Turbe