Petra della Valle (11 aprel 1586[…], Roma – 21 aprel 1652[…], Roma) — İtaliyan səyyah, bəstəkar və musiqiçi. XVII əsrin əvvəllərində Səfəvi sarayında Şah Abbasın məsləhətçisi olmuşdur.
Petra della Valle | |
---|---|
Doğum tarixi | 11 aprel 1586[…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1652[…](66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], bəstəkar, yazıçı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Petra della Valli 2 aprel 1586-cı ildə Roma şəhərində anadan olmuşdur. Ailəsi dönəmin əsilzadə ailələrindən idi. Petra della Valle çox savadlı bir insan idi. O hələ kiçik yaşlarında yunan, latın dillərini o cümlədən, klassik mifiologiyanı və İncili öyrənmişdi. Gənclik illərini ədəbiyyata və hərbi xidmətə həsr etmişdir. Daha sonra tibb professoru və yaxın dostu Mario Eskipano təklifi ilə Şərqə səyahətə etməyə qərar verir. Petranın səyahətləri zamanı yazdığı məktubları məhz Eskipano günlük halına gətirmişdir. 1622-ci ildə həyat yoldaşının qəfil ölümü ilə sarsılan yazar bu hadisədən öz divanında bəhs edir. 19 yanvar 1623-cü il tarixində İsfahandan yola çıxaraq 2 il müddətində Hindistan və Pakistana səyahət etmiş, daha sonra Hələb, Kipr, Malta, Sicilya və Neapoldan keçərək 28 mart 1626-cı ildə Romaya gəlib çatmışdır. Yoldaşının dəfnindən sonra 2-ci dəfə ailə həyatı qurmuş və bu evlilikdən 9 övladı olmuşdur. O 1652-ci il aprelin 21-də vəfat etmiş və Santa Maria adlanan ailəvi qəbiristanlıqda basdırılmışdır.
Səyahətləri
O 1614-cü ilin iyunun 8-də qayıqla Venesiyadan ayrılır və Konstantinapola doğru yola düşür. 15 avqustda Konstantinapola çatır. Bu zaman Osmanlı imperatoru I Əhməd taxta idi. Bir il burada qaldıqdan sonra 2 oktyabr 1915-ci ildə İsgəndəriyəyə doğru yenidən yola düşür. Səyahəti zamanı Nilin yuxarı axarı ilə Qahirəyə gəlib çataraq burada piramidaları ziyarət etmişdir. Xeops piramidasında apardığı qazıntılar zamanı biri qadın biri kişiyə aid olan 2 mumya tapımış və onları palma yarpaqlarına bükərək İtaliyaya gətirmişdir. Daha sonra 1728-ci ildə mumyalar Drezden muzeyi tərəfindən alınaraq günümüzdə də Drezdendə sərgilənməkdədir. Səyahətinin əsas məqsədi Qüdsə getmək olan Petra della Valle bura səyahət etdikdən sonra 20 oktyabr 1616-cı ildə Bağdada çatmışdır. Burada ailə həyatı quraraq o zamanlar Səfəvi imperiyası ilə müharibəyə hazırlaşan Osmanlıya səfər edir. Dövrün qaynaqlarından da görünür ki Petra della Valle siyasi düşüncəsi baxımdan özünü Səfəvi imperiyasına daha yaxın hiss etmişdir. O Səfəvi imperiyası ilə bağlı hiss və düşüncələrini 1999-cu ilin sentyabrında tapılmış və Divan adlandırılan əl yazmasında açıq şəkildə dilə gətirmişdir.
Səyyah Səfəvi sarayında
1617-ci ildə ailəsi ilə birgə Səfəvi dövlətinə səfər etmiş , bir müddət İsfahanda yaşamışdır. Burada yaşadığı müddətdə Şah Abbasın razılığı ilə şahın məsləhətçisi vəzifəsini yerinə yetirmişdir. O, öz səyahətnaməsində Şah Abbasın Osmanlı dövlətinin hücumlarını dəf edə biləcək gücdə bir hökmdar olmasından əlavə Qərb üçündə dini baxımdan uyğun bir müttəfiq olduğunu qeyd etmişdir. Divan adlanan əl yazmasında Şah Abbasın dinə olan mülayim münasibətindən bir neçə yerdə söz açmışdır. Divan, müəllifin Şah Abbası tərifləyən və ona sağlam, uzun bir ömür diləyən təşəkkür hissləri ilə dolu ifadələrində Şərq dünyasına xas qəliblər istifadə etməsi, əsərə maraqlı bir xüsusiyyət qatmışdır. Bunda əlavə səyyah Şah Abbasla birgə etdiyi səfərləri, bu səfərlərin tarixini və səfərlər zamanı şəhərlərdə necə bir abu havanın hökm sürdüyünü ətraflı olaraq qeyd etmişdir:
1618-ci ildə Şah Abbasla birgə böyük və geniş bir şəhər olan Fərhadabada səyahət etidiyimiz vaxt biz, Səfəvi İmperiyasına doğru gələn Osmanlıya qarşı hazırlanırdıq |
Petra della Valle 18 dekabr 1617-ci il tarixdə İsfahandan dostu Mario Eskipanoya yazdığı məktubda belə deyir:
Bütövlükdə İranda, xüsusən sarayda, böyüklər və əyanlar arasında daha çox türkcə danışılır, nəinki farsca... Türkcə danışmağın səbəbi bu deyil ki, iranlılar ona fars dilindən daha artıq dəyər verirlər. Əsas səbəb budur ki, bütün qoşun əslən türk olan qızılbaşlardan təşkil olunmuşdur. Şahın müxtəlif tayfalardan olan qulamları da daha çox türkcə danışırlar və farsca bilmirlər. Buna görə də nəinki əmirlər qoşuna aid məsələləri türkcə çatdırırlar, hətta vaxtının çox hissəsini əcgərlər arasında keçirən şahın özü də dediklərinin başa düşülməsi üçün türkcə danışır. Nəticədə bu dil bütün sarayda, qadınlar və digərləri arasında geniş yayılmışdır |
Petra della Valle həmin məktubunda rəsmi yazışmalarda və şah fərmanlarında işlənən ədəbi dil olaraq fars dilinin də əhəmiyyətinə işarə edir.
1618-ci il may ayının əvvəllərində yazdığı başqa bir məktubda o, şahla görüşü və söhbəti barədə deyir:
Şah mənə oturmağa icazə verdikdən sonra türk dilində bu yerlərə gəlişimin səbəbini və digər məsələləri soruşdu. Mən müxtəsər şəkildə və bacardığım kimi suallara cavab verdim. Mən cavab verdikcə, şah adəti üzrə eşitdiklərini farscaya tərcümə edib ucadan söyləyirdi... Bir dəfə nəyi isə izah edəndə, İranda «osmanlı» adlanan və bir çox sözləri baxımından buradakı türk dilindən fərqlənən Konstantinopol (İstanbul) türkcəsində danışdığım üçün şah mənim dediklərimi düzgün anlamadı |
Burada qaldığı müddətdə hətta türkcə bir şeir də qoşan müəllif 1620-ci ildə türk dilinin qrammatikasına dair bir kitab yazmış və həmin kitabın müqəddiməsində Osmanlı imperiyasının Avropa, Asiya və Afrikadakı qüdrəti, qızılbaşların İranda və digər türk xalqlarının Orta Asiyadakı hakimiyyəti baxımından bu dili öyrənməyin əhəmiyyəti və faydası barədə maraqlı mülahizələr söyləmişdir.
Əsərləri
İtaliyanın Modena şəhərindəki Este Universitetinin kitabxanasında Della Vallenin iki əlyazması tapılmışıdr. Birincisi 67 səhifədən ibarətdir və Qeyd dəftəri adlanır. İkincisi isə yuxarıda da bəhs etdiyimiz, nəzm və nəsrdən ibarət 41 səhifəlik kiçik bir əsər olan Divanıdır.
Le Lettere (Məktublar)
Osmanlı, Səfəvi və Hindistana olan səfərlərini özündə ehtiva edən Məktublar adlanan 3-cü kitabı 3 hissədən ibarətdir. O yaxın dostu Mario Eskipanoya 12 il ərzində 36 məktub yollayır. Bu məktublardan 10-u Osmanlı, 18-i Səfəvi dövlətindən, 8-i isə Hindistandan göndərilmişdir. Bu məktublar 1650–1663-cü illərdə Le Lettere adı ilə kitab halına gətirilərək yayımlanır. Əsər XIX əsrdə İngilitərədə, Səfəvi imperiyasına aid olan hissələri isə 1970-ci ildə yenidən nəşr edilir. 1942-ci ildə Florensiyada səyyahın Osmanlı dövlətindən yazdığı 7 məktubu Viaggio in Levante (Şərqə səyahət) adı ilə, daha sonra 1972-ci ildə Səfəvi dövlətindən yazdığı məktublar Lettere della Persia adı ilə, 1989-cu ildə isə İngiltərədə The Piligrim: the travels of Pietro Della Valle adı ilə çap edilir. Kitabın son nəşrləri La porta dell Oriente- letttere di Pietro Della Valle (Şərqin qapısı: Petra della Vallenin məktubları) və Pietro della Valle Abbas re di Persia- un patrizio romanp alla corte dello sciah nel primo 600 (Petra della Valle, İran Şahı Abbas- XVII əsrin əvvəllərində Şah sarayında bir romalı çələbi) dir.
İstinadlar
- Micocci C. DELLA VALLE, Pietro // Dizionario Biografico degli Italiani (it.). 1989. Vol. 37.
- Pietro della Valle // Encyclopædia Britannica (ing.).
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Union List of Artist Names (ing.). 2013.
- Chisholm, Hugh. Encyclopædia Britannica. Cambridge University Press. 1911.
- Özkan, Nevin. PİETRO DELLA VALLE, OSMANLI TOPRAKLARINDA BİR İTALYAN GEZGİN. Ankara Üniversitesi Dil ve Tarih-Coğrafya Fakültesi Dergisi. 2016.
- İSFAHANDAKI SƏFƏVİ SARAYINDA TÜRK DİLİNİN MÖVQEYİ [ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Petra della Valle 11 aprel 1586 Roma 21 aprel 1652 Roma Italiyan seyyah bestekar ve musiqici XVII esrin evvellerinde Sefevi sarayinda Sah Abbasin meslehetcisi olmusdur Petra della ValleDogum tarixi 11 aprel 1586 1586 04 11 Dogum yeri Roma Papa dovletiVefat tarixi 21 aprel 1652 1652 04 21 66 yasinda Vefat yeri Roma Papa dovletiFealiyyeti tedqiqatci seyyah d bestekar yaziciUzvluyu Dei Lincei Akademiyasi 1629 Vikianbarda elaqeli mediafayllarHeyatiPetra della Valli 2 aprel 1586 ci ilde Roma seherinde anadan olmusdur Ailesi donemin esilzade ailelerinden idi Petra della Valle cox savadli bir insan idi O hele kicik yaslarinda yunan latin dillerini o cumleden klassik mifiologiyani ve Incili oyrenmisdi Genclik illerini edebiyyata ve herbi xidmete hesr etmisdir Daha sonra tibb professoru ve yaxin dostu Mario Eskipano teklifi ile Serqe seyahete etmeye qerar verir Petranin seyahetleri zamani yazdigi mektublari mehz Eskipano gunluk halina getirmisdir 1622 ci ilde heyat yoldasinin qefil olumu ile sarsilan yazar bu hadiseden oz divaninda behs edir 19 yanvar 1623 cu il tarixinde Isfahandan yola cixaraq 2 il muddetinde Hindistan ve Pakistana seyahet etmis daha sonra Heleb Kipr Malta Sicilya ve Neapoldan kecerek 28 mart 1626 ci ilde Romaya gelib catmisdir Yoldasinin defninden sonra 2 ci defe aile heyati qurmus ve bu evlilikden 9 ovladi olmusdur O 1652 ci il aprelin 21 de vefat etmis ve Santa Maria adlanan ailevi qebiristanliqda basdirilmisdir SeyahetleriO 1614 cu ilin iyunun 8 de qayiqla Venesiyadan ayrilir ve Konstantinapola dogru yola dusur 15 avqustda Konstantinapola catir Bu zaman Osmanli imperatoru I Ehmed taxta idi Bir il burada qaldiqdan sonra 2 oktyabr 1915 ci ilde Isgenderiyeye dogru yeniden yola dusur Seyaheti zamani Nilin yuxari axari ile Qahireye gelib cataraq burada piramidalari ziyaret etmisdir Xeops piramidasinda apardigi qazintilar zamani biri qadin biri kisiye aid olan 2 mumya tapimis ve onlari palma yarpaqlarina bukerek Italiyaya getirmisdir Daha sonra 1728 ci ilde mumyalar Drezden muzeyi terefinden alinaraq gunumuzde de Drezdende sergilenmekdedir Seyahetinin esas meqsedi Qudse getmek olan Petra della Valle bura seyahet etdikden sonra 20 oktyabr 1616 ci ilde Bagdada catmisdir Burada aile heyati quraraq o zamanlar Sefevi imperiyasi ile muharibeye hazirlasan Osmanliya sefer edir Dovrun qaynaqlarindan da gorunur ki Petra della Valle siyasi dusuncesi baximdan ozunu Sefevi imperiyasina daha yaxin hiss etmisdir O Sefevi imperiyasi ile bagli hiss ve dusuncelerini 1999 cu ilin sentyabrinda tapilmis ve Divan adlandirilan el yazmasinda aciq sekilde dile getirmisdir Seyyah Sefevi sarayinda 1617 ci ilde ailesi ile birge Sefevi dovletine sefer etmis bir muddet Isfahanda yasamisdir Burada yasadigi muddetde Sah Abbasin raziligi ile sahin meslehetcisi vezifesini yerine yetirmisdir O oz seyahetnamesinde Sah Abbasin Osmanli dovletinin hucumlarini def ede bilecek gucde bir hokmdar olmasindan elave Qerb ucunde dini baximdan uygun bir muttefiq oldugunu qeyd etmisdir Divan adlanan el yazmasinda Sah Abbasin dine olan mulayim munasibetinden bir nece yerde soz acmisdir Divan muellifin Sah Abbasi terifleyen ve ona saglam uzun bir omur dileyen tesekkur hissleri ile dolu ifadelerinde Serq dunyasina xas qelibler istifade etmesi esere maraqli bir xususiyyet qatmisdir Bunda elave seyyah Sah Abbasla birge etdiyi seferleri bu seferlerin tarixini ve seferler zamani seherlerde nece bir abu havanin hokm surduyunu etrafli olaraq qeyd etmisdir 1618 ci ilde Sah Abbasla birge boyuk ve genis bir seher olan Ferhadabada seyahet etidiyimiz vaxt biz Sefevi Imperiyasina dogru gelen Osmanliya qarsi hazirlanirdiq Petra della Valle 18 dekabr 1617 ci il tarixde Isfahandan dostu Mario Eskipanoya yazdigi mektubda bele deyir Butovlukde Iranda xususen sarayda boyukler ve eyanlar arasinda daha cox turkce danisilir neinki farsca Turkce danismagin sebebi bu deyil ki iranlilar ona fars dilinden daha artiq deyer verirler Esas sebeb budur ki butun qosun eslen turk olan qizilbaslardan teskil olunmusdur Sahin muxtelif tayfalardan olan qulamlari da daha cox turkce danisirlar ve farsca bilmirler Buna gore de neinki emirler qosuna aid meseleleri turkce catdirirlar hetta vaxtinin cox hissesini ecgerler arasinda keciren sahin ozu de dediklerinin basa dusulmesi ucun turkce danisir Neticede bu dil butun sarayda qadinlar ve digerleri arasinda genis yayilmisdir Petra della Valle hemin mektubunda resmi yazismalarda ve sah fermanlarinda islenen edebi dil olaraq fars dilinin de ehemiyyetine isare edir 1618 ci il may ayinin evvellerinde yazdigi basqa bir mektubda o sahla gorusu ve sohbeti barede deyir Sah mene oturmaga icaze verdikden sonra turk dilinde bu yerlere gelisimin sebebini ve diger meseleleri sorusdu Men muxteser sekilde ve bacardigim kimi suallara cavab verdim Men cavab verdikce sah adeti uzre esitdiklerini farscaya tercume edib ucadan soyleyirdi Bir defe neyi ise izah edende Iranda osmanli adlanan ve bir cox sozleri baximindan buradaki turk dilinden ferqlenen Konstantinopol Istanbul turkcesinde danisdigim ucun sah menim dediklerimi duzgun anlamadi Burada qaldigi muddetde hetta turkce bir seir de qosan muellif 1620 ci ilde turk dilinin qrammatikasina dair bir kitab yazmis ve hemin kitabin muqeddimesinde Osmanli imperiyasinin Avropa Asiya ve Afrikadaki qudreti qizilbaslarin Iranda ve diger turk xalqlarinin Orta Asiyadaki hakimiyyeti baximindan bu dili oyrenmeyin ehemiyyeti ve faydasi barede maraqli mulahizeler soylemisdir EserleriItaliyanin Modena seherindeki Este Universitetinin kitabxanasinda Della Vallenin iki elyazmasi tapilmisidr Birincisi 67 sehifeden ibaretdir ve Qeyd defteri adlanir Ikincisi ise yuxarida da behs etdiyimiz nezm ve nesrden ibaret 41 sehifelik kicik bir eser olan Divanidir Le Lettere Mektublar Osmanli Sefevi ve Hindistana olan seferlerini ozunde ehtiva eden Mektublar adlanan 3 cu kitabi 3 hisseden ibaretdir O yaxin dostu Mario Eskipanoya 12 il erzinde 36 mektub yollayir Bu mektublardan 10 u Osmanli 18 i Sefevi dovletinden 8 i ise Hindistandan gonderilmisdir Bu mektublar 1650 1663 cu illerde Le Lettere adi ile kitab halina getirilerek yayimlanir Eser XIX esrde Ingiliterede Sefevi imperiyasina aid olan hisseleri ise 1970 ci ilde yeniden nesr edilir 1942 ci ilde Florensiyada seyyahin Osmanli dovletinden yazdigi 7 mektubu Viaggio in Levante Serqe seyahet adi ile daha sonra 1972 ci ilde Sefevi dovletinden yazdigi mektublar Lettere della Persia adi ile 1989 cu ilde ise Ingilterede The Piligrim the travels of Pietro Della Valle adi ile cap edilir Kitabin son nesrleri La porta dell Oriente letttere di Pietro Della Valle Serqin qapisi Petra della Vallenin mektublari ve Pietro della Valle Abbas re di Persia un patrizio romanp alla corte dello sciah nel primo 600 Petra della Valle Iran Sahi Abbas XVII esrin evvellerinde Sah sarayinda bir romali celebi dir IstinadlarMicocci C DELLA VALLE Pietro Dizionario Biografico degli Italiani it 1989 Vol 37 Pietro della Valle Encyclopaedia Britannica ing Bibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Union List of Artist Names ing 2013 Chisholm Hugh Encyclopaedia Britannica Cambridge University Press 1911 Ozkan Nevin PIETRO DELLA VALLE OSMANLI TOPRAKLARINDA BIR ITALYAN GEZGIN Ankara Universitesi Dil ve Tarih Cografya Fakultesi Dergisi 2016 ISFAHANDAKI SEFEVI SARAYINDA TURK DILININ MOVQEYI olu kecid