Obsidian - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Obsidian | |
---|---|
Minerallar | kvars, çöl şpatları |
5,5 ± 0,5 | |
balıqqulağınabənzər sınıq[d] | |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Obsidian kimyəvi tərkibinə görə riolitlərə və digər turş süxurlara uyğun gələn, əsasən (65-75 %) silisium oksidindən ibarət qabıqvari sınıqları olan vulkanik şüşədir. Tünd – qara, tünd-qəhvəyi, tünd-boz rəngli obsidianlar ən geniş yayılmışdır. Həm müntəzəm, həm də xal-xal və dalğavari boyanmış obsidianlara rast gəlinir. Axırıncıların qeyri-müntəzəm boyanması onlarda incəsəpələnmiş hematitin olması ilə əlaqədardır. Çox kiçik qaz möhtəvilərinin olmasına görə cürbəcür bərq vuran tünd rəngli obsidian irizatsiya edən obsidian adlanır. İrizatsiya edən obsidian, adətən, qızılı, gümüşü, sədəfi, hərdənbir bənövşəyi, yaşıl, mavi və s. rəng çalarları ilə səciyyələnir. Birrəngli obsidianla yanaşı, həmçinin onun müxtəlif rəngli zolaqların növbələşməsi ilə fərqlənən zolaqlı növ müxtəlifliklərinə də rast gəlinir. Tapıldığı mühüm yerlər: Qlas-Butts, Litl-Leyk, Qlas (ABŞ); Lipar adaları (İtaliya); İslandiya; Arteni, Qyadis (Ermənistan); Gürcüstan və b. Azərbaycan ərazisində Kəlbəcər rayonunda Keçəldağ irizatsiya edən obsidian yatağı yerləşir.
Tətbiqi
İrizatsiya edən obsidian zərgərlikdə məmulat daşı kimi istifadə edilir.
İstinadlar
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
- Obsidian
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Obsidian Rast gelme tezliyi skalasi cox da tez tez rast gelmeyen ObsidianMinerallar kvars col spatlari5 5 0 5baliqqulaginabenzer siniq d Vikianbarda elaqeli mediafayllarHaqqindaObsidian kimyevi terkibine gore riolitlere ve diger turs suxurlara uygun gelen esasen 65 75 silisium oksidinden ibaret qabiqvari siniqlari olan vulkanik susedir Tund qara tund qehveyi tund boz rengli obsidianlar en genis yayilmisdir Hem muntezem hem de xal xal ve dalgavari boyanmis obsidianlara rast gelinir Axirincilarin qeyri muntezem boyanmasi onlarda incesepelenmis hematitin olmasi ile elaqedardir Cox kicik qaz mohtevilerinin olmasina gore curbecur berq vuran tund rengli obsidian irizatsiya eden obsidian adlanir Irizatsiya eden obsidian adeten qizili gumusu sedefi herdenbir benovseyi yasil mavi ve s reng calarlari ile seciyyelenir Birrengli obsidianla yanasi hemcinin onun muxtelif rengli zolaqlarin novbelesmesi ile ferqlenen zolaqli nov muxtelifliklerine de rast gelinir Tapildigi muhum yerler Qlas Butts Litl Leyk Qlas ABS Lipar adalari Italiya Islandiya Arteni Qyadis Ermenistan Gurcustan ve b Azerbaycan erazisinde Kelbecer rayonunda Keceldag irizatsiya eden obsidian yatagi yerlesir TetbiqiIrizatsiya eden obsidian zergerlikde memulat dasi kimi istifade edilir IstinadlarMenbeAzerbaycan minerallari Baki Nafta Press 2004 Xarici kecidlerObsidian