II Sarduri (e. ə. VIII əsr – e.ə. 735) — Urartu hökmdarı ( – 735) I Argiştinin oğlu.
II Sarduri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. VIII əsr |
Vəfat tarixi | e.ə. 735 |
Fəaliyyəti | monarx |
Atası | I Argişti |
Uşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
II Sardurinin hakimiyyəti
I Argiştinin oğlu II Sarduri (e.ə. 764–735-ci illər) hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait dəyişməmişdi. Assuriya hələ siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibə aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi. I Argiştinin dövründə Cənubi Qafqazda yaşayan tayfaların çoxu hələ Urartuya tabe edilməmişdi. İtaət altına alınmış bir sıra tayfalar isə üsyan qaldırır və xərac verməkdən imtina edirdi. Bununla əlaqədar II Sarduri Ağrıdağ vadisinə və Göyçə gölü ətrafına yürüşlər təşkil etdi. Urartu ordusu Göyçə gölünün qərb sahillərinə qədərki ərazini tutdu və eyni zamanda Uduri-Etiuni ölkəsinə gəlib çatdı. Bu yürüş nəticəsində Urartuya təxminən 60 min hərbi əsir gətirildi. Əhali yenidən xərac verməyə məcbur edildi.
II Sarduri assurilər ilə də toqquşmalı olurdu. Döyüşlərin birində Assur hökmdarı V Aşşurnirari (e.ə. 754–745-ci illər) üzərində qələbə çaldı. Bu da onun cənub-qərb istiqamətində yürüşünü nisbətən asanlaşdırdı. O, Şimalı Suriyada Uraılunun siyasi təsirini Dəməşqə kimi yaya bildi. Qərbə gedən ticarət yolları Urartunun nəzarəti altında qaldı. Van gölünün cənub-qərbində yerləşən Şupriya ölkəsi Urartuya tabe edildi. Cənub-şərq istiqamətində urartulular mannanıların ərazisinə daxil oldular. II Sardurinin salnaməsi qeyd edir: "Sonra mən Manna ölkəsinə yola düşdüm, ölkəni tutdum, kəndləri yandırdım və dağıtdım, ölkəni tar-mar etdim, kişi və qadınları Biayniliyə (Urartuya) sürüb apardım". II Sarduri Manna torpaqlarının bir qismi üzərində Urartunun siyasi təsirini yenidən bərqərar etdi. O, Urmiyyə gölünün yuxarı sahilindən keçərək Mannanın dağlıq vilayətlərinə girdi, 45 qala və yaşayış məntəqəsini tutdu. Eyni zamanda, istehkamla möhkəmləndirilmiş Libliuni hökmdar şəhərini və Puluadi ölkəsini ələ keçirtdi. O, Puluadi ölkəsinin Libliuni şəhərində yazılı abidə qoydurdu. Bu abidə Cənubi Azərbaycanın şimal hissəsində (ind. Qaraca Dağ vilayətinin Sakindil kəndi yanında) aşkar edilmişdir. II Sarduri işğal olunmuş şəhərləri külə döndərdi, ölkəni çapıb taladı, kişi və qadınları əsir apardı. Bununla yanaşı, II Sarduri burada yeni qalalar saldırdı. Yəqin ki, əhalini itaətdə saxlamaq üçün qalalara hərbi dəstələr yerləşdirdi. Beləliklə, II Sardurinin dövründə Mannanın kənar vilayətləri Urartunun himayəsi altına keçdi. Lakin bu da uzun sürmədi. Tezliklə Assuriya yüksəliş dövrünə qədəm qoydu və Manna müstəqilliyi uğrunda mübarizəni davam etdirdi.
Assuriya ilə mübarizə
E.ə. 745-ci ildə Assuriyada hakimiyyətə III Tiqlatpalasar gəldi. O, yüksək döyüş qabiliyyətli ordu yaratdı. III Tiqlatpalasar Assuriyanın əvvəlki qüdrətini bərpa etmək naminə fəaliyyətə başladı. E.ə. 743-cü ildə o, Şimali Suriyada Urartu ordusu ilə döyüşə başladı. II Sarduri Suriya hakimləri ilə birlikdə Assur ordusuna qarşı döyüşə girdi. Birləşmiş qüvvələr məğlub oldular, II Sarduri Urartuya qaçdı. E.ə. 735-ci ildə III Tiqlatpalasar bu dəfə bilavasitə Urartunun ərazisinə ordu yeritdi. İlk döyüşdə II Sarduri məğlub oldu və döyüş meydanını tərk etdi. Assur ordusu Urartunun paytaxtı Tuşpa şəhərini mühasirəyə aldı, lakin tuta bilmədi. Salnamə yazır: "Urartulu Sardurini onun baş şəhəri Tuşpada qapadım, şəhər darvazası qarşısında böyük qırğın saldım, mən əlahəzrətin təsvirini darvaza önündə qoydurdum". Bundan sonra III Tiqlatpalasar Urartu ərazisində müqavimətə rast gəlmədən dolandı və geriyə qayıtdı. Urartu bu zərbədən sonra bir daha özünə gələ bilmədi. Bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxdı. Buərazilər Assuriyaya qatıldı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edildi. Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə başladı.
İstinadlar
Ədəbiyyat
- Yusif Yusifov. Qədim Şərq Tarixi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
II Sarduri e e VIII esr e e 735 Urartu hokmdari 735 I Argistinin oglu II SarduriSexsi melumatlarDogum tarixi e e VIII esrVefat tarixi e e 735Fealiyyeti monarxAtasi I ArgistiUsagi I Rusa Vikianbarda elaqeli mediafayllarII Sardurinin hakimiyyetiI Argistinin oglu II Sarduri e e 764 735 ci iller hakimiyyete gelen zaman Urartunun ciceklenmesini temin eden beynelxalq serait deyismemisdi Assuriya hele siyasi bohrandan cixmamisdi Buna baxmayaraq II Sarduri butun istiqametlerde muharibe aparmali olurdu II Sardurinin simal yurusleri daha ugurlu kecirdi I Argistinin dovrunde Cenubi Qafqazda yasayan tayfalarin coxu hele Urartuya tabe edilmemisdi Itaet altina alinmis bir sira tayfalar ise usyan qaldirir ve xerac vermekden imtina edirdi Bununla elaqedar II Sarduri Agridag vadisine ve Goyce golu etrafina yurusler teskil etdi Urartu ordusu Goyce golunun qerb sahillerine qederki erazini tutdu ve eyni zamanda Uduri Etiuni olkesine gelib catdi Bu yurus neticesinde Urartuya texminen 60 min herbi esir getirildi Ehali yeniden xerac vermeye mecbur edildi II Sarduri assuriler ile de toqqusmali olurdu Doyuslerin birinde Assur hokmdari V Assurnirari e e 754 745 ci iller uzerinde qelebe caldi Bu da onun cenub qerb istiqametinde yurusunu nisbeten asanlasdirdi O Simali Suriyada Urailunun siyasi tesirini Demesqe kimi yaya bildi Qerbe geden ticaret yollari Urartunun nezareti altinda qaldi Van golunun cenub qerbinde yerlesen Supriya olkesi Urartuya tabe edildi Cenub serq istiqametinde urartulular mannanilarin erazisine daxil oldular II Sardurinin salnamesi qeyd edir Sonra men Manna olkesine yola dusdum olkeni tutdum kendleri yandirdim ve dagitdim olkeni tar mar etdim kisi ve qadinlari Biayniliye Urartuya surub apardim II Sarduri Manna torpaqlarinin bir qismi uzerinde Urartunun siyasi tesirini yeniden berqerar etdi O Urmiyye golunun yuxari sahilinden kecerek Mannanin dagliq vilayetlerine girdi 45 qala ve yasayis menteqesini tutdu Eyni zamanda istehkamla mohkemlendirilmis Libliuni hokmdar seherini ve Puluadi olkesini ele kecirtdi O Puluadi olkesinin Libliuni seherinde yazili abide qoydurdu Bu abide Cenubi Azerbaycanin simal hissesinde ind Qaraca Dag vilayetinin Sakindil kendi yaninda askar edilmisdir II Sarduri isgal olunmus seherleri kule donderdi olkeni capib taladi kisi ve qadinlari esir apardi Bununla yanasi II Sarduri burada yeni qalalar saldirdi Yeqin ki ehalini itaetde saxlamaq ucun qalalara herbi desteler yerlesdirdi Belelikle II Sardurinin dovrunde Mannanin kenar vilayetleri Urartunun himayesi altina kecdi Lakin bu da uzun surmedi Tezlikle Assuriya yukselis dovrune qedem qoydu ve Manna musteqilliyi ugrunda mubarizeni davam etdirdi Assuriya ile mubarizeE e 745 ci ilde Assuriyada hakimiyyete III Tiqlatpalasar geldi O yuksek doyus qabiliyyetli ordu yaratdi III Tiqlatpalasar Assuriyanin evvelki qudretini berpa etmek namine fealiyyete basladi E e 743 cu ilde o Simali Suriyada Urartu ordusu ile doyuse basladi II Sarduri Suriya hakimleri ile birlikde Assur ordusuna qarsi doyuse girdi Birlesmis quvveler meglub oldular II Sarduri Urartuya qacdi E e 735 ci ilde III Tiqlatpalasar bu defe bilavasite Urartunun erazisine ordu yeritdi Ilk doyusde II Sarduri meglub oldu ve doyus meydanini terk etdi Assur ordusu Urartunun paytaxti Tuspa seherini muhasireye aldi lakin tuta bilmedi Salname yazir Urartulu Sardurini onun bas seheri Tuspada qapadim seher darvazasi qarsisinda boyuk qirgin saldim men elahezretin tesvirini darvaza onunde qoydurdum Bundan sonra III Tiqlatpalasar Urartu erazisinde muqavimete rast gelmeden dolandi ve geriye qayitdi Urartu bu zerbeden sonra bir daha ozune gele bilmedi Bir cox vilayetler Urartunun siyasi tesir dairesinden cixdi Bueraziler Assuriyaya qatildi Eyni zamanda Urmiyye golu hovzesinde Urartu agaligi legv edildi Manna oz torpaqlarini qaytarmaq ugrunda mubarizeye basladi IstinadlarEdebiyyatYusif Yusifov Qedim Serq Tarixi