Vera Meri Britten (ing. Vera Mary Brittain; d. 29 Dekabr 1893- ö. 29 Mart 1970) — ingilis könüllü yardım dəstəsinin tibb bacısı, yazıçı, feminist, sosialist,pasifist.
Vera Britten | |
---|---|
Vera Mary Brittain | |
Doğum tarixi | 29 dekabr 1893 |
Doğum yeri | Nyukasl-ander-laym, İngiltərə |
Vəfat tarixi | 29 mart 1970(76 yaşında) |
Vəfat yeri | Uimbldon, London, İngiltərə |
Həyat yoldaşı | Corc Ketlin |
Uşaqları | Con Britten Ketlin, Şirli Uiliyams |
Fəaliyyəti | Yazıçı, jurnalist, tibb bacısı |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsəri | Gənclik əhdi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Nyukasl-ander-laymda anadan olan Vera Britten kağız istehsalçısı Tomas Artur Brittenin (1864–1935) və onun həyat yoldaşı, kağız fabriklərinin sahibi olan Ediz Bervon Brittenin (1868–1948) qızı idi. O, 18 aylıq olanda ailəsi Çeşireyə, Maklesfild şəhərinə, 11 yaşında isə Derbişirdəki Bakston şəhərinə köçür. Uşaq yaşlarından yeganə qardaşı Eduard onun ən yaxın dostu idi. 13 yaşından etibarən xalasının direktor olduğu Surrey, Kinqsvuddakı müqəddəs Monika adına internat məktəbində oxuyub.
Atasının etirazlarına baxmayaraq Oksfordda, Somervill kollecində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlayır. Lakin bir il sonra, 1915-ci ilin yayında Birinci Dünya Müharibəsi səbəbi ilə təhsilini dayandıraraq ingilis könüllü yardım dəstəsinə qoşulur və Bakston, London, Malta, Fransada tibb bacısı kimi fəaliyyət göstərir. Onun nişanlısı Roland Leyton, yaxın dostları Viktor Riçardson və Cefri Terlou, qardaşı Eduard müharibədə həlak olur.. Onların bir-birinə yazdığı məktublar "İtirilmiş nəsildən məktublar" kitabında toplanmışdır.
Müharibədən sonra Oksforda tarix oxumağa qayıdan Britten müharibədən sonrakı İngiltərəyə öyrəşməkdə çətinlik çəkir. O, Vinifred Holtbi ilə görüşür və ingilis ədəbi səhnəsi ilə bağlı arzuları olan bu iki qadının dostluq münasibətləri formalaşır. Bu dostluq Holtbi böyrək çatışmazlığından vəfat edənədək davam edir.
1925-ci ildə Britten politoloq Corc Ketlin (1896-1979) ilə evlənir. Onların oğlu, Vera ilə münasibətlərində müəyyən çətinliklər olan Con Britten-Ketlin (1927-1987) rəssam, iş adamı və 1987-ci ildə ortaya çıxmış "Ailə dördlüsü" avtobioqrafik əsərinin müəllifi idi. Onların qızı isə, 1930-cu ildə doğulmuş, Sosial Demokratik Partiyanı yaradan "Dörd nəfərlik dəstə"-nin üzvü olmuş, politoloq, akademik Şirli Uiliyamsdır.
1920-ci illərdə o, Birləşmiş millətlər cəmiyyətini təmsil edən spiker olmuş, 1936-cı ildə isə Dorçesterdəki bir sülh mitinqində danışmağa dəvət olunmuş, burada Dik Şepard, Corc Lensberi, Lorens Hausmen, Donald Soperlə eyni platformanı paylaşmışdır. Bundan sonra Şepard onu Sülh Andı Birliyinə qoşulmağa dəvət etdi. Altı ay diqqətlə düşündükdən sonra, 1937-ci ilin yanvar ayında Britten təklifi qəbul etmişdir. Həmin il Britten həmçinin Anqlikan Pasifist Birliyinə də qoşulur. Onun pasifistliyi İkinci Dünya Müharibəsi dövründə "Sülhsevərlərə məktublar" silsiləsini yazmağa başlayarkən önə çıxmışdır.
1966-cı ilin noyabrında Britten, Londonda bir tədbirə gedərkən küçənin zəif işıqlandırılması səbəbi ilə yıxılır. O, tədbirdə iştirak edir lakin sonra sol qolunun və sağ əlinin kiçik barmağının sındığı aşkarlanır. Bu zədələr Britteni fiziki baxımdan zəiflətməklə yanaşı, onun yaddaşında da problemlərə səbəb olur. Belə ki, BBC-ə müsahibə verən zaman o, Roland Leytonla bağlı suala “Roland kimdir?”- deyə cavab verir.
Britten heç vaxt 1918-ci ildə müharibədə həlak olan qardaşı Eduardın ölümü ilə barışa bilmədi. O, 29 Mart 1970-ci ildə 76 yaşında Uimbldonda vəfat etdi. Britten vəsiyyətnaməsində “...mənim qəlbim təxminən 50 ilə yaxın bu kənd qəbirstanlığında olmuşdur...”-deyərək, külünün qardaşı Eduardın məzarına səpilməsini istədi. 1970-ci ildə qızı onun vəsiyyətnaməsinə əməl etdi.
Fəaliyyəti
Brittenin ilk nəşr olunan əsəri "Qaranlıq vaxtlar" (1923) romanı idi. Əsər Oksforddakı, xüsusilə də Somervilldəki müəllimlərin karikaturasının yaradılmasına görə səs-küyə səbəb oldu. 1933-cü ildə isə Britten onu əsas məşhurlaşdıran əsərini, "Gənclik əhdi" avtobioqrafik romanını çap etdirdi. 1940-cı ildə Holtbinin xatirəsinə yazılmış "Dostluq əhdi" əsəri, 1957-ci ilə isə öz hekayəsinin davamı olaraq 1925-1950-ci illər arasında yaşadıqlarını əks etdirən "Təcrübə əhdi" əsəri nəşr olundu. Vera Britten bir çox əsərini həqiqi təcrübələrə əsaslanaraq yazırdı. Belə ki, "Fəxri mülkiyyət" (1936) adlanan avtobioqrafik romanında Britten özünün yazıçı Fillis Bentli ilə olan uğursuz dostluğundan, amerikalı naşir Corc Bretə olan romantik hisslərindən və qardaşı Eduardın 1918-ci ildə italyan cəbhəsindəki ölümündən danışırdı. Vera Brittenin 1913-1917 illər aralığında yazdığı əsərlər 1981-ci ilə "Gənclik salnaməsi" adı altında nəşr olunmuşdur.
Britten, yanğın gözətçisi kimi işləyən və ölkəni gəzərək Sülh Andı Birliyinin ərzaq yardımı kompaniyası üçün vəsait toplayan bir pasifist idi. O, özünün “Bombalama ilə soyqırım” (1944) kitabında alman şəhərlərinin bombalanmasına qarşı etirazını bildirdiyi üçün tənqid olunmuşdur. 1930-cu ildən etibarən Britten pasifist jurnal “Sülh xəbərləri”-nin daimi əməkdaşı idi. Nəhayət, o jurnalın redaksiya heyətinin üzvü oldu və 1950-1960-cı illərdə aparteid və müstəmləkəçilik əleyhinə, nüvə tərksilahının leyhinə məqalələr yazırdı.
Mədəni irsi
1979-cu ildə BBC2-də "Gənclik əhdi" əsərinin ekranlaşdırılması zamanı Brittenin obrazı Çeril Kempbel tərəfindən canlandırılmışdır. Mahnı yazarı və Anqlikan Pasifist Birliyinin üzvü Syu Qilmori onun xatirəsinə "Vera" adlı mahnı yazmışdır.
1998-ci ildə Veranın Birinci Dünya Müharibəsi dövründə yazılmış məktubları Alan Bişop və Mark Bostric tərəfindən redaktə olunaraq "İtirilmiş nəsildən məktublar" adı altında çap olundu. Bu məktublar həmçinin Amanda Rut və Rapert Qreyvsin baş rol oynadığı "Radio 4" serialı üçün də istifadə olundu.
Brittenin Birinci Dünya Müharibəsi dövründə yazdığı nəzm və nəsr əsərlərinin seçilmişlərindən ibarət olan "Çünki sən öldün" kitabı Mark Bostricin redaktəsi ilə 2008-ci ildə atəşkəsin 19-illiyi münasibətilə çap olunmuşdur.
2008-ci il noyabr ayının 9-da BBC1-də Brittenin anım günü münasibətilə bir saatlıq sənədli film nümayiş olundu.
2009-cu ilin fevral ayında "BBC Films"-in Brittenin memuarı olan "Gənclik əhdi" əsəri əsasında film çəkəcəyi xəbəri yayımlandı. Vera Britten obrazını əvvəlcə irlandiyalı aktrisa Soris Ronanın canlandıracağı deyilsə də ., 2013-cü ilin dekabr ayında bu obrazı isveçli aktrisa canlandıracağı elan olundu. Film Birinci Dünya Müharibəsi xatirələrinin bir hissəsi kimi 2014-cü ilin sonunda nümayiş olundu. Filmdə həmçinin , Kolin Morqan, Teron Ecerton, Aleksandra Roç, Dominik Vest, Emili Uatson, Coanna Skanlan, Heyli Etvel, Conatan Beyli və Anna Çansellor da iştirak edirdi. Prodüserlər "Harri Potter" filminin prodüseri olmuş Devid Heyman və Rosi Elison idi.
2018-ci ilin 9 Noyabrında "Wall street" jurnalının şərhçisi Eron Şnor öz yazısında Brittenin "Bəlkə" şeri də daxil olmaqla Birinci Dünya Müharibəsi poeziyasının nə qədər dəyərli olduğunu vurğuladı.
Brittenin yaşadığı evləri göstərən lövhələri Nyukasl-ander-laymda Sidmaus 9 prospektində; Bakstonda . Park Yolu 151-də; Blumsberidə, Doti Stritdə və Londonun qərbində, Meydə Veyldə, Vimeri Menşis 117-də görmək olar. Bundan əlavə Bakstonda Pavilion bağlarında da Brittenin xatirəsinə lövhə vardır lakin orda göstərilmiş tarixlər yanlışdır.
Vera Brittenin arxivi 1971-ci ildə Ontario, Hamiltondakı Mak-Master universitetinə satıldı. Onun tərcümeyi-halını yazarkən toplanmış, uzun bir tarixi əks etdirən məlumatlar Paul Beri və Mark Bostic tərəfindən Somervill Kollecinin kitabxanasına bağışlanmışdır.
- London,Doti Strit 58-dəki lövhə
- Eduard Brittenin məzarı, Qrenezza ingilis qəbirstanlığı, Asiaqo yaylası
Həmçinin bax
İstinadlar
- A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 65.
- Vera Brittain // FemBio database (alm.).
- Higonnet, Margaret R. (1987). Behind the Lines: Gender and the Two World Wars. Yale University Press. səh. 70.
- Mark Bostridge (21 May 2012). "Vera's Testament is young again". The Daily Telegraph
- Mark Bostridge (15 March 2012). "The story of the friendship between Winifred Holtby and Vera Brittain 2017-02-20 at the Wayback Machine". The Daily Telegraph.
- Paul Berry in the foreword to Testament of Experience, 1980 Virago edition
- Berry and Bostridge, Vera Brittain: A Life, 1995 (səh. 523)
- "Prose & Poetry – Vera Brittain". Firstworldwar.com. August 2001. Retrieved 27 May 2008.
- Loretta Stec, "Pacifism, Vera Brittain, and India". Peace Review , vol. 13, no. 2, pp. 237–44, 2001.
- "BBC Two – A Woman in Love and War: Vera Brittain". Bbc.co.uk. 23 March 2010. Retrieved 16 March 2013.
- Film. "Vera Brittain to be subject of film". The Daily Telegraph, 13 February 2009. Retrieved 16 March 2013
- Anita Singh (20 May 2012). "Cannes 2012: BBC to dramatise life of WW1 writer Vera Brittain". The Daily Telegraph
- BamigboYye, Baz (19 December 2013). "Chiwetel in the danger zone: Star tells of the 'dark moment' he had to 'whip' actress in new film 12 Years A Slave". dailymail.co.uk. Retrieved 16 March 2014.
- WSJ – The Great War Produced Some Great Poetry 2017-02-20 at the Wayback Machine". wsj.com. 9 November 2018. Retrieved 28 April 2019.
- Newcastle-under-Lyme Civic Society (15 August 2010). "LOCAL COMMEMORATIVE BLUE PLAQUE SCHEME". Newcastle-under-Lyme Civic Society. Retrieved 22 September 2016.
- Vera Brittain author of "Testament of Youth" lived here 1907–1914". openplaques.org. Retrieved 9 November 2012
- "Special Collections". some.ox.ac.uk. Retrieved 28 August 2018.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vera Meri Britten ing Vera Mary Brittain d 29 Dekabr 1893 o 29 Mart 1970 ingilis konullu yardim destesinin tibb bacisi yazici feminist sosialist pasifist Vera BrittenVera Mary BrittainVera Britten I Dunya Muharibesinden qisa muddet sonraDogum tarixi 29 dekabr 1893 1893 12 29 Dogum yeri Nyukasl ander laym IngiltereVefat tarixi 29 mart 1970 1970 03 29 76 yasinda Vefat yeri Uimbldon London IngiltereHeyat yoldasi Corc KetlinUsaqlari Con Britten Ketlin Sirli UiliyamsFealiyyeti Yazici jurnalist tibb bacisiEserlerinin dili ingilis diliTaninmis eseri Genclik ehdi Vikianbarda elaqeli mediafayllarHeyatiNyukasl ander laymda anadan olan Vera Britten kagiz istehsalcisi Tomas Artur Brittenin 1864 1935 ve onun heyat yoldasi kagiz fabriklerinin sahibi olan Ediz Bervon Brittenin 1868 1948 qizi idi O 18 ayliq olanda ailesi Cesireye Maklesfild seherine 11 yasinda ise Derbisirdeki Bakston seherine kocur Usaq yaslarindan yegane qardasi Eduard onun en yaxin dostu idi 13 yasindan etibaren xalasinin direktor oldugu Surrey Kinqsvuddaki muqeddes Monika adina internat mektebinde oxuyub Atasinin etirazlarina baxmayaraq Oksfordda Somervill kollecinde ingilis edebiyyati uzre tehsil almaga baslayir Lakin bir il sonra 1915 ci ilin yayinda Birinci Dunya Muharibesi sebebi ile tehsilini dayandiraraq ingilis konullu yardim destesine qosulur ve Bakston London Malta Fransada tibb bacisi kimi fealiyyet gosterir Onun nisanlisi Roland Leyton yaxin dostlari Viktor Ricardson ve Cefri Terlou qardasi Eduard muharibede helak olur Onlarin bir birine yazdigi mektublar Itirilmis nesilden mektublar kitabinda toplanmisdir Muharibeden sonra Oksforda tarix oxumaga qayidan Britten muharibeden sonraki Ingiltereye oyresmekde cetinlik cekir O Vinifred Holtbi ile gorusur ve ingilis edebi sehnesi ile bagli arzulari olan bu iki qadinin dostluq munasibetleri formalasir Bu dostluq Holtbi boyrek catismazligindan vefat edenedek davam edir 1925 ci ilde Britten politoloq Corc Ketlin 1896 1979 ile evlenir Onlarin oglu Vera ile munasibetlerinde mueyyen cetinlikler olan Con Britten Ketlin 1927 1987 ressam is adami ve 1987 ci ilde ortaya cixmis Aile dordlusu avtobioqrafik eserinin muellifi idi Onlarin qizi ise 1930 cu ilde dogulmus Sosial Demokratik Partiyani yaradan Dord neferlik deste nin uzvu olmus politoloq akademik Sirli Uiliyamsdir 1920 ci illerde o Birlesmis milletler cemiyyetini temsil eden spiker olmus 1936 ci ilde ise Dorcesterdeki bir sulh mitinqinde danismaga devet olunmus burada Dik Separd Corc Lensberi Lorens Hausmen Donald Soperle eyni platformani paylasmisdir Bundan sonra Separd onu Sulh Andi Birliyine qosulmaga devet etdi Alti ay diqqetle dusundukden sonra 1937 ci ilin yanvar ayinda Britten teklifi qebul etmisdir Hemin il Britten hemcinin Anqlikan Pasifist Birliyine de qosulur Onun pasifistliyi Ikinci Dunya Muharibesi dovrunde Sulhseverlere mektublar silsilesini yazmaga baslayarken one cixmisdir 1966 ci ilin noyabrinda Britten Londonda bir tedbire gederken kucenin zeif isiqlandirilmasi sebebi ile yixilir O tedbirde istirak edir lakin sonra sol qolunun ve sag elinin kicik barmaginin sindigi askarlanir Bu zedeler Britteni fiziki baximdan zeifletmekle yanasi onun yaddasinda da problemlere sebeb olur Bele ki BBC e musahibe veren zaman o Roland Leytonla bagli suala Roland kimdir deye cavab verir Britten hec vaxt 1918 ci ilde muharibede helak olan qardasi Eduardin olumu ile barisa bilmedi O 29 Mart 1970 ci ilde 76 yasinda Uimbldonda vefat etdi Britten vesiyyetnamesinde menim qelbim texminen 50 ile yaxin bu kend qebirstanliginda olmusdur deyerek kulunun qardasi Eduardin mezarina sepilmesini istedi 1970 ci ilde qizi onun vesiyyetnamesine emel etdi FealiyyetiBrittenin ilk nesr olunan eseri Qaranliq vaxtlar 1923 romani idi Eser Oksforddaki xususile de Somervilldeki muellimlerin karikaturasinin yaradilmasina gore ses kuye sebeb oldu 1933 cu ilde ise Britten onu esas meshurlasdiran eserini Genclik ehdi avtobioqrafik romanini cap etdirdi 1940 ci ilde Holtbinin xatiresine yazilmis Dostluq ehdi eseri 1957 ci ile ise oz hekayesinin davami olaraq 1925 1950 ci iller arasinda yasadiqlarini eks etdiren Tecrube ehdi eseri nesr olundu Vera Britten bir cox eserini heqiqi tecrubelere esaslanaraq yazirdi Bele ki Fexri mulkiyyet 1936 adlanan avtobioqrafik romaninda Britten ozunun yazici Fillis Bentli ile olan ugursuz dostlugundan amerikali nasir Corc Brete olan romantik hisslerinden ve qardasi Eduardin 1918 ci ilde italyan cebhesindeki olumunden danisirdi Vera Brittenin 1913 1917 iller araliginda yazdigi eserler 1981 ci ile Genclik salnamesi adi altinda nesr olunmusdur Britten yangin gozetcisi kimi isleyen ve olkeni gezerek Sulh Andi Birliyinin erzaq yardimi kompaniyasi ucun vesait toplayan bir pasifist idi O ozunun Bombalama ile soyqirim 1944 kitabinda alman seherlerinin bombalanmasina qarsi etirazini bildirdiyi ucun tenqid olunmusdur 1930 cu ilden etibaren Britten pasifist jurnal Sulh xeberleri nin daimi emekdasi idi Nehayet o jurnalin redaksiya heyetinin uzvu oldu ve 1950 1960 ci illerde aparteid ve mustemlekecilik eleyhine nuve terksilahinin leyhine meqaleler yazirdi Medeni irsi1979 cu ilde BBC2 de Genclik ehdi eserinin ekranlasdirilmasi zamani Brittenin obrazi Ceril Kempbel terefinden canlandirilmisdir Mahni yazari ve Anqlikan Pasifist Birliyinin uzvu Syu Qilmori onun xatiresine Vera adli mahni yazmisdir 1998 ci ilde Veranin Birinci Dunya Muharibesi dovrunde yazilmis mektublari Alan Bisop ve Mark Bostric terefinden redakte olunaraq Itirilmis nesilden mektublar adi altinda cap olundu Bu mektublar hemcinin Amanda Rut ve Rapert Qreyvsin bas rol oynadigi Radio 4 seriali ucun de istifade olundu Brittenin Birinci Dunya Muharibesi dovrunde yazdigi nezm ve nesr eserlerinin secilmislerinden ibaret olan Cunki sen oldun kitabi Mark Bostricin redaktesi ile 2008 ci ilde ateskesin 19 illiyi munasibetile cap olunmusdur 2008 ci il noyabr ayinin 9 da BBC1 de Brittenin anim gunu munasibetile bir saatliq senedli film numayis olundu 2009 cu ilin fevral ayinda BBC Films in Brittenin memuari olan Genclik ehdi eseri esasinda film cekeceyi xeberi yayimlandi Vera Britten obrazini evvelce irlandiyali aktrisa Soris Ronanin canlandiracagi deyilse de 2013 cu ilin dekabr ayinda bu obrazi isvecli aktrisa canlandiracagi elan olundu Film Birinci Dunya Muharibesi xatirelerinin bir hissesi kimi 2014 cu ilin sonunda numayis olundu Filmde hemcinin Kolin Morqan Teron Ecerton Aleksandra Roc Dominik Vest Emili Uatson Coanna Skanlan Heyli Etvel Conatan Beyli ve Anna Cansellor da istirak edirdi Produserler Harri Potter filminin produseri olmus Devid Heyman ve Rosi Elison idi 2018 ci ilin 9 Noyabrinda Wall street jurnalinin serhcisi Eron Snor oz yazisinda Brittenin Belke seri de daxil olmaqla Birinci Dunya Muharibesi poeziyasinin ne qeder deyerli oldugunu vurguladi Brittenin yasadigi evleri gosteren lovheleri Nyukasl ander laymda Sidmaus 9 prospektinde Bakstonda Park Yolu 151 de Blumsberide Doti Stritde ve Londonun qerbinde Meyde Veylde Vimeri Mensis 117 de gormek olar Bundan elave Bakstonda Pavilion baglarinda da Brittenin xatiresine lovhe vardir lakin orda gosterilmis tarixler yanlisdir Vera Brittenin arxivi 1971 ci ilde Ontario Hamiltondaki Mak Master universitetine satildi Onun tercumeyi halini yazarken toplanmis uzun bir tarixi eks etdiren melumatlar Paul Beri ve Mark Bostic terefinden Somervill Kollecinin kitabxanasina bagislanmisdir London Doti Strit 58 deki lovhe Eduard Brittenin mezari Qrenezza ingilis qebirstanligi Asiaqo yaylasiHemcinin baxItirilmis nesil Birinci Dunya muharibesiIstinadlarA Historical Dictionary of British Women 2 Routledge 2003 S 65 ISBN 978 1 85743 228 2 Vera Brittain FemBio database alm Higonnet Margaret R 1987 Behind the Lines Gender and the Two World Wars Yale University Press seh 70 Mark Bostridge 21 May 2012 Vera s Testament is young again The Daily Telegraph Mark Bostridge 15 March 2012 The story of the friendship between Winifred Holtby and Vera Brittain 2017 02 20 at the Wayback Machine The Daily Telegraph Paul Berry in the foreword to Testament of Experience 1980 Virago edition Berry and Bostridge Vera Brittain A Life 1995 seh 523 Prose amp Poetry Vera Brittain Firstworldwar com August 2001 Retrieved 27 May 2008 Loretta Stec Pacifism Vera Brittain and India Peace Review vol 13 no 2 pp 237 44 2001 BBC Two A Woman in Love and War Vera Brittain Bbc co uk 23 March 2010 Retrieved 16 March 2013 Film Vera Brittain to be subject of film The Daily Telegraph 13 February 2009 Retrieved 16 March 2013 Anita Singh 20 May 2012 Cannes 2012 BBC to dramatise life of WW1 writer Vera Brittain The Daily Telegraph BamigboYye Baz 19 December 2013 Chiwetel in the danger zone Star tells of the dark moment he had to whip actress in new film 12 Years A Slave dailymail co uk Retrieved 16 March 2014 WSJ The Great War Produced Some Great Poetry 2017 02 20 at the Wayback Machine wsj com 9 November 2018 Retrieved 28 April 2019 Newcastle under Lyme Civic Society 15 August 2010 LOCAL COMMEMORATIVE BLUE PLAQUE SCHEME Newcastle under Lyme Civic Society Retrieved 22 September 2016 Vera Brittain author of Testament of Youth lived here 1907 1914 openplaques org Retrieved 9 November 2012 Special Collections some ox ac uk Retrieved 28 August 2018