Kamal Əhməd oğlu Əhmədov (28 fevral 1940, Bakı – 29 noyabr 1994, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992).
Kamal Əhmədov | |
---|---|
Kamal Əhməd oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Janrlar | Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar |
Mükafatları |
Həyatı
Kamal Əhmədov 1940-cı ildə fevralın 28-də Bakıda, İçərişəhərdə anadan olmuşdur. İnşaatçı-mühəndis olan atasının işi ilə əlaqədar Qarabağa – Ağdama köçürlər. Atası Kamalı Əhmədovu ona yaxşı təhsil verəcək, istedadını inkişaf etdirə biləcək peşəkar pedaqoqların çalışdığı uşaq evinə verilməsini təkidlə xahiş edir. Uşaq evi kollektivinin Səməd Vurğunla görüşündə Ə. Kamalın onun şeirlərini ifadəli, şövqlə söyləməsi şairin diqqətini cəlb etmişdir.
O, məktəbli ikən rəsm dərnəyinə gedir, 1964-cü ildə isə akademik təhsil sistemini inkar edən ifrat fərdiyyətçi, üsyankar xasiyyəti ilə ad çıxarmış bu gənc Ə. Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirir. Onun müəllimlərindən biri Moskvada rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəngkar Vəcihə Səmədova idi. Rəngkarlıqda realist ənənələrinin, akademik normaların prinsipial tərəfdarı olmasına baxmayaraq, Vəcihə xanım Kamalın işlərini çox bəyənir və ona kömək etməyə çalışır. Sovet rəhbərlərinin portretlərini çəkmək istəmədiyi üçün gənc rəssam təhsilini böyük çətinliklə başa vurur.
Ailəsi
Bir müddət sonra rəssamın anası yatalaq xəstəliyindən vəfat edir, bundan yarım il sonra isə atası da dünyadan köçür. Uşaqları Bakıya aparıb, müxtəlif uşaq evlərinə verirlər. Bacısı iki yaşında vəfat edir, qardaşını bir müddət sonra nənəsi götürür, Ə. Kamal isə on səkkiz yaşınadək Şüvəlanda – uşaq evində qalır. 1980-ci ildə ailə həyatı quran rəssamın Kamilla Əhmədova adlı bir qızı dünyaya gəlmişdir. Hətta həmin illərdə rəssam həyat yoldaşını təsvir edir, ailə səadətini təcəssüm etdirən tablolar yaradırdı. Kamal Əhmədin "Ailə" tablosu onun şah əsərlərindən biri hesab olunur. Bir tərəfdən əsərin dürüstlüyü, digər tərəfdən rəssamın fantaziyası heyrət doğurur. Məxməri gecə əsərin qəhrəmanlarını ağuşuna alıb, sənətkar onları dəniz sahilində, masa arxasında çay dəsgahı zamanı təsvir edib. Gur işıq mülayim ləpədöyəni və qızılı qum zolağını gecə zülmətindən qurtarmağa çalışır, o, həm də tamaşaçıya üz tutan, öz düşüncələrinə dalan, uzun-uzadı söhbət edən personajları işıqlandırır. Ön plandakı armudu çay stəkanlarının düzüldüyü əyriayaq masanı işıqlandıran bu mülayim sarı işıq rəssamın gözlərində yer alan qüssəni yumşaltsa da, qadının narahat baxışında qığılcım kimi sayrışır – ərinin üzündəki zahiri dinclik onu aldada bilmir. Taleyin zərbəsinin labüdlüyü qısa dinclik və xoşbəxtlik anına kolgə salır, qadını qorxu buxovlayır, o qızını möhkəm qucaqlayaraq iztirablardan qorumağa çalışır. Kamal isə hələ də tənhadır, onun palitrasından rənglər süzülür, boyakarlıq ona günəşi də, ayı da əvəz edir.
Səttar Bəhlulzadə ilə tanışlığı
Böyük fırça ustası Səttar Bəhlulzadə ilə tanışlığı, bu sənətkarın həyat tərzi, fikirləri Ə. Kamalı dərindən sarsıdır, Ə. Kamal da Səttar Bəhlulzadə kimi Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanır, böyük mütəfəkkirlərdən sitatlar gətirir və hədəfi üfüq xətti kimi xəyali və əlçatmaz həqiqəti tapmaq olan əsl dərvişə çevrilir. Gənc olan Kamal Əhməd Azərbaycan avanqardının banisi Cavad Mircavadovu da özünə müəllim sayırdı. Gələcəyin istedadlı rəssamı öz yolunun axtarışlarında bu iki sənətkarın təsviri metodlarını dərk etməyə çalışırdı.
Əgər B. Səttar ona Azərbaycanın poeziya, fəlsəfə və muğam dünyasını, abstrakt və ideal aləmi açmışdısa, Mircavad Ə. Kamala əsl Abşeronu bəxş etdi. Mircavad hesab edirdi ki, rəngkarlığı yalnız Abşeronda öyrənmək lazımdır. Digər abşeronlu rəssamlar kimi Kamal Əhməd üçün də, Abşeron torpağı və sakinləri əsas ilham mənbəyi idi, Amma Kamalın Abşeronu bir qayda olaraq lakonik, müxtəsər və sərtdir. Kamal uzun müddət Abşeronun Görədil kəndində yaşayıb və yaratmışdır. Yerli sakinlər ona yarıuçuq evdə yaşamağa icazə verirlər, evin qapısını köhnə də olsa parlaq boyalarını saxlamış kilim əvəz edir, elektrik cərəyanı olmadığından Kamal gecələr öz balaca otağında ağ neft lampası yandırmalı olurdu. Kamala da həmin nəslin əksər rəssamları kimi, Abşerondakı unikal qoruq olan Qobustan güclü təsir edir.
Yaradıcılığı
O, Sovet sosial realizm məktəbinin göstərişlərinə əməl etməkdən imtina edərək incəsənətdə öz üslubunu yaratmışdır. Onun əsərləri çox vaxt tünd rənglərlə işlənmiş, qara fona malik simvollarla zəngindir. Onun obrazları qəribə, fantastik quşlar, itlər, uzunqulaqlar və digər heyvanlardır. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyalar rəssama xasdır. Kamal Əhməd 1968-ci ildə Rəssamlar İttifaqının üzvü seçilmişdir. O, 1969-cu ildə Moskvada Ümumittifaq bədii sərgidə iştirak etmişdir. Rəssamın 1987-ci ildə Bakıda ilk fərdi sərgisi keçirilmişdir. 1980-ci illərin sonundan başlayaraq Kamal Əhmədin əsərləri ABŞ, İtaliya, Türkiyə, Polşa, Əlcəzair, Yaponiya və Rusiyada nümayiş etdirilir, azərbaycanlı rəssamın fırçasından çıxan gözəl işlər muzey və şəxsi kolleksiyaları bəzəyir.
1989-cu ildə İtaliyanın Vareze şəhərində sovet rəssamlarının qrup sərgisində iştirakı Ə. Kamalın yaradıcılıq bioqrafiyasında əlamətdar hadisə oldu. Sənətkarı oraya 1988-ci ildə Moskvada Ümumittifaq sərgidə onun əsərlərinə heyran qalmış italiyalı kuratorlar dəvət etmişdilər. Bu, SSRİ Rəssamlar İttifaqı ilə Vareze şəhərinin Villa Mirabello (Musei Civici di Villa Mirabello) bələdiyyə muzeyi arasında sərgi mübadiləsi ilə bağlı uzunmüddətli müştərək layihə idi. Muzeydə SSRİ-dən doqquz sənətkarın əsərləri nümayiş etdirilir. Xaricə getməkdən məhrum olan, ölkəsində heç bir fəxri ad almayan dissident onun sitayiş etdiyi dahi rəssamların vətəni olan ölkəni görmək imkanı qazanır. Onun əsərləri böyük əks-səda doğurur, şəhər meri sərginin açılışında Kamal Əhməd haqqında şövqlə danışmış, azərbaycanlı rəssamı müasir incəsənət tarixində yeni şəxsiyyət adlandırmış, onun əllərindən belə öpmüşdür.
Əsərləri
- "Ağac" (1970);
- "Söhbət" (1979);
- "İşığa doğru" (1980);
- "Self-Portrait" (1980);
- "Mirza Shafi and Mirza Alakbar Sabir visiting Pirosmani" (1980);
- "Xeyir və Şər" (1986);
- "Atın ay xiffəti"; (1986);
- "The family" (Ailə, 1987);
- "Moon night" (1990);
- "Woman in Red" (Qırmızı qadın, 1990);
- "Escape" (Xilas, 1991);
- "The dogs" (1991);
- "Leyli və Məcnun";
- "Goradildə kanal";
- "Goradil kəndi";
- "Abşeronda bahar";
- "Abşeronda Novruz bayramı";
- "Kompozisiya";
- "Lampa ilə avtoportret" (1998);
- "Rəssamın emalatxanasında" (1990-cı illər);
- "Çılpaq"
Tamamlamadığı əsəri
- "Avtoportret. Çarmıxa çəkilmə" Bu əsər Ə. Kamalın tamamlaya bilmədiyi sonuncu əsəri oldu – o özünü başında tikanlı çələngi olan İsa obrazında təsvir edir. Bu, rəssamın güzgüdə öz əksini çəkdiyi adi avtoportret deyil. O, özünə təkcə kənardan baxmır, sanki həm də onun ölməz ruhu başqa aləmdən işgəncə verilmiş cismini, onun son iztirablarını seyr edir.
Mükafatları
1988-ci ildə "Abşeron qadınları" rəsminə görə Moskvada keçirilən beynəlxalq bədii sərginin diplomu ilə təltif edilmiş, 1989-cu ildə "Salvador Daliyə İthaf" əsəri Xəzəryanı respublikaların (Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan) I Biennalesində Qran-pri mükafatına layiq görülür. O, 1993-cü ildə Bakıdakı Novruz bayramına həsr olunmuş "Rəssamın ailəsi" silsiləsinə görə I dərəcəli mükafata layiq görülmüşdür. Azərbaycan təsviri sənətini yeni meyllərlə zənginləşdirən Kamal Əhmədə yaradıcılıq uğurlarına görə 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Vəfatı
Kamal Əhməd 29 noyabr 1994-cü ildə vəfat etmişdir.
Xatirəsi
Haqqında deyilənlər
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Kamal Əhmədlə bağlı xatirələrini belə bölüşmüşdür:
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov: "Kamal Əhmədlə bağlı xatirələrim çoxdur. Çox təvazökar adam idi. Doğrudan da o illər mənim üçün ən dəyərli illər olub. Onda olan enerjiyə heyran idim. Gecə-gündüz rəsm haqqında fikirləşir, sənətlə yanırdı. Onun yaradıcılığının çox hissəsini əhatə edən bu kitab üçün çox şadam. Bu kitab onun haqqında çox söz deyəcək, oxuyanlar biləcək Kamal Əhməd kimdir. O mənim ürəyimin bir parçasıdır. Kamal ən böyük rəssama belə örnək ola biləcək ürəyi olan bir rəssam idi. Onun ən böyük muzeylərdə təmsil olunmağa, hər bir rəssam qarşısında öyünməyə ixtiyarı çatır. |
Tanınmış yazıçı-publisist Azər Abdulla:
"Mən tanıdığım və tanımadığım bütün rəssamları sevirəm. Rəssamlıq mənim üçün möcüzəli bir sənətdir. Kamal Əhməd haqqında ilk dəfə yazını mən yazmışam. 1974-cü ildə Qobustan jurnalında işləyirdim, o vaxt dissident rəssamları sadəcə Qobustan jurnalı dərc edirdi. Kamal bəylə də Rəssamlar İttifaqının qarşısında görüşüb, avtobusla onun emalatxanasına, Goradilə getdik. Mən ömrümdə ilk dəfə su süzən daşı Kamalın emalatxanasında gördüm. O əsərlərini necə işlədiyini mənə danışırdı. İndi burda gördüyüm əsərlərin çoxu hələ yaranmamışdı. Kamal bəy Abşeron Rəssamlıq Məktəbinin ən gözəl simalarından biri hesab olunur. Dostları onu klassik ədəbiyyatı sevən biri kimi xatırlayır. Kamal Əhməd özündə Cənnətlə Cəhənnəmi birlşdirərək qaranlıqdan işığa doğru gedirdi. Və hər kəsi saflığa, aydınlığa aparırdı. Rəng, boya işlətmək bacarığına, rəng hissiyatına görə qeyri-adi bir rəssamıydı. Bu anadan gəlmə istedad idi. Haqqında yazı çıxandan sonra görüşdük, çox sevindi. O vaxt deyirdi ki, məni başa düşmürlər. İndi yanıb tökülürəm, kaş Kamal bu təqdimatı görəydi." |
Bakı İncəsənət Məktəbinin direktoru Rafael Gülməmmədli:
"Kamal Əhməd Azərbaycan modern təsviri sənətində, avanqard incəsənətə ən çox təsir etmiş rəssamlardandır. Bu istiqamətdə biz onun adını Tofiq Cavad, Əşrəf Murad və Rasim Babayevlə birlikdə çəkə bilərik. Onun təsiri 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycan təsviri sənətinə gəlmiş yeni nəsil rəssamların əsərlərində çox bariz görünürdü. Kamal Əhməd Azərbaycan təsviri sənətində ən dissident rəssamlardan biriydi. Əsərlərində yalançı pafos yoxuydu. Mövcud təsviri sənətə sırınan dəyərlərə qarşı özünün bir etirazı vardı. Filosof idi, mənim üçün Azərbaycan təsviri sənətində qara rənglə işləyən iki rəssam var ki, onların qarası başqa rəssmlarda yoxdur. Əşrəf Murad və Kamal Əhməd. O bilərək akademik təhsil almadı, özü-özünü yetişdirdi. 70-80-ci illərdə artıq öz simasını qazanmağa başlamışdı. Və Azəbaycan təsviri sənətində bənzərsiz yer tutdu. "Şərqin faciəsi" adlı məşhur bir əsəri vardı. Təsəvvür edirsinizmi, hələ 90-cı il olmamışdı, Sovet qoşunları Azərbaycana soxulub faciə törətməmişdi, o ana və qarşısında oğlunun meyiti əsərini yaratmışdı. Sanki rəssam gələcəkdə baş verəcək faciəni əvvəlcədən hiss etmişdi". |
Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı:
"Kamal sadə adam deyildi, o istənilən yerdə ürəyindən keçən sözü rahatca deyirdi. Kifayət qədər fikrini söyləməyi bacaran adam idi. Qeyri-adi dərəcədə xeyirxah və mehribandı. Yaradıcı insanların çoxusu bu cür olur. O bir dəfə məni emalatxanasına dəvət edib, "bu şəkillərdən hansını istəyirsən seç götür" dedi. Mən "vaxt gələcək, bu əsərlər muzeylərdə olacaq, haqqım yoxdur götürməyə, onun dəyərinə uyğun pulum da yoxdur" dedim və götürmədim. Kamalın əsərlərində rənglərin simfoniyası var. Xüsusən narıncı və qırmızı və qara rəng. Onun əsərlərinin hər biri fəlsəfi miniatür kimidir. O qeyri-adi dərəcədə poeziyanı da sevən adamıydı. Kamalın çətin keçən uşaqlığı sayəsində onun əsərlərində tragediya daha çoxuydu." |
Şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu:
"Mənim Kamal haqqında "Öz vaxtından qaçan adam" adlı bir şeirim var. Kamal zamanın, əsrlərdən - əsrlərə keçmə dəhlizlərini tanıyan adamıydı. O öz vaxtının içərisində duruş gətirə bilmirdi. Cəmilə xanım düz dedi, o doğrudan da kosmik maştablı bir adamıydı, dahiydi. Biz bəzən sahib olduqlarımızın qədrini bilmirik. Qəribədir, niyə biz doqquz iqlim qurşağımızla fəxr edirik, təbii sərvətlərimizlə fəxr edirik, amma unuduruq ki, bizim əsl böyük sərvətimiz yaradıcı insanlarımızdır? Yaradıcı insana şöhrəti diqtə etmək olmaz. O dahiydi, qəribə səxavəti vardı, dörd yaşında atasını itirmişdi, ailəsini itirmiş, Qobustan yetimxanasında elə bir mühitdə doğulub böyümüş adam həddindən artıq zəngin daxili aləmə malik idi. O bütün istedadını, daxili zənginliyini böyük bir səxavətlə bağışlayırdı. Fikir adamıydı. Onun rəngi təkcə qara deyildi, o qaranın altında neçə gizli qatlar var ki, o qatlar onun o dərin fikrini büruzə verirdi. Mənim şəxsi kolleksiyamda Azərbaycan və dünya rəssamlarının mindən çox işi var. Ən çox sevdiyim iki əsər Kamal Əhmədin öz əli ilə avtoqraf yazıb mənə bağışladığı işlərdir. Bir əsəri də Finlandiyadadır. Finlandiyanın məşhur şairi, yazıçısı, dramaturqu Azərbaycana öz ailəsi ilə qonaq gələndə onu Kamalın emalatxanasına aparmışdım. Kamal həddən artıq səxavətlə bütün əsərlərini sərgilədi və dedi ki, hansı iş xoşunuza gəlirsə onu götürün. Onlar pul ödəmək istəyəndə Kamal dedi ki, "siz bununla məni təhqir eləmiş olarsınız". Mən indi də o əsəri Finlandiyaya gedəndə Helsinkidə madam Aurik Olsiunkinin villasında seyr edirəm. Mənim dostlarım da mənimlədir. Allah onlara rəhmət eləsin". |
Sənətşünaslıq rektoru, professor Cəmilə Həsənzadə:
"O, incəsənətin bütün sahələrini gözəl bilirdi, musiqini duyurdu. Onun yaradıcılığını təkcə Abşeron məktəbinə aid etmək olmaz. Kamalın istedadı sərhəd tanımırdı. Mən onun yaradıcılığını kosmik fəza kimi miqyassız hesab edirəm. Kamal dahiydi..." |
Tədbirlər
- Şəxsi sərgi, "Abşeron" qalereyası, Bakı, Azərbaycan (2004-cü il)
- E-phem·er·a –nın qrup halında sərgisi, Bakının müasir incəsənət muzeyi, Azərbaycan (2014-cü il)
- "Xalq Əmanəti" layihəsi (2017-ci il, 19 may)
Qalereya
- Self portrait - Avtoportret (1980)
- Mirzə Şəfi və Mirzə Ələkbər Sabirin Pirosmaniyə ziyarəti (1980)
- Собака (İt, 1988)
- Qırmızı paltarlı qadın (1990)
- Söhbət (1979)
İstinadlar
- . 2018-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
- "Kamal Əhməd (1940-1994)". 20 February 2018 tarixində . İstifadə tarixi: 2018-12-18.
- "Xızıda Əməkdar incəsənət xadimi Kamal Əhmədin əsərlərinin sərgisi". 2018-12-24 tarixində . İstifadə tarixi: 2018-12-18.
- . 2020-08-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-24.
- "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 7 oktyabr 2019 tarixində . İstifadə tarixi: 7 oktyabr 2019.
- . 2017-06-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
Xarici keçidlər
- Kamal Əhməd dünyası "Xalq Əmanəti"ndə — Fotolar
- Boyumuzun çatmadığı adam — Kamal ƏHMƏD
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kamal Ehmed oglu Ehmedov 28 fevral 1940 Baki 29 noyabr 1994 Baki Azerbaycan ressami Azerbaycan Respublikasinin emekdar incesenet xadimi 1992 Kamal EhmedovKamal Ehmed oglu EhmedovDogum tarixi 28 fevral 1940Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 29 noyabr 1994 54 yasinda Vefat yeri Baki AzerbaycanMilliyyeti azerbaycanliVetendasligi SSRI AzerbaycanFealiyyeti ressamTehsili Ezim Ezimzade adina Azerbaycan Dovlet Ressamliq MektebiJanrlar Coxfiqurlu tablo ve portretler menzere ve naturmortlar abstrakt kompozisiyalarMukafatlari 1992HeyatiKamal Ehmedov 1940 ci ilde fevralin 28 de Bakida Iceriseherde anadan olmusdur Insaatci muhendis olan atasinin isi ile elaqedar Qarabaga Agdama kocurler Atasi Kamali Ehmedovu ona yaxsi tehsil verecek istedadini inkisaf etdire bilecek pesekar pedaqoqlarin calisdigi usaq evine verilmesini tekidle xahis edir Usaq evi kollektivinin Semed Vurgunla gorusunde E Kamalin onun seirlerini ifadeli sovqle soylemesi sairin diqqetini celb etmisdir O mektebli iken resm derneyine gedir 1964 cu ilde ise akademik tehsil sistemini inkar eden ifrat ferdiyyetci usyankar xasiyyeti ile ad cixarmis bu genc E Ezimzade adina Baki Ressamliq Mektebini bitirir Onun muellimlerinden biri Moskvada ressamliq tehsili almis ilk azerbaycanli qadin rengkar Vecihe Semedova idi Rengkarliqda realist enenelerinin akademik normalarin prinsipial terefdari olmasina baxmayaraq Vecihe xanim Kamalin islerini cox beyenir ve ona komek etmeye calisir Sovet rehberlerinin portretlerini cekmek istemediyi ucun genc ressam tehsilini boyuk cetinlikle basa vurur Kamal Ehmedin Aile tablosu 1987 ci ilAilesi Bir muddet sonra ressamin anasi yatalaq xesteliyinden vefat edir bundan yarim il sonra ise atasi da dunyadan kocur Usaqlari Bakiya aparib muxtelif usaq evlerine verirler Bacisi iki yasinda vefat edir qardasini bir muddet sonra nenesi goturur E Kamal ise on sekkiz yasinadek Suvelanda usaq evinde qalir 1980 ci ilde aile heyati quran ressamin Kamilla Ehmedova adli bir qizi dunyaya gelmisdir Hetta hemin illerde ressam heyat yoldasini tesvir edir aile seadetini tecessum etdiren tablolar yaradirdi Kamal Ehmedin Aile tablosu onun sah eserlerinden biri hesab olunur Bir terefden eserin durustluyu diger terefden ressamin fantaziyasi heyret dogurur Mexmeri gece eserin qehremanlarini agusuna alib senetkar onlari deniz sahilinde masa arxasinda cay desgahi zamani tesvir edib Gur isiq mulayim lepedoyeni ve qizili qum zolagini gece zulmetinden qurtarmaga calisir o hem de tamasaciya uz tutan oz dusuncelerine dalan uzun uzadi sohbet eden personajlari isiqlandirir On plandaki armudu cay stekanlarinin duzulduyu eyriayaq masani isiqlandiran bu mulayim sari isiq ressamin gozlerinde yer alan qusseni yumsaltsa da qadinin narahat baxisinda qigilcim kimi sayrisir erinin uzundeki zahiri dinclik onu aldada bilmir Taleyin zerbesinin labudluyu qisa dinclik ve xosbextlik anina kolge salir qadini qorxu buxovlayir o qizini mohkem qucaqlayaraq iztirablardan qorumaga calisir Kamal ise hele de tenhadir onun palitrasindan rengler suzulur boyakarliq ona gunesi de ayi da evez edir Settar Behlulzade ile tanisligiBoyuk firca ustasi Settar Behlulzade ile tanisligi bu senetkarin heyat terzi fikirleri E Kamali derinden sarsidir E Kamal da Settar Behlulzade kimi Nizami ve Fuzulinin felsefesi ile maraqlanir boyuk mutefekkirlerden sitatlar getirir ve hedefi ufuq xetti kimi xeyali ve elcatmaz heqiqeti tapmaq olan esl dervise cevrilir Genc olan Kamal Ehmed Azerbaycan avanqardinin banisi Cavad Mircavadovu da ozune muellim sayirdi Geleceyin istedadli ressami oz yolunun axtarislarinda bu iki senetkarin tesviri metodlarini derk etmeye calisirdi Eger B Settar ona Azerbaycanin poeziya felsefe ve mugam dunyasini abstrakt ve ideal alemi acmisdisa Mircavad E Kamala esl Abseronu bexs etdi Mircavad hesab edirdi ki rengkarligi yalniz Abseronda oyrenmek lazimdir Diger abseronlu ressamlar kimi Kamal Ehmed ucun de Abseron torpagi ve sakinleri esas ilham menbeyi idi Amma Kamalin Abseronu bir qayda olaraq lakonik muxteser ve sertdir Kamal uzun muddet Abseronun Goredil kendinde yasayib ve yaratmisdir Yerli sakinler ona yariucuq evde yasamaga icaze verirler evin qapisini kohne de olsa parlaq boyalarini saxlamis kilim evez edir elektrik cereyani olmadigindan Kamal geceler oz balaca otaginda ag neft lampasi yandirmali olurdu Kamala da hemin neslin ekser ressamlari kimi Abserondaki unikal qoruq olan Qobustan guclu tesir edir YaradiciligiO Sovet sosial realizm mektebinin gosterislerine emel etmekden imtina ederek incesenetde oz uslubunu yaratmisdir Onun eserleri cox vaxt tund renglerle islenmis qara fona malik simvollarla zengindir Onun obrazlari qeribe fantastik quslar itler uzunqulaqlar ve diger heyvanlardir Coxfiqurlu tablo ve portretler menzere ve naturmortlar abstrakt kompozisiyalar ressama xasdir Kamal Ehmed 1968 ci ilde Ressamlar Ittifaqinin uzvu secilmisdir O 1969 cu ilde Moskvada Umumittifaq bedii sergide istirak etmisdir Ressamin 1987 ci ilde Bakida ilk ferdi sergisi kecirilmisdir 1980 ci illerin sonundan baslayaraq Kamal Ehmedin eserleri ABS Italiya Turkiye Polsa Elcezair Yaponiya ve Rusiyada numayis etdirilir azerbaycanli ressamin fircasindan cixan gozel isler muzey ve sexsi kolleksiyalari bezeyir 1989 cu ilde Italiyanin Vareze seherinde sovet ressamlarinin qrup sergisinde istiraki E Kamalin yaradiciliq bioqrafiyasinda elametdar hadise oldu Senetkari oraya 1988 ci ilde Moskvada Umumittifaq sergide onun eserlerine heyran qalmis italiyali kuratorlar devet etmisdiler Bu SSRI Ressamlar Ittifaqi ile Vareze seherinin Villa Mirabello Musei Civici di Villa Mirabello belediyye muzeyi arasinda sergi mubadilesi ile bagli uzunmuddetli musterek layihe idi Muzeyde SSRI den doqquz senetkarin eserleri numayis etdirilir Xarice getmekden mehrum olan olkesinde hec bir fexri ad almayan dissident onun sitayis etdiyi dahi ressamlarin veteni olan olkeni gormek imkani qazanir Onun eserleri boyuk eks seda dogurur seher meri serginin acilisinda Kamal Ehmed haqqinda sovqle danismis azerbaycanli ressami muasir incesenet tarixinde yeni sexsiyyet adlandirmis onun ellerinden bele opmusdur Eserleri Agac 1970 Sohbet 1979 Isiga dogru 1980 Self Portrait 1980 Mirza Shafi and Mirza Alakbar Sabir visiting Pirosmani 1980 Xeyir ve Ser 1986 Atin ay xiffeti 1986 The family Aile 1987 Moon night 1990 Woman in Red Qirmizi qadin 1990 Escape Xilas 1991 The dogs 1991 Leyli ve Mecnun Goradilde kanal Goradil kendi Abseronda bahar Abseronda Novruz bayrami Kompozisiya Lampa ile avtoportret 1998 Ressamin emalatxanasinda 1990 ci iller Cilpaq Tamamlamadigi eseri Avtoportret Carmixa cekilme Bu eser E Kamalin tamamlaya bilmediyi sonuncu eseri oldu o ozunu basinda tikanli celengi olan Isa obrazinda tesvir edir Bu ressamin guzgude oz eksini cekdiyi adi avtoportret deyil O ozune tekce kenardan baxmir sanki hem de onun olmez ruhu basqa alemden isgence verilmis cismini onun son iztirablarini seyr edir Mukafatlari1988 ci ilde Abseron qadinlari resmine gore Moskvada kecirilen beynelxalq bedii serginin diplomu ile teltif edilmis 1989 cu ilde Salvador Daliye Ithaf eseri Xezeryani respublikalarin Azerbaycan Qazaxistan Rusiya Turkmenistan I Biennalesinde Qran pri mukafatina layiq gorulur O 1993 cu ilde Bakidaki Novruz bayramina hesr olunmus Ressamin ailesi silsilesine gore I dereceli mukafata layiq gorulmusdur Azerbaycan tesviri senetini yeni meyllerle zenginlesdiren Kamal Ehmede yaradiciliq ugurlarina gore 4 mart 1992 ci ilde Azerbaycan Respublikasinin emekdar incesenet xadimi fexri adi verilmisdir VefatiKamal Ehmed 29 noyabr 1994 cu ilde vefat etmisdir XatiresiHaqqinda deyilenler Ressamlar Ittifaqinin sedri Xalq ressami Ferhad Xelilov Kamal Ehmedle bagli xatirelerini bele bolusmusdur Ressamlar Ittifaqinin sedri Xalq ressami Ferhad Xelilov Kamal Ehmedle bagli xatirelerim coxdur Cox tevazokar adam idi Dogrudan da o iller menim ucun en deyerli iller olub Onda olan enerjiye heyran idim Gece gunduz resm haqqinda fikirlesir senetle yanirdi Onun yaradiciliginin cox hissesini ehate eden bu kitab ucun cox sadam Bu kitab onun haqqinda cox soz deyecek oxuyanlar bilecek Kamal Ehmed kimdir O menim ureyimin bir parcasidir Kamal en boyuk ressama bele ornek ola bilecek ureyi olan bir ressam idi Onun en boyuk muzeylerde temsil olunmaga her bir ressam qarsisinda oyunmeye ixtiyari catir Taninmis yazici publisist Azer Abdulla Men tanidigim ve tanimadigim butun ressamlari sevirem Ressamliq menim ucun mocuzeli bir senetdir Kamal Ehmed haqqinda ilk defe yazini men yazmisam 1974 cu ilde Qobustan jurnalinda isleyirdim o vaxt dissident ressamlari sadece Qobustan jurnali derc edirdi Kamal beyle de Ressamlar Ittifaqinin qarsisinda gorusub avtobusla onun emalatxanasina Goradile getdik Men omrumde ilk defe su suzen dasi Kamalin emalatxanasinda gordum O eserlerini nece islediyini mene danisirdi Indi burda gorduyum eserlerin coxu hele yaranmamisdi Kamal bey Abseron Ressamliq Mektebinin en gozel simalarindan biri hesab olunur Dostlari onu klassik edebiyyati seven biri kimi xatirlayir Kamal Ehmed ozunde Cennetle Cehennemi birlsdirerek qaranliqdan isiga dogru gedirdi Ve her kesi safliga aydinliga aparirdi Reng boya isletmek bacarigina reng hissiyatina gore qeyri adi bir ressamiydi Bu anadan gelme istedad idi Haqqinda yazi cixandan sonra gorusduk cox sevindi O vaxt deyirdi ki meni basa dusmurler Indi yanib tokulurem kas Kamal bu teqdimati goreydi Baki Incesenet Mektebinin direktoru Rafael Gulmemmedli Kamal Ehmed Azerbaycan modern tesviri senetinde avanqard incesenete en cox tesir etmis ressamlardandir Bu istiqametde biz onun adini Tofiq Cavad Esref Murad ve Rasim Babayevle birlikde ceke bilerik Onun tesiri 80 ci illerin sonu 90 ci illerin evvellerinde Azerbaycan tesviri senetine gelmis yeni nesil ressamlarin eserlerinde cox bariz gorunurdu Kamal Ehmed Azerbaycan tesviri senetinde en dissident ressamlardan biriydi Eserlerinde yalanci pafos yoxuydu Movcud tesviri senete sirinan deyerlere qarsi ozunun bir etirazi vardi Filosof idi menim ucun Azerbaycan tesviri senetinde qara rengle isleyen iki ressam var ki onlarin qarasi basqa ressmlarda yoxdur Esref Murad ve Kamal Ehmed O bilerek akademik tehsil almadi ozu ozunu yetisdirdi 70 80 ci illerde artiq oz simasini qazanmaga baslamisdi Ve Azebaycan tesviri senetinde benzersiz yer tutdu Serqin faciesi adli meshur bir eseri vardi Tesevvur edirsinizmi hele 90 ci il olmamisdi Sovet qosunlari Azerbaycana soxulub facie toretmemisdi o ana ve qarsisinda oglunun meyiti eserini yaratmisdi Sanki ressam gelecekde bas verecek facieni evvelceden hiss etmisdi Xezer Universitetinin tesiscisi professor Hamlet Isaxanli Kamal sade adam deyildi o istenilen yerde ureyinden kecen sozu rahatca deyirdi Kifayet qeder fikrini soylemeyi bacaran adam idi Qeyri adi derecede xeyirxah ve mehribandi Yaradici insanlarin coxusu bu cur olur O bir defe meni emalatxanasina devet edib bu sekillerden hansini isteyirsen sec gotur dedi Men vaxt gelecek bu eserler muzeylerde olacaq haqqim yoxdur goturmeye onun deyerine uygun pulum da yoxdur dedim ve goturmedim Kamalin eserlerinde renglerin simfoniyasi var Xususen narinci ve qirmizi ve qara reng Onun eserlerinin her biri felsefi miniatur kimidir O qeyri adi derecede poeziyani da seven adamiydi Kamalin cetin kecen usaqligi sayesinde onun eserlerinde tragediya daha coxuydu Sair emekdar incesenet xadimi Cingiz Elioglu Menim Kamal haqqinda Oz vaxtindan qacan adam adli bir seirim var Kamal zamanin esrlerden esrlere kecme dehlizlerini taniyan adamiydi O oz vaxtinin icerisinde durus getire bilmirdi Cemile xanim duz dedi o dogrudan da kosmik mastabli bir adamiydi dahiydi Biz bezen sahib olduqlarimizin qedrini bilmirik Qeribedir niye biz doqquz iqlim qursagimizla fexr edirik tebii servetlerimizle fexr edirik amma unuduruq ki bizim esl boyuk servetimiz yaradici insanlarimizdir Yaradici insana sohreti diqte etmek olmaz O dahiydi qeribe sexaveti vardi dord yasinda atasini itirmisdi ailesini itirmis Qobustan yetimxanasinda ele bir muhitde dogulub boyumus adam heddinden artiq zengin daxili aleme malik idi O butun istedadini daxili zenginliyini boyuk bir sexavetle bagislayirdi Fikir adamiydi Onun rengi tekce qara deyildi o qaranin altinda nece gizli qatlar var ki o qatlar onun o derin fikrini buruze verirdi Menim sexsi kolleksiyamda Azerbaycan ve dunya ressamlarinin minden cox isi var En cox sevdiyim iki eser Kamal Ehmedin oz eli ile avtoqraf yazib mene bagisladigi islerdir Bir eseri de Finlandiyadadir Finlandiyanin meshur sairi yazicisi dramaturqu Azerbaycana oz ailesi ile qonaq gelende onu Kamalin emalatxanasina aparmisdim Kamal hedden artiq sexavetle butun eserlerini sergiledi ve dedi ki hansi is xosunuza gelirse onu goturun Onlar pul odemek isteyende Kamal dedi ki siz bununla meni tehqir elemis olarsiniz Men indi de o eseri Finlandiyaya gedende Helsinkide madam Aurik Olsiunkinin villasinda seyr edirem Menim dostlarim da menimledir Allah onlara rehmet elesin Senetsunasliq rektoru professor Cemile Hesenzade O incesenetin butun sahelerini gozel bilirdi musiqini duyurdu Onun yaradiciligini tekce Abseron mektebine aid etmek olmaz Kamalin istedadi serhed tanimirdi Men onun yaradiciligini kosmik feza kimi miqyassiz hesab edirem Kamal dahiydi Tedbirler Sexsi sergi Abseron qalereyasi Baki Azerbaycan 2004 cu il E phem er a nin qrup halinda sergisi Bakinin muasir incesenet muzeyi Azerbaycan 2014 cu il Xalq Emaneti layihesi 2017 ci il 19 may QalereyaSelf portrait Avtoportret 1980 Mirze Sefi ve Mirze Elekber Sabirin Pirosmaniye ziyareti 1980 Sobaka It 1988 Qirmizi paltarli qadin 1990 Sohbet 1979 Istinadlar 2018 12 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 12 18 Kamal Ehmed 1940 1994 20 February 2018 tarixinde Istifade tarixi 2018 12 18 Xizida Emekdar incesenet xadimi Kamal Ehmedin eserlerinin sergisi 2018 12 24 tarixinde Istifade tarixi 2018 12 18 2020 08 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 12 24 Tesviri senet xadimlerine Azerbaycan Respublikasinin fexri adlarinin verilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin Fermani az e qanun az 7 oktyabr 2019 tarixinde Istifade tarixi 7 oktyabr 2019 2017 06 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2018 12 18 Xarici kecidlerKamal Ehmed dunyasi Xalq Emaneti nde Fotolar Boyumuzun catmadigi adam Kamal EHMEDHemcinin baxRessam Ressamliq Rauf Ismayilov ressam