Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi.
Abdulla Sur | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Rusiya imperiyası |
Dəfn yeri |
|
Təhsili | İstanbul Universiteti, 1909 |
Fəaliyyəti | yazıçı |
Abdulla Sur Vikimənbədə |
Həyatı
Abdulla Sur 23 iyul 1883-cü ildə Gəncədə anadan olmuşdur.
Təhsili
İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır.
1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır.
Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır.
Fəaliyyəti
İlk məqalələri 1903-cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
O, Qafqazın müxtəlif mətbuat orqanlarına A. Sur, Məhəmmədzadə, Qafqasiyalı, A. Tofiq, Gəncəli, Abdulla Məhəmmədzadə, Bir Adam və başqa imzalarla məqalələr yazmışdır. "Şərqi-Rus" bağlandıqdan sonra yenidən Gəncəyə qayıdan Abdulla Sur burada müəllimlik fəaliyyətini davam etdirir, eyni zamanda "Həyat" və "İrşad" qəzetlərinə ədəbiyyat və mədəniyyət mövzularında məqalələr yazır.
Çağdaşları bu yorulmaz və istedadlı gənci, həm də gülərüz, xoşxasiyyət, milətçi və bütün tələbələrinin sevimli müəllimi olaraq xatırlayacaqlardı.
1906-cl ildə Abdulla Sur İstanbula gedir. İki il yarım burada yaşayaraq, İstanbul Darülfununda (Universitetində) ədəbiyyat müəllimi kimi çalışır. Türk qəzetlərində məqalələri çap olunur. Həyatının İstanbul vaxtında ən böyük və ən önəmli əsərini "Türk ədəbiyyatına bir baxış" kitabını yazmağa başlayır. Həcmi min səhifədən artıq olan bu kitabı bitirsə də, çap etdirmir. Əlyazma halındakı kitabın çox hissəsi itmiş, yalnız ayrı-ayrı parçaları qalmışdır.
İstanbulda 1908-ci ilin noyabr ayına qədər yaşayan Abdulla Sur burada Osmanlı ədəbiyyatı haqda araşdırmalar aparmış, İbrahim Şinasinin "Şair evlənməsi" əsərini Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevirmişdir. Rus dilində yazılmış olan coğrafiyaya dair bir kitabı da türkcəyə çevirmişdir. Bütün bunlardan əlavə üç cildlik bir antalogiya hazırlamağa başlamışdır.
Azərbaycana qayıtdıqdan sonra Abdulla Surun vətəninin mədəniyyət həyatına daha böyük qatqısı olmuşdur. O, 1910-cu ildə Gəncədə "Ədəbiyyat və Sənət" cəmiyyəti qurmuşdu. Bu cəmiyyətin əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların qarşıdakı təhsillərinə kömək etmək idi. Cəmiyyət yeni ədəbiyyat və sənət əsərlərini ortaya çıxarmaq üçün müsabiqələr də təşkil edirdi.
Klassik və çağdaş Azərbaycan və Osmanlı türk ədəbiyyatının problemleri ilə davamlı şəkildə məşğul olan Abdulla Sur, dilin və üslubun sadəliyi, başa düşülən olması məsələsinə olduqca böyük önəm verirdi. Buna görə də o, əsərlərini ərəb, fars və türk dillərinin sintezindən ibarət bir dildə yazan , Tofiq Fikrət, Məhəmməd Hadi kimi görkəmli şair və yazıçıların yaradıcılığını tənqid atəşinə tutur, onların işlətdikləri süni dilin əsərlərindəki fikrin və düşüncələrin başa düşülməsinə əngəl yaratdığını iddia edirdi.
XX əsrin tanınmış şairlərindən olan Əhməd Cavad Gəncədə Abdulla Surdan ədəbiyyat dərsləri almış və təsirində qalmışdır. Sur isə Firidun bəy Köçərlini özünün müəllimi saymaqla bərabər "Azərbaycan Ədəbiyyatı" əsərinin yazılmasında ona kömək etmişdir.
Ölümü
Abdulla Sur 1912-ci il may ayının 8-də ağır bir xəstəlikdən sonra Tiflis xəstəxanasında dünyasını dəyişmiş və Gəncə dəfn olunmuşdur.
Kitabları
- Abdulla Sur. Fikrin karvanı. Bakı: 1984
Həmçinin bax
Ədəbiyyat
- Azərbaycan ədəbiyyatı tarixi. II C.-B.: Azərnəşr, 1960.- 908 s.
- Elçin. Fikrin karvanı.- B.: Yazıçı, 1984.- 348 s.
- Köçərli F. Azərbaycan ədəbiyyatı. I C.- B.: Elm, 1979.- 609 s.
- Köçərli F. Azərbaycan ədəbiyyatı. II C.- B.: Elm, 1981.- 460 s.
- Mirəhmədov Ə. Azərbaycan ədəbiyyatına dair tədqiqlər.- B.: Maarif, 1983.- 964 s.
- Talıbzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi.- B.: Azərnəşr, 1984.- 340 s.
- Talıbzadə K. XX əsr Azərbaycan tənqidi.- B.: MEA, 1966.- 540 s.
- Qasımov Cəlal. Abdulla Surun həyatı və yaradıcılığı, Bakı: "Təhsil" nəşriyyatı, 2004, — 136 s.
- Sultanlı Vaqif. AZərbaycan ədəbi tənqidi, Bakı: Nurlar, 2019. — 312 s.
İstinadlar
- "Ali təhsil tariximizdən". 2018-05-14 tarixində . İstifadə tarixi: 2018-05-02.
- "Əlamətdar və tarixi günlər təqvimi" (PDF). anl.az. 2008. 2022-03-08 tarixində (PDF).
- "Böyük ədəbiyyat sevdalısı". medeniyyet.az. 2019-12-04 tarixində .
- S. Şükürov. "Gəncə məktəblərinin tarixindən’’. Bakı, 1990, s.80
Xarici keçidlər
- Abdulla Surun bioqrafiyası – www.adam.az 2011-11-17 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mirze Abdulla Mehemmedzade texellusu Abdulla Sur Abdulla Tofiq 23 iyul 1883 Yelizavetpol 1912 Yelizavetpol edebiyyatsunas tenqidci Abdulla SurDogum tarixi 23 iyul 1883Dogum yeri Gence Rusiya imperiyasiVefat tarixi 1912Vefat yeri Gence Rusiya imperiyasiDefn yeri Sebiskar qebiristanligi d Tehsili Istanbul Universiteti 1909Fealiyyeti yaziciAbdulla Sur VikimenbedeHeyatiAbdulla Sur 23 iyul 1883 cu ilde Gencede anadan olmusdur Tehsili Ilk tehsilini Gencedeki Xeyriyye Mektebinde almis burada muxtelif dunyevi elmlerle yanasi ereb ve fars dillerini de oyrenmisdir Cox genc yasda 1899 da tehsil aldigi mektebin muellimi olaraq islemeye baslamisdir 1906 ci ilde Istanbula getmis ve Istanbul Universitetinde tehsil almisdir Derin savadi edebi zovqu ve genis muhakimesiyle cox qisa zamanda butun Gence ziyalilari arasinda taninmisdir FealiyyetiIlk meqaleleri 1903 cu ilde Tiflisde nesre baslayan Serqi Rus qezetinde cap olunmusdur Hemin ilde Tiflise kocerek bu qezetin tesiscisi isleyir Onun yazilari qezetin her sayinda yer alirdi Abdulla Surun 1903 cu ilde baslayan metbuat heyati qezetcilik fealiyyeti onun qisa omrunun sonuna qeder davam etmisdir O Qafqazin muxtelif metbuat orqanlarina A Sur Mehemmedzade Qafqasiyali A Tofiq Genceli Abdulla Mehemmedzade Bir Adam ve basqa imzalarla meqaleler yazmisdir Serqi Rus baglandiqdan sonra yeniden Genceye qayidan Abdulla Sur burada muellimlik fealiyyetini davam etdirir eyni zamanda Heyat ve Irsad qezetlerine edebiyyat ve medeniyyet movzularinda meqaleler yazir Cagdaslari bu yorulmaz ve istedadli genci hem de guleruz xosxasiyyet miletci ve butun telebelerinin sevimli muellimi olaraq xatirlayacaqlardi 1906 cl ilde Abdulla Sur Istanbula gedir Iki il yarim burada yasayaraq Istanbul Darulfununda Universitetinde edebiyyat muellimi kimi calisir Turk qezetlerinde meqaleleri cap olunur Heyatinin Istanbul vaxtinda en boyuk ve en onemli eserini Turk edebiyyatina bir baxis kitabini yazmaga baslayir Hecmi min sehifeden artiq olan bu kitabi bitirse de cap etdirmir Elyazma halindaki kitabin cox hissesi itmis yalniz ayri ayri parcalari qalmisdir Istanbulda 1908 ci ilin noyabr ayina qeder yasayan Abdulla Sur burada Osmanli edebiyyati haqda arasdirmalar aparmis Ibrahim Sinasinin Sair evlenmesi eserini Turkiye turkcesinden Azerbaycan turkcesine cevirmisdir Rus dilinde yazilmis olan cografiyaya dair bir kitabi da turkceye cevirmisdir Butun bunlardan elave uc cildlik bir antalogiya hazirlamaga baslamisdir Azerbaycana qayitdiqdan sonra Abdulla Surun veteninin medeniyyet heyatina daha boyuk qatqisi olmusdur O 1910 cu ilde Gencede Edebiyyat ve Senet cemiyyeti qurmusdu Bu cemiyyetin esas meqsedi istedadli gencleri uze cixarmaq onlarin qarsidaki tehsillerine komek etmek idi Cemiyyet yeni edebiyyat ve senet eserlerini ortaya cixarmaq ucun musabiqeler de teskil edirdi Klassik ve cagdas Azerbaycan ve Osmanli turk edebiyyatinin problemleri ile davamli sekilde mesgul olan Abdulla Sur dilin ve uslubun sadeliyi basa dusulen olmasi meselesine olduqca boyuk onem verirdi Buna gore de o eserlerini ereb fars ve turk dillerinin sintezinden ibaret bir dilde yazan Tofiq Fikret Mehemmed Hadi kimi gorkemli sair ve yazicilarin yaradiciligini tenqid atesine tutur onlarin isletdikleri suni dilin eserlerindeki fikrin ve dusuncelerin basa dusulmesine engel yaratdigini iddia edirdi XX esrin taninmis sairlerinden olan Ehmed Cavad Gencede Abdulla Surdan edebiyyat dersleri almis ve tesirinde qalmisdir Sur ise Firidun bey Kocerlini ozunun muellimi saymaqla beraber Azerbaycan Edebiyyati eserinin yazilmasinda ona komek etmisdir OlumuAbdulla Sur 1912 ci il may ayinin 8 de agir bir xestelikden sonra Tiflis xestexanasinda dunyasini deyismis ve Gence defn olunmusdur KitablariAbdulla Sur Fikrin karvani Baki 1984Hemcinin baxEdebiyyatsunasliqEdebiyyatAzerbaycan edebiyyati tarixi II C B Azernesr 1960 908 s Elcin Fikrin karvani B Yazici 1984 348 s Kocerli F Azerbaycan edebiyyati I C B Elm 1979 609 s Kocerli F Azerbaycan edebiyyati II C B Elm 1981 460 s Mirehmedov E Azerbaycan edebiyyatina dair tedqiqler B Maarif 1983 964 s Talibzade K Azerbaycan edebi tenqidinin tarixi B Azernesr 1984 340 s Talibzade K XX esr Azerbaycan tenqidi B MEA 1966 540 s Qasimov Celal Abdulla Surun heyati ve yaradiciligi Baki Tehsil nesriyyati 2004 136 s Sultanli Vaqif AZerbaycan edebi tenqidi Baki Nurlar 2019 312 s Istinadlar Ali tehsil tariximizden 2018 05 14 tarixinde Istifade tarixi 2018 05 02 Elametdar ve tarixi gunler teqvimi PDF anl az 2008 2022 03 08 tarixinde PDF Boyuk edebiyyat sevdalisi medeniyyet az 2019 12 04 tarixinde S Sukurov Gence mekteblerinin tarixinden Baki 1990 s 80Xarici kecidlerAbdulla Surun bioqrafiyasi www adam az 2011 11 17 at the Wayback Machine