Saatlı məhəlləsi — Şuşa şəhərinin 17 məhəlləsindən biri.
Saatlı məhəlləsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Aidiyyatı | Şuşa Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsrin sonu-XIX əsrin əvvəlləri |
Haqqında
Saatlı məhəlləsi dik yamac üzərində inşa olunmuşdur. Məhəllə dik yamac üzərində inşa olunmuşdur. Məhəllənin əsas küçə yolundan sol və sağ istiqamətləri daşla döşənmiş dar yollar burularaq bir-birini tamamlayır. Məhəllə məscidinin qarşısında kiçik meydan var. Məhəllədə yaşayış binalarının hamısı bir və iki mərtəbəlidir. Məhəllə meydanın aşağı hissəsində hamar ağ saf daşla tikilmiş şirin su bulağı var. Bulaq 1873-cü ildə xan qızı Xurşidbanu Natəvanın Şuşa qalasına çəkdirdiyi su kəmərinin suyu ilə təchiz olunurdu. Bütün məhəllə bulaqları həmin su ilə təmin olunurdu. Məhəllənin əhalisi İyirmidörd mahalı Saatlı kəndindən, eləcə də Keştazlı obasının əhalisindən təşkil olunmuşdu. Saatlı məhəlləsindən bir çox tanınmış şəxsiyyətlər çıxıb. Şuşa məhəllələrindən Köçərli məhəlləsi Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşir. Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq hamam və daha aşağı hissədə körpü və meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü " deyilirdi. XX əsrin 40-cı illərində körpü sökülmüş və meydan bir qədər genişləndirilmişdir. Məhəllənin yaşayış binaları bir-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-a qədər iki mərtəbəli yaşayış binası və qalan binalar bir mərtəbəlidir. XIX əsrdə Saatlı məhəlləsində məscid, mədrəsə və hamam vardı. Saatlı məhəlləsinin ən məşhur məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmiş, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmış Saatlı məscididir. Qarabağ xanlığının baş vəziri, şair Molla Pənah Vaqif bu məhəllədə yaşamışdı. Mədrəsədə dərs demişdi. Saatlı məhəlləsindəki məscid keçmiş realnı məktəbinin binası, qala divarlarının bir hissəsi. "Şirin su" hamamı qazılıb üzə çıxarılaraq bərpa olunmuşdur.Saatlı məhəlləsinin adı Saatlı tayfasının adından götürülmüşdü. Bu tayfadan olan on yeddi ailə bura şair Molla Pənah Vaqiflə birlikdə köçmüşdü. Burada o, məktəb açıb, dərs demişdi.
Tarixi
Şəhərin qədim məhəllələrindən olan "Saatlı"nın ilk sakinləri türkdilli Saatlı tayfasından olub. Əvvəllər saatlılar Arpaçayın aşağı axarı və Arazın sağ sahillərində yaşayıb, XV əsrin 30-cu illərində ayrımlarla qarışaraq Qazax zonasında kök salıblar. 1795–1797-ci illərdə Ağa Məhəmməd şah Qacarın hücumları ilə əlaqədar olaraq onların bir hissəsi Qarabağa köçüb, bir çox yerlərdə, o cümlədən Şuşa şəhərində də məskunlaşıblar. Yaşadıqları məhəllə isə öz adları ilə "Saatlı" adlandırılıb.Qarabağın daha bir görkəmli xanı İbrahimxəlil xanın hakimiyyəti dövründə Şuşanın 8 kiçik məhəllədən (Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə) ibarət olan ikinci böyük məhəlləsi — Yuxarı məhəllə formalaşır. Və daha sonrakı illərdə də Şuşa şəhərinin formalaşması davam edir. Şəhərdəki bütün məhəllələrin adları bu şəhəri yaradan, orada yaşayan və buranın əsl sahibləri olan Azərbaycan türklərinə məxsus idi. Saatlı məhəlləsinin adı Saatlı tayfasının adından götürülmüşdü. Bu tayfadan olan on yeddi ailə bura şair Molla Pənah Vaqiflə birlikdə köçmüşdü. Burada o, məktəb açıb, dərs demişdi.
Toponimikası
Saatlı Şuşa şəhəri məhəllələrindən birinin adı. Məhəllədə Qaraxanbəyli nəsli də yaşayırdı. XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında (indi Dmanisi rayonunda) Saatlı, İrəvan əyalətində Saatlı (üç kəndin adı) və indi Azərbaycanın Saatlı rayonun adları ilə mənşəcə eynidir. Saatlı orta əsrlərdə Azərbaycanlı ellərindən birinin adıdır. Orta əsrlərdə həm də indiki Ermənistanı əhatə etmiş Ağqoyunlu dövlətinin Ararat əyalətinin əmiri Saadın adı ilə bağlı bu tayfa Arpa çayının aşağı axarı və Arazın sol sahili Çuxur-Saad adlanmış bölgəsində türk ellərini ümumi adı idi. Həmin ellər əmir Saada məxsus idi. 1431-ci ildə Qaraqoyunlu hökmdarı İsgəndər Saadlıların hökmranlğına son qoyduqdan sonra elin bir hissəsi İrəvan əyalətinə, oradan da Qazax-Borçalı bölgəsinə və Azərbaycanın Qarabağ və Şirvan əyalətlərinə səpələnmişdir.
Həmçinin bax
İstinadlar
- Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
- Çingizoğlu, Ə. Şuşa şəhəri (1750–1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, [1] s
- Yunis Hüseynov, Bakı-2015. Şuşa nəşriyyatı, səh. 152
- Авалов, 1977. səh. 79
- .Şuşanın məhəllələri: [Köçərli, Qurdlar, Quyuluq, Hacı Yusif,Dəmirçilər, Saatlı, Hacılı, Çöl qala, Culfalar məhəllələri haqqında] // Şuşa. ‒ 2011. ‒ 15 may. ‒ S. 5.
- Nazim Rəhbər oğlu Məmmədov, "Azərbaycan Respublikasının Şuşa şəhərinin tarixi". Bakı, "AVROPA" nəşriyyatı — 2016, 960 səh.
- "Çingiz Qacar, Köhnə Şuşa, 2019" (PDF). www.ebooks.az. 2022-06-18 tarixində (PDF). İstifadə tarixi: 18 iyun 2022.
- Çingizoğlu, Ə. Şuşa şəhəri (1750–1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, [1] s.
- "Şuşa məhələlləri". azertag.az. 21 February 2022 tarixində . İstifadə tarixi: 27 apr 2022.
- Müəllif: Çingiz Qacar. Şərq-Qərb nəşriyyatı. 2019-cu il. 344 səh.
- Qarabağ – irsimizin əbədi yaddaşı / [ideya və ön sözün müəl. Ə.Qarayev; red. və sözardının müəl. T. Vəliyev; fotolar. H. Hüseynzadə və b.]; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. – Bakı: [s.n.], 2008. – 379, [5] s
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Дәрмирлигышлаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
Mənbə
- Ənvər Çingizoğlu, Şuşa şəhəri (1750–1850), Bakı,"Şuşa", 2009
Xarici keçid
- http://karabakh 2017-10-17 at the Wayback Machine
- "Hər daş-qayası ilə abidə olan qala-şəhər". İstifadə tarixi: 17 avq 2022.
- "Saatlı məhəlləsi". www.youtube.com. İstifadə tarixi: 17 avq 2022.
- "Saatlıdan Saatlıya". İstifadə tarixi: 17 avq 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Saatli mehellesi Susa seherinin 17 mehellesinden biri Saatli mehellesiOlke AzerbaycanSeher SusaAidiyyati Susa Tarix Memarliq QoruguTikilme tarixi XVIII esrin sonu XIX esrin evvelleriHaqqindaSaatli mehellesi dik yamac uzerinde insa olunmusdur Mehelle dik yamac uzerinde insa olunmusdur Mehellenin esas kuce yolundan sol ve sag istiqametleri dasla dosenmis dar yollar burularaq bir birini tamamlayir Mehelle mescidinin qarsisinda kicik meydan var Mehellede yasayis binalarinin hamisi bir ve iki mertebelidir Mehelle meydanin asagi hissesinde hamar ag saf dasla tikilmis sirin su bulagi var Bulaq 1873 cu ilde xan qizi Xursidbanu Natevanin Susa qalasina cekdirdiyi su kemerinin suyu ile techiz olunurdu Butun mehelle bulaqlari hemin su ile temin olunurdu Mehellenin ehalisi Iyirmidord mahali Saatli kendinden elece de Kestazli obasinin ehalisinden teskil olunmusdu Saatli mehellesinden bir cox taninmis sexsiyyetler cixib Susa mehellelerinden Kocerli mehellesi Saatli mehellesinde sol terefde dik yamac uzerinde yerlesir Seherin merkezine dogru uzanan ve nisbeten bir qeder enli yolun her iki terefinde yasayis binalari mescid bulaq hamam ve daha asagi hissede korpu ve meydanca var idi Mehelle korpusune Sahliq korpusu deyilirdi XX esrin 40 ci illerinde korpu sokulmus ve meydan bir qeder genislendirilmisdir Mehellenin yasayis binalari bir birinden ferqlenirdi Bu sosial berabersizlikle elaqedar idi Mehellede 6 a qeder iki mertebeli yasayis binasi ve qalan binalar bir mertebelidir XIX esrde Saatli mehellesinde mescid medrese ve hamam vardi Saatli mehellesinin en meshur mescidi 1883 cu ilde memar Kerbelayi Sefixan Qarabaginin layihesi esasinda insa edilmis Azerbaycan Respublikasi Medeniyyet ve Turizm Nazirliyi terefinden olke ehemiyyetli tarix medeniyyet abidesi kimi qeydiyyata alinmis Saatli mescididir Qarabag xanliginin bas veziri sair Molla Penah Vaqif bu mehellede yasamisdi Medresede ders demisdi Saatli mehellesindeki mescid kecmis realni mektebinin binasi qala divarlarinin bir hissesi Sirin su hamami qazilib uze cixarilaraq berpa olunmusdur Saatli mehellesinin adi Saatli tayfasinin adindan goturulmusdu Bu tayfadan olan on yeddi aile bura sair Molla Penah Vaqifle birlikde kocmusdu Burada o mekteb acib ders demisdi TarixiSeherin qedim mehellelerinden olan Saatli nin ilk sakinleri turkdilli Saatli tayfasindan olub Evveller saatlilar Arpacayin asagi axari ve Arazin sag sahillerinde yasayib XV esrin 30 cu illerinde ayrimlarla qarisaraq Qazax zonasinda kok saliblar 1795 1797 ci illerde Aga Mehemmed sah Qacarin hucumlari ile elaqedar olaraq onlarin bir hissesi Qarabaga kocub bir cox yerlerde o cumleden Susa seherinde de meskunlasiblar Yasadiqlari mehelle ise oz adlari ile Saatli adlandirilib Qarabagin daha bir gorkemli xani Ibrahimxelil xanin hakimiyyeti dovrunde Susanin 8 kicik mehelleden Xanliq Saatli Kocerli Mamayi Xoca Mercanli Demirci Hamam qabagi Teze ibaret olan ikinci boyuk mehellesi Yuxari mehelle formalasir Ve daha sonraki illerde de Susa seherinin formalasmasi davam edir Seherdeki butun mehellelerin adlari bu seheri yaradan orada yasayan ve buranin esl sahibleri olan Azerbaycan turklerine mexsus idi Saatli mehellesinin adi Saatli tayfasinin adindan goturulmusdu Bu tayfadan olan on yeddi aile bura sair Molla Penah Vaqifle birlikde kocmusdu Burada o mekteb acib ders demisdi ToponimikasiSaatli Susa seheri mehellelerinden birinin adi Mehellede Qaraxanbeyli nesli de yasayirdi XIX esrde Tiflis quberniyasinin Borcali qezasinda indi Dmanisi rayonunda Saatli Irevan eyaletinde Saatli uc kendin adi ve indi Azerbaycanin Saatli rayonun adlari ile mensece eynidir Saatli orta esrlerde Azerbaycanli ellerinden birinin adidir Orta esrlerde hem de indiki Ermenistani ehate etmis Agqoyunlu dovletinin Ararat eyaletinin emiri Saadin adi ile bagli bu tayfa Arpa cayinin asagi axari ve Arazin sol sahili Cuxur Saad adlanmis bolgesinde turk ellerini umumi adi idi Hemin eller emir Saada mexsus idi 1431 ci ilde Qaraqoyunlu hokmdari Isgender Saadlilarin hokmranlgina son qoyduqdan sonra elin bir hissesi Irevan eyaletine oradan da Qazax Borcali bolgesine ve Azerbaycanin Qarabag ve Sirvan eyaletlerine sepelenmisdir Hemcinin baxMerdinli mehellesi Asagi meydanIstinadlarYunis Huseynov Susa Salnamesi Baki AFPoliqraf 2015 seh 208 Cingizoglu E Susa seheri 1750 1850 Enver Cingizoglu red V Quliyev Baki Susa 2009 247 1 s Yunis Huseynov Baki 2015 Susa nesriyyati seh 152 Avalov 1977 seh 79 Susanin mehelleleri Kocerli Qurdlar Quyuluq Haci Yusif Demirciler Saatli Hacili Col qala Culfalar mehelleleri haqqinda Susa 2011 15 may S 5 Nazim Rehber oglu Memmedov Azerbaycan Respublikasinin Susa seherinin tarixi Baki AVROPA nesriyyati 2016 960 seh Cingiz Qacar Kohne Susa 2019 PDF www ebooks az 2022 06 18 tarixinde PDF Istifade tarixi 18 iyun 2022 Cingizoglu E Susa seheri 1750 1850 Enver Cingizoglu red V Quliyev Baki Susa 2009 247 1 s Susa mehelelleri azertag az 21 February 2022 tarixinde Istifade tarixi 27 apr 2022 Muellif Cingiz Qacar Serq Qerb nesriyyati 2019 cu il 344 seh Qarabag irsimizin ebedi yaddasi ideya ve on sozun muel E Qarayev red ve sozardinin muel T Veliyev fotolar H Huseynzade ve b Azerb Resp Medeniyyet ve Turizm Nazirliyi Baki s n 2008 379 5 s Budagov B Ә Geјbullaјev G Ә Dәrmirligyshlag Ermәnistanda Azәrbaјҹan mәnshәli toponimlәrin izaһly lүgәti Baky Oguz eli 1998 s 233 MenbeEnver Cingizoglu Susa seheri 1750 1850 Baki Susa 2009Xarici kecidhttp karabakh 2017 10 17 at the Wayback Machine Her das qayasi ile abide olan qala seher Istifade tarixi 17 avq 2022 Saatli mehellesi www youtube com Istifade tarixi 17 avq 2022 Saatlidan Saatliya Istifade tarixi 17 avq 2022